197
Beyləqana qayıdıb, bu Ģəhərdə möhkəmlənən Əbu Müslimə qarĢı otuz min lik
əsgəri olan üç ordu göndərilir. Yəhya əl-HəraĢi və Yəzid ibn Məzyəd əĢ-
ġeybaninin baĢçılıq etdikləri bu ordular hər tərəfdən Əbu Müslimə hücu m edirlər.
Lakin qaynaqdakı məlu mata görə, hücum ərəfəsində Əbu Müslim ölür. Onun
yerini tutmuĢ beyləqanlı əs-Səkin ibn Musa ibn Hayyan döyüĢdə məğlub edilir,
onun oğlu Xəlil əsir düĢür. Ço x keçmədən Yəzid ibn Məzyədin baĢçılıq etdiyi
qoĢun üsyançıların son hücumunu da dəf edir.
VIII yüzilin son illərində Harun ər-RəĢid Azərbaycan və Ərminiyəyə Səid
ibn Səlm ibn Quteybə əl-Bəhilin i vali təyin edir. Səidin ilk tədbirlərindən biri cizyə
verməkdən imtina edərək, vergi məmurlarının b ir h issəsini qıran, qalanını isə
Ģəhərdən qovlayan dərbəndlilərin q iyamına cavab olaraq, Dərbənd ha kimi Nəcm
ibn HaĢimi zindana saldırmaq, sonra isə boynunu vurdurmaq oldu. Nəcmin oğlu,
dərbəndlilərə qah mar çıxan Həyyun bu tədbirlərin müqabilində Səid in
Dərbənddəki məmuruna qarĢı eyni cəzanı tətbiq edir. Səid qoĢununu üsyan etmiĢ
Dərbəndə yönəldir. Dərbənd hakiminin oğlu isə Xəzər xaqanını köməyə çağırır.
Mənbələrin təsdiq etdiyinə görə, bu münasibətlə Arrana hücum etmiĢ xəzərlər, burada
qaldıqları 70 gün ərzində ölkəni dağıdaraq, yüz min əsirlə geri dönürlər.
§ 4. ABBASĠLƏRƏ QARġI DĠNĠ-SĠYASĠ
HƏRƏKATIN GENĠġLƏNMƏSĠ. XÜRRƏMĠLƏR VƏ
XÜRRƏMDĠNĠLƏR
Xəlifə əl-Mehdinin dövründən baĢlayaraq, Əli tərəfdarları ilə Abbasilər
arasında qəti hədd qoyuldu, rəsmi ideologiya olan sünniliyə qarĢı mübarizədə ona
mü xalif olan Ģiə hərəkatı daha da fəallaĢdı, bu hərəkatın zəminində bir çox təriqətlər
(həsənilər, zeydilər, cəfərilər, ismaililər, ifratçılar və b.) meydana gəldi, Ģiə dini-siyasi
ehkamlar sistemi formalaĢdı. Ġlk vaxtlar xəlifənin "kafir, zındıq" siyahısına düĢmüĢ
Əbu Müslim Xorasani tərəfdarları bu mübarizədə daha fəal iĢtirak edirdilər. Orta əsr
müsəlman ilahiyyatçılarının "ifratçı" ("ğali", cəmdə "ğulat") Ģiələrdən
1
hesab etdikləri
"əbumüslimiyyə" təriqətinin ardıcılları əvvəllər "ravəndilər" adlandırılan Ģiə
Abbasilərə mənsub olsalar da, Əbu Müslim öldürüldükdən sonra (təqribən 760-cı ildə)
1
M üsəlman ilahiyyatçılarının fikrincə, Əli və onun nəslini ilahiləĢdirənlər " ifrat"
Ģiə təriqətlərinə mənsub idilər; onların təbliğ etdikləri ideyaların araĢdırılması göstərir ki, bu
ideyalar haqq dini ilə bir araya sığmır və buna görə də Allahın birliyini, M əhəmmədin
peyğəmbərliyini tanımağı əsas Ģüar edən islamı əslində inkar etmiĢ olur.
198
onlardan ayrılaraq müstəqil təriqət təĢkil etmiĢdilər.
Ortaçağ ərəb alimlərinin (ən-Naubaxti, əl-Bağdadi, əĢ-ġəhrəstani və b.)
məlu matına görə, bu təriqətin ardıcılları Əbu Müslimin ölümünü inkar edir, onu diri
sayır, haramı halal bilir, bütün dini borclardan imtina edir, imanı yalnız imamı (yəni Əbu
Müslimi) tanımaqda görürdülər. Maraqlı burasıdır ki, bəzi müsəlman ilahiyyatçıları (ən-
Naubaxti) ifratçı Ģiə təriqətlərini, o cümlədən "əbu-müslimiyə" ardıcılların ümumi
"xürrəmdini" adı altında birləĢdirirdilər. Ən-Naubaxti hətta Azərbaycan
üsyançılarının baĢçısı Babəki və onun xürrəmi silahdaĢlarını da ifratçı Ģiə birliyi kimi
təqdim etdiy i xü rrəmd inilərə aid ed irdi.
Qeyd etməliyik ki, Abbasilərin qələbəsinə gətirib çıxaran 747-750-ci illər Əbu
Müslim üsyanı müxtəlif dinlərə etiqad edən, lakin eyni məqsədə - Əməvi üsul-idarəsini
devirməyə xidmət edənləri birləĢdirmiĢdi; üsyançılar arasında mü xtəlif Ģiə və sünni
təriqətlərinə mənsub müsəlmanlar, eləcə də atəĢpərəstlik ideyalarını təbliğ edən
xürrəmilər, məzdəkilər və baĢqaları da vardı. Bütün bu qüvvələrdən istifadə edən
Abbasilər hakimiyyətə gəldikdən sonra öz əvvəlki havadarlarından yaxa qurtarmağa
çalıĢdılar. Yeni sülalə ilə əvvəlkində ciddi bir fərq görməyən, eləcə də heç bir imtiyaz
qazanmayan sıravi üsyançıların səbir kasası Əbu Müslimin qətli ilə son həddini aĢdı.
Əməvilərə qarĢı siyrilmiĢ qılıncın ağzı Abbasilərə tərəf çevrildi. Beləliklə, hakim sülalə
ilə mübarizə səhnəsinə etiqadları ayrı da olsa, məqsədləri yaxın olan təriqətlər atıldılar.
Elə buna görə də müsəlman müəllifləri ideya baxımından yaxınlaĢmıĢ bu təriqətləri
sadəcə olaraq bir-birinə qarıĢdırır, onları gah xürrəmi, gah məzdəki adlandırır, bəzi
hallarda ifrat Ģiə təriqətlərinə aid edirdilər. Mənbələr Abbasilərin dövründə Ġran və b.
yerlərdə mü xtəlif atəĢpərəst - məzdəki təriqətlərinin fəaliyyət göstərdiklərini təsdiq
edir. Ġbn ən-Nədim (X əsr) xürrəmiləri atəĢpərəst müxəmmirilərə
1
-məzdəkilərə və
babəkilərə ayırır. Əl-Bağdadi də islamaqədərki xürrəmiləri məzdəkilər, islam dövrü
xürrəmilərini isə xürrəmdinilər adlandıraraq, sonuncuların ümumi adları mü xəmmirə
olan babəkilərə və məzyərilərə ayrıldıqlarını bildirir.
ƏĢ-ġəhrəstani ifrat Ģiəçi kimi xarakterizə etdiyi, eyni ehkamlara riayət edən
bu təriqətçilərin Ġsfahanda xürrəmilər və kuzilər, Reydə məzdəkilər və sunbadilər,
Azərbaycanda bir yerdə dakulilər, baĢqa yerdə mü xəmmirilər, Mavarannəhrdə
mübayyidilər kimi tanındıqlarını bildirir. Ġslam dövrü məzdəkilərinin tarixi ilə xüsusi
məĢğul olmuĢ Ġ.P.PetruĢevskinin fikrincə, burada söhbət yaxın ideologiyası və sosial
proqramı olan qohum təriqətlər qrupundan gedir; buna görə də eyni təriqətlərin bəzən
xürrəmi, bəzən məzdəki hesab edilməsi heç də təəccüb doğurmur. Onun rəyinə
görə, burada erkən məzdəkilik inamları ilə "ifrat" Ģiə ideyalarının birləĢməsindən
yaranmıĢ ümu mi məzdəki-xü rrəmi tipli təriqətlərdən danıĢmaq olar.
Qeyd edilməlid ir ki, xü rrəmiləri və xürrəmd iniləri ifrat Ģiə təriqətləri kimi
qiymətləndirən müsəlman filosofları içərisində bu təriqətlərin ard ıcıllarını " ifrat"
1
Əli ibn əl-Məhəmməd ibn əl-Fəxrinin izahına görə
miixəınmir ləqəbinin iki açımı
var: 1) qırmızı rəngli paltar geyindikləri, 2) öz müxaliflərini uzunqulaq (xəmir)
adlandırdıqları üçün.