Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında



Yüklə 198,44 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü198,44 Kb.
#53769


Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

 

Müstəqil  Azərbaycan  Respublikasında  həyatın  müxtəlif  sahələrində  aparılan  islahatlar 



içərisində  latın  qrafikalı  Azərbaycan  əlifbasının  bərpa  edilməsi  böyük  tarixi  əhəmiyyət  kəsb 

edir.  Azərbaycan  Respublikasının  prezidenti  Heydər  ƏLİYEV,in  "Dövlət  dilinin  tətbiqi  işinin 

təkmilləşdirilməsi  haqqında"  18  iyun  2001-ci  il  tarixli  və  "Azərbaycan  əlifbası  və  Azərbaycan 

dili  gününün  qeyd  edilməsi  haqqında"  9  avqust  2001-ci  il  tarixli  fərmanları  ölkənin  ictimai-

siyasi  həyatında  mühüm  hadisə  olmuş  və  latın  qrafikalı  Azərbaycan  əlifbasına  keçidi 

bütövlükdə  təmin  etmişdir.  Latın  qrafikalı  Azərbaycan  əlifbası  artıq  həyatımızın  bütün 

sahələrində  tam  yerini  tutmuşdur.  Bununla  yanaşı  Azərbaycan  ədəbiyyatı,  mədəniyyəti  və 

elminin  vaxtilə  kiril  qrafikası  ilə  çap  olunmuş  qiymətli  nümunələrinin  latın  qrafikasında 

yenidən kütləvi şəkildə nəşr olunması günün ən vacib məsələlərindən biri olaraq qalır.  

Dövlət  müstəqilliyinin  başlıca  rəmzlərindən  biri  sayılan  ana  dilinə  dövlət  qayğısının  daha 

da  artırılmasını  təmin  etmək,  Azərbaycan  ədəbiyyatı,  mədəniyyəti  və  elminin  ən  gözəl 

nümunələrini  müasir  dövrdə  təbliğ  etmək  və  gələcək  nəsillərə  çatdırmaq  məqsədilə 

Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən 

nəşrinin kütləvi şəkildə həyata keçirilməsi zərurətini nəzərə alaraq qərara alıram: 

1. 2004-cü ildə latın qrafikası ilə ilk mərhələdə çapı nəzərdə tutulan əsərlərin siyahısı təsdiq 

olunsun (siyahı əlavə olunur).  

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2004-cü ildə Azərbaycan Respublikasının 

bütün  kütləvi  kitabxanalarına və  orta  tədris  müəssisələrindəki  kitabxanalara latın qrafikası  ilə 

yenidən çap olunmuş kitabların alınması üçün zəruri vəsaitin ayrılmasını təmin etsin.  

3. Azərbaycan Respublikası prezidentinin İcra Aparatına tapşırılsın ki,  

-  Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi,  Azərbaycan  Respublikasının  Mədəniyyət 

Nazirliyi,  Azərbaycan  Yazıçılar  Birliyi  və  Azərbaycan  Milli  Elmlər  Akademiyası  ilə  birlikdə 

2005-2008-ci  illərdə  latın  qrafikası  ilə  yenidən  çapı  nəzərdə  tutulan  əsərlərin  siyahısını  bir  ay 

müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının prezidentinə təqdim 

etsin;  

-  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  və  respublikanın  maliyyə  qurumları  ilə 

birlikdə  müvafiq  plan-qrafik  tərtib  edib  latın  qrafikası  ilə  yenidən  nəşr  olunması  nəzərdə 

tutulan kitabların çapını təmin etsin;  

- Azərbaycan Respublikasının aidiyyatı qurumları ilə birlikdə yenidən çapı nəzərdə tutulan 

kitabların  mətnlərinin  elektron  daşıyıcıları  və  internet  vasitələri  ilə  yayılmasını,  latın 

qrafikasında Azərbaycan ədəbiyyatının virtual kitabxanasının yaradılmasını təmin etsin.  

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. 

 

İlham ƏLİYEV,  

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 12 yanvar 2004-cü il  

№ 56 

Azərbaycan Respublikası Prezidentinin 



12 yanvar 2004-cü il tarixli 56 nömrəli sərəncamı ilə  

təsdiq olunmuşdur  



 

Azərbaycan dilində latın qrafikası ilə ilk növbədə yenidən nəşri nəzərdə tutulan 

kitabların  

SİYAHISI 

 


Lüğət və ensiklopediyalar:  

Azərbaycan dilinin izahlı lüğəti  

Azərbaycan dilinin orfoqrafiya lüğəti  

"Azərbaycan Xalq Cümhuriyyəti" ensiklopediyası  

Azərbaycanca-ingiliscə lüğət  

Azərbaycanca-rusca lüğət  

"Ədəbiyyat və incəsənət" ensiklopediyası  

İngiliscə-azərbaycanca lüğət  

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti  

Rusca-azərbaycanca lüğət  

 

Azərbaycan xalq ədəbiyyatı: 

 

Aşıq ədəbiyyatından seçmələr, 3 cilddə  

Atalar sözü və məsəllər  

Azərbaycan dastanları, 5 cilddə  

Azərbaycan folkloru (məktəblilər üçün seçmələr)  

Azərbaycan xalq ədəbiyyatından seçmələr (qaravəllilər, xalq tamaşaları və oyunlar)  

Azərbaycan xalq mahnıları (not yazıları ilə), 3 cilddə  

Azərbaycan nağılları, 5 cilddə  

Bayatılar  

Bunu əzbərləməyə dəyər (folklor poeziyasından seçmələr)  

"Əfsanə, əsatir və rəvayətlər"  

"Kitabi-Dədə Qorqud", 3 cilddə  

"Koroğlu" dastanı, 2 cilddə  

"Qaçaq Nəbi"dastanı  

Molla Nəsrəddin lətifələri  

Tapmacalar  

 

Klassik və müasir Azərbaycan ədəbiyyatı: 

 

Abbas Səhhət. Əsərlər, 2 cilddə  

Abdulla Şaiq. Əsərlər, 3 cilddə  

Axundov Süleyman Sani. Seçilmiş əsərlər  

Axundzadə Mirzə Fətəli. Əsərlər, 3 cilddə  

Almas İldırım. Əsərlər  

Anar. Seçilmiş əsərlər  

Aşıq Ələsgər. Əsərlər, 2 cilddə  

"Azərbaycan şeri antologiyası (XIX əsr)  

Azərbaycan şeri antologiyası" (XX əsr)  

Azərbaycan uşaq ədəbiyyatı antologiyası, 3 cilddə  

Azərbaycanın qadın şairləri antologiyası  

Azəroğlu Balaş. Əsərlər  

Bakıxanov Abbasqulu ağa. Seçilmiş əsərlər  

Cabbarzadə Zeynal. Əsərlər  

Cabir Novruz. Əsərlər  

Cəfər Cabbarlı. Əsərlər, 4 cilddə  

Çəmənzəminli Yusif Vəzir. Əsərlər, 3 cilddə "Dastani-Əhməd" Hərami  




Dilbazi Mirvarid. Əsərlər  

Elçin. Seçilmiş əsərlər  

Əfəndiyev İlyas. Əsərlər, 3 cilddə  

Əhməd Cavad. Əsərlər  

Əkrəm Əylisli. Seçilmiş əsərlər  

Əlağa Vahid. Əsərlər  

Əli Kərim. Əsərlər  

Əlibəyli Ənvər. Əsərlər  

Əvhədi Marağalı. "Cami-Cəm  

Fədai. "Bəxtiyarnamə"  

Fikrət Qoca. Əsərlər  

Hacıbəyov Üzeyir. Əsərlər, 2 cilddə  

Hadi Məhəmməd. Əsərlər, 2 cilddə  

Haqverdiyev Əbdürrəhim bəy. Əsərlər, 2 cilddə  

Həbib Sahir. Əsərlər  

Həmid Nitqi. Əsərlər  

Həsənzadə Nəriman. Seçilmiş əsərlər  

Hökumə Billuri. Əsərlər  

Hüseyn Arif. Əsərlər  

Hüseyn Cavid. Əsərlər, 4 cilddə  

Hüseyn Mehdi. Əsərlər, 3 cilddə  

Hüseynov İsa. Seçilmiş əsərlər  

Xaqani Şirvani. Əsərlər  

Xəlil Rza. Əsərlər, 2 cilddə  

Xətai Şah İsmayıl. Əsərlər, 2 cilddə  

İbrahimov Hüseyn. Seçilmiş əsərlər  

İbrahimov Mirzə. Əsərlər, 3 cilddə  

İmadəddin Nəsimi. Əsərlər, 2 cilddə  

Kəsəmənli Nüsrət. Əsərlər  

Kişvəri. Əsərlər  

Klassik Azərbaycan ədəbiyyatından seçmələr, 3 cilddə  

Köçərli Firidun bəy. Əsərlər, 2 cilddə  

Kürçaylı Əlağa. Əsərlər  

Qabil. Əsərlər  

Qasımzadə Qasım. Əsərlər  

Qazi Bürhanəddin. "Divan"  

Qövsi Təbrizi. Əsərlər  

Qul Əli. "Qisseyi-Yusif"  

Qutqaşınlı İsmayıl bəy. Əsərlər  

Mədinə Gülgün. Əsərlər  

Məhəmməd Əmani. Əsərlər  

Məhəmməd Füzuli. Əsərlər, 6 cilddə  

Məhsəti Gəncəvi. Əsərlər  

Məlikzadə İsi. Əsərlər  

Məmməd Araz. Əsərlər, 2 cilddə  

Məmmədxanlı Ənvər. Seçilmiş əsərlər  

Məmmədquluzadə Cəlil. Əsərlər, 4 cilddə  

Məsihi. Vərqa və Gülşaı  

Mikayıl Müşfiq. Əsərlər  



Mir Cəlal. Əsərlər  

Mirzə Ələkbər Sabir. "Hophopnamə"  

Natəvan Xurşidbanu. Əsərlər  

Nəbati Seyid Əbülqasim. Əsərlər  

Nəbi Xəzri. Əsərlər, 2 cilddə  

Nərimanov Nəriman. Seçilmiş əsərlər  

Nəsirəddin Tusi. "Əxlaqi-Nasiri"  

Nizami Gəncəvi. Əsərlər, 7 cilddə  

Ordubadi Məmməd Səid. Seçilmiş əsərlər, 2 cilddə  

Osman Sarıvəlli. Əsərlər  

Rəfibəyli Nigar. Əsərlər  

Rəfiq Zəka. Əsərlər  

Rəhimov Süleyman. Seçilmiş əsərlər.  

Rəsul Rza. Əsərlər, 5 cilddə  

Rüstəmxanlı Sabir. Seçilmiş əsərlər  

Sabit Rəhman. Əsərlər, 2 cilddə  

Saib Təbrizi. Əsərlər  

Səfərli İslam. Əsərlər  

Səməd Vurğun. Əsərlər, 5 cilddə  

Səmədoğlu Vaqif. Seçilmiş əsərlər  

Səmədoğlu Yusif. Əsərlər  

Söhrab Tahir. Seçilmiş əsərlər  

Süleyman Rüstəm. Əsərlər, 5 cilddə  

Şəhriyar Məhəmmədhüseyn. Əsərlər, 2 cilddə  

Şıxlı İsmayıl. Əsərlər, 2 cilddə  

Şirvani Seyid Əzim. Seçilmiş əsərlər, 3 cilddə  

Tofiq Bayram. Əsərlər  

Vahabzadə Bəxtiyar. Əsərlər, 2 cilddə  

Vaqif Molla Pənah. Əsərlər  

Vazeh Mirzə Şəfi. Əsərlər  

Vəliyev Əli. Seçilmiş əsərlər  

Vəzirov Nəcəf bəy. Seçilmiş əsərlər  

Vidadi Molla Vəli. Əsərlər  

Zakir Qasım bəy. Əsərlər  

Zeynal Xəlil. Əsərlər  

Zərdabi Həsən bəy. "Əkinçi"  

 

Dünya ədəbiyyatı: 

 

Andersen Hans Kristian. "Nağıllar"  

Aytmatov Çingiz. Əsərlər  

Cami Əbdürrəhman. Seçilmiş əsərlər  

Çexov Anton. Seçilmiş əsərlər  

Dante Aligyeri. "İlahi komediya"  

Defo Daniel. "Robinzon Kruzo"  

Dostoyevski Fyodor. Seçilmiş əsərlər  

Düma Aleksandr. Seçilmiş əsərlər  

Dünya uşaq ədəbiyyatından seçmələr, 10 cilddə  




Ellada qəhrəmanları  

Əlişir Nəvai. Seçilmiş əsərlər  

Firdovsi Əbülqasım. "Şahnamə"  

Hafiz Şirazi. Əsərlər  

Homer. "İliada", "Odisseya"  

Höte İohann Volfqanq. "Faust"  

Hüqo Viktor. Seçilmiş əsərlər  

Jül Vern. Seçilmiş əsərlər  

Kəlilə və Dimnə 

Lermontov Mixail. Seçilmiş əsərlər  

London Cek. Seçilmiş əsərlər  

Mark Tven. Seçilmiş əsərlər  

Ömər Xəyyam. Rübailər  

Puşkin Aleksandr. Seçilmiş əsərlər  

Servantes Saavedra. Don Kixot  

Sədi Şirazi. "Bustan", Gülüstan  

Stivenson Robert. Seçilmiş əsərlər  

Svift Conatan. "Qulliverin səyahəti"  

Şekspir Uilyam. Seçilmiş əsərlər  

Şiller Fridrix. Seçilmiş əsərlər  

Tolstoy Lev. Seçilmiş əsərlər  

Yunus İmrə. Əsərlər  



 

Yüklə 198,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə