Azərbaycan Dillər Universiteti Regionşunaslıq və B/M fakültəsi Sərbəst İş



Yüklə 23,04 Kb.
tarix04.02.2018
ölçüsü23,04 Kb.
#23904


Azərbaycan Dillər Universiteti

Regionşunaslıq və B/M fakültəsi

Sərbəst İş

Mövzu : İraqın siyasi sistemi

Hazırladı : Həsən Verdiyev (qrup 364)
125px-flag_of_iraq.svg.png coat_of_arms_(emblem)_of_iraq_2008.svg.png

Bakı 2014

İraq
Orta şərqin ən qarmarışıq və ən maraqlı ölkələrindən biri olan İraq dövlətinin müasir tarixi 1 Oktyabr 1919da Osmanlıdan ayrılması ardından 1932in Oktyabrına qədər İngilis mandatı altında yaşaması ilə başlayır. 1958-ci ildəki qanlı zərbə ilə əsgəri rəhbərlik krallığı devirib respublikanı qurdu. 1963-də ölkədə edilən son zərbənin ardından Ərəbcədə yenidən diriliş mənasını verən və Misirdə Nasirin başlatdığı böyük Ərəb Milliyyətçiliyi hərəkətini müdafiə edən BAAS iqtidarı ələ keçərdi. BAAS içərisindəki dərin qarşıdurmalar və qanlı hərəkətlər 1979da Səddam Hüseynin Dövlət Başçısı olmasına qədər davam etdi. Səddam Hüseynin çox müharibəli və qarşıdurmalı dövrü Amerikanın 2003 İraq işğalına qədər davam etdi. 28 dekabr 2005də BMT tərəfindən hazırlanan keçici konstitusiyanın qəbul edilməsi və ilk ümumi seçkilərin keçirilməsi ilə İraq günümüzdəki problemlərin həll edilmədiyi və çox çəkişməli siyasi zəmininə çatdı.

Bu qanlı hadisə indiki vaxtda da davam edərkən İraqda ən son siyahıya alma 1987da edilmişdir. 2009un avqustunda edilməsi planlanan siyahıyaalma isə dini və etnik ayrılıqları qızışdıra biləcəyi səbəbiylə təxirə salındı. 1987 siyahıya almasını uyğunlaşdıraraq bu gün İraqın əhalisinin 28.000.000 ilə 31.000.000 arası olması nəzərdə tutulmaqdadır.

Bu əhalinin;

%75i Ərəb

%20inin Kürd

%5-6ının Türkmən olduğu təxmin edilməkdədir.

%55 Şiə

%40 Sünni

%2-3 Xristian olaraq ayrıldığı müşahidə edilməkdədir.
İraqda illər boyu sürən işğallarla birlikdə içəridəki dərin qarşıdurmalar da İraqın bütünlüyünü illərdir dərindən sarsıtmışdır. Belə ki 1980ci illlərdən sonra Sünni Ərəb ideologiyasını daşıyan Baas iqtidarı bu ayrışmaları dərindən qızışdırmışdır. 2003 ABŞ işğalına Sünni Ərəblər müqavimət göstərərkən ölkədəki Kürdlər və Şiə Ərəblər koalisyanın güclənməsinə dəstək vermişlər. Görüldüyü üzrə İraqın dini və etnik ayrı-seçkilikləri xarici siyasəti də dərindən təsir etməkdədir. Bununla birlikdə İraqda illərcə davam edən mərkəzləşdirilmiş rəhbərlik anlayışı və mərkəzdən qaçmaq istəyən kürd və s. tipli qruplaşmaları ölkənin parçalanmasına gətirib çıxarır. Ən həmiyyətlisi də Iraqda çox güclü aşirət (tayfa) strukturlarının olması, bu tayfaların silahlana bilməsi və tayfa bağlı olanların dövlətə bağlı olanlardan çoxluğu İraq vətəndaşına ölkəsində sərbəst yaşmasını çətinləşdirirdi. Baas dövründə və Amerikan işğalı əsnasında ən çox gözümüzə çarpan iqtidara kim gəlirsə dövlət quruluşlarında digərlərini xaric etmək istəməsidir. Yəni sistemdə kim güclüdürsə o qazanmaqda, İraq vətəndaşı şəxsiyyəti isə əsla hakimiyyət otura bilmirdi. Bunlarla birlikdə ümumi siyasət çıxara bilən siyasətçilərin çıxmaması; siyasi partiyaların və siyasətçilərin siyasəti etnik, dini ayrı-seçkiliklər üzərindən yalnız öz kütlələrinə mərkəzli siyasət yürütməsi, ortaq İraq idealının yaradılmasını çətinləşdirməkdə və İraq vətəndaşlığı faktını bir dəfəlik aradan qaldırmaqdadır.

Bununla birlikdə İraqda bu dini ayrı-seçkiliklərin səbəblərindən biri İraqın dərin bir tarixə ev sahibliyi etməsidir. İslam dünyasında yaşanan ən böyük hadisələrdən Kərbəla, əhəmiyyətli Şiə imamların məzarları Samarra, Bağdad, Nəcəfdədir. Yenə bunlarla birlikdə Şiələrin mərkəzi kimi sayılan Hövzə əl-İlmiyye din adamı yetişdirmə məktəbi Nəcəfdədir. Şiələrin başı sayılan Ayətullah Əli Sistani Hövzədə yaşamaqdadır. Sünni seqmentdə isə iki əhəmiyyətli təriqətin -

Qadirilik və Nəqşibəndinin- təsiri çox böyükdür.

Şiə Ərəblər sıxlıqla Bağdada qədər olan cənub bölgələrdə yaşamaqdadırlar. Tikrit, Anbar, Bağdad, Diyala Sünni vilayətlərdir. Kərbəla, Cənub Bağdad, Nəcəf, Maysan, Basra Şiə bölgələrdir. Sünni Ərəb əhali Basra, Hilla və Nasiriye kimi cənub vilayətlərdə tapılsa da, əsl olaraq, Bağdad, Anbar, Musul, Selahaddin, Kərkük və Diyalada yaşayırlar. Sünni Türkmən əhalinin əksəriyyəti Ərbil, Kərkük və Telə tapılarkən, Şiə Türkmənlər isə yenə Telə başda olmaq üzrə, Səlahəddinə bağlı Tuzhurmatu, ayrıca Diyala və Kərkükdə yaşayırlar.

İraqda müəyyən bölgələrdə müəyyən adlar altında yaşayan tayfaların yanında Ubeydiler və Cubburiler kimi Ərəb yarımadasının içlərində də böyük nüfuza sahib olan tayfalar vardır və bu tayfalar beynəlxalq olaraq ictimai və ticari əlaqələrini davam etdirməkdədirlər. Bununla birlikdə Kürd tayfalardan bəzilərinin qolları Suriya, İran və Türkiyə içərisində də yayılmışdır.

Hal-Hazırki siyasi vəziyyət

Ölkə siyasi quruluşu parlamentli demokratik respublikadır.Ölkənin konsitutsiyası 2005ci ildə qqəbul edilmişdir və sonuncu dəyişikliklər 2013cü il referendumunda olmuşdur.Ölkənin hüquqi sitemi islam və mulki qarışıq sistemli hüquqi sistemdir.Ölkənin məhkəməsi 3 yerə bölünür : Federal Ali Məhkəmə, Konsitutsiya Məhkəməsi və Kassasiya Məhkəməsi . Ölkənin dövlət başçısı 2005ci ildən bəri Cəlal Təlabanidir (milliyəti kürddür). Baş nazir isə 2006cı ildən bəri Nuri əl-Malikidir . Ölkənin icra hakimiyyəti nazirlər şurası Baş nazir və nazirlərdən ibarətdir. Ölkənin qanunverici hakimiyyəti Nümayanədələr Şurasıdır (parlament). Nümayəndələr şurası 4 il müddətinə prezdenti seçir. 2010cu ildə prezident 195 səslə seçilmişdir. Nümayəndələr Şurası 325 nəfərdən ibarətdir. Seçkilər 4 ildən bir keçirilir. Şurada 8 yer milli azlıqlar üçün saxlanır. 2010 seçkilərinin nəticələri : İraq Milli Hərəkatı 25.9 %, Dövlət Hüquq Koalisyası 25.8 %, İraq Milli İttifaqı 19.4%, Kürdüstan Milli İttifaqı 15.3 % və digər.

2005ci il 30 yanvarda keçid höküməti qurulması üçün seçkilər keçirildi. Ölkənin sünni əhalisi seçkilərin nəticələrinin əvvəlcədən məlum olduğunu bildirərək seçkilər boykot edib seçkilərə qatılmamışdır. Bunun nəticəsində, seçkilərdə birinci olaraq çıxan qrup Şiə koalisiyanın meydana gətirdiyi Birləşmiş İraq İttifaqıdır. İttifaqın liderliyini İbrahim Cəfəri, Nuru Əl Malikiyə təhvil vermək üzrə etmişdir. İraq Yüksək İslam Şurası 30; Dava Partiyası 28; Sadr Partiyası 30; Fadila Partiyası 15; digərləri 25 kürsü Cəmi: 128 kürsü qazanmışdır.



Seçkilərin ikinci qrupu Kürd ittifaqı blokudur və cəmdə 53 kürsü qazanmışlar. İraq Uyğunlaşma Cəbhəsi yəni Sünni meydana gəlmə cəmdə 44 kürsü qazanmışdır.

Türkmən Cəbhəsi 1, İslamçı Kürdlər 5, Sadr tərəflisi Risaliyün 2 kürsü, Xristianlar

1, Yezidilər 1 kürsü qazanmışlar.

Yaranan yeni cədvəl sonrası hökumət qurma səyləri dörd ay qədər sürmüşdür. Hökumət qura bilmək üçün 275 kürsünün 145in hökumətin qurulmasına

təsdiq verməsi lazımdır. Yeni qurulan hökumətdə Nuru Əl malikinin vəzifəyə gəlməsi Şiə Birləşmiş İraq İttifaqı ilə koalisiyaya girəcək Kürd Birliyinin Cəfərini lider olaraq görmək istəməməsindəndir. 20 May 2006da hökumət Kürdlərlə edilən ittifaq sonrası qurulmasına baxmayaraq Daxili İşlər və Müdafiə Nazirlərinin təyin edilməsi İyun sonunda qəbul edildi.
2010 Parlament Seçkiləri:

2010 gəlindiyində Şiələr arasındakı güc mübarizəsi sonrası və bu müddət boyunca

Sünnilərin və Milliyyətçi Ərəblərin bütünlük halında yaxşı çalışması nəticəsi tayfalar və milliyyətçi Ərəblər seçkidən qalib çıxmışdır. 2010 ümumi seçki müddətinə girərkən İraq Parlamentindəki kürsü sayı 325ə çıxarılmışdır. Bununla birlikdə 15 kürsü müsbət ayrı-seçkilikçilik istifadə edilərək İraqın bəzi azlıq qrupları üçün dirək olaraq ayrılmışdır. Bütün bunların yanında

hər yüz min adamın bir adam tərəfindən təmsili hesablanaraq vilayətlərə bu şəkildə vəkil sayı ayrılmışdır: Bağdat68; Musul 31; Basra 24; Nasiriye 18; Babil 16; Süleymanıya 17; Anbar 14;Erbil 14; Diyala13; Kərkük 12; Selahaddin 12; Nəcəf 12; Wasit 11; Əl Kut 11; Kadsiyye 11, Misan 12; Duhok 10; Kərbəla 10; Mutanna 7.

Seçkilərdən birinci çıxan partiya 91 kürsü qazanan köhnə baş nazir Iyad Allawinin

partiyası İraqiya Siyahısı olmuşdur. İkinci partiya İddia partiyasının öndərlik etdiyi və Türkmənlərin də dəstəklədiyi Hüquq Dövləti Koalisiyası; üçüncü partiya yenə Türkmənlər tərəfindən dəstəklənilən Kürdüstan Siyahısı; dördüncü Sciri və Sadr partiyaları; beşinci Gorran Dəyişmə hərəkəti olmuşdur.

Görüldüyü kimi ayrılıq yaşayan Şiələr və Kürdlər həm oy toplamada həm də kürsü sayında geriləyərə düşmüşdür.

Ədəbiyyat Siyahısı

1. CİA World Factbook (https://www.cia.gov/library/publications/the-world-factbook/geos/iz.html)

2. En.wikipedia.org (http://en.wikipedia.org/wiki/Politics_of_Iraq)

3. Mesut ÖZDEMİR : Irak Raporu (Irak’ta Mevcut Siyasal Durum ve Anayasa)
Yüklə 23,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə