36
tikintisi və s.) də mövcud idi.
Beləliklə, əkinçi icmaçılar - Ģinakanlar dövlətin, feodalların (azatların),
kilsənin xeyrinə tikinti və hərbi mükəlləfiyyətlərini yerinə yetirərək, bunun üçün ellik
zəmanətlə cavabdeh olurdular.
Albaniyanın Sasani Ġranından vassal asılılığı yerli əhalinin həm də Sasanilər
tərəfindən istismar edilməsinə səbəb olmuĢdu.
ġahənĢah Kəvad zamanı vergi sistemində baĢlamıĢ yenidənqurma I Xosrov
ƏnuĢirəvan tərəfindən baĢa çatdırıldı. Onun həyata keçirdiyi siyasi-inzibati və vergi
islahatlarından sonra alban əhalisinin istismarı xüsusilə gücləndi. Torpaq vergisinin
(xaraqın) düzgün ödənilməsi üçün "çöl, düz və dağlar" siyahıya alındı. Əvvəlki "tüstü"
pulu vergisini əvəz edən can vergisini almaq üçün əhalinin yenidən siyahıya alınması
keçirildi.
Torpaq vergisini heç bir fərq qoymadan əhalinin bütün təbəqələri ödəyirdi,
can vergisi isə ancaq aĢağı zümrələrdən - kəndlilərdən və Ģəhərlilərdən alınırdı.
Xəzər iĢğalından sonra Albaniya yeni vergilərə məruz qaldı. 628-ci ildə
xəzərlərin ikinci yürüĢündən sonra faktiki olaraq xəzərlər tərəfindən iĢğal olunan
Albaniya, siyasi cəhətdən onlara tabe edildi; xəzərlər Albaniyanı özlərinə tabe ərazi
elan etdilər. 629-cu ildə Albaniyada "Ģimal hökmdarı" (yəni, xəzər xaqanı) tərəfindən
göndərilmiĢ vergiyığanlar göründülər; onlar hələ I Xosrov dövründə əhalinin siyahıya
alın ması əsasında tərtib edilmiĢ kadastrları rəhbər tutdular. Alban tarixçisinin
məlu matına görə, xəzərlər də farslar kimi, Ġran məmləkətinin keçirdiyi siyahıya-
almaya uyğun olaraq əhalidən didrahma
1
tələb edirdilər.
Moisey Kalankatlının yazdığına görə, ġimal hökmdarı qızıl əldə etmək, gümüĢ
əritmək, dəmir çıxarmaq və mis emal etmək sahələrində çalıĢan sənətkarlara
nəzarətçilər təyin etdi.
Vergi tutmaq məqsədilə alverçi, tacir və bazarlara, eləcə də Kür və Araz
çaylarından balıq tutulmasına nəzarət edən müfəttiĢlər müəyyənləĢdirildi.
1
Didrahma - Bizans qızıl pulu (6,8 q)
37
§ 5. ALBANLARIN TƏSƏRRÜFAT HƏYATI
Tarixi ġimali Azərbaycan - Albaniya ərazisinə təbiət hər Ģeyi səxavətlə bəxĢ
etmiĢdi; əlveriĢli iqlim, zəngin meĢələr, məhsuldar və yaxĢı suvarılan çöllər və düzlər,
geniĢ yaylaqlar və qıĢ otlaqları, faydalı qazıntılar. Albaniyada hər biri təsərrüfatın
müəyyən sahəsinin inkiĢafı üçün əlveriĢli Ģərait yaradan bir neçə torpaq - iqlim zonası
var idi. Ya xĢı suvarılan məhsuldar sahələr, eləcə də süni suvarmaya ehtiyacı
olmayan, kifayət qədər yağıĢ düĢən dağətəyi rayonlar ölkə əhalisinin əsas təsərrüfat
forması olan əkinçiliy in, onun əsas sahələri olan tarlaçılıq, üzümçülük və Ģərabçılığın
zonası idi. Əkinçilik Kür-Araz ovalığında və Xəzəryanı düzlərdə geniĢ inkiĢaf
tapmıĢdı. Buranın torpağı öz münbitliyi və məhsuldarlığı ilə həm antik, həm də orta əsr
erməni və ərəb müəlliflərini heyrətə gətirirdi. Hələ Strabon (e.ə. I - e. I əsr) qeyd
edirdi ki, Alban düzü çaylar və digər sularla Babil və Misir düzlə rindən daha yaxĢı
suvarılır.
Dağətəyi rayonlardan fərqli olaraq Kür-Araz və Xəzəryanı düzlərdəki
əkinçilik süni suvarmasız mümkün deyildi. Burada qalıqları ölkən in mü xtəlif
hissələrində - Mil düzündə (Govurarx), Muğanda və Xəzəryanı rayonlarda aparılan
qazıntılar və axtarıĢlar nəticəsində aĢkara çıxarılan mürəkkəb və geniĢ Ģaxəli irriqasiya
(arxlar və kəhrizlər, kanallar Ģəbəkəsi) sistemi var idi. Ölkənin əsas su arteriyası qolları
ilə birlikdə Kür və Araz çayları idi.
Arxeoloji məlumatlara görə, albanlarda Ģum əkinçiliyi mövcud idi. Torpaq,
qalıqları Mingəçevirdəki orta əsr yaĢayıĢ məskənində aĢkara çıxarılmıĢ dəmir
gavahının köməyi ilə Ģumlanırdı. Arxeoloqlar xeyli miqdarda biçin alətləri - dəmir
oraqlar, dəryaz kərəntiləri, habelə dərz bağlamaq üçün sümük yabalar aĢkara çıxarmıĢlar.
Moisey Kalankatlının məlumatına görə, Kür çayının hər iki sahili boyunca arpa və
buğda becərilirdi. Albaniyada həmçinin yabanı arpa bitir, darı becərilirdi.
Mingəçevir rayonunun Sudağılan kəndində, habelə Xınıslı Ģəhərgahında
aparılan arxeoloji qazıntılar nəticəsində arpa, darı və buğda qalıqları aĢkara çıxmıĢdır.
Yazılı qaynaqlara, eləcə də arxeoloji materiallara görə dənli bitki məhsulları torpaq
quyularda, habelə iri təsərrüfat küplərində saxlanılırdı. Taxılın döyülməsində ağac və
daĢ vəllərdən, ağac dəyənəklərdən, habelə mal-qaranın köməyindən istifadə olunurdu,
bu zaman heyvanların hərəkəti taxılın dırnaqla döyülməsinə səbəb olurdu. Dən,
dəyirman daĢları və daĢ kirkirələrlə üyüdülürdü. Çoxsaylı əkinçilik alətlərinin, habelə
taxılın saxlanılması üçün düzəldilən torpaq quyuların aĢkar edilməsi əkinçiliyin
yüksək inkiĢaf səviyyəsinə çatdığını sübut edir.
Albaniya öz üzüm tənəklərinin qeyri-adi məhsuldarlığı ilə Ģöhrət tapmıĢdı.
Ölkədə bağçılıq çox inkiĢaf etmiĢdi; əncir, nar, albalı, sitrus bitkiləri, Ģaftalı, Ģabalıd, zoğal,
qoz, zeytun və s. yetiĢdirilirdi. Ərəb müəllifləri burada zəfəran, kətan və tut yetiĢdirildiyini
qeyd edirlər.
Bağçılıqla yanaĢı bostançılıq da Azərbaycanda geniĢ yayılmıĢ təsərrüfat
sahələrindən biri olmuĢdur. Örənqala Ģəhərgahında arxeoloji qazıntılar nəticəsində
38
aĢkar edilmiĢ quyulardan meyvə toxumları ilə yanaĢı, qarpız və iki növ yemiĢ tumu
tapılmıĢdır.
Albanların təsərrüfatlarında Ģərabçılığ m xüsusi çəkisi böyük idi.
Mingəçevirdə e. III-VII əsrlərinə aid qəbir abidələrindən üzüm tumlarından baĢqa Ģərab
çöküntüləri və dəridən hazırlanan tuluq parçaları da tapılmıĢdır. Bu tapıntılar göstərir
ki, A zərbaycanda həmin dövrdə Ģərabı təkcə iri küplərdə deyil, tuluqlarda da saxla-
yırdılar. Tuluqlardan Ģərab daĢınması üçün də istifadə edilirdi.
Azərbaycanın Ģimal hissəsində becərilən texniki bitkilərdən biri də boyaq
kökü adı ilə tanınan qızıl boyadır. Qırmızı rəng kimi istifadə edilən bu bitki mənbələrdə
"qırmız" adlanır.
Azərbaycanın nisbətən isti yerlərində yayılan pambıqçılıq yerli əhalinin
təsərrüfat məĢğuliyyətində özünə möhkəm yer tutmuĢdu. Movses Xorenatsi
Beyləqanda yaĢayan əhalinin baĢqa mükəlləfiyyətlərlə yanaĢı, pambıqdan da natura
Ģəklində vergi verdiyini bildirir. Moisey Kalankatlının məlumatına görə, pambıq Kür
sahillərində xüsusilə ço x yetiĢdirilirdi.
Ölkənin əsas əkinçi əhalisi Kür və Arazın məhsuldar vadilərində, Kiçik və
Böyük Qafqazın dağətəyi yerlərində cəmləĢmiĢdi. Ölkənin iqtisadi cəhətdən daha da
inkiĢaf etmiĢ vilayətləri məhz bu bölgələrdə id i.
Maldarlıq Azərbaycan əhalisinin həyatında ta qədimdən bəri mühüm yer
tuturdu. ġirəli otlarla örtülü alp çəmənlikləri olan dağ rayonları, Kür-Araz ovalığı və
Xəzəryanı rayonların q ıĢda da demək olar, qar görməyən çölləri köçəri maldarlığ ının
geniĢ inkiĢafı üçün Ģərait yaradırdı.
Albaniya öz otlaqları ilə elə məĢhur idi ki, qonĢuluqdakı ermənilər də öz
mal-qara sürülərini qıĢlamaq üçün alban torpaqlarına gətirirdilər. Antik və erkən orta
əsrlər müəlliflərinin məlumatlarına görə burada keçi, qoyun, iribuynuzlu mal-qara, at,
donuz, dəvə bəsləyirdilər. Erkən orta əsrlər dövründə ovçuluq peĢəsi getdikcə tənəzzül
edir; buna müvafiq olaraq iri və xırda buynuzlu mal-qara saxlayanların sayı artırdı.
Albanların bu təsərrüfat sahəsi haqqında Moisey Kalankatlı da məlumat verir;
Albaniyada iri və xırda buynuzlu mal-qara və atların, o cümlədən minik atlarının bəs -
lənildiyi barədə yazan müəllif, ağ alban atı cinsini xüsusi qeyd edir.
Arxeoloji və etnoqrafik material erkən orta əsrlər Albaniyasında
dəvəçiliyin də inkiĢaf etdiyini göstərir. Dəvələrdən yük daĢımaq və min ik üçün
istifadə edird ilər.
Tədqiqatlar bu dövr Albaniyada süd məhsullarının yüksək səviyyədə
hazırlandığını da təsdiq edir. Azərbaycanlı maldarlar və qoyunçular öz
təsərrüfatlarında saxsı, ta xta və dəri nehrələrdən istifadə edird ilə r.
Arxeoloji və etnoqrafik tədqiqatlar Albaniyada yun və dərinin geniĢ istehsalı
və tətbiqi haqqındakı məlumatı təsdiq edir. Mingəçevir qazıntılarında qoyun qırxmaq
üçün qırxılıq alətlər aĢkara çıxarılıb; dəmir qırxılıqlar katakomba (yeraltı sərdabə)
qəbirlərində də tapılıb. Belə dəmir qırxılıqları azərbaycanlı qoyunçular bu gün də öz
təsərrüfatlarında iĢləd irlər.
Dostları ilə paylaş: |