Azərbaycan Dillər Universiteti


Verilmiş mətni Azərbaycan dilindən Koreya dilinə tərcümə edin



Yüklə 1,11 Mb.
səhifə3/6
tarix18.04.2018
ölçüsü1,11 Mb.
#38977
1   2   3   4   5   6

22.Verilmiş mətni Azərbaycan dilindən Koreya dilinə tərcümə edin.
SOCAR prezidenti Bob Dadli ilə görüşdü.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Abu-Dabi Beynəlxalq neft-qaz konfrasında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

Dünyanın böyük neft və qaz şirkətlərinin iştirak etdiyi forum çərçivəsində SOCAR-ın prezidenti bir sıra ikitərəfli görüşlər keçirib.

BP şirkətinin prezidenti Bob Dadli ilə görüşdə BP-nin Azərbaycanda həyata keçirilən ən böyük layihələrdə SOCAR-ın etibarlı tərəfdaşı olduğu qeyd edilib. İki şirkət arasında Azərbaycanda və xaricdə birgə layihələr üzrə biznesin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Statoil şirkətinin prezidenti Eldar Setre ilə görüşdə dünya neft-qaz bazarında baş verən yeniliklər fonunda ''AÇG'' layihəsinin inkişafı, ''Qarabağ'' yatağı üzrə əməkdaşlıq məsələlərinə toxunulub, Azərbaycanda həyata keçirilən layihələrdə Statoil şirkətinin iştirak imkanları, investisiya perspektivləri haqqında ətraflı müzakirələr aparılıb.

Rövnəq Abdullayev Abu-Dabi səfəri çərçivəsində ExxonMobil şirkətinin prezidenti Reks Tillersonla da görüş keçirib. ExxonMobil şirkətinin rəhbəri SOCAR-ın Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələri maraqla izlədiklərini bildirib, SOCAR-ExxonMobile əməkdaşlığının daha da dərinləşdirilməsində maraqlı olduqlarını söyləyib.
23.Verilmiş mətni Azərbaycan dilindən Koreya dilinə tərcümə edin.

Azərbaycan Burkina-Fasoya investisiya yatırmaq niyyətindədir

“Azərbaycan öz şirkətləri ilə Burkina-Faso şirkətləri arasında əməkdaşlıq əlaqələri qurmaq istəyir”.

Bunu Uqaduquda səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, ölkəmizin Energetika naziri Natiq Əliyev bildirib. 

Azərbaycanlı nazir bu sözləri Burkina-Fasonun dövlətinin başçısı Roç Mark Kristian Kabore ilə görüşdə dilə gətirib.

“Biz azərbaycanlılar çətin yol keçmişik və bu gün biz dünya tərəfindən tanınan qənaətbəxş iqtisadi inkişaf səviyyəsinə nail olmuşuq. Çox qısa vaxt ərzində biz ölkəmizdə əhalinin həyat səviyyəsini yaxşılaşdırmış, ölkəmizdə yaşayış səviyyəsini dünya standartları səviyyəsinə yüksəltmişik.

Burkina-Faso prezidenti ilə görüşdə bu mövzular ətrafında fikir mübadiləsi apardıq. Mən ona dedim ki, bütün bunlar yaxşı idarəçilik və əzmkarlıq sayəsində mümkün olub. Xarici investorların ölkəyə cəlb edilməsi və onların yatırdığı kapital milli iqtisadiyyatın müxtəlif sektorlarının inkişaf etdirilməsinə imkan verib”, - deyə energetika naziri N.Əliyev bildirib.

Azərbaycanlı nazir qeyd edib ki, bu əməkdaşlıq əsasən dövlət şirkətlərinə aiddir. O əmindir ki, Burkina-Faso prezidentinə təklif etdiyi çoxsaylı layihələr bu ölkənin müxtəlif regionlarının inkişafına şərait yaradacaq.
24.Verilmiş mətni Azərbaycan dilindən Koreya dilinə tərcümə edin.

SOCAR prezidenti Bob Dadli ilə görüşdü.



SOCAR-ın prezidenti Rövnəq Abdullayev Abu-Dabi Beynəlxalq neft-qaz konfrasında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

Dünyanın böyük neft və qaz şirkətlərinin iştirak etdiyi forum çərçivəsində SOCAR-ın prezidenti bir sıra ikitərəfli görüşlər keçirib.

BP şirkətinin prezidenti Bob Dadli ilə görüşdə BP-nin Azərbaycanda həyata keçirilən ən böyük layihələrdə SOCAR-ın etibarlı tərəfdaşı olduğu qeyd edilib. İki şirkət arasında Azərbaycanda və xaricdə birgə layihələr üzrə biznesin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Statoil şirkətinin prezidenti Eldar Setre ilə görüşdə dünya neft-qaz bazarında baş verən yeniliklər fonunda ''AÇG'' layihəsinin inkişafı, ''Qarabağ'' yatağı üzrə əməkdaşlıq məsələlərinə toxunulub, Azərbaycanda həyata keçirilən layihələrdə Statoil şirkətinin iştirak imkanları, investisiya perspektivləri haqqında ətraflı müzakirələr aparılıb.

Rövnəq Abdullayev Abu-Dabi səfəri çərçivəsində ExxonMobil şirkətinin prezidenti Reks Tillersonla da görüş keçirib. ExxonMobil şirkətinin rəhbəri SOCAR-ın Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələri maraqla izlədiklərini bildirib, SOCAR-ExxonMobile əməkdaşlığının daha da dərinləşdirilməsində maraqlı olduqlarını söyləyib.
25.Verilmiş mətni Azərbaycan dilindən Koreya dilinə tərcümə edin.

Azərbaycan özəlləşdirmə prosesinə “PwC” şirkətini cəlb edir.

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi prosesinə potensial investorların cəlb edilməsi məqsədilə “Pricewaterhouse Coopers” (PwC) beynəlxalq konsaltinq şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb. 

“İlin əvvəlindən etibarən dünyanın nüfuzlu dördlüyünə daxil olan beynəlxalq məsləhətçi şirkətlər, o cümlədən “PwC” ilə danışıqlar və qarşılıqlı məsləhətləşmələr aparılıb.

İmzalanmış memoranduma əsasən, “PwC” Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesində xarici investorlarla işgüzar əlaqələrin qurulması və onların bu prosesə cəlb edilməsində zəruri dəstəyi göstərəcək. Bu dəstək çərçivəsində belə investorların və maraqlı tərəflərin iştirakı ilə özəlləşdirmə ilə bağlı investisiya konfransları və forumlarının təşkili də həyata keçiriləcək.

Hazırda Komitə ilə beynəlxalq şirkət arasında gələcək əməkdaşlıq və atılacaq praktiki addımlar barədə müzakirələr aparılır. Özəlləşdirmənin yerli və xarici investorlar üçün daha cəlbedici formada həyata keçirilməsi məqsədi ilə qarşılıqlı məsləhətləşmələrə başlanıb.

İntensiv fikir mübadiləsi formatında keçirilən işgüzar görüşlər zamanı şirkət ekspertlərinin özəlləşdirmənin optimal üsulları, strateji sahələrin özəlləşdirilməsi istiqamətində tövsiyələri nəzərə alınır.
26.Verilmiş mətni Azərbaycan dilindən Koreya dilinə tərcümə edin.

Azərbaycanda "İteca Caspian" şirkətinin təşkil etdiyi beynəlxalq sərgilər mövsümü bu ilin aprel ayında start götürəcək. Bu mövsümdə bizi ənənəvi və debüt layihələrdən ibarət 23 sərgi və konfrans gözləyir. Təşkil olunan bütün sərgilər Azərbaycanın dövlət strukturları tərəfindən rəsmi şəkildə dəstəklənir. "İteca Caspian"dan verilən məlumatda deyilir ki, Ümumdünya Sərgi Sənayesi Assosiasiyasına (UFİ) üzv olmağımız bu tədbirlərin beynəlxalq statusunu daha da möhkəmləndirir. Belə ki, burada sərgilər statistik məlumatlar və müvafiq təşkilatçılıq səviyyəsi baxımından hər il tam yoxlamadan keçərək keyfiyyət nişanına layiq görülür. İri sənaye sərgiləri beynəlxalq strukturlar tərəfindən də dəstəklənir. 2012-ci ildə keçiriləcək beynəlxalq sərgi və konfransların tərəfdaşları qismində ölkənin aparıcı şirkət və strukturları çıxış edir. Onların arasında "Azerfon-Vodafone" (rabitə tərəfdaşı), AZAL (rəsmi hava daşıyıcısı), "Caspel"  (texniki dəstək), "Hilton Baku" və "Qafqaz Point" hotelləri (rəsmi mehmanxanalar) və "Greenwich Travel Club" (rəsmi turizm operatoru) kimi şirkətlər də var. Bütün sərgilər "Bakı Ekspo" mərkəzində keçiriləcək.



27.Verilmiş mətni Azərbaycan dilindən Koreya dilinə tərcümə edin.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 14-də İtaliya nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Həmin gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidenti xanım D.Serrakiani ilə görüşüb. Görüşdə nazir Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini, ölkəmizin Cənubi Qafqazda Avropanın əsas ticarət tərəfdaşı olduğunu və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, yüksək səviyyəli səfərlər, keçirilən görüşlər, eləcə də parlamentlərarası əlaqələr üzrə işçi qrupları, Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ölkələrimiz arasında əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir: "Azərbaycan və İtaliya arasında iqtisadi sahədə də əlaqələr inkişaf etməkdədir. İndiyədək ölkələrimiz arasında iqtisadi sahədə investisiyaların təşviqi və qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, kiçik və orta müəssisələr sahəsində əməkdaşlıq və s. kimi 20-yə yaxın sənəd imzalanıb.



28.Verilmiş mətni Azərbaycan dilindən Koreya dilinə tərcümə edin.

Yanvarın 27-28-də Mali Respublikasının paytaxtı Bamako şəhərində İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏTPİ)  Konfransının 12-ci sessiyası keçiriləcək.Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Milli Məclisin bu qurumdakı nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva və deputat Mirkazım Kazımov iştirak edəcəklər.Toplantıda Azərbaycanın Dağlıq Qarabağ ərazisinin Ermənistan tərəfindən işğalı, Xocalı faciəsi qurbanlarının anılması və soyqırımın tanınması, Fələstin problemi, Suriyada humanitar vəziyyət, terrorizmin bütün formalarına qarşı mübarizə, müasir texnologiyaların sülhməramlı məqsədlərlə istifadəsi, müsəlman ölkələri arasında viza prosedurunun sadələşdirilməsi və digər məsələlərlə bağlı  müzakirələr aparılacaq.  Yığıncaqda İƏTPİ-nin baş katibinin məruzəsi dinləniləcək, qurumun Ümumi Komitəsinin 19-cu sessiyasının hesabatı, daimi ixtisaslaşmış komitələrin qətnamə layihələri təqdim olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq. Sessiya çərçivəsində Müsəlman Qadın Parlamentarların Beşinci Konfransı və digər tədbirlər də keçiriləcək. Toplantının sonunda Bağdad Bəyannaməsi və İƏTPİ Konfransının 12-ci sessiyasının Yekun Kommunikesi qəbul ediləcək.


29.Verilmiş mətni Azərbaycan dilindən Koreya dilinə tərcümə edin.

Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfirliyi 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar tədbirlər keçirib. Səfirlikdən APA-ya bildirilib ki, bu çərçivədə Əddis-Əbəbə şəhərində yerləşən “Sebeta” görmə qabiliyyəti məhdud olan və gözdən əlil uşaqlar üçün xüsusi məktəbdə xeyriyyə aksiyası təşkil olunub. Uşaqlara Brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) ilə çap olunmuş kitabların oxunması üçün xüsusi avadanlıqlar və görmə məhdudiyyəti olan insanlar üçün nəzərdə tutulmuş ağ çəliklər hədiyyə olunub. Digər tədbir Efiopiyanın aparıcı təhsil ocağı sayılan Milli Liderlik İnstitutunda keçirilib. Tədbirdə Əddis-Əbəbə, Dövlət İdarəçilik, St-Meri Universitetlərinin və Afrika İttifaqın Liderlik Akademiyasının müəllim və tələbə heyətləri, ölkəmizdə təhsil almış Efiopiya vətəndaşları və yerli jurnalistlər iştirak ediblər. Səfir Elman Abdullayev tədbirdə Qanlı Yanvar barədə təqdimatla çıxış edərək, 20 Yanvar hadisələrinin tarixi önəmindən, SSRİ-nin süqutunda oynadığı həlledici rolundan danışıb.



30.Verilmiş mətni Azərbaycan dilindən Koreya dilinə tərcümə edin.

Prezident İlham Əliyev “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə fərman imzalayıb. APA-nın xəbərinə görə, fərmanla “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə” təsdiqlənib.  “Lisenziyalar və icazələr” portalının (bundan sonra - portal) operatoru İqtisadiyyat Nazirliyi müəyyənləşib.Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin portal vasitəsilə həyata keçirilməsini təmin etmək üçün müəyyənləşdirilən son müddətlərin göstərildiyi cədvəli təsdiqləməli, portala inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısını və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün müəyyənləşdirilən son müddətlərin göstərildiyi cədvəli təsdiqləməli, informasiya sistemlərinin portala inteqrasiyası üçün texniki tələbləri təsdiqləməlidir.


31.Verilmiş mətni Azərbaycan dilindən Koreya dilinə tərcümə edin.

Dünyada kəskin xarakter alan iqtisadi böhran şəraitində Azərbaycanda həyata keçirilən çevik və məqsədyönlü islahatlar ilk növbədə əhalinin dövlət tərəfindən etibarlı sosial müdafiəsinin təmin edilməsinə yönəlib.Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.Onun sözlərinə görə, Prezident İlham Əliyevin pensiyaların sığorta hissəsinin və minimum əmək haqqının artırılması barədə verdiyi sərəncam insanların rifahının yüksəldilməsinə xidmət edir. Deputat dövlət başçısının əhalinin sosial müdafiəsini gücləndirməsi üçün daim lazımi tapşırıqlar verdiyini və bu istiqamətdə lazımi addımların atıldığını da söyləyib: “Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu sərəncamların verilməsi mövcud iqtisadi şəraitdə ilk növbədə insanların sosial müdafiəsi məsələlərinin daim diqqətdə olduğunu göstərir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" fikrinin real əməllə bağlı olduğunu bir daha təsdiq edir. Bu, həm də sosial-iqtisadi inkişafın davam etdirilməsi məqsədilə ölkədə aparılan bütün işlərin əsasında ilk növbədə əhalinin sosial müdafiəsi məsələsinin dayandığını da göstərir”.



32.Verilmiş mətni Azərbaycan dilindən Koreya dilinə tərcümə edin.

Azərbaycan Prezidenti İlham Əliyev "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 484-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat verməlidir. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Qanundan irəli gələn digər məsələləri həll etməlidir.



33.Verilmiş mətni Azərbaycan dilindən Koreya dilinə tərcümə edin.

Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun Qovlar qəsəbəsində sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb. Trend-in məlumatına görə, sakinlərin ən çox müraciətləri arasında övladlarına iş tapmağa köməklik göstərilməsi, mənzil problemləri, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub. Q.Paşayeva görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub. Bir sıra vətəndaşlar evlərinə təbii qaz və su xəttinin çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər. Bundan başqa təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, millət vəkili onların həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr aparıb. Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib.



34.Verilmiş mətni Azərbaycan dilindən Koreya dilinə tərcümə edin.

Sərgilər mövsümünü ölkənin turizm sahəsinin aparıcı hadisəsi - aprel ayının 12-dən 14-dək keçirilməsi planlaşdırılan 11-ci Azərbaycan beynəlxalq turizm və səyahətlər (AİTF) sərgisi açacaq. May ayının 15-dən 17-dək Xəzəryanı regionda qida sənayesinin ən böyük beynəlxalq sərgisi - "WorldFood Azerbaijan" artıq 18-ci dəfə yerli və xarici istehsalçı və distribütorların liderlərini öz meydançasında toplayacaq. "WorldFood Azerbaijan"la eyni zamanda 6-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 2-ci Xəzər Beynəlxaq Plastik Kütlələr və Kauçuk sərgiləri keçiriləcək. Bundan əlavə, həmin günlərdə Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya sərgisinin debütü baş tutacaq.Hər il dünya energetika cəmiyyətinin diqqətini cəlb edən əsas hadisələrdən biri - 19-cu Beynəlxalq Xəzər Neft və Qaz, Neftayırma və Neft Kimyası (Caspian Oil & Gas) sərgisi isə 5-8 iyun tarixlərində keçiriləcək. Ötən il uğurlu debütü olmuş 2-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi də bu tarixdə təşkil ediləcək. İyunun 13-15-də keçiriləcək 11-ci Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika  və 2-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgiləri sərgi mövsümünün yarımilliyini başa vuracaq.



35.Verilmiş mətni Azərbaycan dilindən Koreya dilinə tərcümə edin.

Azərbaycan Prezidenti İlham Əliyev "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 484-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat verməlidir.Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Qanundan irəli gələn digər məsələləri həll etməlidir.



36.Verilmiş mətni Azərbaycan dilindən Koreya dilinə tərcümə edin.

Dövlət Statistika Komitəsi ümumi daxili məhsul istehsalı barədə hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2016-cı ildə ölkə rezidentləri 59 milyard 987,7 milyon manatlıq və ya 2015-ci ildəkindən 3,8 faiz az ümumi daxili məhsul istehsal edib. Azalmanın əsas səbəbinin tikinti sektorunda əlavə dəyərin 2015-ci ilə nisbətən 27,6 faiz düşməsi olduğu bildirilir. Ötən il informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 4,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,6 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 1,5 faiz, sənayedə 0,4 faiz, turizm və ictimai iaşə sahələrində isə 0,1 faiz artıb.Sənayedə 22 milyard 434,5 milyon manatlıq, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 6 milyard 152,2 milyon manatlıq, tikintidə 6 milyard 4,4 milyon manatlıq, nəqliyyat və anbar təsərrüfatı sahələrində 4 milyard 102,4 milyon manatlıq, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 3 milyard 369,6 milyon manatlıq, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 1 milyard 436,3 milyon manatlıq, informasiya və rabitə sahələrində 1 milyard 60,2 milyon manatlıq əlavə dəyər yaradılıb.



37.Verilmiş mətni Azərbaycan dilindən Koreya dilinə tərcümə edin.

“Təbii qazın qiymət artımı ümumi abonentlərin əksər hissəsini əhatə etməyib. Bu qiymət artımı təbii ki, SOCAR-ın təbii qazın satışından əldə olunan gəlirlərinin nisbətən artmasına şərait yaradıb. Çünki devalvasiya nəticəsində biz hasilatın pay bölgüsü sazişlərinin tərəfdaşlarından Azərbaycanın daxili tələbatını ödəmək üçün küllü miqdarda – təxminən istehlakın yarısı səviyyəsində dollar ifadəsində təbii qaz satın alırıq”.“Report” xəbər verir ki, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib. S.Qasımov bildirib ki, manatın devalvasiyası SOCAR-ı qazın qiymətini qaldırmağa məcbur edib: “Həm neftin qiymətinin ucuzlaşması, həm də manatın devalvasiyası bizi məcbur etdi ki, dövlət, aidiyyəti qurumlar qarşısında təbii qazın qiymətinin artırılması məsələsini qaldıraq. Burada da differensiasiya tətbiq edilib. Əsas istehlakçımız olan “Azərenerji” ASC üçün qazın qiyməti 120 manat, Naxçıvana satdığımız qaz 75 manat, əsas kommersiya qurumlarına 200 manat, əhaliyə isə 100 manat/1000 kubmetr olaraq qalıb”.

38.Verilmiş mətni Azərbaycan dilindən Koreya dilinə tərcümə edin.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin cəbhəboyu zonada yerləşən üç hərbi hissəsinin ərazisində yeni istifadəyə verilmiş yaşayış komplekslərinin açılışında iştirak edib.APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi ərazilərdəki hava hücumundan müdafiə bölmələrinin döyüş texnika və vasitələrinə, eləcə də yeni istifadəyə verilən qərargahlar, əsgər yataqxanaları, yeməkxanalar, qazanxanalar, tibb məntəqələri, digər xidməti və inzibati otaqlara baxış keçirib.

Məruzə olunub ki, yaradılan şərait şəxsi heyətin gündəlik xidmətinin təşkilinə effektiv təsir göstərəcək, habelə hava məkanımızın daha etibarlı qorunması məqsədilə döyüş hazırlığı və döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılmasını təmin edəcək. Hərbi hissələrin komandir və şəxsi heyəti ilə görüşən nazir müvafiq tapşırıqlar verib. Cəbhəboyu zonada səfərdə olan Z. Həsənov tikintisi davam edən bir neçə hərbi obyektdə olub və inşaat işlərinin gedişini yoxlayıb.  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tikinti işlərinin keyfiyyəti ilə maraqlanan müdafiə naziri müvafiq göstərişlər verib.
39.Verilmiş mətni Azərbaycan dilindən Koreya dilinə tərcümə edin.

Instagram bu gün yeni xüsusiyyətini təqdim edib - Instagram Stories, yəni Instagram hekayələri. Bu xüsusiyyət vasitəsilə istifadəçilər foto və ya videolar çəkib onları emojilər, rəsm və yazılarla redaktə edə bilər. İstifadəçilərin əksəriyyəti bu xüsusiyyətlə Snapchat tətbiqi arasındakı oxşarlığı müzakirə edir.Instagram Stories postlarında ictimai şərhlər olmur - sizi izləyən istifadəçi reaksiya vermək istəyirsə, bunu şəxsi mesaj vasitəsilə etməlidir.Stories-dən istifadə edən istifadəçilərin profil şəkli, əsas səhifənin yuxarısında görünəcək. Hər bir "hekayə" 24 saat ərzində izlənilə bilər, bundan sonra isə özü özünə yoxa çıxır. Instagram yaradıcıları deyirlər ki, bundan sonra "həddən artıq çox material paylaşmaq barədə narahat olmaq lazım deyil"."Instagram sadəcə Snapchat olmaq qərarına gəlib", Harry Seaton adlı istifadəçi Twitterdə yazıb."Twitter və Instagram bu yeni xüsusiyyətlərlə Snapchat kimi olmağa çalışırlar", Edsta deyib. "Bilmirəm xoşuma gəlir ya yox. Hər bir platformanın öz məqsədi olmalıdır..."Bu ilk dəfə deyil ki, rəqib platformalar bir-birindən "köçürür". Ötən ay Snapchat özünün "Memories" xüsusiyyətini təqdim edib, bu isə daha əvvəl Instagramın sahibi olan Facebookda çıxmışdı.


40.Verilmiş mətni Azərbaycan dilindən Koreya dilinə tərcümə edin.

Hamiləlik vaxtı multivitaminləri qəbul etmək “pulu boşuna xərcləməkdir” və gözlənilən nəticəni vermir, Britaniya alimləri bildirir. Vitamin istehsalçıları hamilələrin yetərincə qida maddələri almadığını deyirlər. Lakin Drug and Therapeutics Bulletin elmi jurnalında dərc edilmiş məqalədə deyilir ki, ana olacaq əksər qadınların vitamin əlavələrinə ehtiyacı yoxdur.Tədqiqat müəllifəri multivitaminlərin ana və uşağın sağlamlığına faydası barədə elmi dəlil tapmadıqlarını bildirirlər."İki nəfərin əvəzinə" yemək?Araşdırmaya əsasən xüsusilə də hamiləliyin ilk 3 ayında qadınlara lazım olan ən vacib vitaminlər B9 (fol turşusu) və D vitaminidir."Biz hamilə qadınları və hamilə olmaq istəyənləri sağlam, tərkibində çeşidli meyvə və tərəvəz olan pəhriz seçməyə və fol turşusunu qəbul etməyə həvəsləndirmək istərdik”, Kral Mamaçılıq Kollecindən Janet Fyle deyib.Alimlər həmçinin qidalanma ətrafında bəzi geniş yayılmış fikirləri də təkzib edirlər. Janet Fyle deyir ki, hamilə olarkən "iki nəfərin əvəzinə" yemək məsləhəti əsassızdır. Onun sözlərinə görə bu "mifdir" və hamilə qadın, adi miqdarda, tarazlaşdırılmış dietaya riayət etməlidir.



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə