246
§ 2. ġĠRVANġAH MƏZYƏDĠLƏR (YƏZĠDĠLƏR) DÖVLƏTĠ
VI yüzilin əvvəllərində alban arĢakilər sülaləsinin Sasanilər tərəfindən ləğvi
qədim ġirvan torpağında, ġabrançay və Gilgilçay hövzələri ərazisində "ĢirvanĢah" titullu
hakimlərin idarə etdiyi yeni qurumun təĢəkkülü üçün zə min yaratdı.
Tarixi ənənə bu dövlətin əsasının qoyulmasını Sasani hökmdarı I ƏrdəĢirin
(224-241), digər mülahizəyə əsasən isə I Xosrov ƏnuĢirəvanın (531-579) adları ilə
bağlayır. Ġkinci mülahizəni irəli sürənlər öz fikirlərini I Xosrov ƏnuĢirəvanın Ġran, o
cümlədən Azərbaycanın tərəqqisinə yardım etmiĢ imperiya miqyaslı islahatları və Ģimal
vilayətlərinin mühafizəsini etibar etdiyi hakimlərin təyinatı ilə əlaqələndirirlər. Orta
çağ ərəb müəllifləri "Ģah" titulu almıĢ həmin hakimlər arasında ġirvanĢahın
(ġiryanĢahın) da adını çəkmiĢlər.
Sasani imperiyasının tərkibinə daxil edilmiĢ vilayət hakimlərinin "Ģah" titulunu
daĢıması iri torpaq mülkiyyətinə malik olsalar da, Sasani ĢahənĢahından vassal asılılıqda
olan bu feodalların müəyyən dərəcədə müstəqil olduğunu sübut edir.
Mənbələrdə ilkin ĢirvanĢahların adları haqqında məlu mat yoxdur. Lakin
həmin mənbələrdə ilk ġirvan hakimlərinin mənĢəyi, onların I Xosrov ƏnuĢirəvan və ya
Bəhram Çubinlə bağlı nəsilləri haqqında məlu mat vardır. Mənbələrdəki bu və digər
məlu mat ilk ĢirvanĢahların iran mənĢəli o lduqlarını iddia etməyə, onların hökmdar
nəslindən olmasa da, mütləq nəcabətli nəsildən olmasını güman etməyə də imkan verir.
Bu, ərəb iĢğalları zamanı Dərbəndi idarə edən "Ģah" titullu Sasani hakiminin ət-Təbəri
tərəfindən təqdim edilən sözləri ilə də təsdiq olunur: "Mən quduz düĢmənə və əsli
olmayan qaba xalqlara qarĢı durmuĢam. Nəcib və dərrakəli Ģəxs bu cinsdən olanlara
kömək etməz və əsli-nəcabətlilərə qarĢı onlardan kömək ummaz, çünki əsli olan, harada
olursa olsun, yalnız əsli olana yaxındır. Mənim özümün nə yerli dağlılara (kabçlılara -
qafqazlılara), nə də ermənilərə dəxlim yoxdur; ...Onlar həmin yerlərin ətrafında
yaĢayanlardır, özləri də [bu yerlərdə] qəribdirlər (yəni gəlmədirlər)".
Ət-Təbərinin məlu matından görünür ki, ġirvanın ərəblər tərəfindən iĢğalı
ərəfəsində Dərbəndi "Farsdan olan bir Ģəxs" idarə edirdi. ġəhribərəz (ġəhrivərəz, digər
məlu mata əsasən ġəhriyar) adlı (bəlkə də titullu) bu hakim əyan nəslindən idi. Hacı
Xəlifə onu "ġirvan hökmdarı" adlandırmıĢdır. Sasani hökmdarından vassal asılılığında olan
həmin Ģəxs elə ilk ərəb hücumundan sonra yeni iĢğalçılara hərbi yardım göstərmək və
vergi ödəmək Ģərtlərilə tabe oldu. Lakin çox keçmədən Ģimal sərhədlərinin
mühafizəsində ərəblərə yardım göstərməyə razılıq vermiĢ ġirvanın sərhəd bölgələri
əhalisi vergidən azad edildilər. Bu imtiyaz "evdə qalan və düĢmənlə döyüĢməyə
getməyən" Ģəxslərə Ģamil edilmird i.
Həmin vaxtdan etibarən demək olar bütün Arran kimi, ġirvan da ərəblərdən
asılı vəziyyətə düĢdü. Onu da qeyd etməliyik ki, əgər VIII əsrin əvvəllərinədək keçmiĢ
Sasani ġirvanĢahlarının varislərinə yeni ərəb üsuli-idarəsində müəyyən vəzifələr
(əsasən vergi yığıcısı) tapĢırılırdısa, Xilafət hakimiyyətinin Cənubi Qafqazda
247
möhkəmləndiyi həmin dövrdən etibarən burada da yerli sülalələrin nümayəndələri qəti
surətdə hakim vəzifələrdən uzaqlaĢdırıld ı, ərəb Arran vilayətinin tərkibində olan
ġirvan Xilafət mərkəzindən təyin olunmuĢ caniĢinlər tərəfindən idarə edilməyə
baĢlanıldı.
Lakin ərəb mənbələrindəki məlumatlardan aydın olur ki, yerli feodalların bir
çoxu öz malikanələrində yaĢamaqda davam edir, Albaniyada yerli dövlət hakimiyyəti
ləğv edildikdən sonra ərəb hakiminə tabe olsalar da hərə öz mülkünü müdafiə edirdi.
Mənbələr VIII əsrin sonunda (798-799) "ġirvan məliki" adlandırılan bu cür yerli
feodallardan ġammax ibn ġücanın adını çəkir. Müsəlman imperiyasının bütün
ərazisində, o cümlədən Arranda yayılmıĢ Xilafət əleyhinə çıxıĢlardan istifadə edən
ġammax görünür, mərkəzin tabeliyindən çıxa bilmiĢ, lakin çox keçmədən "Azərbaycan,
ġirvan və əl-Bab" vilayətlərinin yeni hakimi Yəzid ibn Məzyəd əĢ-ġeybani
tərəfindən devrilmiĢdi. Yen i hakim nəinki qiyam qaldırmıĢ əhalini sakitləĢdirə bildi,
eləcə də Arran üzərinə növbəti hücum çəkmiĢ xəzərləri də geri çəkilməyə məcbur etdi.
Qaynaqdakı məlu mata görə, "onun gəliĢilə xalq sakitləĢdi, ölkədə qayda-
qanun bərpa olundu. O, nizarilərlə yəmənilərin (yəni, Ərəbistanın Ģimalından və
cənubundan olan, düĢmənçilik edən qəbilələrin) hüquqlarını eyniləĢdirdi, məliklərin və
batriklərin oğlanları ilə yazıĢmalara baĢladı, onlarda böyük ümidlər oyatdı. Beləliklə,
ölkə sakitləĢdi". Yəzid ibn Məzyəd ömrünün sonuna - 801-ci ilədək Bərdədə qaldı
və bu Ģəhərdə dəfn edildi.
Beləliklə, eyni bir zamanda Xilafətin bütün Qafqaz mülklərini idarə edən,
"ġirvan məliki" titulunu daĢıyan ilk rəsmi ġirvan hökmdarı ərəb rəbia qəbiləsinin
Ģeyban nəslindən olan Yəzid ibn Məzyəd əĢ-ġeybani olmuĢdur.
Yəzid ibn Məzyədin oğulları Əsəd, Xalid və Məhəmmədin, eləcə də
nəvələrinin fəaliyyəti Xilafətin bu bölgəsi ilə bilavasitə bağlı olmuĢdur. Onların adına
kəsilmiĢ pullardan görünür ki, böyük oğlu Əsəd çox güman, 802-ci ilədək,
Məhəmməd isə 803-cü ilədək burada hakimlik etmiĢlər. Məhəmməd ġamaxı qalasını
ələ keçirmiĢ, sonralar həmin qalada onun övladları yaĢamıĢdır.
Bu illərdə Xilafətin mərkəzində hakimiyyət uğrunda gedən çəkiĢmələr
Cənubi Qafqazdakı hadisələrə də təsir göstərir, burada da mərkəzi hakimiyyətə qarĢı
hərəkat gündən-günə güclənir. Bu məqamda Xalid ibn Yəzid Xilafət lehinə böyük
fəallıq nümayiĢ etdirmiĢ, təxminən 20 il ərzində (844-cü ilədək) üç dəfə Azərbaycan,
Arran və Ərminiyə hakimi vəzifəsinə təyin olunmuĢdu.
Əl-Yəqubinin məlumatına görə, Xalid ibn Yəzidin ölümündən sonra "ölkənin
vəziyyəti əvvəlkinə nisbətən daha da pisləĢdi". Mütəğəlliblərə qarĢı müharibəyə
onun oğlu Məhəmməd göndərildi. 851-ci ildə Bab əl-Əbvab Ģəhəri və onun
ətrafındakı yerlər iqta kimi Məhəmmədə verild ikdən sonra o, ġirvana gələrək, əl-
Babla qonĢuluqda yaĢayan "kafirlər" üzərinə yürüĢlər etdi. Bu yürüĢləri o, 242/856-cı
ildə Buğa əl-Kəbirin yardımı ilə Azərbaycan, Arran və Ərminiyə hakimliyinə bərpa
olunanadək davam etdirdi.
Az sonra Məhəmməd ibn Xalid ölkənin idarəsi iĢindən əl çəkərək,