Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ



Yüklə 0,76 Mb.
səhifə5/8
tarix24.10.2017
ölçüsü0,76 Mb.
#6512
1   2   3   4   5   6   7   8

HAVADƏYİŞMƏNİN TƏYİNİ
Binada hava mübadiləsi aşağıdakı düsturla təyin edilir.
W = ni Wo
ni – işçilərin sayı

Wo – bir işçiyə tələb olunan havanın miqdarı.

Əgər bir işçiyə düşən sahə < 20m3 olarsa Wo = 30 m3/saat, əgər sahə >20m3 olarsa Wo = 20 m3/saat qəbul edilir.

Ventilyasiya zərərli qazlarla və yaxud tozlarla mübarizə məqsədi ilə qurularsa dəyişdirilməsi lazım gələn həcim aşağıdakı kimi təyin edilir.



Bq.t – binada ayrılan zərərli maddələrin miqdarı; mq/saat.

Bd – binanın daxilində zərərli maddələrin buraxıla bilən hüdud qiyməti mq/m3.

Bv – binaya verilən havada olan zərərli maddələrin miqdarı mq/m3.

Rəngləmə işlərində ayrılan zərərli buxar və məhlulların miqdarı.




S – rənglənən məmulatın sahəsi m2.

m2 – rəngdən uçub ayrılan məhlulun hissəsi -%-lə.

q2 – 1m2 sahəni rəngləmək üçün lazım olan rəngin miqdarı püsgürmə ilə q2=60...90 q/m2 əl ilə q2 = 100...180 q/m2 qəbul edilir.

Daxili yanma mühərriklərinin işləməsində ayrılan zərərli maddələr (karbon qazı, azot, aldehidlər) miqdarı aşağıdakı tənliklə təyin edilir.



A1B1 bərabərlik əmsallarıdır karbüratorlu mühərriklərdə (A1 və B1) A1=9 , B1 =12 dizel mühərrikdə A1=160; B1 =13,5 qəbul edilir.

Vs – mühərrikin silindirinin işçi həcmidir - .

qo – işlənmiş qazlarda zərərli maddələrin pay həcmi (karburatorlu mühərrik. C qazı 4...6% dizel mühərriki 0,005...0,07%, azot 0,007...0,0009%, aldehidlər 0,035...0,05%- götürülür).

t – mühərrikin işləmə vaxtıdır.

Bir sıra istehsalat binalarında istilik ayrılır (dəmirçixana, yem sexləri, istilik xana və s).

Ayrılan istiliyi xaric etmək üçün

Qiz – binada ayrılan artıq istiliyin miqdarı KC/saat

C – quru havanın istilik tutumu KC/kq C=1 qəbul edilir.

ρvn – daxil olan havanın xüsusi çəkisidir kq/m3.

tda – binanın daxilində sanitariya normalarına görə temperaturu; So.

txa –xarici havanın hesabat temperaturu; So.

Bir sıra kənd təsərrüfatı istehsalatı binalarında; misal üçün dəmirçixanalarda, yemhazırlanan yerlərdə, istixanalarda və s. artıq istilik ayrılır. Ayrılan istiliyi xaric et-mək üçün lazım olan hava mübadiləsinin miqdarı aşağıdakı tənliklə hesablanır.



Qizb – binada mənbələrdən ayrılan artıq istiliyin cəmidir; Vt ± kC /saat.

C – quru havanın istilik tutumudur təqribən C = 1 qəbul edilir.



SВН – daxil olan havanın xüsusi çəkisidir kq/m3.

tBB – binanın daxilində sanitariya normalarına görə temperatur; So.

tВН – xarici havanın hesabat temperaturudur, So.

1 – hava qəbuledən; 2 – hava ötürən; 3 – filtir (süzgəc); 4 – kalorifer (qızdırıcı); 5- mərkəzdən qaçma tipli ventilyator; 6 – hava verən deşiklər; 7 – sovurucu deşiklər; 8 – nizamlayıcı klapan; 9 – havanı çıxarıb anan qurğu; 10 – hava ötürən rekerkulyasiya edən; 11 – bina.
TƏBİİ VENTİLYASİYA
Sanitariya qaydalarına uyğun olaraq bütün binalarda təbii ventilyasiya məsələ-ləri nəzərə alınmalıdır. Təbii olaraq binada havanın hərəkəti onun sıxlıqları fərqinə eyni zamanda xarici havanın təzyiqi fərqi hesabına küləyin əksi istiqamətində və külək istiqamətində binaya tərəf baş verir.

Təbii ventilyasiya binada qoyulmuş sovurucu (çıxarıcı) kanallar, fortoçka və başqa keçidlər vasitəsilə baş verir. Təbii ventilyasiya isti sexlərdə yaranan artıq temperaturu xaric etmək üçün daha güclü vasitə hesab edilir. Bu ventelyasiyanın çatışmazlığı xarici havanın temperaturundan, küləyin gücündən və istiqamətindən asılıdır.

TN və Q II –33 –75 müvafiq olaraq isti mövsümlərdə havanın təbii ventilyasiya vasitəsilə verilməsi baxılır ki, poldan (döşəmədən) 0,3 m-dən aşağı və 1,8 m-dən yuxarı, soyuq mövsümdə 4 m-dən aşağı olmamalıdır.

Daxili və xarici havanın sıxlıqları fərqindən asılı olaraq havada təzyiq düşgüsü yaranır və bu havanın hərəkətini təmin edir:

Təzyiq düşgüsü Hт aşağıdakı kimi hesablanır.




hn – daxil olan və ixrac edənlərin mərkəzləri arası hündürlük, m;

ρBHρBB – xarici və binanın daxili havalarının sıxlığı; kq/m3.

Binada aerasiyanın nizamlamaq üçün qəbul edici və çıxarıcı kanalların olması vacibdir.

Təbii ventilyasiyada sovurucu (çıxarıcı) qurğuların parametrlərinin əsas hesabatı aşağıdakı ardıcıllıqla aparılır.

1) hava mübadiləsinin (hava dəyişmənin) təyini



2) havanın sıxlığı daxili ρBB və binadan xaricdə ρBH aşağıdakı formulalarla təyin edilir.




tBB ; tВН - binanın içərisində (daxilində) və xaricdə havanın temperaturu.

3) kanal və ya qəbuledicidə hava selinin (natok) sürəti hesablanır.



ψc – kanalda havanın müqavimətini nəzərə alan əmsaldır (ψc=0,5).

4) sovurucu kanalın ümumi sahəsi tapılır (m2).




W – lazım olan hava mübadiləsi.

5) sovurucu qurğuların sayı müəyyənləşdirilir.



fo – sovurucu kanalın kəsiyinin sahəsi; m2.

Deflektorun patrubkasının diametri aşağıdakı tənliklə hesablanır.





D

Wd – deflektorun məhsuldarlığı m3/saat



σd – deflektorun patrubkasında havanın sürəti; m/san.

Bir deflektorun məhsuldarlığı aşağıdakı tənliklə hesablanır.



W – verilmiş hava mübadiləsi; m3/saat;

nd - deflektorların sayı

σd – deflektorda havanın sürəti aşağıdakı kimi təyin edilir.

σv – küləyin sürətidir. m/san.

HAVANIN KONDİSİONERLƏŞDİRİLMƏSİ

Binalarda optimal (komfort) meteoroloji şərait yaratmaq üçün ventilyasiya sis-temi tələbatı ödəmir, çünki o eyni vaxtda bütün parametrləri buraxılabilən səviyyədə saxlaya bilmir. Bu məqsədlə kondisionerlərdən istifadə edilir. Onlar verilmiş hüdud-larda havanın temperaturunu, nəmliyini, hərəkətini, təmizliyini avtomatik sürətdə nizamlayır və bundan başqa onu ozonlaşdıra, ionlaşdıra da bilir. İnzibatıi və yaşayış binalarında mikroiqlimi nizamlamaq üçün БК-1500 və БК-2500, 2000 və БК-2000T markalı məişət kondisionerlərindən istifadə edilir ki, bunlarda uyğun olaraq 25m2 və 35 m2 sahəsi olan otaqları təmin edə bilərlər. Bu kondisionerlər həm də ventilyator vəziyyətində (rejimində) işləyərək otağın havasının xarici hava ilə əvəz edə bilirlər.




ZƏHƏRLİ MADDƏLƏRİN (PESTİSİDLƏRİN) SAXLANMASINA,

DAŞINMASINA, BURAXILMASINA VƏ QALIQIN LƏĞV

EDİLMƏSİNƏ OLAN TƏLƏBAT
Təyinatından asılı olaraq təsərrüfatlarda pestisidləri yalnız xüsusi tikilmiş (ти-повой) və ya uyğunlaşdırılmış ambarlarda saxlamağa icazə verilir. Bu ambarlar əv-vəlcə sanitar qulluğu işçiləri tərəfindən nəzərdən keçirilib onlara sanitar pasportu tər-tib edilməlidir.

Ambar iki şöbədən ibarət olmalıdır: - pestisidlər saxlanan və buraxılan şöbə və kiçik köməkçi şöbə burada fərdi mühafizə vasitələri (ФМВ), su, sabun, məhrəba və apteçka olmalıdır. Ambarda aynalar, fortoçka, rəflər olmalıdır. Yaxınlıqda köməkçi şöbədə yuyunma üçün yer düzəldilməlidir.

Pestisidlər saxlanan ambarlar, yaşayış binalarından, heyvandarlıq və yaxud quş-çuluq komplekslərindən, su hövzələrindən azı 200 m məsafədə tikilməlidir.

Pestisidlərlə hamilə və südəmər uşağı olan qadınların və 18 yaşına çatmamış ye-niyetmələrin işləməsinə icazə verilmir.

Yanğından mübarizə məqsədilə ambarın yaxınlığında qumla dolu (yeşik, su çəni, odsöndürənlər, və üzərində yanğın söndürmə alətləri asılmış şitlər olmalıdır.

Ambar daxilində pestisidlər toksikiliyinə və alışma xüsusiyyətlərinə görə ayrı-ayrılıqda yerləşdirilməlidir.

Pestisidlər yaxşı bağlanmış möhkəm taralarda saxlanılmalı və nəql etdirilməli-dir. Taraların üzərində yuyulmayan rəng ilə yazılmış etiketkalar olmalıdır. Etiketi-kada pestisidin adı, qurupu, kütləsi, işarəsi, partiya nömrəsi, hazırlanma tarixi, stan-dart nömrəsi, “Yanğın təhlükəlidir”, “Partlayış təhlükəlidir” sözləri yazılmalıdır. Bundan başqa taraların üzərində pestisidlərin quruplarını xəbərdar edici zolaqlar çə-kilməlidir: qırmızı - herbisidlər üçün;

ağ - defoliantlar; qara - insektisidlər;

yaşıl - funqisidlər; -və sarı-zooisidlər və s.

herbisidlər - alaq otlarını tələf etmək üçün

defoliantlar - yarpağı tökmək üçün

funqisidlər - köbələk tüfeylilərini məhv edən

insektisidlər - həşaratları qıran per-lar.

zooisidlər – gəmiriciləri qıran və s.

Pestisidlər ancaq bu məqsəd üçün qabaqcadan xüsusi avadanlıqlaşdırılmış nəq-liyyat vasitələrində daşınmalıdır. Bu nəqliyyat vasitələrinin banının yanında müvafiq xəbərdar edici nişanlar olmalıdır.

Yükü müşayət edən şəxslərə papiros çəkmək qadağan edilir, onlar əleyhiqazla təmin edilməlidirlər. Pestisidlər daşındıqdan sonra nəqliyyat vasitələri təmizlənib zərərsizləşdirilməlidir.


SƏS-KÜY VƏ TİTRƏYİŞ, ONLARIN

NORMALLAŞDIRILMASI.
Səs-küy insanın eşitmə orqanları tərəfindən qəbul edilən müxtəlif gücə və tez-liyə malik olan qarışıq səslər yığımıdır.

Səs – elastik mühit hissəciklərinin (hava, su və s.) dalğavari titrəyişli hərəkətdir. Səsi yaradan rəqs eyləyən cisimlərdir. Səs-küyün uzun müddətli təsirindən insanda baş-ağrısı, baş gicəllənməsi, əsəb və ürək damar sisteminin xəstələnməsi, ağır eşitmə və mədə-bağırsaq sisteminin normal işinin pozulması əmələ gəlir. Daima səs-küylü şəraitdə işləyən adamlarda tez yorulma, reaksiya sürətinin azalması, yaddaşın zəiflə-məsi müşahidə olunur.

İnsan qulağı tezliyi 16(20)-dən 20000 hs-ə qədər olan səsləri qəbul edir. 16 (20) hs-ə qədər olan infrasəsləri və 20000 hs-dən çox olan ultra səsləri eşitmir.

Səsin yayılma sürəti 20oS temperaturada normal atmosfer təzyiqində 344 m/san, suda-1500 m/san; ağacda-3500 m/san; poladda-500m/san; şüşədə-5200 m/san-dir.

Səsin eşidilmə intervalı tezliyə görə üç qrupa bölünür, aşağı tezlikli (350 hs-ə qədər), orta tezlikli (350...800 hs-ə qədər) və yüksək tezlikli (800 hs-dən artıq). 1 di-na/cm2 = 0,1 Pa və (1 Pa = 1 N/m2) 1 dn/sm2 = 1 bar.

İnsan qulağı ən çox tezliyi 800...4000 hs olan səsləri yaxşı eşidilir. (Yuvarlaq olaraq 1000...5000 hc tezlikli, səs təzyiqi Po=2·10-5Pa. Səs intensivliyi İ-10-12 Vt/m2 – səsin eşidilmə astanası deyilir.) Səs-küy normallaşdırdıqda 1000 hc-i etalon kimi qəbul edilir.

Səs-küydən havanın titrəyişi atmosfer təzyiqindən fərqli təzyiq yaradır. Bu təz-yiqlə atmosfer təzyiqi arasındakı fərqə səs təzyiqi deyilir. (Pa) paskal.

Səsin ağrı hiss olunma astanasında təzyiq p = 2·108 Pa, intensivlik I = 102 Vt/m2 olur.

İnsanın eşitmə orqanları səsin mütləq dəyişməsini yox, ancaq səs intensivliyinin və ya təzyiqinin nisbi artmasını və ya azalmasını hiss edir. Yəni insanın qulağının hissiyatı səs (enerjisi təsirinin mütləq dəyişməsi ilə yox, onun loqariflik dəyişməsi ilə mütənasibdir.

Səs enerjisinin 10 dəfə artmasını qulaq səsin gurluğunun 2 dəfə artması kimi hiss edir.

Buna görə də səs-küyü qiymətləndirmək üçün bilavasitə səsin intensivliyi və ya təzyiqi yox səs səviyyəsi Ladan istifadə olunur. Səs-küyün intensivlik səviyyəsini ölçmək üçün loqarifmik şkaladan (Bel və ya desibel) şkaladan istifadə edilir.

Səs səviyyəsi aşağıdakı düsturla təyin edilir: (təzyiq səviyyəsi).


La = 20 lg
burada P1 – səsin faktiki təzyiqi;

Po – səsin başlanğıc təzyiqidir (səs eşidilməyə başladıqda 1000 hc tez-

likdə onun təzyiqi po=2·10-5 Pa.

Səsin eşidilmə başlanğıcında Io = 10-12 Vt/m2 intensivlik səviyyəsi (Lİ) şərti olaraq “O” Bel (Б) qəbul edilmişdir.

Səs intensivliyi 10 dəfə artdıqda I = 10-11 Vt/m2 onun səviyyəsi Ly = 1Б (Ly = lg10=1Б -ə çatır.

İnsanın qulağı səsin intensivliyinin 0,1Б, yəni 1gБ dəyişməsini hiss edə bilir.

Beləliklə loqariflik şkaladan istifadə edilsə, səsin intensivlik səviyyəsi I = 10-8 Vt/m2 olduqda:




Onda səsin intensivlik səviyyəsi aşağıdakı formula ilə hesablanır:

Səsin zəifləməsi aşağıdakı tənliklə təyin olunur.



Ultra səs- sənayedə maşın hissələrini təmizləmək üçün, kənd təsərrüfatında sə-pindən qabaq toxumları emal etmək üçün, təbabətdə duz yığılmasın deyə naftalanla birlikdə qəbul edilir.

Ultrasəsin təsirindən insanda baş ağrısı. əsəb sistemində pozğunluqlar və s. baş verdiyindən ultrasəs qurğularına birbaşa toxunmağa icazə verilmir. Belə qurğular in-sanlar olan otaqlardan izolə edilməlidir. Bundan başqa ultrasəslə işlədikdə ultrasəs qurğularını müəyyən məsafədən idarə etmək lazımdır.

İşçi tezliyi artırmaqla (7 Vt/m2 –a qədər) ultrasəsin əmələ gəlmə mənbəində şüalanma enerjisini azaltmaq.

İşçilərə mühafizə tədbirləri haqqında təlimat keçmək və s. profilaktiki tədbirlər aiddir.

İnfrasəs – 16 hs-dən aşağı tezlikdə səslər dəniz dalğaları, vulkanlar, zəlzələ və s. vasitələrlə generasiya olunur. İstehsalatda belə səslər kompressorlar, dizel turbinləri ventilyatorlar və s. işlədikdə əmələ gəlirlər. Aşağı tezlikli titrəyişin (infrasəs) təsiri nəticəsində insanda yorğunluq baş ağrısı, yuxusuzluq və s. baş verir. İnfrasəsi ölçmək üçün KUM-67 markalı mikrafon və cihazlardan istifadə edilir. İnfrasəs tam öyrənil-məyib, normaları müəyyənləşdirilməyib.

İnfrasəslə mübarizə tədbirləri aşağıdakılardır:

- onun mənbədə azaldılması; - infrasəsin udulması;-

İnfrasəsin izolə edilməsi; - fərdi mühafizə vasitələri.


SƏS – KÜYÜN NORMALLAŞDIRILMASI VƏ ÖLÇÜLMƏSI:
Səs küyün intensivliyi və onun başqa xarakteristikası DÜİST 12.1.003-83 ilə nizamlanır. Adi danışıq 40 dБ səs səviyyəsi yaradır, yaxından keçən yük avtomobili isə 105...110 dБ yaradır.

80 dБ- dən çox səs-küyə insan çətinliklə döyür.

120 dБ- dən artıq səs-küy insanın beynini zədələyir.

İstehsalatda səs-küyün səviyyəsinin aşağıdakı buraxıla bilən hüdutları (ΠDK) təyin olunurdu.

90...100 dБ- aşağı tezlikli səs-küy üçün

85...90 dБ- orta tezlikli səs-küy üçün

75...85 dБ- yuxarı tezlikli səs-küy üçün.

Səs küyün səviyyəsi “Şum-1”- xüsusi pribordur.

ИШB-1- səsi və titrəyişi ölçür.

Xarici cihazlar içərisində “Брюль и Кьер” və “RFT” firmalarının istehsal etdik-ləri səs ölçənlər xüsusilə fərqlənirlər.

Səs-küylə mübarizə tədbirləri – 3 qrupa bölünürlər.


  • səs-küyün əmələ gəlmə mənbəyini ləğv etmək;

  • səs-küyü onun yayıldığı yolda ləğv etmək;

  • FMV (fərdi mühaf. Vas.) istifadə etmək.

Traktor, kombayn və başqa kənd təsərrüfatı maşınlarının sürücülərini səs-küy-dən mühafizə etmək üçün mühərrikin ixrac borusunda səsbatıran qoyulur və kabina möhkəm səsdən izolə edilir.

Səs batıranın həcmi 4 taktlı dizellər üçün aşağıdakı düsturla hesablanır.


Vsəs=

burada k = 5·103...5·104 götürülür səsbatırma dərəcəsidir.



S – porşenin yolu; n – dirsəkli valın dövürlər sayı; i – silindirlərin sayıdır.

Səsbatıranın uzunluğu aşağıdakı düsturla təyin edilir:



Burada Dx – səs batıranın xarici diametridir. Çox səs-küylü qurğular səs-küydən qoruyucu örtüklə izolə edillirlər.

Səs küydən mühafizə üçün fərdi müh. Vasitələri aşağıdakılardır: tıxaclar, “Беруши”, BHИИOT-2, qulaqlıqları, şlyamları və s.

Titrəyiş: - Maşın və avadanlığın ayrı-ayrı elastik hissələrinin titrəyişinə deyilir. Titrəyişin intensivliyi (çoxluğu) onun amplituda və tezliyindən asılıdır. Titrəyişin sürətini orta kvadratik qiyməti aşağıdakı düsturla hesablanır.

Burada - sürətin ölçülmüş orta kvadratik qiymətidir; mm/san.

5·10-5 – titrəyiş sürətinin başlanğıc qiymətidir. Titrəyiş BP-1 markalı əl vibro-metri və ИШB-1 cihazı ilə ölçülür. Titrəyişdən mühafizə tədbirləri səs-küydən mü-hafizə tədbirləri ilə oxşardır, elastik araqatlar qoymaq. Fərdi mühafizə vasitəsi kimi titrəyiş qoruyucu ayaqqabıdan istifadə etmək.


MÖVZU 9

TƏHLÜKƏSİZLİK TEXNİKASI.

PLAN:
1. Ümumi məsələlər.

2. Təhlükəsizlik texnikasının məqsəd və vəzifəsi.



  1. Maşın mexanizm, istehsalat avadanlıqlarına və texnoloji proseslərə ümumi

təhlükəsizlik tələbləri.

4. Təhlükəsizliyi təmin edən texniki vasitələr.



  1. Hasarlayıcı, qoruyucu, əyləyici (tormozlayıcı), blokirovkaedici quruluşlara

tələbat.

6. Elektrik təhlükəsizliyi.

7. Elektrik cərəyanının insanlara və digər canlılara təsiri.

8. Elektrik travmalarının analizi.

9. Sıfırlama və müdafiə torpaqlama.

10. Addım və toxunma gərginliyi.

11. Statik elektrikdən müdafiə.

12. Təbii elektrik boşalmalarından mühafizə tədbirləri.



Ə D Ə B İ Y Y A T L A R

1. B.A.Həsənov “Əmək mühafizəsi”. Bakı Maarif nəşiryatı 1986-cı il səh

92...168.

2. T.H.Tağızadə “Meliorasiya təsərrüfatında əməyin mühafizəsi”. Bakı Maarif

nəşir. 1990 səh 169...184.

3. F.Ə.Əliyev, S.Ş.Vəliyev, O.R.Əliyev. Elektrik təhlükəsizliyinin ümumi

məsələləri. Gəncə 2002.

4. S.Ş.Vəliyev, F.Ə.Əliyev. İstehsalat binaları və texniki qurğuların ildırımdan

mühafizəsi. Gəncə 2002-ci il.


TƏHLÜKƏSIZLIK TEXNIKASI HAQQINDA

ÜMUMI MƏLUMAT
Müasir dövürdə buraxılan maşın və mexanizmaların əsas xarakterik xüsusiyyət-ləri onların yüksək məhsuldarlığa və geniş iş görmə qabiliyyətinə malik olmaları ilə fərqlənmələridir. Mürəkkəb konustruksiyalı və yüksək iş görmə qabiliyyətinə malik olan maşınların istehsalatda təhlükəsizlik texnikası tələbləridə böyük olur.

Təhlükəsizlik texnikası əmək mühafizəsi fənninin əsas hissəsini təşkil edir:

Hər bir texniki quruluşun (maşın yaxud mexanizmanın) təhlükəli sahəsi (zonası) vardır. Təhlükəli sahə anlayışı həm maşının daxilində və yaxud ondan kənarda ola bi-lər ki, buda daimi və ya dövrü olaraq xidmət edən işçilərə təhlükə yarada bilər.

Mühəndis-texniki işçilərin qarşısında duran əsas vacib məqsəd-texnikanı insan-lar üçün təhlükəsiz etməkdən ibarətdir. Belkə ki, texnikanın istismarı zamanı işçilər zədə almamalı yaxud xidmət işçilərinin sağlamlığına mənfi təsir göstərilməməlidir.

Ölkəmizdə təhlükəsiz texnikanın yaradılmasına dövlət qanunçuluğu kimi baxı-lır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 218-ci maddəsində:

“Müvafiq obyektlərin layihələndirilməsi, tikintisi və istismarı zamanı əməyin mühafizəsi tələblərinin təmin edilməsi” göstərilmişdir.

a) qüvvədə olan əməyin mühafizəsi standartlarının, qaydalarının və normaları-nın, təhlükəsizlik texnikasının tələblərinə uyğun gəlməyən istehsalat binalarının və qurğularının layihələşdirilməsinə, tikintisinə və yenidən qurulmasına, istehsal vasitə-lərinin hazırlanmasına və buraxılmasına texnologiyaların tətbiqinə yol verilmir.

b) insanın sağlamlığına təsirini müəyyənləşdirmək məqsədi ilə texnoloji, yan-ğın-texniki, sanitariya-gigiyena, tibbi-bioloji ekspertizadan və digər nəzarət növlərin-dən keçirilməmiş zərərli maddələrin, xammalın, materialların tətbiqi qadağandır.

c) hər hansı yeni və ya yenidən qurulmuş müəssisənin, obyektin, istehsal vasitə-sinin müəyyən edilmiş qaydada əmək qanunvericiliyinə əməl olunmasına dövlət nə-zarətini həyata keçirən orqan tərəfindən verilən sertifikat-pasportu olmadan istismara buraxılması qadağandır.

Qanuna əsasən yeni buraxılan maşın və avadanlıq yüksək texniki-iqtisadi göstə-riciyə malik olmaqla, işçilərin əməyini yüngülləşdirməli-burada təhlükəsizlik texni-kası tələbləri və istehsalat sanitariyası nəzərə alınmalıdır.

Kənd təsərrüfatı maşınlarının layihəsi o vaxt təsdiq oluna bilər ki, o DÜİST 12.2.002-80 və DÜİST 12.2.003-80-nin tələblərinə cavab versin:- “Yeganə kənd tə-sərrüfatı maşınlarının və traktorların konstruksiyasına təlabat təhlükəsizlik və əməyin gigiyenasıdır”.

Istehsalat travmalarının xəbərdar edilməsi kompleks mürəkkəb problemdir, bu sahəyə güclü diqqət hər şeydən əvvəl mühəndis-texniki profilli mütəxəssislərdən və tibii işçilərindən asılıdır.

İstehsalat travmalarının profilaktikasına müxtəlif yollarla nail olunur, bunlardan ən başlıcası:- layihə zamanı təhlükəsiz texnika yaratmaq və onların istismarında təş-kilatı və texniki tədbirlər planı hazırlamaqdır.


İSTEHSLAT AVADANLIQLARININ TƏHLÜKƏSIZLIYINƏ

ÜMUMI TƏLƏBAT
İstehslat avadanlıqlarının, maşın və mexanizmaların təhlükəsizlik tələbləri zə-rərli və təhlükəli mənbələrin yeri müəyyən edildikdən sonra onun konustruksiyası, iş şəraiti və elementləri nəzərə alınmaqla hazırlanır. Əmək mühafizəsi nöqteyi-nəzərin-cə onlara əsas tələbat: insanların sağlamlığı və həyatı üçün təhlükəsizlik istismarda rahatlıq və etibarlılıqdan ibarətdir.

Maşın və mexanizmaların layihəsi zamanı erqanomiki tələbat nəzərə alınmalıdır (iş yerində idarə etmə orqanlarının yerləşdirilməsi, idarə etmə hissələrinin, keçirmə-lərinin gücləndirilməsi və s).

Avadanlıqların istismarı zamanı mikroiqlim şəraitinin dəyişməsi, atmosfer təsiri, aqresiv amillər, mikro orqanizmalar və s. təhlükə yaratmamalıdır.

Istehsalat avadanlıqları yanğına və partlayışa qarşı təhlükəsiz olmalıdır.

Hərəkət edən və fırlanan hissələr təhlükə mənbəii yarada bilərlərsə onda onlar çəpərlənməlidirlər.

İş yeri, avadanlığın konstruksiyasına daxil olan bütün sahələr təhlükəsiz olmaqla, işin yerinə yetirilməsi üçün rahat olmalıdır.

Əgər iş yerində ətraf mühit qeyri-normal təsir yaradırsa onda o kabina ilə əvəz olunur. Avadanlıqların konstruksiyası verilən zaman istehslat zərərlərinin baş verə biləcək təsiridə nəzərə alınmalıdır: toz, qaz, titrəyiş, səs-küy, istilik şüalanması və s.

Yeni maşın və mexanizmaların layihəsində quraşdırma və təmir işlərində onla-rın daşınma və saxlanmalarında əməyin təhlükəsizliyinin tələblərinin müəyyən xüsu-siyyətləri nəzərə alınmalıdır.

Təhlükəsizlik tələblərinin yerinə yetirilməsinə nəzarət ancaq layihələndirilmədə, hazırlanmada, hazırlanmış maşınların və mexanizmaların sınaqdan keçirilməsində deyil eyni zamanda bura qədər və sonra hər bir əsaslı və cari təmirlərdə də nəzərə alınmalıdır.

Müasir yaradılan texnika və texnologiyalarda təhlükəsiz iş, hasarlayıcı, qoru-yucu və blakirovka edici tormozlayıcı (əyləyici) qurğularla, siqnallaşdırma müəyyən məsafədən idarəetmə sistemlərlə, fərdi mühafizə vasitələrindən istifadə etməklə və vaxtaşırı olaraq mühafizə vasitələrinin yararlı olmasına nəzarət etməklə təşkil olunur.

Hasarlayıcı quruluş:-

Bu quruluş onun sadəliyinə. Etibarlılığına və ucuzluğuna görə geniş miqyasda kənd təsərrüfatı maşın və avadanlıqlarında təhlükəli sahəni mühafizə məqsədi ilə istifadə olunur.

Hasarlayıcı quruluş insan və təhlükəli faktor arasında arakəsmə yaradaraq işçini onun təsirinin düzgün olub olmamasından asılı olmayaraq etibarlı qoruyur.

Hasarlayıcı quruluşlar müxtəlif konstruksiyalı forma və istifadə sahələrinə görə fərqlənirlər. Onlar daimi və müvəqqəti ola bilərlər. Daimi hasarlayıcılar hər hansı mexanizmanın ayrılmaz hissəsi hesab olunurlar (mis: ötürmə mexanizminin gövdəsi, ilişmə muftası, əyləyicilərin örtükləri və s).

Müvəqqəti hasarlayıcılar stasionar olmayan istehsalat işlərini yerinə yetirən za-man istifadə olunur. (mis: elektrik qaynağında elektrik qövsündən mühafizə üçün, quyuların, torpaq qazma işçlərində, təmir və quraşdırma işlərində və s).

Qoruyucu quruluşlar: - Qüvvədə olan təhlükəsizlik tələblərinə görə heç bir ma-şın alət və avadanlıq işə yararlı hesab oluna bilməz əgər müəyyən qəza hadisəsi baş verdikdə onu bu qəzadan xilas etmək üçün onun qoruyucu quruluşu yoxdursa.

Təbiətdən aslı olaraq zərərli istehsalat faktorlarının yaranmasını bütün qoruyucu quruluşlarda dörd yerə bölmək olar:


  1. Mexaniki yüklənmədən olan qoruyucular .

  2. Maşının qabaritindən (əndazəsindən) kənara çıxan hissəsinin qoruyucusu.

  3. Təzyiq və temperaturanın yüklənməsində olan qoruyucular.

  4. Elektrik cərəyanının gücünün artması buraxılabilən normadan artıq olan qoruyucular.

Saxlayıcı əyləyici quruluşlar:-


Əyləyici quruluşlar hərəkət edən maşın və mexanizmaların hissələrinin tez sax-lanması maşınların aşmaması qalxma və düşmələrdə yükün öz-özünə buraxılıb düş-məməsi üçün və s. istifadə olunur.

Zərərçəkmənin təhlükəsizlik dərəcəsi xidmət işçiləri üçün tormoz quruluşundan vaxtında istifadə etmədən çox aslıdır.

Hərəkət edən maşın gözlənilmədən təhlükə baş verərsə ümumi saxlanma vaxtı aşağıdakı düstur vasitəsilə hesablana bilər:

Burada: t1 – informasiyanın alınması və operatorun reaksiyasına sərf olunan vaxt.

- əyləyicinin n ədəd ötürücü hissəsinə təsir etməyə sərf olunan vaxt.

- işçi hissənin tormozlanmadan sonra tam dayanmasına sərf olunan vaxt.

Reaksiya vaxtı operatorun şəxsi xüsusiyyətindən asılıdır: yaşından, öyrənmə dərəcəsindən, qabiliyyətindən və s. Bu vaxt 0,4...1,5 san və çox ola bilər.

Saxlanma vaxtı əyləyicinin keçidlərindən onun konstruksiyasından asılıdır eks-periment yolla müəyyənləşdirilir. Onu şərti olaraq hidravliki ötürmələrdə 0,2 san, mexaniki ötürmələrdə -0,3 san, pinevmatiki ötürmələrdə isə 0,6...0,7 san qəbul etmək olar.

Mobil maşınların tormozlanma effektivliyini onun tormoz yolu ilə qiymətləndi-rirlər.

Traktorlar və avtomobillər nəzəriyyəsindən məlumdur ki, əyləyicinin yolu aşa-ğıdakı formula ilə müəyyən edilə bilər.

0 – saxlanma yolu (tormoz yolu) m; σ0 – tormozlamaya başlayan zaman sürət km/saat; fət – tormozlanma şəraitinin istismar əmsalı; f – şin və torpaq arasında ilişmə əmsalı.

Əgər avtomobilə (traktora) yedək qoşulmuşsa təkərlərdə tormozlanma yoxdursa onda, saxlama yolu böyüyür.



Ga – maşının (tarktorun) kütləsi, kq

Gn – qoşqunun kütləsidir; kq.

Avtomobillərin tormoz yolu m-lə.






fe



Başlanğıc sürət km/s

20

30

40

50

60

70

80

100

Minik maşınları

Yük və avtobuslar hidravliki tormozla


Yük və avtobuslar, avtopoezdlər pnevmatik tormozla

0,85

0,60


0,20

0,85


0,60

0,20


0,85

0,60


0,20

3,6

4,6


12,0

4,6


6,0

16,6


6,2

7,2


7,6

7,2

9,5


26,1

9,5


12,6

60,0


11,9

15,0


36,8

12,0

16,0


45,6

16,0


21,6

93,0


19,2

24,8


63,2

18,0

24,2


70,5

24,2


33,0

133,4


28,0

37,0


97,0

25,2

34,2


100,8

34,2


46,8

-

39,0



51,6

138,2


33,6

45,9


-

45,9


63,0

-

51,6



68,6

-


43,2

59,3


-

59,3


81,6

-

67,5



80,0

-


66,0

91,0


-

91,0


12,60

-

9,9



134,0

-




Blokirovka edici quruluşlar: işçiləri təhlükəli sahəyə toxunmağa buraxmır ya-xud insan təhlükəli sahəyə daxil olduqda təhlükəli faktoru ləğv edir. Belə quruluşların köməyi ilə mexanizm avtomatik dayandırılır. Avtoblokirovkalar mexanizmaların daha təhlükəli sahələrinə quraşdırılır. Blakirovkalar mexaniki, elektriklə fotoelektrik, hid-ravliki, pnevmatik, kombinəedilmiş və radiatsiyalı olur:-

Mexaniki blokirovkalar daha çox traktor və maşınların sürətlər qutusunda sürət-lərin keçirmələrinin dəyişdirilməsində tətbiq edilir (ilişmə muftasının köməyi ilə) hansı ki, bu ilişmə muftası olmasa dişli çarxlar qırıla bilər.

Elektrik blokirovkalar elektrik qurğularında cərəyan ötürən hissənin çəpərlən-məsini təmin edir. Maşın və mexanizmanın səhvən işə buraxılmasında həmin qurğu-nun köməyilə maşın dayandırılır.

Fotoelektrik blokirovkalar - bu blokirovka qurğular daha təhlükəli cahələrdə fotoelementlərin köməyilə yerinə yetirilir. Burada təhlükəli sahə işıq şüaları ilə çəpər-lənir. Əl yaxud ayaq təhlükəli sahəyə düşən zaman işıq şüasının seli kəsilir və foto-element gücləndirici vasitəsilə təsir edərək maşın və ya mexanizmanı dayandırır (mi-sal üçün liftlərdə mehmanxanalarda).

Pnevmatik və hidravliki blokirovka edici sistemlər insan bədəni yüksək təzyiq altında olan aqreqatlarda geniş tətbiq olunur: turbinlər, kompresorlar, nasoslar və s. Onların əsas üstünlüyü kiçik intensivlikli olmalarıdır.

Sənayedə daha təhlükəli sahələrin mühafizəsi üçün radiatsiyalı blokirova edici-lərdən istifadə edilir. (preslərdə, dəmir kəsən qayğılarda).

Müasir kənd təsərrüfatı istehsalında işləyənlərdən yüksək diqqətlilik və tez reak-siya (müəyyən təhlükələr baş verdikdə) tələb olunur. Bunun üçün işçiləri iş sahəsində təhlükəli və zərərli faktorlar olduqda məlumatlandırmaq üçün siqnallaşdırıcı qurğulardan geniş istifadə edirlər.



Siqnallaşdırma: - baş verəcək və baş vermiş təhlükədən müdafiə üsulu kimi mü-asir texnologiyada siqnallaşdırmadan geniş istifadə edilir.

Təsir etmə üsuluna görə siqnallaşdırmanın aşağıdakı növləri vardır: işıqla, səslə, rənginə və işarəsinə görə.

İşıq siqnalından bir təhlükəsizlik vasitəsi kimi nəqliyyat işlərində geniş istifadə edilir. O, qarşılaşdıqda və nəqliyyatın arxasınca getdikdə təhlükəni xəbərdar edir. Bu məqsədlə nəqliyyat vasitələri müxtəlif işıq siqnalları ilə ( priborlarla) təchiz olunur: faralar, dayanma siqnalı, dönmə göstəriciləri və s.

Traktor aqreqatlarını ikitərəfli siqnalla təchiz etməklazım gəlir.

Avadanlıqlarda yaranmış artıq səs-küydə işıq siqnalından aşağı səs-küydə isə (60...70 dБ)-səs siqnalından istifadə olunur.

Rəngdən istifadə edərək təhlükələrin kordinasiya edilməsi ilə istehsalatda çoxlu miqdarda baş verə biləcək bədbəxt hadisələr qabaqcadan xəbərdar edilir.

DÜİST 12.4.026-76-ya əsasən aşağıdakı rəng siqnalları və onların istifadə sahə-ləri müəyyənləşdirilmişdir: Qırmızı – “Qadağan edilmişdir”, “Dayan”, “Mütləq təhlü-kə var”.

Sarı – “Diqqət”, “Ola biləcək təhlükəniun xəbərdarlığı”, Yaşıl – “Təhlükəsiz”, “İcazə verilir”, “Yol boşdur”, Göy – “Məlumat”.

İşin xüsusiyyətindən asılı olaraq işçilərə xüsusi geyimlərin verilməsində rəng-lərin seçilməsindən son zamanlar geniş istifadə olunur. (Dəmir yolunda işləyənlər, təhlükəli sahələrdə və s.)- 1970-ci ildən başlayaraq işarə siqnallarından təhlükəsizliyi təmin etmək üçün daha geniş istifadə olunur.

DÜİST 12.4.026-76-ya əsasən təhlükəsizliyin dörd qrup işarə siqnalı müəyyən-ləşdirilmişdir. Hər bir qurup üçün işarənin forması, rəngi, ölçüləri baxma məsafəsin-dən asılı olaraq müəyyən edilmişdir. Hər bir işarə üçün onun qoyulma yeri göstəril-mişdir.

Qadağanedici işarələr hər hansı bir hərəkətin təsirini qadağan edir (mis: siqaret çəkməyi qadağan etmək, açıq alovun (yanmanın) tətbiqini, maşın və ya piyadaların hərəkətini, hərək sürətinin məhdudlaşdırılması və s.).

Qruplar aşağıdakılardır: “Qadağan edici”, “Xəbərdar edici”, “Göstərici” və “İca-zə verici”.

Müəyyən məsafədən idarə etmə: -

Müəyyən məsafədən idarə etmə texnoloji proseslərdə əməyin təhlükəsizliyində böyük əhəmiyyət kəsb edir. Belə ki, xidmət işçilərin təhlükəli sahədən uzaq edir.

Kənardan idarə etmə o sahələrdə tətbiq edilir ki, həmin şəraitdə insanların işləməsi çətinlik törədir, yaxud mümkün deyildir.



MÖVZU 10

ELEKTRIK TƏHLÜKƏSIZLIYININ ƏSASLARI
MÖVZUNUN PLANI

1. Elektrik travmalari. elektrik cərəyaninin insan orqanizminə təsiri.

2. Elektrik təhlükəsizliyinə görə binalarin təsnifati.

3. Addim gərginliyi.

4. Toxunma gərginliyi.

5. Statik elektrikdən mühafizə.

6. Texniki xidmət və təmir işlərində əməyin təhlükəsizliyi.

7. İstehsalat binalarina, iş yerlərinə və avadanliğa verilən tələbatlar.

8. Qaynaq işlərində təhlükəsizlik tədbirləri.

9. İnsanlarin daşinma qaydalari.



ELEKTRIK TƏHLÜKƏSIZLIYININ ƏSASLARI

Elektrik travmalari. elektrik cərəyaninin insan

orqanizminə təsiri.
Elektrik təhlükəsizliyi: -texniki təşkilatı tədbirlər və basitələr sistemi olub insan-ları elektrik cərəyanının, elektrik qövsünün, elektromaqnit sahənin və statik elektri-kin zərərli və təhlükəli təsirindən müdafiəsini təmin etməkdir. DÜİST 12.1.009-76 (86).

Elektrik cərəyanı insan əməyini yüngülləşdirməklə yanaşı onun həyatı üçün çox təhlükəlidir.

Elektrik cərəyanı insan orqanizmindən keçdikdə ona kimyəvi, istilik və bioloji təsir göstərir.

Kimyəvi təsir zamanı qan və bədəndə olan başqa mayelər parçalanır.

İstilik təsirindən bədənin ayrı-ayrı sahələrində yanıq əmələ gəlir.

Bioloji təsirdən əzələlər gərilir və s.

Ən təhlükəli elektrik vurmasıdır (электрический удар.) əsəb sisteminin və bə-dənin başqa hissələrində baş verən nataloji dəyişikliklərlə əlaqədar olaraq bunu dörd qrupa bölmək olar:

I – ağılın itməməsi ilə əzələlərin sudurğası.

II – ağılın itməsi ilə əzələlərin sudurğası.

III – ağılın itməsi ürək və nəfəs yolunun funksional dəyişməsi (ürəyin paralici

iflici).

IV – klinik ölüm. (ölüm və həyat arasında keçid vəziyyətdir).

Elektrik cərəyanının insan orqanizminə təsiri bir neçə amildən asılıdır:

Cərəyanın şiddəti; insan bədəninin müqaviməti; gərginliyin miqdarı: cərəyanın tezliyi və növü, keçmə müddəti (təsir müddəti).

Cərəyanın bədəndən keçmə yolları cərəyanın bədəndən keçmə müddəti və insan orqanizminin şəxsi xüsusiyyətləri (yaşı, cinsi, sağlamlığı və s.).

Elektrik cərəyanının təsirinin həlledici amili xərəyanın şiddətidir.

Cərəyan şiddəti 90...100 mA olduqda, onun təsir müddəti 3 saniyə qədər uza-narsa ürəyin iflici başlayır. Deməli cərəyanın 100mA və ondan yüksək qiyməti öldürücüdür. Cərəyan şiddəti ilə, onun təsir müddəti arasında aşağıdakı kimi asılılıq vardır.

burada Jaq - adam bədənindən keçən cərəyan, mA;



t - təsir müddəti, san;

İnsan bədəninin müqavimətinin gərginlik altına düşmədə böyük rolu vardır. İn-san bədəninin müqaviməti Ra geniş hüdud da dəyişir 1000...100000 OM arasında. Bu qiymət, dərinin vəziyyətindən onun quru, nəm, kobudlaşmış, kəsik oilmasından çox asılıdır. Xəstə, sərxoş adamlarda bədənin müqaviməti az olur.

Qadınlarda və yeniyetmələrdə də kişilərə nisbətən bədənin müqaviməti az olur.

Cərəyanın növü və tezliyində də cərəyanın vurması asılıdır. Eyni dərəcəli trav-ma törətmək üçün dəyişən cərəyana nisbətən sabit cərəyanın miqdarı daha çoxdur. 50 hs (hers)-dən az və 150 hs-dən çox tezlikdə elektrik cərəyanı daha qorxulu hesab olu-nur.


ELEKTRIK TƏHLÜKƏSIZLIYINƏ GÖRƏ

BINALARIN TƏSNIFATI
Elektrik qurğularının təhlükəsizliyi onların hansı mühitdə istismar olunmasın-dan çox asılıdır.

Yüksək nəmişlik, aqressiv qaz, buxar təsiri altında işləyən elektrik avadanlığının məftillərinin izolyasiyası daha tez sıradan çıxır. Adamların bədəninin müqavimətidə yüksək nəmlikdən azalır. Bütün istehsalat binları ətraf mühitdən asılı olaraq elektrik təhlükəsizliyinə görə aşağıdakı siniflərə bölünürlər.



  • Yüksək təhlükəli olmayan binalar

  • Yüksək təhlükəli binalar

  • Xüsusilə təhlükəli binalar.

Yüksək təhlükəli binalara aşağıda qeyd olunan xüsusiyyətlərdən birinə malik olan binalar aiddir.

  • nəmişliyi və ya buxarlılığı > 75% olan

  • daxilində cərəyan keçirən tozlar olan

  • cərəyan keçirən döşəməsi olan binalar.

  • Yüksək temperaturu (> + 30 S0) olan

Yuxarıda göstərilən amillərdən heç biri olmayan binalar yüksək təhlükəli sayıl-mır.

Xüsusilə təhlükəli binalara aşağıdakı amilləri olan binalar aiddir.



  • Nisbi nəməiyi 100%-ə yaxın və t > 30 S0

  • daxilində kimyəvi aktiv maddələrin olması (turşu, qələvi buxarı).

  • Yüksək təhlükəli binalardakı amillərdən iki və daha çox olması.

  • Bina xaricində istismar edilən elektrik qurğuları və s.

  • K/t-da binaların çoxu (tövlələr, kübrə və zəhərli maddələr saxlanan ambarlar, torpaq döşəməli başqa binalar) yüksək təhlükəli binalara aiddir.



ADDIM GƏRGINLIYI
Addım gərginliyi dedikdə gərginlik altında olan məftil qırılıb düşdükdə yaxud gövdəsi gərginlik altında olan avadanlığın gövdəsinə birləşdirilmiş torpaqlayıcıdan yerə cərəyan axdıqda həmin sahəyə yaxınlaşan adamın iki ayaqları arasındakı sahə gərginliyi (addım gərginliyi) başa düşülür.

Elektrik təhlükəsizlik qaydalarına görə addım gərginliyindən müxtəlif dərəcədə zədələnmələr yaxud ölüm hadisəsi baş verir.

Addım gərginliyini aşağıdakı əyrinin köməyi ilə aydınlaşdıraq.

AM - əyrisindən görünür ki, torpaqlayıcının yaxınlığından yerə axma cərəyanı A, Б, V, Q, Д nöqtələri ilə təyin edilir.


Bu nöqtələr arasında gərginlik düşgüsü insanın addımına uyğun 0,8 m. bərabər kəsmələrdə aB, bV, vQ, qD və dE olur.

Beləliklə OM xəttini insan addımına uyğun 0,8 m hissələrə bölsək həmin nöq-tələrdəki (müxtəlif nöqtələrdə) potensiallar fərqi yaranır.

Nə qədər torpaqlayıcıya yaxınlaşsan gərginlik daha çox olur.

Yəni Aa > Bb > Vv > qQ > Dd.

Təcrübə yolu ilə alınan qiymətlərdən görünür ki, sahələrdəki gərginlik düşküsü 1 m radiusda torpaqlayıcının yerləşdiyi yerin mərkəzindən yaxud məftilin qırılıb yerə düşdüyü yerdən ümumi gərginliyin 68%-ni, 2-10m radiusda ki, sahədə -24%-ni, 10-20m radiusda ki, sahədə - 8%-ni təşkil edir.

İnsanın gərginlik altında olan sahədə düşdüyü gərginlik düşgüsünü addım gər-ginliyi adlandırmaq olar.

Yuxarıdakı əyridən görünür ki, qırılıb yerə düşmüş məftilə yaxın yer daha təhlü-kəlidir.



Belə hal heyvanlar üçün daha təhlükəlidir. Çünki heyvanlarda qabaq ayaqla dal ayaq arası məsafə yəni addım daha böyükdür.


TOXUNMA GƏRGİNLİYİ
Toxunma gərginliyi dedikdə, gərginlik altında olan avadanlığın gövdəsi ilə ona toxunan insan arasındakı nöqtədə olan gərginlik başa düşülür.

Əgər insan yerə cərəyan axan zonadan (torpaqlanmış gövdəyə) elektrik qurğu-sunun gövdəsinə toxunarsa insan toxunma gərginliyinə düşür.



Torpaqlayıcıya yaxın yerdə rtop = 0 olarsa
Umax = 0 olar
Göstərilən formula əsasında toxunma gərginliyini aşağıdakı kimi tapmaq olar.
Umax = Kmax · Jtox · Rtop ; V
burada Kmax – torpaqlama əmsalı olub qiyməti vahiqqən kiçik olur Kmax ≤ 1

Toxunma gərginliyi elə hallarda daha da təhlükəli olur ki, insan izolyasiyası pozulmuş qurğunun gövdəsinə toxunduqda ayaqqabısız yaxud nəmli yerdə durub toxunsun.



STATİK ELEKTRİKDƏN MÜHAFİZƏ
Məlumdur ki, iki müxtəlif maddələrin birgə sürtünməsindən, eyni zamanda ma-ye və qazların ötürücü borularla hərəkəti zamanı statik elektrik cərəyanı yığımı yara-nır. Statik elektrik cərəyanının yığımı böyük potensialın yaranmasına səbə ola bilər.

Avtomobillərin beton yolla hərəkəti zamanı şinlərin sürtünməsi, qum hissələri-nin və çınqılın avtomobilin metal hissələrinə zərbəsi nəticəsində onun banında gər-ginlik 3000 V-a, polad boru ilə benzinin axıdılmasında 3600 V-a kimi, qayış ötürmə-sində 15 m/san sürətlə hərəkətdə 80000 V-a, lentli yükləyici transpartiyorlarda isə 45000 V-a kimi gərginlik yaranır. Təcrübələrlə müəyyən edilmişdir ki, bütün yanar qazlar 3000 V potensiallar fərqində alışa bilər, 5000V potensiallar fərqində isə yanıcı tozlar yana bilər.

Kənd təsərrüfatı istehsalatında statiki elektrik cərəyanı avtosisternalarda neft məhsullarının daşınması və boru ötürücülərində ötürülməsi zamanı, küləşin doğran-ması, taxıl və başqa quru üzvü kütlələri xırdalayan avadanlıqların gövdəsində, qayış ötürmələində, lentli yükləyicilərdə, hava ötürən ventilyasiya qurğularında və s. yara-nır.

Statiki elektrikin fizoloji təsiri onun azad olunmuş enerji tutumunun qiymətin-dən asılı olaraq hissiyat zəif, güclü və hiss ediləcək iynə vurmaq kimi və yaxud itələ-mə kimi ola bilər.

Statiki elektrikdən mühafizə məqsədilə onun yaranma mənbəinin qarşısı alınır yaxud onun torpağa ötürülməsi təşkil edilir. Cərəyanın yaranmasının qarşısını almaq üçün iş yerində nisbi nəmliyi 70%-dən artıq etməklə, havanın ionlaşdırılması ilə və s. mümkündür.

Neft məhsullarının və başqa yanıcı mayeləri statiki elektrikdən mühafizə məqsə-dilə onların boşaldılması zamanı yüksəkdən tökmək və dağılmaqdan qorumaq lazım-dır ki, sürtünmə az olsun.

Daha effektiv və ehtibarlı mühafizə vasitəsi metal hissələrin və rezervuarların (hövzələrin) cərəyan yarana biləcək yerlərin torpaqlanmasıdır;

Dielektrik mayelərin və neft məhsullarının daşınması üçün xüsusi cərəyan ötü-rən rezin şinli avtomobillərdən istifadə edilməlidir.

Köhnə konusturksiyalarda statiki elektriki ötürmək üçün metal zəncirlərdən isti-fadə edilir, hansı ki, azı beş yerdən yerlə əlaqə yaratmaq lazımdır.

TEXNİKİ XİDMƏT VƏ TƏMİR İŞLƏRİNDƏ ƏMƏYİN

TƏHLÜKƏSİZLİYİ

Iş yerinin təşkili: - İstehsalat trabmaları ilə mübarizədə iş yerinin təşkili və ona xidmətdən, əməyin ratsional üsullarından və qəbulların seçilməsindən çox asılıdır. İş yeri elə avadanlıqla təmin olunmalıdır ki, təhlükəsiz, minimum enerji sərf etməklə iş-çi ən yüksək texniki-iqtisadi göstəricilərə nail olsun.

Təmir və texnoloji xidmət işlərini yerinə yetirən zaman təmir-texnoloji avadan-lıqlar erqonomik tələbatı təmin etməlidir.

İşçinin bədəninin vəziyyəti, onun fizioloji ratsional halı işin növündən və əmək şəraitindən asılı olaraq həll olunmalıdır. Misal üçün təmir işini yerinə yetirərkən, hərəkət etmədən oturaraq kütləsi 5 kq-a qədər olan hissələri, 5...10 kq –a qədər kütləsi olan hissəni oturmuş həmdə ayaq üstə, 10 kq-dan artıq kütləsi olan hissəni isə ayaq üstə qaldırıb işləməyə icazə verilir.

Sökmə-yığma və çilingər işlərində təhlükəsizlik qaydaları: (tədbirləri).

Təmir işlərində istehsalat travmalarının tədqiqi göstərir ki, əsasən travmaların çoxu sökmə-yağma əməliyyatlarında baş verir. Alətlərin saz vəziyyətinə nəzarət əsa-sən işçinin özü tərəfindən edilməlidir.

Sökmə-yığma işlərində əməyi yükgülləşdirmək və onun təhlükəsizliyini artır-maq üçün müxtəlif çıxarıcılardan (сьемники) qurluşlardan, mexanikləşdirilmiş əl alətlərindən istifadə olunur.

Əgər standarta uyğun olmayan avadanlıqdan istifadə edilirsə, qabaqcadan onun etibarlılığı, möhkəmliyi yoxlanılaraq akt tərtib edilməlidir.

İş zamanı elektrikləşdirilmiş alətlərdən istifadə edilirsə, işdən əvvəl işəsalanın yararlılığı, torpaqlama xətti, mənbədən gələn xəttin izolyasiya etibarlılığı yoxlanma-lıdır. İş zamanı rezin əlcəklərdən, kəmərlərdən istifadə edilməlidir. Alətlərin qızması zamanı fasilə etmək lazımdır və bir müddət alət boş işləməlidir.

Pnevmatik alətlərdən istifadə edildikdə birləşmə xətləri yoxlanılmalıdır, şlanq-ların qırılmasına yol verilməməlidir. Onların birləşdirilməsi tələb edildikdə mütləq hava kranı mənbədən saxlanıldıqdan sonra yerinə yetirilməlidir.


İSTEHSALAT BINALARINA, IŞ YERLƏRINƏ VƏ AVADANLIĞA VERILƏN TƏLƏBATLAR.
İş yeri elə təşkil edilməlidir ki, hər bir işçiyə minimum 4,5...5 m2 sərbəst sahə, 16...20 m3 həcm düşsün. İş yerlərindəki stellajlar yığılacaq materialların ölçülərinə uyğun gəlməli, üzərində maksimum buraxıla bilən yük aydın yazılmalıdır. Zay his-sələrin yığılması üçün ayrıca yer təşkil edilməli, yonqar və başqa tullantılar üçün yeşik qoyulmalıdır. Hər bir iş yerində işçi alətləri komplekti və nəzarət-ölçü cihazları olmalıdır. İş yerinin avadanlığı iş ardıcıllığına uyğun yerləşdirilməlidir. İş yerinin təşkili DÜİST 12.2.032 –88-in habelə DÜİST 12.2.017-96-nın tələblərinə cavab verməlidir. Belə ki, alətlər saz və itilənmiş olmalı, təyinatına görə işlədilməlidir. Mü-əssisənin mühəndis-texnik işçiləri alət və quruluşların sazlığını yoxlamalı, nasaz alət-lərin saxlanılmasını və ya çıxdaş edilməsini təşkil etməlidirlər.
QAYNAQ IŞLƏRINDƏ TƏHLÜKƏSIZLIK TƏDBIRLƏRI.
Elektrik qaynağı zamanı elektrik qövsü alındığına görə görünən və görünməyən parlaq işıq şüaları (ultra bənövşəyi və inforaqırmızı) görmə orqanlarına kəskin təsir göstərir. Parlaqlığın və ultirabənövşəyi şüanın təsiri gözün tor təbəqəsini görmə siniflərini zədələyir. 1...3 gün müddətində davam edən kəskin ağır hiss olunur. Əgər bu təsir uzunmüddətli olarsa, gözün xroniki xəstələnməsinə və hətta korluğa səbəb ola bilər.

Qaynaq aparılan sahələrdə avadanlığın və əmək şəraitinin təşkili DÜİST 12.2. .008-90-nin tələblərinə uyğun gəlməlidir. Buna görə də bir sahədə bir neçə qaynaqçı işləməməli və böyük sexin bir tərəfində qaynaq aparılmalı olduqda qaynaqçıların iş yeri qalan sahədən metal arakəsmə ilə ayrılmalıdır. Hər qaynaqçı üçün 4,5...5 m2 sərbəst sahə qalmalı və arakəsmə tavandan 0,25...0,3 m aşağı dayanmalıdır. Qaynaq stolunun və transformatorun gövdəsi yerləbirləşmə quruluşuna birləşdirilməlidir. Açıq havada qaynaq ancaq çardaq altında və ya yağmursuz havada aparılmalıdır.

İçərisində yanacaq-yağlama materialları olan qablar 12%-li konstik soda məhlulu və isti su ilə yuyulub qurudulduqdan sonra qaynaq olunmalıdır.

Qaynaqçı cərəyanın qiymətinə görə ЭS-1, ЭS-2, ЭS-3 və ЭS-4 markalı maska (DÜİST 12.4.035-98) və ya qara şüşəli eynək kimi fərdi mühafizə vasitələri, habelə brezent əlcək və xüsusi geyimlə təmin olunmalıdırlar. Qaynaq nəm otaqlarda və ya nəmişlik şəraitində aparılarkən qaynaqçı rezin əlcək və qaloş geyib, rezin xalça, ya-xud quru taxta ayaqaltı üzərində dayanmalıdır.



Qaz qaynaği əsasən oksigen və asetilenin qarışığı ilə aparılır. İş vaxtı qaz balonu-nun çıxış borusuna reduktor (yüksək təzyiqi işçi təzyiqə qədər alçaltmaq üçün) bağ-lanmalı, onun iki manometri və kranı olmalıdır.

Reduktordakı manometrlərdən biri yüksək təzyiqi, o biri isə alçaq təzyiqi göstə-rir. İş zamanı balonda 19,62 · 104 Ra təzyiq saxlanmalı yəni balon tam boşaldılmama-lıdır.

Qaynaq üçün asetilen ya balonlarda gətirilir, ya da asetilen generatorundan götü-rülür. Asetilen generatorunda kalsium karbidlə su arasında kimyəvi reaksiya gedərək sönmüş əhəng və asetilen alınır:

Beləliklə, 1 kq kalsium karbidlə 10 l su arasında gedən reaksiyadan 250 litrə qə-dər asetilen alınır. 16 kq kalsium karbiddən alınan asetilenin yanmasına 5 m3 oksigen sərf olunur. İş zamanı generatorun istismar qaydasının pozulması ciddi təhlükəli part-layış törədə bilər.

Açıq havada işlədildikdə asetilen generatoru adamlar az olan sahədə qaynaqçıdan azı 10 m aralı yerləşdirilməlidir.

Oksigen balonu isə qaynaqçıdan azı 5m aralı olmalıdır. Qaynaq qapalı binalarda aparıldıqda isə asetilen generatoru odadavamlı materialdan tikilmiş (sərbəst hündü-rlüyü azı 3 m olan) ayrıca otaqda yerləşdiirlməli, otağın qapısı çölə açılmalı, yaxşı ventilyasiyası olmalıdır. Stasionar iş yerlərində isə yerli sorma sistemləri qurul-malıdır.


İNSANLARIN DAŞINMA QAYDALARI.
İnsanların daşınması üçün xüsusi müəyyənləşdirilmiş nəqliyyat vasitələrindən istifadə edilir. Hərəkətə başlamamışdan əvvəl sürücü tam əmin olmalıdır ki, hərəkətin təhlükəsizliyi tam təmin olunmuşdur. Qapılar bütün tərəflərdə möhkəm bağlanmalı-dır, onların açılması yalnız tam dayandıqdan sonra aparıla bilər.

İnsanların yük maşınların banında daşınması hallarında, üç ildən az olmayaraq fasiləsiz iş stajı olan sürücülərə icazə verilir. Bu zaman maşınların banı xüsusi olaraq hazırlanmalıdır. Oturacaqlar təlimata uyğun möhkəm bərkidilməli və oturacaqların sayına uyğun insanlar oturmalıdır. Oturacaqların sayından artıq bir nəfərin belə otur-masına icazə verilməməlidir.

Hər bir maşında xüsusi müəyyənləşdirilmiş yerdə həcmi 2 litirdən az olmayaraq xüsusi kimyəvi odsöndürən yerləşdirilməlidir.

Sürücü hərəkətə başlamamışdan əvvəl sərnişinlərin düşməsi və ya minməsi ba-rədə təlimatlandırmalıdır, hərəkət zamanı heç kimin yerindən qalxmasına icazə veril-mir. Uşaqların qrup halında daşınması zaman mütləq iki nəfərin maşının banında nə-zarət üçün yerləşdirilməsi təmin edilməlidir. Bütün hallarda əgər maşınların banında insan daşınırsa hərəkət surəti 60 km/saat-dan artıq olmamalıdır.

Özü boşaldan maşınlarda, sisternlərdə yarım qoşqusu olan maşınlarda insanların daşınmasına icazə verilmir.

Avtobuslarda və ya xüsusi yük maşınlarında uşaqlar daşındıqda, maşınların həm qarşısında, həmdə arxasında xüsusi bildirişlər asılmalıdır.



MÖVZU 11

HEYVANDARLIQDA VƏ QUŞÇULUQDA MEXANİKLƏŞDİRİLMİŞ

VƏ MEXANİKLƏŞDİRİLMƏMİŞ İŞLƏRDƏ TƏHLÜKƏSİZLİK

TƏDBİRLƏRİ


P L A N

1. Heyvandarlıqda istehsalat travmalarının analizi.

2. Heyvandarlıqda əsas işlərin yerinə yetirilməsində təhlükəli faktorların xarak-

teristikası.

3. Texnoloji avadanlıqların quraşdırılmasında, yemin hazırlanmasında, yemin

paylanmasında, peyinin yığılmasında, sağım və soyuducu qurğulara, qulluq

zamanı təhlükəsizlik tədbirləri.

4. Diaqnostika və texniki xidmət maşınlarına, yuma işlərində, sökmə-yığma və

çilingər işlərində, metalların soyuq və isti emalında təhlükəsizlik qaydaları.

5. Güc enerji avadanlıqlarından istifadə zamanı əməyin təhlükəsizliyi.

6. Nəqliyyat və yükləmə-boşaltma işlərində əməyin təhlükəsizliyi.

7. Yol-hərəkət hadisələrinin xəbərdar edilməsi.



HEYVANDARLIQDA VƏ QUŞÇULUQDA MEXANİKLƏŞDİRİLMİŞ

VƏ MEXANİKLƏŞDİRİLMƏMİŞ İŞLƏRDƏ TƏHLÜKƏSİZLİK

TƏDBİRLƏRİ

Əməyin təhlükəsizliyinə, aparılan profilaktiki tədbirlərin səmərəliliyinin törə-məsi kimi baxmaq lazımdır. (olar).

Belə hazırlanmış komplek planın əsasını istehsalat travmalarının hərtərəfli ana-lizi təşkil edir. Analiz bir sıra göstərici və faktorların öyrənilməsini (araşdırılmasını) tələb edir.

Burada əsasən: - səbəb və bədbəxt hadisənin şəraiti; zədələyici faktor (travma-nın mənbəii); travmanın növü, bədbəxt hadisələrin xüsusi çəkisi, istehsalat sahəsinə görə; travmanın zərərçəkənlərin ixtisaslarına görə paylanması, yaş və onların iş staj-ları; vaxt və mövsüm; sosial-iqtisadi zərər və s.


HEYVANDARLARIN ƏMƏYININ XARAKTERISTIKASI: (TƏHLÜKƏLILIYI ARTIRILMIŞ SAHƏLƏR).
DÜİST 12.0.003-89-ə müvafiq olaraq zərərli və təhlükəli istehsalat faktorlarının sinifləri hərtərəfli göstərilmişdir.

Heyvandarlıq və quşçuluqda isə bu xüsusi olaraq göstərilir.

Göstərilmiş sxemə uyğun olaraq obyektləri şərti olaraq dörd xüsusi və biri-birindən fərqli qrupa bölmək olar: partlayış təhlükəli, yanğın-təhlükəli, enizootik və toksiki (heyvandarlıqda istifadə edilən zəhərli maddələr) və heyvanlar (ayrı-ayrı növləri və ya cinsi yetginlik qrupuna görə).
XIDMƏT IŞÇILƏRINƏ ÜMUMI TƏLƏBAT:
İşə fiziki cəhətdən sağlam, tibbi müayinədən keçmiş, istehsalat proseslərlərini, öz vəzifəsini yaxşı bilən, əmək mühafizəsi sahəsində dərin nəzəri biliyə malik olan, təhlükəsiz iş üsullarını bacaran şəxslər buraxıla bilər.

ZOOMÜHƏNDIS – heyvandarlığın mühəndis istiqamətli texnoloqu. O daima yemin yığıl-masında və hazırlanmasında, yemləmədə, heyvandarlıq fermalarının su təchizatı ilə, inəklərin sağılması, qoyunların qırxılması, müəyyən hissə heyvandarlıq məhsullarının emalı və s. ilə əlaqəlidir (bağlıdır).

BAYTAR HƏKIM: öz işini heyvanların çoxlu miqdarda cəmləndiyi və texno-loji avadanlıqdan qrup şəklində istifadə edilməsi şəraitində aparır.

Belə şəraitdə yolxucu və yoluxmayan xəstəliklərin profilaktikasının, müxtəlif yoluxmaların aradan qaldırılmasının, dezinfeksiyanın, dezinseksiyanın, dezaktivatsi-yanın, deratizatsiyanın, dezodoratsiyanın vaxtlı-vaxtında aparılmasının böyük əhə-miyyəti vardır. (aparılması böyük əhəmiyyət kəsb edir).




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə