108
§ 3. ĠNCƏSƏNƏT
Ro ma imperiyasının ġərqdəki iddialarına son qoyan Sasani dövləti qısa
müddət ərzində öz təsirin i Hindistandan Misirədək böyük bir ərazidə yaydı. Bir
çox ġərq xalq larının mədəniyyət və incəsənəti də onların tarixləri kimi, Sasani
Ġranın ın mədəniyyət və incəsənəti ilə sıx bağlan mıĢ oldu. Sasanilər həm
imperiyanın iqtisadi cəhətdən daha çox inkiĢaf etmiĢ hissəsi olan A durbadaqanda,
həm də imperiya hüdudlarına daim müdaxilə edən Ģimal köçəri tayfaları ilə
bilavasitə Ġran arasında bufer rolunu oynayan Albaniyada nüfuzların ın
möhkəmlən məsinə xüsusi maraq göstərirdilər. Ona görə də Cənubi Qafqazın digər
vilayətlərinə nisbətən Azərbaycanda Sasani təsiri daha güclü idi. Buna müvafiq
Sasani mədəniyyəti ünsürləri burada daha parlaq təmsil olun muĢdu.
Alimlərin ümu mi rəy inə görə, Sasani incəsənətinin fərqləndirici cəhəti antik
incəsənətin yeniləĢdirilmiĢ elementləri ilə uyğunlaĢdırılan Əhəməni dövrü mədəniyyəti
ünsürlərinin Ģüurlu surətdə dirçəldilməsi id i. ġübhəsiz, Sasani incəsənətinin
inkiĢafında imperiya tərkibinə da xil edilmiĢ bir ço x ölkə xalqlarının, o cümlədən
azərbaycanlıların da payları vardır; lakin incəsənətdə formalaĢmıĢ Sasani üslubu, bu
dövr üçün səciyyəvi olan üslubun standartlaĢdırılıb vahid Ģəklə salınması, baĢqa
xalqların payını bilavasitə Ġran incəsənətindən ayırmaq iĢini çətinləĢdirir. Bununla belə,
dövrün incəsənət abidələrini araĢdıran tədqiqatçılar (K.V.Trever və b.) bu abidələrdə
yerli, özünəməxsus ünsürlərin olduğunu qeyd etmiĢ, onların sırf Ġran elementlərindən
fərqləndiyini göstərmiĢ, bunların içərisində alban sənətkarların ın məhsullarına xüsusi
diqqət yetirmiĢlər. K.V.Treverin fikrincə, məsələn, IV-V əsrlərə aid tunc əĢyalar
özlərin in texn iki baxımdan böyük kamilliy i, süjet və üslubda yerli və qərb (Roma və
Bizans) bədii vasitələrinin harmonik tətbiqi ilə fərqlənir. Tədqiqatçının fikrincə,
əĢyalara yeni keyfiyyət verən bu tətbiq alban incəsənəti məhsullarını nəinki Ġran, hətta
qonĢu erməni və iber abidələrindən də ayırır.
Orta əsrlərin erkən mərhələsində tarixi Azərbaycan ərazisində sənətin
dekorativ tətbiqi növləri daha çox inkiĢaf etmiĢ, daĢ və metal üzərində oyma sənətinin,
zərgərlik və ĢüĢə emalının yüksək keyfiyyətli məhsullarını hazırlayan sənətkarlıq
mərkəzləri və bütöv məktəblər meydana gəlmiĢdi. Bu sənət növlərinin Azərbaycanda
geniĢ intiĢarı yalnız yazılı qaynaqlardakı məlumatla deyil, arxeoloji komplekslərdə
tapılan çoxsaylı dekorativ-tətbiqi sənət nümunələri ilə də təsdiq edilir. Məsələn,
ġamaxıda, eramızın III əsrinə aid daĢ qutu qəbrində aĢkar edilmiĢ zərli gümüĢ döyrə
yüksək ustalıq və bədii zövq nümunəsidir. Döyrənin içərisi baĢdan-baĢa ov səhnəsi ilə
örtülmüĢdür: dördnala çapan atın üstündəki süvari geri çevrilərək oxunu dağ keçisinə
doğru tuĢlamıĢdır. Texniki baxımdan nadir sənət nümunəsi yaradan yerli usta forma və
tənasübü pozmadan mürəkkəb ov səhnəsini qabın yarımkürəvi müstəvisinə həkk etmiĢ,
bununla yanaĢı, rəsmin realizmini qoruyub saxlaya bilmiĢdir. Daha böyük qabarıqlığa nail
olmaq üçün o, üstdən lövhəcik vurma üsulundan istifadə etmiĢdir. Onu da qeyd etməliyik
ki, məmulatın bu hazırlan ma texnikası hətta Sasani Ġranının paytaxt emalatxanaları
109
üçün də nadir hadisə idi. Ov səhnəli belə qablar adətən konkret tarixi Ģəxsiyyətlərə -
hakimiyyət baĢında olan ĢahənĢahlara, vəliəhd Ģahzadələrə, iri vilayətlərin
hakimlərinə ithaf edilirdi. Bir sıra tədqiqatçıların fikrincə (V.Q.Lukonin, Q.O.QoĢqarlı)
ġamaxıdan tapılmıĢ qab üzərində I ġapurun oğlanlarından biri, o dövrdə (III əsrin 70-90-
cı illərində) imperiyanın Ģimal vilayətlərinin, o cümlədən Adurbadaqanın hakimi, gələcək
ĢahənĢah Nərsə təsvir edilmiĢdir. Güman etmək olar ki, bu nadir qab məhz Atropatenanın
torevtika emalatxanalarından birində hazırlanmıĢdır.
Bakıda tapılmıĢ, VI-VII əsrlərə aid zərli gümüĢ kuzə də nadir sənət
nümunəsidir. Kuzənin üstü baĢdan-baĢa mürəkkəb naxıĢlarla oyulmuĢdur. ZərlənmiĢ fon
dörd romba bölünmüĢ, onların ayrı-ayrılıqda hər birinin içində xoruzun, qırqovulun,
otyeyən heyvanı didiĢdirən qartalın və əfsanəvi simurq quĢunun ("Avesta"da Sen -
murv) təsvirləri verilmiĢdir. Rombların oyma naxıĢlı tərəflərinin kəsiĢdiyi yerdə, eləcə
də aralarında altıguĢəli ulduz və altıləçəkli gül təsvirli dolçalar yerləĢdirilmiĢdir. Bu
dolça mərasim qablarından hesab edilir.
Lənkəranda tapılmıĢ, boynunda "müqəddəs" baftası olan vəhĢi qoç təsvirli
gümüĢ döyrə yerli torevtikanın ən maraqlı nümunələrindəndir. Elə bil nəyi isə
gözləyən, sərt buynuzlu bu heyvan baĢını yüngülcə arxaya çevirmiĢdir. Onun bədəni
baĢdan-baĢa yuna bənzər döymə naxıĢla nöqtələn miĢdir.
ZərdüĢtilik allahlarının heyvan və quĢlarda təcəssüm edilmiĢ surətləri Sasani
Ġranı və mədəni cəhətdən onunla bağlı ölkələrin incəsənətinin mühüm xüsusiyyəti
olmuĢdur. Bu surətlərin meydana gəlməsi və monumental abidələrdən tutmuĢ dekorativ
tətbiqi incəsənətin min iatür məmu latınadək mü xtəlif abidələrdə tez bir zamanda
yayılması zərdüĢtiliyin Adurbadaqanda da dövlət dininə çevrilməsi və onun
qaydalarının incəsənətdə qərarlaĢması ilə bilavasitə bağlı olmuĢdur. Heyvan və quĢların
boynundakı "müqəddəs" baftaların təsviri bu dövr incəsənətində tez-tez təsadüf olunan
haldır. Usta bununla göstərmək istəyirdi ki, qarĢımızdakı, məsələn, ov səhnələrini təsvir
edən qablarda olduğu kimi, adi heyvan rəsmi deyil, ilahi varlıqların mücəssəməsidir.
Arxeoloji qazıntılar bu dövrün torevtikasının digər qiymətli nümunələrini də
aĢkara çıxarmıĢdır. Həmin əĢyaları düzəldən ustalar illərin təcrübəsindən çıxaraq,
naxıĢbasmanın, qəlibkarlığın, döymənin, qaynağın, həkkaklığın və s.-nin sirlərini
mənimsəmiĢdilər. Onlar məmulatın bədii təsir gücünü və estetik ifadəliliyini artırmaq
məqsədilə saya gümüĢün zər suyuna salınmıĢ gümüĢlə həmahəngliyindən məharətlə
istifadə edird ilər.
Azərbaycanın Ģimal vilayətlərindən (eləcə də müasir Cənubi Dağıstandan)
tapılan, adətən VI-VIII əsrlərə aid edilən tunc qablar, kuzələr və buxurdanlar da nadir
sənət əsərləri kimi maraq doğururlar. Bu qablar zəngin həndəsi və nəbati naxıĢlarla,
eləcə də heyvan təsvirləri ilə bəzədilmiĢdir.
Belə sənət nümunələri arasında, hazırda Sankt-Peterburqdakı Dövlət
Ermitajında saxlanılan, ötən əsrin əvvəllərində Naxçıvanda qədim əntiq Ģeylər
alverçisindən satın alınan tunc buxurdan xüsusi maraq doğurur. 35,6 sm hündürlükdə,
tuncdan tökülmüĢ süvari heykəlciyi formasında olan bu buxurdan alimlərin (K.V.Trever,