Azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix07.04.2018
ölçüsü0,66 Mb.
#36425
1   2   3   4   5   6   7   8   9   ...   27

 

keyfiyyət tərkibində dəyişiklik aparılması mümkünklüyünü nəzərə almamış, effektiv 



yüksəldilməsi mütləqliyini göstərməmişdir. 

İnnovasiyanın  dərk  edilməsinə  olan  müxtəlif  yanaşmalar    belə    qənaətə  gəlməyə 

imkan  verir  ki,  innovasiyanın  məzmunu  dəyişikliklərdən  ibarətdir,  innovasiya 

fəaliyyətinin  və  innovasiya  menecmentinin  əsas  funksiyası  dəyişiklikləri  optimal 

idarə edə bilməkdir. 

 T.Ə.Quliyev  göstərir  ki,  innovasiya  yenilikdir,  yeni  fikrin  məhsuludur.  O. 

dəyişikliklərin təsnifatını aşağıdakı kimi verir:  

1. Intellektual sferada;  

2. Məhsuldar qüvvələrin maddi ünsürlərində;  

3. Milli iqtisadiyyatın innovasiya bazasında; 

 4. Ictimai əmək bölgüsündə;  

5. Elmi potensialda;  

6. Innovasiya fəaliyyətinin resurs təminatında; 

 7. Innovasiya fəaliyyətinin stimullaşdırılması sistemində; 

 8. Innovasiyanın investisiyalaşdırılmasında 

T.  Brayna  görə,  innovasiya  intellektual  əmtəə-  ixtira,  informasiya,  nou-hau  və  ya 

ideya-iqtisadi  məzmun  kəsb  edən  bir  prosesdir.  Bu  tərifdə  də  müsbət  effektin 

mütləqliyi,  eləcə  də  ideyanın  reallaşdırılmalı  olduğu  bazarın  vacibliyi  yaddan 

çıxarılmışdır. 

Xartman Xauştayn da innovasiyaya tərif vermişdir. O, özünün 1979-cu ildə Berlində 

nəşr  olunan  “Leiting  industrieller  Forchung  und  Entwicklund”  kitabında  qeyd 

etmişdi  ki,  innovasiya-ideyanın,  təklifin,  elmi-tədqiqi  qərarın,  modelin  praktikada 

tətbiqi,  həyata  keçirilməsi  və  istifadəsidir.  Lakin  bu  tərifdə  də  digərlərindəki  kimi 

müəyyən  çatışmazlıqlar  vardır.Burada  ideyanın  bazara  qədər  hərəkəti  nəzərə 

alınmır,  istehsalın  təşkili  strukturunda,  kadrların  tərkibində  dəyişiklik  imkanına, 

qəbul olunmuş ideyanın mütləq səmərəliliyinə baxılmır. 

Məşhur  eston  iqtisadçısı  V.H.  Lapinə  görə  isə,  innovasiya-insanların  məlum 

tələbatını  daha  yaxşı  ödəmək  üçün  yeni  təcrübi  vasitələrin  yaradılmasına, 




 

yayılmasına  və  istifadəsinə  yönəldilmiş  kompleks  prosesdir.Göründüyü  kimi, 



burada təşkilati-idarəetmə, sosial və digər innovasiyalar nəzərə alınmır. 

Prof. F. Valentanın təbirincə, innovasiya istehsal mexanizminin daxili strukturundan 

yeni  vəziyyətə  keçiddir.Yeni  vəziyyətə  məhsullara,  texnologiyalara,  istehsal 

vasitələrinə, işçi qüvvəsinin peşəkar və ixtisaslı strukturuna, təşkilatlarına aid edilir. 

 A.Abbasova görə innovasiya idarəetmə obyektinin dəyişdirilməsi və iqtisadi, sosial, 

ekoloжi, elmi-texniki və digər növ effekin alınması məqsədilə yeniliklərin tətbiqinin 

son  nəticəsidir  .  Onun  fikrincə,  innovasiya  fəaliyyətin  elmi–texniki–tərəqqi  və 

istehsalın inkişafı nöqteyi–nəzərindən beş cür olur:  

1. Böyük innovasiya. 

İnnovasiya  nəticəsində  inqilabi  yeniliklər  həyata  keçirilir  ki,  buda  istehsal 

strukturunu, idarəetməni və iqtisadi inkişafın sürətini kökündən dəyişir. 

         2. Radikal innovasiya. 

Elmi ideyalar və ixtiralarla nəticələnir ki, bunların da əsasında texnoloji sistemlərin 

keyfiyyətinin  kökündən  dəyişdirilməsi  və  nəticədə  yeni  istehsal  sahələrinin 

yaranması mümkün olur. 

3.Prinsipial innovasiya. 

Mövcud texnikanın yenisi ilə əvəz edilməsi, fundamental elmi prinsipin saxlanması 

şərti  ilə  yeni  texnologiya  yaratmaq  üçün  böyük ixtiralar  və  elmi-texniki  təkliflərlə 

nəticələnir . 

4. Təkmilləşdirilmiş innovasiya. 

Təkmilləşməyə 

yönəldilən 

innovasiyadır.Bunun 

nəticəsində 

mövcud 


texnologiyanın,  obyektlərin,  məhsulun  və  texnikanın  təkmilləşdirilməsi  ilə  yeni 

ixtiralar  da  meydana  çıxır  ki,  onlar  da  buraxılan  məhsulun  əsas  texniki-iqtisadi 

göstəricilərinin yaxşılaşmasına nail olur.  

5. Sadə innovasiya. 

İstehsalda istifadə edilən texnika və texnologiyanın texniki-iqtisadi parametrlərinin 

bir müddət saxlanılır. 




 

Yenilik  anlayışı  dinamik  hərəkətdə  olan  mütərəqqi  yeniliyi  əks  etdirməklə  onu 



qəbul  və  istifadə  edən  təşkilati  sistem  üçün  yeni  sayılır.  Mənasına  görə, 

“innovasiya”  sözü(ingiliscə  innovation)  “yenilik”  sözü  ilə  eynidir.  İnnovasiyaya  

inkişaf  etməkdə  olan  kompleks  sistem  kimi  baxılmaqla  yeniliyin  yaradılması, 

yayılması  və  istifadəsi  üzrə  innovasiya  fəaliyyətinin  inkişafına  və  səmərəliliyin 

yüksəldilməsinə kömək edir. İnnovasiyada  istehsala tətbiq olunan obyekt və yaxud 

da  özündən  əvvəlki  analoqundan  keyfiyyətcə  fərqli  edilmiş  kəşf  aparılmış  elmi-

tədqiqat nəticəsində əldə edilir.. 

Ümumiyyətlə  innovasiya yenilikləri əsasən iki qrupa bölünür:  

 Maddi-texniki yeniliklər:  

a)texnika (avadanlıqlar, cihazlar, EHM və s.);  

b) texnologiya (istehsal prosesləri);  

c) sənaye materialları (xammal və son məhsul) aid edilir.  

 Sosial yeniliklər:  

a)  iqtisadi  (yeni  vergilər  sistemi,  qiymətləndirmə,  əmək  haqqı  sistemi,  göstəricilər 

və s.);  

b)  təşkilati-idarəetmə  (yeni  təşkilati  strukturlar,  qərarların  hazırlanması  və  onların 

yerinə yetirilməsinə nəzarət və s.);  

c) sosial idarəetmə (icra, səhmdar cəmiyyətin fəaliyyətində dəyişikliklər, tərbiyə işi, 

rəhbərin seçilməsi və s.);  

d) hüquqi (əsasən təsərrüfat qanunvericiliyində baş verən dəyişikliklər); e) pedaqoji 

(tədris metodları, tərbiyə metodları) aid edilir. 

Maddi–texniki  və  sosial  yeniliklər  arasında  qarşılıqlı  əvəzetmələr  vardır.Belə  ki, 

müəssisədə əmək məhsuldarlığı yeni texnikanın və texnologiyanın tətbiqi vasitəsilə 

və  həmçinin  əməyin  təşkili  və  stimullaşdırılmasının  mütərəqqi  formalarının  tətbiqi 

sayəsində  yüksələ  bilər.Bir  sıra  hallarda  ikinci  yol  daha  əlverişli  və  ucuz  başa 

gəlir.Beləliklə,  İnnovasiya  fəaliyyəti  deyərkən  istehsal, kommersiya,  idarə  etmə  və 

sosial  proseslərin  səmərəliyini  artıran  elmi  tədqiqatların  və  təcrübi–konstruktor 

işlərinin nəticələrinin praktiki tətbiqi nəzərdə tutulur.İnnovasiya prosesi nəticəsində 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə