Azərbaycan Dillər Universiteti


Gənclik dövründə şəxsiyyətin inkişafı



Yüklə 137,19 Kb.
səhifə2/3
tarix17.05.2022
ölçüsü137,19 Kb.
#87151
1   2   3
ADU TSP

Gənclik dövründə şəxsiyyətin inkişafı

Gənclik yaşında – gənclərin bu çılğın, coşqun, hərtərəfli inkişaf dövründə onlar bir-birinə qarşılıqlı təsir edir, bir-birini qavrayır, dərk edir, eyni zamanda ünsiyyət dairəsi daha da genişlənir, ailə, valideyn asılılığından müstəqilliyə, özünə xidmətə, özünü idarəyə keçir. Bunlar, gənclərdə sosial keyfiyyətlərin formalaşmasını sürətləndirir.

Gənclik çağında şəxsiyyətin bir sıra sosial-psixoloji keyfiyyətləri, xüsusilə ideallıq, əxlaqi saflıq, mənəvi zənginlik, fəalliq, işdə prinsipial olmaq, sözlə əməlin uyğunluğu, məqsed aydınlığı ve i.a. kimi keyfiyyətlər daha çox nəzərə çarpır və sürətlə formalaşır. Eyni zamanda onlar ideya, əqidə uğrunda mübarizəyə girişir, dünyagörüşlərini müdafiə edirlər.

Gənclər formalaşdıqca məqsədi tam dərk edir ve ona nail olmağa cəhd göstərir, bu da şəxsiyyətin kamilləşməsinə təsirsiz qalmır. Əlbəttə, bu zaman şagirdə qayğı göstərmək, onu istiqamətləndirmək, onun tərbiyəsilə ciddi məşğul olmaq daha vacib məsələlərdəndir.

Gənclik dövründə şexsiyyəti səciyyələndirən əsas sosial keyfiyyətlərdən biri də əxlaqi saflıqdır. Əxlaqi saflıq gənclərin şəxsiyyətini yalnız öz işinə, əməlinə görə yox, həm də insanlara münasibətinə, qayğıkeşliyinə, həssaslığına görə səciyyələndirir. Beləliklə, insanlara münasibətin təşəkkülü gənc şəxsiyyətinin əxlaqi saflığını müəyyən edən əsas meyardır. Əxlaqi saflıq şagirdlərin humanizmində, məsuliyyətində, qrupa münasibətində özünü büruzə verir və məktəbli şəxsiyyətini xarakterizə edərək, bir növ, onu idarə edən keyfiyyətə çevrilir.

Bu dövrdə gənclərdə təşəkkül tapıb formalaşan sosial keyfiyyətlərdən biri də mənəvi zənginlikdir. Sosial-psixoloji mahiyyəti olan mənəvi zənginlik hərtərəfli, ahəngdar inikşaf etmiş gəncin mühüm xüsusiyyətidir. Məktəbli şəxsiyyəti mənəvi, cəhətdən zənginləşərkən həm də onlarda biliklərə, elmə, incəsənətə yiyələnmək üçün teələbat və maraq əmələ gəlir. Şagirdlər təlim-tərbiyənin vehdəti prosesində incəsənətə va təbiət elmlərinə bələd olur, müstəqil öyrənməyə, bilikləri dərindən mənimsəməyə başlayır. Mənəvi zənginlik şagirdlərədə yaradıcılıq qabiliyyətini də inkişaf etdirir.



  1. Yüklə 137,19 Kb.

    Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə