Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ


İstehsalat binalarının dərəcələrinə görə təbii işıqlanmanın



Yüklə 0,76 Mb.
səhifə4/8
tarix24.10.2017
ölçüsü0,76 Mb.
#6512
1   2   3   4   5   6   7   8

İstehsalat binalarının dərəcələrinə görə təbii işıqlanmanın


normallaşdırılmış qiymətlərini aşağıdakı cədvəldən

görmək olar.




Binaların dərəcə-ləri



Binada görülən işlərin xarakteri

= nin qiymətləri

Təbii işıqlanma selindən istifadə əmsalı,

Yuxarıdan və kombina edilmiş işıqda

Yandan işıqlanma-da

I

II

III



IV
V

VI


Xüsusi dəqiq işlər

Yüksək dəqiqlik tələb edən işlər

K/t-da təmir emalatxanasında çilingər, mexani-ki-yığma, elektrik avadanlıqlarının təmiri, mis-gərlik şöbələrində

Təmir emalatxanasında çökməyuma, sınaq, rəngləmə, dəmirçi, qaynaq və s.

Kobud işlər (maşınların saxlanma damları, ehti-yat hissələr ambarları, ferma binaları, yam sex-ləri.)

Çox kobud işlər (keçidlər koridorlar və s.)



10

7
5


3
2
1

3,5

2
1,5

1
0,5
0,25

0,2...0,16


0,16...0,14

0,14...0,12


0,12...0,1
0,1...0,08

Bina daxilində işçi yerlərində müxtəlif rənglər olarsa onların orta əks etdirmə əmsalının qiyməti aşağıdakı kimi hesablanır:



burada - rənglərə müvafiq olaraq əks etdirmə əmsalı,

həmin rənglərə müvafiq olaraq tutduğu sahədir; m2.

Normal təbii işıqlanma yaradılmasında istifadə edilən boya rənglərin böyük əhə-miyyəti vardır. Çünki, ayrı-ayrı rənglər işıq şüalarını müxtəlif dərəcədə əks etdirir. Ağ səthə düşən işığın 80%, boz səthə 35%- tünd şabalıdı səthə 15%, göy rəngə 11%-i əks olunur.

Kənd təsərrüfatının bəzi işçi yerlərində işıqlanma çox tələb olunan binalarında intensiv işıqlanma yaradılır həmin məqsədlə istehsalat binalarının üstündə şüşəbənd-lər yerləşdirilir ki, buda işıqlanmanı nisbətən gücləndirir.

Şüşəbəndlərin sahəsinin işıqlandırılacaq binaya nisbətən neçə faiz təşkil etdiyini aşağıdakı düsturla hesablamaq olar.



eop – təbii işıqlanmanın normallaşdırılmış orta qiyməti

ηφ – şüşəbəndin işıq xarakteristikası əmsalı olub, tətbiq edilən şüşəbəndin nö-

vündən asılı olaraq təyin edilir.

şaquli şüşəbəndlər üçün

maili şüşəbəndlər üçün

zenit tipli şüşəbəndlər üçün

qəbul edilir.



τ1 – şüşələrin çirklənməsini nəzərə alaraq işıq buraxma əmsalıdır (cədvəl 19

seçilir).



r - bina daxilində işıqlanmanın artma əmsalıdır (cədvəl 21 səh 102).



MÖVZU 7

ZƏRƏRLİ ŞÜALANMALAR VƏ ONLARIN MÜHAFİZƏ İŞIQLANMA

VƏ ONUN NORMALLAŞDIRILMASI.

MÖVZUNUN PLANI

1. İstehsalat binalarina və məişət otaqlarina sanitar tələbləri.

2. İstehsalat sanitar-məişət otaqlarına və binalara olan tələbat.

3. İşçilərin zərərli və təhlükəli amillərdən qorunmasi üçün kollektiv və fərdi

mühafizə vasitələri (düist 12.4.011-75-ə görə)

SÜNI IŞIQLANMA
Süni işıqlanma ümumi yerli və kombinə edilmiş olur. İşıqlanma layihələndiril-dikdə iş yerinə görə işıqlanmadan başqa qəza işıqlanması da nəzərdə tutulmalıdır. Süni işıqlanma mənbəyini seçdikdə nəzərə almaq lazımdır ki, közərma lampaları 127 və 220 V gərginliklə 15...1000Vt gücü ilə, 7...19 lm/Vt işıqvermə qabiliyyəti və 1000 saata qədər işləmə müddəti ilə xarakterizə olunur.

Lyumenessent lampaları közərmə lampalarına nisbətən daha qənaətli olmaqla bərabər gündüz işığı spektrinə yaxın spektrə malikdir və 14...15 dəfə közərmə lam-pasından dözümlüdür (14000 saata qədər işləmə müddəti). Bundan başqa lyumenes-sent lampalarının parlaqlığı gigiyenik normadan artıq olmayaraq işıq vermə qabiliy-yəti 41...65 lm/Vt-dır ki, bu isə közərmə lampalarından 3...4 dəfə çoxdur.

İki qrup işıqlandırıcılar mövcuddur:

- yaxın təsirli lampalar və uzaq təsirli (projektorlar).

İstehsalat binalarında və meydançalarında lampalardan və projektorlardan geniş istifadə olunur.

İstismar şəraitindən asılı olaraq çıraqlar açıq, bağlı, nəmlikdən qoruyan, toz keçirməyən və partlayışdan mühafizə olunmuş tiplərdə buraxılır.

İstehsalat binalarında ümumi işıqlandırma üçün bir qayda olaraq lyumenessent lampalardan istifadə edilir.

İşıq seli metodu ilə süni işıqlanmanın hesabtını apardıqda işıq seli Fл (hər bir lampanın) aşağıdakı düsturla təyin edilir:



burada K – ehtiyat əmsalıdır. (cədvəl 26, səh 109).

Sd – otağın döşəməsinin sahəsidir m2,

Eн – normalara görə işıqlanma лk (cədvəl 25, səh 106,107).

n– asılmış lampaların sayı

ηc – işıq selindən istifadə əmsalı (cədvəl 27, səh 110).

Z – işıqlanmanın qeyri müntəzəmlik əmsalı (cədvəl 28, səh 110).

Ehtiyat əmsalı “K” lampa və çıraqların istismar müddətində çirklənməsi nəticə-sində işıqlanmanın azalmasını nəzərə alan əmsaldır. (K=1,3...1,5) qəbul edilir.

İşıq selindən istifadə əmsalı ηc – işığın divarlar, tavan və çırağın armaturu vasitə-silə udulmasını nəzərə alan əmsaldır. Bu əmsal otağın ölçüləri və formasından çırağın növündən, divarların və tavanın rəngindən, həmçinin çırağın işçi sahəsindən hansı yüksəklikdə asılmasından asılıdır. ηc – əmsalını təyin etmək üçün əvvəlcə gərək ota-ğın forma göstəricisini “φ” –ni təyin edək. Düzbucaqlı formada olan otaqlar üçün onu aşağıdakı düsturla təyin etmək olar.

burada “a” və “b” uyğun olaraq otağın eni və uzunluğudur “M”.

ha – çırağın işçi sahədən asılma hündürlüyüdür “M”.

Süni işıqlanmanın hesabatını apardıqda çıraqların asılma hündürlüyündən və onların sayının təyin edilməsindən başlamaq lazımdır:




Çırağın işçi yerdən asılma hündürlüyünə qədər “ha” olan məsafəni aşağıdakı düsturla təyin etmək olar.


burada H- otağın hündürlüyü m.

h1 – tavandan çırağa qədər olan məsafə,

h2 – döşəmədən işçi səthə qədər olan məsafədir.
Çıraq simmetrik surətdə yerləşdikdə onların miqdarı:

burada Sot – otağın sahəsi m2,

ℓ - çıraqlar arası məsafə.

Elektrik közərmə lampaları kimi “Universal”, “Lyusetta”, “Alfa”, “Beta”, “Də-rinəişıqlandırıcı”, “Südlü kürə” və s-dən istifadə edilir.

Yerli işıqlandırmada ən çox “Lüsetta”, “Alfa” və “Beta” çıraqlarından istifadə edilir.

İşıqlanma armaturlarının işıq selindən asılı olaraq onun yaratdığı işıqlanma aşağıdakı kimi təyin edilir.

E0 – bina daxilində nisbi işıqlanma olub, aşağıdakı kimi təyin edilir.







İşıqlanmanın minimal norması



B İ N A


İşıqlanma (ЛК)

Közərma lampası

Lyumenesent lampa

Xüsusi güc normalı Bt/m2

Mühərriklərin yanacaq aparatlarının, elektrik qur-ğularının təmiri, yığma-qruşdırma, mexaniki-çilin-gər sexlərində.

Sökmə, yuma, rəngləmə, kənd təsərrüfatı maşınla-rının təmiri, dəmirçuxana, qaynaq, ağac emalı şöbə-ləri, akkumlyator doldurulan, həmçinin sınaq stansi-yaları.

Heyvanlar və quş saxlanan yerlər üçün.

Yem hazırlama şöbələri.

Baytar məntəqəsi.

Kənd təsərrüfatı məhsullarının hazırlanma yerləri.

İstehsalat, məişət binaları.

Yaşayış otaqları.

Koridorlardan keçid, əlüz yuyulan yerlər, duşxana-larda, qardiroblarda.


100


50
20

40

75



75

75

50


25

200


150
60

100


150

150


150

100
60



20

10


2

7

15



15

12

8


3

Istehsalat sanitariyalarına uyğun olaraq ayrı-ayrı iş şəraitlərinə uyğun işıqlanma yaradılmalıdır.

Yuxarıda qeyd olunan çıraqlardan başqa bir neçə növ lyumenessent lampalar da mövcuddur:

ЛБ – ağ rəngli lampa (белый); ЛД – gündüz (дневной) rəngli lampa; ЛТБ və ЛХБ (теплого-белого), (холодного белего) (isti və soyuq) ağ rəngli lampalar.

ДРЛ (дуговая-ртутная лампа) qövsü-civə lampası bu elektrik enerjisinə çox qənaət edir, ancaq rəngi seçmək çətin olduğu üçün hər yerdə onu tətbiq etmək olmur.

Bunlardan başqa partlayış təhlükəli və yanğın təhlükəli binaları işıqlandırmaq üçün ВЗГ və РСП tipli elektrik çıraqlarından istifadə edilir. İstehsalat binalarının və iş yerlərinin işıqlanmasını yoxlamaq üçün “УИ-16” və УИ-117 markalı lyuksmetrdən istifadə edilir. Onun 0...25; 0...100 və 0...500 qradasiyalı 3 şkalası vardır. Burada selen fotoelementinə işıq düşdükdə bu işıq elektrik hərəkət qüvvəsinə çevrilir və qalvonometrlə tutularaq lyuksla göstərilir.


İstehsalat binalarina və məişət otaqlarina

sanitar tələbləri.
Əlverişli sanitar-gigienik iş şəraitinin yaradılması tikiləcək meydançaların seçilməsindən çox asılıdır. Hər hansı istehsalat meydançasında:

a) nisbətən düz (hamar) sahə <30 maillik olmalıdır, su axması üçün.

b) su mənbəyinə, yollara və elektrik xətlərinə yaxın yerlərdə olmalıdır.

c) yaşayış məntəqəsindən ən azı sanitar- mühafizə qurşağı eni qədər aralı, külək altı səmtdə yerləşməlidir.

q) sahə kifayət qədər geniş olmalıdır ki, orada həm mövcud texnoloji proseslərə uyğun istehsalat və köməkçi binaları yerləşdirmək olsun həm də perespektivdə əlavə binalar tikmək üçün sahə qalsın, bundan başqa binalar arası yanğın keçməməsi üçün kifayət qədər yanğın əleyhinə məsafə qalsın:

Obyektlər layihələndirildikdə binaların sıxlığının böyük əhəmiyyəti vardır. Sıx-lıq βbina = 18...35% normal hesab edilir. TN və Q.

İstehsalat binaları SN və Q-97-76 və SN və Q -35-76 və başqa sanitar norma-larına uyğun yerləşdirilməlidir.

Bu sanitar normalarına görə hər bir müəssisə ən yaxın yaşayış rayonundan sani-tar- mühafizə zonası (qurşağı) ilə ayrılmalıdır.

Bu zonanın ölçüləri qüvvədə olan SN-245-71 sanitar normaları ilə müəy-yənləşdirilir.

İstehsalat və heyvandarlıq müəssisələrinin vəzifələrindən asılı olaraq sanitar-mühafizə zonasının eni 25-dən 2000 m-ə arasında olmalıdır. Məs. İri buynuzlu hey-vandarlıq fermaları, yem hazırlayan sexlər üçün – 300m, quşçuluq fabriki üçün -1000 m, kimyəvi-zəhərli maddələr saxlanan ambarlar üçün -300m olmalıdır.


İstehsalat sanitar-məişət otaqlarına və binalara olan tələbat.
İstehsalat binaları avadanlığın ölçülərinə uyğun olaraq tikilməlidir. SN-245-71-ə uyğun olaraq hər bir işçiyə ən azı 15m3 və 4,5 m2 otağın həcmi və sahəsi düşmə-lidir, normal 20m3.

İstehsalat otaqlarının döşəmədən-tavana qədər hündürlüyü 3,2m, ambarların hündürlüyü 3...3,2m, keçidlərin eni 0,3...1,5m, şkaf və rəflər arası keçidlərin eni 1m olmalıdır.

İşıqlanma, ventilyasiya, qızdırma sistemləri SN və P- nin tələblərinə uyğun ol-malıdır.

Döşəmələr düz, sığallı olmalı, ancaq sürüşkən olmamalıdır. Ən gigenik taxta-döşəmələrdir. Köməkçi (sanitar-məişət) binaları SN və P- 92-76-ya uyğun olmalı-dırlar. Bütün sanitar-məişət binaları ümumi və xüsusi bölmələrə bölünür.



Ümumi otaqlara qarderob, tualet, yuyunma yerləri, istirahət otaqları aiddir ki, bunlarda istehsalat sahələrində olmalıdır.

Xüsusi otaqlara – duşxanalar, papiros çəkmək otaqları, qadınların şəxsi gigiyena, paltar yumaq, kimyəvi təmizləmə, qurutma, iş paltarlarının tozunun alınması təmiri, işçilərin qızınma otaqları və s. aiddir.

Məişət otaqlarına olan sanitar tələbat aşağıdakı kimidir (SN-245-71)- hündürlük 2,5m qardorobda şkafların hündürlüyü 1,8m və s.

İstehsalat binalarının ətrafında yaşıllığın olması əsas vacib məsələlərdən biridir.. Yaşıllaşdırma sahəsi binaların sahəsinin 15...20%-i qədər olmalıdır.

Ərazi xarici işıqlanma və su təchizatı, kanalızasiya xətləri ilə təchiz olunmalıdır. Bütün bina və tikintilər giriş yolları, yanğın keçidləri və piyada yolları ilə təmin olunmalıdırlar. Bu yolların eni bir tərəfli hərəkət zamanı aşağıdakı düsturla hesablanır:




İki tərəfli hərəkət zamanı isə


Burada Bmax – kənd təsərrüfatı maşınının enidir m.

İŞÇILƏRIN ZƏRƏRLI VƏ TƏHLÜKƏLI AMILLƏRDƏN QORUNMASI ÜÇÜN KOLLEKTIV VƏ FƏRDI MÜHAFIZƏ VASITƏLƏRI

(DÜİST 12.4.011-75-Ə GÖRƏ)

Kollektiv mühafizə vasitələri-otaqların havasını normal vəziyyətdə saxlamaq üçün, ventilyasiya qızdırma, kondisionerləşdirmə, işıqlandırma, səs-küy, titrəyiş, şüa-lanma, ildrımdan və s. mühafizə vasitələrinə deyilir.

Fərdi mühafizə vasitələri (FM.V) aşağıdakı qruplara bölünür.


  • insanın bədənini və orqanlarını qoruyucu vasitələr: xüsusi geyimlər, əlcək, gözü, başı, üzü və s. qoruyucu vasitələr;

  • elektrik cərəyanından qoruyucu vasitələr (rezin əlcəklər, xalçalar, botilər və başqa alətlər);

  • nəfəs orqanlarını qoruyucu fərdi vasitələr;

  • pesperatorlar sənaye əleyhiqazları (plakat aparmaq).

Toz əleyhinə respiratorlar-klapanlı; У-2K, ACTPA-2, PП-KM, Ф-62M və b və klapansız: ШБ-1, «Лепесток»-200, 40 və 5- olurlar.

Qaz əleyhinə respiratorlar: РПГ-67 МА (Б, КД, Г) filtirləşdirici (təmizləyici) qutularının nömrələridir: A-benzin; Б-kükürd qazı; KД- ammaniym buxarını, Q- civə üçündür. Dəstə 2 qutu olur. İşləmə müddəti fasiləsiz 160 saatdır.



MÖVZU 8

İŞÇI SAHƏDƏ ZƏRƏRLI MADDƏLƏR ONLARIN PARAMETRLƏRININ NORMALLAŞDIRILMASI.

HAVANIN VENTILYASIYA VƏ KONDISIYALAŞDIRILMASI. VENTIL-YASIYANIN NÖVÜ, QURULUŞU (VƏ HESABATI). SƏS-KÜY, TITRƏMƏ VƏ ONLARIN NORMALLAŞDIRILMASI.

P L A N:
1. İşçi zonada zərərli maddələr və onların normallaşdırılması.

2. Ventilyasiya və havanın kondisiyalaşdırılması. Ventilyasiyanın növü, qurulu-şu (və hesabatı). (Həsənov B.A. səh 41-53).

3.Aqressiv və zəhərli maddələr.

4. Zəhərli maddələrin saxlanmasına, daşınmasına, buraxılmasına və qalığın ləğv edilməsinə olan tələbat.

5. İstehsalat səs-küyü, ultrasəs, infrasəs, onların insan orqanizminə təsiri, bura-xıla bilən hüdut qiymətləri.

6. Aşağı tezlikli titrəyişin insan orqanizminə təsiri. (T.H.Tağızadə səh 80...90 və 102...146) oxuyub öyrənməli.




İŞÇI ZONADA ZƏRƏRLİ MADDƏLƏR VƏ ONLARIN

NORMALLAŞDIRILMASI
Təmiz sağlam, təzə hava qazlar qarışığından ibarətdir ki, onun təqribi kimyəvi tərkibi aşağıdakı kimidir.

Azot . . . . . . . . . . . . . . . . . . . . . . . . . 77%

Oksigen . . . . . . . . . . . . . . . . . . . . . . 21%

Karbon və başqa aktiv qazlar . . . . . . 1%

Təsirsiz qazlar (arqon, neon və b) . . . 1%
Lakin istehsalatda nadir hallarda hava yuxarıda qeyd edilən təbii tərkibdə olur. Əksər texnoloji proseslər zərərli maddələrin ayrılması ilə gedir ki, bunlarda toz, qaz və buxar halında olurlar.

Müxtəlif zərərli istehsalat amilləri işçilərə müxtəlif formada təsir göstərir və onların qiymətinin buraxıla bilən normadan kənara çıxması işçilərin əmək qabiliy-yətinin dəyişilməsinə və xəstəliklərə səbəb olur.

DÜİST 12.1.007-76-ya görə bütün zərərli maddələr insan orqanizminə təsir etmə dərəcəsinə görə aşağıdakı 4 təhlükəli sinifə bölünür.

1-ci ____ maddə son dərəcə təhlükəlidir.

2 –ci ____ maddə yüksək dərəcəli təhlükəlidir.

3 – cü ____ maddə orta _______ “ ________.

4 – cü ____ maddə az _______ “ ________.

Yuxarıda göstərilən təhlükəlilik dərəcəsinə uyğun siniflərdən asılı olaraq işçi zonadakı havada olan zərərli maddələrin qarşığının buraxıla bilən hüdud (PDK) qiymətləri aşağıdakı kimidir:

1 – ci sinif üçün < 0,1 mq/m3

2 – ci sinif üçün 0,1...1,0 mq/m3

3 – cü sinif üçün 1,1...10 mq/m3

4 – cü sinif üçün > 10 mq/m3

Mədəyə keçən zaman orta öldürücü miqdar (maddənin orta öldürücü miqdarı (dozası) dedikdə: bu doza mədəyə keçən zaman yaxud, dəriyə tökülən zaman canlının birdəfədə 50%-nin ölümü deməkdir).

1 – ci sinif üçün < 15 mq/kq (hər çəki etibarlı ilə)

2 – ci sinif üçün 15...150 mq/kq

3 – cü sinif üçün 151...5000 mq/kq

4 – cü sinif üçün > 5000 mq/kq

Zərərli maddələr işçi sahənin havasını bir çox işləri yerinə yetirdikdə çirkləyir. Belə ki, mexanizatorun sürücünün işçi sahəsində toz, mühərrikin ixrac qazları, neft məhsullarının buxarı, qazlar, buxarlar, zəhərli kimyəvi maddələrin və kübrələrin aerozolları və s. ola bilər. Bioloji proseslərin nəticəsində heyvandarlıq fermalarında peyinin keçdiyi yerlərdən amanyak (NH3) kükürd SO2) və başqa qazlar ayrılır. Zərərli qazlar eyni zamanda üzümün və başqa üzvü maddələrin də qıcqırdılmasında ayrılır. (çaxır və s). Kənr təsərrüfatı ziyanverici və xəstəliklərinə qarşı mübarizə məqsədilə müxtəlif zəhərli maddələrdən istifadə olunur. Bunların sırasına mineral kübrələr və 150 müxtəlif adda zəhərli kimyəvi maddələr daxildir.

Bir sıra zərərli maddələrin müəyyən tərkibli qarışıqları partlayış yarada bilir.

Misal üçün ammonyak buxarının 16...27%-li, benzinin isə 0,76...5,03%-li qarışığı partlayış yaradır.

Istehsalat zərərləri insan orqanizminə nəfəs yolu, mədə-bağırsaq (yemək vasitəsilə), zədələnmiş bəzən zədələnməmiş dəri vasitəsilə təsir göstərə bilər.

Uzun müddət yüksək normada zəhərli maddələrin (qurğuşun, civə) təsiri xroniki peşə zəhərlənmələrinə, daha böyük normada isə kəskin zəhərlənmələrə səbəb olur.

Ciyərlərin tənəffüs alma sahəsi 100 m2 sahəni təşkil edir. Bu sahə vasitəsilə uçan maddələr hava ilə birlikdə asanlıqla qana sovrulur və böyük qan dövranına keçir, bunun təsir qüvvəsi orqanizmə başqa yolla olan maddələrin təsir qüvvəsindən 20 dəfə güclü və tez olur.

Avtomobil benzini otaq temperaturunda 1 m2 sahədən 400 q/saat buxarlanma verir. Benzinin qarışığı 3-4 q/m3 olduqda 2...3 dəqiqədən sonra öskürmə yaradır, göz yaşarır, dayanaqsız hərəkət alınır. 30...40 q/m3 tərkibli qarışıq 3...4 dəfə nəfəs aldıqda zəhərlənmə yaradır ağılın itməsi ilə özünü göstərir.

Beləliklə kənd təsərrüfatı istehsalında zərərli maddələr olan yerlərdə işçilərin xəstələnmələrinin, zəhərlənmələrinin və baş verə biləcək travmaların qarşısını almaq üçün kompleks tədbirlər planı hazırlamaq lazımdır.

Bunlardan ən başlıcası işçi zonada zəhərli maddələrin buraxıla bilən hüdud qiymətlərini müəyyən etməkdən ibarətdir.

Zərərli maddələrin buraxıla bilən hüdud qiymətlərinin müəyyən edilməsi vacib dövlət əhəmiyyətli işdir.

Bu məsələnin həlli DÜİST 12.1.005-76-ya müqafiq olaraq 700-dən artıq maddə üçün müəyyən edilmişdir.

Eyni vaxtda işçi sahədə bir neçə zərərli maddələrin təsirinin, onların buraxıla bilən hüdud qiymətlərinə nisbətlərinin cəmi aşağıdakı tənlikdə göstərilən formada olmalıdır.

B1; B2; B3; ....; Bn zərərli maddələrin faktiki qiymətlərini,

ПДК1; ПДК2; ПДК3; …; ПДКn ayrı-ayrılıqda həmin maddələrin hər birinin müvafiq olaraq buraxıla bilən hüdud qiymətlərini göstərir. DÜİST 12.1.007-76-da işçi zonada zərərli maddələrə nəzarətin saxlanılma tələbləri göstərilmişdir.

1 – ci sinifə aid olan zərərli maddələrə fasiləsiz olaraq özüyazan, buraxıla bilən hüdud qiymət artdıqda siqnal verən xüsusi cihazla nəzarət edilməlidir.

2, 3 və 4-cü sinifə aid olan zərərli qarışıqlara isə vaxtaşırı olaraq yoxlamaqla nəzarət edilməlidir.
İSTEHSALAT VİNTELYASİYASI
İstehsalat ventilyasiyası – DÜİST 12.1.005-76-nın tələblərinə uyğun olaraq nor-mal mikroiqlim şəraiti yaratmaq üçün binada yaranan artıq isti, nəmlik, toz, zərərli qazları və buxarları xaric etməkdən ibarətdir.

Binada havanın pəncərələr, xüsusi kanallar vasitəsilə yaranan temperaturlar fərqinə və təzyiqə görə dəyişmək mümkündür. Belə ventilyasiyaya təbii ventilyasiya və ya aepatsiya deyirlər.

Daha effektlisi süni mexaniki ventilyasiyadır ki, buda xüsusi ventilyatorlarla yaradılır. (səh 87)

Təbii və süni ventilyatorların birlikdə tətbiqi qarışıq ventilyasiya sistemi yaradır.

Ventilyasiya qurğuları binaya təmiz havanı verə bilər və yaxud əksinə binadan sovurub (çəkib) çıxara bilər, yaxud hər ikisini eyni zamanda yerinə yetirə bilər.

Təsir etmə sahəsinə görə ventilyasiya ümumidəyişdirən və yaxud yerli (müəy-yən iş sahəsi üçün) ola bilər.

Binadan sovrulmuş çikli hava çölə verildikdə küləyin istiqaməti nəzərə alın-malıdır ki, başqa yaşayış binalarına iş yerlərinə mənfi təsir göstərməsin.

Bəzi istehsalat sahələrində hansı ki, böyük miqdarda zərərli və partlayış təhlükəli maddələr ayrıla bilir belə yerlərdə xüsusi təyinatlı ventilyasiya qurğuları əlavə olaraq quraşdırılır.


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə