Azərbaycan Dillər Universiteti


Gənclərin həyat planları, əmək fəaliyyəti və peşəyönümü



Yüklə 137,19 Kb.
səhifə3/3
tarix17.05.2022
ölçüsü137,19 Kb.
#87151
1   2   3
ADU TSP

Gənclərin həyat planları, əmək fəaliyyəti və peşəyönümü

Həyat planlarını müəyyənləşdirmək, əmək və ictimai fəaliyyətə müstəqil başlamaq gənclərin yeni xüsusiyyəti olub şəxsiyyətin kamilləşməsində müstəsna rola malikdir. Həyat planları özünü gəncin məqsəd və motivlərinin, ümumi dünyagörüşünün formalaşmasında, peşə seçmək meyllərində göstərir.

Həyat planları geniş məfhumdur. Buraya şəxsiyyətin mənəvi siması, həyat tərzi, sərvət meylləri, təhsilini tamamlamaq, fəaliyyət növləri, kəbin kəsdirməsi və s. aiddir. Bunların içərisində də ən çətini peşəseçmə, əmək fəaliyyətinə başlamaqdır. Yeniyetmə yaşında ixtisas maraqları haqqında söhbət gedirsə, gənclik yaşında peşəseçmə meylləri, kim olmaq məsələlsi reallaşır və təxirə salınmaz problemə çevrilir. Çünki VIII-XI siniflərdə sənətseçmə böyük yaşlı məktəblinin gələcəyinə şüur lu münasibəti ilə bağlıdır. Adətən, böyük məktəbli senət seçimini şüurlu surətdə əsaslandırır, peşələrə seçici münasibət bəsləyir, onun xalq, Vətən üçün faydasını dərk edir, xalq təsərrüfatı üçün zəruriliyinin başa düşür. Amma orta məktəb məzunlarının müəyyən qismi biznes, kommersiya, ticarət, fizika, radiotexnika mütəxəssisi, tibb, ədəbiyyat və incəsənət işçisi, hüquqşünas peşələrini bəyənib yüksək qiymətləndirir. Lakin tokar, rəngsaz, kənd təsərrüfatı üçün zəruri olan peşələrə az əhəmiyyət verirlər.

Təhsil üzrə islahatın əsas istiqametlərinə uyğun olaraq, fermer təsərrüfatı, bazar iqtisadiyyatı üçün zəruri olan peşələrə geniş maraq yaratmaq, əmək tərbiyəsini kökündən yaxşılaşdırmaq, gənclərimizi hamılıqla kənd təsərrüfatı, texniki peşə, isthsalat, kompüter maktəblərinə, sənaye texnikumlarına, kolleclərinə daha çox istiqamətləndirmək lazımdır.

Beləliklə, xüsusi mülkiyyətə meylin artmasına baxmayaraq, sənət, peşəseçmə, şəxsi, fərdi məsələ olmayıb cəmiyyət üçün ixtisaslı kadr hzırlamaq kimi ümumdövlət, xalq əhəmiyyətli sosial-psixoloji problemdir. Məhz buna görə də gənclər əməyin və peşəyönümünün, peşə fəaliyyətinin xalq təsərrüfatında həlledici rolunu aydın dərk etməlidir.

Yetişməkdə olan nəslin psixoloji xüsusiyyətlərini nəzərə almaqla gənclər arasında peşəyönümü məsələləri üzrə sistemli iş aparmaq müasir dövrün aktual problemi kimi qarşıya çıxır.

Məhz buna görə də gəncləri peşələrə istiqamətləndirərkən onlara aşağıdakı məlumatların çatdırılması zəruridir:

a) ixtisasin cəmiyyətdə mövqeyi, gələcəyi, digər ixtisaslarla əlaqəsi, onu nəzəri və praktik cəhətdən inkişaf etdirməyin mümkünlüyü,

b) ixtisas ve əməyin xarakteri, alətlər, maşınlar, sərf olunan əmək;

c) psixoloji cəhətdən əməyə hazırlığın zəruriliyi, işçinin səhhəti, fiziki, fərdi pisxoloji xüsusiyyətinin bu ixtisas sahəsinə müvafiqliyi, peşəyə uyğun yerləşdirilməsi;

d) əməyin ictimai-iqtisadi xüsusiyyətləri - iş vaxtı və şəraiti, əmək haqqı, alavə gəlir.



İstifadə olunmuş ədəbiyyat siyahısı

  1. Qədirov.Ə.Ə. Yaş psixologiyası. Bakı: Maarif, 2002, 386 s.

  2. Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı: Adiloğlu, 2003, 282 s.

  3. Məmmədov A.U. Gənclik dövründə şəxsiyyətin inkişafının psixoloji xüsusiyyətləri. Bakı: ADPU, 1992, 114 s.

Yüklə 137,19 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə