97
Menqlini öldürür, başını Özbəkə, o isə Bağdada, Xəlifənin hüzuruna göndərir.
1
Menqlinin əlindən alın mış vilayətlər Xəlifə, is maililər və Özbəkin arasında
bölüşdürülür. Özbək Oğlamışı canişin təyin ed ir
2
.
Qeyd etmək lazımd ır ki, Oğlamış hələ bu hadisələrdən xeyli qa-baq
Xarə zmşah Əlaəddin Məhəmmədin qulluğunda xid mət etmişdi. Özbəkdən
səlahiyyət qazandıqdan sonra o, xütbələrdə Xarəzmşah m adım çəkməyə başlayır.
Ən-Nəsəvi Oğlamışı "Xarəzmşahın İraqdakı naibi" adlandırır
3
. Nə Özbək, nə də
xəlifə ən-Nasir xütbə o xun-mas ma etiraz etmir. Lakin Xəlifə bu hadisəni özünün
müstəsna hüqu-quna təcavüz kimi qəbul edir və yubanmadan Oğlamış kimi
təhlükəli şəxsin aradan götürülməsi üçün ciddi tədbirlər hazırlayır. Cəlaləddin
Həsənlə sıx əlaqəyə girərək, Xəlifə o da fədai göndərərək Oğ lamış ı öldürtdürür.
Bu, Məkkədən qayıdan zəvvarların görüşü zamanı baş verir
4
.
İsmaililərin başçısı Cəlaləddin Həsən atabəy Özbəklə yaxın lıq edir və
daima ona yardım göstərirdi. Menqliyə qarşı ittifaq bağladıqları dövrdə
İsmaililərin başçısı uzun müddət Özbəkin fəxri qonağı olmuşdu. Özbək onun
qoşunlarını ərzaqla təmin edir, özünə pul və fəxri geyimlər verirdi. Bir vaxt o,
Cəlaləddin Həsənə hər gün xərclik olaraq (xəvavic-bəha) min dinav parpara, eləcə
də düşərgə xərci (ənzəl-V ülufət) göndərirdi
5
. Məlu mdur ki, Cəlaləddin Həsən hətta
hətta Beyləqanda da istirahət etmişdir
6
. Lakin onun Özbəkin hakimlik etdiyi
əraziyə tez-tez gəlməsin in məqsədi tam mənasında aydın deyildi.
Oğlamış öldürüldükdən sonra İran İraqında oxunan xütbələrdə
Xarəzmşahın adı artıq çəkilmir. Bu münasibətlə Əlaəddin Məhəmməd nəin ki
mövqeyini bərpa etmək, hətta bu ölkəni öz nəzarəti altına almaq fıkrinə düşür. Yüz
minlik ordu ilə o, İraqa yürüş təşkil edir
7
.
Bu zaman A zərbaycan və Arranın hakimi atabəy Özbək və onun vassalı,
Fars hakimi atabəy Səd ibn Zəngi
8
(hər biri aynlıqda) Oğla mışın həlakından və
süzereni Xarəzmşahın uzaqda olmasından istifadə edərək, qoşunlarını İran İraqı
ərazisinə yeridirlər. Özbək İraqa hücum ed ir, Isfahan əhalisinin razılığ ı ilə şəhərə
girir. Eyni vaxtda Səd ibn Zəngi Rey, Qəzv in, Hüvar və Semnan şəhərini və
onların nahiyələrin i zəbt edir
9
.
1
İbn əl-Əsir, IX, səh.309; Rəşidəddin, 1/2, səh. 193-194.
2
İbn əl-Əsir, IX, səh.309; Bar Ebrey, II, səh.494; İbn İsfəndiyar, II, səh.175;
Cüveyni, II, səh.701-702; Merəşi, səh.264; Kafesoğlu, səh.200-201.
3
İbn əl-Əsir, IX, səh.309, 313; ən-Nosəvi, səh.57, 307; Cüveyni, II, səh.391.
4
Ən-Nəsəvi, səh.57.
5
Cüveyni, II, səh.701; Parpara (barbara) dinarı - mənşəcə Bizans hureqreqop (qızıl denarios)
sözündəndir.
6
Cüveyni, II, səh.701.
7
İbn əl-Əsir, IX, səh.313; ən-Nəsəvi, səh.57.
8
İbn əl-Füvati, IV/2, səh.730; "Fars vilayəti Tebriz hakimi atabəy Özbək ibn Pəhləvan ibn
Eldənizdən asılı olduğu üçün Farsın hakimləri də "atabəkiyyə" kimi məşhurdurlar.
9
Ən-Nəsəvi, səh.57; Cüveyni, II, səh.336.
98
Atabəy Özbək və atabəy Səd tərəfındən İraqın ərazisinin xey li hissəsinin
zəbt olunduğunu Qu misdə eşidən Xarəzmşah öz qoşunlarından 12 min seçmə atlı
ayırıb Reydə, Xeyli-Bu zurq ya xınlığında atabəy Sədi ya xa layır. Atabəy Səd heç
təsəvvürünə belə gətirə bilməzd i ki, Xarəzmşahın qoşunları belə tezliklə bu yerə
gəlib çıxa bilər, ona görə onları Özbəkin qoşunu hesab edərək, Xarəzmşahın
dəstəsi üzərinə hücum çəkir. Səd Xarəzmşahın çadırını görəndən sonra
uduzduğunu anlayır və mübarizədən əl çəkir. Onun qoşunu dağılır, ö zü isə
"tələsdiyindən torpağı öpür". Sədi əsir tuturlar və Həmədana, Xarəzmşahın yanına
gətirirlər
1
.
İsfahanda yerləşən Özbək ö zünü itirir və nə tədbir görəcəyin i b ilmir: irəliyə,
Şərqə doğru yüyürüb, yeni torpaqlar zəbt etsin, yoxsa atabəy Sədi əsir götürmüş
Xarəzmşahın zəh mli qüwəsi qarşısında geri çəkilsin. Atabəy Özbəkin vəziri
Rəbibəddin Dəndan (1227-ci ildə ölmüşdür) əlçatmaz Fərrazin qalasında
(Həmədanın cənub səmtində) möhkəmlən məyi təklif edirsə də, Özbək razılıq
vermir. 0, ö z vassalı, Əhər hakimi Nüsrətəddin Məhəmməd Piş -Təkinə (1210-
1230) qoşun və avadanlığı ilə Təbriz səmtinə çəkilmək əmrin i verir, ö zü isə 200
qulamı ilə bərabər Azərbaycanın əlçatmaz dağlarında gizlən ir. Lakin Xarəzmşahın
dəstəsi Nüsrətəddini Məyanic ətrafında yaxalay ır, onu darmadağın etdikdən sonra
Özbəkin bütün xəzinəsini ələ keçirir, Nüsrətəddinin özünü vəziri Rəbibəddin Dən -
danla birlikdə əsir aparır
2
.
Xarəzmşah öz vəziri Nəsirəddin Dövlətyarı Özbəkin yanına göndərərək
tələb edir ki, Özbəkin hökmü çatan bütün ərazidə Xarəzmşahın ünvanına xütbə
oxutdurulsun və onun adına pul kəsilsin. Özbək Xarəzmşahın tələblərinə əməl edir
və "sultanın şərəfinə Arran və Azərbaycandan tutmuş Dərbənd v ə Şirvana qədər
bütün minbərlərdən xütbə oxutdurur"
3
. Bundan əlavə, Özbək Xarəzmşaha Fərrazin
qalasını da təslim edir. Ozbəkin bütün xəzinələri Xarəzmşahın əlinə keçdiyindən
Xarəzmşah onu bac verməkdən azad edir. Özbək Xa rəzmaşahın vassah sayılmağa
başlayır
4
.
Gü rcülərin basqını Özbəki Xa rəzmşaha şikayətlən mək məcburiyyətində qoyur.
Xarəzmşah gürcü çarının yanına elçi göndərir, "onun (Özbəkin) ölkəsinə basqın
etməkdən saqınmağı məsləhət görür, bu ölkənin onun şəxsi (xass) mülkiyyəti
olduğunu, bütün minbərlərdən onun adının çəkild iyin i və buranın pullarının onun
damğası ilə damğalandığın ı bild irir"
5
. Eyni zamanda Gürcüstana hücum çəkmək
üçün Xarəzmşah Əlaəddin Məhəmməd 50 min atlı ayırır
6
.
1
Ən-Nəsəvi, səh.4, 58; İbn əl-Əsir, IX, səh.313; Cüveyni, II, səh.365.
2
İbn əl-Əsir, IX, səh.313; ən-Nəsəvi, səh.4, 58 və s.; Cüveyni, II, səh.336; Əbül-Fida, III, səh.118;
İbn əl-Vardi, II, səh.193; Rəşidəddin, 1/2, səh.186.
3
Ən-Nəsəvi, səh.61; Cüveyni, II, səh.366; Əbül-Fida, III, səh.l 18; İbnəl-Vardi, II, səh.193.
4
İbn əl-Əsir, IX, səh.313; ən-Nəsəvi, səh.61.
5
Ən-Nəsəvi, səh.61; Cüveyni, II, səh.366; əl-Öməri, səh.l 19; Арабский аноним,
D-173, vər.696a.
6
Ən-Nəsəvi, səh.61.
Dostları ilə paylaş: |