Azərbaycan Dillər Universiteti



Yüklə 128,09 Kb.
tarix10.05.2022
ölçüsü128,09 Kb.
#86408
müasir dünyada qlobal problemlər



Azərbaycan Dillər Universiteti

Sərbəst iş:

Fakültə: Beynəlxalq münasibətlər və regionşunaslıq

İxtisas: Beynəlxalq münasibətlər

Kurs: I

Qrup: 182a

Müəllimin adı: Aidə Rəcəbova

Tələbə: Rüstəmova Cavanə

Fənn: Politologiya

Mövzunun adi: Müasir dünyada qlobal problemlər

Müasir dövrdə bəşəriyyətin mövcudluğu üçün mühüm həyati əhəmiyyət kəsb edən və ictimai tərəqqinin ondan asılı olduğu problemlərin məcmusu qlobal problemlər adlanır.

«Qlobal» problemlərin meyarı müxtəlif şəkildə təhlil olunur. Birinci mövqeyə görə «qlobal problemlər» aşağıdakı meyarlarla müəyyən olunur:

a) miqyası və əhəmiyyətinə görə ən geniş, çox mühüm əhəmiyyətli, bütün dünya ölkələrini əhatə edən;

b) sintetik mahiyyət daşıyan, bütün sahələri əhatə edən;

v) ümumbəşəri, planetar, beynəlxalq səciyyə daşıyan.
İkinci mövqeyə görə «qlobal problemlər» müəyyənləşdirilərkən aşağıdakı dörd cəhət əsas tutulmalıdır:

a) o hadisələr «qlobal» xarakter daşıyır ki, onlar çox aktual ziddiyyətlərdir, ictimai tərəqiyyə mane olur və sivilizasiyanı məhv etmək təhlükəsi yaradırlar;

b) onlar bütün xalqların və dövlətlərin, bütün bəşəriyyətin mənafeyinə toxunurlar;

v) onlar özlərində ictimai və təbii prosesləri birləşdirərək sosial-təbii və biososial mahiyyət daşıyırlar;

q) onların həll edilməsi kollektiv nəzarət, beynəlxalq əməkdaşlıq tələb edir.
Müasir dövrdə qlobal problemləri belə qruplaşdırmaq olar:

a) planetar bəşəri təhlükə doğuran ictimai-iqtisadi, sosial-siyasi qlobal  problemlər: - müharibə və sülh probemi, hərbiləşmə, iqtisadi fəlakətlər və s.

b) planetar təbii təhlükə doğuran qlobal problemlər: - təbiətin mühafizəsi və ondan səmərəli istifadə edilməsi;

v) əhali artımı və mənəvi tənəzüllə bağlı meydana çıxan demoqrafik-mənəvi qlobal problemlər: - əhalinin surətlə artması və yaşayış vasitələrinin isə zəif inkişaf etməsi.


Müasir qlobal problemlərin müəyyən qismi təbiət – cəmiyyət, təbiət – insan qarşılıqlı münasibətlərindəki tarazlıq qanunauyğunluqların pozulması nəticəsində baş vermişdir. Bunları müasir sosial və elmi-texniki tərəqqi şəraitində meydana çıxmış «ekoloji böhran» adlandırmaq olar: təbiət, su, torpaq getdikcə daha böyük surətlə çirklənir, insan öz mövcudluğunu təhlkə altına alır.
Hazırda təbiət-insan münasibətlərində yeni ekoloji təfəkkür, ekoloji dünyagörüşü formalaşması zərurəti meydana çıxmışdır. F.Engels «Təbiətin dialektikası» əsərində dəfələrlə qeyd edirdi ki, insanın böyüklüyü ondadır ki, o, təbiət qanunauyğunluqları öyrənir, təbiəti öz məqsədlərinə tabe olmağa məcbur edir.
Gələcək cəmiyyət inkişafının proqnozlaşdırılması problemi də xoşbəxt gələcəyi qabaqgörənlik biliyi ilə potensial imkanları qeyd etmək olar. Elmi qabqgörənlik və sosial proqnozlaşdırma metodundan da istifadə olunur. Onlardan ən ümumiləri bunlardır:

  • ektrapolyasiya - müəyyən bir sahəyə, dövrə aid olan hadisələri, qanunları başqa bir sahəyə aid edilməsi;

  • tarixi analogiya;

  • kompüter modelləşdirilməsi;

  • gələcəyin ssenarisi;

  • eksperiment qiymətləndirilmə və s.

Elmi qabaqgörənlik və sosial proqnozlaşdırmanı məzmun və məqsədinə görə dörd əsas növə bölmək olar: axtarıcı; normativləşdirici; analitik; xəbərdaredici proqnozlar.

COVID-19 pandemiyası da göstərdi ki, müasir sosial-siyasi şəraitdə qlobal problemin həll edilməsi bütün millət və dövlətlərin problemi eyni dərəcədə dərk edərək onların aradan qaldırılması uğrunda birgə səy göstərməsi, beynəlxalq qlobal idarəçilik təşkil edilməsi, “hərtərəfli beynəlxalq təhlükəsizlik sistemi yaradılması” ilə mümkündü. Müasir dövrdə qlobal problemləri aşağıdakı kimi qrublaşdırmaq olar:

· Beynəlxalq, bəşəri, təhlükə doğuran ictimai-iqtisadi, sosial-siyasi qlobal problemlər: müharibə və sülh problemləri, hərbiləşmə, iqtisadi fəlakətlər: aclıq, işsizlik, mənzilsizlik, əhali təbəqələri arasında gəlir fərqlərinin kəskin sürətdə artması, siyasi idarəçilik və tənzimləmə zid-diyyətləri və s.;

· Beynəlxalq təbii təhlükə doğuran qlobal problemlər: təbiətin mühafizəsi və ondan səmərəli istifadə edilməsində törədilmiş bəşəri problemlər: yer altı və yer-üstü sərvətlərin, dəniz və okenaların sərvətlərinin tükənməsi təhlükəsi, təbii yaşayış vasitələrinin: torpaq, su, hava, meşə, atmosfer və s. çirkləndirilib yararsız hala salın-ması, enerji mənbələrinin tükənmək təhlükəsi vəs;

· əhali artımı və mənəvi tənəzzüllə bağlı meydana çıxan demoqrafik- mənəvi qlobal problemlər: əhalinin sürətlə artması və yaşayış vasitələrinin isə zəif inkişaf etməsi, insanların ərzaq və zənaye malları ilə təmin olunmasındakı böhranlı vəziyyət, “demoqrafik partlayış”, elmi-texniki tərəqqinin doğurduğu neqativ sosial-mənəvi nəticələr, bəşəriyyətin gələcəyi üçün yaranmış ümidsizlik və mənəvi tənəzzül və s.

Hazırda bəşəriyyət bütün yer kürəsini sarsan pandemiya ilə üzləşib. Müasir dövrdə peyda olan COVID-19 pandemiyası bəşəriyyəti elə qlobal sosial problemlər qarşısında qoymuşdur ki, onun həllinin gecikdirilməsi bütövlükdə bəşəriyyətin təhlükə altına alınması, dünya sivilizasiyasının naliyyətlərinin məhv olması deməkdir. Pandemiya göstərdi ki, müasir dünya mürəkkəbdir, bir-birilə mübarizə aparan meyillərlə aşılanmış, zidiyyətlərlə doludur. Yer kürəsi uzun zamandı bu cür siyasi, sosial və fiziki yük ağırlığına məruz qalmamışdı. İnsan heç vaxt təbiətdən bu qədər bac almamış, onu çıxılmaz fəlakətlərə dücar etməmiş və özü yaratdığı vasitələr qarşısında bu qədər aciz qalmamışdı (Telman Xəlilov, Maya Zeynalova, Qlobal Ekoloji Problemləri, Bakı 2014, s, 9-17).

Dövlətlər arasındakı siyasi mübarizələr, insanın təbiət və cəmiyyətdən daha çox mənfəət götürmək hərisliyi olduqca kəskin və mürəkkəb iqtisadi, sosial-mənəvi, siyasi, hərbi və s. problemlər doğurmuşdur. Müasir dövrdə bəşəriyyətin mövcudluğu üçün mühüm əhəmiyyət kəsb edən və ictimai tərəqqinin ondan asılı olduğu, dünya istilik nüvə müharibəsi təhlükəsinin qarşısını almaq və sülh şəraitinin təmin edilməsi; insanların həyat səviyyəsinin yüksəldilməsi və gəlir fərqlərinin silinməsi, yer kürəsində işsizlik, aclıq, savadsızlıq və s. təhlükənin aradan qaldırılması, əhalinin sürətlə artması, onların tələbatının ödənilməsi, “demoqrafik partlayışın” tənzim ediməsi, ətraf mühitin, havanın, suyun, atmosferin çirkləndirilməsinin qarşısının alınması, bəşəriyyətin ərzaq və sənaye məhsullarına, enerji mənbələrinə artan tələbatının ödənilməsi və s. kimi qlobal problemlərə COVID-19 pandemiyası da əlavə olundu. Həmin problemlər dövlətlərin və qlobal şirkətlərin siyasi maraqları və insanın təbiətdən tamahkarlıqla istifadə etməsinin, təbiətin geoloji və bioloji qanunauyğunluqlarına məhəl qoyulmamasının (Çində insanların vəhşi heyvanlar, həşəratlarla qidalanması) ictimai inkişafda kortəbiilik və təsərrüfat quruculuğunda pozğunluq və anarxiyanın olması, hərbiləşdirmənin və s. nəticəsidir.

Dünyada əhali sürətlə artır, onların yaşayış vasitələri, maddi nemətlərlə təmin edilməsi məsələləri getdikcə daha çox kəskinliklə qarşıya çıxır. Başlıca qlobal problemlərdən biri də insanın fiziki və mənəvi sağlamlığının təmin edilməsidir. Hədsiz kimyavi maddələrin, kübrələrin, dərmanların istifadəsi, ağır informasiya axını, urbanizasiya prosesi, texnikləşmiş şəhər həyatının həyacanları və s. insan sağlamlığına, psixikasına mənfi təsir edir. Meydana çıxan COVID-19 pandemiyası bir nevi dövlətlərin və sistemlərin imtahanıdır.



Müasir dünyada pandemiyanın yaratdığı fəsadalr getdikcə artmaqda. Siyasi, iqtisadi və sosial sahələrdə tənəzül yaraddan pandemiya bir çox dövlətlərdə fəsadlar törətməsi gözlənilən hal hesab olunur.
Yüklə 128,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə