75
təbəqəsini zadəganlar - vaspuxrlar (Ģahzadələr), Ģəhriyarlar və vuzurqlar (əyanlar),
azadlar (azad adamlar, kübarlar) təĢkil edirdi. 336-cı ilə aid edilən MiĢkinĢəhr
(Cənubi Azərbaycanda) kitabəsində şəhriyar, vuzurq və azad terminləri qeyd edilib.
Vu zurq kateqoriyasına ilk növbədə adlı-sanlı nəsillərin -hələ Parfiya dövründən
tanınan yerli Karenlər, Surenlər, Spendiyalar, Mihranilər, Spahbedlər və b. nəsillərin
üzvləri daxil idilər. Onlar imperiyanın ayrı-ayrı vilayətlərində geniĢ torpaq sahələrinə
malik idilər: Surenlər - Sistanda, Karenlər - Nihavənddə, Spahbedlər - Qurqan və
Dehistanda, Spendiyalar və Mihranilər Rey ərazisində.
"Azad"ların tərkibinə kübarlarla yanaĢı, "süvarilər" (əsvar), mülk sahibləri
(kadaq-xvadan) daxil idi. Gö rünür, "azad"ların xüsusi qrupunu dehqanlar
(mülkədarlar, feodallar) təĢkil edirdi. Ġranda VIII əsrədək qalmıĢ, hərbi qulluqçu olan
"süvarilər" Ģərti torpaq sahibi (xvastak, xostak) idilər. Nəslin kiĢi davamçısı
"süvarilər siyahısı"na düĢməsəydi, həmin torpaqlar sahibinin ölü mündən sonra
xəzinəyə qaytarılırdı.
Üçüncü zümrə olan katiblər (dəbir) qrupuna nəinki xidməti idarələrin
katibləri, dəftərxana mirzələri, salnaməçilər və b., eləcə də həkimlər, münəccimlər,
musiqiçilər və görünür, xırda və orta məmurların bir qismi daxil idi. Katiblər arasında
tanınmıĢ nəsildən olan Ģəxslərə də rast gəlmək olurdu.
Dördüncü, vergi verənlər zümrəsi özündə bütün zəhmətkeĢ əhalini -
əkinçiləri, maldarları, sənətkarları, eləcə də ticarətlə məĢğul olanları birləĢdirirdi.
Orta fars qaynaqlarında IIl-VII əsrlərə aid bir çox inkiĢaf etmiĢ sənət növlərinin adları
çəkilir; burada dəmirdən bel və balta düzəldən dəmirçi (ahanqar), dəmirçilik sənəti ilə
bağlı olan xəncər-qılınc ustası (çelenqar) haqqında məlu mat var. Adları sadalanan
sənətkarlar arasında çörəkbiĢirən (nanbaq), dabbağ (postqar), rəngsaz (ranqraz),
çəkməçi (kafşqar), sarvan (sartva), dəllək (varzviray), qayıqçı (navaz) da var idi.
Dosenqar adlanan dulusçular gil qab hazırlayırdılar; dulusçu ustanın əlaltısı olan
kulvarqar isə gil tutan idi. Dülgərlərin iĢi taxtanı istifadə üçün hazırlamaq, eləcə də
çarpayı, qapı və baĢqa Ģeyləri düzəltmək idi.
Ġki cür zərgər var idi: bir qismi qızıldan iri Ģeylər - kuzə, tac, qab, cütqabağı
hazırlayır, digərləri isə qızıl və gümüĢdən sırğa, qolbaq, üzük düzəld irdilər.
Sənətkarlar sırasında nəqqaĢların (niqarqar), müxtəlif peĢəli tikinti
fəhlələrinin də adları çəkilir. Ortafars mənbələrindən birində ("Zadspramın seçilmiĢ
[əsəri]"ndə) belə bir maraqlı məlumat vardır: "Birisi ev tikdirmək istəsə? üç adam seçir:
bunlardan biri yaxĢı özül ustası olur, baĢqası divarları hörməkdə ustadır, üçüncüsü isə
yaxĢı dam düzəldir". Mənbələrdə inĢaatçı və memarlar ümumi raz-kir-roq termin i ilə
ifadə olunurlar.
Sənətkarlar rəislərin baĢçılıq etdikləri korporasiya və sexlərdə birləĢ miĢdilər,
sənətkarların baĢçıları isə kirroqbed adlanırdı. Bütün "vergi verən" zümrənin
baĢında vastarioĢan-salar dururdu.
Sənətkarlar Ģəhərlərdə məhəllə-məhəllə məskən salır, onların yaĢadıqları
küçə peĢələrinə görə adlanırdı. Ticarətin növləri üzrə bazarlarda sıralar təĢkil olunurdu.
76
Lakin ticarət ləyaqətli peĢə sayılmırd ı.
Yalnız nadir hallarda bir zümrədən daha imtiyazlısına keçmək olurdu.
"Denkard"da belə deyilirdi: "Öz borcundan və zümrəndən boyun qaçırma".
Qullar heç bir zümrəyə aid deyildilər. III-VII əsrlərdə tarixi Azərbaycanın
cənub hissəsində quldarlıq inkiĢaf etmiĢ uklad Ģəklində mövcud idi. Qullar kənd
təsərrüfatında, Ģah mədənlərində, məbəd təsərrüfatlarında çalıĢırdılar. VI əsrdə baĢ
verən Məzdək hərəkatından sonra quldarlığın əsasları sarsıldı; lakin bundan sonra da hələ
xeyli müddət, xüsusilə məbəd və ailə təsərrüfatlarında qul əməyindən istifadə edilirdi.
Dövrün mənbələri əhalinin bizə məlum olan bütün dini qruplarında qul olması
faktlarını təsdiq edir. Məsələn, qeyri-azad atəĢpərəstlər haqqında yalnız pəhləvi mən-
bələri deyil, baĢqa qaynaqlar da xəbər verir. Xristian qullar haqqında siryani
qanunnamələrində, ĠĢoboxtın hüquq məcəlləsində, eləcə də islamın ilk çağında Ġranda
mövcud olan xristian kilsəsi baĢçılarının əsərlərində məlumat vardır. Görünür, qulların
əsas kütləsini anĢəhriq (hərfən: "gəlmə", "qərib") adlanan hərbi əsirlər təĢkil edirdi.
Onlardan ağır iĢlərdə istifadə olunurdu. Hər Ģeydən əvvəl hərbi əsirlər iri torpaq
sahiblərinin geniĢ əkin sahələrini becərirdilər. Ġranı qulla Roma və Bizansla aparılan
müharibələr təmin edirdi. Məsələn, I ġapurun kitabəsində onun Roma ilə apardığı
müharibələrdə ələ keçirdiyi çoxlu əsir haqqında məlumat verilir.
III-V əsrlərdə borc kö ləliyi geniĢ yayılmıĢdı. Kölə liyin bu forması can
vergisi əvəzinə özünü satmaqdan, ya da borcunu ödəmədiyi və yaxud ödəmək
iqtidarında olmadığı üçün iri torpaq sahibləri tərəfindən zorla qul edilməkdən
yaranmıĢdı. II ġapurun (309-379) dövründə çıxarılan qanuna görə can vergisini ödəmə-
yənlər bunun əvəzinə həmin verginin köləsi hesab olunurdular. Daha bir qul mənbəyi
cinayət etmiĢ azad adamların cəza olaraq köləyə çevrilməsi idi; atəĢgahlara verilən belə
adamlar ömürlük qul olurdular.
Sasani "Qanunnamə"sində qulların azadlığa buraxılması (manumissiyası) və
onların əmlakının olması haqqında məlumat vardır. Manumissiya hüququ məhdud
deyildi: qul sahibi istədiyi sayda qulu azad edə bilərdi. Qulu əmlakı ilə və ya
əmlaksız azadlığa buraxırdılar.
Bu dövrdə qul əməyi istismarının yeni forması meydana çıxır. Ro ma
imperiyasında olduğu kimi, burada da Ģəxsi istifadə üçün qula torpaq sahəsi ayrıldı.
Bu torpaq sahəsindən əldə etdiyi məhsulun bir h issəsindən istədiyi kimi istifadə
etməyə ona icazə verildi. Sonralar, müəyyən günləri sahibkarın torpağında iĢləməsi
Ģərtilə qula məhsulun hamısından istifadə etmək imkanı verildi. Qulu torpağa
bağlayan bu sistem qul ilə quldar arasında feodalizm dövrü biyar və töycüsünə
bənzər yeni münasibətlər yarad ırd ı.