Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsində “Dilçiliyə giriş” fənni üzrə Yekun Buraxılış Dövlət Attestasiyası suallari



Yüklə 43,98 Kb.
tarix15.03.2018
ölçüsü43,98 Kb.

Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsində “Dilçiliyə giriş” fənni üzrə Yekun Buraxılış Dövlət Attestasiyası

SUALLARI

  1. “Dilçiliyə giriş” fənninin obyekti, predmeti, məqsəd və vəzifələri

  2. Fənnin əsas tədqiqat metodları (müqayisəli, müqayisəli-tarixi, tipoloji, deksriptiv, riyazi-statistik və s.)

  3. Dilçiliyin başqa elmlərlə (fəlsəfə, ədəbiyyatşünaslıq, tarix, coğrafiya, fiziologiya, informasiya nəzəriyyəsi, riyaziyyat, semiotika, psixologiya, sosiologiya və s.) əlaqəsi.

  4. Dilçiliyin sahə və ya şöbələri

  5. Dilin təbiəti və mahiyyəti haqqında

  6. Dilin funksiyaları: kommunikativ, koqnitiv (idrakı), nominativ, ekspressiv-emotiv və s.

  7. Dilin mənşəyinə dair nəzəriyyələr: səs təqlidi, nida, sosial razılaşma, əmək nəzəriyyəsi və s.

  8. Təfəkkür və danışıq fəaliyyətinin qarşılıqlı əlaqəsi.

  9. Ünsiyyət növləri - sözlü (verbal) və sözsüz (qeyri-verbal - jestlər, mimikalar dili).

  10. Qədim dilçilik məktəbləri: Hind dilçiliyi (Panini və davamçıları);

  11. Yunan dilçiliyi (Platon, Aristotel) və İskəndəriyyə məktəbi (F.Dionisi, A.Diskol).

  12. Ərəb dilçiliyi (Sibaveyhi, X.Təbrizi və b.)

  13. Por-Royal qrammatikası (K.Lanslo, A.Arno)

  14. Fəlsəfi dilçilik məktəbi (V.fon Humboldt).

  15. Tarixi-müqayisəli dilçilik məktəbi (H.Paul, F.Bopp, Y.Qrimm, R.Rask, A.X.Vostokov, M.Kaşğari).

  16. Naturalizm dilçilik məktəbi (A.Şlayxer).

  17. Psixoloji dilçilik məktəbi (H.Ştayntal, A.A.Potebnya).

  18. Gənc qrammatiklər məktəbi (B.Delbryuk, G.Osthof, K.Bruqman, H.Paul).

  19. Sosioloji dilçilik məktəbi (F. de Sössür).

  20. Kazan dilçilik məktəbi (İ.A.Boduen de Kurtene, N.V.Kruşevski və s.).

  21. Moskva dilçilik məktəbi (A.A.Şaxmatov, F.F.Fortunatov, A.M.Peşkovski, A.A.Reformatski)

  22. Strukturalizm cərəyanı və əsas struktur dilçilik məktəbləri: Praqa funksional dilçiliyi, Danimarka qlossematikası və Amerika deskriptivizmi.

  23. Dil işarələr sistemi kimi.

  24. Sistem-struktur anlayışları haqqında.

  25. F. de Sössürün dixotomiyası: dil-nitq (danışıq), daxili-xarici dilçilik, diaxron-sinxron dilçilik, dil vahidləri arasında sintaqmatik-paradiqmatik münasibətlər.

  26. Dil səviyyələri (fonoloji, morfoloji, leksik, sintaktik) və səviyyələrarası əlaqələrin xarakteri

  27. Fonetika və fonologiya. Fonologiya fonetikanın tərkib hissəsi kimi.

  28. Fonem nəzəriyyəsinin tarixinə dair.

  29. Dilin səs tərəfinin fizioloji (artikulyator), akustik və perseptiv aspektlərinin öyrənilməsi.

  30. Dilin funksional (linqvistik) aspektdən öyrənilməsi.

  31. Fonemin variantları: mütləq, fonetik və fakültətiv.

  32. Fonemin əlamətləri: fərqləndirici (differensial) və inteqral.

  33. Sait fonemlərin təsnifatı.

  34. Samit fonemlərin təsnifatı.

  35. Sinharmonizm (həmahənglik, ahəng qanunu)

  36. Dilin seqment (heca, morfem, leksem, cümlə) və superseqment (vurğu, intonasiya) vahidləri

  37. İntonasiya superseqment hadisə kimi

  38. Heca və onun növləri. Əsas heca nəzəriyyələri.

  39. Vurğu və onun əsas növləri.

  40. Morfem (morfemika) nəzəriyyəsi. Morfem elementar mənalı dil vahidi kimi

  41. Morfemlərin tipləri: kök (avtosemantik, leksik) və affikslər (sinsemantik, qrammatik)

  42. Morfonologiya.

  43. Omonimlik, sinonimlik, antonimlik və çoxmənalılıq (polisemiya).

  44. Dilin lüğət tərkibinin zənginləşmə yolları.

  45. Frazeologiya. Frazemlərin növləri: frazeoloji birləşmələr, frazeoloji uyuşmalar, frazeoloji qovuşmalar və frazeoloji ifadələr

  46. Sabit və sərbəst söz birləşmələri.

  47. Leksikoqrafiya lüğətçilik haqqında elm kimi.

  48. Əsas lüğət növləri.

  49. Leksik vahidlər arasında sistem əlaqələri.

  50. Söz birləşməsi və cümlə (cümlə-söyləm münasibətləri).

  51. Sintaqm anlayışı: cümlənin sintaqmatik üzvlənməsi

  52. Sintaktik əlaqələrin növləri.

  53. Sadə cümlələrin təsnifi

  54. Mürəkkəb cümlələrin təsnifi

  55. Cümlə və hökm.

  56. Dillərarası əlaqələr: divergensiya və konvergensiya.

  57. Linqvistik tipologiya: dil universalilər.

  58. Dillərin genealoji təsnifi.

  59. Dilçilikdə müqayisəli-tarixi metod.

  60. Dillərin tipoloji (morfoloji) təsnifatı.

  61. Areal dilçilik.

  62. Dil ailələri və dil qrupları

  63. Bilinqvizm məsələləri.

  64. Yazı, inkişaf mərhələləri və onun əsas növləri.

  65. Əlifba və onun növləri.

  66. Orfoqrafiya. Orfoqrafiya prinsipləri

  67. Azərbaycanda dilçiliyin inkişaf sahələri və indiki vəziyyəti

  68. Təbii və süni dillər

  69. Sözdüzəltmənin əsas üsulları

  70. Dilin leksik fondunun üslubi üzvlənməsi

  71. Kombinator variativlik

  72. Transkripsiya və transliterasiya

  73. Leksik və qrammatik məna.

  74. Leksik mənanın əsas tipləri

  75. Tabelilik əlaqəsinin əsas növləri

  76. Cümlənin əsas qütbləri (mübtəda və xəbər qütbləri)

  77. Dil və digər ünsiyyət vasitələri

  78. Nitq hissələrinin kateqorial əlamətləri

  79. Cümlənin baş və ikincidərəcəli üzvləri

  80. Sözlərin semantik sahələr üzrə bölgüsü

  81. Əsas və köməkçi sözlər

  82. Arxaizm və tarixizmlər

  83. Neologizmlər və internasionalizmlər (beynəlmiləl)

  84. Qrammatik kateqoriyaların mahiyyəti

  85. Konversiya və onun söz yaradıcılığında rolu

  86. Picin və kreol dillər

  87. Beynəlxalq və regional dillər

  88. Omonim, omofon, omoqraf və omoformalar

  89. Tətbiqi dilçiliyin sahələri: dilöyrətmə, tərcümə, lüğətçilik, əlifba, kompüter dilçiliyi

  90. Dillərin morfoloji tipləri: kök, aqqlütinativ, flektiv və inkorporlaşan dillər

  91. Etimologiya. Xalq etimologiyası

  92. Dil etnomədəni fenomen kimi

  93. Cümlənin (söyləmin) kommunikativ tipləri (nəqli, sual, əmr)

  94. Dil sosial hadisə kimi

  95. Dilin inkişafının cəmiyyətlə bağlılığı

  96. Ədəbi dil və dialekt. Ədəbi dil və milli dil variantları

  97. Dilin tarixi və xalqın tarixi: dilçilik və etnoqrafiya

  98. Dilin lüğət tərkibindəki dəyişikliklər

  99. Söz (leksem) dil vahidi kimi

  100. Nitq mədəniyyəti və onun ictimai əhəmiyyəti


Ümumi dilçilik kafedrasının müdiri fil.e.d., prof. A.Y.Məmmədov


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə