Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ


ƏMƏYIN TƏHLÜKƏSIZLIYININ STANDARTLAR SISTEMININ (ƏTSS) DÜİST



Yüklə 0,76 Mb.
səhifə2/8
tarix24.10.2017
ölçüsü0,76 Mb.
#6512
1   2   3   4   5   6   7   8

ƏMƏYIN TƏHLÜKƏSIZLIYININ STANDARTLAR SISTEMININ (ƏTSS) DÜİST

12.1.005-76-YA MÜVAFIQ OLARAQ2 ISTEHSALATDA GÖRÜLƏN IŞLƏR

FIZIKI ƏMƏK SƏRFI ILƏ ƏLAQƏDAR OLARAQ ÜÇ KATEQORIYAYA

BÖLÜNÜR.
a) Yüngül işlər I kateqoriya belə işlərin yerinə yetirilməsində işçi 172 Coul/san-yə (yaxud 150 kkal/saat) qədər fiziki enerji sərf edir (Belə işlərə misal olaraq oturmuş halda yaxud ayaq üstə heç bir yük qaldırmadan, daşımadan görülən işlər, idarə işləri aiddir).

b) Orta ağırlıqda olan işlər: (II kateqoriya) belə işlərin yerinə yetirilməsinə işçi 172-232 C/san-yə IIa kateqoriyası adlanır bu işlər gəzərək və ya oturaraq ağır yük götürmədən görülən işlər: - 232-293C/san IIb kateqoriya işlər bu işlər gəzərək 10 kq-ya qədər yük götürməklə görülən işlərdir (mis. Üçün müxaniki yığma sexlərində, dəmirçixanada və s. görülən işlər).

c) Ağır işlər (III kateqoriya) belə işlərin yerinə yetirilməsinə 293-528C/san fiziki enerji tələb olunan, əsəb sisteminin hissiyat orqanlarının daha çox gərginliyinə səbəb olur. (Krançıların, sürücülərin və s. işi).

Hər üç kateqoriyada olan işlərdə işçi orqanizminə oksigen tələbatı 3-5 4dəq miqdarında təmin edilməlidir.

İşlər kateqoriyadan başqa işin zərərli, təhlükəli, əsəbi gərginliyi, onların yerinə yetirilmə vəziyyəti, intensivliyi, monotonluğu, müxtəlif əməliyyatlar və s...-ə görədə müəyyən qruplara bölmək olar.

Əlverişsiz istehsalat mühiti şəraitində ki, müntəzəm işlər zərərli sayılır.

Məs: Qüvvətli küləkdə aşağı və yüksək temperaturda, havanın çox nəmliliyində, qazla və tozla çirklənmədə, radioaktiv şüalanma yüksək və daha yüksək tezlikli enerji şəraitində və s. görülən işlər (Elektromaqnit sahədə yaşayan fəaliyyət göstərən işçi-lərdə ankoloji xəstəliklər çox olur).

Əmək prosesi fəaliyyətində orqanizm üçün qanuna uyğun fizoloji proses kimi yorulma baş verir, İ.P.Pavlovun fikirincə demək olar ki, əsas yorulma mərkəzi əsəb sisteminin həddən artıq gərgin işlənməsindən asılıdır.

İstehsalat proseslərində əməyin təhlükəsizliyi tələblərinə əməl edilməməsi ilə əlaqədar olaraq insan gözlənilmədən (qəflətən) iş qabiliyyətini itirmə halları yaranır (sümük qırılması, müxtəlif dərəcədə bədən xəsarəti, elektrik cərəyanından zərər çəkmə və s.) orqanizmin belə zərər çəkməsi istehsalat zərər çəkmələri adlanır. (İsteh-salat travması).

Zərərli istehsalat şəraitinin təsiri altında insanın sağlamlığı tədricən zəifləyir (eşitmə və görmənin azalması, titrəyiş və səs-küylə yaranan xəstəliklər, əsəbi işlərin yaratdığı xəstəliklər və s).

Bunun nəticəsində insanın hissə-hissə yaxud tam iş qabiliyyətinin itirilməsi halları yaranır. Orqanizmin belə zərərçəkmələri peşə xəstəlikləri adlanır.

Müasir elmdə zərərli və təhlükəli istehsalat amilləri yüksək səviyyədə hər-tərəfli öyrənilir, istehsala buraxılan texnikada isə sağlam və təhlükəsiz əmək şəraitinin təmin etmək üçün müvafiq mühazirə vasitələri nəzərdə tutulur.

Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının əsas yolları.

DÜİST-12.3.001-75 (95)

Müasir istehsalat sahələri öz mürəkkəbliyinə və genişliyinə görə fərqlənirlər.

Bu təsərrüfatlarda əsas iş aparıcı:-gərgin iş rejiminə malik olan, istehsalat nə-zəriyyəösini yaxşı bilən, mürəkkəb vəziyyətlərdən tez baş çıxarmağı və düzgün qərar çıxarmağı bacaran-operatordur (İnsandır).

İnsan və əməyin belə mürəkkəb spesifik qarşılıqlı əlaqəsi sxemdə göstəril-mişdir.


Əmək- İnsan-mühit sistemi.

Əmək, insanın ixtisas yararlılığı ilə, yəni onun ixtisas dərəcəsi, təhsili, təcrübəsi, əməyə münasibəti, əməyin xüsusiyyətləri, etibarlılığı ilə təmin olunur.

“Əməyə yararlılıq” kriteriyaları (əlamətləri) obyektiv iş şəraiti, əməyə ətraf mü-hitin əks təsiri, əməyə tələbat və onun mürəkkəbliyi ilə təyin olunur.

İşçilərə təhlükəli və zərəli istehsalat amillərinin təsiri olmayan əmək şəraiti ya-radılmasına əmək təhlükəsizliyi deyilir.

İstehsalatda təsir edici faktorlar olduqda insan zədələnir.

Eyni zamanda operatorun iş prosesi mürəkkəb ətrafmühit şəraitində gedir.

Belə istehsalat mühiti-təşkilatı, texniki, sanitar-gigiyenik, bioloji əlamətlər və mikro-iqlimdə xarakterizə olunur.

Bütün bu əlamətlərin işçilərə təsiri olduqca böyükdür: belə ki, bunların qiymət-ləri buraxılabilən normalardan az və ya çox olduqda insan orqanizmində müxtəlif əsaslı dəyişikliklər əmələ gətirir ki, buda bədbəxt hadisə və ya xəstələnmələrlə nəticə-lənir.

Sağlam və təhlükəsiz əmək şəraiti yaratmağın əsas yolları uyğun DÜİST-lərdə, maşınqayırmanın, texnologiyanın, biologiyanın və iqtisadiyyatın ən yeni nailiyyətlə-rinə əsaslanmışdır.
İSTEHSALAT TRAVMATIZMIN VƏ PEŞƏ XƏSTƏLIKLƏRININ PROQNOZLAŞDIRILMASI VƏ PROFILAKTIKASININ

(XƏBƏRDAR EDILMƏSI VƏ QARŞISI ALINMASI)

ƏSASLARI.
İstehsalatda insanın əməyi fiziki və zehni əməyə bölünür. Hər bir fiziki işdə zehni əməyin elementləri, zehni işdə isə fiziki əməyin elementləri iştirak edir.

Əmək məhsuldarlığının artırılması tələb edir ki, işçi az əzələ enerjisini sərf et-məklə çox iş görsün-əzələ enerjisindən səmərəli istifadə etmək üçün aşağıdakı qayda-ya riayət etmək lazımdır: hər hansı işi gördükdə iştirak edən əzələlərin işi mexaniki işin miqdarı ilə mütənasib olmalıdır; Hərəkətlər həm simetrik olmalı, həmdə hər iki əks səmtə yönəlməlidir; hər iki əl eyni zamanda işə başlamalı və eyni zamanda işi qurtarmalıdır.

Zehni işlə əlaqədar yorulma bir neçə amillərdən, ən əvvəl əsəb sisteminin gər-ginliyindən əmələ gəlir ki, onun nəticəsində insanın psixoloji vəziyyəti, hafizəsi, mü-şahidə qabiliyyəti, görmə qabiliyyəti, eşitmə, məntiqli mülahizə etmə və düzgün qərar çıxarma qabiliyyəti nizamalnır.

Hər iki növ işin (fiziki və zehni işin) xarakterini bilmək layihələndirici və quraş-dırıcı mühəndisə imkan yaradır ki, onlar texnoloji xərtələri layihələndirən zaman və yeni texnika yaradarkən işçi yerlərini işləyib-hazırlamağa elmi sürətdə yanaşsınlar.

Hazır ki, vəziyyətdə istər sənayedə istərsədə kənd təsərüfatının bütün sahələrin-də kompleks mexanikləşdirmə və istehsalat proseslərini elmi əsaslarla elə təşkil et-mək lazımdır ki, bir tərəfdən istehsalatın effektivliyinin artırılmasına nail olunsun, di-gər tərəfdən isə yorulma vaxtı uzaldılsın (geniş olsun), yüklənmə azaldılsın, insan öz əməyindən müəyyən qədər həzz alsın.

İstehsalat proseslərində insanı əhatə edən bütün material elementləri yığımına istehsalat mühiti deyilir. Bu mühit üç yerə bölünür (üç eferaya):



BIRINCI SFERA: - iş yeri adlanır (maşın-traktor aqreqatı, heyvan və quşlara qulluq edilən sahə, dəzgah və onun ətrafı.)

İKINCI SFERA: - iş binası.

ÜÇÜNCÜ ÜFERA: - bütün məişət, köməkçi binalar və müəssisə ərazisi.

Texniki və əmək mədəniyyəti eləmentləri ümumiyyətlə istehsalat mədəniyyətini bütövlükdə yüksəltmək üçün işlər kompleksini təşkil edir. İş yerini təkminləşdirən za-man nəzərə almaq lazımdır ki, işçi bütün günü diqqətini işə cəlb etməlidir, başqa əş-yalar (istehsalat funksiyası daşımayan əşyalar) onun iş yerində olmalıdır. İşçinin ətrafındakı bütün əşyalar onun səmərəli işləməsinə kömək etməlidir.

İcrasına görə daha səmərəli tərkibə malik olan və ardıcıl iş üsulu təyin etmək lazımdır.

Bütün yuxarıda qeyd olunan tədbirlər iş yerində yüksək məhsuldarlıqlı iş prosesinin həyata keçirilməsini təmin etməlidir.

Vaxtlı-vaxtında xəstəliklərin qarşısını almaq üçün işçilər müntəzəm olaraq tibbi müayyinədən keçməlidirlər və xüsusi geyimdən istifadə etməlidirlər.

TRAVMATIZMIN VƏ PEŞƏ XƏSTƏLIKLƏRININ PROFILAKTIKASININ

SOSIAL-IQTISADI ƏHƏMIYYƏTI.

K/t-ı müəssisələrində əmək şəraitinin yaxşılaşdırılması üçün böyük işlər görü-lür. Əmək mühafizəsi üzrə tədbirlərin tətbiqi nəticəsində hər bir işçinin orta illik məh-suldarlığı artır, sosial sığortalanmaya çəkilən xərclərə qənaət olunur və əmək itgisi azalır.

Təsərrüfatlarda travmalar və xəstəliklərlə əlaqədar itkilərin cəmi aşağıdakı düsturla təyin edilir:

burada Πc – travma və xəstəliklərlə əlaqədar itkilərin cəmi: man.

- travmalarla əlaqədar itkilərin cəmi: man.

- xəstəliklərlə əlaqədar itkilərin cəmi: man.

Hər bir travma nəticəsində itkilərin tam cəmi Π- aşağıdakı düsturla hesablanır.


Пт1 = Са + Ск + Сзп + Сн + Сб + Срас + Соб + Сп ;
burada

Ca – ambulatoriya müalicəsinin qiyməti, man;

Ск – kliniki müalicənin qiyməti, man;

Сзп – müalicə dövründə qazanılmamış əmək haqqı, man;



Сн – bülleteinlə alınan puldan tutulmayan verginin, miqdarı.

Сб – bülleteinlə işçiyə verilən pul, man;

Срас – bədbəxt hadisənin tədqiq edilməsi xərci, man;



Соб – hadisə nəticəsində xarab olmuş avadanlığın qiyməti və ya onun təmirinə çəkilən xərc, man;

Сп – travma (zərərçəkmə) nəticəsində alınmayan məhsulun ümumi dəyəri, man.

Bir dəfə xəstələnmə nəticəsində (pis iş şəraitinə görə) itgilərin cəmi aşağıdakı kimi hesablanır.


Пx1 = Са + Ск + Сзп +...+ Сп : man
Yuxarıda qeyd olunan itgilərin ən böyüyü işçinin travma alması və ya xəstə-lənməsi nəticəsində onun verə bilmədiyi val şəkilində məhsulun qiymətidir: - Cn -dir.

İş şəraitinin pisliyi nəticəsində baş vermiş zədələnmələrdən və xəstələnmələrdən əmələ gələn itgilərin hesabatı aparılır, nəticəsi analiz edildikdən sonra bu analizin nə-ticəsi nəzərə alınmaqla əmək mühafizəsi üzrə tədbirlər planı işlənib hazırlanır.

Bundan sonra işlənib-hazırlanmış tədbirlər həyata keçirilir, nəhayət ən azı bir il yeni həm yaxşılaşdırılmış, həm də təhlükəsizləşdirilmiş iş şəraitində işlədikdən sonra əmək mühafizəsi üzrə tədbirlərin iqtisadi səmərəliliyinin hesabatı aparılır.

Ümumi qənaət Эо aşağıdakı düsturla təyin edilir.


Эо = Пс1 - Псı ; man.
burada Пс1 tədbirlərdən əvvəl travma və xəstələnmələrdən baş verən itki, man.

Псı - əmək mühafizəsi tədbirləri həyata keçirildikdən sonra travma və xəstə-lənmələr nəticəsində itgilər; man.

Təhlükəsiz iş şəraitinin tətbiqinin səmərəliliyinin hesabatının nəticələri və trav-matizmin, xəstələnmələrin iqtisadi nəticələri hər il mütəxəssislərlə müzakirə olun-malı, nəticədə buraxılan nöqsanlar aradan qaldırılmalı və gələcəkdə əmək mühafizəsi tədbirlərini daha səmərəli planlaşdırmağa zəmin yaradılmalıdır.

Əmək mühafizəsi tədbirlərinin tətbiqi hər işçiyə düşən orta illik məhsul isteh-salını artırmaqla bərabər, maddi təlimat xərclərinə qənaət edilməsinə və əmək itki-lərinin azaldılmasına səbəb olur.

ERQONOMİKA VƏ PEDAQOGİKA
13 sentyabr 1980-ci il. BƏŞİR ƏHMƏDOV, professor
Erqonomika müəyyənləşdirmişdir ki, əmək vasitələri və şərait, hər şeydən əv-vəl, insanın xüsusiyyətləri baxımından qiymətləndirilməlidir. İMM sistemindən kom-ponentlər arasında zəruri uzlaşma olmadıqda, yəni texnika və şərait insanın xüsusiy-yətlərinə uyğun gəlmədikdə, eləcə də insan idarə etdiyi maşının “DİLİNİ” yaxşı bil-mədikdə, şəraitə uyğunlaşmadıqda bir sıra bədbəxt hadisələr baş verir. Tədqiqatçılar belə bir doğru nəticəyə gəlmişlər ki, hər bir müsbət hadisədə mənfi və hər-bir hadisədə müsbət cəhətlər mövcud olur. Misal üçün elmi-texniki inqilab özlüyündə müsbət hadisədir. Bununla belə, yüksək səbiyyədə inkişaf etmiş, quruluşuna görə çox mürəkkəb olan texnikadan istifadə edən insan kiçik bir səhv üzündən özünü təhlükə qarşısında qoyur. Avtomobil maşınlarının sürətlə çoxalmasını biz təbii olaraq müsbət qiymətləndiririk, lakin avtomobil qəzalarının acı nəticələri də göz önündədir. Adicə bir fakta nəzər salaq. Q.Y.Panov yazır ki, dünya miqyasında texnika ilə onu idarə edən insan arasındakı uyğunsuzluq nəticəsində təkcə 1900-1950-ci illər arasında, yəni cəmi 50 il ərzində 250 milyon adam həlak olmuşdur, halbuki həmin dövrdə müharibələr vurtut 90 milyon adamın ölümünə gətirib çıxarmışdır. İndi maşınla əlaqədar olaraq dünya miqyasında hər bir gün ərzində 350 min adam həlak olur ki, bunun da 250 mini avtomobil qəzası ilə bağlıdır. (“Ергономика в нефтйаной про-мышленности”. М. 1979, стр 10). Erqonomikanın qarşısında duran problemlərdən biri məhz bucür bədbəxt hadisələrin qarşısını almaq üçün elmi tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.

MÖVZU 3.

ƏMƏK MÜHAFIZƏSININ HÜQUQI VƏ TƏŞKILATI

MƏSƏLƏLƏRI.

P L A N:

1. Əmək mühafizəsi sahəsində normativ hüquqi aktlar sistemi.

2. Əmək mühafizəsi sahəsində qanunvericilik aktlarının əsasları.

3. Konstitutsiya, Əmək Məcəlləsi.

4. Əməyin Təhlükəsizliyinin standartlar sistemi.

5. Sahə standartları və ona müvafiq normativ sənədlər.

6. İş və istirahət vaxtı.


ƏMƏK MÜHAFIZƏSININ HÜQUQI VƏ TƏŞKILATI

MƏSƏLƏLƏRI.
1) Əmək mühafizəsinin hüquqi və təşkilatı məsələləri:

Əmək mühafizəsinin hüquqi əsasları dedikdə qüvvədə olan qanunvericilik siste-mi başa düşülür. Qanunvericilik sisteminə əsasən aşağıdakılar daxildir:

a) Azərbaycan Respublikasının Konstitutsiyası:

Əmək hüquqlarının əsas prinsiplərini təsbit edən qanun aktı Konstitutsiyadır:

Məs: - Konstitutsiyanın 35, 37, 38, 39, 41-ci maddələri uyğun olaraq hər bir və-təndaşın əmək hüququ, istirahət hüququ, sosial təminatı hüququ, sağlam ətraf mühit-də yaşamaq hüququ, sağlamlığn qorunması hüququ və s. vardır. 12 noyabr 1995-ci ildə geniş referendium keçirilərək qəbul edilmişdir. 24 avqust 2002-ci il tarixdə əlavə və dəyişiklər edilmişdir.

Azərbaycan Respublikasının Konstitutsiyası ən yüksək hüquqi qüvvəyə malik olan respublikamızın qanunvericilik sisteminin əsasıdır.

Başqa qanunlar və dövlət orqanlarının aktları Azərbaycan Respublikasının Kon-stitutsiyası əsasında və ona uyğun olaraq qəbul edilir. Konstitutsiyanın 35-ci maddə-sində deyilir:

Əmək fərdi və ictimai rifahın əsasıdır: Hər kəsin əməyə olan qabiliyyəti əsasın-da sərbəst sürətdə özünə fəaliyyət növü, peşə və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqından az olmayaraq haqq al-maq hüququ bardır.

Yuxarıda qeyd edildiyi kimi, istirahət hüququ 37-ci maddədə, sağlamlığın qorunması 41-ci maddədə verilmişdir.

Konstitutsiyadan sonra əmək hüququnun mənbələri içərisində başlıca yeri Azərbaycan respublikasının Əmək Məcəlləsi tutur.

Azərbaycan Respublikasının milli məclisi tərəfindən 1 fevral 1999-cu il tarixdə qəbul edilmiş, 1 iyul 1999-cu il tarixdən qüvvədədir.

Əmək Məcəlləsi əsasən XIII bölmədən 48 fəsildən və 317-i maddədən ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Respublika Na-zirlər Kabinetinin fərman və sərəncamları. Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin normativ aktları, Nazirliklərin baş idarələrin və komitələrin normativ aktları, yerli icra hakimiyyətləri və bələdiyyə orqanlarının normativ aktları əmək hüququnun mənbəi olub qanunvericilik sistemini təşkil edir.

Əmək müqaviləsi: - İşçi ilə işə götürən müəssisə arasında bağlanan kontrakdır. Əmək məcəlləsinin 9-cu maddəsində Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları (20 bəndən ibarətdir), 10-cu maddədə əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri (7-bəndən), 11-ci maddədə işə götürənin əsas hüquqları (11 bənddən), 12-ci maddədə işə götürənin əsas vəzifələri və məsuliyyəti müəyyənləşdirilmişdir (9-bənddən ibarətdir).

Kollektib müqavilə: -Əmək məcəlləsinin 29-cu maddəsinə görə kollektib müqavilənin bir tərəfi işə götürən, digər ttərəfi həmkarlar ittifaqı təşkilatıdır yaxud (kollektivdir). 31-ci maddə müqavilənin məzmunu (22 bənddən), 32-ci maddədə müqavilənin qüvvəsi nəzərdə tutulur (7 bənddir).
ƏMƏYIN TƏHLÜKƏSIZLIYININ STANDARTLAR

SISTEMI (ƏTSS)
Norma və qaydalar içərisində əməyin təhlükəsizliyi üzrə standartlar sisteminin (ƏTSS) öz mövqeyi vardır. Standartlar sistemi təhlükəsiz əməyin təmin edilməsi istiqamətində olmaqla Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi Respublika Həmkarlar İttifaqı konfedrasiyası tərəfindən hazırlanır və tələbatı ödəyən normativ texniki sənədlər yaradılır.

ƏTSS-nin məqsədi: - Zərərli və təhlükəli istehsalat amillərinə görə ümumi tələ-batı, istehsalat proseslərinə və istehsalat avadanlıqlarına görə ümumi təhlükəsizlik texnikası tələbatı, habelə əmək təhlükəsizliyi üçün fərdi mühafizə vasitələrinə tələbatı və s. müəyyən etməkdir. ƏTSS 1974-cü ildə yaradılmışdır.

Dövlət standartları (DÜİST) ilə yanaşı, bunun əsasında vahid formada sahə standartları (SST), respublika standartları (RST), müəssisə standartı (MST) və ya yerli standartlar (UST) sistemi də vardır.

Mövcud olan bütün əmək təhlükəsizliyi üzrə standartlar sistemi qruplaşdırılma-sına görə altı əsas qrupa bölünür: 0; 1; 2; 3; 4 və 5. İşarə olunma təsnifatı DÜİST 12.0.001-82-də göstərilmişdir.

DÜİST-də göstərilən rəqəmlərin nə olduğuna baxaq. Burada “12” ƏTSS-nin sinfini, “0” standartın qrupunu, “001” qruplaşdırmanın nömrə ardıcıllığını, “82” isə standartın qeyd olunduğu ili göstərir.

1. Əsas götürülən dövlət standartlarına (buna metodiki-təşkilatı standartlarda deyirlər) aid olanlardan “0” qrupu DÜİST 12.0.001-80 əsas standartlar; DÜİST 12.0.002-80 əsas anlayışlar, terminlər və onların məzmunu, ƏTSS DÜİST 12.0.004-79 işçilərə əmək təhlükəsizliyinin öyrədilməsi, təlimatlar; DÜİST 12.0.003-74 təh-lükəli və zərərli istehsalat amilləri və s. sahə standartlarından SST 46.0.126-82 kənd təsərrüfatında əmək mühafizəsinin öyrənilməsinin təşkili.

2. “Birinci qrup”. Təhlükəli və zərərli istehsalat amillərinin növləri standartları: ƏTSS DÜİST 12.1.003-76 səs-küyə ümumi təhlükəsizlik tələbləri; ƏTSS DÜİST 12.1.005-76 işçi zonada hava şəraiti, ümumi sanitariya-gigiyena tələbləri; DÜİST 12.1.038-82 elektrik təhlükəsizliyi və s.

3. “İkinci qrup”. Istehsalat avadanlıqlarına verilən təhlükəsizlik tələbləri:

ƏTSS DÜİST 12.2.003-74 istehsalat avadanlıqlarına ümumi təhlükəsizlik tələbləri; DÜİST 12.2.019-86 k/t-ı özüyeriyən maşının və traktorlara ümumi tələbat;

4. “Üçüncü qrup” – İstehsalat proseslərinə verilən ümumi təhlükəsizlik tələbləri.

ƏTSS DÜİST 12.3.002-75 istehsalat proseslərinə ümumi tələblər; DÜİST 12.3.010-82, DÜİST 12.3.020-80 yükləmə-boşaltma işlərinə, ümumi təhlükəsizlik tələbləri.

5. “Dördüncü qrup”. İşçilərin mühafizə vasitələrinə verilən tələblər. DÜİST 12.4.051-78 eşitmə orqanlarının fərdi mühafizə vasitələri; DÜİST 12.4.034-78 tənəf-füs orqanlarının fərdi mühafizə vasitələri; DÜİST 12.4.028-76 qaz əleyhinə süzgəcli respiratorlar; DÜİST 12.4.024-76 xüsusi titrəmədən qorunma üçün ayaqqabıya olan ümumi təhlükəsizlik tələbləri və s.

6. “Beşinci qrup” Bu qrup standartlar yeni qəbul edilib. Buna və qurğuların tikinti, təmir və istismar işlərində mühəndis quruluşlu nəzarət üsullarına tələbatı təşkil edir. Sahə standartları:

ƏTSS SST-46.0.141-83- K/t istehsalat proseslərinə ümumi təhlükəsizlik tələbləri.

SST-46.1.110-81 məhsul yığımından sonra torpağın hazırlanmasında təhlü-kəsizlik tədbirləri.

SST- 46.3.108-81-dənli bitkilərin və torpağın becərilməsində təhlükəsizlik təd-birləri.

SST-46.3.150-84 kənd təsərrüfatında yükləmə-boşaltma işlərində və ağır yük-lərin daşınmasına ümumi tələbat və s.
Əmək intizamı və istirahət.
Əmək intizamı və istirahət proseslərinin düzgün təkrar etdirilməməsi istehsalat travmalarının əsas və vacib məsələlərindən biridir. (Şəkil 1). Əmək Məcəlləsi Maddə 89-103.



İş saatları.

I və IV artım; II və V dayanaqlı iş qabiliyyəti.

III və VI iş qabiliyyətinin azalması.

İnsanın işləmək qabiliyyəti onun hissiyatlarından, müxtəlif zərərli və təhlükəli istehsalat faktorlarından, uzun müddət fasiləsiz işləməsindən asılıdır.

Əgər insan fasiləsiz olaraq işləyirsə onun işlədiyi iş dövründəki fiziki yorğunluq ona psixoloji yorğunluq gətirir. Eyni zamanda əgər işçi uzun müddət müxtəlif məsə-lələri həll edir və yaxud çoxlu cihazların göstəricilərini izləyirsə belə psixoloji yüklə-mə fiziki yüklənməyə səbəb ola bilər.

Hədsiz dərəcədə zərərli istehsalat faktorları da psixoloji yorğunluğu sürətləndi-rir, insanın səhv etmə ehtimalını artırır, bunun nəticəsi travmaların baş vermə ehtima-lını və yaxud qəzaların sayını artırır.

Göstərilənləri nəzərə alaraq rəhbərlik ciddi olaraq əmək intizamı və istirahətə Əmək məcəlləsində, təsdiq edilən maddələrə uyğun olaraq riayət etməlidir:



Maddə 90: - Bir qayda olaraq iki istirahət günü olan beş günlük iş həftəsi müəy-yən edilir.

İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.

Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan 36 saat olduqda iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş müddəti 4 saatdan çox ola bilməz.

Maddə 91: - Qısaldılmış iş vaxtı:- İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqavi-ləsinin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.

Maddə 92: - “Əmək şəraiti zərərli olan işçilər üçün iş vaxtının qısaldılmış müd-dəti: Bura aiddir ” fiziki, kimyəvi, bioloji və habelə insanların sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri iş norması həftəlik 36 saatdan çox olmayan vaxt müəyyən edilir. Həmin istehsalatların peşə və vəzifələrin siyahısı müvafiq icra haki-miyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 93: - Xüsusi xarekterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxtı.

Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, insanın səhhətinə mənfi təsir göstərən digər amillər (həkimlərə, müəllimlərə, elektrotexniki quruğulara və cihazlarda işləyənlərə və s. aiddir) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir.



Maddə 95: - İş vaxtının rejimi qaydaları:- gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sanədləri və onların tərtibi, bir növbədən digərinə köçürülmə, iş vaxtı-nın cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəz günün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə