Azərbaycan döVLƏt aqrar universiteti MÜHƏNDİSLİk fakultəSİ HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ kafedrası


Şəkil 1.1. Davamlı inkişaf üzrə strategiyalar



Yüklə 0,85 Mb.
səhifə10/11
tarix17.09.2017
ölçüsü0,85 Mb.
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11

Şəkil 1.1. Davamlı inkişaf üzrə strategiyalar.
- dayanıqlı trayektoriyadan azacıq yana çıxmanı istisna edən qaydaların işlənməsi və onlra ciddi şəkildə riayət olunması – Qadağan Strategiyası;

- trayektoriyadan azacıq yana meyletmə zamanı avtomatik olaraq dayanıqlı trayektoriyaya qaytaran mexanizmin yaradılması, başqa sözlə onun idarə olunmayan artımının qarşısının alınması – Öz Özünü Tənzimləmə Strategiyası.

Bu strategiyalara insan orqanizminin xəstəlik törədən mikroorqanizmlərdən mühafizəsinin təmin olunma mexanizmi misalında nəzər yetirək.

Birinci strategiya sanitar və gigiyena qaydalarına ciddi riayət olunması şəklində özünü göstərir (çiy tərəvəz və meyvələrin yuyulması, yaranın dezenfeksiya edilməsi və s.). Bu zaman insanı dayanıqlı vəziyyətdən çıxaran bakteriya və virusların insan orqanizminə keçməsinə “qadağan” qaydası həyata keçirilir.

İkinci strategiya insanın immun sisteminin işləməsinin əsasına qoyulmuşdur. Bu zaman mikroorqanizmlərin sirayət etməsinin real mükünlüyü nəzərə alınır, ancaq bunlar özünü biruzə verdikdə öz özünü tənzimləmə mexanizmi rolunu oynayan və insan orqanizmini dayanıqlı vəziyyətə gətirən immunitet faktoru işə düşür.

Bu mexanizmləri sosial praktika kontekstinə (misal üçün müasir azərbaycan həqiqətləri kontekstinə) gətirdikdə model qurmaq mükündür: birinci strategiya dövlət instituları (qurluşları) tərəfindən yerinə yetirilir; ikinci strategiya isə əhəmiyyətli dərəcədə cəmiyyətdə etik normaların mövcudluğu və aktualaşması ilə təmin olur. Əgər bizdə sovet dövründə “qadağan strategiyası” əsas və bəlkə də yeganə idisə də, hazırda “öz özünü tənzimləmə strategiyası” davamlı inkişafın əsas mexanizmi sayılır. Güclü represiya orqanları aradan çıxmış, bir çox qadağanlar (yasaqlar) götürülmüş və “qadağan olmayana icazə vardır” şəraitində cəmiyyətdə dayanıqsızlığa qarşı immunitet, öz özünü tənzimləyən, stabilləşdirici mexanizmlər təsir göstərməlidirlər. Bunlar isə müstəsna olaraq mənəvi-əxlaqi dəyərlərə əsaslanır. Bu dəyərlər nə “kommunist idealogiyası”, nə də sovet sonrası dövrün ilk illərindəki “vəhşi” kapitalizm ilə devalvasiyaya uğramamışlar. Hesab etmək olar ki, məhz bunlar müasir azərbaycanın davamlı inkişafında təməl rolunu oynaya bilərlər. Odur ki, mənəvi-əxlaqi öz özünü tənzimləmə mexanizmi təsir göstərən cəmiyyətdə, ona nəzərən “güclü hakimiyət dirəyi (vertikalı)” ikinci dərəcəlidir. Cəmiyyət yalnız özü özünü saxlaya bilər, həmçinin öz inkişafının dayanıqlılığını təmin edə bilər.




  1. Davamlı inkişafın modelləşmə xüsusiyyətləri

Qeyd olunduğu kimi sosial praktikaya tətbiq etmək məqsədi ilə dayanıqlıq anlayışının insan üçün fiziki-riyazi model və analoqlardan istifadə edilərkən müəyyən ehtiyatlılıq tələb olunur (bütün modelləşdirilmələrdə də belədir). Bir mürəkkəb sistem kimi cəmiyyətin dayanıqlığı tədqiq edilərkən burada idarə olunan sistemlərin riyazi nəzəriyəsinin bəzi qaydalarını tətbiq etməkdən çəkinmək olmur. Ancaq bu zaman dayanıqlıq anlayışı üçün əldə edilmiş yeni əməliyyat-təhlil imkanlarına baxmayaraq reduksionizm və yaxud bəzi anlayışların təhrif olunmasına yol verilir.

Bunu misal ilə izah edək. İdarəetmə nəzəriyəsində hər bir sistem çıxış dəyişkənləri, vəziyyət vektoru, idarəetmə vektoru ilə ifadə olunur. Əvvəlcədən hesab edilir ki, sistem öz özünə idarə oluna bilməz (bu şərtsiz idarəetmə sistemi mənasını itirmiş olur). Sistem dayanıqlılıqdan başqa idarə olunma kimi tam riyaziləşmiş xassəyə malik olmalıdır. Sistemin vəziyyəti isə riyazi olaraq verilmiş müşahidəolunma xassəsindədir. İdarəetmə nəzəriyəsində bunlar mücərrəd (abstrakt) anlayışlar olub, idarə et, əlavə etmək idarə olunan sistemi arzu olunan vəziyyətə gətirməkdir, riyazi aparatın vacib elementləridirlər. Ancaq sosial praktikaya tətbiq etdikdə, “idarəedilmə” və “müşaidəolunma” anlayışları keçmiş SSSR-i vətəndaşlarında xoş olmayan assosiyasiya yarada bilər. Bundan başqa ictimai hadisələrin bu cür modelləşdirilməsində (cəmiyyət idarə edilən sistem kimi) “öz özünü təşkil etmə”, “öz özünü tənzimləmə”, “öz özünü realizə etmə” vacib sosial əhəmiyətli anlayışlar kənarlaşdırıla bilərlər.

Burada sinergetik yanaşma kifayət gədər məhsuldar ola bilər. Bu təəccüblü deyildir. Ənənəvi idarəetmə nəzəriyəsi xətti, stasionar sistemlərlə işləyir. Sinergetika (öz özünü təşkil etmə nəzəriyəsi) isə qeyri xətti, qeyri taraz sistemləri öyrənir. Bundan başqa müasir dinamik sistemlər nəzəriyəsində qeyri dayanıqlılıq və fluktasiya dominant rol oynayırlar: “biz qeyri dayanıqlı proseslər dünyasındayıq”. Məhz buradaca davamlı inkişaf konsepsiaysını ələ alamaq elə bil ki, tupikə girir: qeyridayanıqlı dünyada dayanıqlılıq – ya yalandır, ya da xəyaldır. Ancaq burada şüphəyə yol verməyə tələsmək lazım deyil.

Birinci, qeyri dayanıqlı dünya ilə qeyri dayanıqlı hadisələr dünyası prinsipcə eyni deyildirlər. Qeyd edək ki, bəzi hadisələrin qeyri dayanıqlığı dünyaya davamlılıq verə bilər.

İkinci, xatırlayaq ki “davamlı inkişaf” ingiliscədən düzgün tərcümə deyildir, düzgün tərcümə (sustainable development) – dəstəklənən inkişafdır.

Üçüncü, xatırlayaq ki, davamlı inkişaf konsepsiyası əsasən insan və ətraf mühit kimi sistemaltını tarazlı koevolyusiyasına səmtləşmişdir. Bu halda isə cəmi sistemin (insan-təbiət) həm substainable development, həm də davamlı inkişafı ilə öncə adaptasiya prosesləri – sistemlərin adaptiv qarşılıqlı əlaqəsi, ayrılıqda hər sistemaltının içərisində adaptasiya imkanları ilə təmin oluna bilər.

Təbiət sistemi altında bu imkanlar obyektiv təbiət qanunları – fiziki, kimyəvi, bioloji qanunlarla təmin olunur və artıq 3 milyard ildir ki, Yer üzərində həyatın olması faktı ilə təsdiq olunur. Antropogenez müddəti 2-3 dəfə azdır. İnsan cəmiyyəti qlobal sistemaltı kimi, qlobal ekoloji faktor kimi təbiət sistemaltı üçün yalnız bir neçə yüz il mövcuddur. Belə “cavan” yaşda insanın təbiətdə öz yerini dərk etməsində də “cavan” şüur nümayiş etdirməsi olduqca təbiidir. Məhz buna görədir ki, öz daxili problemlərinin həllində tolerantlıq göstərə bilmir, təbiətlə qarşılıqlı təsirin qurulmasında ekoloji mədəniyət nümayiş etdirə bilmir. Tolerantlıq və ekoloji mədəniyət adaptiv imkanların aktuallaşdırılmasının iki müxtəlif formalarıdır.

Q.Nikolis və İ.Priqojin cəmiyyətin uzun müddət mövcud olması, yeniləşməsi və inkişaf üçün təbii yollar tapması üçün əsas mənbə olaraq onun adaptasiya imkanlarını hesab edirlər. Belə nəticəyə gəlmək mümkündür ki, davamlı insan inkişafı üçün bəşəriyyət öz adaptivlik potensialını maksimum olaraq realizə etməlidir. Model kimi konsepsiyanı şəkil 2.1-dəki kimi təsvir etmək olar.
Şəkil 2.1. Davamlı inkişafın modeli.











  1. Davamlı inkişafın üçbirlik anlayışı

Davamlı inkişaf konsepsiyası üç əsas-iqtisadi, sosial və ekoloji baxış tərzi üzərində (üçbirlik şəkilində) meydana çıxmışdır (şəkil 3.1).




Şəkil 3.1. Üçbirlik anlayışının sxemi.
İqtisadi tərkib.Davamlı inkişaf konsepsiyasına iqtisadi yanaşma Hiks Lindal’ın maksimum cəmi gəlir axını nəzəriyyəsinə əsaslanmışdır.Bu nəzəriyyəyə görə maksimum cəmi gəlir axını o vaxt ola bilər ki, heç olmasa bu gəliri əmələ gətirən cəmi kapital qorunmuş olsun.Bu anlayış məhdud ehtiyatların optimal şəkildə istifadəsini , ekoloji sayılan - təbiət – enerji – material qoruyucu texnologiyalardan, o cümlədən, xammal çıxarışı və işlənməsini, ekoloji cəhətdən məqbul sayılan məhsulun yaradılmasını, tullantıların minimumlaşdırilmasi, işlənməsi və məhv edilməsini nəzərdə tutur.Ancaq hansı kapitalın saxlanması (misal üçün fiziki, təbii və yaxud insan kapitalı) və müxtəlif kapital növlərinin hansı dərəcədə birbirini əvəz edə bilməsi məsələsi həll edilərkən, həmçinin bu aktivlərin, xüsusi ilə ekoloji ehtiyatların dəyərlə qiymətləndirilməsi zamanı düzgün interpritasiya və hesablama problemləri ortaya çıxır.İki növ davamlılıq ortaya çıxmışdır-zəif və güclü.Zəif odur ki, burada vaxta görə azalmayan təbii və istehsal olunan kapitaldan bəhs olunur.Güclü odur ki, bu zaman təbii kapital azalmamalıdır (bərpa olunmayan ehtiyatların satışından əldə edilən gəlir) , bərpa olunan təbii kapital dəyərlərinin artırılmasına yönəldilməlidir.

Sosial tərkib.Davamlı inkişafin sosial tərkibi insanı qəsd edərək sosial və mədəni sistemlərin stabilliyinin qorunmasına, o cümlədən insanlar arasında dağıdıcı münaqişələrin azalmasına yönəldilmişdir.Bu cür yanaşmanın vacib aspekti maddi nemətlərin ədalətli bölünməsidir.Həmçinin mədəni kapitalın və onun qlobal miqyasda müxtəlifliyinin qorunması da arzu olunur.Burada dominant halında olmayan mədəniyyətlərin də daimi inkişaf təcrübəsindən tam şəkildə istifadəsi nəzərdə tutulur.Davamlı inkişafa nail olmaq üçün müasir cəmiyyət qərar qəbul etmənin daha səmərəli sistemini , tarixi təcrübəni və plyuralizmin dəstəklənməsini nəzərə alan sistemi yaratmalıdır.İnsan inkişafı konsepsiyasında insan inkişafın obyekti deyil, subyektidir.İnsan tərəfindən başlıca dəyəri seçmək variantlarını genişləndirməyə əsaslanaraq davamlı inkişaf konsepsiyası nəzərdə tutur ki,insan sferanı, onun həyat fəaliyyətini formalaşdıran proseslərdə iştirak etməli, qərar qəbul edilməli, onların realizə olunmasına kömək etməli, yerinə yetirilməsinə nəzarət etməlidir.

Ekoloji tərkib.Ekoloji nöqteyi nəzərdən davamlı inkişaf bioloji və fiziki təbii sistemlərin bütünlüyünü təmin etməlidir.Burada ekosistemin həyat qabiliyyətliliyi xüsusi əhəmiyyət daşıyır.Məhz bütün biosferanın qlobal stabilliyi bundan asılıdır.Təbii sistemlər anlayışına insan tərəfindən yaradılmış mühitləri, misal üçün şəhərləri də daxil etmək lazımdır.Əsas diqqət bu sistemlərin dəyişikliklərə dinamik şəkildə adaptasiyasına, özözünü bərpa etmək qabiliyyətinin saxlanmasına yönəldilməlidir.Burada saxlanma dedikdə onların statik “ideal” mənada saxlanması nəzərdə tutulmur.Təbii ehtiyatların deqradasiyası, ətraf mühitin çirklənməsi, bioloji müxtəlifliyin itirilməsinin qarşısının alınması nəzərdə tutulur ki, bunlar ekoloji sistemlərin özözünü bərpa qabiliyyətinin azalmasına gətirib çıxarır.

Üç baxış tərzinin birliyi. Bu üç baxış tərzini uyğunlaşdırmaq, onları konkret tədbirlər dilinə gətirmək olduqca çətin məsələlərdəndir. Bu üç elementə balanslaş-mış şəkildə yanaşmaq lazımdır. Eyni zamanda bunların qarşılıqlı təsir mexanizminin olması olduqca vacibdir. İqtisadi və sosial elementlər birbiri ilə qarşılıqlı təsirdə bir nəsil daxilində ədalətliliyə nail olmaq kimi yeni məsələ doğururlar(misal üçün gəlirlərin bölünməsi, əhalinin kasıb hissəsinə məqsədyönlü kömək göstərmək).İqtisadi və ekoloji elementlərin qarşılıqlı təsir mexanizmi ətraf mühitə xarici təsirlərin dəyərlə qiymətləndirilməsi və beynəlmiləlləşdirilməsi (müəssisənin iqtisadi hesabatında uçota almaq) baxımından yeni ideyalar doğurmuşdur.Nəhayət sosial və ekoloji elementlərin əlaqəsi nəsillərdaxili və nəsillərarası bərabərlik kimi məsələlərə maraq yaratmışdır. Burada gələcək nəsillərin haqlarının qorunması, əhalinin qərarların qəbul edilmə prosesində iştirakı nəzərdə tutulur.


AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

MÜHƏNDİSLİK FAKULTƏSİ

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ
kafedrası


MÜHAZİRƏÇİ: DOSENT XƏLİLOV RAMİZ TALIB OĞLU

Mühazirə 15

MÖVZU:

DAVAMLI İNKİŞAFIN GÖSTƏRİCİLƏRİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ.

Mühazirənin planı:

  1. GÖSTƏRİCİLƏRİN ÜMUMİ XARAKTERİSTİKASI.

  2. TƏHSİL, SAĞLAMLIQ VƏ İQTİSADİ GÖSTƏRİCİLƏR.

  3. İNSAN İNKİŞAFI GÖSTƏRİCİSİ.

  4. GÖSTƏRİCİLƏRİN HESABAT METODİKASI.

ƏDƏBİYYAT SİYAHISI

  1. Əsgərov Ə.A., Hüseynov E.M., Hüseynov S.Y., Davamlı insan inkişafı. - Bakı, 2009. – 494 s.

  2. Ələkbərov U.K. Davamlı insan inkişafı: Ali məktəblər üçün proqram və kursun qısa məzmunu.- Bakı: Təhsil, 2006-87s.

  3. Xəlilov R.T., Zeynalov E.C., Vəliyev S.Ş. Davamlı insan inkişafı. Gəncə, 2017.-346s


GƏNCƏ 2017

1. Göstəricilərin ümumi xarakteristikası
İnkişaf prosesinin qiymətləndirməsində keçmişdə və hazırda istifadə edilən göstəricilər bunlardır: Dünya və ölkədə orta ömrün uzanması, gəlirlərin artması, sosial şəraitin yaxşılaşması və s. Bir çox istifadə olunan göstəricilər ortadır və ümumiləşdirilmişdir. Orta rəqəm isə müşahidə edilə biləcək və bir sıra hallarda müşahidə edilən fərdlərin rifahı və yaxud regionların inkişafı arasında müşahidə edilən fərqlərdən və cəmiyyətdə hər bir şəxsin vəziyyətindən xəbər verir. İnsan amilinin inkişafda oynadığı həlledici rolu və insanın rifahının ən ali məqsəd olmasını nəzərə alaraq, XX əsrin son illiyində davamlı insan inkişafına yeni göstəricilərin istifadəsi təklif edilmişdir.

İnkişafa təsir edən amillər arasında ilk növbədə ölkələrin yaşının təsirinin təhlili maraq doğrur. Qədim və zəngin tarixə malik olan sivilizasiyanın inkişafında əvəzsiz rol oynamış bəzi ölkələrlə bir sıra yeni yaranmış ölkələrdəki inkişafın ümumi səviyyəsini və ölkə vətəndaşlarını müqaisə etsək aşağıdakıları görmək olar. Bəzi yeni yaranmış və tarixi cəmi 250-300 və hətda 100-150 il olan ölkələrdə inkişafın səviyyəsi 1000 illərlə tarixi olan və bəşəriyyətə əvəzsiz töhvələr verən digər ölkələrlə müqaisədə daha yüksəkdir. Bu onu göstərir ki, tarixi amil vacib olsada, inkişafda həlledici rol oynamır.

Təbii sərvətlərin zənginliyini müqaisə etdikdədə eyni nəticə əldə edilir. Belə ki, bir sıra təbii sərvətləri məhdud olan ölkələr inkişafda daha böyük uğurlara nail olduğu və vətəndaşlarının rifahını yüksə səviyyədə təmin etdiyi halda, təbii sərvətlərlə zəngin olan bəzi ölklərdə bu müsbət meyarlar müşahidə olunmur. Bu o deməkdir ki, ölkənin zəngin tarixi, onun keçmiş nailiyyətləri vaxtiylə əldə edilmiş uğurları və eyni zamanda təbii sərvətlərlə zəngin olması uğurlu inkişafı və əhalinin yüksək rifahını təmin etmək üçün kifayyət deyil.

Müasir dövrdə İnsan İnkişafını müəyyən edən əsas amıl onun həyat səviyyəsi, yaşayış tərzi və sosial-məişət qayğılarının təmin olunmasından ibarətdir. Tarixən dünya ölkələrində baş verən üsyanlar, inqilablar, münaqişələr, dövlət çevrilişləri, təxribatlar, oğurluq, işsizlik, aclıq və s. bu amillər ucbatından baş vermişdir. Dünyanın bir çox görkəmli şəxsiyyətləri və məhşur alimləri həyat şəraiti ağır olduğundan aclıq, yoxsulluq, və ehtiyac içərisində ya şamışlar.

İnsan İnkişafını təmin edən əsas amıllər insanların necə yaşaması, onun həyat tərzi, təhsili, savadlı olması, sağlamlığı, maddi gəliri, varlı yaxud yoxsul olması, yaşadığı mühitin sərvətlərinə münasibəti, mədəniyyəti, insanlar arasında dilindən, dinindən, irqindən, milliyətindən asılı olmayaraq fərq qoyulmamasıdır.

Davamlı İnkişaf anlayışı yarandığı ilk illərdə onun qiymətləndirilməsi zamanı əsas amil yalnız iqtisadi və sosial göstəricilər hesab edilirdi. Əlbəttə, bu göstəricilər hər bir ölkədə əhalinin ümumi vəziyyətini tamamilə əks etdirə bilməz. Çünki ölkədə gəlir əhali arasında qeyri bərabər formada bölündüyü üçün vətandaşların bir qrupunun gəliri yüksək, digər qrupununki olduqca az olur, orta göstərici isə bunu əks etdirə bilmir. Lakin 1990-cı ildən başlayaraq Unsan İnkişafının yeni göstəricilərindən istifadə olunmağa başlandı. BMT tərəfindən İnsan İnkişafını qiymətləndirmək məqsədilə müvafiq əmsallar qəbul edilmişdir. İnsan İnkişafında insan amili və potensialı ən aparıcı və həlledici rol oynayır.

Bu isə müxtəlif ölkələrdə inkişafın ümumi səviyyəsini müqayisə etmək yolu ilə təyin olunur. Ölkədə ümumi inkişafa təsir edən amillərdən biri də ölkənin “yaşı” və təbii sərvətləri sayılır.Çünki qədim tarixə malik olan zəngin və bəşəriyyətə əvəzsiz tövhələr verən ölkələrlə yeni yaranmış ölkələrin ümumi inkişafının müqayisəsi göstərir ki, inkişafın səviyyəsinə, əhalinin rifahına və həyat-məişət tərzinə görə yeni -250-300, hətta 100-150 il “yaşı” olan “ gənc” ölkələr klassik ölkələrə nisbətən daha yüksək pillədə durur. Lakin tarixi amil inkişafda nəzərə alınsa da o, həlledici güstərici sayılmır (cədvəl 2 və 3).

Cədvəl 1.2

Ölkə tarixinin inkişafa təsiri

(İnsan İnkişafı haqqında hesabat, BMT, Nyu-york, 2006)


Ölkə

ÜDM adambaşı,

ABŞ dolları ilə



Təhsil səviyyəsi (15 yaşın-dan yuxarı bütün əhali)

Dünya ölkələri arasında

Davamlı İnsan İnkişafı göstəricisinə görə tutduğu yer



Hindistan

3 139

61,0

126

Misir

4 211

71,4

111

Yunanıstan

22 205

96,0

24

İtaliya

28 180

98,4

17

Kanada

31 263

99,0

6

Avstraliya

30 331

99,0

3

Сəlvəl 1.3

Təbii sərvətlərin inkişafa təsiri

(İnsan İnkişafı haqqında hesabat, BMT, Nyu-york, 2006)


Ölkə

Orta yaş

Dünya ölkələri arasında Davamlı İnsan İnkişafı göstəricisinə görə tutduğu yer

Nigeriya

43,4

159

Botsvana

34,9

131

İsveçrə

80,7

9

Yaponiya

82,2

7

Norveç

80,9

1

Ölkənin təbii sərvətləri zəngin olması və ondan daha səmərəli istifadə edilməsi də ümumi inkişafda nəzərə alınan göstəricidir. Çünki təbii sərvətlərlə zəngin olmayan bəzi ölkələrdə vətandaşların yaşayış tərzi, rifahı, sosial-məişət şəraiti, ümumilikdə isə inkişafın səviyyəsi daha yüksək olduğu halda, zəngin yeraltı və yerüstü sərvətlərə malik olan bəzi ölkələrdə, əksinə həmin göstəricilər çox aşağı olur.

Etnik, yerli, ənənəvi və müasir biliklərin ölkənin ümumi inkişafının səviyyəsində xüsusi əhəmiyyəti vardır. Etnik və yerli ənənəvi bilik hər bir xalqa məxsus olan tarixən toplanmış xalq təcrübəsi, onun qədim əlyazmalarında və folklorda şərh olunmasından ibarətdir. Bu baxımdan Azərbaycanda qədim mədəniyyət və tarixi memarlıq abidələrinin mövcud olması burada etnik-ənənəvi bilik və bacarıqların qədim tarixə malik olduğunu bir daha təsdiq edir. Azıx mağarasında 1970-cı illərdə tapılan insan cəsədinin qalıqları bir daha təsdiq edir ki, Azərbaycan ən qədim insan məskəni olmaqla, insanın inkişafı və formalaşmasının intişar tapdığı bir ölkədir. Bunu məhşur Norveç səyyahı və alimi Tur Xeyerdalın XX əsrin sonunda Qobustandakı qədim qayaların üzərindəki rəsmləri və qədim folklor nümunələrini tədqiq və təhlil edərkən gəldiyi nəticə bir daha sübut etmişdir. O öz tədqiqatları ilə sübut etmişdir ki, Azərbaycan çox qədim tarixə və millietnik adət-ənənəyə, biliyə, bacarığa malik olan, insanların məskunlaşdığı ən qədim trarixi olan bir ölkəıdir. Onun fikrincə, Azərbaycan ərazisində yaşayan tayfalar başqa ərazilərə köçməklə yeni tayfa və xalqların formalaşmasında çox böyük rol oynamışdır. Göründüyü kimi, tarixi mədəniyyət abidələri, əlyazmalar, bədii əsərlər və folklor nümunələrinin insanın ümumi inki-şafında əsas rol oynayan göstərici kimi xüsusi əhəmiyyəti vardır.

Digər müqaisə edilən amil milli xüsusiyyətlər ola bilər. İnkişaf səviyyəsinin milli xüsusiyyət-lərdən, irqi və yaxud dini mənsubiyyətində aslılığı, demək olar ki yoxdur inkişaf etmiş ölkələrin çoxunun müvafiqiyyətlərində mühacirlərin rolu çox yüksək olur və hazirdada yüksəkdir. Bir sıra hallarda bu muhacirlər inkişafda geridə qalmış ölkələrin vətəndaşları olmuş, müxtəlif irq və millətlərin nümayəndələridir.

İnkişafda yüksək nailiyyətlər əldə etmək üçün ilk növbədə inasan amili həlledici rol oynayır. İnsan potensialının formalaşması və səfərbər edilməsi sürətli inkişafın təminatşısıdır. Bu istiqamətdə müvafiq siyasətin aparılması isə bilik və bacarığa əsaslanır. Bu səbəbdən davamlı insan inkişafının tədrisinin çox əhəmiyyətli olması və bu biliklərin şəxsi karyera qurulmasında xüsusi əhəmiyyəti vardır. İnkişafın yüksək səviyyədə təmin ediləsində həm müasir biliklərin həm də etnik və ənənəvi yerli biliklərin əhəmiyyəti olduqca böyükdür. Ənənəvi və yerli bilik dedikdə ilk növbədə tarixən toplanmış xalq təcrübəsi, o cümlədən bu bilik və təcrübənin qədim əl yazmalarda və folklor nümunələrində əks etdirilməsi nəzərdə tutulur.

Biliyə əsaslanan inkişafı qiymətləndirmək üçün BMTİP (Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı) yeni bir göstəricinin istifadəsini təklif etmişdir.Bu göstərici Texnoloji Nailiyyətlər Əmsalıdır (TNƏ).Bu əmsaldan inkişafının qiymətləndirilməsi üçün istifadə ilk dəfə 2001-ci ildə təklif edilmişdir.TNƏ hesablanmasında bir neçə göstəricidən istifadə olunur.Onların arasında ölkədə yeni ixtiraların yaradılması və istifadəsi, o cümlədən xaricdə istifadəsi nəticəsində ölkəyə daxil olan vəsaitlər xüsusi yer tutur.Eyni zamanda ölkədə yüksək səviyyəli ixtisasçıların sayı da nəzərə alınır.Oxuyan tələbələrin gələcək ixtisası da TNƏ-yə təsir göstərir.Bu zaman təbiət və texniki elmlər sahəsində təhsil alan tələbələrin sayı, onların bütün tələbələrin neçə faizini təşkil etməsi əmsalın hesablanmasında istifadə olunur.Təbii və texniki elmləri öyrənən tələbələrin çox olması texnoloji nailiyyətlərin əldə edilməsində vacib bir amil sayılır və TNƏ-nin yüksəlməsinə müsbət təsir göstərir.

TNƏ-yə görə ölkələr dörd qrupa bölünürlər: bu sahənin liderləri, potensial liderlər, yeni texnologiyalardan və biliklərdən geniş istifadə edən ölkələr və bu sahədə geridə qalan ölkələr.BMT-nin qiymətləndirməsinə görə dünyanın 18 ölkəsi bu sahədə lider hesab edilə bilər.Bu ölkələr arasınd ən qabaqcıl yerləri ABŞ, Yaponiya, Böyük Britaniya, Norveç, Fransa və bir sıra başqa ölkələr tutur.İsveçdə ölkənin ümumi daxili məhsulunun (ÜDM) 3,8 faizi elm və texnologiyaların inkişafına yönəldilir.Digər yüksək texnoloji nailiyyətləri əldə etmiş ölkələrdə də elmin inkişafına ÜDM-nin 2-4 faizi ayrılır.

BMT-nin təklif etdiyi təsnifata görə Azərbaycan ikinci qrupa, potensial liderlər qrupuna aiddir.Regionların və qeyri neft sektorunun ölkədə həyata keçirilən inkişaf proqramları bu məqsədə xidmət edir.H.Əliyev fondu və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Yeniləşmiş Azərbaycana yeni məktəb” təşəbbüsü də bu məqsədə xidmət edir.

İnsan İnkişafı səviyyəsinin iqtisadi göstəricisi kimi əsasən adambaşına düşən orta illik gəlir qəbul edilir. Buna görə ölkənin gəliri əhali arasında bərabər bölünməlidir. Lakin bu gəlir ölkə daxi-lində həm də qeyri –bərabər bölünə bilər. Belə ki, bəzi adamlar yüksək, digərləri isə aşağı gəlirlərə malik olur. Bu isə orta gəlir sayılmır. Buna görə də BMT tərəfindən İnsan İnkişafının səviyyəsinin

müəyyən etmək və qiymətləndirmək üçün müvafiq əmsallar qəbul edilmişdir.

Belə əmsallardan ən əsası, vacibi və ümumiləşdirilmişi İnsan İnkişafı Əmsalıdır ( İİƏ ). Bu əmsal ölkə, onun ayrı-ayrı bölgələri, yaxud bir qrup ölkələr, qaçqın və məcburi köçkünlər, etnik, dini və iqri qruplar üçun insanların sağlamlıq, təhsil və iqtisadi göstəriciləri əsasında hesablanır. İnsan İnkişafı Əmsalı müxtəlif ölkələr üçün müxtəlifdir ( cədvəl 6 ). İnsanların həyatının bütün sferalarındakı seçimi və tələbatlarını təmin edən bir proses kimi Davamlı İnsan İnkişafını səciyyələndirən və onun dinamikasının səviyyəsini təyin və analiz etmək üçün geniş və hərtərəfli statistik göstəricilərə istinad olunur. Konsepsiyanın nəticələrinin analizinə istinad edərək statistik göstəricilərin 3 əsas qrupa təsnif olunması məqbul hesab edilirY.Şokomanov və b., 2003 ).




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə