Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ



Yüklə 0,76 Mb.
səhifə3/8
tarix24.10.2017
ölçüsü0,76 Mb.
#6512
1   2   3   4   5   6   7   8

Maddə 97: -Gecə vaxtı işin müddəti saat 22-00-dan səhər saat 6-00-dək olan müddət gecə vaxtı sayılır. Əgər işçinin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır.

Maddə 98: - Gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınla-rın, yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə yol verilmir. Əlil işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti or-qanlarının rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.

Maddə 99: - İş vaxtından artıq iş- işəgötürənin əmri (sərəncamı) və işçinin razılığı ilə əmək funkisiyası müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirilməsi sayılır.

Təbii fəlakətin istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, habelə tez korlanan malların itkisi-nin qarşısını almaq məqsədi ilə bu məcəllə ilə müəyyən edilən qaydalara əməl olun-maqla işçilərin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir.

Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin və bu məcəllədə nəzərdə tu-tulmuş digər hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatda çox ola bilməz.

İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən bu məcəllənin “Əməyin mühafizəsi” bölməsində (IX bölmə maddə 207...258) nəzərdə tutulmuş normalara uyğun istehsalat və sosial-məişət şəraiti yaratmalı,əməyin təhlü-kəsizliyini təmin etməlidir.

Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

Maddə 101: - İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar qeyd edilmiş-dir.
İSTIRAHƏT VAXTI VƏ IŞÇILƏRIN MƏZUNIYYƏT HÜQUQLARI.

V BÖLMƏ ƏMƏK MƏCƏLLƏSI.
Maddə 103 -İstirahət və nahar üçün fasilə.

Maddə 104 –İstirahət günləri müəyyən edilmişdir.

Maddə 105- İş günü hesab olunmayan bayram günləri:

1) Azərbaycan Respublikasında hər il.

1 Yanvar –Yeni il.

8 Mart – Qadınlar günü.

9 May – Faşizm üzərində qələbə günü.

28 May – Respublika günü.

15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü.

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü.

18 Oktyabr – Dövlət Müstəqilliyi günü iş günü.

12 Noyabr – Konstitusiya günü iş günü.

17 Noyabr – Milli Dirçəliş günü iş günü.

31 Dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü.

Novruz bayramı - 5 gün.. Qurban bayramı - 2 gün. Ramazan bayramı – 2 gün bayram edilir.

Bu günlərdə işçilərin işə cəlb olunmasına yalnız bu məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.

Novruz, Ramazan və Qurban bayramının keçiriləcəyi günlər hər il yanvar ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan edilir.

Maddə 106 - Ümumxalq hüzn günü.

Hər il yanvarın 20-si- Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda hə-lak olmuş şəhidlərin xatirəsini yad etmə günü-ümumxalq hüzn günüdür.

Yəqin ki, yaxın günlərdə Milli məclis geniş müzakirə edərək 26 fevral Xocalıda qətilə yetirilmiş 613 nəfər günahsız qardaş və bacılarımızın xatirəsidə əbədiləşdirilə-cəkdir. 111.....1

Maddə 112. Məzuniyyətin növləri.


  1. əsas və əlavə məzuniyyətdən ibarət olan əmək məzuniyyəti.

  2. uşağına qulluq etmək üçün qadınların sosial məzuniyyəti.

  3. təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti.

  4. Ödənişsiz məzuniyyət.

Əmək məzuniyyəti Maddə 114...121-ə göstərilmişdir. Ümumi olaraq müxtəlif kataqoriyalar üzrə müəyyən edilir. 21 təqvim günündən 56 təqvim gününədək müəy-yənləşdirilir. Yaradıcılıq və təhsil məzuniyyəti.

Maddə 122...124 göstərilmişdir.

Cocial məzuniyyətlər – Maddə 125...127 –də

Ödənişsiz məzuniyyətlər:



Maddə 128... 130 xüsusi olaraq təcbit edilmişdir.

Sosial məzuniyyətlərdə istehsalatın xarakteri və başqa amillər xüsusi ilə nəzərə alınır.

Hamiləlik dövrü üçün ümumi halda 126 təqvim günü müəyyən edildiyi halda 56...70 gün. K/t-ında çalışan qadınlar üçün bu 140 təqvim günü müəyyən edilir. Adi halda çətin doğuş iki və daha çox uşağı olanlara 140 təqvim günü müəyyən edildiyi halda. K/t-da bu 180 təqvim günü müəyyənləşdirilir. Maddə 125- geniş izah verilmişdir.

MÖVZU 4.

ƏMƏK MÜHAFIZƏSININ PLANLAŞDIRILMASI, MALIYƏLƏŞDIRILMƏSI VƏ BƏDBƏXT HADISƏLƏRIN TƏHQIQ EDILMƏSI.

P L A N

1) Əmək mühafizəsinin maliyələşdirilməsi.

2) İstehsalat zərərçəkmələri və peşə xəstəlikləri.

3) Bədbəxt hadisələrin baş vermə səbəbləri.

4) Bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması.

5) Hadisələrin öyrənilməsi üsulları.

6) Travmatizmin əsas göstəriciləri.

7) Təhlükəsiz iş üsullarının öyrənilməsi və təbliği.

8) Əmək mühafizəsi sahəsində nəzarət sistemləri.

ƏMƏYIN MÜHAFIZƏSI TƏDBIRLƏRININ

PLANLAŞDIRILMASI

Müəssisələrdə sağlam və təhlükəsiz əməyin şəraitinin təmin edilməsi Əmək Mə-cəlləsinin 222-ci maddəsində nəzərdə tutulmuşdur.

Həmin maddənin 2-ci hissəsinə görə işəgötürən əmək şəraitinin yaxşılaşdırılma-sına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir.

a) Əmək şəraitinin və istehsalat proseslərinin səmərələşdirilməsinin perispektiv

planı.

b) təhlükəsizlik texnikası və istehsalat sanitariyasının səmərələşdirilməsinin illik



planı.

c) sanitariya-sağlamlıq tədbirlərinin kompleks planı.



ƏMƏYIN MÜHAFIZƏSI TƏDBIRLƏRININ

MALIYƏLƏŞDIRILMƏSI.
Əmək Məcəlləsinin 220-ci maddəsində əməyin mühafizəsi tədbirlərinin maliyə-ləşdirilməsi nəzərdə tutulmuşdur.

Məqsəd və təyinatından asılı olmayaraq əməyin mühafizəsi dövlət büdcəsindən və müəssisənin gəliri hesabına maliyyələşdirilir.

Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi həcmi və mənbəyi kol-lektiv müqavilədə müəyyən edilir, həmdə illik xərclərin miqdarı işçilərin əməyinin ödənilməsinə xərclənən vəsaitin məbləğinin iki faizdən az olmamalıdır. Bu vəsaitin başqa məqsədlərə sərf edilməsi qadağandır.
İstehsalat zərərçəkmələri və peşə xəstəlikləri.

Təsərrüfat sahələrinin xüsusiyyətindən, zərərli və təhlükəli amillərdən asılı ola-raq işçilərdə yaranan travmalar üç qrupa bölünür: a) istehsalat travması, b) peşə xəstəliyi, c) peşə zəhərlənmələri.

Travmalar (zədələnmələr) adətən təhlükəli amillərin insana qısa müddətli təsiri nəticəsində baş verir.

İstehsalatda əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində mexaniki zədələnmələrdən, elektrik cərəyanının təsirindən, reaktiv şüalanmadan, qeyri-normal əmək şəraitindən alınmış travmalar istehsalat travması yaxud bədbəxt hadisə adlanır.

Zərərli istehsalat amillərinin təsiri nəticəsində, yaranan xəstəliklər peşə xəstəliyi adlanır.

İş zamanı zəhərli peraparatlardan ayrılan hissəciklərin insan orqanizminə təsiri nəticəsində peşə zəhərlənməsi əmələ gəlir.

Travma, peşə xəstəlikləri və zəhərlənmələr birlikdə travmatizm adlanır.

Travmatizmə bədbəxt hadisədə deyirlər.

İstehsalat zərərçəkmələri əsas aşağıdakı səbəblərdən baş verir.

1) texniki səbəbdən.

2) təşkilatı səbəbdən.

3) sanitariya-gigiyena səbəblərindən.

4) psixofizioloji səbəblər.

5) yanğın səbəbləri.

6) maddi və s.

İstehsalat zərərçəkmələrinin səbəblərinin qarşısını almaq məqsədi ilə aşağıdakı tədbirlərin görülməsi vacibdir:

1) işçilərin mövcud qaydada təlimatlandırılması. (DÜİST 12.0.004-79)

2) işçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi.

3) maşın və mexanizmalarda yaranan təhlükəli yerlərin hasarlanmasının təşkili.

4) əyani təbliğat vasitəsi kimi plakatlardan istifadə etmək .

5) ayrı-ayrı istehsalat sahələrində maddi məhsul şəxslərin təhkim edilməsi.

6) fərdi mühafizə vasitələrindən və qoruyucu quruluşlardan istifadə etmək.

7) elektrik avadanlıqlarının gövdələrinin yerləbirləşdirmək və sıfırlamaq.

İstehsalatda baş verən bədbəxt hadisələr nəticəsində işçilər əmək qabiliyyətini müvəqqəti itirir, yüngün yaralanır, I, II, III qrup əlil qalır, ölüm olur, qrup halında ağır nəticəli xəsarət alma yaranır.

İstehsalatda zərərçəkmələr nəticəsinə və ağırlıq dərəcəsinə görə 4 qrupa bölü-nür:

1) mikrotravmalar.

2) müvəqqəti iş qabiliyyətinin itirilməsi.

3) ağır nəticəli hadisələr.

4) ölümlə nəticələnən hadisələr.

Bədbəxt hadisələr baş vermə şəraitinə və xüsusiyyətinə görə 3 qrupa bölünür.

1) istehsalatla əlaqədar.

2) istehsalatla əlaqədar olmayan.

3) məişətlə əlaqədar hadisələr.

Əmək qanunvericiliyinə uyğun istehsalatla əlaqədar baş vermiş hadisələr sənəd-ləşdirilərək uçota alınır.



İstehsalatda bədbəxt hadisələrin təhqiq (tədqiq)

edilməsi və uçota alınması.
Bədbəxt hadisələrin təhqiqində əsas məqsəd, hadisələrin əmələ gəlmə şəraitini, səbəblərini, təyin etmək, onun təkrar olunmaması üçün tədbirlər görmək və eləcədə, hadisədə müqəssir olan vəzifəli şəxsləri məsuliyyətə cəlb etməkdir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsində istehsalatda baş verən bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması qaydaları göstəril-mişdir.

İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal, həmin hadisə baş verən gü-nü dövlət nəzarətini həyata keçirən orqana məlumat verməyə borcludur.

Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işə götürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməsi və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.

Hazırda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1997-ci il 28 aprel tarixli 31№-li qərarı ilə təsdiq edilmiş:-

İstehsatda bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması haqqında əsasnamə” mövcuddur.

Müəyyən istehsalat sahələrində baş vermiş bədbəxt hadisələr müvafiq nazirlik-lər tərəfindən müəyyən edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Sahə həmkarlar ittifaqları ilə razılaşdırılmış qaydada təhqiq edilir və uçota alınır.

İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı:

1) yüngül bədən xəsarətləri az ağır dərəcəli bədən xəsarətləri ilə bağlı təhqiqat-lar müəssisədə yaranmış komissiya tərəfindən aparılır.

2) ağır bədən xəsarətləri qrup halında xəsarət alma halları və ölümlə nəticələ-nən bədbəxt hadisələrlə bağlı təhqiqatlar isə Dövlət Əmək müfəttişliyinin rəisinin əmri ilə yaradılmış komissiya tərəfindən aparılır.

Komissiyaya Dövlət Əmək müfəttişliyinin və yaxud onun yerli orqanının baş əmək müfəttişliyi səfirlik edir.

Bədbəxt hadisə baş vermiş bölmənin rəhbəri hadisə barədə müəssisənin rəhbəri-nə, əməyin mühafizəsi xidmətinə, əməyin mühafizəsi üzrə komissiyaya və həmkarlar ittifaqı komitəsinə dərhal məlumat verir.

Müəssisə rəhbəri bədbəxt hadisə baş verdikdən dərhal sonra tərkibi sahənin rəh-bərindən, əmək mühafizəsi xidmətinin rəisindən, bölmə əməyin mühafizəsi komissi-yasının ictimai müvəkkillərin nümayəndələrindən ibarət komissiya təşkil edir. Ko-missiya bədbəxt hadisənin şəraitini və səbəbini 3 gün ərzində təhqiq edir və təsdiq et-mək üçün müəssisənin rəhbərinə göndərir.

Müəssisə rəhbəri təhqiqatı qurtarmış və 5 nüsxədən ibarət olan İZ (istehsalat zə-dələnməsi) formalı aktları təsdiq edir.

Tərtib və təsdiq edilmiş İZ formalı aktlar nəzərdə tutulmuş sahələrə göndərilir.

Qurup halında və bir işçinin ölümüylə nəticələnən bədbəxt hadisələrin təhqiqa-tında sahə həmkarlar ittifaqları və yaxud Azərbaycan HİK-nın texniki müfəttişlikləri iştirak edirlər.

İki-dörd işçinin ölümü ilə nəticələnən bədbəxt hadisələrin təhqiqatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmri ilə yaradılan komis-siya tərəfindən aparılır. Komissiyanın tərkibi Dövlət Əmək Müfəttişinin rəhbərliyi tərəfindən hadisə baş vermiş müəssisənin tabe olduğu yuxarı orqanın rəhbərliyi ilə (yaxud yuxarı təşkilat yoxdursa müəssisə rəhbərliyi ilə) razılaşdırılaraq Nazirliyin rəhbərliyinə təklif verilir.

Komissiyaya Dövlət Əmək Müfəttişliyi və yaxud onun yerli orqanının baş əmək müfəttişi sədirlik edir. Komissiya üzvlüyünə uyğun Sahə həmkarlar ittifaqının yaxud Respublika Həmkarlar İttifaqı Konfederasiyasının texniki (baş texniki) əmək inspek-toru, xəsarət baş vermiş müəssisənin yuxarı təsərrüfat orqanının nümayəndəsi, müəs-sisə rəhbərliyinin nümayəndəsi, müəssə əmək mühafizəsi komissiyasının sədri, müəs-sisənin həmkarlar ittifaqının sədri, müəssisədə həmkarlar təşkilatı olmadıqda, ictimai müvəkkillərin nümayəndəsi (ictimai müvəkkillər barədə qüvvədə olan əsasnaməyə əsasən) bu Əsasnamənin 2.7; 2.10; 2.11; 2.12; 2.13 bəndlərində nəzərdə tutulmuş hal-larda isə zərərçəkənin öz əsas işini yerinə yetirdiyi müəssisənin nümayəndəsi daxil edilir.

Əhalidədə ağır nəticəli (beş və daha artıq adam həlak olduğu) bədbəxt hadisənin təhqiqatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaxud onun tapşırığı əsasında əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və hadisə baş vermiş təşkilatın tabe olduğu Nazirliyin Baş idarənin rəhbərinin birgə əmri ilə, Dövlət nəzarəti altında olan obyektlərdə isə o orqanın və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əmri ilə təyin edilmiş komissiya tərəfindən aparılır.

Komissiyaya Dövlət Əmək Müfəttişliyinin rəhbərliyindən biri və ya baş əmək müf-i sədrlik edir.

Komisiya üzvülərinə Səhiyyə Nazirliyinin nümayəndəsi, sahə həmkarlar ittifaqı-nın yaxud Respublika Həmkarlar İttifaqları Konfedrasiyasının baş texniki əmək ins-pektoru, hadisə baş vermiş müəssisənin yuxarı təsərrüfat orqanıarının nümayəndəsi, Müəssisənin rəhbəri, müəssisənin əməyin mühafizəsi komitəsinin sədri, bu əsasna-mənin 2,7; 2,10; 2,11; 2,12; 2, 13 bənddə nəzərdə tutulmuş hallarda isə zərərçəkən-lərin və əsas işlərin yerinə yetirdikləri müəssisənin rəhbəri daxil edilir.

Komissiyanın hər bir üzvü bir səsə, Komissiyanın sədri isə həlledici səsə malik-dir və komissiyanın fəaliyyəti barədə məsuliyyət daşıyır.

Baş vermiş bədbəxt hadisələrin xüsusi təhqiqatı komissiya tərəfindən 20 gün müddətində aparılır və xüsusi təhqiqat aktı (əlavə 5) tərtib edilir. 3,7 bəndində nəzər-də tutulmuş materiallar rəsmləşdirilmişdir.

Zəruri halda hadisənin təhqiq müddəti Nazirlər Kabinetinin razılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmri ilə artırıla bilər.

Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi müassisənin rəhbərliyi ilə birlikdə zərərçəkənlərlə və ya onların ailə üzvüləri ilə görüşərək onlara qüvvədə olan müvafiq qanun və qaydalar barədə məlumat verir və hüquqlarını izah edir.

Təhqiqat qurtardıqdan sonrakı üç gün ərzində, beş nüsxədən ibarət İZ formalı aktı müəssisənin rəhbəri təsdiq edir və onun bir nüsxəsini zərərçəkənə, yaxud onun mənafeyinin təmsil edən şəxsə, sex rəisinə, təhqiqat materialları ilə birlikdə müəs-sisənin əməyin mühafizəsi xidmətinin rəisinə (onun vəzifələrinin icra edən mühən-disə, mütəxəssisə) Dövlət Əmək Müfəttişliyinə göndərilir.

İZ formalı aktın sürətləri dövlət nəzarəti orqanlarının nümayəndəsinə (onların nəzarəti altında olan müəssisədə, obyekdə), tabe olduğu yuxarı orqanlarına və həm-karlar ittifaqı komitəsinə müəssisənin müdiri tərəfindən onların tələbi əsasında gön-dərilir.

Əmək mühafizəsi xidmətinin rəisinə (onun vəzifəsini icra edənlərə) gön-dərilmiş İZ formalı akt təhqiqat materialları ilə birlikdə bədbəxt hadisənin qeydə alındığı müəssisədə 45 il müddətində saxlanılır.

Travmatizimin səbəbləri əsasən aşağıdakı üsullarla öyrənilir.


  1. ststistik ümumiləşdirmə;

  2. tonoqrafik (qrafik);

  3. Qarşılıqlı müqayisə;

  4. Monoqrafik;

  5. Iqtisadi;

  6. Erqonomik üsul.

I Statistik ümumiləşdirmə üsulunda eyni şəraitdə baş vermiş eyni xarakterli bədbəxt hadisələrin təkrarlanması əsas götürülür. Buna görədə eyni şəraitdə baş ver-miş bədbəxt hadisələrin statistik sənədləri toplanaraq sistemləşdirilir və bunun əsasın-da da ən çox bədbəxt hadisəyə səbəb olan proseslər müəyyənləşdirilir, aşkar edilmiş təhlükə mənbələri tədqiq edilib, aradan qaldırılmaq üçün əməli tədbirlər hazırlanır.

II Tonoqrafik və ya qrafik üsulda isə təsərrüfatın yaxud istehsalat müəssisəsinin planında (baş plan xəritəsində) bədbəxt hadisə baş verdiyi yerlərə şərti işarələr qoy-maqla ən çox bədbəxt hadisə alınan sahələr müəyyənləşdirilir və aradan qaldırılması üçün təd-birlər işlənib hazırlanır.

III Qarşılıqlı müqayisə üsulunda isə qruplaşdırma işin növünə, ixtisasa, maddi təsirlərə, işçilərin yaşına, cinsinə və s görə aparılır. Bu üsulun çatışmayan cəhətlərin-dən biri odur ki, sistemləşdiriləcək materialların toplanması uzun vaxt tələb edir, çün-ki eyni hadisələr tez-tez təkrarlanmır.

IV Monoqrafik üsulla hər bir konkret bədbəxt hadisənin bütün səbəblərinin və baş verdiyi şəraitin öyrənilməsinə tətbiq edildiyindən daha təkmilləşmiş üsuldur. Bu üsul ilə travmatizmi öyrəndikdə hadisənin bütün şəraiti araşdırılır, texnoloji proses işlədilən material, maşın və avadanlıq və s nəzərdən keçirilir, nəticədə hadisənin əsas səbəbi müəyyənləşdirilir.

V İqtisadi metod (üsul). Bədbəxt hadisələr nəticəsində iqtisadi itkiləri nəzərə almaqla, hazırlanmış və tətbiq olunan tədbirlər nəticəsində əldə edilən iqtisadi səmərələr hesabına aparılır. Bu üsulla travmatizmin səbəbləri müəyyənləşdirilmədiyi üçün əlavə üsul adlanır.

VI Erqonomik üsul – bu üsul insan – maşın –mühit sistemi arasında daha dəqiq kompleks müəyyənləşdirmə üsuldur.

Məlumdur ki, hər bir iş şəraitində insana mühit müxtəlif formada fizoloji, psixofizoloji və psixoloji təsir göstərir.

Bu üsulda ətraf mühitin bütün təsirləri atmosferin ionlaşması, maqnitizm, günəş şüası və s. təsir edici amillərdə nəzərə alınır.

Hər bir bədbəxt hadisə üçün toplanmış məlumatlar göstərilməklə xüsusi akt tərtib edilir. Aktda 22 qrup göstərici olmaqla 250 müxtəlif erqonomik məlumat (prizpek) müəyyənləşdirilir. (Ən dəqiq üsul hesab olunur).

Travmatizmin əsas göstəriciləri: -

1. Tezlik göstəricisi – müəssisənin hər 1000 nəfərinə görə bir iş günündən artıq əmək qabiliyyətinin itirilməsi ilə nəticələnən hadisələrin tezliyidir:



burada T – hesabat dövründə bədbəxt hadisələrin sayı;

P – işçilərin siyahıda göstərilən orta sayıdır.

2. Ağırlıq göstəricisi: - orta hesabla bir hadisəyə düşən və əmək qabiliyyəti olmayan günlərin sayıdır:



burada D – hesabat dövründəki bütün hadisələrin nəticəsində əmək qabiliyyəti olmayan iş günlərinin cəmi; T –hadisələrin sayı (ümumilikdə); T1 – hesabat döv-ründə ölümlə nəticələnən hadisələrin sayıdır.

3. Ölüm göstəricisi: - hesab dövründə müəssisənin hər 1000 işçisinə görə ölümlə nəticələnən bədbəxt hadisələrin sayını ifadə edir:



burada T1 – ölümlə nəticələnən hadisələrin sayıdır.

4. İtkilər və ya istehsalatın təhlükəlilik göstəriciləri.


və ya

Təhlükəsiz iş üsullarının öyrədilməsi və təbliqi.

Travmatizmin səbəblərini aradan qaldırmaq üçün görülən tədbirlərin əsas hissəsini işçilərin təlimatlandırılması və təhlükəsiz iş üsullarının öyrədilməsi təşkil edir.

DÜİST 12.0.004-89-a uyğun olaraq müəssisələrdə işçilərə: GİRİŞ, IŞ YERINDƏ BIRINCI, TƏKRAR, NÖVBƏDƏNKƏNAR VƏ CARI (MƏQSƏDLI) təlimatlar keçirilmə-lidir.

GIRIŞ TƏLIMAT. Giriş təlimatı təhsilindən, hazırkl peşəsi üzrə iş stajından asılı olmayaraq müəssisəyə yeni qəbul olunan bütün işçilərə, habelə ezam olunmuş şəxslə-rə, müəssisədə istehsalat təcrübəsinə gəlmiş tələbə və şagirdlərə keçilmişdir. Təlimat əmək mühafizəsi kabinəsində və ya bunun kimi əyani təbliğat materialları ilə təchiz edilmiş otaqlarda, ƏTSS-in tələbləri və istehsalatın xüsusiyyəti nəzərə alınmaqla tər-tib olunaraq, həmkarlar ittifaqıyerli komitəsi ilə razılaşdırılıb baş mühəndis və ya müəssisənin rəhbəri tərəfindən təsdiq edilmiş proqram əsasında keçilməlidir.

Baş mütəxəssis mütləq təlimatı əmək mühafizəsi mühəndisi və ya həmin vəzifə həvalə edilmiş şəxsin iştirakı ilə aparır.

Bu haqda giriş təlimatın jurnalında (təlimatların şəxsi kartoçkasında) qeyd edil-məli, təlimatı keçən və təlimatlandırılan şəxslərin hər ikisi imzalamalıdır.

Təlimatların şəxsi kartoçkası təlimatlandırılana verilməli, giriş təlimatının qeyd jurnalı isə təlimat keçəndə qalmalıdır.



İŞ YERINDƏ BIRINCI TƏLIMAT.

Təlimat ixtisaslar üçün (ƏTSS-in tələbləri və həmin təlimat üçün suallar nəzərə alınmaqla) işlənmiş əsasnamə əsasında keçilməlidir. Təlimatı bilavasitə iş yerinin rəhbəri keçir.

Təlimat iş yerində fərdi qaydada təhlükəsiz iş üsulları nümayiş etdirməklə öyrədilməlidir.

Bundan 2-3 gün keçənədək işçilərin bu sahədə öyrəndikləri bilik və vərdişlər nəzarət altında saxlanılmalıdır.

İşçinin müstəqil işə buraxılması isə iş yerinin təlimat jurnalında (tarix göstəril-məklə) qeyd olunur.

TƏKRAR (DÖVRÜ) TƏLIMAT.

Bu təlimat peşəsindən, iş stajından və təhsilindən asılı olmayaraq, bütün işçilərə altı aydan bir keçilməlidir.

Bu təlimat işçilərin əmək mühafizəsi üzrə təlimatlandırılma səviyyəsini və bu sahədə biliklərini yoxlamaq məqsədi ilə fərdi və ya eyni sahə işçilərinə qrup halında iş yerində birinci təlimatın proqramı əsasında keçilməlidir.

Təlimatı iş sahəsinin rəhbəri keçir. Təlimatın keçilməsi xüsusi jurnalda qeyd edilməlidir.


NÖVBƏDƏNKƏNAR (PLANLAŞDIRILMAYAN) TƏLIMAT.

Bu təlimat:

Müəssisədə texnoloji proseslərin dəyişməsi, avadanlığın dəyişdirilməsi, alətlərin yeniləşdirilməsi, yaxud modernizə edilməsi, əmək təhlükəsizliyinə təsir edərək başqa amillərin dəyişməsi ilə əmək mühafizəsi qaydaları dəyişdirildikdə;

İşçilər əmək təhlükəsizliyi tələblərini travma alına biləcək, qəzaya və ya partla-yışa, yaxud yanğına səbəb ola biləcək tərzdə pozmaqla iş aparıldıqda, habelə işdə 60 təqvim günündən çox fasilə olduqda keçilməlidir. Təlimat fərdi və ya eyni sahə işçi-lərinə qrup halında keçilməlidir. Təlimatı iş sahəsinin rəhbəri keçir və jurnalda qeydiyyat aparır.



CARI TƏLIMAT. Bu təlimat naryad-buraxılış sənədi ilə iş aparan işçilərə işə başla-mazdan qabaq keçilməli və onların bilikləri yoxlanılmalıdır. Bu halda biliklərin kafi olmadığı aşkara çıxanda həmin işçilər işə buraxılmır və onlar yenidən təlimat almağa borcludurlar. Təlimatı iş sahəsinin rəhbəri keçir.

Əmək Məcəlləsinin 219-cu maddəsinə görə əməyin mühafizəsi üzrə mütəxəs-sislərin hazırlanması və işçilərin təlimi göstərilmişdir.

Həmin maddənin 3-cü hissəsinə görə işə götürənlər və müəssisələrin rəhbəri işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartır-ma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır.

ƏMƏK MÜHAFIZƏSI SAHƏSIZDƏ NƏZARƏT SISTEMI.
Azərbaycan respublikasının Əmək Məcəlləsinin 15 və 235-ci maddələrinə əsa-sən əmək qanunvericiliyi və əməyin mühafizəsi qaydalarına düzgün riayət edilməsinə nəzarəti aşağıdakı orqanlar həyata keçirirlər.

1. Xüsusi olaraq müəssisənin müdriyyətindən asılı olmayaraq dövlət orqanları və inspeksiyalar.

2. Həmkarlar ittifaqları habelə onların tabeliyində olub, əmək məsələlərinə ba-xan texniki və hüquqi əmək inspeksiyaları.

Əmək mühafizəsi sahəsində nəzarət və göz yetirmə üç istiqamətdə aparılır:

a) Xüsusi dövlət inspeksiyaları tərəfindən;

b) İdarədaxili nəzarət;

v) İctimai təşkilatların nəzarəti.

Əmək mühafizəsi qayda və normalarına riayət olunmasına dövlət nəzarətini aşa-ğıdakı təşkilatlar həyata keçirirlər:



1. Dövlət dağ-mədən işlərinə nəzarət sistemi: Sənaye sahəsində və dağ-mədən işlərində işlərin təhlükəsiz görülmə qaydalarına riayət edilməsinə dövlət nəzarətini yerinə yetirir.

2. Dövlət energetika nəzarəti: Elektrik qurğularına və istilikdən istifadə edilən qurğulara təhlükəsiz xidmət göstərilməsini təmin edən dövlət nəzarətini həyata keçi-rirlər.

3. Dövlət sanitariya nəzarəti: Müəssisələrdə gigiyena normalarına və epidemi-yaya qarşı sanitariya qaydalarına riayət edilməsi üzərində dövlət nəzarətini həyata ke-çirirlər.

4. Dövlət avtomobil müfəttişliyi: Daxili işlər nazirliyinin tabeliyində olub xid-mət sahələrində yol hərəkət qaydalarının, maşınların istismarını təhlükəsiz yerinə yetirilməsinə dövlət nəzarətini həyata keçirir.

5. Dövlət yanğın nəzarəti: Dövlət və özəl təşkilatlarda yanğın əlehinə mübarizə tədbirlərini və yanğın təhlükəsizliyi qaydalarının yerinə yetirilməsinə dövlət nəzarəti-ni həyata keçirirlər.

6. Əmək texniki və hüquq inspeksiyaları (müfəttişliyi). Respublika həmkarlar ittifaqı konfedirasiyası yanında yaradılmış əmək-texniki müfəttişliyi müəssisə və təşkilatlarda əmək mühafizəsi üzrə qüvvədə olan qaydaların, habelə əmək haqqında qanunvericiliyin düzgün yerinə yetirilməsinə dövlət nəzarətini həyata keçirirlər.

Əmək mühafizəsi sahələrinə dövlət nəzarəti orqanlarının aşağıdakı hüquq-ları vardır:

1) layihə işlərinin düzgün yerinə yetirilməsi haqqında rəy vermək;

2) yenidən qurulmuş müəssisələrin istismara buraxılmasına icazə vermək;

3) əmək mühafizəsi qaydalarının pozulmasına və qüsurların aradan qaldırılma-

sına yazılı göstərişlər vermək.

4) əmək mühafizəsi sahəsində qaydaların kobud pozulması hallarında vəzifəli

şəxsləri məsuliyyətə cəlb etmək;

5) əmək mühafizəsi sahəsində qaydaların pozulmasına görə qaydaları pozan

şəxsləri və müəssisələri müəyyən olunmuş məbləğdə cərmə etmək.

6) zəhmətkeşlərin həyat və sağlamlığını təhlükə qarşısında qoyan qeyri-normal

vəziyyətlərin aradan qaldırılması üçün təcili tədbirlər görmək.

Müəssisələrdə əmək qanunvericiliyinə və əmək mühafizəsi qaydalarına riayət olunmasına idarədaxili nəzarəti nazirliklərin və onun bölmələrinin əmək mühafizəsi xidməti həyata keçirirlər.

İdarədaxili nəzarət xidmətinin işçiləri vaxtaşırı müəssisənin ayrı-ayrı istehsalat sahələrini və təsərrüfatları gəzərək yerlərdə əmək mühafizəsi işlərinin vəziyyəti ilə ta-nış olmaqla əmək mühafizəsinin vəziyyətinə nəzarət edirlər.

Əmək Məcəlləsinin 236-cı maddəsinə uyğun olaraq əmək qanunvericiliyinə və əmək mühafizəsi qaydalarına düzgün riayət olunmasına ictimai nəzarət həmkarlar it-tifaqı komitələri tərəfindən yerinə yetirilir.

Yerli həmkarlar ittifaqı komitələrinin üzvlərindən bir nəfərinə əmək mühafizəsi məsələlərinə baxmaq işi həvalə edilir.

Həmkarlar təşkilatının üzvlərindən əmək mühafizəsi məsələlərinə baxan şəxs baş ictimai müfəttiş adlanır.

Baş ictimai müfəttiş təsdiq edilmiş şəxs təsərrüfatın ayrı-ayrı sahələrinə uyğun ictimai müfəttişliyə üzvləri seçir. Əmək mühafizəsi sahəsində ictimai müfəttiş gördü-yü iş barədə yerli həmkarlar qrupunun ümumi yıncağında hesabat verir.

Komissiyanın işinə sədr (o, baş ictimai müfəttiş adlanır) rəhbərlik edir. Lakin komissiya rəhbərinin müəssisənin inzibati işçilərindən seçilməsinə yol verilmir.



ÜÇPILLƏLI ICTIMAI NƏZARƏT SISTEMI:

Kənd təsərrüfatı müəssisələrində üçpilləli nəzarəti müdiriyyətlə həmkarlar ittifa-qı təşkilatı birlikdə yerinə yetirir.



BIRINCI PILLƏDƏ nəzarət istehsalat obyektlərinin (sahələrinin) rəhbərləri əmək mühafizəsi üzrə ictimai müfəttişlə birlikdə təhlükəsizlik texnikası sahəsində norma və qaydaların yerinə yetirilməsinə gündəlik nəzarət edir və onların pozulması hallarında təcili tədbirlər görür.

İKINCI PILLƏ nəzarət ayrı-ayrı sahələrin baş mütəxəssisləri baş ictimai müfət-tişilə birlikdə həftədə, yaxud ən azı ayda bir dəfə əmək mühafizəsi işlərinin vəziy-yətini yoxlamaqla nəticəsini müəssisənin rəhbərinə və ya həmkarlar ittifaqı təşkilatı-nın sədrinə məlumat verir, bununla əlaqədar onlar birlikdə çatışmazlıqları aradan qal-dırmaq sahəsində tədbirlər müəyyən edir.

ÜÇÜNCÜ PILLƏDƏ nəzarət isə müəssisənin rəhbəri və yerli həmkarlar ittifaqı təşkilatının sədri ayda, yaxud kvartal da bir dəfə istehsalat bölmələrində əmək müha-fizəsinin vəziyyətini şəxsən yoxlayırlar.

MÖVZU 5.
İSTEHSALAT SANİTARİYASININ ƏSASLARI

VƏ ƏMƏYİN GİGİYENASI
P L A N
1.İstehsalat sanitariyası haqqında anlayış və onun məqsədi. (səh 4...5).

2. Əməyin fiziologiyası (səh 8...11).

3. Şəxsi gigiyenası. (səh 41).

4. İstehsalat tozları və onlarla mübarizə tədbirləri (səh 12...14).

5. İstehsalat binaları və işçi yerlərində mikroiqlim şəraiti. (səh 17...19).

6. Meteoroji şərait kəmiyyətlərinin təyin edilməsi üsulları və cihazlar. (səh

19...23).

7. Zərərli və zəhərli istehsalat amillərini ölçmək üçün cihazlar. (səh 23...24).

8. İstehsalat sanitariyası və əməyin gigiyenası sahəsində normativ sənədlər.

(səh 24...25).

9. İstehsalat binaları və işçi yerlərinin sanitariya normaları. (səh 25...30).

10. İstehsalat binalarının ventilyasiya sistemi. Təbii və süni ventilyasiya sis-

temləri, onların hesabatı. (səh 30...37), mexaniki ventilyasiya sistemi. (səh

37...41).

11. İstehsalat binalarının qızdırılma sistemləri və onların hesabatı. (səh

44.52).


12. İstehsalat binalarının işıqlandırma sistemi, hesabatları və normaları. (səh

52...64).

13. İstehsalat səs-küyü və titrəyiş normaları, hesabat və onlara qarşı mübarizə

tədbirləri. (səh 64...72).

14. Radioaktiv şüalanmadan mühafizə tədbirləri. (səh 72...77).

15. Xüsusi geyimlər və fərdi mühafizə vasitələri. (səh 80...85).



Ə D Ə B İ Y Y A T L A R

1. İstehsalat sanitariyasının ümumi məsələləri və əməyin gigiyenası. Orucov

Ü.C. Gəncə, 1992.

2. Tağızadə T.H. – Meliorasiya təsərrüfatlarında əməyin mühafizəsi. Bakı.

Maarif nəşr. Səh 62-156, 1990.

3. Həsənov B.A. – Əmək mühafizəsi. Bakı Maarif nəşr. Səh 31-84, 1986.




İSTEHSALAT SANİTARİYASI İŞÇİ
SAHƏDƏ MİKROİQLİM ŞƏRAİTİ
İstehsalat sanitariyası. İşçi sahədə mikroiqlim şəraiti.

P L A N:

1. İstehsalat sanitariyası. İşçi sahədə mikroiqlim şəraiti onun göstəriciləri və

normallaşdırılması.

2. Mikroiqlimin insan orqanizminə təsiri.

Mikroiqlimin təyin edilmə üsulu və istifadə olunan cihazlar.

3. İş yerlərində mikroiqlim şəraitinin təyini və hesablanması. Qızdırma sis-

temləri.

4. Orqanizmanın soyuqdəymə və qızdırma xəstəliklərinin profilaktikası.



İSTEHSALAT SANITARIYASI. MIKROIQLIM VƏ ISTEHSALAT BINALARININ QIZDIRILMASI.
İstehsalat sanitariyası təşkilatı, gigenik, sanitar-texniki tədbirlər və vasitələr sis-temi olmaqla işçilərə zərərli istehsalat faktorlarının təsirini öyrədir.

İstehsalat sanitariyasının başlıca vəzifəsi insanları istehsalat zərərlərinin təsi-rindən müdafiə etməkdir. Hansı ki, bu ona hava mühiti və ya bilavasitə əlaqədə ol-duqda göstərilir.

Mikroiqlim havanın t-u, V-i və nisbi nəmliyi, barometrik təzyiq ilə xarakterizə olunur.

Sanitariya norma və qaydalarına uyğun olaraq 12-22So temperatur, 40-60% nisbi nəmlik şəraitində, havanın tərkibində azı 18% oksigen və onun sürəti 0,1-0,3 m/san olduqda insan özünü çox yaxşı hiss edir, əmək qabiliyyəti yüksək olur.

İş yerlərində mikroiqlim şəraiti işçinin özünü yaxşı hiss etməsinə, onun gördüyü işin təhlükəsizliyinə və əmək məhsuldarlığına böyük təsir göstərir.

Mikroiqlimin böyük hüdudda dəyişməsi insan orqanizminin həddən artıq soyu-masına və ya qızmasına səbəb olur. Nisbi nəmliyin çoxluğu havanın yüksək tempe-raturunda orqanizmin istilik verməsini çətinləşdirir və əksinə, aşağı temperatura orqa-nizmin istilik verməsini çoxaldaraq onun həddən artıq soyumasına səbəb olur.

Yüksək temperatur və nisbi nəmliyin çox olması şəraitində orqanizm tərləyir, bu zaman su ilə bərabər orqanizmadan duz, C və D vitaminlərinin ixracı çoxalır, qan qatılaşır, zülallar parçalanır və s.

Beləliklə mikroiqlimin optimal parametrləri elə qiymətlərdir ki, bunlar insana uzun müddət təsir göstərdikdə orqanizmada funksional dəyişikliklər əmələ gəlmir. Mikroiqlimin parametrlərinə sanitar-gigiyenik tələbatları işlənib hazırlanmışdır. Bu parametrlər DÜİST 12.1.005-91-də “İşçi sahədə hava” qeyd olunmuşdur.

İstehsalat binalarında mikroiqlim parametrlərini müxtəlif vasitələrlə normal-laşdırmaq mümkündür (Qızdırma, ventilyasiya və s.)

Kənd təsərrüfatında bir çox işlər açıq hava şəraitində görülür. Belə hallarda mik-roiqlimin parametrlərini nizamlamaq demək olar ki, mümkün olmur. Ona görə də kənd təsərrüfatı zəhmətkeşləri üçün daha təhlükəli mikroiqlim parametrlərinin (t-ra və başqa) hüdud qiymətlərdir ki, bunların təsirindən orqanizm həddən artıq qızır və ya soyuyur.

Tarlada işlədikdə gün vurması (36,5 So-dən artıq), quruducu maşınlarda işlə-dikdə isti vurması, qışın sərt soyuğunda donma və s. rast gəlinir ki, bu zaman orqa-nizmada müxtəlif dəyişikliklər baş verir (baş gicəllənmə, qusma, don olan hissədə ağarma və s.).

İsti vurmanın qarşısını almaq üçün fərdi mühafizə vasitələrindən xüsusi geyim-dən, kaska, enli şlyapadan, gözlər üçün rəngli şüşəsi olan eynəkdən istifadə edilir.

Soyuqlamadan, qorunmaq üçün xüsusi geyim, ayaqqabı və əlcəklərdən istifadə edilir.

Günvurma və ya istiyə düşmə hallarında həkimə müraciət edilməli, bu mümkün olmadıqda ilk yardım məqsədilə işçi sərin, gölgəli şəraitdə sərbəst uzadılmalı, bədəni sıxan geyim hissələri boşaldılmalı və işçinin sinəsi, alnı və sifəti gül suyunda və ya adi suda isladılmış parça ilə silinməlidir.


ISTEHSALAT BINALARININ QIZDIRILMASI

(İSİDİLMƏSİ)
İstehsalat binalarinin qizdirilması orada havanın temperaturunu sanitar norma-ları səviyyəsində yəni normal iş şəraitində tələb olunan səviyyədə saxlamaq üçün tət-biq edilir.

Qızdırma iki növ olur: Yerli və mərkəzi qızdırma sistemləri.

Yerli qızdırma istehsalatda özüyeriyən maşınların kabinalarını və 500 m2-dan az sahəsi olan otaq və binaları qızdırmaq üçün tətbiq olunur. İstilik daşıyıcısı kimi su, buxar və ya havadan istifadə edilir.

Su və ya buxar xüsusi qazanlarda qızdırılır və borular vasitəsilə qızdırıcı cihaz-lara verilir (radiatorlara).

Otaqlara verilən isti hava isə əvvəlcə kaloriferlərdə isti su, buxar və ya elektriklə qızdırılır. Ona görə də qızdırılma 4 üsulla-su, buxar, hava ilə və kombinə edilmiş sürətdə yerinə yetirilir.

Qızdırma sistemi istehsalat binasının növündən (istehsalat, məişət) və bu bina-larda işlədilən asan alışan qaz, toz, buxarlarının olub-olmamasından asılı olaraq seçi-lir.

İstehsalat binalarında ən çox istismarda təhlükəsiz və sadə quruluşlu olan su ilə qızdırmadan istifadə edilir.

Alçaq təzyiqli 70 kPa-a qədər su ilə qızdırılma zamanı, qızdırıcı cihaza daxil olan suyun temperaturu 85-95So, çıxışda isə təxminən 65-75So götürülür.

Buxarla qızdırmada isə bu 110So olmalıdır. Su ilə qızdırma qazandan ən uzaqda yerləşən qızdırıcı cihaza qədər olan məsafə 50 m-dən az olduqda tətbiq olunur.

Bu zaman suyun radiatorlardan təbii sürətdə qazana (qızdırıcıya) qayıtması tə-min olunur. Suyun təbii sürətdə dövür etməsi təmin olunmadıqda mərkəzdən qaçma tipli nasoslardan istifadə edilir.

Yüksək təzyiqli 70 kPa-dan yüksək təzyiqli sistemlərdə su ilə qızdırma suyu mexaniki hərəkət etdirən qapalı qurğudur.


BUXAR VƏ SU İLƏ QIZDIRMANIN HESABATI
Qizdirici sistemlər quraşdırıldıqda otaqlarda istilik itgisinin əvəz edilməsi nəzə-rə alınmalıdır.

İlin soyuq vaxtı binadakı istilik divarlar, tavan, döşəmə, eləcədə təbii və süni ventilyasiya vasitəsilə itir. Bundan başqa binaya daxil olan maşınlar və soyuq mate-riallarda istilik götürür.

Bəzi müəssisələrdə isti su və ya buxardan texnoloji məqsədlər üçün istifadə edilir. Belə hallarda da istilik itgisi yaranır.

Beləliklə ümumi istilik itgisinin aşağıdakı kimi hesablanır (Qüm).


Qüm = Qo + Qv + Qm + Qt ; Vt
Burada Qo – binanın xarici örtükdən istilik itgisidir (Vt).

Qv – ventilyasi vasitəsi ilə itirilən istilik itgisidir (Vt).

Qm – binaya daxil olan maşın və materialların qızmasına sərf olunan

istilik itgisidir (Vt).



Qt – texnoloji məqsədlərlə işlədilən su və ya buxarın istilik itgisidir

(Vt).


Qo = qoVx(td – tx) ..., Vt.
qo - binanın 1 m3 həcmini qızdırmaq üçün tələb olunan istiliyin miqdarıdır (bu-na binanın istilik xarakteristikası deyilir). Solyanov P.V. səh 92. Cədvəl №10.

Kənd təsərrüfatı təmir emalatxanası üçün Vx = 5·103 m3 olduqda qo = 0,65...0,75 Bt/m3 Co.



Vx=5...10·103 m3 olduqda qo=0,6...0,69 Vt/m3 So.

İdarə (inzibatı) binalar üçün qo=0,52...0,69 Vt/m3 So seçilir.



Vx – binanın xarici həcmidir, m3.

tg – otağın daxili temperaturu olub yaşayış binaları üçün tg=18...20So.

İstehsalat binaları üçün tg=15So seçilir.



tx – ilin soyuq aylarında ən soyuq 5 günlükdə orta xarici temperaturudur. Solyanov səh 93 cəd. 11-dən seçilir.



VB – binanın qızdırılan hissəsinin daxili həcmidir.., m3.

qB – 1m3 havanın qızmasına gedən xüsusi istilik sərfi istehsalat binaları üçün qB= 0,9...1,5, inzibatı binalar üçün 0,7...0,9; məişət binaları üçün 0,31...0,42Vtt/m3 So götürülür.


G – binaya daxil olan maşın və materialların kütləsi, kq.

K – maşın və materialların kütlə (həcm istilik tutumu; metallar üçün K=0,4

kC/kq·So qəbul edilir.

τ – maşın və ya materialların otaq temperaturuna qədər qızması üçün sərf olunan vaxt., saat.


Q – buxar və ya su sərfiyatı, kq/saat.

i – suyun, buxarın istilik tutumu kC /kq səh 94 cədvəl №12, sistemdəki təzyiq və temperatura uyğun olaraq seçilir.

ib – qazana qayıdan kondensatın istilik tutumu yenə həmin cədvəldən seçilir.

P – qaytarılan kondensatın miqdarı, % tam qayıtdıqda P=70% qəbul edilir

(kondensat).

Mərkəzləşdirilmiş qızdırma sistemi qızdırıcı cihazlarla-radiatorlarla təchiz olu-nur. Radiatorların ayrı-ayrı seksiyaları batareya şəklində yığılıb divarın aşağı his-səsində yerləşdirilir.

Radiatorların tələb olunan miqdarını hesablamaq üçün onların ümumi sahəsi aşağıdakı düsturla hesablanır.




Qüm – binada istilik itgisinin cəmi, Vt.

K – qızdırıcı cihazların divarlarından havaya verilən istilik əmsalı.

çuğun üçün ; k=7,4 Vt/m2 So

polad üçün k=8,3 Vt/m2 So

tdtç – radiatora daxil olan və çıxan suyun (buxarın) temperaturu, So.

toT – otağın temperaturu, So.

Füm – sahəsinə görə radiator batareyalarının seksiyalarının sayı nc – təyin edilir.

ədəd

Fc – radiatorun tipindən asılı olaraq onun bir seksiyasının sahəsidir... m2.

Cədvəl 13 səh 95 seçilir.

M – 140 - 0,254 m2

HM – 150 - 0,254 m2

“Польза-6” - 0,460 m2

PD – 90 - 0,203 m2

PD – 26 – 0,205 m2
Təqribi olaraq illik isitmə (qızdırma) mövsümü üşün tələb olunan yanacağın miqdarını aşağıdakı tənliklə hesablamaq olar.

Q =qy Vн (tdax - txar); kq

qy - illik şərti yanacağ sərfi, qızdırılan binanın daxilində 1 m3 havanı 1 So qız-dırmaq üçün kq/m3 So.

tdax – otağın daxili temperaturu So.

txar – xarici temperatura So.

VH – binanın xarici həcmi ...m3.

qy – binanın həcminə görə seçilir. Soluyanov səh. 96 cəd 14.

Ümumi istilik itgisinə görə qızdırıcının istilik gücü tapılır.




M ÖVZU 6
İSTEHSALAT BİNALARINA, QURĞULARINA, MEYDANÇALARA

VƏ MƏİŞƏT BİNALARINA OLAN TƏLABATLAR DÜIST 12.4.011-75-

Ə(91) MÜVAFİQ KOLLEKTİB VƏ FƏRDİ MÜHAFİZƏ VASİTƏ-

LƏRİNƏ TƏLABAT (səh Tağızadə 120...147 öyrənməli).
P L A N
1. Kənd təsərrüfatında zərərli şüalanmaların mənbələri.

2. Ulthabənövşəyi, infraqırmızı, ionlaşdırılmış elektromaqnit və radioaktiv şüa-

ların insan orqanizminə təsiri.

3. Buraxıla bilən səviyyə.

4. Şüalanma mənbəyi olan sahələrdə işin təşkili.

5. Xəstəliklərin profilaktikası.

6. İşıqlanmanın insanın sağlamlığına və işləmək qabiliyyətinə təsiri.

7. İşıqlanmanın sinifləri və əsas təlabat.

8. Təbii, süni və qarışıq işıqlanma.

9. İşıqlanmanın qiymətləndirmə üsul və vasitələri.

10. İstehsalat binalarının, mobil maşınların işçi sahələrinin, işçi meydançaların

işıqlandırılması.

11. İşıqlandırıcı qurğuların istismarı, pəncərə və işıq qəbuledicilərin təmizlən-

məsi.


12. Kənd təsərrüfatı müəssisə və sahələrinin layihələndirilməsinə sanitar tikinti

norma və qaydalarına təlabat.

13. DÜİST 12.4.011-75-ə müvafiq olaraq zərərli və təhlükəli istehsalat amil-

lərindən kollektiv və fərdi mühafizə vasitələrinin sinifləri.

Səh 95...155 oxuyub öyrənməli. (Tağızadə T.H).

ÜMUMİ MÜNASİBƏT:-

İnkişaf etmiş kənd təsərrüfatı və sənayedə yaranmış yeni texnoloji proseslərdə: yüksək və daha yüksək tezlikli radiotezlikli elektromaqnit sahələrdən, heyvandarlığın sənaye əsasına keçməsi ilə əlaqədar olaraq işıq şüalanmasından (infraqırmızı və ultra-bənövşəyi); ionlaşdırıcı şüalanmadan (hansı ki, bu mühitin ionlaşdırılmasına zəhər-lənmiş atom və ya molekul ionları yaradır) geniş istifadə olunur.

Canlı orqanizmaların və insanların yuxarıda göstərilən zərərli faktorların təsi-rindən müdafiə edilməsi üçün elim və istehsalat daima yeni-yeni effektli tədbirlər iş-ləyib hazırlayır.

İONLAŞDIRICI ŞÜALANMA:

İonlaşdırıcı şüalanmalara korpuskulyar (alfa, beta, neytron) və elektromaqnit (qamma, rentgen) şüalanmalar aiddir. Bunlar müəyyən maddələrə təsir etdikdə onda zərərli atom və molekular daha doğrusu ionlar yaradır.

Kənd təsərrüfatında ziyanverici və xəstəliklərlə mübarizə məqsədi ilə, yemək məhsullarının sterilləşdirilməsində, elmi axtarışlarda və başqa sahələrdə radioaktiv şüalandırıcı maddələrdən istifadə edirlər. Radioaktiv şüalar, bioloji sahəyə (canlı sa-həyə) təsir edir, zəhərlənmiş hissələr yaradır, sərbəst elektronlar atomlara toxunma zamanı onları ionlaşdırır, molekulaların quruluşunda dəyişikliklər yaradır, molekul-yar əlaqəni dağıdır və hüceyrəni məhv edir.

İnsanlarda bu mərkəzi sinir sisteminin, qan dövranının, daxili sekresiya vəzləri-nin pozulmasına, biokimyəvi proseslərin yaranmasına səbəb olur.

Redioaktiv şüalanma mənbələrindən istifadə edilməsinə nəzarət sanitariya qay-dalarına müvafiq olaraq aparılmalıdır.

İonlaşdırıcı şüalandırma mənbələrində işləyən işçilərin şüalanma dərəcəsi 0,8 MKP/san (mikrorentgen 1 saniyədə), yaxud 2,8 MR/san (millirentgen saat) və yaxud 17 MR/6 saat (millirentgen növbə) olmalıdır. Yer üzərində təbii fon üzrə şüalanma dərəcəsi 0,003-dən 0,025 MR/saat arasında olmalıdır.

Fon layihələnməsində 0,01 MR/saat qəbul edirlər. Sİ (система измерения) sistemində ölçü vahidi olaraq söndürücü norma “qrej” adlanır Qr yazılır Qr = C/kq. Təcrübü ölçmələrdə ölçü vahidi olaraq radian qəbul edilir (1 Qr = 100 rad yaxud 1 rad = 10-2 C/kq) .

Ekvivalent norma – xroniki şüalanma təhlükəsini qiymətləndirmək üçün qəbul edilmişdir. Ekvivalent norma ölçüsü “Bэr” adlanır.

Şüalanma xarici və daxili ola bilər. Daxili şüalanma çirklənmiş hava vasitəsilə, yemək yolu, xarici dəri vasitəsilə gedə bilər.

Bir dəfədə 25...30 bэr şüalanma zamanı bədəndə hiss edilməz dərəcədə tez keçə bilən dəyişiklik baş verir (misal üçün qanda).

Əgər şüalanma artıq normada 80...120 bэr olarsa şüa xəstəliyinin nümunələri başlanır (tənginəfəslik, qusma, baş gicəllənmə, pulsun (nəbzin) çaşqınlığı). Əgər şüa-lanma 270...300 bэr olarsa (20%-ə qədər ölüm ola bilər). 700 bэr- dən artıq normada şüalanmada ölümdən yaxa qurtarmaq mümkün deyildir. Şüalandırıcı maddələrlə işlə-yən zaman yaddan çıxarmaq lazım deyildirki, hətta az miqdarda şüalanma olmaqla çoxlu miqdarda bu iş təkrar olarsa bədəndə bu tonlanaraq insanın güclü zərərçəkməsi-nə səbəb ola bilər.

Elektromaqnit şüalanması: -

Kənd təsərrüfatında istehsalat proseslərinin sürətli inkişafı şüalandırıcı enerjidən istifadə etməklə: infraqırmızı, ultrabənövşəyi, elektromaqnit və radioaktiv, yerinə yetirilir. Elektromaqnit şüalanma baytarlıqda və biologiyada induksiya elektrotermik qurğulardan, dielektrik qızdırma; optik kvant generatorlarından (lazerlərdən) yüksək gərginlikli elektriki ötürən xətlərdən, induksiya sarğılarından, kondensatorlardan və s. qurğulardan yaranır.

Elektromaqnit şüaları ilə işləyənin bədəninə (orqanizminə) təsiri, mənbənin in-tensivliyindən, təsir etmə vaxtından və dalğa uzunluğundan asılıdır. Elektromaqnit şüasının bioloji aktivliyi o vaxt artır ki, dalğa uzunluğu azalır, tezlik dəyişməsi artır, xüsusi olaraq daha yüksək tezlikli sahədə. Bu vaxt əsəb sisteminin funksional işi pozulur, ümumi yorğunluq yaranır, baş ağrısı yaranır və qan təzyiqi aşağı düşür.

Elektromaqnit şüalanmanın normallaşdırılması DÜİST 12.1.006-76 (86) gös-tərilmişdir.

I. Sahədə təsir gücü gərginliyə görə müəyyənləşdirilir, bir metrdə voltlarla (V/t).

II. Sahədə təsir gücü cərəyan şiddətinə görə müəyyənləşdirilir, bir metr sahəyə neçə amper (A/M).

Elektromaqnit dalğasından müdafiə oblastını şərti olaraq üç zonaya bölürlər:


  1. Yaxın – radius dalğa uzunluğunun 1/6-ə bərabərdir.

  2. Uzaq – məsafə şüalanmadan dalğa uzunluğunun 6-mislinə bərabərdir (yəni dalğa uzunluğundan 6 dəfə çoxdur).

  3. Onların arasında olan.

Normadan artıq gərginlik və enerji seli sıxlığı olduqda aşağıdakı metod və vasi-tələrdən istifadə edilir: - gərginlik və enerji seli sıxlığının azaldılması, iş yerlərinin ekranlaşdırılması, iş yerlərinin mənbədən ayrılması (çıxarılması), rasional iş rejimi qoyulması, xəbərdar edici siqnalizasiya qoyulması və fərdi mühafizə vasitələrindən istifadə (metallaşdırılmış parçadan hazırlanmış xüsusi geyim, eynək və s).

Lazer şüalanmanın insan orqanizminə təsiri daha mürəkkəb xarakter daşıyır.

Lazerlə təhlükəsiz işin normativ sənədlərinin əsasını müəyyənləşdirən, lazer-lərin istismarında sanitariya norma və quruluş qaydalarıdır. DÜİST 12.1.040-83, “ƏTSS-də, lazerin təhlükəsizliyi. Ümumi qayda” göstərilmişdir.
İŞIQ ŞÜALANMASI:
İşıq şüalanması müəyyənləşdirilmiş miqdarda canlı orqanizmə yaxşı (müsbət) təsir edir. Heyvandarlıqda infraqırmızı şüalanmadan qızmaq (gümrahlıq) üçün (körpə heyvanlarda) və ultrabənövşəyi heyvan və quşların tez yetişməsində şüalanma məq-sədilə geniş istifadə edilir. Şüalanmadan südün pasterizasiya edilməsində, bitkilərin inkişafını sürətləndirməkdə, xəstəliklərə tutulmağın (yoluxmanın) azaldılmasında və s. geniş istifadə edilir (Parnik istixanalarda).

İnfraqırmızı və ulturabənövşəyi şüalanmada iştirak edən işçilərdən tələb olunur ki, təhlükəsizlik texnikası tələblərinə ciddi əməl edilsin. Birinci növbədə elektrik qur-ğularının tələbedicilərinin texniki istismar qaydalarının tələblərinə, elektrik qurğuları-nın tələbedicilərinin istismarında təhlükəsizlik texnikası qaydalarına və elektrik qur-ğuları quruluşları qaydalarının tələblərinə əməl edilməlidir ki, bu şüalandırıcı qurğu-lar elektrik enerjisi ilə işləyir.



Ultrabənövşəyi şüalandırıcılar:

ЭО-1-30, ДРТ-375, ОБУ-1-13, УО-4М və başqa markaları mövcuddur. Lazımi miqdarda elektrikdən mühafizəyə malikdir, lakin yaddan çıxarmaq olmaz ki, uzun müddət və normadan artıq şüalanmanın təsir bədənin qorunmayan hissəsində yanğı əmələ gətirir. Buna görə qurğudan istismar zamanı qoruyucu eynəklərdən və xüsusi geyimlərdən ustifadə etmək lazımdır. Şüalanmada lyumineset lampadan istifadə edi-lirsə lampanın istifadə (istismar) vaxtına ciddi əməl edilməlidir. Çünki lampanın içə-risinə civə buxarı doldurulur hansı ki, bu kəskin zəhərlənməyə səbəb ola bilər ona görə vavtı keçmiş lampaları heyvandarlıq fermalarında kənarda quyu qazaraq məhv etmək lazımdır.



İnfraqırmızı elektrik qurğuları: tipinə OИ-1, ИКУФ-1, ОТ-1 və başqa-larından yerli qızdırma məqsədilə istifadə olunur (çoşqaları, danaları, cərgəli bitkiləri, istixanaları) və eyni zamanda ultrabənövşəyi şüalanmada edilir (bəzi hallard birlikdə) onlarla işləyən zaman təlimata ciddi riayət edilməlidir. Nəzərə almaq lazımdır ki, şüalandırıcı qurğular lampalarla komplektləşdirilir, şüalandırıcı spektrlər qısadalğalı müəyyən diapazonda yerləşir qoruyucu eynəklərdən istifadə vacib lazımdır.

Qoruyucu eynəklərin şüşələri infraqırmızı şüaları keçirir, gözlərin zədələnməsi-ni qorumaq üçün mənbəə yaxında baxmaq qadağan edilir.



İŞIQLANMA. İŞÇI YERLƏRIN IŞIQLANMASINA OLAN TƏLƏBAT

VƏ ONUN NORMALLAŞDIRILMASI.

İstehsalat binalarının düzgün işıqlandırılması işçilərin səhətinə və əmək məhsul-darlığına müsbət təsir göstərir. Düzgün layihələndirilmiş və quraşdırılmış işıqlanma işçilərin normal fəaliyyəti üçün şərait yaradır.

İşıqlanma normalarına riayət etmədikdə işçilər tez-yorulur, onların diqqəti zəif-ləyir, bu isə bədbəxt hadisələrə gətirib çıxarır. İşçi yerlərinin zəif yaxud normadan artıq işıqlandırılması işçinin gözlərinin zəifləməsinə səbəb olur.

İstehsalat binaları və işçi yerlərində işıqlanma sistemi aşağıdakı məqsədlər üçün tətbiq edilir:

a) işçi işıqlanma; b) ümumi işıqlanma; v) qarışıq işıqlanma; q) qəza işıqlanması; e) xəbərdaredici məqsədlə işıqlanma (svetafor); f) siqnal məqsədilə işıqlanma və s.

İstehsalat binaları və işçi yerlərində işıqlanma sistemi əsas üç formada yaradılır.



  1. Təbii işıqlanma sistemi

  2. Süni işıqlanma sistemi

  3. Qarışıq işıqlanma sistemi

İstehsalat binalarının işıqlandırılmasına əsas tələbatlar aşağıdakılardır:

  • İşıqlanma işçi obyekt üzərində əməliyyatları asan və tez yerinə yetirə bilməsi üçün kifayət qədər olmalıdır.

  • İşıqlanma müntəzəm yayılmış olmalıdır sərt gölgəli və dəyişkən olmama-lıdır.

  • İşıqlanma quraşdırıldıqda istehsalın xarakteri nəzərə alınmalıdır (partlayış təhlükəli, nəmlik, tozluluq və s).


TƏBII IŞIQLANDIRMA SISTEMI:
İstehsalat işçilərinin sağlamlığı üçün təbii işıqlanma daha əhəmiyyətlidir. Təbii işıqlanma aynalar (yandan işıqlanma), tavanın işıqkeçirən şəffaf materialdan düzəl-dilməsi (yuxarıdan işıqlanma) və ya eyni vaxtda həm yandan, həm də yuxarıdan kom-binə edilmiş işıqlanma vasitəsilə təşkil edilir.

Binanın təbii işıqlanma norması təbii işıqlanma əmsalı (t.i.ə) ilə təyin olunur. Bu əmsal ədədi olaraq faizlə otağın daxilində hər hansı nöqtənin işıqlanması (Edax) eyni zamanda otaqdan xaricdə, üfiqi müstəvi üzərində, açıq yerdə göy səmasının dağınıq işığı ilə işıqlandırılan hər hansı bir nöqtəsinin işıqlanmasına (Exar) olan nisbətinə bəra-bərdir.



Çöldə.


4000 lk (dekabrda)

38000 lk (iyulda)

5000 lk (qəbul edilir).
Bu əmsalın müxtəlif istehsalat binaları üçün qiyməti cədvəldə verilmişdir (cəd-vəl 15, 16, 17 və 18 səh 98, 99, 100 Солуйанов П.В).

Bütün istehsalat binaları orada görülən işlərin dəqiqlik dərəcəsinə görə işıqlan-ma nöqteyi-nəzərindən 6 dərəcəyə bölünür. I dərəcəyə xüsusilə dəqiq işlər daxildir ki, bundan ötrü yuxarıdan işıqlanmada yandan işıqlanmada isə olma-lıdır.

Təbii işıqlanma sistemi üçün istehsalat binalarına lazım olan pəncərələrin ümu-mi sahəsinin, işıqlandırılacaq binaya görə neçə faiz təşkil etdiyini tapmaq lazımdır. Yəni işıqlanma üçün pəncərələrin ümumi sahəsini aşağıdakı düsturdan tapmaq olar.

Burada - təbii işıqlanmanın min normallaşdırma əmsalının qiymətidir.

- təbii işıqlanmanın işıq xarakteristikası olub, binanın ölçülərindən asılı olaraq təyin edilir (cədvəl 20 səh 101).

- çirklənməni nəzərə almaqla pəncərənin ümumi işıq buraxma əmsalıdır (cədvəl 19 səh 100).

- divar və tavana dəyib qayıtması hesabına işıqlanmanın artma əmsalı (cədvəl 21 səh 102).

Təbii işıqlanma sistemi üçün pəncərələrin ümumi sahəsini təyin etdikdə işıqlan-dırma əmsalından istifadə edilir.

Otağın pəncərələrinin sahələri cəminin döşəmənin sahəsinə nisbətinə işıqlan-dırma ə m s a l ı deyilir. Yəni


- pəncərələrin ümumi sahəsi; m2

- döşəmənin sahəsidir; m2

Təbii işıqlanma əmsalına görə işıq pəncərələrinin (yandan işıqlanma üçün) ümumi sahəsi aşağıdakı düsturla hesablanır:



burada Fd – otağın döşəməsinin sahəsi, m2 .

min – təbii işıqlanma əmsalının minimum qiyməti (cədvəl 15, 16, 17, 18 səh 98...100).

τ – çirklənməni nəzərə almaqla aynaların ümumi işıq buraxma əmsalı (cədvəl 19 səh 101).

- pıncərənin işıq xarakteristikası (cədvəl 20 səh 101).

- divar və tavana dəyib qayıtması hesabına işıqlanmanın artma əmsalı (cədvəl 21 səh 102).

K – qonşu binaların kölgəsi hesabına pəncərələrin qaranlıqlaşması əm-salı (cədvəl 22 səh 102).

Pəncərələrin sayı aşağıdakı düsturla təyin edilir.




- burada DÜİST-ə görə pəncərənin sahəsidir; m2.

Bina daxilində işçi səth üzərində pəncərədən ən uzaq nöqtələrə görə, təyin edilir və normallaşdırılır. Təbii işıqlanmanın , d qiymətləri sorğu kitab-larından binanın dərəcələrinə görə təyin edilir.



- nın qiyməti binada işçi səth müstəvisində bir-birindən bərabər uzaqlıqda olan nöqtələrin təbii işıqlanmasına görə normallaşdırılır.


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə