Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə116/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   112   113   114   115   116   117   118   119   ...   217

242 

 

qərbdə  Ani  və  Dvindən  Ģərqdə  Xəzər  dənizinədək,  cənubda  Zəncandan  Ģimalda 



Dərbəndədək  olan  böyük  bir  ərazini  özlərinə  tabe  etdilər.  Bu  geniĢ  ərazidə  o lan 

vilayətlərin  yerli  və  yerliləĢ miĢ  hakimləri  (ġirvan,  ġəki,  Xaçın,  Sün ik  və  s.) 

Sacilərə verg i ödəyirdilər. 

Beləliklə,  Sacilər  daha  zəif  qonĢuların  mülklərini  b irləĢdirərək  güclü 

dövlət  yaratmağa  nail  oldular.  Ġbn  Havqəlin  məlu matına  görə  bu  vilayətlərdən 

vergilər alan Yusif sonrakı Salarilərdən fərqli olaraq "az ilə qənaətlənir və onlardan 

yalnız hədiyyə yolu ilə verd iklərini götürürdü". 

Yusif  Ģimal  sərhədlərin in, 

xüsusilə  Dərbənd  keçidinin  möh-

kəmləndirilməsinə  böyük  diqqət  yetirirdi.  Çünki  müdaxilələr  əsasən  bu  keçiddən 

olurdu.  La kin  dövrün  çağdaĢ  müəlliflə rindən  olan  əl-Məsudinin  mə lu matından 

görünür ki, müdaxilə yalnız qurudan deyil, dəniz tərəfdən də baĢ verdi. 

913-cü  ilin sonunda rusların  ilk yürüĢü baĢ verdi. 300 (912 -913)-cü ildən 

sonra, yəni  Yusif  ibn Əbu-s-Sacın dövləti  müstəqil  idarə dövrünün baĢlanğıcında, 

rusların  gəmiləri  Vo lqa  çayı  vasitəsilə  Xəzər  dənizinə  daxil  olaraq,  əl-Məsudinin 

məlu matına görə "Cil  (Gilan),  Deyləm və Təbəristana, Curcan (Girkan)  sahilindəki 

Abaskuna, neftverən torpağa (yəni, AbĢerona) və Azərbaycan istiqamətində olan bütün 

yerlərə  basqın  etdilər.  Azərbaycanın  Ərdəbil  Ģəhərindən  dənizə  üç  günlük  yoldur. 

Ruslar  qan  tökür,  qadın  və  uĢaqlarla  istədiklərini  edir,  mal-dövləti  çapır,  basqınlar 

törədir,  xaraba  qoyur  və yandırırdılar.  Bu  dənizin  ətrafında  yaĢayan  xalqlar  özlərini 

itirdilər,  çünki  əvvəllər  onların  üzərinə  dənizdən  basqın  edən  heç  bir  düĢməni 

xatırlamırdılar.  Dənizdə  bu  vaxta  qədər  yalnız  ticarət  və  balıqçı  gəmiləri  üzürdü. 

Rusların gilanlılar, deyləmlilər və Curcan sahillərindəkilərlə, eləcə  də baĢda Ġbn Əbu-s-

Sac olmaqla döyüĢən Bərdə, Arran, ġirvan və Azərbaycan əhalisi ilə bir çox vuruĢması 

oldu.  Sonra onlar  ġirvan Ģahlığının  Bakuh  (Bakı)  adı  ilə  tanınmıĢ  neftverən  sahilinə 

gəlib  çıxdılar.  Qarətdən  qayıtdıqları  vaxt,  ruslar  neftverən  torpaqdan  bir  neçə  rail 

məsafədə olan  adalarda  (indiki  Nargin,  Pirallahı  və  s.) daldalan dılar.  O  vaxt  ġirvanın 

Ģahı  Əli  ibn əl-Heysəm  idi.  Əhali hazırlıq gördü, qayıqlara  minib,  həmin adalara sarı üzdü. 

Ruslar onların qarĢısına çıxd ılar. Minlərlə müsəlman öldürüldü və dənizdə boğuldu. Ruslar 

bir neçə ay bu dənizdə qaldılar, çoxlu qənimət əldə etdilər, əməllərindən  usandıqda Xəzər 

çayının (Volqanın) mənsəbinə tərəf yollandılar..." 

Lakin  rusların  əsas  etibarı  ilə  yalnız  Xəzər  sahili  bölgələri  əhatə  edən  bu 

dağıdıcı  yürüĢü  Sacilərin  qüdrətinə  təsir  göstərə  bilməzdi.  Çünki  bu  zaman  Sacilər 

Azərbaycanda  və  qonĢu  vilayətlərdə  öz  hakimiyyətlərini  kifayət  dərəcədə 

möhkəmləndirə bilmiĢdilər. 

908-ci  ildən  baĢlayaraq  Xilafəti  xəlifə  əl-Müqtədirin  nüfuzlu  vəziri  Ġbn  əl-

Furat  idarə  edirdi;  Yusif  912-ci  ilədək,  yəni,  vəzirin  öz  vəzifəsindən  çıxarıldığı 

vaxtadək, 120  min dinar  məb ləğində illik vergini məhz ona ödəyirdi. Həmin il Ġbn əl-

Furatın vəzirlikdən çıxarılmasından və xəlifə sarayındakı hərc-mərclikdən istifadə edən 

Yusif verginin ödənilməsini dayandırır. Beləliklə,  Yusifin əlində böyük sərvət toplanır, 

onun qüdrəti artır. Bu isə Yusifi mərkəzi hakimiyyətlə üzülüĢməyə, bir qədər sonra isə 



243 

 

Xilafətə qarĢı qoĢun çıxarmağa sövq edir. 



Öz vəzifəsindən cəmi bir neçə il uzaqlaĢdırılmıĢ Ġbn əl-Furatın yerini az sonra 

fitnə-fəsad qurbanı olaraq həbs edilmiĢ Əli ibn Ġsa tutdu. Yusif vəzirin ona  xəlifə ə l-

Müqtədirin fərmanını təqdim etməsi, həmin fərmana əsasən Rey, Qəzvin, Əbhər və 

Zəncan  vilayətlərində  hərbi  iĢlər  üzrə  amil  vəzifəsinin  ona  tapĢırılması  Ģayiəsini 

yayır.  O  zaman  Rey i  Xorasan  hakimi  Nəsr  ibn  Əh məd  əs -Səmanin in  adından 

Xilafətdən  ayrılmıĢ  Məhəmməd  ibn  Əli  Səluq  adlı  b irisi  idarə  edirdi.  O ,  Reyə 

hücum  edən  Yusifın  qoĢunları  qarĢısında  dayana  bilməyərək,  Ģəhəri  təslim  etdi. 

Reydən baĢqa Zəncanı, Əbhəri və  Qə zvin i ələ  keç irmiĢ  Yusif ona tabe  ərazini  Əli 

ibn Ġsanın təqdim etdiyi  xəlifə fərman ına əsasən geniĢləndirdiyini  xəlifəyə bildirdi. 

Lakin  hələ  də  həbsdə  saxlanılan  Əli  ibn  Ġsa  özünün  baĢ vermiĢ  hadisədə heç  bir 

iĢtirakı olmadığı haqqında  məlu mat verdi. Xəlifə,  Xaqan əl-Müflihi baĢda olmaqla 

20  minlik  ordusunu  Yusifə  qarĢı  göndərdi.  BaĢqa  əmirlərin  də  xəl ifə  ordusuna 

kö mək göstərməsinə baxmayaraq, Yusifin 7 minlik ordusu zəfər qazandı.  

Xəlifə  ordusunun  məğlubiyyət  xəbəri  Bağdada  çatanda  Yusifə  qarĢı  əl-

Müflih inin  nəvəsi  Munis  göndərildi.  O,  babasının  dərbədər  düĢmüĢ döyüĢçülərini 

bir  yerə  yığaraq,  xəlifənin  baĢqa  sərkərdələri  ilə  birgə  Yusifin  üzə rinə  hücum 

etmək üçün Rey yaxınlığında qərarlaĢdı və Yusifə təslim olmaq təklifini göndərdi. 

Xəlifəyə göndərdiyi  məktubunda Yusif öz  itaətini bildirir,  lakin ildə 700  min dinar 

məb ləğində  vergi  müqabilində  sahib  olduğu  mü lklərin  onun  əlində  saxlan masını  

xahiĢ  edir.  Yen idən  vəzir  vəzifəsini  tutmuĢ  Ġbn  əl-Furat  Yusifin  xah iĢini  yerinə 

yetirmək  istəyirsə  də,  hacib  və  baĢqa saray  əyanlarının  təhrik  etdiyi  xə lifə  hə min 

xahiĢi rədd edir.  Yusifin  Bağdada gəlməsi tələb olunur. Təhlükəni hiss edən Yusif 

Rey  əhalisindən  illik  vergin i  yığaraq  A zərbaycana  qayıdır.  A z  vaxtdan  sonra  o, 

Sərabda xəlifənin qoĢunlarına hücum edərək, on ları darmadağın ed ir. 

919-cu  ildə  Ərdəbil  ya xın lığ ında  son  döyüĢ  baĢ  verdi.  DöyüĢ  zamanı 

Yusifin  qoĢunları  geri  çəkildi.  Yusif  əsir  düĢərək  Bağdada  aparıldı  və  qaladakı 

həbsxanaya salındı. Sacilərin keçmiĢ  mü lklərinə yeni ha kimlər göndərildi. Əli  ibn 

Vahsudan  Zəncan,  Qəzvin,  Əbhər,  Rey  və  Dunbavənd  nahiyələrin in,  Əh məd  ibn 

Əli isə Ġsfahan, Qu m, KaĢan və Savənin valisi təyin edildilər.  

Munis  Azərbaycanı  tərk  edən  kimi  Yusifin  sala mat  qalmıĢ  tərəfdarlarını  

baĢına  yığıb,  Ərdəbildə  möhkəmlənə  bilmiĢ  qulamı  Subuk  ölkənin  idarəsin i  əlinə 

alır.  Xəlifə, Məhəmməd ibn Abdullah əl-Fariqini Azərbaycana hakim təyin edib, onu 

qoĢunla Subukun üzərinə göndərir. Lakin xəlifə ordusu darmadağın edilir.  Tam hüquqlu 

hakimə çevrilmiĢ Subuk xəzinəyə ildə 220 min dinar vergi vermək Ģərtilə hakimiyyətinin 

xəlifə tərəfindən tanınmağına nail olur. 

Öz ağası Yusif kimi  müstəqil siyasət yürüdən Subuk "Ermənistan ĢahənĢahı" 

kimi  tanıdığı  erməni  hökmdarı  II  AĢotla  yaxınlaĢaraq,  onun  simasında  müttəfiq  əldə 

edir.  Onlar  Dvinə  hücum  etmiĢ  Bizans  qoĢunlarına  qarĢı  birgə  çıxaraq,  rəqibi  geri 

çəkilməyə məcbur edirlər. 

Azərbaycanın  və  baĢqa  Qafqaz  vilayətlərinin  Xilafətdən  qəti  ayrılmasına 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə