Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ



Yüklə 0,76 Mb.
səhifə1/8
tarix24.10.2017
ölçüsü0,76 Mb.
  1   2   3   4   5   6   7   8


AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

İNFORMASİYA TEXNOLOGİYALARI, AQRAR MÜHƏNDİSLİK VƏ ENERGETİKA FAKÜLTƏSİ

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ
kafedrası


ƏMƏK MÜHAFİZƏSİ

MÜHAZİRƏÇİ: DOSENT ƏLİYEV NATİQ ƏLİ OĞLU

GƏNCƏ 2010

MÖVZU 1

GIRIŞ. ƏMƏK MÜHAFIZƏSININ ÜMUMI MƏSƏLƏLƏRI
ƏMƏK MÜHAFIZƏSI FƏNNI ONUN MƏQSƏDI
VƏ TOXUNDUĞU ƏSƏS MƏSƏLƏLƏR

Ə D Ə B İ Y Y A T L A R:
1. Azərbaycan Respublikasının Konstitusiyası “Hüquq ədəbiyyat” nəşriyyatı Bakı – 2002-ci il.

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi – Bakı- “Qanun” – 1999-cu ul.

3. F.Ə.Əliyev, Ü.C.Orucov – “Əmək mühafizəsinin hüquqi məsələləri” – Gəncə -2001-ci il.

4. F.Ə.Əliyev, S.Ş.Vəliyev “Elektrik təhlükəsizliyinin ümumi məsələləri” – Gəncə -2002-ci il.

5. F.Ə.Əliyev, S.Ş.Vəliyev “İstehsalat binaları və texniki qurğuların ildırımdan mühafizəsi” – Gəncə -2002-ci il.

6.Həsənov B.A “Əmək mühafizəsi” Bakı Maaarif. 1986-cı il.

7. Tağızadə T.H “Meliorasiya təsərrüfatında əməyin mühafizəsi” Bakı Maarif -1990-cı il.

8. İstehsalatda bədbəxt hadisələrin təhqiqi edilməsi və uçota alınması. Bakı hüquq ədəbiyyatı. 1998-ci il.

9. Шкравак Владимир Степанович и др. «Охрана труда» М. -1989-год.

10. Канарейов Ф.М и др. «Охрана труда» М. -1988-год.

11. Солуйанов Равел Василйевич и др. «Охрана труда» М. -1977-год.

12. Денисенко Г.Ф. «Охрана труда» М. В. Школа -1985 год.

13. Dövlət və sahə standartları (SSBT) (CH) və (CH i P) – sonsuz sayda.

GIRIŞ. ƏMƏK MÜHAFIZƏSININ ÜMUMI MƏSƏLƏLƏRI.

“ƏMƏK MÜHAFIZƏSI” FƏNNI, ONUN MƏQSƏDI

VƏ TOXUNDUĞU MƏSƏLƏLƏR.

P L A N

1. Giriş. Əmək mühafizəsi fənninin məzmunu və sosial-iqtisadi əhəmiyyəti. Əmək mühafizəsi kursu və onun yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında qarşısında duran vəzifələr.

2. ƏTSS-nin DÜİST 12.0.002-80-ə uyğun olaraq əmək mühafizəsi sahəsindəki əsas terminlər və onların məzmunu.

3. Əmək mühafizəsi məsələləri sahəsində dövlət və həmkarlar ittifaqı konfedira-siyasının qərarları. Bu sahədə vətən alimlərinin işi. Elmi-texniki tərəqqi. Əmək müha-fizəsi sahəsindəki nailiyyətlər.

4. İstehsalat zərərləri və təhlükəli amillərin təsnifatı və onların normallaşdırılma prinsipləri.

Zəhmətkeşlərin sağlamlığını qorumaq, işçilərin təhlükəsiz əmək şəraitini təmin etmək, habelə istehsalat zərərçəkmələrinin qarşısını almaq məsələləri Dövlətin baş-lıca qayğılarından biri olmuş və olmalıdır.

Əmək mühafizəsi qarşısında duran əsas məsələlər müstəqil Azərbaycan dövləti-nin qüvvədə olan konstitusiyasına uyğun, qanunvericilik əsasları, Əmək Məcəlləsi xüsusi qayda və normalar əsasında tənzim edilir.

Ali təhsil məktəb tələbələrinin əldə etdikləri biliklər sistemində “Əmək müha-fizəsi” fənninin elmi əsasları xüsusi yer tutur.

“Əmək mühafizəsi” kursunun məqsədi: Ali təhsil sistemində tələbələrə nəzəri, təcrübi biliklər aşılamaqla sənaye və kənd təsərrüfatının bütün sahələrində təhlükəsiz və sağlam əmək şəraiti yaratmaqdır.

Keçmiş Sovetlər ailəsində 1929-cu ildən ali məktəblərdə “Əmək mühafizəsi və təhlükəsizlik texnikası” fənni tədris edilməyə başlanmış, 1966-cı ildən isə bu fənn “Əmək mühafizəsi” adlandırılaraq tədris edilmişdir. 1990-cı ilin aprel ayından Sovetlər məkanının dağılmağa başladığı bir zamandan isə “Mülki müdafiə” fənnində birləşdirilməklə birlikdə iki hissədən ibarət olan fənn “Həyat fəaliyyətinin təhlükəsiz-liyi” adlandırılaraq tədris olunmağa, başlanmışdır. (Kənd təsərrüfatı mütəxəsissləri hazırlanan ali məktəblərdə 100 saatdan az olmayaraq tədris olunması qərara alın-mışdır).

Əmək mühafizəsinin elmi inkişaf tarixi mədəniyyətimizin inkişafı ilə sıx əla-qədardır. İnsanlar öz fəaliyyət dairələrini inkişaf etdirdikcə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına tələbatda artmağa başlayır.

Rusiyada ilk dəfə əmək mühafizəsi sahəsində elmi-tədqiqat işləri M.V.Lomo-nosov tərəfindən yerinə yetirilmişdir. O, 1742-ci ildə “Metallurgiya və mədən işlərin-də təhlükəsizlik tələbləri və “Xüsusi geyimlərə tələbat” adlı dəyərli məqalələr yaz-mışdır. O, daha sonra 1752-ci ildə ilk dəfə olaraq indidə geniş tətbiq olunan ildırım ötürücünün konstruktiv qruluşunu vermişdir.

Ümumilikdə “Əmək mühafizəsi” məsələləri ilə məşğul olan alimlərdən akade-mik C.V.Vavilov “lyumenset lampalar”, akademiklər V.V.Petrov, A.A. Skançiniskiy professor M.E.Jukovski, V.L.Kirpiçov. Fizioloq İ.M.Seçenov, böyük alim fizioloq İ.P.Pavlov insanların ali sinir sistemi ilə ətraf mühitin arasındakı əlaqə, son dövürlə-rin görkəmli alimlərindən F.M.Kanaryov. Zukovnikov və s. göstərmək olar. Azər-baycan alimlərindən T.H.Tağızadə, F.Ə.Şıxaliyev, B.A.Həsənov və başqalarını qeyd etmək olar.

“Əmək mühafizəsi” fənninin metodiki əsasını əmək proseslərində istifadə olu-nan maşınların, alətlərin, avadanlıqların, materialların və başqa texniki və canlı obyektlərin elmi təhlili nəticəsində təhlükə və zərərlərin aşkara çıxarılması təşkil edir. Bunun nəticəsində istehsalın təhlükəli sahələri, təhlükəli vəziyyətlər aşkar edilərək onların aradan qaldırılması üçün elmi əsaslarla tədbirlər hazırlanır.

Əmək mühafizəsi məsələlərinin düzgün həllində həmkarlar təşkilatları mühüm rol oynayır, təsərüffat rəhbərləri onlarla birlikdə əmək şəraitinin yaxşılaşdırılması sahəsində böyük tədbirlər həyata keçirirlər.

Əmək mühafizəsi” kursunun əsas məqsədi:- nəzəri biliklər və təcrübi vərdişlər-lə müxtəlif istehsalat proseslərində sağlam və təhlükəsiz iş şəratinin yaradılmasını təmin etməkdən ibarətdir.



Bu fənni öyrənən hər bir gələcək mütəxəssis aşağıdakıları bilməlidir:

1. Əmək mühafizəsi məsələrinin təşkilini, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında vəzifəli şəxslərin hüquq və vəzifələrini.

2. Travmaların və xəstələnmələrin müəyyən etmə üsullarını.

3. Təhlükəli və zərərli istehsalat faktorlarının yaranmasını xəbərdar etməyi.

4. Fərdi və kollektiv mühafizə vasitələri ilə zərərsiz iş şəraitini təmin etmək üsulları.

5. Maşın traktor parkında texniki qulluq heyvanlara xidmətin, təmir və elektrik cihazlarının istismarı zamanı təhlükəsizlik texnikası qaydalarını.

6. Yanğının baş vermə səbəbləri onun profilaktikası və söndürülmə qaydaları.

Kursun qısa məzmunu: - “Əmək mühafizəsi” məsələlərini dəqiqliklə öyrən-mək üçün əmək proseslərində insanın təhlükəsizliyinə təsir edən elementlər öyrən-mək lazımdır.

Bura daxildir: - İşi verən, (sahibkar, rəhbər) işləyən (fəhlə, kəndli, ziyalı) iş və əmək alətləri, istehsalat mühüti, kollektivdə psixoloji mühit, eyni zamanda passiv elementlər (bina və qurğular).

Hər bir vətəndaş işləmək hüququna malikdir.

Müəssisənin formasından asılı olmayaraq hər bir işçinin əməyi mühafizə olunmalıdır.

Dövlət eyni zamanda sahibkar əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsi, onun elmi təşkili, xalq təsərrüfatının bütün sahələrində istehsal proseslərinin kompleks mexanikləşdirmək və avtomatlaşdırmaq əsasında ağır fiziki əməyin azaldılması sonra isə tamamilə aradan qaldırılmalıdır.


ƏMƏYIN TƏHLÜKƏSIZLIYININ STANDARTLAR SISTEMINƏ (ƏTSS)

UYĞUN OLARAQ “ƏMƏK MÜHAFIZƏSI” SAHƏSINDƏ

ƏSAS TERMINLƏR
DÜİST 12.0.002-95-ə müvafiq əmək təhlükəsizliyi standartlar sisteminə görə əmək mühafizəsi fənninə uyğun aşağıdakı terminlər qəbul edilmişdir.

1. Əmək mühafizəsi: – Bu qanunvericilik aktlarından, təşkilatı, texniki, gigiye-nik, müalicə-profilaktiki, sosial-iqtisadi tədbirlər sistemindən ibarət olub, insanların əmək prosesində sağlamlığını və işləmə qabiliyyətini qorumaqla təhlükəsizliyi təmin edilir.

2. Təhlükəsizlik texnikası: – İstehsalat prosesində yaranan təhlükəli istehsalat amillərinin işçilərə təsirini azaltmaq və ləğv etmək üçün texniki vasitələr və təşkilatı tədbirlər sistemidir.

3. Əməyin təhlükəsizliyi: – İşçi yerlərində zərərli və təhlükəli istehsalat amil-ləri, işçilərin sağlamlığına təsir olmayan əmək şəraitinin vəziyyəti nəzərdə tutulur.

4. İstehsalat sanitariyası: - İşçi yerlərində zərərli istehsalat amillərinin işçilərə təsirinin qarşısını almaqdan ötrü texniki, sanitar-gigiyenik və təşkilati tədbirlər siste-mindən ibarətdir.

5. Əməyin gigiyenası: - Əmək şəraitinin sağlamlaşdırılmasına görə sanitariya-gigiyena və müalicə-profilaktiki tədbirlər kompleksindən ibarətdir.

6. Təhlükəli istehsalat amilləri: - Müəyyən iş şəraitində istehsalat amillərinin təsiri nəticəsində işçilərin gözlənilmədən zədələnməsi, travma alması başa düşülür.

7. Zərərli istehsalat amilləri: - İş zamanı istehsalat amillərinin işçilərə təsiri (zərərli tozlar, qazlar, səs-küy, titrəyiş və s.) peşə xəstələnmələrinə, yaxud iş qabiliy-yətinin azalmasına səbəb olur.

8. Bədbəxt hadisələr: - İşçilərin əmək fəaliyyətində yaxud rəhbərliyin tapşırıq-larını yerinə yetirərkən əmələ gələn zərərçəkmələr.

9. Peşə xəstəlikləri: - İstehsalat prosesində əmələ gələn istehsalat zərərlərinin təsiri nəticəsində yaranan xəstəliklər.

10. Təhlükəsiz əmək tələbləri: - Qüvvədə olan qanunvericilik aktlarının, normativ-texniki sənədlərin və təlimatların tələbini ödəyən işlərdə işçilərin təhlükə-sizliyini təmin edən tələbatlardır.

11. Təhlükəsiz istehsalat avadanlıqları: - Normativ-texniki sənədlərə əsasən əməyin təhlükəsizliyi tələbatını ödəyən istehsalat avadanlıqlarıdır.

12. Təhlükəsiz istehsalat prosesləri: - Əməyin təhlükəsizliyi tələbatına uyğun sayılan istehsalat proseslərindən ibarətdir.

13.Texniki estetika: -İstehsalat avadanlıqları və əşyaların layihələndirilməsində və yerləşdirilməsində onların bəzi qanunauyğunluğu və ümumi xüsusiyyətləri öyrənilir.

14. İstehsalat estetikası: - İstehsalat binalarının texnoloji istehsalat avadanlıq-ları, konstruksiyaları və işçi yerlərinin xoşa gələn səviyyədə gözəl olmasının işçilərin bədii zövqünə uyğun olması kimi əsas vasitələrdən biri hesab edilir.

15. Əmək fiziologiyası: - İşçilərin əmək fəaliyyəti zamanı funksional vəziyyəti öyrənilir və insanın işləmə qabiliyyətini daha yüksək səviyyədəd saxlamaqdan ötrü tədbirlər görülür.

16. Əmək psixologiyası: - İşçilərin əmək fəaliyyətində onun yaratdığı və əmək məhsuldarlığının artmasını öyrənməklə peşə xüsusiyyətlərinin daha da formalaşma-sına baxır.

Əmək mühafizəsi fənni öz dolğunluğu və genişliyi ilə fərqlənən müstəqilli fən-ləri təmsil edən aşağıdakı bölmələrdən ibarətdir.

1. Əmək mühafizəsinin hüquqi və təşkilati məsələləri.

2. İstehsalat sanitariyasının əsasları və əməyin gigiyenası.

3. Təhlükəsizlik texnikasının əsasları.

4. Yanğın profilaktikasının əsasları.

Belə bölgü əməyin mühafizəsi formalarının müxtəlifliyindən irəli gəlir. Bu o de-məkdir ki, işçilərin əməyi qanunvericilik qaydaları ilə, tibbi və texniki yollarla müha-fizə edilir.

Əmək mühafizəsinin sanitariya-gigiyena əsasları istehsalat zərərləri və onun törətdikləri peşə xəstəlikləri ilə məşğuldur.



ƏMƏK MÜHAFİZƏSİNİN HÜQUQİ VƏ

TƏŞKİLATI ƏSASLARI

P L A N
1. Giriş. Əmək mühafizəsi fənninin məqsədi və əsas bölmələri.

2. Əmək mühafizəsi fənnində qəbul olunmuş terminlər və onların məzmunu. (səh 6...8).

3. Əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları (səh 8...10).

4. Əmək mühafizəsinin nəzəri məsələləri (səh 10...11).

a) zərərli və təhlükəli istahsalat amilləri və onların normaları (səh 12...14).

b) istehsalat işlərinin növləri (səh 18...19).

5. Əmək hüququnun qanunvericilik mənbələri. (səh 20...24).

a) kollektiv müqavilələr (səh 24...27).

b) kollektiv saziş (səh 27...29).

c) əmək müqaviləsi (səh 29...31).

6. Əmək təhlükəsizliyi standartları sistemi (səh 33...35).

7. Əməyin mühafizəsi sahəsində norma və qaydalar (səh 35...39).

8. Əməyin erqonomik təhlükəsizliyi (səh 38...40).

a) işçi yerlərinə erqonomik tələblər (səh 40).

9. İş vaxtı (səh 42...46).

10. İstirahət vaxtları (səh 47...48).

a) məəzuniyyətin növləri (səh 49...54).

11. Qadınların əməyinin mühafizəsi (səh 54...57).

12. Yaşı 18-dən az olan işçilərin əməyinin mühafizəsi (səh 58...61).

13. Əməyin mühafizəsi normaları və qaydalarına dövlət nəzarəti (səh 65...76).

14. Əməyin mühafizəsinə ictimai nəzarət (səh 77...85).

15. Əmək mühafizəsi xidmətinin təşkili (səh 86...87).

a) əmək mühafizəsi kabinetinin təşkili (səh 88...89).

b) əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işə qəbuledənin vəzifə-ləri (səh 89...90).

c) əməyin mühafizəsi üzrə işçilərin vəzifələri (səh 90...91).

q) əməyin mühafizəsi sahəsində baş mütəxəssislərin vəzifələri (səh 91...93).

d) əməyin mühafizəsi mühəndisinin hüquq və vəzifələri (səh 93...95).

e) iş paltarları və digər fərdi mühafizə vasitələrinin verilməsi (səh 95...97).

16. Əməyin mühafizəsi tədbirlərinin planlaşdırılması və maliyyətləşdirilməsi (səh 100...108).

17. Əmək mübahisələri (səh 104...107).

a) fərdi əmək mübahisələrinin həlli üsulları (səh 107...111).

18. İstehsalat zədələnmələri və peşə xəstəlikləri (səh 111...116).

19. İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və qeydiyyata alınması (səh 116...127).

a) xüsusi təhqiq edilməli bədbəxt hadisələr (səh 127...130).

20. Əməyin mühafizəsi üzrə təlimat növlərinin öyrənilməsi (səh 130...140).

21. İstehsalatda bədbəxt hadisələrin təhlil üsulları (səh 140...141).

22. İstehsalatda zədələnmələri və peşə xəstələnmələrinin göstəriciləri (səh 142...145).

23. Zədələnmə və peşə xəstəliklərinin maddi nəticələri (səh 145...150).



MÖVZU 2.
ƏMƏK MÜHAFIZƏSININ NƏZƏRI ƏSASLARI. İNSANIN

PSIXOLOJI VƏZIYYƏTI, ƏMƏYIN TƏHLÜKƏSIZLIYINƏ

TƏSIR EDƏN AMILLƏR.

P L A N

1. İnsanın psixofizoloji olma halları, psixofizoloji amillər və onların əməyin

təhlükəsizliyinə təsiri.

2. Əmək şəraitinin təhlükəsizliyə görə təsnifatı.

3. İnsan-Maşın-İstehsalat (İMİ) mühitinin təhlükıəsizlik parametrlərinə görə

optimallaşdırılması.

4. DÜİST 12.3.001-75-ə müvafiq sağlam və təhlükəsiz əmək şəraitinin yaradıl-

masının əsas yolları.

5. İstehsalat travmalarının və peşə xəstəliklərinin proqnozlaşdırılması və profi-

laktikasının əsasları.

6. Travmatizm və peşə xəstəliklərinin profilaktikasının sosial-iqtisadi əhəmiy-

yəti, (Tağızadə səh 56...62 oxumalı).



ƏMƏK MÜHAFIZƏSININ NƏZƏRI ƏSASLARI
İstehsalat proseslərinin son on illiklərdə yüksək texniki inkişafı işçilərin fiziki yüklənməsini (fiziki işlərini) azaltmaqla yanaşı onların hissiyat orqanlarının (görmə, eşitmə, yüksək diqqətliliyin, tez reaksiya vermənin və s.) psixoloji yüklənməsinin art-masına gərginləşməsinə səbəb olur.

İnsan fiziki işin mühüm hissəsini texnikaya verməklə, özü böyük həcmli mürək-kəb zehni psixoloji fəaliyyəti qəbul edir.

O, bu gün mürəkkəb texniki sistemləri proqramlaşdırır, onlara nəzarət edir, eyni zamanda müxtəlif texnoloji obyektləri müəyyən məsafədən idarə edir.

Maşınların konstruksiyası mürəkkəbləşdikcə insanların psixoloji yükü artır.

Yuxarıda qeyd olunan səbəblərdən son illər insanlarla maşınların qarşılıqlı əla-qəsinə elmi sürətdə yanaşmaq zəruriyyəti ortaya çıxır. Bununla əlaqədar yeni elmlər: əmək gigiyenası, mühəndis psixologiyası, əməyin elmi təşkili (Ə.E.T) və erqono-mika (yunan sözü olub: erqon – iş, nomon - işə qanun deməkdir) elmləri meydana çıxmışdır.

Əməyin gigiyenası: - “İnsan-maşın-mühit” sistemində istehsalat mühitinin insan orqanizminin imkanlarına uyğunlaşdırmaq üçün tədbirlər işləyib, hazırlayır ki, belə-liklədə müxtəlif istehsalat xəstəliklərinin qarşısının alınmasına nail olunur.

Mühəndis psixologiyası: – “İMM” sistemini öyrənərək müxtəlif cihaz və idarə-etmə orqanlarının optimal parametrlərini işləyib, hazırlayır. Hazırlanmış tövsiyələr işçilərin tez yorulmasının qarşısını almaqla, əmək məhsuldarlığının yüksəldilməsinə nail olunur.

Erqonomika: - Əmək qanunları haqqında elmdir. O, texniki elmlərin, psixologi-yanın, fizologiyanın və əməyin gigiyenasının öyrəndiyi məsələləri ümumiləşdirir.

Erqonomika İMM sisteminin qarşılıqlı təsirinin qanuna uyğunluqlarını öyrənir. Erqonomikanın məqsədi İMM sistemində elə bir şərait yeradır ki, bu zaman əmək məhsuldarlığı ən yüksək işçinin təhlükəsizliyi minimuma enməklə onun özünü hiss etməsi ən optimal olur.

Erqonomikanın həll etdiyi əsas məsələlər aşağıdakılardır:


  • əlverşli iş şəraitinin təmin edilməsi.

  • ən rahat işçi mühiti.

  • Işçinin üzərinə düşən psixoloji yükün azaltması (nəzarət sistemlərinin avtomatlaşdırılması işin təhlükəsizliyi və s).

  • Işçiyə düşən fiziki yükün azalması (ağır işlərin mexanikləşdirilməsi).

Texniki estetika: - məqsədi gözəl və eyni zamanda səmərəli formalarda və ölçü-lərdə avadanlıq yaratmaqdır ki, buda onların rahat istismarını təmin etməkdir. Ava-danlıqların rənglərinin düzgün seçilməsi işçilərə sevinc gətirir, onların əhval ruhiyyə-sini, iş qabiliyyətini, nəticədə işə əmək məhsuldarlığını artırır.

ZƏRƏRLI VƏ TƏHLÜKƏLI ISTEHSALAT AMILLƏRININ

XÜSUSIYYƏTLƏRI VƏ ONLARIN NORMALARI.
Əməyin təhlükəsizliyinin standartlar sisteminin (ƏTSS). DÜİST 12.0.003-74-ə (94) müvafiq olaraq istehsalat proseslərində yaranan zərərli və təhlükəli amillər insan orqanizminə təsirinə görə 4 qrupa bölünürlər:

1. Fiziki amillər: Bura maşın və mexanizmaların mühafizə olunmayan hərəkət hissələri işçi zonadakı hava, yüksək tozluluq, qazlılıq, yüksək və alçaq temperatur, səs-küy və titrəyiş, ionlaşdırıcı elektromaqnit süaları, müxtəlif xarakterli işıqlanmala-rın yüksək və aşağı səviyyədə olması və s.

2. Kimyəvi amillər: - Belə zərərli istehsalat amillərinə aşağıdakıları göstərmək olar: ümumi toksikilik, dağıdıcı, mutagen (toxmaların çoxalmasına mənfi təsir edir) və s. kimyəvi qrupdan olan zərərli istehsalat amilləri (tənəfüz yollarına, dəri örtüyünə və s.) təsir göstərir.

3. Bioloji amillər: - Bioloji zərərli istehsalat amillərinə bakteriyalar, viruslar, gö-bələk törədici bakteriyalar, bitki və heyvanların bəziləri (xəstəliklərinə görə).

4. Psixofizoloji amillər: - Bu qrupa aid olan zərərli istehsalat amilləri fiziki və əsəbi yüklənmədən ibarət olmaqla insan orqanizminə təsir göstərir. İnsanın əsəbi yük-lənməsi zehni əmək gərginliyini əməyin monotonluğunu və s. göstərmək olar. İsteh-salat şəraitində təsiredici kimi kompleks zərərli və təhlükəli istehsalat amilləridə mövcuddur. Bunlardan ən çoxu işləyənlərin peşəsinin xüsusiyyəti ilə əlaqədardır. İstehsalat proseslərində yaranan zərərli amillər peşə zərərləri, peşə xəstəlikləri, yaxud peşə zəhərlənmələri yaradır. İstehsalat şəraitində növbə ərzində yaranan peşə zəhər-lənməsi əmələ gəlirsə bu kəskin zəhərlənmə sayılır.

İstehsalatın bəzi sahələrində işlədikdə (rənglərlə, lakla, skibidarla və s) sani-tariya-gigiyena qaydalarına riayət olunmadıqda dəridə xroniki xəstəliklər əmələ gəl-məklə ekzema yaranır.

İnsan orqanizminə ümumi və yerli titrəyişin təsiri nəticəsində müvafiq xəstəlik-lər, səs tellərinin müntəzəm olaraq gərginləşməsi nəticəsində xroniki laringit boğaz xəstəliyi yaranır (müəllimlər, xanəndələr və s).

İşyerlərində faktiki zərərli və təhlükəli amillərin səviyyəsini müxtəlif cihazların köməyi ilə müəyyən etmək olar. Belə cihazlardan səs ölçən (şumomer), vibroqraf, termometr, anemometr, qazanalizator, lyuksmetr və s. göstərmək olar. Zərərli və təh-lükəli istehsalat amillərinin buraxılabilən qiyməti (səviyyəsi) qüvvədə olan SN-245-71 və normativ sənədlərdə göstərilmişdir.

Misal üçün: - Bina daxilində işçilər üçün havanın temperaturu yüngül işlərdə 18-210S ağır işlərdə 14-160S, nisbi nəmlik 40-60%, təbii havanın hərəkət sürəti 0,1-0,3 m/san, hər bir işçiyə ən azı 4,5 m2 iş sahəsi və 15 m3 işçi həcmi olmalıdır.

İstehsalat binalarının hündürlüyü ən azı 3m olmaqla, emalatxanalarda dəzgahlar arası ən azı 1m, dəzgahla divar arası məsafə 0,5m, səs-küyün ton yüksəkliyi ən çox 80-85db, elektrik cihazlarının gövdəsinin müdafiə torpaqlama konturunun müqavi-məti 10 om-dan çox olmamalıdır. İstehsalat binalarında ümumi halda işıqlanma 75-150 lk olmalıdır.

Yuxarıda qeyd olunan sanitariya normalarında buraxılabilən qiymətlərə uyğun təşkil olunmuş iş yerlərində işçilərə zərərli və təhlükəli istehsalat amilləri pis təsir göstərmir, belə iş yerləri insan həyatı üçün normal hesab edilir.

PSIXOLOJI AMILLƏR, ONLARIN BAŞ VERMƏ QANUNAUYĞUNLUĞU VƏ BƏDBƏXT HADISƏLƏRIN

QARŞISININ ALINMASI.
İşçilərin bədbəxt hadisəyə məruz qalma təhlükəsini gücləndirən amilləri iki qrupa bölmək olar:

1) işçilərin təhlükəyə məruz qalmasını daim artıran ehtimallar.

2) işçilərin təhlükəyə məruz qalmasını müvəqqəti artıran ehtimallar.

Birinci qrupa aiddir:

Xəstəlik və ya ona yaxın vəziyyətdə olan adamların əsəb sistemində və ya başqa orqanlarında daimi baş verən funksional dəyişikliklər. Bunlardan bəzi dəyanətli pato-loji dəyişiklikləri göstərmək olar ki, bunlar tam əmək fəaliyyətsizliyi yaratmır, ancaq insanın özünü aparmasına təsir edərək, onun təhlükəyə məruz qalma ehtimalını artı-rır.

İşçinin bədbəxt hadisəyə məruz qalması, ali əsəb sisteminin yuxarı şöbələrinin hərəkət verici mərkəzləri arasında rabitənin pozulması ilə baş verir.

Belə pozuntular nəticəsində insan onun hissiyat orqanları tərəfindən qəbul edi-lən təsirlərə lazımi tezlik və dəqiqliklə reaksiya verə bilmir başqa sözlə əksər bədbəxt hadisələrin baş verməsində funksional pozuntular əsas rol oynayır.

Hərəkətin, uyğunlaşdırılmasında, uzlaşdırılmasındakı qüsurlar.

Hər hansı hərəkəti yerinə yetirən əzələlər beyinin müxtəlif hərəkətverici mər-kəzlərindən idarə olunur. Bir çox adamlarda bu mərkəzlərin fəaliyyəti kifayət qədər uyğunlaşdırılmamış gedir, nəticədə mürəkkəb kombinə edilmiş hərəkətlərdən ibarət olan əməliyyatları yerinə yetirərkən işçidə bəzi uyğunsuzluqlar müşahidə olunur; vaxtaşırı işçi (fəhlə) özünü itirir, bəzi hərəkətləri arada buraxır. Belə hallarda hərə-kətin uyğunsuzluğu diqqətdə olan qüsurlarla düz gəlir.

Uzlaşdırılmamış (kordinasiya) hərəkətlərə yol verən işçiləri bədbəxt hadisələrin etimalı olan işlərdə işləməsi məqsədə uyğun deyildir, müəyyən hallarda həmin işçiləri başqa işə keçirirlər.

Yüngülxasiyyət öz hərəkətinə laqeyid, hadisələrə üzdən mühakimə yürüdən, yaddaş zəif olduqda işdə səhvlərə yol verilir.

Belə işçilərin təhlükəsizliyi üçün xüsusi nəzarət olmaqla onların müdafiəsi olaraq qabiliyyətdən dəqiq və tez təsirdən asılı olan işlərə göndərmək olmaz.


İŞINƏ QEYRI-QƏNAƏTBƏXŞ MEYILI OLANLAR.

İnasan hansı ki, işinə maraqlı deyildir, öz işindən ləzzət almır, müxtəlif hərəkət və işlərin qəbuluna psixoloji cəhətdən qabiliyyətli deyildir, onun özünü aparması göstərir ki, o, işə inamsızdır, diqqətliliyi müəyyən məsafədəndir.

Təhlükəsizlik nöqteyi-nəzərincə insan gərək öz marağına və qabiliyyətinə uyğun iş seçsin.

Digər tərəfdən kollektivdə yaradıcı iş əhval ruhiyyəsi olmalıdır ki, digərinin fəaliyyətinə mənfi təsir göstərməyə.

İkinci qruppa: - Əmək fəaliyyətinin müəyyən dövründə yaranır, yaxud insanın davranışında qısa müddətdə təsir edir bu bir neçə saat və ya dəqiqə davam edir.

a) təcrübəsizlik: iş yerində işçinin bütün hərəkətlərinə təsir edir; işin tempinə, ritminə və intensivliyinə mane olur. Təcrübəsiz işçi işdə müəyyən dayanmalar və maneələr çıxdıqda tez qərar çıxara bilmir, tez yorulur və işin təhlükəsizliyini artırır, təhlükə hər dəqiqə yarana bilir.

Elmi əsasıarla ixtisasın artırılması əmək məhsuldarlığına eyni zamanda işin təhlükəsizliyi etimadınıda artırır.

Ehtiyatsızlıq: - adi bir səhv bədbəxt hadisə ilə nəticələnir. Bunun qarşısını almaq üçün ixtisaslı baxım və düşüncəli intizam yaradılmalıdır. (Dəmir qayda).

Yorğunluq: - orqanizmada müxtəlif qüsurlardan baş verir. Bədəndə patoloji dəyişiklərdən yaranır. Yorğunluqdan qaçmaq üçün istirahət etmək müalicəyə getmək və yaxud başqa işə keçmək olar.

İş zamanı yorğunluq təkcə zəif adamlarda olmur, belə hallar normal insanlarda da baş verir. Bu yorğunluq mürəkkəb fizoloji proseslərdə baş verir.

Psixoloji yorğunluq: - mərkəzi sinir sisteminin yüklənməsindən yaranır.


: img -> page -> tmp
tmp -> Mövzu fəLSƏFƏ onun predmeti, problem dairəsi və CƏmiyyəTDƏ rolu
tmp -> Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti plan mədəniyyətin sosioloji anlayışı Mədəniyyətin Elementləri
tmp -> Azərbaycan döVLƏt aqrar universiteti MÜHƏNDİSLİk fakultəSİ HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ kafedrası
tmp -> Mövzu Dövlət və hüququn Plan
tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"
tmp -> Dos. Azad Mustafa oğlu Bayramov Azərbaycan Dövlət Aqrar Universiteti İctimai elmlər və Multikulturalizm kafedrası
tmp -> Mühazirənin planı: Maddələrin qruluşu və xassəsi Süni və təbii radioaktivlik
tmp -> 27 aprel 2017-ci IL tariXLİ İclasinin protokolundan çixariş EŞ 09 1
tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə