Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə24/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   20   21   22   23   24   25   26   27   ...   217

52 

 

hakimiyyətinin  möhkəmlən məsinə  həsr  olunmuĢdur:  "Azatlar  öz  Ģəxsi 



mü lklərindən  yepiskopun  xəbəri  o lmadan  keĢiĢi  nə  qova,  nə  də  götürə  bilərlər. 

Yepiskoplar  da  azatların  icazəsi  olmadan  keĢiĢləri  nə  təyin  edə,  nə  də  çıxara 

bilərlər.  KeĢiĢ  azat  və  ya  dindarlar  tərəfindən  ona  qarĢı  təhlükə  olsa  belə, 

yepiskopun  icazəsi  olmadan  öz  yerindən  getməməlidir".  Göründü yü  kimi,  qanun 

azatların  özbaĢına  hərəkətin i  məhdudlaĢdırır  və  ruhanilərlə  azatların  hüquqlarını 

bərabərləĢdirir. 

Aquen  qanunlarının  XVII,  XX  və  XXI  maddələri  azatlarla  ruhanilər 

arasında iqtisadi və siyasi zəmində baĢ verən zümrələr- arası  mübarizəni ö zündə əks 

etdirir.  Diqqətəlayiqdir  ki,  Aquen  qanununda  öz  əksini  tapmıĢ  dünyəvi  və  ruhani 

feodallar arasındakı mübarizə V əsr Albaniyasının gerçəkliyi idi. Müqayisə üçün xatır- 

ladılmalıdır  ki,  V  əsr  Ermənistanı  üçün  ruhanilərin  hökmdar  hakimiyyətinə  qarĢı 

mübarizəsi 

səciyyəvidir. 

Görünür, 

Albaniyanın 

ictimai-siyasi 

inkiĢaf 

xüsusiyyətlərindən  biri  bundan  ibarətdir.  Dvin  kilsə  məclisinin  qaydalarından  aydın 

olduğu  kimi,  Ermənistanda  dünyəvi  və  ruhani  əyanlar  arasındakı  mübarizə  VII  əsrdə 

müĢahidə edilir. 

III, IV,  V,  XVII, XVIII, XIX qanunlar Aquen qanunlarının üçüncü qrupunu 

təĢkil  edir.  Həmin  qanunlar  ruhanilərlə  dindarlar  arasındakı  qarĢılıqlı  münasibətləri 

tənzimləyir. Bu qanunlarda əsas diqqət ruhanilərin maddi cəhətdən təmin olunmasına 

yönəldilmiĢdir. Ruhanilər əhalidən çoxsaylı vergilər (məhsul vergisi, onda bir vergisi, 

can  vergisi,  ruhun  rahatlığı  üçün  vergi)  alırdılar.  Kilsənin  quruluĢunu,  onun 

iyerarxiyasını  əks  etdirən  (Aquen  qanunlarının  birinci  qrupu),  ruhanilərlə  dünyəvi 

əyanlar  arasındakı  münasibətləri  tənzimləyən  (qanunların  ikinci  qrupu),  ruhanilərlə 

dünyəvi  əhali  -  bir  kilsəyə  məxsus  olan  dindarlar  arasındakı  münasibət  qaydalarını 

müəyyənləĢdirən  (qanunların  üçüncü  qrupu)  qanunlardan  baĢqa  qanunlarını  sırf 

hüquqi səciyyə daĢıyan, nikah-ailə  hüquqıı  normalarını  (X  və  XI  qanunlar),  cinayət 

hüququnun bəzi normalarını (VIII, XI, XII,  XIII, XIV qanunlar) əks etdirən  dördüncü 

qrupunu ayırmaq olar. 

VIII qanunda deyilir: "Hər hansı bir xaçpərəst dava salıb qan tökərsə, həmin 

adamı  yepiskopun  yanına  gətirib  qanunlara  əsasən  cəzalandırmaq  lazımdır".  Bu 

qanunun mənĢəyi Bibliyaya gedib çıxır. Bibliyada deyilir ki, insan qanını tökmüĢ Ģəxs 

ölüm cəzasına məhkum olmalıdır. Aquen qanununda cəzanın xarakteri naməlum qalır. 

Ġlk növbədə onu qeyd etmək lazımdır ki, bu, Aquen kilsə məclisinin yeganə qanunudur 

ki,  orada  cəza  haqqında söhbət  kilsə  məclisinin  kanonları  üzrə  deyil,  qanun  (oren) 

əsasında gedir. Qanunlar dövlət hakimiyyəti tərəfindən müəyyən edilir. Aquen  tipli 

qanunlar  isə  ruhani  və  dünyəvi  əyanların  iĢtirakı  ilə  keçirilən  kilsə  məclislərinin 

hüquqi  yaradıcılığının  nəticəsidir.  VIII  qanundan  məlum  olur  ki,  ruhanilər  iyerarxik 

baĢçının  Ģəxsində  mülki  və  cinayət  hüququnun  bəzi  sahələrində  hüquqi  funksiyaları 

(məhkəmə  hakimiyyətini)  həyata  keçirir  və  kilsə  qanunları  əsasında  deyil,  dünyəvi 

qanunlar üzrə mühakimə edirdilər. 

Aquen  kilsə  məclisinin  X  və  XI  qanunları  nikah-ailə  münasibətlərini  əks 



53 

 

etdirir. 



X qanunda oxuyuruq: "Heç kəs onunla üçüncü dərəcədə  qohum olan qadınla 

evlənə  bilməz  və  qardaĢının  da  arvadını  ala  bilməz‖.  Göründüyü  kimi,  qohumluğun 

üçüncü dərəcəsi deyildikdə, üçüncü nəsil  budağı  nəzərdə tutulur.  Qanuna görə,  nikaha 

qohumluğun dördüncü dərəcəsində icazə verilird i. 

Bu  qanun  mənĢəcə  birbaĢa  Bibliyaya  gedib  çıxır,  belə  ki,  Bib liyada 

qohumluğun ilk üç dərəcəsində qohumlar arasında nikahlar qadağan edilmiĢdir. 

Qanunlardan məlum olur ki, baĢqa xristian ölkələrində olduğu  kimi,  V əsrdə 

Albaniyada  da  xristianlığaqədərki  adətlər  və  levirat  (uĢaqsız  dul  qadının  mütləq 

qaynına ərə getməsi qaydası) hələ də qalmaqda idi. Aquen qanununun məqsədi qədim 

nikah adətlərinin aradan qaldırılması və xristian kilsə nikahının bərqərar olunması idi. 

XI  qanunda  cadugərlərə  müraciət  olunması  da  qadağan  edilirdi.  Cadugərlik 

dinsizlik kimi qiymətləndirilirdi və həmin  fəaliyyətə görə müqəssir olan Ģəxslər üçün 

qanunda  insan  öldürməyin  müqabilində  verilən  cəza,  yəni  ölüm  cəzası  nəzərdə 

tutulurdu. Görünür, bu qanunun da əsasında Bibliyada olan qanun durur: "Əgər kiĢi və 

ya qadın ölüləri və ya cadugərləri çağırarsa, ölü mə  məhku m olunacaq, onu daĢqalaq 

edərək, qanına qəltan edəcəklər". 

Alban kilsəsinin, habelə erməni və gürcü kilsələrinin qanun  yaradıcılığı üçün 

aĢağıdakı mənbələr olmuĢdur: 1) Xristian ġərqinin baĢqa kilsələri ilə ümumi olan, xarici, 

mənimsənilmiĢ normalar; 2) alban kilsəsinin hazırladığı və müəyyən etdiyi normalar. 

Alban  kilsə  iyerarxiyası  bu  xarici  normaları  sadəcə  olaraq  əxz  etməmiĢ, 

həmin  normaları  Albaniyanın  özündəki  ictimai  münasibətlərə,  adi  hüquqa  zidd 

olmayacaq dərəcədə qəbul etmiĢdi. 

Aquen  qanunları  yeni  dinin  feodal  əsaslarını  qaydaya  saldı  və  bununla 

Albaniyada feodal münasibətlərinin daha da inkiĢaf etməsinə yardım göstərdi. 

 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə