211
yazdığına görə, xalqı qorxutmaq üçün, edam olun muĢ Babəkin baĢı Xo rasana
gondərilir, bədəni isə Xilafət paytaxtında çarmıxa çəkilir.
Hətta təəssübkeĢ ərəb müəllifləri də edam zaman ı Babəkin nü mayiĢ
etdirdiyi mərd lik və mətanətə heyran olduqlarını gizlədə bilməmiĢlər. Sağ əli
kəsild ikdən sonra Babək həmin əli ilə sifətini baĢdan-baĢa qana boyamıĢdı. Nə
üçün belə etdiyini soruĢduqda, o, belə cavab vermiĢdi: "Sən (yəni xəlifə) əmr etdin
ki, məni ça rmıxa çə ksinlər, mənim eda mın ı sənin boynundadır. Lakin baĢım bədə-
nimdən ayrılanadək məndən axacaq qanın kəsilməyəcəyinə Ģübhə yoxdur.
Qorxu ram ki, bütün qanım axıb gedər, sifətim solar, adamlar elə əvvəldən ölü mdən
qorxduğu mu zənn edərlər. Qanım axd ığına görə deyil, bax elə buna görə mən belə
etdim, sifətimi qana boyadım ki, rəngimin qaçdığı görsənməsin!"
Orta əsr ərəb müəlliflərindən əl-Məqdisinin yazdığ ına görə, "Babək
üzərində qazanılan qələbə Ġslamın ən böyük qələbəsi, onun əsir alındığ ı gün
müsəlman ların bayram günü olmuĢdur"
Doğrudan da, Azərbaycan xürrəmiləri üzərindəki qələbə Xilafətə ço x baha
baĢa gəldi. 20 ildən artıq müddət ərzində babəkilər Xilafətin 225 min döyüĢçüsünü
və xeyli sərkərdəsini məhv etmiĢdilər. Xilafət tarixində baĢ verən dini-siyasi
çıxıĢlardan ən əzəmətlisi olan, ərəb üsul-idarəsinə qarĢı xalq azadlıq müharibəsi
səviyyəsində ucalan bu hərəkat əl-Məsudinin dili ilə desək "az qala Abbasilər
dövlətini məhv edəcəkdi".
§ 7. XÜRRƏMĠLƏR VƏ BABƏKĠLƏR
HƏRƏKATININ SONRAKI ÇIXIġLARA
TƏSĠRĠ VƏ TARĠXĠ ƏHƏMĠYYƏTĠ
Azərbaycanlıların yadelli istismarçılara qarĢı qüdrətli çıxıĢına çevrilmiĢ
xü rrəmilər - babəkilər hərəkatı Xilafətin məzlu m xalqlarla qarĢılıq lı
münasibətlərini kəskinləĢdird i, ərəb imperiyasının parçalan ma prosesini
sürətləndirdi.
Babəkin xürrəmi ard ıcılları IX yüzilin sonunadək Xilafətə qarĢı çevrilmiĢ
bütün yeni çıxıĢlarda iĢtirak etdilər. X əsrdə onların b ir ço xu ismaililərə qoĢuldular.
Təsadüfi deyil ki, xürrəmilərin fəaliyyət göstərdiyi bölgələr sonralar batin ilərin
istinadgahına çevrildi
1
.
1
Ġsmaililər - altıncı imam Cəfər əs-Sadiqin oğlu Ġsmayılı yeddinci Ģiə imamı kimi
tanıyanlar və onların tərəfdarlarıdır. Onların ideoloji sistemləri hamıya məlum olan "zahiri"
və yalnız seçmə adamlara məlum olan "batini, gizli, örtülü" təlimlərdən ibarətdir. Buradan da
müxtəlif qollara ayrılmıĢ ismaililərin batinilər adı meydana gəlmiĢdir.
212
Əbu Mənsur əl-Bağdadi (X əsr) məlu mat verir ki, "hal-hazırda Məzyərin ardıcılları
doğma dağlarında, özlərinin Curcandakı qonĢularının yardarlarıdırlar. Onlar islama
zahirən etiqad edir və bu dinə qarĢı olduqlarını gizlədird ilər".
838 - 839-cu ildə xürrə milə rin məğlubiyyətindən az sonra Təbəristanda
Karin sülaləsindən olan axırıncı əmir Məzyərin rəhbərlik etdiyi üsyan baĢlandı.
Ġsbahbez (spahbed) titulu almıĢ bu Ģəxs hələ 825-826-cı ildə xəlifə əl-Məmun
tərəfindən Təbəristan, Ruyan və Dunbavəndin hakimi təyin edilmiĢdi.
TəəssübkeĢ ərəb müəlliflərinin "kafir və satqın" kimi xarakterizə etdikləri
Məzyərin baĢçılıq etdiyi bu üsyan da babəki Ģüarları altında davam etmiĢ, ərəb
hakimiyyətinə qarĢı çevrilmiĢdi.
Abdullah ibn Tahirin tutduğu Xorasan valisi vəzifəsini ələ keçirməyə
cəhd göstərən sərkərdə AfĢin öz məqsədlərinə çatmaq üçün altdan -altdan Məzyərlə
Tahirilər arasındakı pozulmuĢ münasibətlərdən istifadə edir, Məzyəri Xilafətə qarĢı
qaldırmağa çalıĢırdı. Bu təbliğata uyan və vaxtilə Babəkə təəssübkeĢlik edən
Məzyər kəndlilərə mü lk sahiblərini məhv etmək, on ların malikanələrin i yandır-
maq tapĢırığ ı verdi. Ərəblərdən və yerli feodallardan alın mıĢ əmlakı o, ö z xü rrəmi
qanunlarına əsasən bütün kəndlilər arasında bərabər bölüĢdürməy i əmr etdi. Əsasən
ərəblərdən və məvalilərdən olan iri feodallardan torpaqları alaraq kəndlilərə
paylayan Məzyər təkcə siyasi deyil, iqtisadi məqsədlər də güdür, son nəticə olaraq
ərəb hakimiyyətinin devrilməsinə çalıĢırd ı.
Beləliklə, xü rrəmilər kimi qırmızı paltar geyən, Babəkin irəli sürdüyü
prinsipləri, eh kamları açıq-aĢkar qəbul edən Məzyərin və onun tərəfdarların ın
hərəkatı ço x keçmədən ərəb əsarətinə qarĢı mübarizəyə qalxmıĢ xeyli imkansızı da
birləĢdirdi.
Xilafət üçün böyük təhlükəyə çevrilmiĢ bu üsyan 840-cı ilin avqustunda
Xorasan hakimi Abdullah ibn Tahir tərə findən yatırıldı. Məzyər əsir a lın ıb, Sa mirə
Ģəhərinə göndərildi. ÇağdaĢ müəlliflərin məlumatına görə, o, burada xəlifə tərəfindən
mühakimə edilib, həbsə alınmıĢ AfĢinlə üzləĢdirildikdən sonra döyə-döyə öldürüldü.
838-839-cu ildə AfĢinin qohumu, onun öz yerinə Azərbaycan hakimi təyin
etdiyi Minkicəvr əl-Fərqani də mərkəzi hakimiyyətə qarĢı üsyan qaldırdı. Mənbələrdə
(ət-Təbəri və əl-Yəqubi) üsyanın gediĢi haqqında olan müxtəlif məlu matlara
baxmayaraq, çıxıĢın məqsədi aydın idi: Xilafətdən ayrılmaq, öz hakimiyyətini qurmaq.
Əvvəlki çıxıĢlar kimi, bu üsyan da yatırıldı. Xəlifə sərkərdəsi Böyük (əl-
Kəbir) Buğanın baĢçılıq etdiyi qoĢunlara qarĢı aparılan ağır döyüĢlərdən sonra
Minkicəvr 840/41-ci ildə məğlub edilib, Samirəyə göndərildi.
Nizamülmülkün məlu matına görə, xəlifə əl-Vasiqin dövründə (842-847)
Ġsfahan tərəflərdə xürrəmdinilər yenidən baĢ qaldırdılar. Bir neçə il davam edən, "heç bir
qoĢunun müqavimət göstərə bilmədiyi" bu çıxıĢ da nəhayət, yatırıldı. Maraqlı burasıdır
ki, Nizamülmülk xürrəmdini çıxıĢlarının (yəqin ki, burada söhbət ümumiyyətlə
batinilərin çıxıĢlarından gedir) 300 (912/13)-cü ilədək davam etdiyini qeyd edir.
MəĢhur filosof əl-Ğəzalinin xürrəmilər və onların ideologiyası haqqında