Azərbaycan döVLƏt aqrar universiteti MÜHƏNDİSLİk fakultəSİ HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ kafedrası


AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ



Yüklə 0,85 Mb.
səhifə9/11
tarix17.09.2017
ölçüsü0,85 Mb.
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

MÜHƏNDİSLİK FAKULTƏSİ

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ
kafedrası


MÜHAZİRƏÇİ: DOSENT XƏLİLOV RAMİZ TALIB OĞLU

Mühazirə12

MÖVZU:

DAVAMLI İNKİŞAFI DƏSTƏKLƏYƏN VƏ ONA MANE OLAN NƏZƏRİ MÜLAHİZƏLƏR.

LAVLOKUN GEYA HIPOTEZI.

Mühazirənin planı:

  1. GEYA HİPOTEZİ VƏ GEOFIZIOLOGIYA ANLAYIŞI.

2.GEYA HİPOTEZİNİN TƏNQİDİ.

ƏDƏBİYYAT SİYAHISI

  1. Xəlilov R.T., Zeynalov E.C., Vəliyev S.Ş. Davamlı insan inkişafı.-Gəncə, 2017.-346s.

  2. Казанский А.Б.Феномен Геи Джеймса Лавлока://www/evol/nw.ru/labs/lab38/kazansky/fenomen/htm



GƏNCƏ 2017


  1. Ceyms Lavlokun Geya hipotezi və geofiziologiya


Faktiki olaraq Ceyms Lavlok’un Geya fenomenindən, bütün bir geniş elmi-ictimai hərəkatdan danışmaq mümkündür.Geya fenomenini başa düşmək üçün hipotezin özünü və ondan doğan elmi-tətbiqi hissələri – geofiziologiya və planetar təbabəti bir birindən ayırmaq lazımdır.Geya konsepsiyasının elmi-nəzəri hissəsi, başqa sözlə geofiziologiya V.İ. Vernadski’nin “Biosferasına” olduqca yaxındır. Ancaq keçən əsrin 70-ci illərində Lavlok böyük rus aliminin əsərləri ilə hələ tanış deyildi.

Geya konsepsiyasına görə biotanın təkamülü , başqa sözlə bütün bioloji orqanizmlərin cəmi planet miqyasında onların fiziki əhatəsinin təkamülü ilə elə sıx əlaqədədir ki, birlikdə onlar canlı orqanizmin xassələrini xatırladan vahid özözünə inkişaf edən sistem təşkil edirlər. Bu sistem yunan ilahəsi ( H Гη) Geya’nın adı ilə adlandırılmışdır (şəkil 1.1.).

Şəkil 1.1. Geya hipotezinin mahiyyəti.


Bu ad ingilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vilyam Qoldinq tərəfindən təsadüfi qoyulmamışdır. Bu sırf elmi çərçivədən kənar, dərin daxili məna daşıyır. Beləliklə Geya öz özünü təşkil edən sistem, super orqanizm olub, öz özünü tənzimləyən “geofizioloji” xassəliklə daxili mühitin bir sıra parametrlərini, nisbətən stabil, canlı orqanizm üçün əlverişli səviyyədə saxlayır. Məhz Geya hipotezi da təsdiq edir ki, planetar miqyasda həyat Yer’də özünün mövcudluğu üçün nisbətən stabil şəraiti aktiv olaraq dəstəkləyir. Başqa sözlə biota mühitin qlobal parametrlərini özünün təkamül inkişafı prosesində durmadan özünə uyğunlaşdırır. Yer kürəsinin çöhrəsi, onun iqlimi, dağ filizlərinin tərkibi, hava, oken suları yalnız geoloji proseslərin nəticəsi deyil, həmçinin həyat mövcudluğunun nəticəsidir. Canlı orqanizmlərin bir an dayanmadan aktivliyi hesabına son 3,6 milyard ildir planetdə şərait həyat üçün əlverişli vəziyyətdə saxlanır. Ətraf mühitə mənfi təsir göstərən növlər onu nəsil verməyə yararsız edir. Bunlar da nəhayətdə ən zəiflər kimi, təkamül qabiliyyətsiz növlər kimi aradan çıxmışdır.

Geofizioloji nöqtəyi nəzərdən (Geya nəzəriyəsi) həyat - bu bütün əlaqəli sistemin elə xassəsidir ki, enerji və maddə axınına açıqdır və öz daxili vəziyyətini daim qorumaq qabiliyyətinə malikdir. Geofizialogiya Yer barədə sintetik elm olmaqla komponentləri bir biri ilə sıx bağlı olan biota, atmosfera, okenlar, yer qabığı kimi bütün sistemin xassələri və inkişafını öyrənir. Hesab edilir ki, öz özünə tənzimləmənin mühim xassələrindən iqlim və kimyəvi tərkib Geya’nın inkişaf prosesinin nagahan (sıçrayışlı-emercent) xassəsidir. Geofizialogiya planetar səviyədə öz özünə tənzimləmə mexanizminin axtarışı və öyrənilməsinə yönəlmişdir. Bunun üçün o, hüceyrə-molekulyar səviyədə dövri olaraq öz özünə məhsul vermə, autopoetik proseslərlə ona bənzər digər əlaqəlilik səviyəsində olan, orqanizm, ekosistem və bütünlükdə planet arasındakı əlaqənin müəyənləşdirməsinə çalışır.

Elm çərçivəsində dünyanın planetar ahənglilik qaydalarını dərk etmək üçün Lavlok biliyin tədqiqi sahəsini-geofizialogiyanı (məhz bu Geya nəzəriyəsi hesab edilir) işləyib hazırlamışdır. Ancaq təcrübəyə daha çox inandığından o, ətraf mühitin pisləşməsindən qayğılanır və “planetar təbabətin” olmasını arzu edir. Belə təbabətin terapeftləri yeni elmi kəşfləri gözləmədən artıq indidən fəaliyyət göstərməli və tibbi profilaktikadan başlamalı. Lavlok’a görə prinsipcə insan Yer kürəsinin meneceri ola bilməz. Biz Yer’in nə sahibi, nə sərnişinləri, nə də qonaqları deyilik. Geya ilə yaşamaq hər kəsin personal məhsuliyyətidir. İnsanın sağ qalma yolu həyat tərzinin, fəlsəfəsinin ictimai şuurun kökündən dəyişməsi ilə bağlıdır. Bu, insanlarda Yer barədə bütün ahəngdar təsəvvürün formalaşmasını vacib edir. Belə təsəvvür dünyanın ənənəvi elmi mexaniki şəklindən fərqli olmalıdır. Ənənəvi təsəvvür belədir ki, bizim planet insana görə bir mexanizmdir ki, onu idarə etmək üçün öyrənmək lazımdır. Əslində isə insan digər mövcudiyatla eyni hüquqda böyük, olduqca mürəkkəb qlobal simbiotik sistem olan Geya’nın tükənməz hissəsidir.


  1. Geya hipotezinin tənqidi

Geya hipotezinə həsr olunmuş Amerika Geofiziki İttifaqın Birinci Çetmen komfrasının (1988) bir çox iştirakçıları razılaşmışlar ki, Geya hipotezi metaforadır. Belə götrürüldükdə elə Ç.Darvin’ə aid “Sağ qalmaq üçün mübarizə” anlayışını da metafora saymaq olar. Bununla belə bu cür yanaşma məşhur evolyusiya (təkamül) nəzəriyəsinin yaranmasına mane olmamışdır. Metaforanın müsbət cəhəti elmi fikiri stimulaşdırmaq qabiliyyətindədir. Medalın əks tərəfi isə çox sayda yanılmaların olması və əfsanələrin yaranmasıdır. Buna baxmayaraq Darvinin nəzəriyəsi, Geya hipotezi və digər məşhur konsepsiyalar özlərinə kifayət qədər yer tutmuşlar.

Elmi esteblişment Geya hipotezinin ortodoksal pozitivizm mövgeyindən kəskin tənqid edirlər. Təngidçilər hipotezin təhlilinə olduqça formal və düzxətli şəkildə yanaşaraq onu sadəlövlüklə ciddi elm saymırlar. Burada onun ilk, intiutiv strukturuna görə qeyri ciddi ifadə forması nəzərdə tutulur. Belə ifadə formasında deyilir ki, biota yer üzərində öz mövcudiyətini qorumaq üçün əlverişli şərait yaradır. Məsələ ondadır ki, artıq qeyd olunduğu kimi bütün biosfera canlı hüceyrə kimidir, onun biotaya və cansız materiyaya ayrılması, bu dinamik, dövri olaraq təşkil olunan və öz özünə məhsul verən sistemdə olduqca şərtidir. Bundan başqa bu komponentlər arasında əks əlaqənin sxemini verməkdə elmi məna tapmaq çətindir. Əyanilik üçün isə Lavlok bir sıra məşhur əsərlərində bunu edir.

Eyni zamanda nəzərə almaq lazımdır ki, ənənəvi elm baxımından Geya, əks əlaqə konturları öyrənilməmiş mürəkkəb sistem olmaqla, ənənəvi təhlili və hətta imitasiyalı modelləşməni səmərəsiz edir. Bütün bunlar Ceyms Lavlok’u Geya’nı hipotez adlandırmağa sövq etmişdir.

Bioloq, məşhur təkəmülçü (evolyusionist) Riçard Dokins tərəfindən Geya hipotezinin tənqidi daha tutarlı olmuşdur. Bu tənqid Lavloku riyazi modeləşdirmə tədbiq etməyə məcbur etmişdir. Özünün məşhur “Genişlənmiş fenotip” kitabında (1982) Riçard Dokins qeyd edir ki, Darvinə görə olan təkamül, onun mahiyətindəki “eqoizm” heç vaxt planetar miqyasda “altruizmə” gətirib çıxara bilməz. Bu isə planetdə öz özünü nizamlama prosesi üçün vacibdir. Onun fikrincə Geya mümkün deyil. Ona görə ki, planet artım vermə qabiliyətində deyildir.

Bu əsaslarla da Kanadalı Fort Dulittl Geyanı inkar edir. O, qeyd edir ki, planetar öz özünü təmzimləmə o vaxt mümkündür ki, biota gələcəyi görüb planlaşdıra bilsin. Təbii seçmə yolu ilə qlobal altruizmə dayanan takamül yoxdur. Lavlok’un tərəfdarı amerikalı bioloq Linn Marqulis isə Geya ideasının müdafiəsində simbiogenez kimi qeyridarvin mexanizmi olan makroevolyusiyaya üstünlük verir. Dulittl simbiogenezin olmasını qəbul edir ancaq qeyd edir ki, belə proseslər yalnız sıx əlaqəli substansiyalar arasında olur, Geya isə hər il toplanan bioloji növlər komitetinin olmasını tələb etsə, burada planetin iqlimi və kimyəvi tərkibi barədə razılığa gəlmək olar. Buna cavab olaraq Ceyms Lavlok kolleqası A. Uotsonla birlikdə xəyali suni “coban yastıqları (papatya) dünyasının” kompyuter modelini yaradır. Modeldə göstərilir ki, tünd və açıq rəngli papatyalardan ibarət birlik yalnız yerli mühitə adaptasiya olunur və planetin temperautrunu onun albedosunu (əks etmə əmsalı) dəyişməklə müəyən hüdüdda stabiləşdirə bilər.

Dokinsin ekstremist konsepsiyası biosemyotika, sinergetika, təkamül nəzəriyəsi çərçivəsində ciddi tənqidə məruz qalmışdır.

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

MÜHƏNDİSLİK FAKULTƏSİ

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ
kafedrası


MÜHAZİRƏÇİ: DOSENT XƏLİLOV RAMİZ TALIB OĞLU

Mühazirə 13

MÖVZU:

DAVAMLI İNKİŞAFI DƏSTƏKLƏYƏN VƏ ONA MANE OLAN NƏZƏRİ MÜLAHİZƏLƏR.

L.N. QUMİLYOVUN ETNOGENEZ NƏZƏRİYYƏSİ.

Mühazirənin planı:


  1. L.N.QUMİLYOVUN HƏYAT VƏ YARADICILIĞI.

  2. ETNOGENEZ NƏZƏRİYYƏSİ.

ƏDƏBİYYAT SİYAHISI

  1. Xəlilov R.T., Zeynalov E.C., Vəliyev S.Ş. Davamlı insan inkişafı.-Gəncə, 2017.-346s.

  2. Гумилев Л.Н. Этносфера, история людей и история природы.-М: Экопрос,1993.-542с.



GƏNCƏ 2017

  1. L.N.Qumilyovun həyat və yaradıcılığı

L.N.Qumilyov (1912-1992) Tsarskoe Seloda (hazırda S.Peterburq yaxınlığında Puşkin şəhəri) “gümüş dövrün” məşhur rus şairləri N.S.Qumilyov və A.A.Axmatova’nın ailəsində doğulmuşdur. Atasını erkən itirmiş (1921-ci ildə “xalq düşmanı” kimi güllələnmiş, sonradan reablitasiya olunmuşdur) Bejetsk şəhərində nənəsinin yanında tərbiyə almışdır.








L.N.Qumilyov məktəb illərini “sərt sınaq illəri” adlandırmışdır. O dövrdə (20-ci illərdə) tarix fənni məktəb proqramından çıxarılmış, coğrafiya minimuma endirilmişdir.

Xoşbəxtlikdən kiçik Bejetsk şəhərinin kitabxanasında Mayn Rid’in, F.Kuper’in, Jül Vern’in, Q.Uels’in, Cek London’un və digər maraqlı müəlliflərin tam şəkildə əsərləri vardı. Bu əsərlər geniş informasiya daşıyırlar və bunları oxuduqca Qumilyov’da aşağıdakı fikrlər yaranırdı:

Nəyə görə Makedoniyalı İsgəndər Hindistan’a hərbi yürüş etdi, Nəyə görə punik müharibələri Roma’nı daimi şəhər etdi və bu belədirsə nəyə görə qotlar və vandallar onu asanlıqla dağıtdılar,

30-cu illərdə ekspedisiyalar təşkil olunurdu, buraya gəncləri həvəslə qəbul edirdilər. Bunun köməyi ilə Qumilyov Baykal ətrafında Xamar-Daban tayqası, Vahş dərəsi, Firdousi dilində danışan insanları olan tacik kişlakları, Krım’ın paleolit mağaraları, tarixi xəzər şəhəri Sarkel ətrafındakı çölləri və nəhayət taymır tundrası ilə tanış ola bildi.

30-cu illərin əvvələrində Qumilyov Leninqrad pedaqoji institutuna daxil olmaq istəyir, ancaq “xalq düşmanının oğluna” institut qapıları bağlı idi. Nəhayət o, 1934-cü ildə Leninqrad Dövlət Universitetinin tarix fakultəsinə daxil ola bilmişdir. 1935-ci ildə onu ilk dəfə universitetdən xaric edib, həbs edirlər. 1937-ci ildə universitetə bərpa olur ikinci kursun imtahanlarını ekstern olaraq verir. Bir ildən sonra 1938-ci ildə o yenidən həbs olunur, güllələnmə elan olunur, ancaq sonra bu hökm 5 illə əvəz olunur və məşhur dustaq yerlərindən “Şpalerka”, “Krestı”, “Belomorkanaldan” keçməli olur. Krestı’da sement döşəmədə uzanarkən onun ağlına passionarlıq ideyası (passio sözünün ingliscə ekvivalenti-ehtiras, böyük enerji, oyanma, stimuldur) yəni, insanı özünü müdafiə instinktinin ziddinə hadisə törətməyə sövq edən ideya gəlir.

Sibirin böyük tikintilərində ona müxtəlif xalqların nümayəndələri ilə tanış olmaq, onların həyatı barədə çox şeyləri öyrənmək nəsib olur.

1943-cü ildə Qumilyov Nijni Tunqusk’da dustaqlıqdan azad olunan kimi könüllü olaraq cəbhəyə getmişdir. 1945-ci ildə müharibə qurtaran kimi yenidən Leninqrad Dövlət Universitetinə dönmüş eksternlə oranı bitirmişdir.

1946-cı ildə Şərqişunaslıq İnstitutunun aspiranturasına daxil olur. 1947-ci ildə A.A. Jdanovun Anna Axmatova’nın yaradıcılığında antisovet istiqamətin olması barədə qərarından sonra onu aspiranturadan kənar edirlər. Vasilyev adasında kitabxanaçı işləmişdir. 1949-cu ildə Universitetdə namizədlik dissertasiyasını müdafiə etmişdir. Elə həmin ilin noyabrında yenidən həbs olunmuş və ona 10 il iş kəsilmişdir. Lefortovo, Karaqanda, Omsk düşərgələrində olmuşdur. 1956-cı ildə tam reablitasiya olunmuşdur. Dövlət Erimitajinda işləmiş, arxeoloji tədqiqatlarla (1959-1963) əfsan’vi “Xəzəriya” ölkəsinin yerini kəşf etmişdir. 1961-ci ildə qədim türklərin tarixi barədə doktorluq dissertasiyası, 1974-cü ildə isə coğrafiyadan doktorluq dissertasiyası müdafiə etmişdir.

Onun ilk əsəri “Tarixi dövrdə etnosun coğrafiyası” 1990-cı ildə nailiyyət sayılırdı. Onun aşağıdakı əsərləri çıxmışdır:” Xunnu” (1960),” Xəzəriya’nın kəşfi” (1966), “Hunlar Çin’də” (1989),” Qədim Rus və Böyük Çöl” (1989). 1990-cı ildə Leninqrad Universiteti onun “Etnogenez və Yer’in biosferası” elmi əsərinə görə onu mükafatlandırmışdır (şəkil 1.1).





Şəkil 1.1. L.N.Qumilyovun əsərləri.



  1. Etnogenez nəzəriyyəsi

Etnogenez nəzəriyyəsini işləyən zaman Qumilyov bütün bəşəriyyət tarixi boyunca etnik sistemlərin inkişaf qanunauyğunluğunu işıqlandırmaq üçün bir sıra termin və anlayışlardan istifadə etmək vacibliyini duymuşdur. Etnogenez işığında hadisələri gözdən keçirdikdə, ilkin məlumatın təhlili zamanı əsas anlayış olaraq etnos, etnik sistem, etnik sistem sahəsi, passionarlıq təkanları və yaxud partlayışları, və ardıcıl olaraq birbirini dəyişən etnogenez fazaları kimi terminlər işlətmişdir. Etnosların inkişafı və tarixi vəzifə daşıması nəzəriyyəsi sistemli təhlil olaraq bir sıra spesifik məsələlər, o cümlədən ümumi fəlsəfi, real tarixi nyuanslar, tarixdə təsadüf və qanunauyğunluqların nisbəti problemləri, parallellərin olması, hadisələrin analojiliyi və bənzərliyi ilə təmasda olmuşdur.

Qumilyova görə etnos-fərdlərin kollektivi olub, təkrarolunmaz daxili qurluşa, orijinal davranış stereotipinə malikdir (şəkil 2.1).



Şəkil 2.1. Etnosun mahiyyəti və struktur prinsipi.

Etnos aktiv təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olduğu üçün o ətraf təbiətlə daim sıx əlaqədədir. İnsanın ətraf mühitdən, daha dəqiq coğrafi mühitdən asılılığı heç vaxt mübahisə doğurmamışdır. Ancaq bu asılılığın dərəcəsi müxtəlif alimlər tərəfindən müxtəlif cür qiymətləndirilmişdir. Hər halda xalqların təsərrüfatçılıq həyatı onlar olan ərazilərin landşaft və iqlimi ilə sıx surətdə bağlıdır. Qədim çağların iqtisadi qalxış və enişini ilkin mənbədən məlumatın kafi qədər olmaması üzündən qiymətləndirmək olduqca çətindir. Ancaq başqa indikator vardır-hərbi güc. Müharibə həmişə böyük xərc tələb edir. Bu, möhkəm arxa cəbhə, çiçəklənən təsərrüfat və demək optimal təbii şərait tələb edir.Bütün bunlar Qumilyov’un təbiətin və etnosun coğrafiyasının tədqiqi nəzəriyyəsində öz əksini tapmışdır. Coğrafi şəraitin hərbi hərəkata təsirindən həmişə danışılmışdır. Misal üçün Hannibal Tranziman gölü ətrafında geniş vadilərdən düzgün istifadə edərək döyüşü qazanmışdır. Kinoskefal’da isə makedonya falanqaları çala-çuxur ərazidə səpələndiyinə görə romalılar onların ağır silahlı döyüşçülərini məğlub etmişlər.Bu kimi hadisələr Qumilyovun nəzərindən qaçmamışdır.

Real tarixi şəraitdə ciddi təcrid olunmuş etnos yoxdur. Ərazidə məskunlaşmış müxtəlif etnosların təmasları mövcuddur. Bunların ənənələri unudub qarışması nəticəsində üçüncü etnos yaranır. Bunu Qumilyov etnogenezin başlıca variantı adlandırır.

Etnos aktiv və passif millətçilik və irqçilik ideyasının əksinə (şəkil 2.2) nə bioloji, nə də sosial hadisə deyildir.





Şəkil 2.2. Millətçiliyin təsnifatı.
Qumilyov təklif edir ki, etnos-onu həmişə özündə yerləşdirən və qidalandıran landşaftla əlaqədar olaraq coğrafi hadisə kimi hesab olunsun. Landşaftlar müxtəlif olduğuna görə də etnoslar da müxtəlifdir. Qumilyov’a görə etnos abstrakt deyil, o, tarixi prosesin ifadəsi, tarixin hərəkətverici qüvvəsidir (şəkil 2.3).

Şəkil 2.3. Etnosların coğrafiyada yayılma xəritəsi.
Etnosun ikinci xüsusiyyəti –onun strukturunun mürəkkəbliyidir.Məhz bu mürəkkəblik ona davamlılıq verir.Etnik struktur prinsipini Qumilyov “kiçik etnik qrupların ierarxik tabeçiliyi” adlandırır.Bunu taksonomik vahid qəbul edərək onu iki dərəcəyə (konsorsiya və konviksiya) ayırır.Konsorsiya kimi vahid tarixi tale ilə birləşmiş insan qrupları-dərnəklər, artellər, sektalar, bandalar və b. , daha çox davamsız birliklər başa düşülür. Daha çox halda bunlar dağılır, ancaq bəzən bir neçə nəslin həyatında özünü saxlaya bilir.Belə olduqda bu insan qrupları eyni məişət xarakterli, ailə əlaqəli qruplar olmaqla koviksiya adlanırlar. Konviksiyalar az müqavimətlidirlər.Bunları ekzoqamiya, tarixi sayılan ətrafının kəskin şəkildə dəyişməsi ilə başqa formaya keçmələri dağıdır.Sağ qalmış konviksiyalar kiçik etnosları təşkil edir.

Qumilyov daha sonra yerin biosferası və insanı qidalandıran və bu biosferanın bir hissəsi olan üç növ enerjiyə diqqət yetirir (şəkil 2.4).





Şəkil 2.4.Etnosa sistemli yanaşma tərzi.
Bunlar-Günəş enerjisi, Yer daxilində radioaktiv elementlərin parçalanmasından yaranan enerji, Günəş sistemi və Kosmosdan gələn enerji dəstəsidir.

Qumilyov’un etnogenez nəzəriyyəsinin digər elementi onun sistemli yanaşma tərzinə dayanan metodikasıdır.Sistemli təhlil-bu elə təhlil metodudur ki, burada diqqət növ qoyub gedən fərdlərə, personaya deyil, onlar arasındakı münasibətə yetirilir.Bu üsuldan istifadə edərək Qumilyov dörd sistem əlaqəsi müəyyənləşdirir: açıq və bağlı , sərt və korpuskulyar (diskret).

Açıq sistem – Bizim planet Yer’dir, daim güneş şuaları alır, fotosintez gedir, artıq enerjini kosmosa tullayır. Kanardan enerji alır təzələnir.

Bağlı sistem kimi sobanı göstərmək olar. Bu birdəfəlik enerji alır.

Sərt sistem – yaxşı qaydaya salınmış maşındır. Burada artıq detal yoxdur.Bu o vaxt işləyir ki, bütün vintiklər yerində olsun. Xalis hlda sərt sistem heç vaxt ola bilməz.

Korpuskulyar sistem – bir biri ilə sərt əlaqəsi olmayan ancaq bir birinə ehtiyacı olan ayrı ayrı hissələrin qarşılıqlı əlaqə sistemidir. Korpuskulyar sistemin bioloji növü kimi ailəni göstərmək olar.

Qumilyov etnosu diskret şəkilli – korpus-qapalı korpuskulyar sistem kimi qəbul edir. Məhs belə tiplərin sistemi biosferada ümumi davranış stereotipinə malik təbii insan kollektivləri yaradır ki, bunlar özlərini qalan başqalarından fərqləndirirlər.

Qumilyov’un nəzəriyəsinin digər elementi komplementarlıqdır. Komplementarlıq – bu, dərk edilmədən insanların birinə simpatiya, digərlərinə antipatiya, başqa sözlə müsbət və mənfi münasibət bəsləməsidir.

Biosferanın canlı varlığının biokimyəvi enerjisinin qeyri bərabər paylanması uzun tarixi müddət ərzində müxtəlif çağlarda və müxtəlif regionlarda etnik kollektivlərin davranışında gərək öz əksini tapmış olaydı. Bu enerjinin variasiyalarından yaranan effekti Qumilyov insan xarakterinin xüsusi xassəsi olaraq “passionarlıq” adlandırır (şəkil 2.5, 2.6).

Günəş aktivliyinin çoxillik passionar təkanların əlaqəsi




Şəkil 2.5. Etnik sistemin passionar gərginliyinin dəyişməsi.


2.6.Günəş aktivliyinin çoxillik variasiyası ilə passionarlıq təkanların əlaqəsi.

Qədim xalqlar etnosun yaranmasını yarımallahlara və qəhramanlara aid edirdilər. Yunan qəbilələri dorilər Herakl’ın nəsli, ionlar Tezey’in varisləri və eollar Finikiya’dan gəlmiş Kadam’ın nəsli sayırdılar. Yaponları Amaterasu ilahəsi, monqolları – boz qurd və xallı maral yaratdığı zənn edilirdi. E.ə. VIII əsrin ortalarında İtaliya’da Romul’un ətrafında 500 avara birləşib romalılar üçün başlanqıç oldular. E.ə. XI əsirdə “sadiq insanlar” çar David’in ətrafında toplandılar, “geniş iradəli” insanlar Çingizxan’ın ətrafında və baronlar Böyük Karl’ın ətrafında birləşdilər.

Bu konsorsiyalardan əvvəlcə etnoslar, sonra kiçik etnoslar (subetnos) və sonra böyük etnoslar (superetnos) yarandı. Superetnoslar etnos qalaktikasıdır, o, etnos qruplarının özündə birləşdirir. Roma vətəndaşları Aralıq dənəzini Roma dünyasına birləşdirdilər, franklar “xristiyan dünyasının” nüvəsinə çevrildilər, yahudilər bütün Oykumen’də yayılıb bir neçə etnos: safardları, aşkinazi, fallaşları yaratdılar, monqollar orijinal “köçəri dünyası” yaratdılar.

Qumilyov Rus etnosunun yaranmasında avroaziya ideyasını yüksək qiymətləndirmiş və onun davamçısı olmuşdur.



AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

MÜHƏNDİSLİK FAKULTƏSİ

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ
kafedrası


MÜHAZİRƏÇİ:

DOSENT XƏLİLOV RAMİZ TALIB OĞLU

MÜHAZİRƏ 14

MÖVZU:

DAVAMLI İNKİŞAFI DƏSTƏKLƏYƏN VƏ ONA MANE OLAN NƏZƏRİ MÜLAHİZƏLƏR.

DAVAMLILIĞIN SİSTEMLƏRİN DAYANIQLILIQ NƏZƏRİYYƏSİ İLƏ ƏLAQƏSİ.

Mühazirənin planı:

  1. DAVAMLILIQ STRATEGİYASININ NƏZƏRİ ƏSASLARI.

  2. DAVAMLI İNKİŞAFIN MODELLƏŞMƏ XÜSUSİYYƏTLƏRİ.

  3. DAVAMLI İNKİŞAFIN ÜÇBİRLİK ANLAYIŞI.

ƏDƏBİYYAT SİYAHISI

  1. Xəlilov R.T., Zeynalov E.C., Vəliyev S.Ş. Davamlı insan inkişafı.-Gəncə, 2017.-346s.

GƏNCƏ 2017

  1. Davamlılığın sistemlərin dayanılılıq nəzəriyyəsi ilə əlaqəsi. Davamlılıq strategiyasının nəzəri əsasları.

Termin kimi riyazi baxımdan davamlılıq dəqiq müəyyən edilmiş məzmun daşımır. Təbiət elmləri dəqiq məzmun daşımayan anlayışlara proqmatik şəkildə yanaşırlar. V.S.Şvıryovun “Elmi bilikdə nəzəriyə və emprika” əsərində qeyd olunur ki, “elmin, onun inkişaf formasında nəzəri mərhələsinin keyfiyyət spesifikası ondadır ki, ona nail olduqda öz əsasında nəzəri bilik yaratmaq üçün elmi fikrin qabiliyəti tam şəkildə reallaşmış olur”. Məhz öz əsası üzərində fizika elmi ehtiyatla işlənən riyazi dəyanıqlıq anlayışını mənimsəmişdir: “hərəkətin dayanıqlığı”, “elastik sistemlərin dayanıqlığı, “tarazlığın dayanıqlığı, “termodinamik dayanıqlılıq” və s.

“Dayanıqlıq” və “stabillik” anlayışlarına adi düşüncə tərzi ilə yanaşdıqda yalnız stillistik nüans fərqləndirilə bilər. Sosial hadisələrin izahında bunlardan istifadə etdikdə bunların hər ikisi sosial gözləntinin vacib komponentini, yəni sabahkı günə inam komponentini eyni cür əks etdirir. Odur ki, bunların hər ikisi bir qayda olaraq vaxta görə dəyişməyən – stasionarlıq anlayışına gəlirlər. Bu cür yanaşdıqda daynıqlıq adi durqunluqdan fərgli olmur. Cəmiyyət həyatının hər durqunluq forması isə davamlı inkişaf üçün ssenari kimi başa düşülə bilər. Misal üçün XX əsrin 70-80-ci illərinin bizə tanış olan durqunluq dövrü ölkə tarixində ən stabil dövr sayıla bilər.

Burada dəqiq elimlərə müraciət etmək faydalı olardı. Bu elementləri “dayanıqlıq” termininin şərhinin müvafiq elementlərini əvəz etməyi nəzəri izah üçün yoxlamaq olardı. Riyazi baxımdan qeyd olunan terminin dəqiq məna daşımasına baxmayaraq burada istər istəməz bir özək komponent mövcuddur.

Birinci, bu termin hər hansı sistemin sükünət halını (dayanıqlı tarazlıq) və yaxud hərəkəti (dayanıqlı hərəkət) ifadə etmək üçün tədbiq edilə bilər.

İkinci, hər iki halda dayanıqlıq daxili və xarici qüvvələrin olduğunu bildirir. Bu qüvvələrin azacıq aşağı və ya yuxarı meyl etməsi zamanı sistem tarazlıqdan çıxa bilər və yaxud təsirləri götürməklə sabit hərəkət trayektoriyası təmin etmək, yayınmış hərəkəti əvvəlki trayektoriyasına döndərmək mümkündür.

Dayanıqlılığın bu məzmunda başa düşülməsi sosial və humanitar hadisələrin tədqiqində tədbiq edilməklə nəticələrin analitik işlənməsinə imkan yarana bilər. Belə işləmənin ilkin addımı kimi insan və cəmiyyətin inkişafına dayanıqlıq strategiyası verilmə imkanlarıını (burada dünya elmində məlum olan “dayanıqlı inkişaf trayektoriyası” konstruksiyasından istifadə etmək olar) nəzərdən keçiririk. Belə yanaşma dayanıqlıq anlayışına daha universal məna verir. Fikrimizcə belə strategiya iki cür ola bilər: (şəkil 1.1)




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə