Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ


YEMIN YIĞILMASINDA VƏ HAZIRLANMASINDA



Yüklə 0,76 Mb.
səhifə6/8
tarix24.10.2017
ölçüsü0,76 Mb.
#6512
1   2   3   4   5   6   7   8

YEMIN YIĞILMASINDA VƏ HAZIRLANMASINDA

TƏHLÜKƏSIZLIK QAYDALARI

Heyvandarlıqda traktor aqreqatlarından yemin yığılmasında, onların yüklənmə-sində, boşaldılmasında və paylanmasında istifadə olunur. Bu maşınların istismarı öz spesifik xüsusiyyətlərinə görə bitkiçilikdə istifadə olunan maşınlardan fərqlənirlər.

Bu növ işlərdə əməyin təhlükəsizliyi təkcə maşın və mexanizmanın texniki və-ziyyətindən deyil eyni zamanda əməyin təşkilinin vəziyyətindən asılıdır, xüsusi olaraq harada eyni vaxtda bir neçə adam işləyir. İşin yerinə yetirilməsi rəhbərlik və baş mütəxəsislər tərəfindən təsdiq edilib hazırlanmış texnologiya və hərəkət isti-qamətində aparılmalıdır.

Rəhbərlik qaba yemlərin yığılmasında işin təşkilini və təhlükəsizliyini təmin etmək üçün cavavdeh şəxs təyin etməlidir. Onun əsas vəzifəsi: tayaların vurulması üçün sahənin seçilməsi, xüsusi rasional sxema üzrə yükləyici və daşıyıcı maşınları müəyyənləşdirmək, hərəkətin buraxıla bilən sürətini seçmək, işçilərin təhlükəsiz işini təlimatlandırmaq, işçilərdən birini tayanın burulmasında böyük təyin etmək və onun vəzifəsini ona aydınlaşdırmaq işin gedişinə mütamadə (sistematik) olaraq nəzarət etməkdir. Taya burma işi ancaq işıqlı vaxtda aparılmalıdır, küləyin sürəti 6 m/san ar-tıq olmamalıdır. Məlum olduğu kimi tayaları müvafiq formaya salınması müəyyən yüksəklikdə yerinə yetirilir, buna görə bu işə xüsusi tələbat olmalıdır.

İşə başlamamışdan əvvəl bütün işçilər (taya buranlar) tibbi müayinədən keçdik-dən sonra yüksəklikdə işləmək üçün buraxılış almalıdırlar.

Cavabdeh şəxs işçiləri saz alətlərlə və nərdivanla təmin etməlidir.

Hərəkət edən yükü qaldıran (Taya vuranların, hasarlı dırmıqlı) sürəti yüklə 3 km/saat-dan yüksüz – 17 km/saat-dan artıq olmamalıdır.

Silos və senajın qüllələrdə yığılması zamanı böyük (starşi) mexanizator təyin edilməlidir. Xəndəklərdə (xüsusi quyularda) silosun yığılması zamanı bacarıqlı mexa-nizatorlardan biri silos kütləsinin kipləşdirilməsində iştirak edir. Silos və ya senajın kipləşdirilməsində I və II dərəcəli traktorçulara icazə verilir.

Köməkçi işçi kimi 18 yaşına çatmış fiziki cəhətdən sağlam şəxslərə icazə verilir. Kipləşdirmə üçün yalnız zəncirli traktorlara icazə verilir. Xəndəklərdə eyni vaxtda ikidən artıq traktorun işləməsinə icazə verilmir bu zaman xəndəklərin eni 12 m-dən az olmamalıdır.

Kənd təsərrüfatında yemin-senajın yeni texnologiya ilə hazırlanması təcrübi olaraq geniş sürətdə tətbiq olunur. Tədqiqatlar göstərir ki, senaj qüllələrinin düzgün istismar edilməməsində qəzaların və travmaların baş verməsi yaranır. Bunların əsas səbəbləri: qoruyucu qurğuların olmaması yaxud yararsız olmasından işçilərin yüksək-likdən yıxılmaları, müxtəlif əşyaların və alətlərın düşməsi, avadanlıqların istisma-rında təhlükəsizlik qaydalarının kobud sürətdə pozulması və s. Bundan başqa yaddan çıxarmaq lazım deyildir ki, senaj qüllələrindən istismar zamanı fermentasiya döv-ründə zərərli qazlar ayrılır (CO).

Senaj qüllələrinə xidmət üçün iki nəfər sazlayıcı-operator ayrılmalıdır və onlar-dan bir nəfəri böyük kimi təyin olunur.

Sazlayıcı-operator işinə yaşı 18-dən aşağı olan gənclər buraxılmır, onlar müəy-yən edilmiş vəsiqə almaqla 30 m-ə qədər yüksəklikdə işləmək üçün tibbi müayinədən keçməlidirlər.

İldırım (şimşək) olan zaman mütləq iş dayandırılaraq işçilər qüllədən 50 m-dən az olmayaraq uzaqlaşdırılmalıdır.

Zərərli və təhlükəli təsirlərdən qorunmaq üçün senaj qülləsinə xidmət işçiləri fərdi mühafizə vasitələri ilə təchiz olunmalıdırlar (bu zaman işçilərə PŞ-1 markalı əleyhiqaz verilməlidir).

Yem hazırlayan maşınlarda işləyən işçilər xüsusi olaraq təlimatlandırılmalı və nəzarət altında olmalıdırlar.

YEMIN PAYLANMASI VƏ PEYININ YIĞILMASI AVADANLIQLARINA XIDMƏT ZAMANI

TƏHLÜKƏSILIK QAYDALARI.


Mexanizm və avadanlıqlar müvafiq layihə üzrə möhkəm bünövrə üzrə quraşdı-rılaraq yerləşdirilir.

Stasionar yempaylayıcıların xətləri və çəkici quruluşları ehtibarlı çəpərlən-məlidir.

Xidmət körpücüyü, yempaylayıcı platformaya texniki xidmətdə istifadə üçün 1,1m hündürlükdə hasarlanır. Meydançaya qalxmaq üçün 0,8 m-dən 1m-ə-dək enində iki tərəfli pilləkandən istifadə edilir, maillik 45o –dən artıq olmamalıdır (daimi istifadədə 60o-ə ola bilər).

Stasionar yempaylayıcılara xidmət zamanı transportiyoru (daşıyıcını) işə salmaq və dayandırmaq üçün xətlərin sonunda müəyyən məsafədən idarə edən iki tərəfli TVK-80A quraşdırılır. ÜİETƏMİ (VNİİOT) transportiyoru müəyyən məsafədən saxlamaq üçün quruluş hazırlamışdır.

Heyvandarlıq fermalarının binalarından peyini xaric etmək üçün əsasən iki üsul mövcuddur.

Bunlardan birincisi hidravliki yuma, digəri pinevmatik qurğular vasitəsilə edilir.

Hidravlik yuma üsuli ilə peyini ferma binasından xaric etdikdə yuma kanalları-nın üstündə bütün yerdə ehtibarlı bərkidilmiş hasar çəkilməlidir, peyin öz vaxtında kanallardan keçərək peyin saxlanan ambarlara ötürülməlidir.

Peyinin çıxarılması zamanı pnevmatik qurğuların istismarı zamanı nəzərə alın-malıdır.

a) stasionar kompressor qurğularında hava ötürən və qaz ötürənlərin təhlükəsiz istismar və quruluş qaydalarını.



  1. təzyiq altında işləyən qabların təhlükəsiz istismar və quruluş qaydalarını.

Təsərrüfat rəhbərinin əmri ilə mühəndis-texniki işçilərdən bir nəfər pnevmatik qurğuların təhlükəsiz istismarı üçün cavabdeh şəxs müəyyənləşdirilir.

Cavabdeh şəxs Dövlətenergetika nəzarəti müfəttişliyində qurğunun təhlükəsiz istismarı üçün imtahan verməlidir.

Belə qurğularda 18 yaşından yuxarı, xüsusi nəzəri cəhətdən öyrədilmiş, vəsiqəsi olan və tibbi müayinədən keçmiş şəxslərin işləməsinə icazə verilir.

Peyin yığılan quyularda işləmək lazım olduqda təsərrüfatın baş-mühəndisi yazılı formada naryad-buraxılış yazaraq təhlükəsizlik texnikası qaydaları göstərməlidir. Peyin quyusunda işləmək üçün briqadanın tərkibi 3 nəfərdən az olmamalıdır.

Bunlardan biri quyunun içərisində, ikinci çöldə (yuxarıda) işləməlidir. Üçüncü dayanaraq quyuda işləyənə nəzarət etməlidir müəyyən hadisə baş verdikdə ona kömək etməlidir. Birqada üzvüləri aşağıdakı ləvazimatlarla təmin edilməlidirlər: qoruyucu kəmər, 3m uzunluqda quyunun dərinliyindən artıq iplə, qabaqcadan 2000N (nyuton) yükə hesablanmış olmalıdır, süzgəcli, qutulu əleyhqaz KD markalı yaxud, borulu PŞ-2 markalı əleyqaz, qoruyucu kombinizon, rezin əlcək və ayaqqabı, akkumulyatorla işləyən 12 V gərginlikli fanar.



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə