Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ



Yüklə 1,04 Mb.
səhifə14/14
tarix17.10.2017
ölçüsü1,04 Mb.
#5204
1   ...   6   7   8   9   10   11   12   13   14

DRENAJ TİKİNTİSİ
Qapalı üfüqi drenaj tikintisi yalnız təsdiq edilmiş layihə sənədləri (TTЛ, ИИЛ) əsasında aparılmalıdır. Layihədə konkret iş sahəsinə aid təhlükəsizlik tələbləri və onların təmin edilməsi tədbirləri verilməlidir.

Drenaj işlərinə başlamazdan əvvəl bütün sahə ağac, kol-kos, kötük, daş və digər maneələrdən təmizlənməli, materialların yığılması, texnikanın saxlanması və ona xidmət göstərilməsi üçün yerlər təyin edilməlidir. Material anbarları daimi yolların yaxınlığında və obyektdən 2 km-ə qədər məsafədə yerləşdirilir.

Drenaj tikintisində yüksək təhlükəli işlərə (çox nəm suxarlarda, darısqal şərait-lərdə aparılan torpaq işləri, dərin xəndəklərin qazılması, dərin kanalların yamac-larında beton və izolyasiya işləri və i.ax.) xüsusi diqqət verilməlidir. Yadda saxlamaq lazımdır ki, nəm və zəif çuxurlarda yerqazan maşınların çuxura xüsusi təzyiqi 40 kΠA-dan zəif çuxurlarda isə 25 kΠA-dan artıq olmamalıdır. Buna görə də suxura böyük təzyiq göstərən maşınların tətbiqi lazım gəldikdə onların tırıllarının altında taxta və ya şalban döşənəklər qoyulmalıdır.

Qapalı üfüqi drenaj tikintisi geodezi nişanlama, trassanın təmizlənib hamarlan-ması, drenaj borularının xəndəyə düzülməsi, drenaj qurğularının tikilməsi, xəndək-lərin torpaqla örtülməsi işlərindən ibarətdir.

Qapalı üfüqi drenaj tikintisi ЭТЦ- 202А, ЭТЦ -202Б, Т- 406 və ЭД- 3,0 БДМ-301 A tipli xəndək ekskavatorları ilə və xəndəkdən kənarda işləyən drenddöşəyən maşınlarla aparılır.

Çoxçalovlu ekskavatorlarla işlədikdə iş meydançasının profili güclü küləkdə belə maşının dayanıqlığını təmin etməlidir. Bu maşınlarda mailliyi 100-yə qədər olan yoxuşlarda və 50 –yə qədər olan yamaclarda işləməyə icazə verilir. Ekskavator enişdə yalnız birinci sürətlə hərəkət etməlidir.

İş trassasını ekskavatorun sərbəst hərəkəti üçün tələb olunan endə hamarlayırlar. Güclü külək əsən rayonlarda artıq torpağı xəndəyin külək tutmayan tərəfində, mailli sahələrdə isə xəndəyin hündür tərəfində yerləşdirirlər. Hamarlama zamanı artıq torpaq xəndəyin yalnız bir tərəfinə toplanır, digər tərəf isə drenaj borularının yığıl-ması üçün sərbəst saxlanılır. Saxsa borular trassa boyunca piketaj xəttindən 0,7...1,0 m məsafədə, drendöşəyən maşının hərəkət istiqamətindən sol tərəfə düzülür. Plastmas borular buxtası və birləşdirici armatur isə dren kollektorlarının mənsəbi yanında, xəndəkdən kənarda işləyən drendöşəyənin hərəkət istiqamətindən sol tərəfə düzülür. Drenaj boruları trassa boyunca qoşqularla daşınır, bu zaman onların üstünə adamların minməsi qadağandır.

Plastmas boruları döşəmək üçün tətbiq edilən MД- 4, MД- 12 maşınlarının təhlükəsiz işləməsi üçün trassa boyu kələ-kötürlük 20 sm-dən, eninə maillik isə 30- dən çox olmamalıdır.

Lay və səth sularının axıdılmasını təmin etmək üçün xəndəyi profilin ən aşağı nişanlarından qazmağa başlayırlar. Qazma işlərinə başlamazdan əvvəl maşinist briqa-danın bütün üzvlərinin öz iş yerlərində olmasına əmin olmalı, sonra xəbərdarlıq siqnalı verməli və cavab siqnalı almalıdır. Əvvəlcə çalov zəncirini və transportyoru işə salır, sonra isə işçi hərəkətə başlayırlar. Xəndək ekskavatoru işləyərkən onun laydır barabanından 3 m-ə qədər, pərli barabanından isə 6 m-ə qədər məsafədə adamlar hərəkət etməməlidir. Borudöşəyinin üstündə adamlar olduqda onu endirib-qaldırmaq qadağandır.

İş vaxtı xəndəkdə maneəyə (kötük, daş və digər əşyalar) rast gəldikdə maşını saxlayıb onu kənar etdikdən sonra hərəkəti davam etdirmək olar.

Xəndəyin qazılması müvəqqəti dayandırıldıqda və ya ekskavatoru təmir etmək lazım gəldikmdə onu xəndəkdən azı 2 m kənara çıxarmalı və tırılların altına taxta döşənək qoymalıdır. Ekskavatoru nəqliyyat vəziyyətinə gətirmək üçün işçi orqanı qaldırıb dayaqlar üzərinə qoyurlar.

Axar qumlu və ya çox sulu suxurlarda drenaj boruları əvvəlcə yer səthində böl-mələrlə yığılır, sonra xəndəkdə quraşdırılır. Saxsı boruları düzən fəhlə ekskavator-dan azı 6 m məsafədə işləməlidir. Aşağı fəhlə drendöşəyənin qutusundan düşəndə ekskavator tam dayandırılmalıdır.

Xarici diametri 120 mm-ə qədər olan plastmas drenləri I...III dərəcəli çuxurlarda 1,8 m-ə qədər dərinliyə düzmək üçün MД-4 tipli drendöşəyəndən və MД-5 tipli dartqı maşınından istifadə edilir. MД-4 drendöşəyəni işləyərkən dartı-kanatının yaxınlığında adamların olması, maşın hərəkət edərkən plastmas boruların kəsilməsi, calanması, bunker meydançasına çıxmaq və yeni boru dolağı qoymaq qadağandır.

Saxsı, asbest- sment və beton magistral borularından drenaj borularınıı keçirmək üçün fəhlələr xüsusi dəlikaçan alətdən istifadə etməli və mühafizə eynəkləri geyimə-lidir. Drenaj borularının xəndəyə düzülməsi və süzgəc materialları ilə örtülməsi işlə-rində fəhlələr əlcək və eynəklərlə, şüşə pambığın tətbiqində isə respiratorla təmin edilməlidir.

Qapalı, üfüqi drenajın baş boru xətləri çəkilərkən borular xəndəyin qaşından azı 1,5 m məsafədə yığılmalıdır. Boruları xəndəyə endirəndə yükqaldırma kranlarına aid bütün təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. Fəhlələr boruları birləşdir-mək və süzgəc materiallarını döşəmək üçün xəndəyə düşüb-çıxdıqda azı 70 sm enin-də məhəcərli trapdan və ya nərdivandan istifadə etməlidir. Xəndəyin bir qaşından o biri qaşına isə məhəcərli keçid körpüləri ilə keçilməlidir. Fəhlələr xəndəyə enməzdən əvvəl onun yamaclarının dayanıqlığı yoxlanılmalıdır. İş vaxtı suxurların uçma təh-lükəsi yarandıqda və ya xəndəyin divarlarında üfüqi çatlar əmələ gəldikdə fəhlələr dərhal təhlükəli yerdən kənar edilməlidir.

Dəmir-beton boru bölmələrini xəndəyə endirdikdə fəhlələr borudan azı 3 m kənarda duraraq uzun dəstəkli qarmaqla onu tutmalı və istiqamətini tənzimləməlidir.

Xəndək dibinin yoxlanılması, hamarlanması və boruların düzəlməsi işləri ekska-vatordan 5...6 m arxada aparılmalıdır. Xəndək və çalaların rotorlu və xəndək ekska-vatorları ilə qazılmasında ümumi təhlükəsizlik tədbirlərinə riayət edilməlidir. Qış mövsümündə, mülayim havalar başladıqda, həmçinin uzun sürən yağışlardan sonra xəndək və çalaların vəziyyəti yoxlanılmalı və lazım gəldikdə onlar əlavə olaraq möh-kəmləndirilməlidir. Suxurların uçulma prizmasının hüdudlarında inşaat maşınlarının və avtomobillərin yerləşdirilməsi və ya hərəkəti, bucarqadların qurulması, hava elektrik xətlərinin habelə projektor dayaqlarının qoyulması qadağandır.

Boru xətləri düzüldükdən sonra xəndəyin torpaqlanması zamanı buldozerin işçi orqanının xəndəyin qaşından irəli çıxarılmasına imkan verilməməlidir. Torpaqlama işlərinin əvvəlində buldozerin xəndəyin qaşına 1 m dən artıq yaxınlaşmasına icazə verilmir.



Şaquli drenaj tikintisi. Şaquli drenaj sistemi aşağıdakı qurğulardan ibarətdir: suqəbuledici və suqaldırıcı avadanlıqla təchiz edilmiş quyular, idarəetmə stansiyası, hava elektrik xətləri və trasformator yarımstansiyası, suaxıdıcı xətlər və müşahidə quyuları şəbəkəsi, nəqliyyat yolları.

Su və müşahidə quyularının qazılması “Şaquli drenajı tikintisi üzrə təlimat”- ın, yerüstü qurğuların tikintisi, nasos və avtomatika vasitələrinin quraşdırılması isə inşaat normalarının tələblərinə uyğun aparılmalıdır.

Şaquli drenaj quyularının qazılmasında УКС, УPБ, ФA və 1БA- 15 K tipli qaz-ma dəzgahlardan istifadə edilir. Şaquli drenaj tikintisində həmçinin qreyferli (asqılı) ekskavatorlardan istifadə edilir. Qreyferlə işlərkən qolun maksimal açılışından 5 m artıq radial məsafə təhlükəli zona hesab edilir, burada adamların durması qadağandır. Qreyferlə qazma zamanı çalada qarşıya qaya parçası, kötük və b.k., maneələr çıxarsa, çalovu qaldırmalı və maneəni kənar etməlidir (ətrafını qazmaq və ya onu partlat-maqla). İş zamanı çalovu təmizləmək, yoxlamaq və ya təmir etmək lazım gəldikdə onu quyudan qaldırmalı və ekskavatoru dayandırmalıdır. Çalovu quyunun əks istiqa-mətində yerə qoyurlar.

Krot və şırım drenajlarının tikintisi. Krot drenajını torpaqda uzun, dairəvi boş-luqların sıxılıb yaradılması ilə qururlar. Həmin dren-dəliklər yaxşı suyığma qabiliy-yətinə malikdir, lakin onlar dayanıqlı olmadığı üçün tez uçulur. Krot drenajı gilli və gilli-torpaq suxurlarda qurulur. Ağac kötükləri olan torf sahələrində torpaqda üçbu-caq kəsikli şırımlar açaraq şırım drenajı tətbiq edirlər. Krot və şırım drenajlarının dayanıqlığını artırmaq üçün aşağıdakı şərtlərə əməl edilməlidir.

- drenaj yalnız nəmləşdikdə axmayan və qurudulduqda səpilməyən suxurlarda tikilməli;

- krot drenajı optimal nəm (21...27%) suxurlarda tikilməli;

- drenlərin çəkilməsi üçün bircinsli torpaq seçilməli;

- krot drenlərinin açıq kollektora çıxan mənsəblərində uzunluğu 30...60 sm olan asbest-sement və ya plastmas borular tətbiq edilməli;

- krot drenajını yerləşdirdikdən sonra dərhal bıçaq şırımlarını torpaqlamalı;

- krot drenlərinin optimal diametrlərini (50...100 mm) tətbiq etməlidir.

Krot drenajını MД -6 tipli, şırım drenajını və TMT- 101 tipli maşınlarla qururlar. Traktordan asılı bu qurğular çərçivəsən, işçi orqandan və hidravlik sistemdən ibarətdir. MД- 6 alətinin işçi orqanı iki ədəd drenli bıçaqdır.

TMT- 101 maşınının işçi orqanı isə reduktorlu frez diskindən ibarətdir. Frezin xarici diametri üzrə bıçaqlar bərkidilmişdir. Frezin reduktoru traktorun güc valından hərəkətə gətirilir.

Krot drenajının qurulmasında alətin bıçaqlarının, drenerlərin və onların asqı-larının, həmçinin hidravlik sistemin vəziyyətinə nəzarət edilməlidir. Bıçaqlar, drenlər, eləcə də onların asqıları yoxlanıldıqda işçi orqan yerə qoyulmalıdır. Asılma alətin aşağı hissələrini yoxlamaq lazım gəldikdə qaldırıcı çərçivə yuxarı vəziyyətdə çən-bərlə və ya möhkəm dayaqla bərkidilməlidir. Krot drenajı maşını işləyərkən onun yanlarında azı 2 m, arxasında isə azı 3 m məsafədə adamlar dayanmamalıdır.

Şırım drenajı maşını ilə işə başlamazdan əvvəl frezin dişlərinin möhkəmliyini yoxlamaq lazımdır. Maşın işləyərkən onu tırıtıllarından və bağlayıcı aparatın dolaq-larından 2 m məsafədə adamların dayanması qadağandır.

Hidravlik sistemin birləşmələrinin boşalmış vəziyyətində və ya şlanqlardan yağ sızdıqda maşını işlətmək olmaz. Maşının bıçaqlarını, novunu, şnekini, hidravlik sistemini təmir etmək üçün işçi orqan yerə və ya etibarlı dayaq üzərinə qoyulmalıdır. İşçi orqanın yalnız hidravlik sistemin qüvvəsi ilə qaldırılmış vəziyyətində orada təmir və tənzimləmə işləri aparmaq qəti qadağandır.

İNŞAAT VƏ MELİORASİYA MAŞINLARININ

İSTİSMARINDA TƏHLÜKƏSİZLİK TEXNİKASI
Inşaat və meliorasiya maşınları çox vaxt ağır və əlverişsiz şəraitdə işləyir. Onların istismarı, qurraşdırılması, sökülməsi və daşınmasında xidmətedici heyətin təhlükəsizliyi maşınların sazlığından, köməkçi və qoruyucu quruluşların, iş meydan-çasının, tətbiq edilən materialların və yüklərin vəziyyətindən asılıdır.

İnşaat və meliorasiya maşınların istismarında bədbəxt hadisələrin və qəzaların əsas səbəbləri aşağıdakılardır:

- maşınların konstruksiyalarının qeyri-mükəmməlliyi, nasaz vəziyyətdə istismarı, öz-özünə hərəkəti, dayanıqlığının pozulması, kanatların qırılması, daxili qüsurlar nəticəsində qasnaqların, blokların, oxların və digər hissələrin sınması.
ÜMUMİ QAYDALAR
Inşaat, meliorasiya maşın və mexanizmlərdə 18 yaşına çatmış xüsusi təlim kursu keçmiş, ona tapşırılmış maşını idarə etmək hüququ (vəsiqəsi) olan şəxslər sərbəst işləyə bilər. Hər bir maşına müəssisə üzrə əmrlə müəyyən mexanizator təhkim olunur və maşının pasportunda onun soyadı adı yazılır. Maşinistlər işlədikləri maşınların xüsusi təlimatı ilə təmin edilməlidir. Təlimatda maşının təhlükəsiz istismar qaydaları, siqnal sistemləri, yüklənmə və iş sürətlərinin hədləri bir neçə maşının birgə iş qayda-lardır və s. göstərilir.

Müəssisədə işlədilən hər bir maşın və mexanizmin pasportu, fərdi qeydiyyat nömrəsi və texniki vəziyyətinə nəzarət jurnalı olmalıdır.

Yükqaldıran inşaat maşınları istismara verilməzdən əvvəl Dövlətdaxtexnəzarət orqanlarında qeydə alınmalıdır. Qeydiyyat üçün müəssisənin yazılı müraciəti, maşı-nın pasportu və texniki yoxlanış aktı təqdim olunmalıdır. Rels üzərində işləyən maşınların qeydiyyat üçün bundan əlavə, rels yolunun vəziyyəti haqqında arayış da tələb olunur.

Yükqaldırıcı maşınlar iş yerində quraşdırıldıqdan sonra, habelə vaxtaşırı, əsaslı təmir və ya təkmilləşdirmədən sonra texniki yoxlamadan keçirilməlidir. Texniki yox-lama zamanı yükqaldıran maşının işçi vəziyyətində onun bütün metal konstruksi-yaları, qaynaq və pərçim birləşmələri, mexanizmləri, avadanlığı, tormoz və siqnal sistemləri, təhlükəsizlik cihazları, çəpərləmələri, özülü (və ya kranatı yolu) və i.ax. yoxlanılır, sonra maşın statik və dinamik yüklə sınaqdan keçirilir.

Statik yükə sınandıqda maşının (kranın) yükqaldırma qabiliyyətindən 25% artıq yük 100...200 mm hündürlüyə qaldırılır, 10 dəqiqə ərzində asılı vəziyyətdə saxlanılır, sonra isə yerə qoyularaq maşının bütün konstruksiya və qavşaqlarının vəziyyəti gözdən keçirilir. Əgər bu zaman heç bir qüsur, çat və digər zədələr müşahidə olun-mursa, maşın sınağa davam gətirmiş hesab edilir. Oxlu kranlarda statik yükə sınaq onun maksimal yükqaldırmaya uyğun vəziyyətində, yəni onun ənkiçik çıxış vəziy-yətində aparılır. Bu zaman kranın işçi vəziyyətində də yükə dayanıqlığı yoxlanılır.

Dinamik yükə sınadıqda maşının (kranın) yükqaldırma qabiliyyətindən 10% artıq yük bir neçə dəfə təkanla qaldırılıb-endirilir və bundan sonra kranın vəziyyəti gözdən keçirilir.

Texniki yoxlama və sınaqların nəticələri, eləcə də növbəti sınağın müddəti maşının pasportuna qeyd edilir. Kranların və digər yükqaldırıcı maşınların tam texniki yoxlanışı üç ildə bir dəfə, işçiləri hündürlüyə qaldırmaq üçün tətbiq edilən mexanizmlərin (bucurqadların) taqm texniki yoxlanışlı isə hər il aparılmalıdır.

Texniki təşkilatların müdiriyyəti yükqaldırıcı maşınların, kranatı yolları və yüktutma quruluşlarının təhlükəsiz istismarı üçün mühəndis texnik işçilər arasından məsul şəxs (maşınların sayı 50-dən çox olduqda isə bir qrup işçi), eləcə də kranlarda yüklərin təhlükəsiz yerdəyişmələri üçün hər iş növbəsində məsul şəxs təyin etməlidir.



İNŞAAT VƏ MELİORASİYA MAŞINLARININ İSTİSMARINDA

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ
Mexanikləşdirilmiş tikinti və meliorasiya işlərinin təhlükəsizliyi ilk növbədə maşınların konstruksiyalarının möhkəmliyindən, onların istimar qaydalarına düzgün əməl edilməsindən və iş meydançalarının düzgün təşkilindən asılıdır.

Maşinistlərin tezliklə yorulması, diqqətinin səifləməsi kabinənin və idarəetmə lövhəsinin konstruksiyalarından asılı olur. Maşının kabinəsi müasir erqonomiya və rahatlıq tələblərini ödəməlidir. Kabinə isidici cihazlar, şüşətəmizləyən, günəş şüala-rından mühafizə tərtibatı, rahat oturacaq ilə, eləcə də maşının işçi xarakteristikalarını, təhlükəsizlik qaydalarını göstərən plakat və yazılarla təchiz edilməlidir. Kabinəyə rahat çıxıb-düşmək üçün qızmayan üzlük çəkilmiş pillə, nərdivan və ya tutacaqlar olmalıdır. Kabinənin iş zonasından gələn tozdan, çirkli havadan mühafizə etmək üçün açıq oyuqlar bağlanmalı və qeyri –kipliklər aradan qaldırılmalıdır. Bu məqsədlə dəstək və pedalların kabinəyə çıxan hissələrinin üstü çexolla örtülməlidir. Kabinənin qapısı kip bağlanmalı və işdən sonra qıfıllanmalıdır. Kabinə dərman qutusu, su ter-mosu və odsöndürücü ilə təchiz edilməlidir.

Maşın və mexanizmlərin etibarlı işinin təmin edilməsində ölçmə-nəzarət cihaz-larının, avtomatik idarəetmə və tənzimləmə quruluşlarının böyük əhəmiyyəti vardır. Maşın idarəetmə orqanları (dəstəklər, pedallar, düymələr və s.) etibarlı, əlverişli və gözəl yaxşı seçilən olmalıdır. Onlar bilavasitə maşında və ya kənarda, xüsusi ida-rəetmə lövhəsində yerləşdirilə bilər. İdarəetmə orqanları elə yerləşdirilməlidir ki, iş vaxtı maşınistin hərəkətləri qənaətbəxş olsun, bədəni üçün əlverişsiz və gərgin vəziy-yət yaranmasın.

Maşının işçi orqanlarının və avadanlığın öz-özünə düşməməsi üçün hidravlik idarəetmə sistemli maşınlarda hidravlik cəftə, mufta nəzərdə tutulmalıdır.

Maşinist işə başlamazdan əvvəl maşını yoxlayıb onun sazlığına əmin olmalıdır. Nasaz maşınla isə çıxmaq qadağandır.

İnşaat maşınları səs və işıq siqnalları ilə təchiz edilməlidir. Maşinistə iş mey-dançasında siqnal verməyə icazə verilmir.

Maşının hərəkət edən hissələrinə toxunulma imkanı olan yerlər çəpərlənməlidir. İşin gedişində tez-tez yoxlanılan hissələrin çəpərləri qapalı və ya asan çıxarılan olmalıdır.

Maşını gecə işlərinə hazırladıqda elektrik işıqlandırmasının saqzlığı yoxlanıl-malıdır.

Maşınlarda yanacaq, su və yağın axmasına, işlənmiş qazların kabinəyə daxil olmasına imkan verilməməlidir. Maşınlara yanacaq və sürtkü yağları əsasən bağlı, mexaniki üsulla (yanacaq tökən maşınla) doldurulmalıdır. Maşınlara çəlləklərdən yanacaq tökmək lazım gəldikdə əl nasosundan istifadə edilməlidir.

Maşınları işə salmazdan əvvəl radiatorda suyun, mühərrikdə və hidravlik sistem-də isə yağın səviyyəsi yoxlanılmalıdır. Qış vaxt mühərrikin işə salınmasını asanlaş-dırmaq üçün müəssisədə, eləcə dəiş sahələrində suyu və yağı qızdıran xüsusi qurğular qoyulmalıdır. Maşının işçi orqanlarını işə salmazdan, eləcə də maşını hərəkətə gətir-məzdən əvvəl maşinist səs siqnalı verməli və yaxınlıqda kənar şəxslərin olmadığını bilməlidir.

Elektrikmühərriki ilə işləyən maşınlarıngövdəsi işdən əvvəl səyyar yerbirləş-dirici quruluşla təmin edilməlidir.

Fasilələr vaxtı və işdən sonra maşın hamar meydançada saxlanıb tormozlanmalı, idarəetmə orqanlarının dəstəkləri neytral vəziyyətə gətirilməli, sonra isə mühərrik dayandırılıb kabinə bağlanmalıdır. Maşının enişli meydançada asxlanılmasına icazə verilmir.

Maşının mexanizmlərini yoxlamaq lazım gəldikdə işçi orqanı yerə qoyub mühər-riki saxlamalı və ya ötürmə mexanizmini mühərrikdən ayırmalıdır. İşçi orqanı altdan yoxlamaq lazım gəldikdə isə onu möhkəm altlıq üzərində yerləşdirməli və maşının təkərlərinin altına dayaqlar qoymalıdır.

Maşını və ya onun dəyişdirilə bilən işçi avadanlığını quraşdırdıqda və ya sök-dükdə zovodun təlimatına əməl edilməlidir. Bu işlər maşınların texniki vəziyyətinə məsul olan mühəndis- texnik işçinin rəhbərliyi altında aparılmalıdır. Maşının quraş-dırılma zonası çəpərlənməli və ya xəbərdaredici nişanlarla əhatə edilməlidir.

Pasportda göstərilmiş mənfi temperatur və külək sürəti hədlərində, sıx duman, güclü qar və yağış zamanı maşınla işləməyə icazə verilmir.

Ekskavatorlar. Ekskavatorlar hamarlanmış üfüqi meydançalar üzərində işlədil-məlidir. İş vaxtı elskavatorun tırtılları (təkərləri) tormozlanmalıdır. Bu məqsədlə tırtılların altına və ya onun diyircəklərinin arasına şalban, daş və s. əşyaların qoyul-masına icazə verilmir.

Ekskavatorla işləməzdən əvvəl qazıntı yamaclarının dayanıqlığı yoxlanılmalıdır ki, iş vaxtı onlar ekskavatorun ağırlığından uçmasın.

Ekskavatorla işləyən zaboyun (quyudibinin) hündürlüyü: düz çalovla işləyəndə çalovun maksimal qazma hündürlüyünü əks çalov və draqlayla işləyəndə buraxıla-bilən ən böyük dərinlik həddini ötməməlidir. İş vaxtı torpağın uçulma təhlükəsi yarandıqda, yaxud qarşıya təsadüfən elektrik kabeli və digər kommunikasiya xərləri çıxdıqda iş dayandırılmalı və iş icraçısına xəbər verilməlidir.

İstismar zamanı çalovun yüklü halında oxun açılışını dəyişməyə, qol ilə yükləri sürükləməyə, çalovun qaldırılmış vəziyyətində tormozu tənzimləməyə və qazıntının içərisində kanatları dəyişməyə icazə verilmir.



Buldozerlər. Buldozerlə 300 –yə qədər maillikli sahələrdə iş aparmaq olar. İş vaxtı maşının işçi orqnının kəsici hissəsinə diqqət verilməlidir ki, torpağa girməsin və ya xəndəyin torpaqlanan hissəsinə düşməsin. Yağışlı havada gilli suxurlarda bul-dozerlə iş aparılmamalıdır.

Hidravlik idarəetmə sistemi buldozerlərdə iş vaxtı yağın temperaturunun 600 C-dən artıq olmasına yol verilməməlidir. Hidravlik sistemin qoruyucu klapanı 3 Mπa təzyiqə hesablanmalıdır. Buldozerin maşinisti şlanqların vəziyyətinə müntəzəm diq-qət verməli və onlar qırıldıqda mühərriki söndürüb maşını dayandırmalıdır.



Skreperlər. Qoşqu skreperləri traktorun dişlə bəndinə ox mili vasitəsilə sərt birləşdirilir. Ox mili maksimal dartı qüvvələrində qrılmaya hesablanır. Ona görə də qoşqu üçün möhkəm ox milinin tətbiginə icazə verilmir. İş vaxtı traktorla skreper arasında sahəyə işçilərin daxil olmasına diqqət verilməlidir.

Skreperlə 300 –yə qədər eniş və yoxuşlarda işləməyə icazə verilir. Traktor işlə-yəndə skreperin çalovunu təmizləmək qadağandır. Qoşqulu skreperlə xəndəyə və ya tökmə torpağın yamacına 1 m -ə qədər yaxınlaşmağa icazə verilir. Bir iş yerindən başqasına keçdikdə skreperin çalovu yerdən az 0,35 m hündürə qaldırılmalıdır. Yağışlı havada skreperlə gilli suxurlarda aparılan torpaq işləri dayandırılmalıdır.



Qreyderlər. İri daşlı sahələrdə qreyderlə iş aparmağa icazə verilmir. Qoşqu qreyderləri traktor və ya avtomobilə 7,5...10 m uzunluğunda elastik kanata qoşulur. Qreyderin işçi orqanları iki nəfərlə tənzimlənir.

Qreyder traktorla qoşquda 9 km/saat, avtomobil qoşqusunda isə 30 km/saata qədər sürətlərdə hərəkət edə bilər. Qoşquda hərəkət etdikdə qreyderin içərisində fəhlə olmalıdır.



Vərdənələr. Torpağın hamarlanması və sıxlaşdırılmasında mühərrikli və qoşqu-lu vərdənələrdən istifadə edilir. Bir neçə maşının birgə işində azı 5 m ara məsafəsi gözlənilməlidir. Qoşqulu vərdənə ilə hamarlama işləri aparıldıqda onu dartı maşını ilə geriyə sürməyə icazə verilmir. Qazıntəların yaxınlığında tökmə torpağın hamarlan-masında dartı maşını xəndək və ya çalanın 1,5 məsafəyə qədər yaxınlaşa bilər.

Borudüzən maşınlar. Üfüqi drenajın baş boru xətlərinin çəkilməsində xüsusi borudüzən maşınlardan istifadə edilir. Maşınla boruların düzülməsində xəndək yamacının vəziyyətinə müntəzəm nəzarət edilməlidir. Torpağın uçulma və sürüşmə təhlükəsi yarandıqda işi saxlayıb onu xəndəkdən kənara sürmək lazımdır. Bir neçə borudüzən maşın birlikdə işlədikdə və ya digər maşınlarla kompleks işləri aparıldıqda maşinistlər siqnal sistemi təyin edilməlidir.

Borudüzənin iş trassasının mailliyi 30-dən artıq olmamalıdır. Hərəkət yolunda qruntun və leysan sularının kənar edilməsi nəzərdə tutulmal

Borudüzən zamanı maşın xəndəyin uçulma prizmasından kənarda yerləşdiril-məlidir. Boruları xəndəyə endirməzdən əvvəl maşinist siqnal verməli və xəndəkdə işləyənlər təhlükəsiz məsafəyə çəkilməlidir. Boruların endirilməsi, qaldırılması və yerinin üfüqi vəziyyətdə dəyişdirilməsi müntəzəm, təkansız yerinə yetirilməlidir. Maşın yükqaldırma hədlərində işlədikdə dayanıqlığını təmin etmək üçün əksyüklə təchiz edilməlidir.

Drendöşəyən. Drenaj tikintisində drendöşəyən ekskavatordan istifadə edilir. Bu maşınla I...III dərəcəli suxurlarda, mailliyi 100 olan eniş və yoxuşlarda, boyuna mail-liyi 50 olmaqla, dərinliyi 2 m-ə qədər olan xəndəklər qazıla bilər. İçərisində çoxlu daş və ya ağaclar olan , eləcə də kələkötürlüyü 15 sm-dən çox və mailliyi 50 dən böyük olan xəndəklərdə drendöşəyən ekskavatorla iş aparmağa icazə verilmir. Eləcə də dik dağətəyi sahələrdə maşının istismarı qadağandır.

Kötükçıxaran maşın. K-15 və MΠ- 8 tipli maşınların tətbiqində işdən əvvəl asılmış orqanların asma mexanizmi ilə düzgün birləşdirilməsini və müəyyən vəziy-yətdə etibarlı bərkidilməsini yoxlayırlar. Maşın iş yerinə döndərildikdə işçilər 30 m məsafəyə çəkilməlidir.

Hidravlik ötürməli asılma mexanizmi ilə (K-15) kötüklərin çıxarılmasında hid-ravlik silindrlərin idarəetmə dəstəkləri neytral vəziyyətə qoyulmalıdır. Kötükçıxaran mexanizmin dişləri torpaqda olduqda maşını döndərmək qəti qadağandır. Dişləri dəyişmək lazım gəldikdə asılma mexanizmi yerə qoyulub birləşmələri bərkidilmə-lidir.



Çıxarılmış kötükləri və kolları sahədən yığışdırmaq üçün asma mexanizmində hidravlik kötükçıxaranı kol dırmığı ilə əvəz edirlər. Asılma dırmıqla işlədikdə hid-rosilindrlərin idarəetmə dəstəkləri neytral vəziyyətə gətirilməlidir.



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə