Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ


İSTEHSALAT BINALARININ IŞIQLANDIRILMASI



Yüklə 1,04 Mb.
səhifə6/14
tarix17.10.2017
ölçüsü1,04 Mb.
#5204
1   2   3   4   5   6   7   8   9   ...   14

İSTEHSALAT BINALARININ IŞIQLANDIRILMASI.
Hər bir sənaye və kənd təsərrüfatı müəssisələrində, tikinti obyektlərində və ya-xud başqa iş yerlərində işçilərin sağlamlığını mühafizə etmək, bədbəxt hadisələrin törənməsinin qarşısını almaq və iş şəraitini daha da yaxşılaşdırmaq üçün binalar, heyvandarlıq (binaları) fermaları ərazisi və başqa tikintikilər İn və QII-4-79 sanitar normalarına müvafiq olaraq kifayət qədər təbii və süni ışıqla təchiz edilməlidir.

İstehsalat binalarında aşağıdakı növ işıqlanma tətbiq edilir.

1. Ümumi işıqlanma.

2. Yerli işıqlanma.

3. İşarə məqsədi ilə işıqlanma.

4. Qəza işıqlanması.

Ümumi işıqlanma üç üsulla yaradılır.

1. Təbii işıqlanma.

2. Süni işıqlanma.

3. Kombinə (qarışıq) edilmiş işıqlanma.

İstehsalat binalarının təbii işıqlanması əsasən pəncərələr və fanarlar vasitəsi ilə aparılır. İstehsalat binalarında qoyulacaq pəncərələrin ümumi sahəsi belə təyin edilir.
ΣFo= (m2).

Buradamin - təbii işıqlanma əmsalının normalandırılmış qiymətini %- lə;



ηo - pəncərənin işıq xarakteristikası əmsalını;

S - binanın döşəmə sahəsini, m2- lə;

K - qonşu binanın kölgə salmasını nəzərə alan əmsalı;

τo - pəncərənin işıq buraxma əmsalını;

r1 - isə yandan işıqlanma zamanı işığın əks olunmasını nəzərə alan əmsalı göstərir.

İstehsalat binasında qoyulacaq pəncərələrin sayı,



No= (əd.)

burada Fo - bir pəncərənin DÜİST-ə görə sahəsini göstərir.

İstehsalat binalarının divar və tavanında müxtəlif rənglər olduqda, o zaman rəng-lərin orta işığı əks etdirmə əmsalı təyin edilir.

Ρop.=.

burada ρ1, ρ2 - ayrı-ayrı rənglərin işığı əks etdirmə əmsalını;



S1, S2 - isə həmin rənglərin tutduğu sahəni göstərir.

Ağ rəng üstünə düşən işıq şüasının 90 %-ni əks etdirir və 10 %-ni udur.

Açıq sarı rəng 46 % əks etdirir və 54%-ni udur.

Açıq yaşıl rəng 40 %-ni əks etdirib, 60 %-ni udur.

Açıq göy rəng 30 %-ni əks etdirib, 70 %-ni udur.

Tünd yaşıl rəng 10 %-ni əks etdirib, 90 %-ni udur.

Qara rəng isə 4% əks etdirib, 96 % şüanı udur.

Hündür binalarda pəncərə vasitəsilə yandan işıqlanma binanın hissəsində intensiv işıqlanma yarada bilmir. Ona görə də belə binalarda yuxarı hissədə fanar (şüşələr) qoymaqla təbii işıqlanma aparılır.

Binanın yuxarı hissəsində qoyulacaq fanarların (şüşələrin) sahəsi belə təyin edilir.

Σ FФ= (m2)

burada - yuxarıdan işıqlanmada təbii işıqlanma əmsalının normalaşdırılmış

qiymətini;

ηФ - fanarın işıq xarakteristikası əmsalını;

r2 - yuxarıdan işıqlanma zamanı işığın əks olunması nəzərə alanəmsalı

göstərir.

Fanarın işıq xarakteristikası əmsalının qiyməti istifadə olunan fanarların tipindən asılı olaraq götürülür.

İstehsalat binalarında əsasən 3 tip fanarlardan istifadə edilir:

1) Şaquli fanar

2) Maili fanar

3) Zenit tipli fanar

Əgər bir binada bir neçə fanar qoyulması lazım gələrsə, o zaman aralarındakı məsafə belə təyin edilir,

=(2÷4) B.(m)

burada, B - binanın hündürlüyünü göstərir.

Buludlu havada, gecə növbələrində və avadanlıqlar çox olan binalarda təbii işıq-lanma binada normal işıqlanma yarada bilmir. Ona görə də belə hallarda süni işıqlan-madan istifadə edilir.

Binalarda süni işıqlanma yaradarkən verilmiş qiymətlərə əsasən hesabat aparılır və binanın tipinə uyğun olaraq işıqlandırıcılar seçilir və binada yerləşdirilir. Süni işıq-lanmanı hesablayarkən müxtəlif üsullardan istifadə edilir. Bunlar içərisində ən çox yayılmışı xüsusi güc və işıq seli üsuludur.

Bu üsula əsasən,



ρüm= S.q (BT).
burada S - binanın döşəmə sahəsini,

q - isə verilmiş xüsusi güc normasını göstərir.

Binada qoyulacaq lampaların sayı,



Nℓ.= (əd).

burada, Po - bir lampanın gücü olub qiyməti binanın tipindən asılı olaraq götürü-

lür.

Məs: idarə binaları üçün 75, 100 BT;



Heyvandarlıq binaları üçün 60 BT gücündə götürülür.

Bina daxilində yaranan işıq seli,



F= təyin edilir.

Burada EH - norma üzrə verilən ümumi işıqlanma, ℓk -lə; (EH=100 lk)



K1 - ehtiyat əmsalını, K1=1,5÷2.

Σ - işığın qeyri bərabərlik əmsalını; qiyməti işıqlandırıcısının tipindən və

işıqlanırıcılar arasındakı məsafədən asılı olaraq götürülür.



Nl - lampaların sayını;

Ηs – işıq selindən istifadə əmsalı olub, aşağıdakı düsturla əlaqədar təyin

edilir.


;

burada ab - binanın eni və uzunluğunu, m -lə;



H - isə lampanın asılma hündürlüyü, m-lə göstərir.

Binada yaradılan işıqlanma belə təyin edilir:



E= ℓk).

Eo- bina üçün nisbi işıqlanma əmsalı olub, Eo= ilə təyin edilir.

F - binada yaradılan işıq selini, ℓm - lə;

H - lampanın asılma hündürlüyünü;

K1 - ehtiyat əmsalını;

1 - divardan kənar işıqlanma nöqtəsinə qədər olan məsafəni göstərir.



İşıqlanma zamanı lampalar arasındakı məsafə, lampaların yerləşmə üsulundan asılı olaraq təyin edilir.

İstehsalat binalarında işıqlandırıcılar əsasən 2 üsulla yerləşdirilir.

1. Düzbucaqlı üsul.

2. Şahmat üsulu.

Lampalar düzbucaqlı üsulla yerləşdirildikdə lampalar arasındakı məsafə,

= (1,4÷1,8) H (m).

lampalar şahmat üsulu ilə yerləşdikdə isə lampalar arasındakı məsafə,

=(1,8÷2,4) H (m). götürülür.


Divardan kənar işıqlanma nöqtəsinə qədər olan məsafə, divar yaxınlığında iş yeri olanda,

1= (0,2÷0,3) l (m).


Divar yaxınlığında iş yeri olmadıqda isə, 1= (0,4÷0,5) l (m). götürülür.
Ayrı-ayrı binalar üçün işıqlanma normaları.


Binaların adı.

Məsləhət görülən minimum işıq norması lk-lə.

Direktorun, baş iqtisadçının, 300 baytarın otağı.

Dispeçer otağı.

Əl-üz yuyulan yer.

Koridor (dəhliz).

Ticarət zalı və idarə binası.

Yaşayış binası.

Qırmızı guşə.

Mətbəx.


Saxlama kamerası.

Qəbul məntəqəsi.

Sanitar otağı.

Bufet.


Sinif, laboratoriya otağı.

Maşın dayanacağı.

Tibb otağı.


50.

25.


15.

15.


50.

50.


50.

30.


25.

75.


30.

50.


75.

10.


50.

Lüksmetrlərdən ю-16, ю-117 və b. istifadə edilir.


Ayrı-ayrı binalar üçün süni işıq norması ℓk-lə


Binalar.



İş səthinin ümumi işığı ℓk.

Lyuminesent lampa-sı.

Közərmə lampası ilə.

Sağım meydançası.

Yemləmə meydançası.

Sağım zalı.

Südü ilk emal edən bina.

Düyə saxlanan bina.

Donuz damı.

Qoyun damı.

Quş damı.

İnkubator.

Yem hazırlayan sex.

Maşın şöbəsi və idarə pul.

Keçid yerləri.

Sanitar şöbəsi.


150.

75.


200.

200.


75.

75.


50.

150.


100.

150.


150.

75,0.


100.

100.

30.


150.

150.


30.

50.


30.

100.


75.

100.


100.

50.


175.


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə