Azərbaycan döVLƏt aqrar universiteti MÜHƏNDİSLİk fakultəSİ HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ kafedrası


Şəkil 1.2. Dəyərlər və prinsiplər



Yüklə 0,85 Mb.
səhifə7/11
tarix17.09.2017
ölçüsü0,85 Mb.
#566
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11

Şəkil 1.2. Dəyərlər və prinsiplər.

1. Azərbaycan Respublikasının hazırki Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilən referendumda qəbul olunmuş və 1995 ci il noyabrın 27-də qüvvəyə minmişdir. İnsan və vətandaş hüquq və azadlıqları Konstitusiyanın II bölməsinin 3-cü fəslində (27-71-ci maddələr) təsbit olunmuşdur.

2. Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Qanunu Respublika Prezidentinin 10 fevral 1998-ci il tarixli fərmanı ilə qüvvəyə minmişdir.

3. Hazırda 40-dan çox Siyasi Partiya Ədliyyə Nazirrliyində qeydiyyatdan keçərək fəaliyyət qöstərir.

4. 2000-ci ildə keçirilən seçkilərdə 8 siyasi partiyanın nümayəndələri Milli məclisə seçilmişdir.

5. KİV-dən senzura götürülmüşdür.

6. Azərbaycanda əcnəbilərin və vətandaşlığı olmayanların hüquqları qanunla qorunur.

7. Azərbaycan Respublikasında 1500-dən artıq QHT fəaliyyət göstərir.

8. İnsan hüquqları ilə bağlı Azərbaycan indiyədək 20-dən çox Beynəlxalq Konvensiyaya qoşulmuşdur.

9. Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında “Konstitusiya Qanunun tətbiq edilməsi haqqında fərman (05.03.2002-ci il) imzalanmışdır.


2. İnsan hüquqlarına dair ümumi bəyannamənin qəbulu.
İnsan Hüquqlarına dair Ümumi Bəyannamənin 1948-ci ildə qəbul edilməsi insan azadlıqları sahəsində atılan ən əhəmiyyətli addımlardan biri olmuşdur. Bu bəyannamənin qəbulundan sonra dünya ictimaiyyəti insan hüquqlarını ümumbəşəri dəyər kimi qəbul etmiş və bir çox ölkələrdə onun tədbiqi başlamışdır. Bəyannamə və daha sonra qəbul edilmiş digər sənədlərə əsasən hər hansı bir ölkədə insan hüquqları ilə əlaqədar vəziyyət həmin ölkənin daxili işi kimi qəbul edilmir. Artıq bir çox ildir ki, insan hüquqları sahəsində problemlər beynəlxalq əhəmiyyət daşımağa başlamışdır. İctimai hərəkat ilə yanaşı, insan hüquqları sahəsində beynəkxalq əməkdaşlıq yeni bir mərhələyə qədəm qoydu. Bunu son illərə aid olan bir sıra misallarla səciyyələndirmək olar. Onlardan biri kimi keçmiş Yuqoslaviyada baş vermiş hadisələrlə əlaqədar beynəlxalq tribunalın yaradılmasını göstərmək olar. Bu tribunal Yuqoslaviyanın bir hissəsi olmuş Bosniya və Hersoqovinada onminlərlə dinc əhalinin, o cümlədən uşaq və yaşlıların milli və dini mənsubiyyətinə görə qətlə yetirilməsi ilə əlaqədar cinayətləri araşdırır. Bu cinayətdən şübhəli bilinən bir sıra yüksək rütbəli ölkə rəhbərləri və məmurları həbs edilib, beynəlxalq tribunal qarşısında durublar. Digər belə bir tribunal Ruandada baş vermiş cinayətlərlə və bir milyona yaxın mülki vətəndaşın qətli ilə əlaqədar yaradılmışdır. Xocalı soyqırımın iştirakçıları belə bir tribunalın qarşısında durmalıdırlar.

Hal-hazırda isə 1998-ci ildə Romada imzalanmış razılaşmaya əsasən, İnsan Hüquqları üzrə yaradılmış Beynəlxalq Məhkəmə fəaliyyət göstərir. İnsan hüquqlarının ciddi pozulmaları ilə əlaqədar müxtəlif ölkələrin vətəndaşları bu məhkəməyə müraciət edə bilərlər.

İnsan Haqları üzrə Ümumi Bəyannamə insanların bərabər olmasını və eyni hüquqlara malik olmasını qeyd edir. Bu bəyannaməyə görə hər bir insan, “tibbi və sosial xidmətlər daxil olmaqla, elə bir yaşayış səviyyəsinə malik olmalıdır ki, bu şərait onun və ailəsinin sağlamlığını təmin etsin”. Beləliklə, davamlı insan inkişafının vacib amillərindən olan sağlamlıq insan hüquqlarının vacib elementi kimi çıxış edir. Bu prinsipin bir sıra beynəlxalq konvensiyalarda və digər sənədlərdə öz əksini tapması barəsində məlumat mövcuddur.

İnsan hüquqlarını təmin etmək üçün bir sıra konvensiyalar və sənədlər qəbul edilmişdir. Bu sənədlərin arasında bəziləri xüsusi əhəmiyyət daşıyır. Onlara irqi diskriminasiyanın bütün formalarını ləğv edən beynəlxalq konvensiya, vətəndaş və siyasi hüquqlara dair beynəlxalq pakt, uşaq hüquqları haqqında konvensiya və bir sıra başqaları aiddir. Azərbaycan Respublikası bu razılaşma-ların bir çoxunun iştirakçısıdır.

İnsan inkişafının vacib bir şərti həmin inkişafın davamlı olmasıdır. Davamlı inkişaf anlayışı BMT tərəfindən 20-ci əsrin son illiyində irəli sürülmüşdür. Bu anlamın irəli sürülməsi gələcəksiz inkişafın təhlükəsi ilə əlaqədar olmuşdur. Bu təhlükənin ehtimalı təbii ehtiyatlardan səmərəli istifadə etmədikdə və bunun üçün müasir elm və texnoloji nailiyyətlər cəlb edilmədiyi halda xeyli artır. Ətraf mühitin pozulması və çirkləndirilməsi gələcəksiz inkişafın digər səbəbidir. Bundan fərqli olaraq davamlı inkişaf gələcək nəsillərin imkanlarını məhdudlaşdırmadan çağdaş nəsillərin rifahını təmin etməkdir. Bu zaman ən əsas diqqət insan inkişafına yönəldilir və bu yolla yeni bilik və texnologiyalar əsasında inkişafın davamlılığı təmi edilir. Davamlı inkişaf gələcək nəsillərin insan hüquqları kimi çıxış edir.

Gələcəksiz inkişaf ilə yanaşı, beynəlxalq təşkilatların təsnifatına görə inkişaf prosesində digər bir mənfi meylin ehtimal olunduğu da müəyyənləşdirilmişdir. Bu, BMT-nin tərifinə görə, qeyri-bərabər inkişaf təhlükəsidir. Bu qeyri-bərabərlik ölkənin daxilində ya da daha böyük miqyasda dünya üzrə müşahidə oluna bilər. Belə fərqlər Qərblə Şərq, Cənubla Şimal arasında müşahidə olunur.

Qeyri-bərabər inkişaf prosesin davamlı olmasına manedir. Bunun qarşısını almaq üçün insan potensialının inkişafı vacibdir. Bu, ilk növbədə insanın sağlam olması və təhsil almaq hüququndan irəli gəlir. Bu məsələlərə diqqət ayıran ölkələr çox yüksək nəticələr əldə edir. Belə ölkələrin davamli inkişaf siyasəti insan potensialının formalaşması və inkişafı barədə müasir elmə və ən son texnologiyalara əsaslanır. Son iki şərt ölkənin rəqabət imkanlarını və əhalinin rifahının yüksəlməsinə xidmət edir. Diqqəti davamlı insan inkişafında korporativ sosial məsuliyyətə yönəldir. Sosial məsuliyyətli korporativ siyasət yeni anlayışdır. Mahiyyəti ondan ibarətdir ki, fərdi sektorda iqtisadi fəaliyyət ilə məşğul olan hər bir müəssisə yaxud birlik gələcək nəsillərin hüquqlarının əsasını təşkil edən davamlı inkişafı və insan potensialının formalaşmasını nəzərə almalıdır. Hazırda bu siyasətin tətbiqində ölkənin neft strategiyasının iştirakçıları olan çoxmilli Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti aparıcı yerdədir. Səngəçal Terminalının genişləndirilməsi proqramı çərçivəsində yaradılmış insan inkişafı mərkəzi və onun həyata keçirdiyi davamlı inkişaf layihələri BMT tərəfindən yeni ideya və fəaliyyət kimi qiymətləndirilib.

BMT-in Baş Assambleyası tərəfindən insan hüquqları haqqında Ümumi Bəyannamə Qəbul olunmuş və bəyan edilmişdir. Həmin Bəyannamədə hər bir kəsin və cəmiyyətin hər bir orqanının bu Bəyannaməni rəhbər tutaraq maarif və tədris yolu ilə həmin hüquq və azadlıqlara hörmət olunmasına yardım etmələri, Milli və beynəlxalq səviyyədə mütərəqqi tədbirlər yolu ilə, həm təşkilatın üzvü olan dövlətlərin xalqların, həm də onların yurisdiksiyası altında olan ərazilərin xalqları arasında ümumilikdə və effektiv tanınması və həyata keçirilməsinə səy göstərməsi məqsədi ilə bütün xalqlar və bütün dövlətlərin yerinə yetirməyə can atmalı olduqları vəzifə kimi bəyan edilir.

Maddə1. Bütün insanlar ləyaqət və hüquqlarına görə azad və bərabər doğulurlar. Onların şüurları və vicdanları var və bir –birlərinə münasibətdə qardaşlıq ruhunda davranmalıdır.

Maddə 2. Hər bir şəxs irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və digər əqidəsindən, milli və ya sosial mənşəyindən, əmlak, sosial mövqe və digər vəziyyətindən asılı olmayaraq bu Bəyannamədə elan olunmuş bütün hüqüq və azadlıqlara malik olmalıdır. Bundan əlavə, həmin şəxsin mənsub olduğu ölkəninvə ya ərazinin siyasi, hüquqi və beynəlxalq statusuna görə, həmin ərazinin müstəgilliyindən, qəyyumluq altında olmasından, özünü idarə edib etməməsindən və ya suverenliyinin hər hansı şəkildə məhdudluğundan asılı olmyaraq heç bir ayrı seçkiliyə yol verilməməlidir.

Maddə 3. Hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunmazlıq hüququ var.

Maddə 4. Heç kəs kölə və ya asılı vəziyyətdə saxlanıla bilməz; quldarlıq və qul ticarəti bütün formalarda qadağan edilir.

Maddə 5. Heç kim işgəncəyə və ya qəddar, qeyri-insani və ya onun ləyaqətini alçaldan münasibətə və cəzaya məruz qalmamalıdır.

Maddə 6. Heç bir şəxs harada olmasından asılı olmayaraq onun hüquq subyektliyinin tanınması hüququna malikdir.

Maddə 7. Bütün insanlar qanun qarşısında bərabərdilər və qanun tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bütün insanlar bu Bəyannaməni pozan hər hansı ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə hər hansı cəhddən eyni dərəcədə müdafiə olunma hüququna malikdirlər.

Maddə 8. Hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli Milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir.

Maddə 9. Heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz.

Maddə 10. Hər bir şəxs onun hüquq və vəzifələrinin təyinin və ona qarşı irəli sürülmüş cinayət ittihamının əsaslılığının müəyyənləşdirilməsi üçün onun işinin müstəgil və bitərəf məhəkəmədə, tam bərabərlik əsasında, aşkarlıq və ədalətin bütün tələblərinin gözlənilməsi şəraitində baxılması hüququna malikdir.

Maddə 11. 1. Cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiə üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında qünahı qanuni şəkildə sübut olunanadək qünahsız hesab edilmək hüququna malikdir.

2. Heç bir kəs Milli qanunvericilik və ya beynəlxalq hüquqa əsasən törədildiyi zaman cinayət hesab edilməyən hərəkət və ya hərəkətsizlik üçün cinayətdə ittiham oluna bilməz. Eyni zamanda cinayətin törədildiyi zaman tətbiq oluna biləcək cəzadan daha ağır cəza tətbiq oluna bilməz.

Maddə12. Heç kim şəxsi və ailə həyatına müdaxiləyə, evinin toxunulmazlığına, məktublaşmasının gizliliyinə,şərəf və nüfuzuna özbaşına qəsdə məruz qala bilməz. Hər bir şəxsin belə müdaxilə və qəsdən qanun tərəfindən müdafiə olunmaq hüquqi var.

Maddə 13.1. Hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir.

2. Hər bir şəxs öz ölkəsi də daxıl olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir.

Maddə 14. 1. Hər bir şəxs digər ölkələrdə təqibdən sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququna malikdir.

2. Bu hüquq həqiqətən də qeyri-siyasi cinayət və ya Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd hərəkət törədilməsinə əsaslanan tədbirlər zamanı tətbiq oluna bilməz.

Maddə 15. 1. Hər bir şəxs vətəndaşlıq hüququna malikdir.

2. Heç kim özbaşına olaraq vətəndaşlıqdan və vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz.

Maddə 16. 1. Yetkinlik yaşına çatmış kişilər və qadınlar irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nigaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər. Onlar nigaha daxil olarkən, nigah müddətində və onun pozulması zamanı eyni hüquqlardan istifadə edirlər.

2. Nigah, nigaha daxil olan hər iki tərəfin azad və tam razılığı olarsa bağlana bilər.

3. Ailə cəmiyyətin təbii və başlıca özəyidir və cəmiyyət və dövlət tərəfindən müdafiə olunma hüququna malikdr.

Maddə 17. 1. Hər bir şəxsin həm təkbaşına, həm də müştərək mülkiyyətə sahib olma hüququ var.

2. Heç kim özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz.

Maddə 18. Hər bir şəxs fikir, vicdan və din azadlığı hüququna malikdir; bu hüquqa öz dinini və etiqadını dəyişmək azadlığı və öz dininə və əqidəsinə təhsil, dua, dini ayın mərasimləri zamanı təklikdə və ya başqaları ilə birlikdə, aşkar və ya fərdi şəkildə etiqad etmək azadlığı daxildir.

Maddə 19. Hər bir şəxs əqidə və onu sərbəst ifadə rtmək azadlığı hüququna malikdir; bu hüquqa manesiz olaraq əqidəyə malik olmaq və dövlət sərhədlərindən asılı olmayaraq informasiya və ideyaları istənilən vasitələrlə axtarmaq, əldə etmək və yaymaq azadlığ daxildir.

Maddə 20. 1. Hər bir şəxs dinc yığıncaqlar və assosiasiyalar azadlığı hüququna malikdir.

2. Heç bir şəxs hər hansı bir assosiasiyaya qoşulmağa məcbur edilə bilməz.

Maddə 21. 1. Hər bir şəxs dövlətin idarə olunmasında bilavasitə və ya azad şəkildə seçilmiş nümayəndələr vasitəsilə iştirak etmək hüququna malikdir.

2. Hər bir şəxs öz ölkəsində dövlət xidmətində qulluğa girməkdə bərabər imkana malik olmaq hüququna malikdir

3. Xalqın iradəsi iqtidar hakimiyyətinin əsası olmalıdır; bu iradə öz ifadəsini gizli səsvermə yolu ilə, ümumi və bərabər seçki hüququ və ya səsvermənin azadlığını təmin edən digər eyni mənalı formalar əsasında keçirilən mütamadı və saxtalaşdırılmamış seçkilərdə tapmalıdır.

Maddə 22. Hər bir şəxs cəmiyyətin üzvü kimi sosial təminat hüququna , milli səylər və beynəlxalq əməkdaşlıq yolu ilə və hər bir dövlətin strukturu və ehtiyatlarına uyğun olaraq onun ləyaqətinin müdafiəsi və şəxsiyyətinin azad inkişafı üçün iqtisadi, sosial və mədəni sahələrdə hüquqlara malikdir.

Madddə 23. 1. Hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır.

2. Hər bir şəxs heç bir ayrıseçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir.

3. Hər bir işləyən şəxs əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir.

4. Hər bir şəxsin həmkarlar ittifaqı yaratmaq və öz sosial maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqına daxil olmaq hüququ var.

Maddə 24.Hər bir şəxsin istirahət və asudə vaxtı, o cümlədən iş gününün ağlabatan hüdudu və ödənilən vaxt aşırı məzuniyyət hüququ var.

Maddə25. 1.Hər bir şəxs onun özünün və ailəsinin səhhət və rifahını təmin etmək üçün lazım olan qıda, geyim , tibbi xidmət və lazımi sosial təminat da daxil olmaqla, həyat səviyyəsi hüququna və işsizlik, xəstəlik, əlillik, dul qalma,qocalıq və özündən asılı olmayan səbəblər üzündən yaşayış vasitələrin itirilməsi zamanı təminat hüququna malikdir.

2. Analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. həm nigah nəticəsində, həm də nigahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər.

Maddə26. 1.Hər bir şəxsin təhsil hüququ var.Ən azı ibtidai və ümumi təhsil pulsuz olmalıdır.İbtidai təhsil icbari olmalıdır.Hər kəs texniki və peşə təhsili almaq imkanına malik olmalıdır,ali təhsil də hər kəsin qabilliyəti əsasında hamıya eyni dərəcədə müyəssər olmalıdır.

2. Təhsil insan şəxsiyyətinin tam inkişafına və insan hüquqları və əsas azadlıqlara hörmətin artırılmasına yönəldilməlidir. Təhsil xalqlar ,irqi və dini qruplar arasında qarşılıqlı anlaşmanın, dözümlüyün və dostluğun möhkəmləndirilməsinə və Birləşmiş Millətlərin sülhü qoruma sahəsində fəaliyyətinə yardım etməlidir.

3. Valideynlər öz azyaşlı uşaqları üçün təhsil növünü seçməkdə üstünlüyə malikdirlər.

Maddə27. 1.Hər bir şəxs cəmiyyətin mədəni həyatında sərbəst iştirak etmək,incəsənətdən zövq almaq,elmi tərəqqidə iştirak və mənəvi mənafeələrinin qorunması hüququna malikdir.

Maddə28. Hər bir şəxsin bu Bəyannamədə ifadə olunmuş hüquq və azadlıqlarını tam şəkildə həyata keçirilə biləcəyi sosial və beynəlxalq nizam hüququ var.

Maddə29.1.Hər bir şəxs yalnız onun şəxsiyyətinin azad və tam inkişafının mümkün olduğu cəmiyyət qarşısında vəzifələr daşıyır.

2.Öz hüquq və azadlıqlarını həyata keçirərkən hər bir şəxs yalnız elə məhdudiyyətlərə məruz qala bilər ki, onlar qanun tərəfindən digərlərinin hüquq və azadlıqlarının tanınması və hörmət olunmasının təmin edilməsi və demokratik cəmiyyətin əxlaqi,ictimai asayiş və ümumi rifah tələblərini yerinə yetirmək məqsədilə təyin edilmiş olsun.

3. Bu hüquq və azadlıqların həyata keçirilməsi Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd olmamalıdır.

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

MÜHƏNDİSLİK FAKULTƏSİ

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ
kafedrası


MÜHAZİRƏÇİ: DOSENT XƏLİLOV RAMİZ TALIB OĞLU

Mühazirə 10.

MÖVZU:

DAVAMLI İNKİŞAFIN TƏRKİB HİSSƏLƏRİ-SOSİAL –İQTİSADİ TƏRKİBİ.
DAVAMLI İNSAN İNKİŞAFI VƏ KORPORATİV SOSİAL MƏSULİYYƏTLİ SİYASƏT.
Mühazirənin planı:


  1. DAVAMLI İNSAN İNKİŞAFI VƏ KORPORATİV SOSİAL MƏSULİYYƏTLİ SİYASƏT.

  2. DAVAMLI İNSAN İNKİŞAFININ İNSTİTUTLAŞMASI. İNSAN İNKİŞAFI SAHƏSİNDƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ.


ƏDƏBİYYAT SİYAHISI


  1. Ələkbərov U.K. Davamlı insan inkişafı: Ali məktəblər üçün proqram və kursun qısa məzmunu.- Bakı: Təhsil, 2006-87s.

  2. Xəlilov R.T., Zeynalov E.C., Vəliyev S.Ş. Davamlı insan inkişafı.-Gəncə, 2017.-346s.


GƏNCƏ 2017



  1. Davamlı insan inkişafı və korporativ sosial məsuliyyətli siyasət.

Davamlı inkişafın əsas məqsədi gələcəksiz inkişafın qarşısını almaqdan ibarətdir. Göstərilən məqsədə nail olmaq üçün müvafiq siyasətin həyata keçirilməsi və bu istiqamətdə insan potensialının formalaşması vacibdir. Belə siyasətin formalaşması və həyata keçirilməsi zamanı ilk növbədə təbii ehtiyatların səmərəli istifadəsi, ətraf mühitin mühafizəsi və biliyə əsaslanan inkişaf üçün imkanların yaradılması nəzərdə tutulur (şəkil1.1). Biliyə əsaslanan inkişaf və onun başlıca amili olan insan potensialını davamlı inkişafın ən vacib şərtidir. Bunu təmin etmək üçün müxtəlif ixtisas sahiblərinin və hər bir vətəndaşın davamlı insan inkişafı sahəsində biliklərə yiyələnməsi və müvafiq bacarığa nail olması vacibdir. BMT və YUNESKO-nun 2005-2014-cü illəri davamlı inkişaf sahəsində təhsil onilliyi elan etməsi bu məqsədə xidmət edir.

Davamlı inkişafın həyata keçirilməsinin digər vacib şərti bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, informasiya mübadiləsi və qlobal miqyasda yeni texnologiyaların ötürülməsidir. Belə istiqamətlərə misal olaraq, dünyada geniş istifadə olunan və müasir biliyə əsaslanan davamlı meşəçiliyi və davamlı balıqçılığı göstərmək olar.



Şəkil 1.1. Korporativ sosial məsuliyyətli siyasətin əsas prinsipləri.
Davamlı insan inkişafının planlaşdırılması və həyata keçirilməsi, gələcəksiz inkişafın qarşısını almaqdan ötrü bir sıra prinsiplərə riayət edilməsi olduqca əhəmiyyətlidir. Tələbələrin diqqəti davamlı inkişafın təmin edilməsində xüsusi əhəmiyyət daşıyan aşağıdakı vacib şərtlərə yönəldilir. Bu şərtlər korporativ siyasətin formalaşması üçün də çox əhəmiyyətlidir.

- Ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan istifadə edilməsi layihələrinin planlaşdırılması və həyata keçirilməsində çağdaş və gələcək nəsillərin maraqlarının nəzərə alınması.

- Təbii ehtiyatlardan istifadə etdikdə onların davamlı işlədilməsini təmin edən prinsip və texnologiyaların istifadəsi.

- İnkişafın planlaşdırılmasına və həyata keçirilməsinə aid dövlət sənədləri hazırlanması və icrası zamanı davamlı inkişaf prinsiplərinin əsas meyar kimi qəbul edilməsi.

- Ətraf mühitin keyfiyyəti və təbii ehtiyatların istifadəsi ilə əlaqədar layihələrin müzakirəsi və qərar qəbul edilməsi prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi

- Hazırkı və gələcək nəsillərin sağlamlığının və uzunömürlülüyünün təmin edilməsi və bunlara hər hansı potensial təsir barədə məlumatların əhaliyə çatdırılması.

- Davamlı insan inkişafı sahəsində müxtəlif: qlobal, regional, ölkə, bölgə, bələdiyyə, məhəllə, ev və s. səviyyələrdə əməkdaşlığın təşkil edilməsi.

Bu prinsiplərə əsaslanan inkişafın planlaşdırılması və idarə edilməsi 2002-ci ildə Yohannesburqda keçirilmiş Dünya Sammitinin qərarlarında da öz əksini tapmışdır.

Davamlı inkişaf sahəsində irəli sürülən məqsədlər bu prosesin bütün iştirakçılarının səfərbərliyini tələb edir. Bunlara fərdi sektorda fəaliyyət göstərən şirkətlər və korporasiyalar da aiddir. Demək olar ki, artıq Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi, Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədlərinin hazırlanmasının bütün iqtisadi sahədə fəaliyyət göstərən idarə və təşkilatlar üçün məcburi olması ilə tanış olduq. Son illərdə isə Korporativ Sosial Məsuliyyətli Fəaliyyət anlayışı irəli sürülmüşdür. Demək olar ki, bu sahədə düzgün siyasətin aparılması həm etik baxımdan vacibdir, həm də rəqabətdə üstünlük təmin edən amil kimi çıxış edir.

Korporasiya və şirkətlərin sosial baxımdan məsuliyyətli fəaliyyəti idarəetmənin ən müasir istiqamətlərindəndir və davamlı inkişafı təmin edən amildir. Bu fəaliyyətin planlaşdırılması və həyata keçirilməsi insan potensialına arxalanır və davamlı inkişaf sahəsində təhsilin vacib elementidir. Korporativ sosial məsuliyyət ilk növbədə hər bir fəaliyyətin etik formada aparılmasını nəzərdə tutur. Bu isə öz növbəsində təbii və sosial mühitə təsir edən, yaxud edə bilən fəaliyyətin sivil cəmiyyətdə qəbul olunmuş normalar əsasında həyata keçirilməsinə əsaslanır. Korporativ sosial məsuliyyətli fəaliyyət şirkət daxilində və şirkətdən kənarda həyat səviyyəsinin daimi yüksəlməsini bir məqsəd kimi qarşısına qoyur və bu məqsədi gəlir götürməkdən daha yüksək tutur.

Əsas prinsiplər:

1. Hesabatlılıq –şirkət rəhbərinin nəzarət orqanları qarşısında məhsuliyyətli

2. Şəffaflıq- təşkilat öz fəaliyyət və qərarlarında (cəmiyyət və ƏM-ə təsir göstərən)

3. Etik davranış- təşkilat özünü etik aparmalıdır. Üç kriteriya üzrə: düzgünlük, ədalətlilik, vicdanlılıq.

4. Maraqlı tərəflərin maraqlarına hörmət-şirkət maraqlı tərəflərin baxış və maraqlarına hörmətlə yanaşmalı.

5. Qanunun aliliyinə hörmət etməli- qanunlara, normativ aktlara riayət etmək.

6. Beynəlxalq davranış qaydalarına riyayət etmək- Münasibətlərdəlegitim imkan və kanallardan istifdə etmək.

7. İnsan hüquqlarına riayət etmək- insanların vacibliyini tanımaq.

Davamlı insan inkişafında kömək etmək sosial məsuliyyətdə üç əlaqə nəzərə alınmalı:

1. Təşkilatla cəmiyyət arasında.

2. Təşkilatla maraqlı tərəflər arasında.

3. Maraqlı tərəflərlə cəmiyyət arasında.

Maraqlı tərəfləri müəyyən etmək üçün suallar:

1. Təşkilatın kimin qarşısında öhtəliyi var?

2. Təşkilatın qərar və fəaliyyəti kimə pozitiv və yaxud neqtiv təsir göstərə bilər?

3. Təçkilatın qərar və faliiyyətinə görə kimin etiraz etmək ehtimalı böyükdür?

4. Təşkilatın öz öhtəliklərini yerinə yetirmə qabiliyyətinə kim təsir göstərə bilər?

Maraqlı tərəflərlə qarşılıqlı əlaqə aşağıdakılar üçün istifadə olunur:

1. Təşkilat tərəfindən öz qərar və fəaliyyətinin təsirlərinin daha yaxşı anlaması;

2. Təşkilata öz şəffaflığını artırmaq üçün əldə etdiyi nəticələri təhlilə kömək etməkdə;

3. Təşkilata öz fəaliyyətini yaxşılaşdırmaq üçün nəticələrin təhlilinə kömək etməkdə;

4. Yaxşı işləri artırmaq neqtiv işləri azaltmaq yolunu müəyyən etməkdə

5. Hüquqi öhtəlikləri yerinə yetirməkdə;

6. Qarşılıqlı faydaya nail olmaq məqsədi üçün tərəfdaşlıq qurmaqda.


İqtisadi və sosial, fərdi və ictimai maraqlar arasında balansın təmin edilməsi bu prosesin idarə edilməsinin əsas prinsipidir. Bu prinsipin təmin edilməsi kifayət dərəcədə çətin olsa da, hər bir milli, yaxud transmilli korporasiyanın və yaxud şirkətin tanınması və şöhrətlənməsi, ictimaiyyət ilə əlaqədar qurulması üçün olduqca önəmlidir. Bu isə öz növbəsində sosial məsuliyyətli idarəetmə prinsiplərini tətbiq edən qurumların şöhrətini artırır, onlara azad rəqabətdə əlavə imtiyazlar yaradır. Göstərilən amillərin təsiri nəticəsində korporasiya, yaxud şirkət daha da güclənir, onun iqtisadi imkanları artır. Bu isə onun sosial məsuliyyəti, fəaliyyətinin daha da gücləndirilməsi üçün əlavə imkanlar yaradır.

Davamlı insan inkişafına yönəldilmiş korporativ sosial baxımdan məsuliyyətli siyasətin həyata keçirilməsi bu proseslərin təşkilatlanması üçün xüsusi qurumların yaradılması zəruriyyətini gündəmə gətirdi. Belə qurumlar ilk dəfə Azərbaycan Respublikasında yaradılmışdır.

Bu, dünyada birinci İnsan İnkişafı Mərkəzi olmaqla fərdi sektorda davamlı və sosial baxımdan məsuliyyətli siyasəti planlaşdıran və uğurla həyata keçirən təşkilatdır. Bunları nəzərə alaraq, 2005-ci ilin dekabrında BMT-nin Nyu-Yorkdakı Baş Qərərgahı bu mərkəzin Azərbaycanda təşkilini və bu istiqamətdə alınan nəticələri “innovativ ideya və fəaliyyət” kimi qiymətləndirilib və bu barədə üzv olan ölkələr arasında xüsusi məlumat yaymışdır. Beləliklə, davamlı insan inkişafının institutlaşması sahəsində ilk addım atılmışdır.


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə