30
vəziyyəti və təqdim etdiyi qoĢunun sayı ilə müəyyənləĢirdi. "Dərəcə fərmanı" azatlar
iyerarxiyasının sıra düzümünü təyin edir, ölkənin ictimai-siyasi həyatında hər bir azat
patronimiyasının yerini və mövqeyini müəyyənləĢdirirdi. Albaniya və Ġran
hökmdarlarının vassalları olan alban azatları hərbi qüvvə verməli, öz sosial mənsəblərinə
müvafiq olaraq sarayda xid mət etməli, müharibələr zamanı mü xtəlif dövlət - inzibati
funksiyalarını yerinə yetirməli idilər. Ruhanilərlə birlikdə onlar da can vergisindən azad
edilirdilər. Albaniya və Ġran hökmdarlarına hərbi xid mətləri müqabilində azatlar torpaq
payları alırdılar.
III-VII əsrlərdə Albaniyanın ictimai istehsalında feodal münasibətləri hakim
idi. Feodal torpaq sahibliyi torpaq üzərində dövlət və xüsusi mülkiyyət formalarının
qarĢıdurması Ģəraitində təĢəkkül tapmıĢdı. Dövlət mülkiyyəti dövlət domeni (bu halda
da renta və vergi üst-üstə düĢürdü) və feodalların xid məti xüsusi mülkiyyətində
olan torpaqlar üzərində mü lkiyyətlə məhdudlaĢırdı. Feodalizmin erkən dövründə
(təqribən III-VI əsrlərdə) torpaq üzərində dövlət (hökmdarın Ģəxsində) mü lkiyyət
forması üstünlük təĢkil edirdi. Feodal fo rmasiyasını feodal cəmiyyətinin siyasi
strukturu da xarakterizə edir; bu strukturun əsas əlamətləri - mü lkiyyət hüququnun
hədsiz parçalan ması, siyasi hakimiyyətin xırdalan ması, dövlətə məxsus hüquqların
Ģəxsi mənafe baxımından istifadə edilməsi id i. AraĢdırmalar feodal formasiyasının
bütün bu atributlarının A lbaniyada da aĢkar olduğunu sübut edir.
§ 2. ƏHALĠNĠN SĠNFĠ VƏ SOSĠAL TƏRKĠBĠ
ġimali A zərbaycanın - Albaniyanın bütün əhalisi feodal cəmiyyətin in
sosial əsasını təĢkil edən iki antaqonist sinfə (zü mrəyə), feodallar
(azatlar) və
kəndlilər (şinakanlar) sinfinə (zü mrəsinə) bölünürdü.
Albaniyanın kübar əyanlarına qarĢı qoyulan bütün imtiyazsız, istismar
olunan kütləsi eynimənalı iki terminlə ifadə edilirdi: şinakan ("Avesta"dakı "kənd
sakini", "kəndli") və ramik (farsca "kütlə", "sürü", "qrup").
Real olaraq Ģinakanlar erkən feodal cəmiyyətinin kəndli sinfi -zü mrəsini,
ramiklər isə qara camaatın ü mu mi ad ını b ild irird i.
Aquen məclisinin alban qanunlarında dindarlar iki kateqoriyaya
bölünürlər: əyanlara - azatlara və Ģinakanlara. Burada Ģinakanlar bütün vergi
verənləri nəzərdə tuturdu. Beləliklə, qanundan məlu m olur ki, ġ imali A zərbaycanın
- Albaniyanın əsas vergi verən zümrəsi kəndlilər idi. Kəndin əmla ka görə
təbəqələĢməsi prosesi dərinləĢird i. Albaniyada üç kateqoriya kəndli vard ı: varlılar,
kasıblar, torpaqsızlar. Torpaqsız kəndlilər yardar - icarədarlara çevrilir və ya
feodalın yanında mu zdur olurdu lar. Ölkənin əsas istehsalçıları azad kəndlilər,
icmaçılar və feodaldan asılı kəndlilər idilər.
31
Ġcma baĢçısı - kəndxuda icma üzv ləri tərəfindən dini ayinlərin yerinə
yetirilməsi üçün kilsə qarĢısında məsuliyyət daĢıyırdı. Ehtimal ki, o, həm də
kəndlilər tərəfindən dövlət mükəlləfiyyətlərin in yerinə yetirilməsi üçün də məsul
idi. Görünür ki, icmaçılar ü zərinə vergilərin qoyulması və bu vergilərin y ığılması,
torpaqdan istifadə məsələlərinin n izamlan ması, suvarma suyunun bölüĢdürülməsi
iĢləri bilavasitə onun vəzifəsi idi.
Albaniyada feodaldan asılı kəndlilərin formalaĢ masında baĢlıca rolu
kəndli icmasının təkamü lü, onun üzvlərinin tədricən əsarət altına düĢməsi və
onların azad olmayan baĢqa adamlarla yaxın laĢması oynamıĢdır. A lbaniyada qul
əməy i tətbiq olunurdu. Belə ki, Favstos Buzandın məlu matına görə, alban
hökmdarı Urnayr öz qoĢununa müraciətlə belə demiĢdi: " Yad ınızda saxlay ın ki, biz
romalı döyüĢçüləri əsir aldıqda, əksəriyyətini sağ qoymalı, əl-qollarını bağlay ıb
Albaniyaya gətirmə li, onları dulusçu, daĢyonan, Ģəhərlərimizi, saraylarımızı və s.
tikən kimi iĢlətməliyik".
Moisey Kalankatlın ın "Alban tarixi"ndə də V əsrdə və sonrakı dövrlərdə
Albaniyada olan qullar haqqında mə lu mat verilir; bu, "Mömin" Vaçaqanın sehrbaz
və cadugərləri qula çevirməsi haqqındadır. IV-V əsrlərdə A lbaniyada qul
ehtiyatının əsas mənbəyi müharibələr, habelə ağır cinayətlər (din əleyhinə əməllər)
idi.
Erkən feodalizm dövründə Albaniyada primitiv formada olsa da, yalnız
uklad kimi qalan quldarlıq ölkənin iqtisadiyyatında aparıcı ro l oynamırdı. Qul
əməy indən dövlət tikintilərində və ev təsərrüfatında istifadə olunurdu.
Feodal sinfinin - zü mrəsinin fo rma laĢması prosesi feodaldan asılı kəndli
sinfinin - zü mrəsinin yaranması ilə sıx ə laqədə idi. Antik dövrün son və orta
əsrlərin ilk yü zillərində əvvəllər azad olan icmaçılar içərisindən yeni qrup
əyanların ayrılması və onların tədricən köhnə əyanların bir h issəsi ilə vahid feodal
sinfində -zü mrəsində birləĢ məsi prosesi gedirdi.
V-VI əsrlərdə Albaniyada feodal sinfinin - zü mrəsinin forma laĢması baĢa
çatdı: mənbələrdə bu sinif - zü mrə ço xsaylı mü xtəlif terminlərlə, baĢlıca olaraq
kəndlilərə - Ģinakanlara müqabil o lan "azat", "naharar" terminləri ilə ifadə edilirdi.
"Azat" (farsca "nəcib", hərfən: "qəbilə daxilində doğulmuĢ") termini mənaca çox
geniĢdir: 1) azatlar bütün hakim feodallar sinfin i bild irərək, onların sosial
vəziyyətini göstərir; 2) azat feodal nəslinin - patronimiyasının hər hansı üzvünü -
həm patronimiya baĢçısını, həm də onun oğulların ı ifadə edir.
Mənasının geniĢliyinə görə, "azat"dan sonra ikinci yerdə "naharar" termini
idi (parfiya dilində "əzəl sahib olan", "ilkin sahib").
Azat termini kimi bu termin də feodal patronimiyasının bütün üzvlərini,
eləcə də bütövlükdə feodal zü mrəsini bildirirdi.
Feodal naharar xanədanları (patronimiyala rı) torpağa, suya malik olur,
ölkəni qoĢun, hərbi qüvvə ilə təchiz edirdilər. Nahararlar vergilərdən azad idilər.
Onların baĢlıca vəzifəsi hökmdara hərbi xid mət idi. Kəndli icmaları - kəndlər əvvəlcə