Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə34/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   30   31   32   33   34   35   36   37   ...   217

73 

 

Adurbadaqan  kustun tərkibinə  daxil  olan Ģəhərlərin  də  idarəçiləri  bilavasitə ĢahənĢaha 



tabe olan Ģəhrablar  idilər. Təxti-Süleymanda  aĢkar  edilən  VI-VII  əsrlərə  aid bullalarda 

Azərbaycan  Ģəhrabı  (burada,  görünür,  ya  ġimal  kustunun  bir  parçası  olan  bütün 

Azərbaycan  vilayətinin,  ya  da  vilayət  paytaxtının  hakimi  nəzərdə  tutulur)  haqqında 

məlu mat vardır. 

Sasani  dövrü  mərzbanları  (hərfən :  "sərhəd  qoruyucusu")  haqqında  ilk 

məlumat  IV  əsrə  aiddir.  Hələ  Parfiya  dövründən  məlum  olan  və sənədlərdən göründüyü 

kimi, o dövrdə daha yüksək mövqe tutan bu titulun daĢıyıcıları haqqında tarixi  mənbələr 

ĢahənĢah  V  Varahranın  (421-439)  hakimiyyəti  dövründən  baĢlayaraq  daha  çox 

məlumat  verirlər.  Mərzbanlar  adlı-sanlı  nəsillərin  nümayəndələrindən  təyin  edilirdilər. 

Siryani dini rəvayətlərində Adurbadaqan mərzbanı Tohm-Hörmüzdün, Mihran nəslindən 

olan  Bet-Daraye  mərzbanı  ġahrənin,  yenə  həmin  nəsildən  olan  Albaniya  və  Ġberiya 

mərzbanı  Piran-QuĢnaspın  (onun  xristian adı  Qreqor olub;  xris tianların  təqibi  zamanı, 

542-ci ildə əzablara məruz qalıb) və b.-nın adları çəkilir. Mənbələr Sasanilər dövründə 

mərkəzi hakimiyyətdə yüksək vəzifələr tuta bilmiĢ azərbaycanlılardan RiĢəhr döyüĢünün 

iĢtirakçısı, Pars mərzbanı ġəhrak haqqında məlumat verir. 

Tədqiqatlardan aydın  olur  ki, bütün  ġimal  -  Adurbadaqan  kustunu  idarə edən 

spahbed və payqospandan  fərqli olaraq,  mərzbanlar nisbətən daha  kiçik  əraziyə nəzarət 

edirdilər.  IX-X  əsr  ərəb coğrafiyaĢünaslarının  məlumatının təhlili  "böyük  mərzbanlar" 

adlanan Adurbadaqan  mərzbanlarının  iqa mətgahının  Ərdəbil,  Bərdə,  Dərbənd  (Bab 

əl-Əbvab) və bəlkə də Qazaka və ya ġizdə yerləĢ diyini göstərir. 

Ġnzibati-idarə  sistemində  kust  (tərəf)  və  şəhr/kust  (vilayət)  inzibati 

vahidlərindən sonra nəhəng (nahiyə) gəlir. Sasani qaynaqlarına görə bu sonuncu inzibati 

vahid  də öz  növbəsində  rustaqlara  (rayona) bölünürdü.  Ġnzibati  vahid  kimi  rustaq, 

hər Ģeydən öncə, kənd yerlərini özündə birləĢdirirdi. Adurbadaqan rustaqlarından  olan 

Peraxravar  (Burxuvar)  VI  yüzildə  bu  rustaqın baĢ  kəndi  SiroĢmaqova sürgün  edilmiĢ 

nestori  patriarxı  I  Mar  Aban  haqqında  dini  rəvayətdə  xatırlanır.  Tədqiqatlara  görə 

(N.Piqulevskaya),  ZərdüĢt  təliminin  yaradıcıları,  ona  mənəvi  qida  verənlər  məhz  bu 

kənddən çıxmıĢdılar. 

Sasanilər  imperiyasının  Mesopotamiyadakı  ərazisində  ġimal  vilayəti  - 

Adurbadaqanda olduğundan bir qədər  fərqli  inzibati  vahidlər, o  cümlədən ərəb  inzibati 

vahidi  kuraya  (vilayətə)  bərabər  ostan  (astan)  adı  iĢlədilird i.  "Hökmdarın  mülkü", 

"vilayət"  mənasını  verən  ostanlara  ostandarlar  baĢçılıq  edirdilər.  Bu  torpaqları  idarə 

edən xüsusi idarə - "divani ostanzarih" təĢkil edilmiĢdi. 

Dövlət  mülkiyyəti  iĢlərini  ostandarlar  və  maliyyə  məmurları  olan 

amarqarlar,  kilsə  iĢlərini  isə  mobedlər  və  radlar  idarə  edirdilər.  Məhkəmə  də 

sonuncuların tabeçiliyində idi. Amarqarlar hökmdar  xəzinəsinin  əmlakına  nəzarət  edir, 

vergi və mükəlləfiyyətləri  təyin edib toplayırdılar. Dərbənd qala divarlarında VI yüzilə 

aid  pəhləvi  yazısına  görə  Adurbadaqan  kustunun  BərzniĢ  adlı  amarqarı  Dərbənd 

divarların ın tikintisinə nəzarət edirdi. 

Sasani "Qanunnaməsi‖nə görə mobedlərin rəsmi  möhürü ilk dəfə ĢahənĢah 




74 

 

Kəvad  dövründə  tətbiq  edildi;  onun  üzərindəki  yazıda  mobed  "yoxsulların 



mənafeyinin  müdafiəçisi"  adlandırılırdı.  Arxeoloji  qazıntılar  Azərbaycan,  Gilan,  Rey, 

Həmədan  və  baĢqa  vilayətlərin  mobedlərinə,  o  cümlədən  ġizdəki  AdurquĢnasp  od 

məbədinin mobedinə məxsus belə möhürləri aĢkar etmiĢdir. 

Məbəd təsisatının baĢçısı olan rad  məbədin  xəzinəsinə daxil olan gəlirlərə 

nəzarət edir, buraya daxil olacaq əmlaka qiy mət  qoyur, əmlaka vergi təyin edir, eyni 

zamanda mülkü geri almaq hüququnu daĢıyırdı. "Qanunnamə"yə görə iddia ərizələrinə 

baxılması və hökm çıxarılması da radın səlahiyyətinə daxil idi; özü də hakimlər mütləq 

radın rəyi ilə hesablaĢmalı idilər. 



 

 

 

 

 

§ 3. CƏNUBĠ AZƏRBAYCAN ƏHALĠSĠNĠN BÖLGÜSÜ 

 

Mənbələrin  təhlilinə  görə,  əhalisinin  əksəriyyəti  atəĢpərəst  olan  Cənubi 



Azərbaycanda da ictimai-iqtisadi münasibətlərin imperiyanın baĢqa vilayətlərindən çox 

fərqlənmədiyini  güman  etmək  olar.  Bütün  Sasani  dövlətində  olduğu  kimi, 

Adurbadaqanda  da  əhali  sinfı  strukturuna  görə  dörd  zümrəyə  bölünürdü:  1)  kahinlər,  2) 

döyüĢçülər,  3)  katiblər,  4)  vergi  verənlər.  ġübhəsiz  ki,  bu,  dövlətin  sosial  strukturunu 

ZərdüĢt qanununun nüfuzu ilə müqəddəsləĢdirmək ənənəsindən irəli gəlird i. 

BaĢ mobedin (mobedani mobed - mobedlər mobedi) rəhbərlik etdiyi kahinlər 

zümrəsi mobedlərdən və herbedlərdən və eləcə də bu zümrəyə daxil olan hakimlərdən - 

didvarlardan ibarət idi. 

Kahinlik adətən irsən keçirdi, lakin tarixi ədəbiyyatdan bu  zümrənin baĢında 

kübar dairəyə mənsub dünyəvi Ģəxsin, baĢ vəzir Mihr  - Nərsənin oğlu baĢ herbed titulunu 

daĢıyan Zurvandadın durması faktı məlu mdur. 

Mobed  və  herbedlərin  mövqelərini  tədqiq  edən  alimlər  Azərbaycanın  ġiz 

Ģəhərində  mobedlər  məktəbinin,  Farsda  isə  herbedlər  məktəbinin  olması  qənaətinə 

gəliblər. Herbed titulunu daĢıyan kahin böyük bilik sahibi idi; onun əsas iĢi Ģagirdlərə 

zərdüĢtiliyin əsaslarını, eləcə də "Avesta" və onun pəhləvi dilinə tərcümə və Ģərhi olan 

"Zənd"i öyrətmək idi. Orta çağ ərəb-fars ənənəsi herbedi, ümu miyyətlə,  zərdüĢt dini 

xadimi  kimi  təqdim  edir.  Herbedlərin  hakim  rolunda  da  çıxıĢ  etdiklərini  göstərən 

müsəlman  mənbələrindən  fərqli  olaraq  öyrənilən  dövrün  əsas  mənbəyi  hesab  edilən 

pəhləvi mətnlərində herbedlərin bu funksiyası haqqında  demək olar heç bir məlumat 

verilmir.  Sasani  "Qanunnamə"sində  yalnız  bir  dəfə  məhkəmə  prosesinin  herbedin 

tövsiyəsinə  uyğun  aparılması  haqqında  məlumat  verilir;  görünür,  herbeddən  bəzi 

hallarda məhkəmədə düzgün qərar çıxarmaq üçün Avestanın  qanunvericilik və hüquqa 

aid artıq o dövrdə itib-batmıĢ mətnlərinin nadir bilicisi kimi istifadə ed ilird i. 

Ġkinci  zümrəni  təĢkil  edən  döyüĢçülər  tərkibcə  yekcins  deyildi.  Onun  ali 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə