Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ


YANĞIN PROFİLAKTİKASININ ÜMUMİ MƏSƏLƏLƏRİ



Yüklə 0,76 Mb.
səhifə8/8
tarix24.10.2017
ölçüsü0,76 Mb.
#6512
1   2   3   4   5   6   7   8

YANĞIN PROFİLAKTİKASININ ÜMUMİ MƏSƏLƏLƏRİ:
Müəssisələrdəki yanğınlar çox zaman texnoloji proseslərin pozulması, avadan-lıqların nasazlığı, adi yanğına qarşı mübarizə tələblərinə əməl edilməməsi nəticəsində törəyir.

İstehsalatda yanğın profilaktikası dedikdə yanğının qarşısını almaq, baş verdik-də yayılmasına imkan verməmək və ya dərhal söndürmək, yanan binalardan adamları çıxarmaq məqsədilə dövlət və ictimayyət tərəfindən görülən tədbirlər sistemi başa düşülür.

Ölkəmizdə müəssisə, təşkilat və idarələrin rəhbərləri yanğın təhlükəsizliyi üzrə norma və qaydaların yerinə yetirilməsinə məsuliyyət daşıyırlar. Yanğın əleyhinə nor-ma və qaydaların yerinə yetirilməsi işinə Fövqaladə Hallar Nazirliyinin Dövlət yan-ğın Nəzarəti İdarəsi baxır. Profilaktik tədbirlər sistemində yanğının qarşısının alınma-sı məsələsinə xüsusi diqqət verilir.

Məlumdur ki, təsərrüfatlarda yanğınların baş vermə səbəbləri yanğın təhlükə-sizliyi qaydalarına düzgün əməl olunmaması, müəssisə və sahə rəhbərliyinin diqqət-sizliyi, təlimatların düzgün verilməməsi ayrı-ayrı sahələrdə yanğın təhlükəsizliyinə cavabdeh şəxsin olmaması və s. nəticəsində törəyir.

Ynağın profilaktikası yanğın və partlayışın qarşısını almaq üçün normativlər əsasında işlənib hazırlanmış və sistematik tətbiq edilən texniki-təşkilatı tədbirlər kompleksidir.

Şərti olaraq bu tədbirlər dörd qrupa bölünür.

1. Texnoloji proseslərin və avadanlıqların təkmilləşdirilməsi, ventilyasiya və qızdırıcı avadanlıqlardan düzgün istifadə edilməsi, yanmayan materialların tətbiqi, yanğın təhlükəsi yüksək olan yerlərdə ciddi inzibatı nəzarət və s.

2.Sənaye və emal obyektlərinin düzgün planlaşdırılması, odadavamlı material-lardan istifadə etməklə yanğın və partlayışın yayılmasının məhdudlaşdırılması.

3. Yanğından təhlükəli obyektlərdə ərazinin məhdudluğu, çoxlu çıxış yollarının qoyulması, işçilərin və qiymətin əşyaların yanğın yerindən tez köçməsinin təşkili.

4. Yanğını söndürmək üçün texniki vasitələrdən tez və səmərəli istifadə etmək üçün onları düzgün yerləşdirmək və işçi heyətinin hazırlıq dərəcəsin in yüksəldilməsi.


YANĞIN, PARTLAYIŞYANĞIN VƏ PARTLAYIŞ TƏHLÜKƏSINƏ

GÖRƏ ISTEHSALATIN KATEQORIYALARI

Yanğın və yanğın-partlayış təhlükəsinə görə bütün istehsalat sahələri TN və Q-II-90-81 müvafiq olaraq altı kateqoriyaya bölünür və A; B; C; D; E; F ilə işarə olu-nurlar:



A kateqoriyası su və havadakı oksigenin təsirindən alovlanan, yaxud partlayış verə bilən, o cümlədən buxarının alışma temperaturu +280S və aşağı olan mayelərin işlədildiyi sahələr aiddir. Məsələn bu kateqoriyaya spirt istehsal olunan, akkumlyator doldurulan sexlər, benzin və sıxılmış qaz balonları saxlanılan anbarlar və s.

B kateqoriyasına buxarının alışma temperaturu +280S –dən +610S-yə qədər olan mayelərin tətbiq olunduğu istehsalat sahələri, o cümlədən havanın oksigeni ilə birləşərək partlayıcı qarışıq əmələ gətirə bilən, havada kifayət qədər toz və ya lif qırıntıları olan istehsalat sahələri (məs: yem sexləri, ot unu və adi un hazırlayan dəyirmanlar, neft anbarları, mazut təsərrüfatları və s).

C kateqoriyasına bərk və yumşaq yanıcı maddə və materiallar, habelə buxarının alışma temperaturu 1200S-dən yuxarı olan mayelərin işlədildiyi istehsalat sahələri (məs: pambıq qəbulu və ilk emalı müəssisələri, yağlama materialı anbarları, elebator-lar, taxıl anbarları və s).

D kateqoriyasına qızdırılmış və əridilmiş vəziyyətdə yanmayıb fasiləsiz istilik şüalanması, qığılcım ayrılması və alovla müşayət olunan maddə və materialların emalı ilə, habelə qaz, maye və bərk yanacaq yandırılması ilə əlaqədar istehsalat sahə-ləri daxildir. Mis. Dəmirçi, qaynaq, tökmə, Mühərrikin sınağı, materialların termiki emalı sexləri, qarajlar, qazanxanalar, istixanalar və s.

E kateqoriyası soyuq halda yanmayan maddə və materialların emalı, eləcə də bu maddə və materialların saxlandığı anbarlar.

Kənd təsərrüfatında bu kateqoriyaya mexaniki sex və alət sexi, ehtiyat hissə an-barları, maşınların saxlandığı binalar, südxanalar, şərab zavodları və s. aiddir.

F kateqoriyası su və hava ilə qarşılıqlı təsirdə olduqda partlayış verə bilən mad-dələrin işlədildiyi sahələr (məsələn sıxılmış və ya mayeləşdirilmiş qazların işlədildiyi sahələr).
TİKİNTİ MATERİALLARININ, BİNALARIN VƏ ONLARIN

KONSTRUKSİYALARININ ALIŞMASI VƏ

ODADAVAMLILIQLI
Bütün tikinti materialları oda həssaslıq dərəcəsinə (odtutma qabiliyyətinə) görə üç əsas qrupa bölünür (TN və Q –II-A.5-70: Tikinti normaları və qaydaları, II hissə, A bölməsi 5-ci başlıq, 1979-ci il). TN və Q II-2-80-ə müvafiq olaraq:
YANMAYAN ÇƏTIN-YANAN, YANMA VƏ HƏMIN QRUPLAR BEYNƏLXALQ ALƏMDƏ 5 DƏRƏCƏYƏ BÖLÜNÜRLƏR. I, II, III, IV VƏ V IŞARƏ OLUNURLAR.

I və II dərəcə istehsalat binaları odadavamlılıq dərəcəsinə görə binaların əsas hissələri yanmayan materiallardandır. I və II dərəcələr arasında çox az fərq vardır.

III dərəcə olan istehsalat binaları yanmayan çətin yanan və yanan materiallardan ibarət olur ki, bunlar da müxtəlif yanma hüdudunda olur.

IV dərəcədən olan istehslat binaları çətin yanan və yanan bilən materiallardan olur.

V dərəcədən olan istehsalat binaları yana bilən materiallardan ibarət olur.
KÖÇÜRMƏ YOLLARININ VƏ ÇIXIŞLARIN HESABATI
İstehsalat binalarında və mədəni-məişət binalarında yanğın baş verən zaman yanğının söndürülməsində əsas vacib məsələ insanların və qiymətli əşyaların yanğın sahəsindən köçürməkdir.

Köçürmə vaxtının davametmə müddəti insanlar üçün kritik şəraitdən, tempera-tura (600S) binadakı havada oksigen qarışığının azalmasından, tüstüdən görmə mə-safəsinin çətinləşməsindən, zəhərləyici maddələrin yaranması və s. asılıdır.

Köçürmə lazım gəldikdə insanların hərəkət sürəti 16 m/dəq, pilləkənlə aşağıya 10 m/dəq, yuxarıya 8 m/dəq, qəbul edilir.

İnsanların köçürülməsinin buraxıla bilən baxtı I və II dərəcəli odadavamlı bina-larda 6 dəq, III və IV dərəcəli odadavamlı binalarda 4 dəq, V –dərəcəli odadavamlı binalarda 3 dəq olmalıdır.

Uşaqlar olan müəssisələrdə kğçürmə vaxtı 20% azalır.

Köçürmə yollarının miqdarı aşağıdakı düsturla təyin olunur:



N - insanların sayı (binada olan)

δ - köçürmə yolun eni, m (delta).

Köçürmə çıxışlarının sayı minimum iki olmalıdır.

İş yerindən köçürmə çıxışına qədər məsafə 50-dən 100 m-ə qədər qəbul edilir, bu binanın odadavamlılıq dərəcəsindən, mərtəbədən istehsalatın kateqoriyasından asılıdır.

Köçürmə qapılarının eni 0,8...2,4 m keçidlər 1,15...2,4m karidorlar 1,4 m-dən az olmayaraq qəbul edilir.

Qapı və pilləkanların xüsusi buraxma qabiliyyəti eni 1,5 m-ə qədər olduqda 50 adam/m.dəq; eni 1,5...2,4m olduqda -60 adam/m.dəq qəbul edilir.

Heyvanların binadan köçürmə yollarının sayı aşağıdakı düsturla hesablanır.




N1 – binada yerləşən heyvanların sayı:

nd – 1m eni olan çıxışdan heyvanların buraxıla bilən sayı cədvəl 4,5-dən seçilir (səh 343 Koparyov F.M). İnəklər üçün II və III dərəcəli odadavamlı binalarda 30 ədəd; IV və V dərəcəli odadavamlı binalarda 20 qəbul edilir. Ayrı-ayrı heyvanlar üçün qiymətlər müxtəlifdir.

δ – bir qapının eni, iri buynuzlu qara mal fermaları üçün 2m-dən az olmayaraq, donuzlar üçün 1,5m, qoyunlar üçün 2,5m qəbul edilir.

Yanğına qarşı lazımi tələbatları məzərə almaqla tikintilər arasındakı məsafə və sıxlığı aşağıdakı kimi tapmaq olar:



burada, Ka – tikintilərin normal sıxlığı 18...35% qəbul olunub.

ΣFT – tikinti binalarının ümumi sahəsi, m2.

Fc – bütün meydançaların sahəsi, m2.

Eyni növlü heyvandarlıq fermalarında binalar arası məsafə 30 m, müxtəlif növlü heyvandarlıq binalarında 60m, heyvandarlıq binası ilə peyin saxlama anbarları ara-sındakı məsafə 75...100 m olmalıdır.

Baytar müalicə binası, yanacaq anbarı, mineral kübrə və başaqa təhlükəli tikin-tilər heyvandarlıq binalarından 300 m məsafədə olmalıdır.

İstehsalat sahələrində yollar. Yanğın və piyadalar üçün keçidlər və s. olmalıdır.

a) birtərəfli yolda, yolun eni aşağıdakı kimi götürülür:

b) ikitərəfli yolda yolun eni aşağıdakı kimi götürülür.

Burada Bkt.m – kənd təsərrüfatı maşınının ən böyük eni götürülür 1,8 və 2,7 isə ehtiyat məsafəsidir.

YANĞIN SÖNDÜRÜCÜ MADDƏLƏR, YANĞIN TEXNİKASI

VƏ YANĞINLARIN SÖNDÜRÜLMƏSİ
Tez alışan maye yanacaqları söndürmək üçün qaz-maye qarışığından ibarət kö-pükdən istifadə olunur. Köpük dispere fazası qaz olan sistemdən ibarətdir. Köpüyün davamlılığı hava qabarcıqları diametrinin və mayenin səthi gərilməsinin azalması ilə yüksəlir.

Hazırda kimyəvi və hava-mexaniki halında olan yanğın söndürən kopüklərdən geniş istifadə olunur. Kimyəvi köpük köpük yaradıcının karbon, yaxud bikarbonat turşusu ilə qarşılıqlı təsiri şəraitində əmələ gəlir.

Kimyəvi köpük su ilə birləşməyən və ya qarışmayan yanan maddələrin sön-dürülməsində tətbiq edilir.

Son zamanlar kimyəvi köpüklərin əvəzinə hava-mexaniki köpükdən daha çox istifadə olunur. Hava mexaniki köpük hava, su və səthi gərilməni azaldan səthi aktiv maddələrin mexaniki qarışığından ibarətdir. Belə köpüklərin davamlılığı kimyəvi köpükdən zəifdir:

Hava-mexaniki köpük almaq üçün köpük yaradıcını suya nasosun sorma, yaxud vurma xəttində daxil edirlər, hava-mexaniki köpüyün müsbət cəhəti ondan ibarətdir ki, istifadə olunan köpük karroziya yaratmır, avadanlıqlara mənfi təsir göstərmir, adamlar üçün zərərsizdir və bərk maddələrin söndürülməsində istifadə olunur və s.

İnert qazlar (CO2, N2) və cu buxarları, yanacaq buxarları və qazlarla tez qarışa-raq oksigenin konseptrasiyasının azaldır və yanmanın kəsilməsini təmin edir.

Karbon qazı yanğını tez söndürmək də daha əlverişli hesab olunur. Karbon qazı kiçik səthli maye yanacaqları, elektrik və daxili yanacaq mühərriklərinin elektrik qur-ğularının və s. yanğının söndürülməsində geniş tətbiq olunur.

Yanğını söndürmək üçün sudan əlavə müxtəlif duzların (potoş, ammonium xlor, xörək duzu və s) məhsullardan istifadə olunur. NH4 NO3; NH4 Cℓ, NCℓ .

Su başqa yanğınsöndürücü maddələrə nisbətən daha çox istilik tutumuna ma-likdir. Bir çox yanan maddələrin söndürülməsində istifadə olunur. 1 litr su O0S-dən 100 0S-yə qədər qızdırıldıqda 419 kC, buxarlandıqda isə 2260 kC istilik udulur. Demək olar ki, 1 kq sudan istiliyin təsiri nəticəsində 1700 l-ə qədər buxar alınır. Su 1700 0S-yə qədər temperaturaya davamlıdır. Su əsas üç yanğın söndürnə xüsusiyyətinə malik-dir.

1. Yanan maddələri və yanma səthini soyudur.

2. Yanan maddələrə qarışıb yanmanın effektini zəiflədir.

3. Yanan maddələrin yanma zonasını izolə edir.

Kənd yerlərində yanğınları su ilə söndürmək üçüngeniş sürətdə yayılmış aşağı-dakı markalı maşın və motonompalardan istifadə olunur.

AЦ-30 (66), АЦ-40 (131), AЦ-40 (130Е) və МП-600, МП-900, БМП-1600 (bunların texniki göstəriciləri 4.4 səh 335 Kaparyov F.M. 1988 göstərilmişdir).


İLK YANĞINSÖNDÜRMƏ VASİTƏLƏRİ
Baş vermiş yanğının tez və təhlükəsiz söndürülməsində köpüklü və karbon qazlı kimyəvi odsöndürənlərdən geniş istifadə olunur. Bu odsöndürənlər həmişə işə hazır vəziyyətdə olur. Bunların tətbiqi asan, təsiri səmərəlidir.

Kənd təsərrüfatı müəssisələrində OP-5 və OXP-10 OP-M və OP-9 MM mar-kalı kimyəvi köpüklü odsöndürənlər geniş tətbiq olunur. Bu odsöndürənlər bərk və maye maddələr yandıqda söndürmək üçün istifadə olunur. Təsir müddəti 60 san-dir.

Sənayedə eyni zamanda havalı köpüklü, əl ilə işlədilən OVP-5, OBΠ-10 və sta-sionar vəziyyətdə tətbiq olunan OVP-100 və OVPU-250 markalı bir neçə qat artırıl-mış köpüklü odsöndürənlərdən istifadə edilir. Karbon qazlı odsöndürənlər elektrik qurğularının söndürülməsi üçün istifadə olunur.

OU-5, )U-8-əl ilə istifadə edilir.

OU-25, OU-80, OU-400 nəqliyyat vasitələri ilə OUB-3A və OUB-7A karbon qazlı brometileynli odsöndürən.

İstehsalat sahəsi üçün tələb olunan odsöndürənlərin sayı aşağıdakı düsturla müəyyən edilir:





S – istehsalat sahəsi (ümumi istehsalat sahəsi)

m0 – odsöndürənlərin sayını normallaşdıran əmsal (material saxlanan ambarlar-da,qarajlarda, heyvandarlıq binalarında, dəyirmanlarda, maqazin və yeməkxanalarda 100 m2 sahəyə bir ədəd, dəmirçixanalardaelektrik qaynağı şöbələrində, laboratoriya-larda 50 m2 sahəyə iki odsöndürən o cümlədən bir ədəd OXP-10 markalı bir ədəd OU-2 və ya OU-5 markalı odsöndürən olmalıdır.
ədəd
Sum – ümumi sahə; m2.

Sod.sön – odsöndürənli söndürmə sahəsi; m2.
YANĞINA QARŞI SU TƏCHİZATI
Yanğına qarşı su təchizatı dedikdə yanğını söndürmək üçün yanğın yerinə su verilməsini təmin edən qurğular kompleksi başa düşülür.

Su ən yaxşı yanğınsöndürmə vasitəsi olmaqla yanğının baş verməsində geniş is-tifadə olunur.

Lakin aşağıdakı hallarda yanğın baş verdikdə sudan istifadə etmək olmaz:

1. Elektrik qurğularının gövdəsi gərginlik altında olduqda, həmin qurğuda yan-ğın baş verərsə.

2. Yanacaq yağlama materialları saxlanan anbarlarda.

3. Kimyəvi laboratoriyaların bəzi şöbələrində.

Təsərrüfatlarda yanğına qarşı təbii su mənbələrindən (axar çaylardan, göllərdən kanallardan və s.) və süni su hövuzlarından istifadə olunur.

Süni su hövuzları yanğın təhlükəli obyektlərin yaxınlığında I və II dərəcəli oda-davamlı binalar üçün 10m-dən artıq məsafədə III, IV və V dərəcəli odavamlı bina-larda isə 30-m-dən artıq məsafədə yerləşdirilməlidir. Onların sayı ikidən az olmama-lıdır.

Hər bir hövuzun həcmi 100 m3 olmaqla ikidən az olmayaraq su götürmək üçün qurğu olmalıdır.

Xarici və daxili yanğınların söndürülməsi üçün yanğına qarşı su hövuzu tutumu-nun təyin edilməsi aşağıdakı düsturla hesablanır.




Burada dx dd - xarici və daxili sahələrdə yanğınların söndürülməsi üçün xüsusi su sərfi norması olub sorğu kitablarından götürülür. Bu zaman bina və yaxud müəssisənin dərəcə və kateqoriyası nəzərə alınır. (cədvəl 4.2 səh 325) Kaparyev F.M. 1988).

Xarici sahələrdəki yanğınları söndürmək üçün su sərfi norması əhalinin sayın-dan asılı olaraq (500 nəfərə qədər 5 l/san; 500...10000 qədər 10 l/san; 10000 nəfərdən çox olduqda 20 l/san) götürülür.



T – yanğının davametmə müddəti 2...3 saat götürülür.

n – eyni vaxtda baş vermiş yanğınların sayı olub sahədən asılı olaraq (1...3 qəbul edilir) 150 ha sahə üçün 2 qəbul edilir.

C – daxili sahələrdə baş vermiş yanğınları söndürmək üçün şırpaqların sayıdır.

Təsərrüfatda yanğın baş verdikdə suyun ehtiyat su mənbəyindən yanğın olan ye-rə verdikdə yanğınsöndürənin lüləsində olan suyun cürəti aşağıdakı düsturla təyin edilir.




Burada H – yanğın lüləsindəki suyun basqısı m.

d – sərbəst düşmə təcili 9,8 m/san2.

Havanın müqaviməti nəzərə alınmadan su şırnağının nəzəri verma uzaqlığı aşa-ğıdakı düsturla təyin edilir.




burada qəbul edilir.

Bir yanğın lüləsindəki su sərfiyatı



burada: -yanğın söndürənin lüləsindən verilən su şırnağının diametrindən ası-lı olaraq məsrəf əmsalıdır (0,5...0,9 götürülür).

S – yanğın lüləsinin en kəsik sahəsidir; m2.

SPRİNKLER VƏ DRENÇER QURĞULAR:
Sprinkler və drençer qurğular yanğını avtomatik səpələnmiş su ilə söndürən va-sitələrdir.

Su. Su-hava və hava ilə işləyən sprunkler qurğuları vardır. Qızdırılmayan bina-larda hava sistemi sprinkler qurğulardan istifadə olunur. Bu sistemli sprinkler qurğu-ların hər biri 9...12m2 sahəyə suvuran bir neçə sprinklerdən ibarət olur.

Adi vaxtlarda sprinkler başlıqlarının ucları tezəriyən ərinti ilə bağlıdır. Tem-peratur yüksəldikdə ərinti əriyir və susyun çıxışı açılır. Şəraitdən asılı olaraq ərimə temperaturu S 72, 93, 141 və 182 S0 olan ərintilərdən istifadə olunur. Uzun müddətli yanğın söndürmə təcrübəsi sprinkler qurğularının yüksək səmərəliliyini sübut edir. Ancaq sprinkler qurğularının uclarının açılıb işə düşməsi müəyyən ətalətə malik olur, yanğının başlanmasından 2-3 dəq sonra işə düşür. Bu isə bir sıra hallarda yanğınla mübarizəni mürəkkəbləşdirir.

Ona görə suyun dərhal verilməsini təminetmək üçün qrup təsirli drençer qurğu-lardan istifadə etmək daha əlverişlidir. Qrup təsirli drençer qurğuları tavan altında su boru xətlərində quraşdırılır. Drençer ucları qıfılsız açıq vəziyyətdə sprinklerdir. Adi vəziyyətdə suyun qarşısı qurup təsirli klapanla saxlanır.

Qrup təsirli qurğular həm avtomatik həm əl vasitəsilə həm də kombinəedilmiş tərzdə idarə oluna bilər.

Qrup təsirli drençer qurğuları müəyyən məsafədən və əl ilə idarə olunur.



YANĞIN MÜHAFİZƏSİNİN TƏŞKİL
Azərbaycan Respublikasının yanğından mühafizə sistemi aşağıdakı növlərdən ibarətdir.

1. Dövlət yanğından mühafizəsi.

2. İdarə yanğından mühafizəsi.

3. Könüllü yanğından mühafizəsi.

Azərbaycan Respublikasının yanğından mühafizə sisteminin əsas vəzifələri.

1) Yanğının qarşısının alınmasının və profilaktikasının təşkili.

2) İnsanların xilas edilməsi və yanğının söndürülməsi.
DÖVLƏT YANĞINDAN MÜHAFİZƏSİ
Dövlər yanğından mühafizəsi yanğından mühafizə sisteminin əsas növü olmaqla Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları:

1. Yanğın təhlükəsizliyi sahəsində dövlət tədbirlərinin işləyib hazırlanmasını və həyata keçirilməsini təşkil edir.

2. Azərbaycan Respublikasının dövlət yanğın nəzarətini aparır.

3. Şəhərlərin rayonların və digər yaşayış məntəqələrinin və müəssisələrinin yan-ğından mühafizəsini və yanğın təhlükəsizliyi sahəsində digər işləri Azərbaycan Res-publikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təşkil edir və yerinə yetirir.

4. Yanğınların söndürülməsini təmin edir.

5. Yanğın təhlükəsizliyi sahəsində vahid elmi-texniki siyasəti işləyib hazırlayır və onun tətbiqini təşkil edir.

6. Yanğından mühafizə üçün kadrların hazırlanmasını, yenidən hazırlıq, keçmə-sini və ixtisasının artırmasını təmin edir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Res-publikasının yanğından mühafizə sisteminə başçılıq edir. Azərbaycan Respublikası Fövqələdə Hallar Nazirliyinin strukturuna daxil olan Dövlət Yanğın Nəzarəti Xidməti.

İdarə yanğından mühafizə

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda Azərbaycan Res-publikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməklə yanğından mühafizə işlərini həyata keçirən xüsusi bölmələr yaradıla bilər. Onların təşkilat struk-turu və maliyyələşdirilməsi qaydaları təsisçi tərəfindən müəyyən edilir.

Könüllü yanğından mühafizəsi

Yaşayış məntəqələrində müəssisələrdə, idarələrdə və təşkilatlarda yanğınların qarşısının alınması və söndürülməsinin təşkili tədbirlərini həyata keçirmək məqsədilə fəhlələr, qulluqçular, mühəndis-texniki işçilər və başqa vətəndaşlar sırasından könül-lü yanğınsöndürmə dəstələri (komandaları) yaradıla bilər. Onlar haqqında Əsasna-məni Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

Könüllü yanğınsöndürmə dəstələri üzvülərinin yanğının və ya qəzanın nəticə-lərinin aradan qaldırılmasında, yanğınsöndürmə üzrə profilaktika tədbirlərinin keçiril-məsində iştirak etmələri, habelə tədris hazırlığı və növbə çəkmələri üçün haqq iş yeri üzrə orta aylıq qazanc hesabı ilə ödənilir.



TƏBİİ ELEKTRİK BOŞALMALARINDAN

MÜHAFİZƏ TƏDBİRLƏRİ.
Bəzən bulud layı uzun müddət başqa bulud laylarına yaxınlaşmadan hərəkət edir və onda çox böyük miqdarda elektrik yukü toplanır, hərəkət zamanı belə buludlar yer səthinə elə yaxınlaşa bilər ki, oradakı hava layının qalınlığı bir neçə metr azalarsa onun elektrik yukü hava layını deşmək üçün kifayət edir. Bu halda yer səthindəki dağlara, hündür binalara, ağaclara, elektrik xətlərinə, tüstü borularına su qüllələrinə və s rast gəlirsə, həmin yüksəknnöqtələrinə bulud arasındakı hava layı deşilərək güclü elektrik boşalması yaranır. Belə boşalma 300...400 m-dən baş verə bilir, ani olaraq, yəni 0,1-1,5 san davam edir. Buna insanlar ildırım düşməsi adı vermişlər. Təbii elektrik boşalmalarında buludun potensialı 100 milyondan bir neçə milyar V-a qədər olub, ildırım kanalında (parıltı alınan xətdə) boşalma cərəyanı 200000 A-ə temperatur 15000...20000 0S-yə çatır və kanal ətrafında güclü hava dalğası yarandığından çox şiddətli səs alınır.

Bu amillər insan və heyvanlarla, ictimai məişət binalarına, heyvandarlıq və baş-qa təsərrüfat binalarına, mühəndis qurğularına və s. bir başa (birinci təsir) və dolayıcı ilə (ikinci) təsir göstərə bilər. Bir başa təsir dedikdə, ildırımın həmin təsərrüfat qur-ğusunun üzərinə düşməsi nəzərdə tutulur.



D o l a y ı s ı ilə təsir dedikdə isə yüklənmiş bulud bina və ya qurğu üzərindən hərəkət edərkən bunun elektrik sahəsinin təsiri ilə qurğuda təhlükəli potensial yaran-ması, uzaq məsafədən telefon və elektrik verilmiş xətləri və ya su kəməri boruları, də-mir yol relsləri və s ilə ildırım düşənnzaman alınan təhlükəli gərginliyin bina və qur-ğularına təsiri başa düşülür.

Bəzi hallarda isə ildırım boşalması zamanı atmosferdə yaranan güclü maqnit sahəsi yer səthindəki metal konstruksiyalarda təhlükəli elektrik hərəkət qüvvəsi in-diksiya yarada bilir. Bu isə ildırımın ikinci təsirinə aid olmaqla yerdəki kontur qapalı olmaqıqda onunaçıq sahələri, arasında qığılcım alınaraq güclü yanğına səbəb ola bi-lər. Qapalı olduqda isə qurğulara başqa güc təsir göstərər.

İ l d ı r ı m d a n m ü h a f i z ə v a s i t ə l ə r i:

Təbii elektrik boşalması insanların və heyvanların zədələnməsinə, yanğına, bina və qurğuların mexaniki zədələnməsinə, elektrik qurğuları izolyasiyasının sıradan çıx-masına və s. səbəb olan bilər. Buna görə də insanlar hələ qədim dövrlərdən ildırım-dan mühafizə vasitəsi kimi ildırım öterən quruluşlardan istifadə etməyə başlamışlar. İldırımdan zədələnmə dərəcəsinə görə istehsalat binaları üç kateqoriyaya bölünür. (Bu kateqoriyaların hər birinə daxil olan binalarda qurulacaq ildırım ötürən quruluş-lar üçün də ayrıca tələblər müəyyən edilmişdir).

Əsasən üçüncü kateqoriyaya daxil olan kənd təsərrüfatı istehsalat binalarında qurulacaq ildırımötürən quruluşların özü də müəyyən tələb və şərtlərə cavab verməli-dir. Bundan başqa, odadavamlılıq dərəcəsi III, IV, V və ya həcmcə çox böyük olan bina və qurğularda, 1000 t-dan çox taxıl tutan anbarlarda, 100 başdan çox qaramal və donuz tutan fermalarda, 500-dən artıq qoyun saxlanan yataqlarda, 1000 başdan artıq quş tutan fermalarda, 10...15 m hündürlüyündə su və silosqüllələrində və s. mütləq ildırımötürən quruluş qoyulmalıdır.

Kiçik binalarda qüllələrdə və s. təknaqilli; böyük və ya bir neçə binadan, yaxud qurğudan ibarət komplekslərdə isə antenna tipli ildırımötürənlərdən istifadə olunması məsləhətdir.

Ümumiyyətlə, ildırımötürən quruluş üç əsas hissədən ibarətdir: İldrım qəbul edən, cərəyankeçirən və yerləbirləşdirici. İldrımı qəbul edən hissə antena tipli quru-luşlarda üfüqi vəziyyətdə tarım çəkilən məftil və ya tor, təknaqilli ildrımötürənlərdə isə dayaca şaquli vəziyyətdə bağlanan metal çubuq (üç hissəsi düz və ya armudvarı əyilərək bağlanmış vəziyyətdə) ola bilər.

Onun yuxarı ucu dayaqdan 0,4...0,6 m hündür olmalıdır. Bu hissəni yerləbir-ləşdiriciyə birləşdirən naqilə cərəyankeçirən hissə deyilir. Bu hissə mis olduqda enkə-sik sahəsi 5·10-5 m2, polad məftil olduqda isə 10-4 m2 –dan az olmamalıdır.

Bütün hallarda dayaq binadan 4...10 m, aralı olmalıdır ki, addım gərginliyinin qorxusu olmasın.

İldrımötürənin mühafizə zonasını müəyyən miqdarla quraraq. Mühafizə zonası-nın radiusunu (buna ildrımötürənin mühafizə radiusu deyilir) qrafiki təyin etmək olar. (səh. 129-132 Həsənov B.A. bax).





Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə