Azərbaycan döVLƏt aqrar universiteti MÜHƏNDİSLİk fakultəSİ HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ kafedrası


Davamlı insan inkişafının institutlaşması. İnsan inkişafı sahəsində beynəlxalq əməkdaşlıq



Yüklə 0,85 Mb.
səhifə8/11
tarix17.09.2017
ölçüsü0,85 Mb.
#566
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11

2. Davamlı insan inkişafının institutlaşması. İnsan inkişafı sahəsində beynəlxalq əməkdaşlıq.
Davamlı insan inkişafının institutlaşması sahəsində Azərbaycan Respublikasında daha bir yeni təşəbbüs həyata keçirilmişdir. Ölkənin Ədliyyə Nazirliyi 2004-cü ilin aprel ayında “İnsan İnkişafı və Davamlı Gəlir Əldə Edilməsinə Kömək” ictimai birliyini rəsmi qeydə almışdır. Belə bir ictimai birlik ilk dəfə təşkil olunurdu və təşəbbüs ölkənin Qarabağ rayonunun Ümid qəsəəbəsində məskunlaşan qaşqın və köçkün qadınlar tərəfindən irəli sürülmüşdür. İctimai birliyin əsas məqsədi bilik və təcrübəyə yiyələnməklə yeni istehsalların yaradılması və davamlı gəlir əldə etmək idi. Birlik ilk iki illik fəaliyyəti dövründə işçilərin sayını bir neçə dəfə artırmışdır. İstehsal olunan müxtəlif məhsullar həm ölkədə istifadə olunur, həm də ixrac edilir. Tam şəffaflıq şəraitində fəaliyyət göstərən bu birlik, eyni zamanda, demokratik idarəetmə nümunəsi ola bilər. Ümid qəsəbəsinin qadın sakinləri tərəfindən həyata keçirilən bu sosial baxımından məsuliyyətli fəaliyyət bir neçə beynəlxalq və milli məqsədlərə nail olmağa xidmət edir. Bu məqsədlər arasında gender bərabərliyi, yoxsulluqla mübarizə, regional inkişaf, iqtisadiyyatın diversifikasiyası, demokratiyanın inkişafı və qərar qəbuletmə prosesində əhalinin iştirakının genişləndirilməsi və s. göstərmək olar. Bu fəaliyyət həm Dünya Sammitində nəzərdə tutulmuş minilliyin inkişaf məqsədlərinin, həm də ölkədə qəbul edilmiş və müvəffəqiyyətlə həyata keçirilən milli inkişaf proqramlarının yerinə yetirilməsinə xidmət edir. Bunları nəzərə alaraq, BMT-nin Nyu-Yorkdakı Baş Qərərgahı bu təşəbbüsü də “innovativ ideya və fəaliyyət” kimi qiymətləndirmiş və bu təcrübə barədə məlumatı 2005-ci ilin sonunda üzv olan ölkələr arasında yaymışdır.

Davamlı İnsan İnkişafı dünyada ümumbəşəri problem olduğu üçün ölkələr arasında bu sahədə əməkdaşlığın böyük əhəmiyyəti vardır.Bu əməkdaşlıq BMT-nin İnkişaf Proqramı (BMT İP) tərəfindən təşkil edilir və hıyata keçirilir.O cümlədən,Davamlı İnsan İnkişafı sahəsində proqramın həyata keçirilməsində BMT-nin müvafiq bölmələri də fəal iştirak edir.

Beynəlxalq əməkdaşlıqda dünyanın müxtəlif ölkələrində İnsan İnkişafının göstəriciləri öyrənilir, tədqiq edilir, təhlil olunur və əldə olunan nəticələrə əsasən müvafiq tövsiyələr hazırlanır. Bu sahədə beynəlxalq əməkdaşlıq BMT-nin dəyişiklikləri, tərəqqini dəstəkləyən və insanların daha yaxşı həyat tərzinə malik olmasına yardım etmək məqsədilə həyata keçirilir.Bu baxımdan BMT ölkələr üçün müvafıq bilik,bacarıq,təcrübə vəsaitlərindən istifadə imkanı yaradan qlobal inkişaf şəbəkəsi olmaqla çox böyük İnkişafı sahəsində beynəlxalq əməkdaşlıq strategiyanın əsas istiqamətləri aşağdakılardan ibarətdir:

-İnsan İnkişafının müxtəlif göstəricilərinin hesablanması və onunla bağlı tədqiqatlara dair hesabatların və tövsiyələrin hazırlanması.

-Dünyanın ayrı-ayrı bölgələrində və ölkələrində inkişaf prosesinin dinamikasının müşahidəsi və qiymətləndirilməsi:

-İnkişaf proqramlarının həyata keçirilməsində texniki və maddi dəstək göstərilməsi.

İnsan inkişafı Azərbaycan Respublikasında dövlətin daxili siyasətinin bir hissəsini təşkil edir. Bu siyasətdə İnsan İnkişafı ilə əlaqədar fərmanlar, sərəncamlar və qərarlar qəbul edilir, xüsusi Milli Regional Proqramlar hazırlanır. Buna misal olaraq Yoxsulluqla Mübarizə, Davamlı İnkişaf, Regionların sosial-iqtisadi inkişafı, Ərzaq və Enerji təhlükəsizliyi, Təhsil Proqramlarını, İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyanı və s. göstərmək olar.İnsan inkişafına dair qərar və proqramların qəbul edilməsində və hazırlanmasında Respublikada fəaliyyət göstərən xarici və beynəlxalq şirkətlər, habelə Qeyri-Hökümət Təşkilatları(QHT) da iştirak edir.Hazırda BMT tərəfindən yeni minillik üçün fəaliyyət planları da hazırlanmışdır.BMT –nin üzvü olan bütün ölkələr həmin planın həllinə nail olmalıdırlar. Bu plana yoxsulluğun kəskin azaldılması,bütün gənclərin(qız vəoğlanlar) təhsil almasını təmin etmək,gender bərabərliyinə nail olmaq,uşaq və qadın ölümünü azaltmaq,yoluxucu xəstəliklərin (QİCS, vərəm, malyariya və s.) və immun çatışmazlığının qarşısını almaq, insan alverinə, oğurluğuna qarşı mübarizə, ətraf mühiti qorumaq,onun təbii sərvətlərindən səmərəli istifadə etmək, beynəlxalq əməkdaşlığı güclədirmək kimi məsələlər daxil edilmişdir.

1953-cü il sentiyabrın 3-də qəbul olunan İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyası beynəlxalq əməkdaşlıq sahəsində ən başlıca sənədlərdən biri kimi dəyəndirilməlidir.Bu konvensiya 5 bölmədən və 66 maddədən ibarət olmaqla Avropa Şurası üzvü olan bütün ölkələr tərəfindən ratifikasiya olunmuşdur.



AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

MÜHƏNDİSLİK FAKULTƏSİ

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ
kafedrası


MÜHAZİRƏÇİ: DOSENT XƏLİLOV RAMİZ TALIB OĞLU

Mühazirə 11

MÖVZU:

DAVAMLI İNKİŞAFI DƏSTƏKLƏYƏN VƏ ONA MANE OLAN NƏZƏRİ MÜLAHİZƏLƏR.

DAVAMLI İNKİŞAF ANLAYIŞININ HİPOTEZLƏRİ.

MÜHAZİRƏNİN PLANI:

  1. MALTUSÇULAR VƏ KORNUKOPÇULAR.

  2. DAVAMLI İNSAN İNKİŞAFININ “ÜÇ SUALTI DAŞLARI”.

  3. V.İ. VERNADİSKİ VƏ ONUN NOOSFERA KONSEPSİYASI.

  4. DAVAMLI İNKİŞAF VƏ AÇIQ CƏMİYYƏT NOOSFERAYA YOLDUR.

ƏDƏBİYYAT SİYAHISI



  1. Xəlilov R.T., Zeynalov E.C., Vəliyev S.Ş. Davamlı insan inkişafı.-Gəncə, 2017.-346s.

  2. Вернадский В.И. Избранные сочинения, т.5.-М.,1960.

GƏNCƏ 2017
1. Davamlı insan inkişafının “üçsualtı daşları”.
1992-ci ildə BMT-nin Rio de-Janeyroda keçirtdiyi Beynalxalq konfransının böhran və fəlakət qarşısında davamlı insan inkişafı barədə irəli sürdüyü imperativ (hakim ideya) indi artıq bütün ölkələrin savadlı insanlarına aydındır. Daha az məlum olan öz özünə təşkil olunan sistemlərin inkişafının dövrülülüyü, üzvi sistemin (orqanizmin) fatal ölüm qanunu və canlı sistemlərin orqanik aktivliyi anlayışlarıdır. Belə çıxır ki, bu sonuncular sırf sistemçilərin, bioloqların və həmçinin psixoloq və sosioloqların maraq dairəsinə aiddilər. Güman etmək olar ki, adı çəkilən nəzəri müddəalar davamlı insan inkişafı konsepsiyası ilə ziddiyət təşkil edir, bunlar arasında kontroverza (ixtilaf) mövcuddur (şəkil1.2.). Ancaq bunlar akademik xarakter daşımırlar. Odur ki, qeyd olunan ziddiyətlərin mahiyyətini açmaq onların həlli yollarını müəyyənləşdirmək tələb olunur. Burada ona əsaslanmaq lazım gəlir ki, sistemli qanun və prinsiplərin fundamentallığı (təməlçiliyi) pozularsa təbiətin fundamental qanunları inkar edilmiş olur. Hesab etmək olar ki, sistemli qanunların fundamentallıq ideyası biososial barədə mübahisə kəskinliyini aradan götürməlidir.

Fikirlərin aydınlaşdırılması üçün başlanğıc nöqtə olaraq XX əsrin 20-30-cu illərində Q.Spenser, K.N.Leontyev və U.Kennon tərəfindən Qərbdəki iqtisadi böhranla əlaqədar irəli sürdükləri ideyaya əsaslanırıq. Spenser orqanizmlə cəmiyyətin bənzərliyini, Leontyev orqanizm və sivilyasiyasının (bəşəriyyətin) inkişaf tsikllərinin (dövrülüyünün) eyni olmasını demişlər. Kennon müddəaları isə orqanizmin davamlı vəziyyətinin tənzimlənməsi və nəzarət olunması, hər növ təşkilatın, o cümlədən sənaye və sosial təşkilatlarınkı ilə bənzərliyə aiddir. Qeyd etmək lazımdır ki, onlar öz mülahizələrində sosial sistemlərin və canlı orqanizmlərin qurluş, fəaliyyət və davranışlarında olan emprik bənzərliyə əsaslanmışlar. Görünür məhz orqanizm və sosial sistem arasındakı qeyri bənzərlik qeyri sistem əlamətlərə (şüurluq, gələcəyi görmə və s.) sivilizasiyanı indiyənə gədər transformasiya olmaqla sağ qalmasına səbəb olmuşdur.

Davamlı insan inkişafının bütün məlum modelləri ona dayanır ki, cəmiyyət XX əsrin sonunda böhran və qlobal fəlakət qarşısında meduzaya bənzər şəkil almışdır. Davamlı inkişaf modeli seçilərkən cəmiyyət sistemli orqanik bir bütunə, bir bədənə daha doğrusu bir orqanizmə çevrilməlidir. Bu V.İ.Vernadskinin noosfera konsepsiyasında öz əksini tapmışdır. Bununla belə davamlı inkişaf modeli “üç sualtı daşa” ilişmişdir.

Birinci, marksizm göstərmişdir ki, istehsal vasitələri və əmək alətlərinin texnologiya ilə birlikdə inkişafı insanların onlara və bir-birinə münasibətini dəyişəcəkdir. Bu isə formaca eyni tipli inkişaf dövürlərinin olmasını, ictimai-iqtisadi formasiyaların dəyişməsini şərtləndirir. Prinsipcə bütün onlar hamısı “informasiya” sivilyasiyasına gəlməlidirlər. Heç kim onların inkişafını dondurmaq iqtidarında deyildir. Bundan başqa Leontyev aydın etmişdir ki, bütün sivilyasiya etnomədəni bütövlüklər olmaqla orqanizmə bənzəyir, özünün inkişafının minillik dövründə aşağıdakı sxemlə geri qayıtmaz bir yol keçir: ilkin sadəlik-çiçəklənən mürəkkəblik, ikinci sadələşmə. Nəticədə siviliyasiya ölür və yaxud yeni şəraitə uyğunlaşıb yeni forma alır. Eyni fikrə O.Şpenqler və A.Toynbi də gəlmişlər (A.Toynbi belə sxem vermişdir: yaranma-boyarma-sınma-çürümə).Bunların sxemindən məntiqi olaraq belə bir nəticə çıxır: əbəs yerə vahid bütöv bəşəriyyət sivilizasiya yaratmağa dəyməz - belə ki,bu cür bütövlük çürüyüb məhv olacaq, özü də artıq böhran və fəlakətin astanasında inkişafda olmaqla.

İkinci, müasir biologiyada sübuta yetirilmişdir ki, hər bir orqanizm ölümlüdür.Bioloqlar deyirlər: ”Orqanizm vahid sistem olub, təşkil olunmaqla qaçınılmaz faciəvi sonluğu özündə birləşdirmişdir. Öz-özünü təzələmə, nəslə sonsuzluq təmin etməklə onu hissələrin izomorfizminə sürükləyir, qarşılıqlı əlaqə zəifləyir, öz təşkil səviyyəsini aşağı endirir”. Bu, ölüm hökmü kimi qəbul edilərsə onda həmin nəticə yenidən təcdiq olunur ki, ölümə məhkum olunmuş bütövlüyə bəşəriyyətin cəhd göstərməsi əbəsdir. Burada söhbət sosiologiyada geniş yayılmış fikirdən, yəni orqanizmin sosial sistemlə eyniləşdirilməsindən gedir. Biz belə bənzərliyi yalnız sistemli əlamətinə görə qəbul edirik.Qeyd edək ki, belə nəticə müstəsna olaraq strategiyaya aid edilir, sağ qalma taktikasına deyil. Odur ki, çox da uzaqgörən olmayan siyasətçilər onu tamamilə diqqətə almırlar. Tarix isə elmin qanunlarına etinasızlığın siyasətdə nə qədər təhlükəli olduğunu dəfələrlə sübuta yetirmişdir.

Akademik N.L.Dobretsov S.Lemandan sonra yaxınlarda xatırlatmışdır ki, siyasətçi və idarəedicilərin peşəkar səviyyəsi və elmin, istehsalatın nailiyyətləri arasında uçurum vardır. Bu uçurum təhlükə doğurur. Dinin və Qərbi Avropa və Amerikada hazırda təbliğ olunan “mötədillik etikası”nın inkişaf etmiş ölkələrdə əxlaqi vəziyyəti ciddi surətdə dəyişəcəyi çətin düşünülə biləndir.

Üçüncü, bir “sualtı daş” da vardır.Bu daha yaxın planda-taktiki olandır.Ola bilər ki, siyasətçilər və idarəçilər düzgün qiymət verməyi bacardılar.Burada söhbət əvvəlcə fiziologiyada sonra isə aktivlik nəzəriyyəsi psixologiyasında , davamlı inkişaf anlayışında ixtilafdan gedir. 60-cı illərdə məşhur psixoloq N.A.Bernşteyn əməyin psixologiyası və fiziologiyası üzərində işləyərkən A.A.Uxtomskinin davranış dominantı barədə mülahizəsi ilə rastlaşdıqdan sonra müəyyən etmişdir: ”Aktivlik canlı orqanizmlərin və sistemlərin daha ümumi taməhatəli xarakteristi-kası kimi meydana çıxır”.Orqanizmin sistemliyi ideyası (kibernetik nöqteyi nəzərincə görünüşdə” yəni canlı sistemlərin fəaliyyətində idarəetmə və tənzim-ləmə baçlıca mahiyyətdir fikri ilə müqayisədə Berşteynin mövqeyi daha yenidir və o Kennon konsepsiyası ilə ziddiyyət təşkil edir. Bununla belə Kennon’un metodoloji qurluşu, yəni hər təşkil olunmuş sistem-istehsal, iqtisadi və yaxud sosial xarakterli-analoji olaraq canlı orqanizmlə müqayisə oluna bilər şəklində Bernşteyn’də də öz əksini tapmışdır.Bu demək olar ki, bütün müasir sosbiologiyaya aiddir.

Prinsipcə buna Aristotel’də də rast gəlmək olar: orqanizm sistem olaraq bütövdür, dayanıqlıdır, aktivdir, məqsədlidir, ierarxik şəkildə qurulmuşdur.

Qeyd olunanları nəzərə alaraq məsələyə sosiobiosistem kimi baxaraq vahid fudomental sistem qanunlarının və prinsiplərinin olması və onların eyni şəkildə bütün sistemləri idarə etməsi üzərində durur(şəkil1.1.).




Şəkil 1.1.Sistemlərin bənzərliyinin izahı.



Şəkil 1.2.Üçbirliyi əksetdirən qrafiklər.
2. Maltusçular və kornukopçular
Hamıya məlumdur ki, dünyada əhalinin sayı durmadan artır. Yer kürəsi bu qədər insanları bəsləyə bilərmi? Nəzəri olaraq ehtiyatların səmərəli istismarı şəraitində planetimiz əhalinin elemntar tələblərini indikindən iki qat artıq təmin edə bilər. Ancaq bu nəzəri olaraq belədir. Bununla belə zənginlik və kasıblıq arasındakı uçurum get gedə artmaqdadır. Ən azı dünya əhalisinin 20%-i olduqca ağır şəraitdə yaşayır. Daha pis olanı isə odur ki, kasıblıq öz özünü artırır: məhz ən yüksək doğum səviyyəsi əhalinin kasıb təbəqəsindədir. Ac ölkələrin ərzaqla təmin olması təcili vacib məsələlərdəndir.

İnsanın dünyada rolu nədən ibarət olmalıdır, ətraf mühitlə və maddi ehtiyatlarla əlaqəli mövcud və gözlənilən problemlər həqiqətən nə qədər ciddidir və bu problemlərlə əlaqəli nə etməli suallarına iki bir birinə zidd baxış tərzi vardır.

Maltusçular (yeni maltusçular da deyilir, bunların opponentləri onları qara fikirli, pessimist adlandırırlar) belə fikirdədilər ki, əgər müasir ənənələr saxlanılarsa dünya əhalisi həddindən çox artacaq, dünya indikinə nəzərən daha çox çirklənəcək, bir çox ehtiyat növləri deqrodasiya olunacaq və yaxud tükənəcəkdir. Onlar inanırlar ki, hazırki vəziyyət ciddi siyasi və iqtisadi toqquşmalara (kolliziya) gətirib çıxaracaq, nə qədər ki, varlılar varlanacaq, kasıblar isə kasıblayacaq nüvə və adi silahlardan istifadə etməklə müharibə təhlükəsi artacaqdır.

Yeni maltusçular termini 1789-cu ildə ingilis ruhanisi və iqtisadçısı Tomas Robert Maltus (1766-1834) tərəfindən irəli sürülmüş hipotezin müasir və genişləndirilmiş versiyasının tərəfdarlarına verilən ad əasasında yaranmışdır. O hesab edirdi ki, əhalinin eksponensial qanunla artması, nəticəsində məhdud ərzaq ehtiyatlarının qurtarması baş verəcək və bu zaman aclıqdan, xəstəliklərdən və müharibələrdən əhalinin sayı azalacaqdır.

Bu fikrə muxalif qrupun üzvülərini kornukopçular (bunların tənqitçiləri bunlara “realist olmayan texnoloji optimistlər” deyirlər) adlandırırlar. Bu termin latınca “cornucopia” yəni bolluq buynuzu mənasına gələn zənginlik simvolundan götürülmüşdür. Kornukopçuların əksəriyyəti iqtisadçılardır. Onlar inanırlar ki, müasir ənənələri saxlamaqla iqtisadi inkişaf və texnoloji nəaliyyətlər daha zəngin ehtiyatlara malik dünya cəmiyyətinin qurulmasını təmin edəcəkdir (şəkil 2.1)).


Şəkil 2.1. Təbii ehtiyatlardan istifadəyə müxtəlif baxışlar.
3. V.İ.Vernadski və onun noosfera konsepsiyası

Vladimir İvanoviç Vernadski (1863-1945) təbiət tədqiqatçısı, filosof, siyasi xadim 1912-ci ildən Peterburq Elimlər Akademiyasının akademiki olmuşdur. Ona XX əsrin Lomonosovu deyirdilər. 1881-1885-ci illərdə Peterburq Universitetinin fizika-riyaziyyat fakultəsinin təbiət şöbəsində oxumuşdur. Onun müəllimləri A.N.Beketov, D.İ.Mendeleyev, A.M. Butlerov, İ.M.Seçenov, V.V.Dokuçayev olmuşlar. 1897-ci ildə professor adı almışdır. Mineralogiya, geokimya və aralıq elimləri üzrə aktiv elmi-tədqiqat işləri aparmışdır.

Vernadski’nin mineralogiya və geokimya üzrə əsərləri bütün dünyada məşhurdur. 1910-cu ildən daha çox Yer kürəsinin biosferasına, ümumilikdə mineralogiya və geologiya təsirinə diqqət yetirmişdir. Həqiqətən bir çox geoloji proseslər günəş istiliyi və atmosferin oksigeninin təsiri nəticəsində baş vermişdir. Yalnız neft deyil həmçinin digər üzvi minerallar bioloji mənşəyə malikdirlər. Bir çox qeyri üzvi mineralların qurluşu onların yaranmasına biokütlənin təsirini əks etdirir.

1920-ci illərdən başlayaraq Vernadski yer proseslərinə artıq nəinki canlı təbiət, həmçinin insanın məqsədyönlü təsiri barədə yazırdı. Hələ XIX əsirdən başlayan texniki tərəqqi Yerin dəyişdirilməsinə imkan vermişdir. İnsan fəaliyyəti hətta onun özü tərəfindən duyulmadan tədricən böyük geoloji qüvvəyə çevrilmişdir. Bununla da Vernadski noosfera anlayışı irəli sürmüşdür.

Noosfera (yunanca noos – idrak) – bu muassir biosferadır ki, insanda onun bir hissəsidir. Vernadski yazırdı: “bəşəriyyət bütünlükdə götürüldükdə böyük geoloji qüvvə təşkil edir. Onun qarşısında, onun ağlı və əməyi qarşısında sərbəst düşünən bəşəriyyətin maraqları daxilində bir bütöv olaraq biosferanın yenidən qurulması sualı ortaya çıxır. Bu biosferanın yeni vəziyyətidir ki, biz duymadan ona doğru (noosferaya) yaxınlaşırıq. İnsan öz ağlı və əməyi ilə öz həyat sahəsini əvvəldə olduğuna nəzərən köklü şəkildə yenidən qurmaq qabiliyyətindədir və o bunu etməlidir”.

Beləliklə Vernadski’nin noosfera anlayışını qısa şəkildə aşağıdakı kimi ifadə etmək olar: noosfera, biosferanın elə vəziyyətidir ki, o, onun qanunları və insan idrakının qarşılıqlı təsiri nəticəsində yaranmışdır. Ancaq Vernadski’nin bu baxışları o dövrün idealogiyasına uyğun gəlmirdi. 1934-ci ildə çıxmış Kiçik Sovet Ensklopediyasında Vernadski haqqında yazılmışdır: “öz dünya görüşünə görə idealist fəlsəfə tərəftarıdır. Elmi əsərlərdə elmin neytralizmi ideasını irəli sürür, dinin, mistikanın, həyatın həqiqliyinin, canlı materiyanın və bir sıra vitalist, antiimperialist konsepsiyaların müdafiəçisi kimi çıxış edir, materealist dealektikanı inkar edir.

Vernadski noosferanın hərəkət verici qüvvəsi kimi yalnız idrakı deyil, həmçinin xalqın ruhu – onun biosahəsi olduğunu hesab edirdi. Həqiqətən də daha çox xalq təlatümü olan yerlərdə təbiət katoklizmaları baş verir. Yalnız XXI əsirdə bu idealar eksperimental olaraq biosahə və su qurluşunun qarşılıqlı əlaqəsi şəklində təsdiqini tapmışdıt. Suya mineral kimi baxan Vernadski “Yer qabığının minerallarının tarixi” əsərində suyun mineralogiyasını vermişdi. O, Yer kürəsinin su və digər minerallarının vəhdəti barədə təlimi inkişaf etdirirdi. Ona görə su yer üzərində ən çox yayılan mineral olmaqla hər yerdə mövcuddur və ayrı ayrı canlıların biosahəsini öz aralarında və cansız təbiətlə əlaqəndirən körpü rolunu oynayır.
4.Davamlı inkişaf və açıq cəmiyyət noosferaya yoldur
Sənayeləşmə sonrası cəmiyyətə keçiddən fərqli olaraq davamlı inkişafa keçid kardinal dəyişiklər tələb edir. Bunun mərkəzində bəşəriyyət fəaliyyətinin bütün əsas növlərinin ekologiyalaşdırılması, insanın özünün dəyişməsi, onun düşüncəsinin dəyişməsi və yeni cəmiyyətin qurulması durur. Sağ qalmaq və inkişafı davamlı etmək üçün ilk növbədə özün dəyişməlisən. Buna kibernetikanın əsasını qoyanlardan biri Nobert Viner diqqət yetirərək yazmışdır: “Biz öz mühitimizi o qədər kökündən dəyişmişik ki, indi bu mühitdə mövcud olmaq üçün özümüz dəyişməliyik”. Aydındır ki, belə dəyişiklik kor təbii getməyəcəkdir (əks halda kor tabiilik fəlakətə gətirə bilər), bu, məqsədyönlü, düşünülmüş şəkildə olmalı, davamlı inkişafa keçidin başlıca idarə mexanizmi birləşmiş bəşəriyyətin əxlaqi, humanist idrakı ola bilər. Doğrudur bu barədə başqa nöqteyi nəzərlər də mövcuddur. Səmərəli idrak, maksimum humanistləşmiş, ekologiyalaşmış əsasda bəşəriyyətin qlobal birliyi, sivilizasiyanın keyfiyyətcə yeni vəziyyəti olaraq noosferanın yaranma ideyasını isə V.İ.Vernadski vermişdir. Məhs davamlı inkişafın noosfera istiqaməti daha geniş dəstək tapmışdır. Rus alimi N.N.Lukyançikov hətda “davamlı inkişaf” termini yerinə “noosfera inkişafı” terminin işlədilməsini təklif etmişdir.

Bəzi müəlliflərin biz bu noosfera yolunu tutarkən digərləri başqa yol seçə bilərlər fikirləri aşağıdakı səbəblərə görə əsaslı sayıla bilməz:

Birinci, dünya birliyi gələcək yolu seçərkən UNSED sənədlərində göstərilmiş ümumi modeli qəbul etmişlər. Bu model noosfera modelidir (şəkil 4.1).



Şəkil 4.1. Noosferanın mahiyyəti.
İkinci, noosfera anlayışı konseptual xarakter daşıyır və bəribaşdan ondan imtina etməyə dəyməz. Əksinə onun inkişaf etdirilməsi istiqamətində güclərin birləşməsi faydalı ola bilər.

Üçüncü, noosfera oriyentasiyası seçməklə biz idrakın öncəliyini qəbul etmiş oluruq.

Bir ölkənin davamlı inkişafa keçməsində noosfera “son məntəqə” kimi səciyələndirilə bilər. Burada milli və fərdi varlıqların ölçüsü – mənəvi dəyərlər, ətraf mühitlə ahəngdar əlaqədə yaşayan insanın bilikləri olacaqdır.

Noosfera mənəvi – informasiya və rasional - əxlaqi mahiyət daşıyır. Burada prioritet yerini maddiyat və enerjidən də üstə inkişaf ehtiyatı olaraq informasiyaya və sosial – məişətdən üstə düşüncəyə, başqa söslə maddiyatla müqayisədə intelekt proseslərə verləcəkdir.

Gələcəyin tədqiq metodologiyasından danışarkən sonrakı dəyişiklərdə islahatların strategiyasını müəyənləşdirmək lazım gəlir. Burada üç variant nəzərə çarpır. Azərbaycanın misalında bunu mətbuatdan izləmək mümkündür. Bunlar əvvəlki sosialist yoluna dönmək, ikincisi hər hansı qərb modelini seçmək, üçüncü isə tamamilə hər iki qabakindən fərgli yeni yol seçməkdir. Son illər daha çox qərb nümunəsinə uyğun demokratik islahatların keçirilməsi ideyası möhkəmlənir. Burada iki maniəni qeyd etmək olar. Onların keçdiyi yolu təkrarlama, onlardakı bolluğa çatmaqda ekoloji məhdudiyət.

Davamlı inkişafa keçid qlobal miqyasda mümkündür. Bu arqument planetar ölçüdə gələcək açıq cəmiyyətin formalaşmasının xeyrinədir. Açıq cəmiyyətin qurulması sənayeləşmə sonrası yolu ilə irələmədə meydana çıxmışdır. Açıq cəmiyyətin qurulması sahəsində nəaliyyət, XXI əsrin inkişaf modelinə keçid üçün sosial-iqtisadi şəraitin yaranmasından ibarətdir. Burada informasiyalaşma medialaşma prosesləri, kompyuterləşmə, qlobal telekomunikasiya şəbəkəsinin yaranması böyük əhəmiyyət daşıyır. İnternet vahid açıq informasiya məkanı yaradır. İnformasiya açıq cəmiyyəti daha sürətlə gedir nəinki demokratiya, bazar iqtisadiyatına keçid və s.

Sinergetikaya görə deqrodasiyaya yol verməmək üçün cəmiyyət öz inkişaf məbələrinə münasibətdə açıqlıq təmin etməlidir. “Suveren millilik” dəyəri dövlət strategiyası olaraq davamlı inkişafa keçidin qlobal idarə olunması ilə ziddiyət təşkil edir. Noosfera modeli irəli sürdüyü kriteriyalar inkişaf etmiş ölkələrə liderlik etmək imkanı vermir.

Qeyd etmək lazımdır ki, MDB məkanında (planetin quru hissəsinin altıda birini əhatə edir) istifadədən kənarda xam halda qalan arealın dörddə biri yerləşir. Bu, ətraf mühitin eks-bioloji stabilliyi üçün böyük potensial deməkdir. Davamlı inkişafa keçiddə bu mühüm geoekoloji faktor kimi beynalxalq əlaqələrin inkişafınada kömək edə bilər. Neft ehtiyatına görə birinci yerdə Səudiyə Ərəbstan’ı, ikinci yerdə Rusiya Federasiya’sı, daş kömürə görə birinci yerdə ABŞ, ikinci yerdə Çin, üçüncü yerdə Rusiya Federasiya’sı, qızıla görə birinci yerdə Cənubi Afrika Respublika’sı, ikinci yerdə ABŞ, üçüncü yerdə Rusiya Federasiya’sı gəlir (şəkil 4.2.).





Şəkil 4.2.Neft, daş kömür və qızıl kimi təbii ehtiyyatlar üzrə dünya ölkələrinin tutduğu yer.
Son illər ekoloji problemlərin həllində dövlətlərin inteqrasiya mexanizmi xeyli güclənmişdir. Ancaq çox vaxt bu mexanizmin də işinə müəyyən məhdudiyyətlər mane olur. Belə ki, hər suveren dövlət məhdud əraziyə, məhdud imkanlara və vasitələrə malikdir. Bu imkanların artırılması isə dövlətlərin planetar miqyasda fəaliyyət mexanizminə malik olmaları ilə həyata keçirilə bilər.

Davamlı inkişafa keçiddə daha çox əhalisi olan ölkələrin keçməsi olduqca vacibdir. Bunlar nümunə göstərməlidirlər. Aşağıdakı cədvəldə (4.1.) ekoloji ağır çəkidə olan ölkələr müqaisəli şəkildə əks olunmuşlar.


Cədvəl 4.1.

Təbii ehtiyyatların dünya ölkələri arasında payı




Ölkə

Dünya əhalisi üzrə payı,%

Dünyanın qeyri safi məhsulunda payı,%

Kömür tulantılarında payı,%

Dünyanın meşə ehtiyatlarında payı,%

Çiçəkli bitkilər növlərində payı,%

ABŞ

5

26

23

6

8

Rusiya

3

2

7

21

9

Yaponiya

2

17

5

0,7

2

Almaniya

1

8

4

0,3

1

Çin

21

2

13

4

12

Hindistan

17

1

4

2

6

İndoneziya

4

0,7

1

3

8

Braziliya

3

2

1

16

22

Cəmi

56

59

58

53





Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə