96
(burun və ayaqlar qısalır, süzgəc adiləĢir və s.). Dövrün əsas qab nümunələri iri
təsərrüfat küpləri, nehrə, səhəng, bardaq, küpə, qazan, tava, təknə, kasa, duzqabı, çıraq
və s. Mingəçevirdə gildən düzəldilmiĢ kəsmə naxıĢlı Ģamdanlar, Bey ləqanda isə
buxurdanlar tapılmıĢdır. Onlar kvadrat və dairəvi formada olub, sadə və yaxud
dördayaqlı oturacağa malikdir.
Dulusçuluqdakı tənəzzül və geriləmə, görünür, cəmiyyətin yeni üsuli-idarəyə
keçməsi prosesi və köçəri tayfaların qərbə və cənuba axın ının güclənməsi və
müharibələrin artması ilə əlaqədar idi. Dövrün saxsı məmulatında baĢ verən ən
səciyyəvi hal konnelyur naxıĢlı qabların meydana gəlməsidir. Belə naxıĢlı qablar Azər-
baycanın Ģimal (Quba-Xaçmaz) bölgələri üçün daha səciyyəvidir. Qırmızı boyalı və
anqob örtüklü qabların istehsalı davam etdirilir. Beyləqandan tapılmıĢ bir ədəd boyalı
səhəng yaxĢı ĢüyrələnmiĢ və ağzı zoomorf Ģəklə salın mıĢdır.
ĠnĢaat keramikasında da sadəliyə doğru dəyiĢiklik baĢ verir. Antik dövrün
düzbucaqlı kərpicləri kvadrat və qalın kərpiclərlə əvəz olunur, kirəmitlər xeyli kiçik
ölçüdə hazırlanır. Əsasən Ģəhər qazıntılarından tapılan iki, kənarı yuxarı qatlanmıĢ
müstəvi formada alt (keramida) və qövs Ģəklində üst (kolipter) kirəmitlər bunu
deməyə əsas verir.
Qəbələnin ilk orta əsr təbəqəsindən su kəməri üçün istifadə olunan gil borular
tapılmıĢdır. Uzunluğu 40, diametri 16-10 sm olan belə borular bir-birinə geydirilir,
birləĢən hissələri kirəc məhlulu ilə bərkidilirdi. Bəzən boru su xətləri biĢmiĢ kərpiclə
hörülmüĢ arxlarda yerləĢdirilirdi. Suyun axarına nəzarət müəyyən məsafələrdə
yerləĢdirilən iki yandan su tünglərinə bənd edilən xüsusi küplər vasitəsilə həyata
keçirilirdi. Belə küplərdən su xəttini Ģaxələrə ayırmaq üçün də istifadə olunurdu.
Ġlk orta əsr abidələrində aparılan qazıntılar zamanı aĢkar olunan maddi
mədəniyyət qalıqlarının bir qrupunu da təndirlər təĢkil edir. Onların ölçüləri 30 sm-dən
1,5 m-dəkdir. Ən ço x 50-80 sm dia metri olan təndirlərə təsadüf olunur. Belə təndirlərin
dib hissəsində hava iĢləmək üçün gil boru qoyulur və yaxud deĢik düzəldilirdi. Bunlar,
Ģübhəsiz, çörək biĢirmək üçün istifadə olunmuĢdur. Kiçik təndirlər evi qızdırmaq - kürsü
üçün düzəldilir, böyük təndirlərdən isə çörək biĢirməklə bərabər, həm də meyvə
qurutmaq üçün istifadə edilirdi. Görünür, onlar bəzən qab rolunu da oynamıĢdır;
Beyləqanda aĢkar olunan bir təndirin içərisi darı ilə dolu idi.
Gildən insan, heyvan və quĢ fiqurları hazırlanması ilk orta əsrlərdə də davam
etdirilir. Bunlara daha çox dağ rayonları ərazisindəki yaĢayıĢ yerlərində və qəbirlərdə
təsadüf olunur. Bəzən belə fiqurlar stilizə olunmuĢ Ģəkildə hazırlanmıĢ, yaxud onların
elementləri qablara bəzək kimi vurulmuĢdur. Bunlar ölkədə xristianlığın qəbul
olunmasına baxmayaraq bütpərəstliyin qalıqlarının hələ də güclü olduğunu nümayiĢ
etdirir. Mingəçevir qazıntılarından büt Ģəklində düzəldilmiĢ mü xtəlif uĢaq oyuncaqları
tapılmıĢdır. Gənc nəslin tərbiyəsində, onları soykökləri ilə bağlayan bir amil kimi bu
oyuncaqlar mühüm ro l oynamıĢdır.
Ġlk orta əsrlərə aid maddi mədəniyyət nümunələrinin bir qrupunu ĢüĢə
məmulatı təĢkil edir. Arxeoloji materiallar sübut edir ki, artıq bu dövrdə Azərbaycanda
97
yerli ĢüĢə istehsalı mövcud olmuĢdur. Qəbələdə, Torpaqqalada (Qax rayonu),
Amarasda ĢüĢə istehsalı üçün iĢlədilən kürə qalıqları və hətta istehsal alətləri aĢkar
edilmiĢdir. Azərbaycan Ģəhərlərinin ilk orta əsr təbəqələrindən tapılan ĢüĢə qab
nümunələri, əsasən, darboğaz qabların qırıqlarından, kiçik bərnilərdən, qənddan və
boĢqab biçimli qablardan ibarətdir. Rəngləri açıq-yaĢıl, tünd-yaĢıl və yaĢıl, bəzən
çəhrayıdır. Bərnilərin oturacağı bir qədər içəriyə batıq formadadır. Bu qabların bəziləri
boğazsız, bəziləri isə ağız hissədə az kənara geniĢlənən boğaza malikdir. Sonuncular
bir növ enliboğaz küpələri xatırladır. Onlar əsas etibarilə ağızdan qabın oturacağına
doğru uzanan sıx xətlərlə, bəzən qabın yanlarında üstdən aĢağıya mail qabartmalarla, ya
da oyma naxıĢlarla bəzədilmiĢdir. Bərniyə bənzər qabların oturacaqları içəriyə batıq
olmaqdan baĢqa, mərkəzdən yanlara doğru günəĢ Ģüalarını xatırladan düz və qövsvari
xətlərlə də naxıĢlanmıĢdır. ġüĢə qabların hazırlanmasında tökmə və üfürmə
üsullarından istifadə olunmuĢdur. NaxıĢsız, saya qablar çoxluq təĢkil edir. ġüĢə bəzəklər
əsas etibarilə yaĢıl rəngli muncuqlardan ibarətdir; üzük, üzük qaĢı, hətta bilərzik və
güzgü qalıqlarına da təsadüf olunur. Mütəxəssislər hələ ilk orta əsrlərdə
Azərbaycanda bir neçə ĢüĢə istehsalı mərkəzləri olduğunu qeyd edirlər. Beyləqanın
ĢüĢə bəzəkləri üçün daha xarakterik olanı qara rəngli bilərziklərdir. Bunlar, tapılan
bilərziklərin üçdə iki hissəs indən çoxunu təĢkil edir. Bilərziklərin hamısı ucları bir-
birinə bitiĢdirilmiĢ çubuq Ģəklində olan ĢüĢə kütləsindən halqa formasında
düzəldilmiĢdir. Əksər bilərziklərin bitiĢən yeri ilan baĢı Ģəklindədir. En kəsiyi dairəvi,
yarımdairəvi və yaxud üçbucaq Ģəklindədir. Tək-tək eĢmə bilərziklərə də təsadüf
olunur.
DaĢdan hazırlanmıĢ maddi mədəniyyət qalıqları, demək olar ki, Azərbaycanın
qazıntı aparılmıĢ bütün abidələrinin ilk orta əsr təbəqələrindən tapılmıĢdır. DaĢ torpaqda
yaxĢı qaldığı üçün belə tapıntılar daha zəngindir. DaĢ məmulatın əsas kütləsini,
əlbəttə, memarlıq abidələrinin hissələri - sütunaltlıqları, kapitellər, qapı və pəncərə
baĢlıqları və digər memarlıq bəzəkləri təĢkil edir. MəiĢət, təsərrüfat və dini ayinlərlə
bağlı materiallar da kifayət qədər tapılır. Nümunə üçün Mingəçevirdən tapılmıĢ,
üzərində alban yazısı olan xaçaltı daĢı, Bərdədən tapılan, künclərində qoç baĢı təsvir
olunmuĢ kapiteli, Bərdə, ġamaxı, Qəbələ, Mingəçevir, Təzəkənd qazıntılarından
aĢkara çıxarılmıĢ sütunaltlıqlarını, Bərdə, Ağdam, ġamaxı rayonlarından məlum olan daĢ
heykəlləri, fallos formalı daĢları və digər nadir tapıntıları göstərmək olar. Beyləqan
qazıntılarından kirkirə daĢları, duzqabı, dabandaĢı və Ģamdanlar tapılmıĢdır. Bey -
ləqandan tapılmıĢ kirkirənin üst daĢı daha maraqlıdır. Bu daĢın altında (dən deĢiyinin
yanlarında) təvərə keçirmək üçün 14 sm uzunluğunda gəz açılmıĢdır. Məlumdur ki,
təvərəli dən daĢları, müasir su dəyirmanları kimi, dənin iri və yumĢaq üyüdülməsi üçün
nizama salına bilinirdi. Hər halda, Beyləqandan ilk orta əsrlərə aid təvərə gəzi olan kirkirə
daĢının tapılması Azərbaycanda əhalinin su dəyirmanı ilə tanıĢlığını tamamilə sübut
edən əsaslı dəlildir.
DaĢ məmulatından danıĢarkən qazıntılardan tapılan ilk orta əsr möhürlərini də
qeyd etmək lazımd ır. Bunlar mü xtəlif qiy mətli rəngli daĢlardan düzəldilmiĢ, əsasən