157
qanunauyğunluğudur. Hökmdarlıq və çarlıq növbəsi bizə çatan vaxtdan bəri, bizim
dünya hökmranlığ ımızın Günəşi Yer kü rəsi ölkələri üzərində işıq saçdığı andan
bizim fıkrimiz dövlətə - A llah onu möhkəmləndirsin - inama layiq və yaxşı həyat
tərzini elə bir müdrik, bacarıqlı vəziri (dəstur) verməyə yönəldilir ki, o, idarəetmə
qanunlarını, dövlətin gələcəyin i bilsin, hökmdarların tərcümey i-halın ı o xusun,
həyat təcrübəsi ilə təmizləsin, bizi yaxşı işlərə çağırsın, üstündə keçici şöh rət və
əbədi mü kafat qazanılan düzgün yol göstərsin, təbəələrin vəziyyəti haqqında
həqiqəti bizə çatdırsın, müsəlman ların işləri haqqında bizə məlu mat versin, bütün
bu hallarda bizim onlarm icrası haqqında necə əmrlər verə biləcəyimizi desin və
göstərsin ki, buyurduğumuz bütün bu işlərdə biz onun sözü nə etibar edib
inanaq..."
1
. Şübhəsiz ki, bu, yalnız belə b ir vəzir idealı idi: hər hansı bir konkret
halda vəzirin hakimiyyəti onun vəziyyətindən və saraydakı siyasi qüvvələrin
nisbətindən asılı idi.
Vəzirlər vəzir, sədr, dəstur, xocayi bozorq titullarını daşıyırd ılar, onların
vəzifə əlamətləri isə mürəkkəbqabı (dəvat) və müəyyən mahud parçadan olan
çalma idi
2
.
Şəmsəddin Eldənizin vəzirləri bunlar id i: Mu xtarəddin
3
, Sədəddin Əsəd əl-
Əşəll
4
, Şihabəddin Mahmud ibn Sikatəddin Əbd əl-Əziz əl-Hamid i ən-Nişapuri əl-
əl-Hərəvi (h icri 561-ci ilin rəbiələvvəl ayında vəfat etmişdir)
5
.
Atabəy Cahan Pəhləvanla Qızıl Arslanın vəzirlərin in adını müəyyən edə
bilməd ik, ola bilsin ki, yu xarıda adları çəkilmiş şəxslərdən bəziləri onların vəziri
olmuşdur.
Atabəy Müzəffərəddin Özbəkin vəzirləri " Günlərin saçını ağarmağa məcbur
edən və uzun illər ərzində divanın işlərini öz əlində saxlayan"
6
Rəb ibəddin
Əbülqasım Harun ibn Əli ibn Zəfır Dəndan (1227-ci ildə vəfat etmişdir), onun oğlu
Muin əl-İslam
7
və "məşhur vəzirlər nəslindən olan, atabəylər dövləti za manı
Naxçıvanda divanə əl~istifada xid mət etmiş" Fəxrəddin Əbülfəzl Məhəmməd ibn
Deyləm şah ibn Məhəmməd ən-Naxçıvani id ilər. Monqollar zamanı sonuncu vəzir
işdən uzaqlaşdı, cəmiyyəti tərk etdi və hər şeydən imtina edərək Əhərə getdi, o rada
şeyx Qütbəddin əl-Əhəriyə qulluq etməyə başladı
8
.
Dövlətdə üçüncü vəzifə böyük və ya "ulu hacib" vəzifəsi idi
9
. Başqa Səlcuq
Səlcuq sultanlarının hakimiyyətində olduğu kimi, İraq sultanlığında da hacib (əl-
1
H.Horst, səh.27-28; Müq. et: Ч.Стори.11. cтp.751-752.
2
İbn əl-Əsir, VIII, səh.130; Xondəmir. Xabib, səh.453; B.B.Бартольд, I, səh.288.
3
Əl-Bundari, səh.303. Təəssüf ki, onun tam adını müəyyənləşdirmək mümkün olmadı.
4
Yenə orada.
5
İbn əl-Əsir, IX, səh.93; əl-Bundari, səh.289, 297, 301; Ravəndi, səh.268.
6
Ən-Nəsəvi, səh.46, 58-61, 211.
7
İbn əl-Füvati, IV/3, səh.140.
8
Yenə orada.
9
Əl-Kəlkəşəndi, V, səh.449-450.
158
hicab) vəzifəsi ən mühüm vəzifə lərdən idi. Bu vəzifəni icra edən şəxs əmir əl-
hacib əl-kəbir və ya hacib əl-xass əl-həzrət rütbəsini daşıyırdı.
O, hökmdarların şəxsi kamerdineri (saray xadimlərinə verilən fəxri ad) id i
və dövlət başçısına aid mühü m işlər haqqında məlu mat verir, onun tələbatı
qayğısına qalır və saray mərasimlərini təyin edirdi. Bəzən hacib öz hökmdarların ın
yanında elə nüfuz qazanırdı ki, hökmdar ona ikinci b ir vəzifə də verird i. Məsələn,
1224-cü ildə Xarə zmşah Cə laləddin Manqburnun qardaşı Qiyasəddin Pir şah
(1220-1229-cu illə rdə hökmranlıq etmişdir) Azərbaycana s oxulub, atabəy Özbəkin
torpaqlarını Naxçıvana qədər tutarkən, o, Naxçıvan kimi mühü m sərhəd vilayətin
vəziratını ö z hacibi Sədrəddin Əbül-Bərəkat əl-Os mana verdi. Mənbələrdə Pir
şahın arzusunu ifadə edən aşağıdakı sənəd qalmışdır: "Sədrəddin Əbül-Bərəkat əl-
Osmana verdi. Mənbələrdə Pir şahın arzusunu ifadə edən aşağıdakı sənəd qalmış -
dır: "Sədrəddin Əbül-Bərəkat əl-Osman i xəlifə Osman ibn Əffan əslindən olan
ləyaqətli adamd ır... hökmdarın şəxsi kamerdineri vəzifəsi (mənsəb-i həcəbat-i
xass-i həzrət) ona tapşınhr. O, hə min vəzifən i tutmaq üçün zəruri keyfiyyətlərə
malikd ir. Hö kmdara aid işlər (ərz-i mühimmat-i xass) haqqında və ümu mi
ehtiyaclar (rəfi'-i hacət-i anım) barədə məlu mat vermə k ona tapşırılır. Sa ray
məmu rları və qulluqçuları ona qulaq asmalıdırlar: bütün məsələlərdə onun
səlahiyyəti vardır, sarayda onun tərəfindən qoyulmuş qaydalar qanun qüvvəsinə
ma likd ir.
Bu ya xın larda biz ona hacib vəzifəsindən əlavə, Na xçıvanın vəzir liy ini də
tapşırdıq ki, kafirlərin ağalığı nəticəsində yaranmış itkiləri aradan qaldırsın,
ədalətli bərpa etsin, din i cəmiyyətlərin, müsəlman və bütpərəstlərin vəziyyətlərin i
yaxşılaşdırsın, hər bir kəslə öz ləyaqətinə görə rəftar etsin, yalnız köhnədən təyin
olunmuş vergiləri -müsəlman lardan xəracı və zimmilərdən cizi alsın"
1
.
Hacib hökmdarın göstərişini icra o lunmaq üçün şifahi surətdə vəzirə
çatdırırdı
2
. Hacib hökmdarla sahibkarlar arasında əlaqə yaradan şəxs idi. Bəzən
haciblər qoşuna və hərbi əməliyyatlara da rəhbərlik ed ird ilər.
Rey hökmdarı Hüsaməddin İnanc sultanın və atabəy Eldənizin tabeliyindən
çıxanda, Eldəniz öz hacibi Nüsrətəddin Cahan Pəh ləvanı qoşunla onun üstünə
göndərdi. İnanc məğlub edildi və Şəmsəddin Eldəniz "Rey vilayətini iqta şəklində
öz oğlu Cahan Pəhləvana verdi. Vəzir Sədəddin əl-Əşəll şəhərin hakimi (əl-hakim)
və Pəhləvanın demək o lar ki, bütün işlərində müvəkkili (əl-mütəvəkkil) oldu"
3
.
Atabəy Eldənizin hacibi Toğru l Təkin Ayaz idi
4
. Atabəylərdən Əbu Bəkrin
və Özbəkin böyük hacibi Nəsirəddin Məhəmməd idi
5
. Atabəy Özbəkin hacibi
Şəmsəddin əl-Qu mi id i. O, atabəy səfırin in gürcülərə tapşırığını yerinə yetirirdi
1
.
1
H.Horst, səh.124. Pirşahın Azərbaycandakı əməliyyatları haqqında bax: ən-Nəsəvi, səh.120.
2
Əl-Bundari, səh.107.
3
Əl-Hüseyni, vər.86a.
4
Əl-Bundari, səh.297.
5
Ən-Nəsəvi, səh.204.
Dostları ilə paylaş: |