Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ



Yüklə 1,04 Mb.
səhifə7/14
tarix17.10.2017
ölçüsü1,04 Mb.
#5204
1   2   3   4   5   6   7   8   9   10   ...   14

Heyvan və quşların ultrabənövşəyi şüalarla, şüalandırılması

zamanı təhlükəsizlik tədbirləri.


Heyvan və quşları ultrabənövşəyi şüalarla şüalandırarkən lazım olan qurğular-dan istifadə etdikdə təhlükəsizlik qaydalarına düzgün riayət edilməlidir.

Quş, heyvan saxlanan həyət və binalarda elektrik cərəyanının təsiri daha təhlükə-lidir. Ona görədə şüalandırıcı qurğular üçün lazım olan gərginlik, belə binalarda 250 V-dan çox olmamalıdır. Şüalandırıcı qurğuların asılma hündürlüyü 2,5 m-dən az ol-mamalıdır. Əgər binanın tavanı alçaqdırsa, onda qurğunun lampaya toxunan hissələri örtüyə alınıb, qıfılla bağlanılmalıdır. Şüalandırıcı qurğular qurularkən onun metal his-sələri sıfır xəttinə birləşdirilməlidir ki, hər hansı səbəbdən faz xəttinin izolyasiyası xarab olduqda ona xidmət edən işçinin həyatı təhlükə altından qalmasın.

Heyvandarlıq fermasının işçilərinə öz başına şüalandırıcı qurğularda təmir apar-maq, yaxud qulluq etmək qəti qadağandır.

Bu işi ixtisası olan elektrik yerinə yetirməlidir.

Heyvandarlıq və quşçuluq fermalarında şüalandırıcı qurğuların yanında onların istismarında lazım olan təhlükəsizlik texnikası qaydaları və xəbərdar edici işarələr asılmalıdır.

Ultrabənövşəyi şüa qurğularını istismar edən zaman bilmək lazımdır ki, uzun müddət heyvanların şüalandırılması həm heyvana həmdə, ona xidmət edən şəxsə pis təsir göstərir. Ona görə də ΠPK, ЭUB tipli civə -kvars lampalarından istifadə edərkən gözü rəngli nazik şüşədən hazırlanmış eynəklə mühafizə etmək lazımdır. Uzun müd-dət isti lampaya eynəklədə baxmaq məsləhət görülmür.

Uzun müddət böyük olmayan binada şüalandırıcı qurğulardan istifadə etdikdə binanın havası tez-tez dəyişdirilməlidir. Bu, iş vaxtı və işdən sonra (şüalanmadan) hə-yata keçirilməlidir.


AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
İNFORMASİYA TEXNOLOGİYALARI, AQRAR MÜHƏNDİSLİK VƏ ENERGETİKA FAKÜLTƏSİ
HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ VƏ BƏDƏN TƏRBİYƏSİ
kafedrası

ƏMƏK MÜHAFİZƏSİ

MÖVZU 7: HEYVANLAR SAXLANILAN YAY DÜŞƏRGƏSI,

HEYVANDARLIQ BINASI VƏ HEYVANDARLIQ

FERMASI ƏRAZISINDƏ ABADLAŞDIRMAYA

OLAN SANITAR TƏLƏBAT.
MÖVZUNUN PLANI

1. Heyvandarlıq ferması ərazisində abadlaşdırmaya olan tələbat.

2. Ferma ərazisində sanitar qovşaqların yaradılması.

3. Sanitar norma və qaydalara əsasən tikinti sıxlığının təyin edilməsi.

4. Binalar arasında sanitar mühafizə zonaları.

5. Sağlam və yoluxucu xəstəliklərə tutulmuş heyvanlara qulluq işlərində əmək

gigiyenası.

6. İşçilərin şəxsi gigiyenası.


Ə D Ə B İ Y Y A T

1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı – 2002.

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Bakı “Hüquq ədəbiyyat” 2008.

3. İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və yçota alınması. “Bakı, hü-

quq ədəbiyyatı” 1998.

4. Həsənov B.A. Əmək mühafizəsi. Bakı, Maarif, 1986.

5. Tağızadə T.H. Meliorasiya t/tında əmək mühafizəsi. Bakı. “Maarif” 1990.

6. Əfəndiyev R.İ. Heyvandarlıqda təhlükəsizlik texnikası. Bakı. Azərnəşr 1987.

7. Канашев Ф.М и др. Охрана труда. М.; 1988.

8. Луковников А.В. Охрана труда. М.; «Колос»1989.

9. Денисенко Г.Ф. Охрана труда. М.; «Высшая школа» 1989.

10. Шурин Е.Т. Пожарная безопасности на животноводческих фермах. М.;

1984.


Heyvanlar saxlanılan yay düşərgəsi, heyvandarlıq binası və

heyvandarlıq ferması ərazisində abadlaşdırmaya

olan sanitar tələbat.

Fermalarda lazımi sanitariya şəraiti yaratmaq üçün, yerli şəraitdən asılı olaraq, on-ların ərazisini abadlaşdırmaq sahəsində aşağıdakı tədbirlər həyata keçirilməlidir:

1) gəzinti meydançaları və heyvandarlıq binalarının giriş yollarının müvafiq pe-yin şirəsi buraxmayan örtüyü olmalıdır;

2) gəzinti meydançaları üzərindən elektrik xətti keçməməlidir;

3) fermaların sanitar-mühafizə zonası mövcud texnoloji layihələşdirmə normala-rına uyğun sürətdə təşkil edilməlidir.

Heyvandarlıq fermaları ərazisindəki yollar, yol ayrıcıları və piyadaların istifadə etdikləri keçidlər hərəkət üçün rahat, hamar, çalaçuxursuz olmalı və kifayət qədər işıqlandırılmalıdır.

İstehsalat, inzibati və sanitariya-məişət binalarına, anbarlara qovuşuq yol ayrı-cıları və keçidlər qış dövründə qardan təmizlənməlidir.

Peyin toplamaq üçün ferma ərazisində nümunəvi layihələr əsasında peyin anbar-ları düzəldilməlidir. Fermaların ərazisində yerləşən peyin anbarları, peyin şirəsi topla-nan yerlər, xəndəklər, quyular hasara alınmalıdır.

Lyuklər yer səthindən azı 0,8m. hündürdə və ağzı daim qapaqla örtülü olmalıdır.

Məişət binalarında sanitariya qovşaqları olmadıqda fermalarda binalardan azı 25 m. aralı həyət ayaq yolları düzəldilməlidir. Sanitariya qovşaqları hər gün təmizlənmə-lidir.

İstehsalat şəraitinə görə releli yollar olması lazım gələn fermalarda həmin relslə-rin yollar və səkilərlə kəsişdiyi yerlərdə nəqliyyatın və canlıların gediş-gəlişinin təh-lükəsizliyi təmin edilməlidir. Heyvandarlıq fermaları ərazisində nəqliyyatın və adam-ların hərəkəti, yol xəbərdarlıq işarələri və göstəriciləri ilə nizamlanmalıdır. Gecələr heyvandarlıq fermalarının ərazisi işıqlandırılmalıdır.

Yeni heyvandarlıq binaları tikintisi və mövcud binaların yenidən qurulması, döv-lət sanitariya və baytarlıq nəzarət orqanları ilə razılaşdırlmaqla nümunəvi layihələr əsasında həyata keçirilməlidir. Hər bir fermada kanalizasiya düzəldilməli, peyin şirə-sinin axması üçün novlar, onu toplamaqdan ötrü isə yerlər olmalıdır. Kanalizasiya tex-noloji layihələşdirmə normalarına müvafiq sürətdə düzəldilir. Peyin şirəsi toplanan yerlər dolandan-dolana təmizlənməlidir.

Həm yeni, həmdə əvvəllər tikilmiş heyvandarlıq binalarında dəhlizlər düzəldil-məli, həmin binaların qapı və darvazaları asanlıqla bayır tərəfə taybatay açıla bilməli-dir.

Qapıların astanası ən çoxu 10 sm. hündürlüyündə olmalıdır.

Yer buz bağlayanda istehsalat binalarında gedən keçidlərə kül, qüm və ya taxta yonqarı tökülməlidir. Heyvandarlıq binalarının girəcəyində üzərində “kənar şəxslərin daxil olması qadağandır” sözləri yazılmış lövhə asılmalıdır. Heyvandarlıq fermaları içməli və t/t istehsalat ehtiyatları üçün lazım olan su ilə kifayət qədər təchiz edil-məlidir. İçməli su kəmərləri şəbəkəsi içmək üçün nəzərdə tutulmamış su kəməri ilə bir-ləşdirmək olmaz. Su çənlərinin (qablarının) kip örtülən qapaqları olmalı, onlar qıfılla bağlanmalı və döşəmədən 1m. hündürlükdə qoyulmalıdır. Qabların suyu hər gün dəyiş-dirilməlidir. Su qablarını isti su ilə yumaq və t/t-a xidmət edən tibb işçisinin göstərişi üzrə dezinfeksiya etmək lazımdır. Fermalarda suyun peyin şirəsi yığılan yerə axması üçün kanalizasiya nəzərdə tutulmalıdır. Heyvandarlıq binalarında, nümunəvi layihə-lərə və sanitariya normalarına uyğun sürətdə sanitariya-məişət binaları yaradılmalıdır. Sanitariya-məişət binalarından təyinatdan kənar istifadə edilməsi qada-ğandır.

Paltar saxlanan yerlərin, ayaq yoluların, əlüz yuyulan yerlərin, duşxanaların dö-şəməsi suyun axıb getməsi üçün qoyulmuş yerlərə doğru mailli, rütubətə davamlı olub sürüşkən olmamalıdır; divar və arakəsmələrə 1,8m. hündürlüyədək (duşxanalarda isə 2,5m. hündürlüyədək) açıq rəngli materiallardan üz çəkilməlidir.

Tavanlar rütubətə davamlı açıq rəngli boyalarla rənglənməlidir.

Paltar saxlanan yerlərdə təmiz və çirkli paltarları saxlamaq üçün ayrıca rəflər ol-malıdır. Paltarlar üçün asılqanların miqdarı uzununa 1m. beş qarmaqdan artıq olma-maq şərti ilə müəyyənləşdirilir.

Əlüzyuyulan yerlər paltar saxlanan yerlərlə yanaşı ayrıca otaqda olmalıdır.

Duş şəbəkələrinin miqdarı, hər adama bir duş hesabı ilə xidmət heyətinin miqda-rına görə müəyyənləşdirilir. Müdriyyət duşxanaların bütün növbələrdə işləməsini tə-min etməlidir. Bütün sanitariya-məişət binaları hər gün silinib-süpürülməli, müntəzəm sürətdə havalandırılmalı, habelə dövri olaraq dezinfeksiya edilməlidir.

Yaylım meydançalarında, otlaqlarda və ilxılar olan yerlərdə işləyən şəxslər üçün sanitariya-məişət vaqoncuqları və ya altıaçıqlar düzəldilməlidir. Duşxanalarda və əlüz yuyulan yerlərdə məhrəbaları və paltarları asmaq üçün qarmaqlar, sabun, hamam lifi qoymaq üçün ayrıca yer və ayaqaltılar nəzərdə tutulmalıdır.

Bunlarla yanaşı olaraq fermaların ərazisi yaşıllaşdırılmalıdırki, ayrılan toz və qaz-ların qarşısı alınsın.

Tikinti üçün yer seçilərkən, qrunt suları binanın zirzəmisindən, xəndəklərdən aşağıda yerləşdirilməlidir.

Obyektləri layihələşdirən zaman tikintilərin sıxlığının əhəmiyyəti böyükdür.

Tikintinin sıxlığı aşağıdakı düsturla təyin edilir:
100 %.

Σ Sz - tikinti və quruluşların altındakı sahənin cəmini m2 -lə;

Sy - tikinti bölməsinin ümumi sahəsini m2 -lə göstərir.

βz=18 – 35 % olduqda tikinti sahəsi normal hesab edilir.

Heyvandarlıq və istehsalat obyektləri СН и ПП -97-7b, СН и ПП -35-76;

СН и ПП -100-75; СН и ПП -M.2-72; СН и ПП -99-71; tikinti norma və qay-dalarına müvafiq olmalıdır.

Heyvandarlıq binaları hasarlanmalı və yaxın yaşayış binalarının sanitar mühafizə zonasından ayrı yerləşdirilməlidir.

Heyvandarlıq və istehsalat obyektlərinin təyinatından və növündən asılı olaraq tikinti və quruluşların sanitar-mühafizə zonasının eni, 25 m-dən 2000m. arasında də-yişir.

Beləki, iri buynuzlu, qoyunçuluq ferması və yem sexləri üçün 300 m, quşçuluq üçün 1000 m, donuzçuluq kompleksləri üçün 2000 m. yem hazırlayan şöbələr üçün 100 m, kimyəvi zəhərlər anbarı, baytar müalicəxanası üçün 300 m, taxıl anbarı, tərə-vəz saxlanılan, kömür anbarı üçün 50 m, binaya keçid yolu üçün 25 m-dən az olma-malıdır.

Yaşıllaşdırma sahəsi ümumi ərazi sahəsinin 15-20 %-dən az olmamalıdır yaşıl-laşdırma zolağının eni bir cərgəli ağac basdırdıqda 2m. iki cərgəli ağac basdırıldıqda isə 5m. olmalıdır. Basdırılan ağaclar binanın xarici divarından 5m. aralı olmalıdır.

1) sibir yarası mikrobı torpaqda 30 il və artıq qala bilir.

2) vərəm mikrobı- çay suyunda 5 aya qədər heyvanın peyinində isə 1 ilə qədər öz təsirini saxlaya bilir.

3) bruselloz mikrobı torpaqda bir neçə gündən 5 aya qədər, balalığın örtüyündə 120 gün, odun tərkibində 5 aydan çox, peyin şirəsində 75 gün, çay suyunda 4 aydan çox öz təsirini saxlaya bilir.


Sağlam və yoluxucu xəstəliklərə tutulmuş heyvanlara

qulluq edərkən əmək gigiyenası.

Heyvanların yoluxucu xəstəliklərə tutulduğu müşahidə edilərkən, təsərrüfat ya-xud müəssisə rəhbəri bu barədə baytarlıq və tibb orqanlarına məlumat verməyə, hə-min heyvanların təcrid edilməsinə dair tədbirlər görməyə borcludur.

Yoluxucu xəstəliklərə tutulmuş heyvanlara qulluq işinə şəxsi təhlükəsizlik təd-birləri, yoluxmuş materiallarla təmasda olmaq və belə heyvanlara qulluq etmək qay-daları barədə məlumatlandırılmış şəxslər buraxılır.

Xidmət heyəti üzərində daimi tibbi nəzarət qoyulur.

Fermalarda yoluxucu xəstəliklərə tutulmuş heyvanlara qulluq edilməsi təsərrüfat rəhbəri tərəfindən təsdiq edilmiş daimi heyvandarlıq briqadasına tapşırılır.

Yaşı 18-dən aşağı olan şəxslər, həmçinin hamilə və südəmər uşağı olan qadınlar bu işə buraxılmırlar.

Xəstə heyvanlar saxlanılan təcridxananın ərazisinə heyvanalara qulluqla bilava-sitə əlaqəsi olmayan şəxslərin daxil olmasına icazə verilmir.

Hal-hazırda insan və heyvan üçün 100-ə qədər xəstəliklər məlumdur. Bunların törədiciləri müxtəlif mikroblar, viruslar və başqalarıdır. Xəstəliklər heyvanlardan in-sanlara müxtəlif yollarla yəni heyvanlara qulluq edən zaman və heyvanlardan alınan məhsullarla (süd, süd məhsulları, yumurta, yun) habelə ət vasitəsilə keçə bilir.

İnsan və heyvanlar üçün ən təhlükəli xəstəliklər aşağıdakılardır:

Quduzluq- ağır viruslu xəstəlikdir.

Quduzluğun yayılma mənbəi quduz canavar, tülkü, quduz it və başqalarıdır. Qu-duzluq virusu milçəklədə yayıla bilir.

Heyvanlarda əmələ gəlmə müddəti 2-3 gündür. 6-8 gün ərzində heyvanın bütün orqanı paralic olur və öldürür.

Əgər insanı quduzlaşmış yaxud quduzlaşması şübhə doğuran heyvan dişləyərsə təcili olaraq köməklik üçün yaxındakı tibb məntəqəsinə müraciət edilməlidir.

Qara yara- iri buynuzlu heyvan, qoyun, maral, dəvə, at, donuz və başqa növ kənd təsərrüfatı heyvanları üçün yoluxucu xəstəlikdir və mikrobları “qara yara köpləri-dir”.

Törədiciləri xəstə heyvanın qan və bütün zədələnmiş orqan və toxumalarından siydik, peyin vasitəsilə torpağa düşür.

İnsanara qara yara mikrobları, xəstə heyvana qulluq edən zaman, onu kəsən, so-yan zaman, ətindən istifadə edən zaman və s. hallarda yoluxa bilir.

Bu xəstəliyin qarşısını almaq üçün ən yaxşı metod insan və heyvanlarda vaksina-siya aparmaqdır.

Xəstəliyi şübhə doğuran heyvanlar başqa heyvanlardan ayrılmalı və ona qarşı müalicə aparılmalıdır.

Belə heyvanların meyiti yandırılıb torpağa basdırılmalıdır.

Dabaq- kəskin viruslu xəstəlikdir; insanlara iri buynuzlu heyvanlardan, keçidən, maraldan, qoyundan, donuzdan, dəvədən, itdən və b. heyvanlardan yoluxa bilir.

Sağlam heyvanlara yem yaxud su ilə yoluxa bilir.

İnsana dabaq virusları xəstə heyvanlara qulluq etdikdə əlin dərisi, göz, burunun selikli örtüyü, həmçinin xam süddən istifadə etdikdə yoluxur.

Dabaq virusları xəstə heyvanın siydiyi, peyini vasitəsilə otlaqlara yayılır, oradan isə sağlam heyvanlara yoluxmuş olur.

İnsanlarda bu xəstəliyin qarşısını almaq üçün birinci növbədə baytar-sanitar təd-birləri görülməlidir.

Heyvandarlıq t/tında xəstə heyvan müşahidə edildikdə xəstə heyvan sürüdən ay-rılmalıdır.

Bütün heyvanlar sistematik olaraq yoxlanılmalı və peyvənd edilməlidir.

Heyvanalara qulluq edən adamlar xüsusi paltardan istifadə etməklə gigiyena qaydalarına riayət etməlidir.

Heyvanalar və insanlar üçün ümumi olan brusellyoz, vərəm və başqa xəstəliklər-lə insanların xəstələndiyi hallarda dörd nüsxədən ibarət akt tərtib etmək lazımdır. Tə-sərrüfat rəhbərləri dövri olaraq azı ildə bir dəfə yoluxucu xəstəliklərə görə sağlam ol-mayan t/tlarda işləyən şəxslərin tibbi müayinədən keçməsini təşkil etməyə və xəstəlik əlamətləri özünü göstərən şəxsləri isə müalicəyə gvöndərməyə borcludur. Heyvanlar üçün nəzərdə tutulmuş hər binanın içərisində və girəcəyində, bölmələr arasında çoxda hündür olmayan dezinfeksiya edici məhlul hopdurulmuş taxta yonqarı ilə dolu qutular qoyulmalı hər dəfə binaya girərkən və oradan çıxarkən ayaaqqabıların dezinfeksiyası üzərində nəzarət qoymaq heyvandarlıq briqadaları briqadirlərinə, hər gün dezinfeksiya edici məhlul gətirilməsi və qutulardakı döşənəcəyin isladılması fermaların baytar işçilərinə həvalə edilir.

Yoluxucu xəstəliklərə tutulmuş heyvanlara qulluq edən şəxsə xüsusi paltar və xüsusi ayaqqabıdan əlavə mövcud normalar üzrə sanitar paltarı və ayaqqabısı veril-məlidir. Sanitar paltarının üstündən hər hansı digər paltar geymək qəti qadağandır. Bütün sanitar paltarları və ayaqqabıları yalnız iş vaxtı üçün verilir, iş qurtardıqdan sonra onları soyunub xüsusi rəflərdə saxlayırlar. Sanitar paltarları və ayaqqabıları is-tehsalat binalarından, yaxud heyvanalara qulluq edilən sahələrdən kənarda geymək qadağandır. Xüsusi paltar və ayaqqabıların hamısı sanitar-epidemoloji xidməti orqan-larının göstərişi üzrə hökmən dezinfeksiya edilməlidir.

Yoluxucu xəstəliklərə görə sağlam olmayan fermalarda iş vaxtı yemək qəbul et-mək, su içmək, papiros çəkmək qadağandır. Fəhlələri içməli su ilə təmin etmək üçün istehsalat binalarından kənarda qaynamış su ilə dolu qablar qoyulmalıdır. Brusilyoz, vərəm və insanlar üçün təhlükəli olan digər xəstəliklərə tutulmuş heyvanların çiy süd-dən yemək üçün istifadə etmək qadağandır.

Mal-qara brüssilyoz, vərəm xəstəliyinə görə sağlam olmayan təsərrüfatlarda süd, qaymaq və ayran yalnız müvafiq sürətdə 70, yaxud 85°C. Temperaturada 30 dəqiqə qızdırdıqdan və ya pasterizasiya edildikdən sonra istifadəyə verilə bilər.

Brüssilyoza görə sağlam olmayan təsərrüfatlarda qoyun və keçilərin sağılması qadağandır.

Zərərli qaz ayrılan binalar ilə yaşayış tikintiləri arasında olan sanitar mühafizə zonasının ölçüləri aşağıda verilmişdir:




Binanın adı.

Məsafə M.-lə.

Fermalar:

atçılıq ferması.

iri buynuzlu mal-qara ferması və qoyunçuluq ferması.

donuz ferması.

quşçuluq fabriki.

quşçuluq ferması.

baytar müalicəxanası.

yem hazırlayan sex.

mühərriklərin sayı 200 vahiddən artıq olan k/tı tex-nikası və avtomobil saxlanılan qaraj və təmir üzrə park.

Anbarlar:

mineral gübrə anbarı.

20 m. qədər kimyəvi maddə və gübrə saxlanılan an-bar.

20 m-dan 50m-a qədər kimyəvi maddə saxlanılan an-bar.

50m-dan-100m-a qədər olan anbar.

100m. dan 300m-a qədər olan anbar.

300m-dan 500m-a qədər olan anbar.

500m-dan yuxarı olan kimyəvi maddə anbarı.


100.


300.

500.


1000.

300.


200.

100.
100.

200.
200.
300.

400.


500.

700.


1000.

Ferma və komplekslərdə işçilərin şəxsi gigiyenası.


Fermaya yalnız tibbi müayinədən keçmiş işçilər qəbul edilir. Heyvandarlıq ferma və komplekslərində sağıcı və başqa işçilərdə vaxtlı-vaxtında tibbi müayinə (3 ayda bir dəfədən az olmayaraq) aparılmalıdır ki, müxtəlif xəstəliklər yoluxmasın. Nəticəsi südlə işləyən bütün işçilər üçün sanitar kitabı yazılır.

Sağıcılar hər sağımdan qabaq əllərini sabunlu su ilə yumalıdır. Ferma və mal-qara həyətlərində əl-üz yuyan, sabun və üz dəsmalı olmalıdır. Hər bir sağıcının iki xa-latı, (qara və ağ) baş örtüyü, dəsmalı, rezin döşlüyü olmalıdır. Hər bir südçülük fer-masında xalatları yumaq və dezinfeksiya etmək üçün yer düzəldilməlidir. Sağıcıların xalatla-rının, örpəklərinin evdə yuyulmasına icazə verilmir, ona görə ki, fermada yoluxucu xəstəliklər (vərəm, brüselyoz və b.) olarsa, sağıcı ailə üzvlərinə də yoluxdura bilər.

Ferma işçiləri minimum baytar-sanitar qaydaları, inəklərin maşınla sağılmasını və südün ilk emalını öyrənməlidir. Belə kurslar yaxşı olar ki, qışda təşkil edilsin. Heyvan-darlıq işçiləri ilə məşğul olmaq üçün yalnız baytar həkim və zootexnik deyil, eyni zamanda mexanik və tibb işçisidə dəvət edilməlidir.

Maşınla sağım zamanı heyvandarlıq işçiləri yalnız heyvanların fiziologiyası və sanitariyasını deyil, onlar bütün mürəkkəb mexanikləşdirilmiş sağım prosesini və on-ların idarə etməyi bilməlidir. Belə halda onlar travmatizm hadisələrinin qarşısını ala bilərlər.


Fermalarda baytar-sanitar işləri apararkən

təhlükəsizlik texnikası.


Heyvanlarda və quşlarda yoluxucu xəstəliklər olduqda heyvandarlıq binal-larında, ferma ərazisində (və heyvanların dəri örtüyündə) dezinfeksiya , dezinvaziya və dertizasiya tədbirlərinin həyata keçirilməsi zəruruidir.

Dezinfeksiya işlərinin aparılmasında iştirak edən baytar işçiləri, sürücü, mexani-zator, mala baxan dezinfeksiya edici maşınların və qurğuların istismar qaydalarını və dezinfeksiya edici maddələrlə, kimyəvi maddələrlə işləyərkən təhlükəsizlik tədbir-lərini bilməlidir.

Təsərrüfatda vaxtaşırı dezinfeksiya işlərinin aparılmasının təşkili üçün cavabdeh şəxs baytar mütəxəssislərin göstərişi əsasında təsərrüfatat rəhbəri təyin edir. Dezin-feksiya tədbirlərinin aparılma qaydalarına təsərrüfatda baytar heyəti cavabdehdir.

Bütün dezinfeksiya işləri baytar həkimin nəzarəti altında həyata keçirilməlidir. İş zamanı profilaktiki tədbirlər həyata keçirilməli insan və heyvanların zəhərlənmə-sinə yol verilməməlidir. Kimyəvi dezinfeksiyaedici maddələr və preparatlar xüsusi ayrılmış ambarlarda qıfıl altında başqa məhsul və yemlərdən ayrı saxlanılmalıdır.

Zoobaytar təchizat bazalarından alınan dezinfeksiyaedici maddələrin üzərində hazırlanan zavodun adı, hazırlanma tarixi, partiya nömrəsi, çəkisi DÜİST (ГОСТ) nömrəsi və başqa texniki göstəriciləri olmalıdır.

Anbardan dizinfeksiyaedici maddələrin və preparatların etigetkasız və pis qabda buraxılması qadağandır.

Yükləmə və boşaltma vaxtı qabları deşilmiş dezinfeksiyaedici maddələrdən ya-xud toza oxşar zəhərlərdən istifadə etmək olmaz.

Dezinfeksiyaedici maddələr və kimyəvi maddələr daşınan nəqliyyatlarda adam aparmaq, həmçinin yeyinti məhsulları və yem aparmaq, onların qablarında yeyinti məhsulları, yem və su saxlamaq qəti qadağandır.

Dezinfeksiya və dezinseksiya edici maddələr hazırlayarkən və tətbiq edərəkən müvafiq təlimata və baytar mütəxəssislərin rəhbərliyi və nəzarəti altında xüsusi pal-tarda (xalat, yaxud kombinzon, fartuk, rezin sapoq, əlcək, eynək və xüsusi hallarda respirator, əlehiqaz) aparılmalıdır.

İşə başlamazdan qabaq bütün işçilər təlimatlandırılmalı və dezinfeksiyaedici maddə və preparatların xassələri və tətbiq qaydaları öyrənilməlidir. Zəhərli dezinfek-siyaedici maddələr insan orqanizminə göz, nəfəs yolu və dəri vasitəsilə təsir göstərir ona görədə bütün işçilər bu maddələrlə işləyərkən respuratorla təchiz edilməlidir. Fermada aepozol, xlor və başqa güclü təsiredici maddələrlə işləyərkən əlehiqazdan istifadə edilməlidir. Kimyəvi maddələrin məhlulunu hazırlayərkən baytar həkimin rəhbərliyi altında əlehiqazdan və xüsusi paltardan istifadə edilməlidir.

Qoyunların çimizdirilməsi üçün məhlul hazırlayan zaman təlimata ciddi piayət edilməlidir. Kreoinin 65C0 temperaturadan artıq qızdırılmamalıdır. Heksoxloran his-səciklərinin gözə və dəriyə düşməsinin qarşısı alınmalıdır. Emulsiya hazırlayan və vannanı yuyan adam respirator, fartuk və rezin əlcəklə təmin olunmalıdır.

Qida yalnız çimizdirilən yerdən 100m. aralı qəbul edilməlidir.

Qoyunların çimizdirilməsi zamanı kənar şəxslərin həmçinin çobanların vannaya yaxınlaşmasına icazə verilməməlidir. Çimizdirici qurğunun bütün elektrik avadanlıq-ları etibarlı torpaqlanmalıdır.

Dezinfeksiya məhlulu və aerozolla işləyən zaman papiros çəkmək, qida qəbul et-mək və su içmək qadağandır.

İş qurtardıqdan sonra xüsusi paltar çıxarılmalı, əl və üz sabunlu isti su ilə yuyul-malıdır. Ərazinin dezinfeksiya edilməsi quru və küləksiz havada aparılmalıdır. Bina-da dezinfeksiya aparmazdan qabaq, bina peyindən və zibildən təmizlənməli, açıq yer-ləri qapanmalıdır. Fermadan heyvan və yem çıxarılmalıdır. Heyvandarlıq fermaların-da dezinfeksiya külək istiqamətində qapıdan yaxud divarda açıq olan yerlərdən apa-rılmalıdır. Diqqətli olmaq lazımdır ki, preparat südə, yemə, suya, qaba düşməsin. Süd emal edən binalarda DDT, heksoxloran, trixlormetafos-3-ün tətbiq edilməsinə icazə verilmir. Dezinfeksiya aparıldıqdan sonra bina 6-24 saat bağlı saxlanılmalıdır. Bunun üçün giriş qapılarına üzərində “Giriş qadağandır” sözləri yazılmış xəbərdar edici nişanlar asılmalıdır. (DUK-2, LSD-2 aerozol generatorlar və s).

Dezinfeksiya müddəti qurtardıqdan sonra binanın havası 2-3 saat ərzində dəyiş-dirilməli, isti su ilə yem paylayıcılar və suvarıcılar yuyulmalıdır. Bundan sonra hey-vanlar binaya buraxılmalıdır.

Kimyəvi maddələrlə iş qurtardıqdan sonra ayaqqabı. Paltar diqqətlə yuyulmalı-dır. Xüsusi geyimlərin evdə və müəyyən edilməmiş məqsədlər üçün binada saxlamaq qadağandır. Heyvandarlıq binalarının daxilində nəmli dezinfeksiya apardıqda qabaq-cadan elektrik xətlərinin baş açarı açılmamalıdırki, məhlul elektrik xəttinin açıq his-səsinə düşdükdə onun həyatı təhlükə altında qalmasın. Aerozolle dezinfeksiya apar-dıqda yanğın profilaktika qaydalarına ciddi riayət edilməlidir.

İş qurtardıqdan sonra dezinfeksiya edici məhlulun qabda saxlanılmış qalığını fer-ma ərazisinə, yola və yaxud otlaqlara tökmək qadağandır.

Qabda qalmış dezinfeksiya məhlulunu 0,7 m. dərinlikdə qazılmış quyuya tökə-rək üzəri torpaqla örtülməlidir.

Dezinfeksiyaedici məhlulu, kimyəvi preparatı və çirkli suyu çaya, gölə və başqa su axarına tökmək, orada yumaq qadağan edilir.

İş vaxtı zəhərlənmə halları baş verdikdə (ürək bulanma, zəiflik, baş fırlanma, əzəlnin yığılması və s) təcili olaraq zərər dəymiş şəxsi təmiz havaya yaxud havası yaxşı dəyişdirilən otağa aparılmalı, çirklənmiş dezinfeksiyaedici paltarları çıxarmalı, əlini, üzünü yumalı və kömək göstərmək üçün tibb işçilərinə xəbər verilməlidir.


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə