Azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix07.04.2018
ölçüsü0,66 Mb.
#36425
1   2   3   4   5   6   7   8   9   ...   27

10 

 

yeni  və  ya  təkmilləşmiş  məhsul,  xidmət  təklif  olunur.Eyni  zamanda  innovasiya 



texnoloji prosesləri, idarə və təşkil etmə proseslərində tətbiq oluna bilər.Daha dəqiq 

ifadə 


etsəm, 

innovasiya 

fəaliyyəti 

cəmiyyətin 

intellektual 

fəaliyyətinin 

təkmilləşdirilməsinə  yönələn  nəticədir.Biliklərin  artırılması  özündə  investisiya  və 

innovasiyanı – yeni təkmil maşın və avadanlıqları, enerji mənbələrini və s. təcəssüm 

etməsə iqtisadi və ya digər effektin əldə olunmasına gətirib çıxarmayacaq.Nəticədə 

bütün mərhələləri - elmi ideyanın yaranmasından, ixtiraların rəsmiləşdirilməsindən 

emi-texniki  və  texnoloji  modifikasiya  əsasında  texnoloji  inkişaf  və  innovasiyaya 

qədər  olan  mərhələni  əhatə  etməlidir.Bildiyimiz  kimi  ETT  ayrı-ayrı  sahələrdə, 

regionlarda,  ölkələrdə  müxtəlif  elmi–texniki  istiqamətlərdə  qeyri-bərabər  olaraq 

həyata  keçirilir.Bunlardan  bəziləri  texnoloji  inkişaf  lokomotivində  liderliyi  ələ 

keçirir,  bəziləri  isə  əksinə  olaraq  “kölgə”  altında  qalaraq  öz  mövqelərini  əldən 

verirlər.Liderliyin  dəyişilməsi  əsasən  texnoloji  inqilablar  dövründə  texnoloji 

inkişafın xüsusiyyətləri ilə müəyyən olunur.Bu barədə XX əsrin sonu və XXI əsrin 

əvvəllərinə olan texnoloji inkişaf göstəricilərinə nəzər salmaq yerinə düşərdi. 

Göründüyü kimi texnoloji inkişafın IV mərhələsi 1929-1933 il maliyyə böhranından 

sonra  başlayıb.  İlk  əvvələr  bu  hərbi  xarakter  daşısa  da  sonralar,  50-ci  illərdən 

başlayaraq dinc yolla–EHM–lərin tərtibi, atom enerjisindən istifadə, “Yaşıl İnqilab” 

, kosmosun tətqiqi ilə davam edib. 70–ci illərin ortalarında baş verən dərin enerji və 

texnologiya böhranı texnoloji inkişafın V mərhələsi üçün böyük təkan vermiş oldu. 

Bunun  əsasında  mikroelektronika,  personal  kompyuter,  biotexnologiya,  gen 

mühəndisliyi,  internet  şəbəkəsi  dayanırdı.  Həmin  dövrün  lider  ölkələrinə  ABŞ, 

Yaponiya, Q.Avropa və keçmiş SSRİ daxil idi.Lakin XXI əsrin 15 əvvələrində artıq 

Vmərhələnin  başa  çatdığı  aydın  görünməyə  başladı.Belə  ki  2001-  2002–ci  illər 

böhranı ilk dünya informasiya böhranı sayılırdı.Və bununla da VI texnoloji inkişaf 

mərhələsinə keçidin əsası qoyuldu.Bir qrup mütəxəssislərin fikrincə bu period XXI 

əsrin 20-50-ci illərini əhatə edəcək.Eyni zamanda istehsalın postindustrial texnoloji 

üsulu  humanit  xarakter  daşıyaraq  yaxın  200  ildə  bütün  planetin  texnoloji  simasını 

dəyişəcəkdir. 




11 

 

Innovasiyaların təhlili göstərir ki, onlar sosial-iqtisadi xarakterli funksiyalar yerinə 



yetirirlər.  Iqtisadi  ədəbiyyatlarda  qeyd  olunduğu  kimi,  innovasiya  iqtisadi 

kateqoriya  olaraq  iki  əsas  funksiyanı-təkrar    istehsal  və  stimullaşdırma 

funksiyalarını  yerinə  yetirir.  Təkrar  istehsal  funksiyasını  yerinə  yetirməklə 

innovasiya geniş təkrar istehsalın mühüm maliyyələşdirmə mənbəyi kimi çıxış edir. 

Innovasiyaların  bazarda  satışından  əldə  edilən  pul  gəlirləri  sahibkarlıq  mənfəətini 

yaratmaqla,    maliyyə  resurslarının  mənbəyi  və  eyni  zamanda  innovasiya  prosesi 

səmərəliliyinin ölçüsü kimi çıxış edir. 

Enerjinin  minimumlaşdırılması  qanununa  tabe  olaraq  insan  öz  fəaliyyətini  əmək 

məsrəflərinin  azaldılmasına,  vaxta  qənaətə  və  digər  effektlərin  alınmasına 

yönəldir.Odur ki, innovasiyaya sosial kateqoriya kimi baxmaq olar. 

Bu isə özündə aşağıdakıları əhatə edir: 

1.Sosial kateqoriya kimi innovasiya praktiki olaraq bütün ixtiralar enerji xərclərinin, 

canlı  əməyin  azaldılmasına  istiqamətləndirilmişdir,  yeni  məhsuldar  qüvvələrin 

istehsala  cəlb  olunmasına  imkan  yaradır,  əməyin  və  istehsalın  səmərəliliyini 

yüksəldir. 

2.  İnnovasiya  istehsal  olunan  məhsulların  keyfiyyətini  yüksəltməklə,  istehsal  və 

istehlak 

səviyyəsinin 

artımına 

gətirib 


çıxarır, 

həyatın 


keyfiyyətinin 

yaxşılaşdırılmasına kömək edir. 

3.  İnnovasiyanın  üçüncü  funksiyasının  xüsusiyyəti    məhsulun  keyfiyyətini 

yüksəldərək,  xərcləri  aşağı  salaraq  və  istehsalı  təkmilləşdirərək  tələb  və  təklif, 

istehsal və  istehlak arasında nisbətlərin qorunub saxlanmasını təmin etməkdir. 

4.  İnnovasiyanın  işlənib  hazırlanması  gedişində  və  istifadəsi  prosesində  insanın 

inkişafı  prosesi-onun  intellektual  qabiliyyətinin  reallaşdırılması,  gələcək  yaradıcı 

artım üçün şərait yaradılması prosesi gedir. 

Yuxarıda  qeyd  olunanları  yekunlaşdırmaqla  belə  nəticəyə  gəlmək  olar  ki, 

innovasiya  dedikdə,  yəni  əmtəə,  xidmət,  texnologiyalar,  təşkilati  forma,  idarəetmə 

metodu  şəklində  öz  praktiki  təcəssümünü  və  tətbiqini  tapmış  ideyaların 

reallaşdırılması üzrə yaradıcılıq prosesi başa düşülməlidir. 




12 

 

İnnovasiyanın  mənşəyini  izah  edən  iki  ehtimal:  “texnoloji  məkan”  və  “tələbin 



çağırışı”  ehtimalları  mövcuddur.  “Texnoloji  məkan”  ehtimalı  Q.  Menş  tərəfindən 

irəli  sürülmüşdür.Bu  ehtimala  görə,  innovasiyanın  meydana  çıxması  mənbəyi  kimi 

istehsalın  daxili  qanunauyğunluqları  çıxış  edir.  K.  Frimenin  tərəfdarı  olduğu 

“tələbin  çıxarışı”  ehtimalına  görə  isə  innovasiyanın  yaranmasında  müəyyənedici 

amil  tələbdir.  Real  həyatda  innovasiyanın  meydana  çıxmasında  bunlardan  hansı 

birisinin  ilkin  səbəb  kimi  çıxış  etdiyini  müəyyən  etmək  çətindir.  S.Y.Qlazyevin 

fikrincə,  “...çoxsaylı  empirik  tədqiqatlar  yeniliyin  yayılmasının  ictələbatın 

vəziyyətindən  asılılığını  inamlı  olaraq  nümayiş  etdirir:  ixtiraların  çoxu  onilliklərlə, 

hətta  bəzən  yüzilliklərlə  onların  istifadəsinə  gözləməkdə  qalırlar.  Öz  növbəsində, 

istehsal olunan  məhsula tələbat xeyli dərəcədə onun istehsal imkanları ilə müəyyən 

olunduğu  halda,  istehlakçı  davranışının  dəyişkən  stereotitlərinin  təsiri  altında 

formalaşırlar”.  

İnnovasiyaların  meydana  çıxması  mənbələrini  və  amillərini  sistemləşdirməyə 

çalışaq.Innovasiyanın  meydana  çıxma  mənbələri  dedikdə,  innovasiyanın 

yaradılmasının  qeyri-mümkün  və  ya  çətin  olduğu  fundament  başa  düşülməlidir. 

Belə mənbələrin iki əsas qrupunu ayırmaq olar: 

-artan tələbatla onların ödənilməsinin məhdud imkanları arasında ziddiyyət

- elmi-intellektual da daxil olmaqla cəmiyyət tərəfindən toplanmış resurs potensialı. 

Innovasiyanın  meydana  çıxması  amilləri  isə  o  qüvvələrdir  ki,  onlar  cəmiyyətin 

tələblə  yeni  yaradılmış  biliyin  hazır  nəticəyə  keçdiyinə  imkan  verirlər.Həmin 

amilləri  iqtisadi,  texnoloji  və  sahibkarlıq  amilləri  kimi  qruplaşdırmaq  olar.  Iqtisadi 

amillər  isə  öz  növbəsində  aşağıdakılardan  ibarətdir:  rəqabət,  mənfəət  artımı, 

ixtiranın patent müdafiəsi. 

 İqtisadi  ədəbiyyatlarda  «innovasiya»  anlayışına  dair  müxtəlif  fikirlərə  rast  gəlmək 

olar.Professor  A.Abbasov  qeyd  edir  ki,  «innovasiya  anlayışı  ilk  dəfə  XIX  əsrdə 

mədəniyyətşünaslıq  üzrə  elmi  tədqiqatlarda  bir  mədəniyyətin  bəzi  elementlərinin 

digər  mədəniyyətlərə  daxil  olmasını  ifadə  edirdi.Söhbət  Avropa  mədəniyyətinə 

Afrika və Asiya cəmiyyətlərinin ənənələrinin daxil olmasından gedirdi».İnnovasiya 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə