Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ


SAĞIM VƏ SOYUDUCU QURĞULARA XIDMƏT ZAMANI



Yüklə 0,76 Mb.
səhifə7/8
tarix24.10.2017
ölçüsü0,76 Mb.
#6512
1   2   3   4   5   6   7   8

SAĞIM VƏ SOYUDUCU QURĞULARA XIDMƏT ZAMANI


TƏHLÜKƏSIZLIK QAYDALARI

Sağım sahələrində avadanlıqların yerləşdirilməsi və təşkili aşağıdakı tələbatlara cavab verməlidir:

Maşınla sağımda operatorların təhlükəsizliyini təmin etmək, istifadə olunan ava-danlıqlardan travmaların olma təhlükəsindən kənarlaşdırmaq, eyni zamanda heyvan-ların zərbəsindən, yıxılmadan və s. qorumaq.

Operatorun işini yüngülləşdirmək ona dəqiq və tez görməni, eşitməni müəyyən siqnalları qəbul etmək imkanı və işçi hərəkəti, idarəetmə təsiri yaratmaq.

Avadanlıqların və iş sahəsində yaxşı görməni təkil etməklə, işin gərginliyini azalt-maq, operatorun fizioloji cəhətdən yaxşı forma almasını təmin etmək.

Vakkum qurğu, kompressorlar, elektirik mühərriki, işə buraxma apparatı xüsusi ayrılmış otaqda olmalıdır.

Başqa avadanlıqların və kənar adamların bu otağa buraxılmasına icazə verilmir.

Tövlənin içərisində boru ötürücülər yerləşdirildikdə elektirik xətləri ilə onların ara məsafəsi minimum 100 mm olmalıdır. Operatorun işini yaxşı təşkil etmək üçün sağım aparatlarını işə salan ,südü ötürən, vakkum xətti 1700...1900 mm yüksəklikdə yerləşdirilməlidir, keçid yerlərində onlar 2200 mm-ə qədər qaldırıla bilər.

Xətli sağım qurğularında sağıcılar üçün xarakterik travmalardan biri termiki yanmadır. Bu da vedrələri qaynar su ilə qarışdırdıqda yaxud vedrələrə suqızdırıcılar-dan su doldurduqda alınır. Bunu aradan qaldırmaq üçün iş yerinə əl ilə qaynar su gətirməkdən azad etmək lazımdır. Əl ilə yuma zamanı yuyucu qarışığın temperaturu 40-45C0-dən artıq olmamalıdır.

Süd ötürücüıəri və sağım aqreqatlarını söküb-yığan zaman xidmət işçiləri əlin travma almasından qorunmaq üçün şüşədən hazırlanmış hissələrlə ehtiyatlı davran-malıdırlar.

Sağım aqreqatlarını, süd ötürücüləri, soyuducuları və süd yığıma qablarını yu-yub və dezinfeksiya edən işçilər xüsusi mühafizə geyimləri ilə: eynək, rezin əlcəklər, re-zin döşlüklər, rezin çəkmələr və s. təmin edilməlidirlər.

Müasir heyvandarlıq komplekslərində və fermalarda soyuducu qurğulardan ge-niş istifadə edirlər. Bu məqsəd üçün freon yaxud ammonyak qazından istifadə olunur. Onlardan düzgün istifadə edilmədikdə ağır nəticələr baş verə bilər.

Müəyyən edilmişdir ki, havada 30% freon qazı olduqda insan boğulub ölə bilər. Maye freon gözə düşsə kor edir, bədənin hər hansı hissəsinə düşsə dondurur. Buna görə soyuducu qurğularda 18 yaşı keçmiş, xüsusi öyrədilmiş və bu qurğunu işlətmək üçün vəsiqəsi olan şəxslərə icazə verilir.

Hər bir soyuducu qurğuda xüsusi jurnal açılır, burada onun iş göstəriciləri, apa-rılan əməliyyatlar, qaldırılan nasazlıqlar, nəzarət-ölçü və avtomat cihazların göstərici-ləri orada qeyd edilir.

Soyuducu qurğunun sxemi maşın şöbəsində görkəmli yerdən asılmalıdır.

Soyuducu qurğulardan o vaxt istifadə edilməyə icazə verilir ki, manometr və manovakkummetrlər Dövlət standartlar komitəsinin ölçü cihazlarını yoxlama şöbəsi tərəfindən şəhadətləndirilir. Bu cihazlar hər il və hər bir təmirdən sonra yoxlanır.

Avtomatik ölçü cihazları ildə iki dəfədən az olmayaraq yoxlanır və jurnalda qeyd edilir.

Soyuducunun balonları xüsusi otaqlarda, istilik mənbələri olmayan yerlərdə sax-lanmalıdır.

Cihaz və qablarda qoruyucu klapanlar təzyiq təsir edən tərəfdən açılma 1,8 MPa, sorulma tərəfdən isə 1,2 MPa təzyiqə nizamlanır və ildə iki dəfədən az olmayaraq yoxlanır.

MÖVZU 12

ƏKİNÇİLİKDƏ ƏMƏYİN TƏHLÜKƏSİZLİYİ



P L A N:
1. Əkinçilikdə istehsalat travmalarının izahı.

2. Maşın və mexanizmalarla xidmət işçilərinə tələbat.

3. Maşın-traktor aqreqatlarının texniki vəziyyətlərinin təhlükəsizliyinə tələbat.

4. Maşın-traktor aqreqatlarının komplektləşdirən zaman təhlükəsizlik qaydaları.

5. Sahələrə, çəmənliklərə, hərəkət marşrutuna, keçidlərə təhlükəsizlik tələbləri.

6. Əkinçilikdə əsas sahələrdə texnikadan istismar zamanı təhlükəsizlik qayda-

ları.

7. Əkinçilikdə mexanikləşdirilməmiş işləri yerinə yetirən zaman zərərli amillər.



8. Əl alətlərinin təhlükəsizlik tələbləri.

ƏKİNÇİLİKDƏ ƏMƏYİN TƏHLÜKƏSİZLİYİ



TRAKTORLAR VƏ ÖZÜYERİYƏN KƏND TƏSƏRRÜFATI MAŞINLARININ KONSTRUKSİYASININ ÜMUMİ

TƏHLÜKƏSİZLİYİNƏ TƏLƏBAT

Traktorlarin layihəsinin təhlükəsizliyinə tələbat DÜIST 12.2.019-86-də gös-tərilərək kənd təsərrüfati maşiniarı, özüyeriyən maşınlara şəmil edilir.

Bütün yuxarıda göstərilən maşınlara kabinalar quraşdırırlar. Sürücüləri aşma zamanı zədələnmədən qorumaq məqsədi ilə bütün tırtırlı və zəncirli traktorlar möh-kəm metal kabina və karkaslarla təchiz olunurlar. Bir yerli kabinada oturacağın eni minimum 950 mm, iki yerlidə 1400 mm-dən az olmamalıdır. Kabinanın qapısı avto-matik bağlanması üçün qurğu ilə təchiz olunmalıdır.

Əgər sürücünün iş yeri yerdən və yaxud hər hansı dayanacaqdan 550 mm-dən yüksəkdə yerləşirsə təhlükəsiz qalxmaq və enmək üçün xüsusi nərdivan (piləkən) ya-xud ayaqaltı quraşdırılır. Onların layihəsi möhkəm və tətpənməz olmalıdır. Aşağı ayaqaltı yerdən 400 mm-dən yüksək olmamalıdır. Sonrakı ayaqlıqların arası məsafə 250...300 mm olmalıdır. Ayaqaltıların eni minumum 150 mm, dərinliyi 100 mm ol-malıdır.

Sürüşməni azaltmaq üçün kabinanın döşəməsi, yaxud traktorçunun hərəkət sa-həsi 1...2,5 mm hündürlükdə çıxıntılı metaldan hazırlanmalıdır.

Kabinanın tavanı (potolok) mexanizatorun oturacaq hissəsindən üstdə yumuşaq üzlük çəkilməlidir.

Traktorların kabinalarının qabaq və dal şüşələrinin tərləməsi və çirklənməsi za-manı təmizləmək üçün xüsusi avtomatik olaraq işə salınan (bu zaman mühərrikin işi və maşının sürəti nəzərə alınmır) qurğu ilə təchiz olunur. Özüyeriyən kənd təsərrüfatı maşınlarında bu ancaq qabaq şüşələrin təmizlənməsi üçün nəzərdə tutulur. Günəş şüalarından qorunmaq üçün kabinalarda xüsusi günötürücülər quraşdırılır.

Kabinalarda mikroiqlim normallaşdıran quruluşlar olmalıdır, kabinada isti vaxtı temperatura çöldəkindən 2...3 S0-dən artıq olmamalıdır, yəni 14S0-dən aşağı 28S0-dən yuxarı temperatura, havanın nisbi nəmliyi 40...60% olmalıdır.

Orta dərəcəli rayonlarda, ən isti aylarda 25S0-dən artıq temperaturada saat 1300-da kabinada temperatura 31S0 –dən artıq olmamalıdır.

Traktorların kabinalarını qızdırmaq üçün (qış aylarında) xüsusi qızdırıcılar qo-yulur ki, bunlar 14S0-dən az olmayaraq (çöldə 100...20S0-yə qədər t- olduqda) kabi-nanı qızdırır.

Kabinanın içəri hissəsini işıqlandırmaq üçün avtomatik işə qoşucu ilə xüsusi plafon quraşdırılır.

Traktorlarda kabinadan işə salınan xüsusi səs siqnalları olmalıdır. Səs siqnalının səviyyəsi çöldən traktorun səs səviyyəsindən 8 dБ-dən artıq olmalıdır.

Hər bir traktor xüsusi apteçka, minimum 3l içməli su tutan termos, üst geyim-ləri asmaq üçün yer və yanğınsöndürücü vasitələrlə təchiz olunmalıdır.

Traktorların və şassilərin idarə etmə orqanları elə yerləşdirilməlidir ki, sürücü-nün iş yerindən çıxıb-düşməsinə, ayaqlarının sərbəst hərəkətinə idarə etmə zamanı maneəçilik törətməməlidir.

Bütün traktorlar və özüyüriyən şassilər əyləyici quruluşlarla təchiz olunurlar.

Əyləyici sistemlər müəyyən sürətlə hərəkət edən υo (km/saat) maşının saxlan-masının müəyyən yolda ℓtopm(m) aşağıda göstərilən formada təmin etməlidir.

Traktorlar üçün soyuq əyləyicilərdə (yəni qızmamış)

Qalan maşınlarda soyuq əyləyicilərdə

Əgər əyləyicilər 100S0-dən artıq qızmışsa onda tormoz yolunun uzunluğu yu-xarıda göstəriləndən 25% artıq olur.

Orta yavaşıma, əyləmə zamanı soyuq əyləyicilərdə 5,5 m/san2-dan az olmama-lıdır, qızmış halda 100S0-dən artıq əyləyicilərdə isə - 2,8 m/san2 olmalıdır.

Qeyri düzxətlilik hərəkət tormozlanma əyləyici işə salınan zaman 0.5 m-dən ar-tıq olmamalıdır. İdarə etmə sükanı az istilik keçirən materialdan hazırlanmalıdır, ya-xud onun üzərində xüsusi üzlük çəkilməlidir, 0,5 mm-dən az olmayaraq.

Yanacaq doldurma bakın qapağı (qorlavinası) və soyutma sistemi kabinadan kənarda yerləşdirilməlidir. Xidmətin yaxşı yerinə yetirilməsi üçün yanacaq bakının doldurma yeri, radiatorlar, akkumulyatorlar 1400 mm-dən yüksəkdə olmamalıdır, qa-lan xidmət sahələri, operatorun ayaqları duran yerdən -1800 mm hündürlükdə yerləş-dirilə bilər. Yanacağın miqdarının göstəricisi traktorlarda kabinalarda yerləşdirilir, özüyeriyən maşınlarda –kabinada yaxud yanacaq bakında olur.

Təkərli becərmə traktorları koleyanın enini dəyişmək üçün xüsusi quruluş olma-lıdır.

Taxılyığan kombayınların və özüyeriyən şassilərin döyən aparatları statik elek-trik cərəyanını ötürmək üçün xüsusi yerləbirləşmələri (zazemeniya) olmalıdır.

Dağ şəraitində istifadə olunan traktor və özüyeriyən şassilərin aşma hüdudunu göstərən xüsusi siqnalizasiya olmalıdır (mis: DT-75K). Bunun üçün xüsusi maye ha-zırlanır 7 hissə qlitserinə bir hissə etil spirti qatılır. Onun içərisində xüsusi şarik yer-ləşdirilir. Bu sferik formada hazırlanaraq dairəvi dərəcələrə bölünür orta sahə (00-dən 200-yə qədər) ağ rəngdə rənglənir 200-dən artıq olan sahə qırmızı rənglə rənglənir. Göstərilən şarik qırmızı sahəyə keçən kimi demək yoxuşluluq 200-ni keçir onda müt-ləq traktor dayandırılaraq təhlükəli sahədən uzaqlaşdırılmalıdır.

DÜİST 12.2.019-86-ı eyni zamanda maşınların saxlanması, daşınması və quraş-dırılması zamanı təhlükəsizlik tələblərini göstərir.

Maşınların ümumi yolda hərəkəti zamanı onların qabarit ölçüləri eninə 2,5 m və hündürlüyü 4,0 m-dən artıq olmamalıdır.

Müstəsna hallarda (misal üçün taxılyığan kombaynlarda) ümumi yolla hərəkətə icazə verilir ki, onda da en götürüm 4,4m hündürlüyə 4,0 m-dən artıq ölçü olmama-lıdır.


MAŞIN-TRAKTOR AQREQATLARININ İSTİSMARI

ZAMANI TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ
Traktor aqreqatlarından kənd təsərrüfatı istehsalında istifadə edən zaman təhlü-kəli hallar baş verə bilər.

Maşın-traktor aqreqatları ilə işləyən zaman baş vermiş istehsalat travmalarının səbəblərinin tədqiqi göstərir ki, işçilərin tavma almaları əsasən traktor və onlara aqre-qatlaşdırılan maşınların texniki vəziyyətlərinin qeyri-qənaətbəxş olmalarıdır. Nasaz-lıqların ardan qaldırılması, yaxud işçi orqanların maşın hərəkət edən zaman yaxud mühərrik işləyə-işləyə təmizlənməsi, işləyən aqreqata ehtiyatsız toxunma, qoruyucu vasitələrin yararsızlığı, yaxud olmaması, xüsusi geyimin maşınlarda işləməyə uyğun gəlməməsi və s.

Maşın-traktor aqreqatlarının işə etibarlılığı və təhlükəsizliyi, onun istismara necə hazırlanmasından çox asılıdır. Növbəlik texniki xidmət zamanı, birinci növbədə traktorun (taxıl yaxud, pambıq yığan kombaynın) idarə etmə mexanizminin işə yarar-lılığını yoxlamaq lazımdır, hərəkət hissələrinin etibarlı bərkidilməsini, qoruyucu və siqnallaşdırılmış qurğuların yararlılığı və s. yoxlanılmalıdır.

İlişmə muftası səlist və təkansız keçməlidir. İşə saldıqdan sonra səlist (yavaş -yavaş) güc ötürmə mexanizmini yükləmək olar iş vaxtı boş fırlanma (пробуксовать) olmamalıdır. Əgər ilişmə muftasında boş fırlanma olarsa traktor yoxuşa qalxan za-man hərəkət dayana bilər.

Onun düzgün işləməməsində hərəkət zamanı lazım olan keçidi almaq mümkün olmur. İlişmə muftasında zavodda verilən tövsüyəyə uyğun olaraq nizamlama aparıl-malıdır.

İdarəetmə sükanı və dönmə mexanizmi yüngül təsirlə hər iki tərəfə traktoru döngələrdə çevirməlidir.

Müxtəlif markalı traktorlarda nizamlanma qiymətləri cədvəldə verilmişdir (Ф. М.Канаров səh 215, cədvəl 3.3 -1988-ci il).

Nasaz və düzgün nizamlanmamış maşın-traktor aqreqatını idarə edən sürücü tez yorulur və bunun nəticəsində qəzaların baş vermə ehtimalı artır.

Əyləyici mexanizmanın düzgün işləməməsi, təkərlərə eyni vaxtda təsir etməmə-sində qəza hadisələrinin ehtimalının artırır xüsusi olaraq sürüşkən yollarda. Əyləyici-nin təsirini mütləq traktorun hərəkəti zamanı yoxlamaq lazımdır.

Quru beton yolda 20 km/saat sürətlə hərəkət edən traktorun əyləyicisi basılan zaman dayanma yolunun uzunluğu (səh 216 cədvəl 3.4) göstərilmişdir.

Təkərli traktorların və kombaynların hərəkət hissələrinin vəziyyəti yoxlanan za-man şinlərin diskilərinin etibarlı bərkidilməsi və təzyiq xüsusi olaraq yoxlanmalıdır. Təlimata uyğun olaraq təkərlərdəki təzyiq (səh 216 cədvəl 3.5 Капарев Ф.М Ь. «Ко-лос» 1988) göstərilmişdir.

Nəzərdə saxlamaq lazımdır ki, traktorlardan nəqliyyat məqsədilə yük daşımada və ağır maşınlarla aqreqatlaşdırdıqda 1,3...1,5 dəfə təzyiqi artırmaq yumuşaq torpa-qlarda iş gördükdə isə əksinə azaldırlar. (torpaqda kipləşmə çox getməsin).

Kabinada lazımsız əşya, xüsusi olaraq döşəmədə saxlanmamalıdır, onlar hərəkət zamanı idarəetməni çətinləşdirirlər.

Kənd təsərrüfatı maşınlarını işə hazırlayan zaman təhlükəli sahələrdə qoruyucu quruluşların vəziyyətini yoxlamaq lazımdır. Kardan ötürmələri qoruyucu örtüklərlə bağlanmalıdır. İşçi orqanları təmizləmək üçün (səpən maşınların soşnikləri, kultiva-torların pəncələləri, döyən aparatlar və s) müvafiq ləvazimatlar olmalıdır. Asma və yarım asma maşınlara xidmət etməzdən əvvəl hidravliki sistemin saz olub-olmaması yoxlanmalıdır. Əgər kənd təsərrüfatı maşınının istismarı zamanı onun üstündə işçi olacaqsa onda oturacağın bərkidilməsini dayaq sahəsinin möhkəmliyi yoxlanmalıdır.

Maşın-traktor aqreqatları, kombaynlar və başqa özüyeriyən kənd təsərrüfatı maşınları ilə dəstə ilə (kalonna) işləyən zaman işləyən maşınların arasındakı interval 30...40 m-dən az olmamalıdır.

Dumanda, yağışlı havada, haradakı görmə kifayət qədər deyildir (20 m-dən azdır) işıqları yandıraraq vaxtaşırı olaraq səs siqnalından istifadə edilməlidir. Dönmə və geriyə qayıtmada kombaynların sürətini aşağı salmaq lazımdır 3...4 km/saat-a qədər.

Böyük təhlükə ot yığımıda və bağlanmasında kəsən apparatlara xidmət etdikdə baş verir.

Xüsusi olaraq bıçaqların kütləşməsi və xarab olarkən dəyişməsində ehtiyatlı olmaq lazımdır.

Nahar fasiləsini və dincəlmək üçün xüsusi ayrılmış yerlərdə yığım sahəsindən kənarda dayanmağa icazə verilir.

Bunun üçün xüsusi işarələrdən, gecə vaxtı isə xüsusi fanarlardan və işıq-landırıcılardan istifadə edilməlidir.

Traktor aqreqatlarından, kombaynlardan və başqa kənd təsərrüfatı maşınların-dan dağ yerlərində istifadə etdikdə xüsusi olaraq ehtiyatlı olmaq lazımdır. Belə maşınlardan dağ yerlərində istifadə edən zaman maillik 8...90-dən artıq olmamalıdır.

Sahənin rəhbəri dağlıq sahələrdə işləyən traktor və kombaynların sürücülərini əlavə olaraq təlimatlandırmalı işin təhlükəliliyi barədə ətraflı məlumat verməlidir.

Yeni konstruksiyalı maşınlarda işləyənlərə, ona xidmət qaydalari, maşının bütün xüsusiyyətləri təcrübü olaraq göstərildikdən sonra işləməyə icazə verilməlidir.

MEXANİKLƏŞDİRİLMİŞ TARLA İŞLƏRİNDƏ TƏHLÜKƏSİZLİK

TEXNİKASI TƏDBİRLƏRİ
TRAKTORLARDA VƏ ÖZÜYERIYƏN ŞASSILƏRDƏ IŞLƏYƏRKƏN

TƏHLÜKƏSIZLIK TƏDBIRLƏRI.

Ümumiyyətlə, işlədilən kənd təsərrüfatı maşınları və bunların aqreqatlaşdığı traktorlar DÜİST 12.2.002-74 və DÜİST 12.2.019-76-nın tələblərini ödəməlidir. buna görə də kənd təsərrüfatında istifadə edilən tırtıllı traktorlarda idarəetmə dəstəkləri və limgilərinin, eləcə də ilişmə muftası pedalının sərbəst gedişi yoxlanıb nizamlanmalı-dır.

Tormozların vəziyyəti yoxlanmalı, pedalların gedişi nizamlanmalıdır.

İşıqlanma sisteminə gəldikdə isə demək lazımdır ki, əkin, səpin və becərmə işlə-rində traktorların qabaq işıqlandırıcıları elə nizamlanmalıdır ki, traktordan 10...30 m qabağa yer səthini. Arxa işıqlandırıcılar isə işçi maşını tam işıqlandıra bilsin.

Nəqliyyat maşınlardakı işıqlandırıcılar yol səthinə paralel nizamlanmalıdır.

Sahədə işləyərkən diqqətli olmalı, becərilən zonanı, aqreqatın və maşının işini xidmətçi müşahidə etməli, habelə aqreqatlaşdırılan maşınlardan verilən siqnalları dinləməlidir. Tarlada işləyərkən radiatora su tökmək lazım gələrsə, onun qapağını brezent əlcəklə və ya ələ dəsmal sarımaqla tutub ehtiyatla açmaq lazımdır.

Sahədən elektrik xətləri keçirsə, aqreqatın hündürlüyü nəzərə alınmalı, onun ən yüksək nöqtəsi ilə elektrik xəttinin ən aşağı nöqtəsi arasında azı 2 m məsafə qalma-lıdır. Sahədə gecə iş görüləcəksə, sahə gündüzdən küzlərə (sürümlərə) ayrılmalı, yox-lanmalı, içməli su mənbəyi və istehsalat sahəsi müəyyənləşdirilməlidir.

Ümumiyyətlə, təkərli traktorların bəziləri ilə asma kənd təsərrüfatı maşınları aqreqatlaşdırıldıqda tratorun dayanaqlığı pozula bilər, bu halda traktorun qabaq hissə-sinə müvayinətləşdirici yük yığılmalıdır.

Müxtəlif yol şəraitlərində traktor qatarlarının idarə olunması yalnız I və II dərə-cəli tarktorçu-maşinistə tapşırıla bilər.

III dərəcəli taraktorçu-maşinistlər isə nəqliyyat traktorlarını, onlar yalnız müəy-yən kənd təsərrüfatı maşını (aləti) ilə aqreqatlaşdırıldıqda idarə etməlidir.

Traktorlardan stasionar işlərdə istifadə edildikdə onlar münasib vəziyyətdə sax-lanaraq təkərlərin altına etibarlı dayaqlar qoyulmalı, gücötürən valdan və ya qasnaq-dan hərəkətötürən örtüklə əhatə edilməlidir.
YIĞIM MAŞINLARINDA IŞLƏYƏRKƏN TƏHLÜKƏSIZLIK

TƏDBIRLƏRI.
Məlumdur ki, məhsul yığımında müasir mürəkkəb konstruksiyalı maşınlar işlə-dilir. Belə maşınlardan düzgün istifadə edilmədikdə və ya istifadə edərkən təhlükəsiz-lik tələbləri yerinə yetirilmədikdə işçilər ağır zədələnir və peşə xəstəliklərinə tutulur.

Ümumiyyətlə, yığım maşınlarında işləmək üçün 18 yaşından yuxarı xüsusi ha-zırlıq kursu keçmiş, maşını yaxşı idarə edən, ixtisas komissiyasına imtahan verərək vəsiqə almış sağlam işçilər qəbul olunmalıdır. Həm də onlar yalnız təlimatlandırıldıq-dan sonra işə buraxılmalıdır. İşə başlamazdan əvvəl işçilər işin xarakterinə uyğun fərdi mühafizə vasitələri və xüsusi geyimlərlə təmin olunmalıdır.

Pambıqyığan maşınlarda hərəkətötürücü quruluşların, eləcə də yığıcı aparatın örtüyü, qəbul kamerasındakı yoxlama pəncərələri qapaqlarının asan hərəkət etməsi, mühərrikin qidalanma sistemindən yanacağın axıb-axmadığı, elektrik avadanlığının vəziyyəti yoxlanılmalı, mühərrikin xaric etmə kollektorunun örtüyü zibildən təmiz-lənməli, maşında qığılcım söndürənin sazlığına və kimyəvi köpüklə işləyən od söndü-rənin (OУ-2 və ya OУ-5) olmasına yəqinlik hasil edilməlidir.

Bundan sonra mühərrik işə salınaraq yığılıcı aparatın hidravlik sistemi, habelə transportiyorların vəziyyəti yoxlanılmalıdır. Quru tozlu havadırsa, qoruyucu eynək taxmalı və sahədə elə vəziyyət seçilməlidir ki, külək həmişə işçinin üzünə vursun.

Şpindellərdə, transportiyorlarda və başqa hərəkətli hissələrdə yığım məhsulları-nın, bitki qalığının və s. yığılması nəticəsində tutulma alındıqda maşın dayandıeılma-lı, sürətlər qutusundan və reduktorun dəstəkləri neytral vəziyyətdə qoyularaq, mühər-rik söndürüldükdən sonra tutulan hissələr ağac dəstəkli metal şotka, çəngəl və s. vasitələrlə təmizlənməlidir.

Yığılan məhsul boşaldılarkən maşın üfüqi vəziyyətdə saxlanmalı və bunker təd-ricən qaldırılmalıdır.

Maşının işçi orqanlarında hər hansı pozğunluq baş verdikdə, bu, yalnız maşın dayandırılıb hərəkətötürən qayış çıxarıldıqdan sonra, yardımçı avadanlıqla təmizlənib sazlanmalıdır.

Taxıl yığan kombaynlar- daha mürəkkəb yığım maşınlarıdır, bunların idarə olunması kombaynçı vəsiqəsi olan ixtisaslı mexanizator kadırlarına tapşırıla bilər.

Kombayn işə hazırlanarkən kombaynçı mühərrikin qidalanma sistemindən ya-nacaq axmasını, hərəkətötürən qayış və zəncirlərin vəziyyətini, nizamlanmasını, hid-ravlik sistemin birləşmələrini, tormozları, sükan idarəsi mexanizmini, nərdivanların, məhəccərlərin, hərəkət ötürən hissələrin mühafizə örtüklərin varlılığını və etibarlı bərkidilməsini, habelə yanğına qarşı mübarizə avadanlığını, ilk yardım aptekçəsini, küləş sarınan yerləri təmizləmək üçün qarmağı, metal şotkanı, bunkerdən dəni itələ-mək üçün ağac kürəyi və s. yoxlamalıdır.

Sahədə işləyərkən yerin relyefi nəzərə alınmalı, yoxuşluğu 10-15°-dən artıq olan sahələrdə biçim yalnız dağ kombaynları ilə aparılmalıdır.

İş zamanı kombaynçı diqqətli olmalı, aqreqatın bütün mexanizmlərinin işini iz-ləməli, maşın da qoyulan siqnalizasiya sisteminin işarələrinə diqqət yetirməlidir.

Sahədən elektrik xətti keçirsə, məftil ilə kombaynın ən yuxarı nöqtəsi arasındakı məsafə buraxıla bilən həddə olmalıdır.


ƏKINÇILIKDƏ ƏL ALƏTLƏRI ILƏ IŞLƏRKƏN

TƏHLÜKƏSIZLIK QAYDALARI
Əkinçilikdə əl alətləri ilə işləyərkən hava şəraitinə uyğun olaraq işin başlama vaxtı, istirahət və işin sonu seçilməlidir.

Əl alətləri boya və fiziki imkana görə seçilməlidir. Alətlərə vaxtında xidmət edilməlidir; təmizləməli, çatışmazlıqlar aradan qaldırılmalı və itilənməlidir.

Alətin əl tutma yerləri möhkəm olmaqla çat olmamalıdır, cuzii çatışmazlıq əlləri yaralaya bilər. Nahar fasiləsində alətlər müəyyənləşdirilmiş yerə qoyulmalıdır ki, əl tutma yerləri çirklənməsin. Yaba, dırmıq və başqa bu kimi alətləri dişləri üstə çevril-miş vəziyyətdə qoymaq olmaz.

Alətləri otluq yerlərdə, qotmaların (kiçik tayaların) içərisində gizlətmək olmaz.

İş zamanı bərk örtülü ayaqqabı geyilməlidir. Əl alətləri ilə işləyən zaman yaxın-lıqda işləyənlərə nəzarət etmək lazımdır ki, onu travmaya məruz qoymayasan yaxud-da ki, əksinə özün tarvma olmayasan.

Kəsən bağ alətləri ilə işləyən zaman birinci növbədə nəzərdə saxlamaq lazımdır ki, köş alət təhlükəlidir nəinki iti alətlər. Belə alətləri vaxraşırı olaraq itiləmək la-zımdır.

Qruppa ilə işləyən zaman işçilər arası məsafə 10m -dən bir qədər az olmalıdır. Ziyan verici və xəstəliklərə qarşı mübarizə məqsədilə, bəzən bitkiləri yemləmə küb-rəsi üçün əllə çiləyicilərdən istifadə edilir. Hər bir çiləyicinin düzgün işləyən mano-metri olmalıdır, bu manometrin düzgün işləyib işləməməsi vaxtaşırı olaraq yoxlan-malıdır.

Bakın doldurulması onda təzyiq olmadıqda yerinə yetirilməlidir, bu zaman mü-əyyən edilmiş səviyyə saxlanılmalıdır.

Zəhərli qarışıqdan istifadə edildikdə fərdi mühafizə vasitələrindən istifadə edil-məklə, şəxsi gigiyena qaydalarına ciddi əməl edilməlidir.

Bəzi hallarda at və öküzlərdəndə kənd təsərrüfatının müxtəlif sahələrində istifa-də edilir. Belə halda heyvanlarla işlədikdə onlarla xüsusi vərdişlər keçməklə sonra onlardan istifadə etmək olar.



MÖVZU 13


YANĞIN PROFİLAKTİKASININ ƏSASLARI

PLAN:

1. Ümumi məlumat

2. Yerlərdə yanğınların baş vermə səbəbləri.

3. Yanma şərairi və yanmanın söndürülməsi üsulları.



  1. Yanğın zamanı heyvan və insanların köçürülməsi.

  2. Yanğın söndürmə maddələri, yanğın texnikası və yanğınların söndürülməsi.

  3. Yanğınların xəbərdar edilməsi sistemi.

  4. bina və qurğuların ildırımdan mühafizəsi.

(Oxuyub öyrənməli:

T.H.tağızadə səh. 304...375

B.A.Həsənov səh. 170...191)



YANĞIN PROFİLAKTİKASININ ƏSASLARI
Ümumi məlumat:-

YANĞIN – xüsusi müəyyənləşdirilməmiş, nəzarət edilməyən yerdə yanma, maddi ziyan verən kimi başa düşülməlidir.

Sahənin yanğın təhlükəsi (DÜİST 12.1.004-85-ə müvafiq olaraq “Yanğın təhlükəsi” – bu sahənin vəziyyətindən asılı olaraq yanğının baş vermə ehtimalını və onun nəticələrini xarakterizə edir.

Sahənin yanğın təhlükəsizliyi (DÜİST 12.1.003-81-ə müvafiq)- bu sahənin elə vəziyyətidir ki, yanğının baş vermə ehtimalını nizamlamaqla, onun yayılmasını, yan-ğının zərərli amillərinin insanlara təsirini eyni zamanda qiymətli əşyaların mühafizə-sini təmin edir.

Yanğının insan və heyvanlara təsir edən zərərli və təhlükəli amilləri (faktorları):

açıq alov, ətraf mühitə maddələrin yüksək hərarəti, tüstü, hava (oksigen) qarı-şığının azalması;

partlayış zamanı- uçan hissələrin zərbə dalğasının və zərərli maddələrin olma-sından asılıdır.

Göstərilən amillərin təhlükəsi yanmanın davam etmə müddətindən (Tn) asılıdır.

Aşağıdakı (düsturla) təyin etmək olar:
saat
N – yanma maddənin miqdarı kq/m3,

V – yanma sürəti, kq/m3saat.

Əgər binada müxtəlif formada bərk və maye maddələr vardırsa, binanın sahə-sinin Sn pencərələrin sahələrinə So nisbəti 4...10 hüdudunda tapılır.


d1...dm – hər növ yanan maddənin miqdarı, kq/m2 .

n1 ... nm – maddənin yanma sürətini nəzərə alan əmsal kq/m2 saat (benzin –15, rezin- 35, avtomobillərin işini-40, ağac məlumatlar üçün 65 və s. qəbul edilir).

Yanğinin baş vermə etimalini xəbərdar etmək onun söndürülməsindən asandir.

Odur ki, müəssisənin sahələrinin və istehsalat yanğının baş vermə səbəblərini bilməklə, yanğın təhlükəsizliyi qaydalarına əməl etməli və yanğının xəbərdar edilmə-si üçün tədbirlər görməlidirlər.

Yanğın təhlükəsizliyinin əsasları əmək mühafizəsi fənninin bir bölməsi olmaqla mütəxəssislərin qarşısında duran əsas vacib məsələlərdən biridir. Yanğından müha-fizə işlərinə Fövqəladə Hallar Nazirliyi rəhbərlik edir.

Bütün istehsalat sahələrində baş vermiş yanğın hadisələrindən hər il təsərrüfat-lara küllü miqdarda ziyan dəyməklə, insanlar məhv olur, habelə işçilər müxtəlif dərə-cədə şikəst qalırlar. Bunu nəzərə alaraq əmək qanun vericiliyinə müvafiq olaraq hər bir işçi yanğın hadisələrinin qarşısının alınmasında, yaxud baş vermiş yanğının sön-dürülməsində yaxından köməklik etməlidir.

Yanğında baş verən əsas fiziki-kimyəvi proseslər yanar maddələrlə hava oksi-geni arasında kimyəvi reaksiyanın getməsi, çoxlu istilik ayrılması və yanma nəticə-sində əmələ gələn qazların intensiv mübadiləsidir.

Maddi nemətlərin (məhsulların, materialların və s.) saxlandığı yerlərdə (baza, anbar, maşın həyəti, ferma, pambıq məntəqəsi və s) baş verən yanğınlar faiz etibarı ilə az olsa da burduğu ziyanlar böyükdür.

Yanğınla əhatə olunmuş sahələr şərti olaraq üç zonaya ayrılır:



  1. Alov içində olan aktiv yanma zonası (sahəsi).

  2. Yüksək hərarətin təsir etmə zonası.

  3. Yanma məhsullarının yayıldığı tüstü zonası (sahəsi).

Yanğının dağıdıcı təsirinin əsas xüsusiyyəti yanma zamanı yüksək temperaturun əmələ gəlməsidir. Məs: yaşayış evləri və ictimai binalr yandıqda temperatur 800...9000S , açıq havada yanar qazlar yandıqda 1200...13500S, mayelər yandıqda 1100...13000S, bərk maddələr yandıqda isə 1000...12500S-yə qədər yüksəlir.

Baş vermiş yanğınları söndürmək üçün yanan materialların səthinə soyuducu maddə (su, buxar, yanmayan qaz) və ya odsöndürənlərlə kimyəvi maddələr burulur.

Hazırda yanğının söndürülməsi üçün müasir tələbatı ödəyən xüsusi yanğınsön-dürmə texnikasından geniş istifadə olunur.


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə