Azərbaycan Dillər Universiteti



Yüklə 137,19 Kb.
səhifə1/3
tarix17.05.2022
ölçüsü137,19 Kb.
#87151
  1   2   3
ADU TSP




Azərbaycan Dillər Universiteti

Fakültə:Təhsil 2

İxtisas:Təhsildə sosial-psixoloji xidmət

Qrup:133


Tələbə:İbişova İradə

Müəllim:Sadıxova Lalə

Fənn:İnkişaf və yaş psixologiyası

Mövzu:Gənclik yaş dövrünün inkişaf xüsusiyyətləri

Bakı 2022

Plan


  1. Gəncliyin sosial-psixoloji xarakteristikası

  2. Gənclik dövründə şəxsiyyətin inkişafı

  3. Gənclərin həyat planları, əmək fəaliyyəti və peşəyönümü



  1. Gəncliyin sosial-psixoloji xarakteristikası

İnsan ömrünün gənclik çağı - fiziki cəhətdən yetkinliyinin başa çatması, onun özünüdərketməsinin, intellektinin sürətli inkişafı, özünəməxsus yüksək keyfiyyətlərinin, dünyagörüşünün formalaşması, peşə seçmək və yaşlılıq həyatına başlamaq dövrüdür.

Gənclik yaşı öz inkişafında, adətən, iki mərhələdən keçir: birinci mərhələ - erkən gənclik (15-18 yaş), ikinci mərhələ isə yetkin gənclik (18-25 yaş) dövrü adlanır.

Gənclər bioloji, psixoloji, psixoseksual və sosioloji amillərin təsiri altında inkişaf edib formalaşır.

Bioloji baxımdan gəncin orqanizmi təkamül sayəsində fiziki cəhətdən əsaslı surətdə dayişir, bədən möhkəmlənir, hereket, iş qabiliyyəti xeyli inkişaf edir.

Ümumiyyətlə, ilk gənclik illərində orqanizimin fiziki inkişafi demək olar ki, əsasən tamamlanır; bele ki, gənclərin boy artını qızlarda 16-17 yaşda, oğlanlarda isə 17-18 yaşda təxminən böyüklərlə eyni səviyyəyə çatır, 16 yaşlı oğlanların əzələ qüvvəsi 12 yaşdakına nisbətən iki dəfə artır.

Psixoloji baxımdan gənclər artıq öz "mən"ini, şəxsiyyətini, qüvvəsini, xarici gözəlliyini dərk edir; gümrah, cəsarətli, inamlı olub həyata nikbincəsinə yanaşır, Onlarda həyat sevinci, yaşamaq-yaratmaq eşqi, peşəseçmə imkanları, özünü daha qabarıq surətdə büruzə verir; idrak fəaliyyəti öz əhatililiyi, dünyagörüşü isə bir qədər genişliyilə fərqlənir.

Gəncliyin psixososial aspektdə inkişafın gəldikdə, burada cinsi yetişmənin əsasən tamamlanması, ikinci ve üçüncü cinsi əlamətlərə keçid mərkəzi problem olub mürəkkəb biososial hadisə kimi özünü göstərir. Bu, əlbəttə, heç də bioloji-fizioloji dəyişmlərinrin nəticəsi olmayıb, həm də bioloji və sosial qüvvələrin qarşılıqlı təsirinin məhsuludur. Kişi və qadın olmaq, həmin rolu mənimsəmək, ailə həyatı qurmaq, məhəbbət, qadın şərəfini, kişi ləyaqətini qorumaq gənclik yaşında özünü büruzə veren yeni keyfiyyətlərdəndir. Beləliklə, psixoseksual davranışlar, cinsi həvəs , əks cinsə münasibətin dərk olunması, əxlaqi normaların, ailə münasibətlərində fərdi xüsusiyyətlərin qanunauyğun təşəkkülü gəncliyin inkişafının müəyyən mərhələsini təşkil edir.

Sosioloji aspektdə isə gənclik öz mahiyyəti etibarilə sosiolojiləşib müstəqil və məsuliyyətli fəaliyyətə keçir, gəncin şəxsiyyətinin fərdi-psixoloji mahiyyəti ictimai münasibətlərdən nəşət edir, başqa sözlə desək, o, ictimai münasibətlərin məcmuyu kimi, sosioloji varlıq kimi yetişir, həyat hadisəlerinə fəal mövqedən yanaşır, pasport alır. Erkən gənclik dövründə məktəblilər cəmiyyətdə, ailədə, kollektivdə özüməxsus yer tutur, onların əsas fəaliyyət növü əmək və təlim olur. Gənclərin bir qismi texniki peşə məktəblerində, texnikumlarda təhsilini davam etdirir, bir qismi istehsalata işləməyə gedir, müəyyən hissəsi ali məktəblərə daxil olur.

Ümumiyyətlə, gənclik dövründə şəxsiyyət biososial-psixoloji varlıq kimi formalaşır, onlarda təşəbbüskar, prinsipial, məsuliyətli davranış formaları təşəkkül tapır: gənc mürəkkəb intelelktual əməliyatlar aparmağa hazır olur, onun xüsusi qabiliyyətləri sürətlə inkişaf edir. Beləliklə, genclik dövrü yaşlılıq mərhələsinə keçidin bitməsi, özünüdərktemənin təşəkkülü, sosial-psixoloji varlıq kimi formalaşma – yetişməkdə olan nəslin inkişafında mühüm mərhələni təşkil edir.



  1. Yüklə 137,19 Kb.

    Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə