Azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix07.04.2018
ölçüsü0,66 Mb.
#36425
1   2   3   4   5   6   7   8   9   ...   27

13 

 

nəzəriyyəsinin  ilk  banisi  Avstriya  iqtisadçısı  İ.  Şumpeterolub.  Sonradan  bu 



nəzəriyyə  Almaniya  iqtisadçısı  Q.Menil, Sovet  iqtisadçılarıakademik  A.İ.Ançişkin, 

professor  L.S.Boyutin,  professorY.V.Yakoves  və  başqaları  tərəfindən  inkişaf 

etdirilmişdir.XX  əsrin  30-cu  illərində  innovasiya  haqqında  tədqiqatların  əsasını 

qoyan Avstriya iqtisadçısı İ.Şumpeter özünün «İqtisadi inkişaf nəzəriyyəsi» əsərində 

innovasiyaya texniki dəyişikliyin iqtisadi təsiri kimi baxmışdır.  İ.Şumpater “İqtisadi 

inkişaf  nəzəriyyəsi”  əsərində  qeyd    edir      ki,  innovasiyaprosesləri,  yeni 

kombinasiyalar,  yeni  texnikadan  istifadə,  yeni  xammalınyaranması,  yeni  məhsulun 

mənimsənilməsi,  yeni  təchizat  bazarlarınınyaranması  və  istehsalın  yenidən  təşkili 

nəticəsində  formalaşırlar.  M.C.Atakişiyev    və    Q.S.Süleymanovun  fikrincə, 

innovasiya  bazar  iqtisadiyyatına  uyğun  elm  və  texnikanın  nailiyyətləri  əsasında 

istehlakçıların  tələbatını  ödəmək  məqsədilə  yeni  əmək  məhsullarını  təklif  etmək 

üzrə  tədbirlər  olub,  investisiyanın  keyfiyyət  tərəfini  xarakterizə  edir. 

T.Q.Evdokimova, Q.A.Maxovikova, N.F.Efimovaya görə innovasiya prosesini elmi 

biliyin innovasiya şəklinə düşməsi kimi yaxud ideyanın məhsul, texnologiya və ya 

xidmətə  çevrilməsi  prosesi  kimi  müəyyən  etmək  olar.«Elmi-Texniki  Tərəqqi» 

lüğətində  innovasiya  yeni  məmulat  növlərinin,  texnologiyaların,  yeni  təşkilati 

formaların  tətbiqinə  və  işlənib  hazırlanmasına,  yaradılmasına  yönəldilmiş 

yaradıcılıq fəaliyyətini ifadə edir. 

 

Beləliklə,innovasiyanın dərk edilməsinə müxtəlif yanaşmaların təhlili belə bir 



qənaətə  gəlməyə  imkan  verir  ki,  innovasiyanın  məxsusi  məzmunu  dəyişikliklərdən 

ibarətdir,  innovasiya  fəaliyyətinin  əsas  funksiyası  dəyişiklikləri  optimal  idarə 

etməkdir.  

Dünya inkişafının müasir mərhələsinin səciyyəvi xüsusiyyəti insan sivilizasiyasının 

sənaye  cəmiyyətindən  postsənaye  cəmiyyətinə  keçidi  sayılır.  Bu      isə,  hər  şeydən 

əvvəl elm və texnikanın cəmiyyət həyatının bütün tərəflərinədaha da güclənməkdə 

olan  təsirinin  qlobal  xarakteri  ilə,  irimiqyaslı  sosial-iqtisadivə  tarixi  dəyişikliklərə 

aparan elmi texnoloji irəliləyişlərə əlaqədardır.   Buna uyğun olaraq, iqtisadi artımın 




14 

 

əsas amillər və mənbələr dəsti də dəyişir. Bunlar içərisində iqtisadi sistemin inkişafı 



səviyyəsinə  təsir göstərmək    qabiliyyətinə  malik təbii  resurslar və  kapitalla  yanaşı, 

inteqral  resursa  çevriləbilən  elmi  biliklər  daha  mühüm  əhəmiyyət  kəsb  etməyə 

başlayır.  Bu    isə      yeni  biliklərin  məhsul  və  ya  texnoloji  yeniliklərə  çevrilməsini    

təmin  edən  innovasiya  prosesini  ön  plana  keçirir.          İnnovasiya  prosesi  aşağıdakı 

tədbirlərin həyata keçirilməsini nəzərdə tutur: 

-

 



yeni 

növ 


məhsulun 

mənimsənilməsi 

və 

buraxılan 



məhsulun 

modernləşdirilməsi; 

-

 

yeni maşın, avadanlıq və materialların istehsala tətbiqi; 



-

 

yeni  texnologiyaların  və  məhsulun  yeni  istehsal  üsullarından  istifadə 



edilməsi; 

-

 



istehsalın  təşkili  və  idarəetmənin  mütərəqqi  metodları,  vasitələri  və 

qaydalarının tətbiqi və s. 

İnnovasiya  prosesi  sosial-iqtisadi  münasibətlərin  keyfiyyətini  dəyişməklə 

vəözünəməxsus  yığım  forması,  xüsusi  sərvət  strukturu  və  yığım  effektivliyinin  

xüsusi qiymətləndirmə meyarları kəsb edən yeni innovasiya yönümlü  iqtisadiyyatı 

yaratmaqla  bütün  təsərrüfatçılıq  sisteminin  fəaliyyətində  hakim  rol  oynamağa 

başlayır.  Bu  zaman  iqtisadi  artım  kimi      istehsalın  intellektləşdirilməsi  çıxış  edir, 

yəni  ÜDM  artımı,  əsasən,  elmtutumluməhsul  və  xidmətlərin  buraxılışı  və 

reallaşdırılması hesabına əldə edilir.  Ümumən, bu tipli iqtisadiyyatın maddi bazası 

yüksək  inkişaf  etmişmaşınqayırma  ilə  keyfiyyətcə  istehsalın  yeni  təşkili  ilə 

xarakterizə 

olunur 


ki, 

 

bunun 



da 

əsasında  istehsal  proseslərinin 

avtomatlaşdırılmasını,  informasiyalaşdırılmasını  və  intellektləşdirilməsini  təmin 

edən  elmtutumlu    sahələr  dayanır.  Elektronika,  radiofizika,  optoelektronika,  lazer 

texnologiyaları,  müasir  materialşünaslıq,  kimya  və  kataliz,  müasir  aviasiya  və 

kosmonavtika  sahələrində  müəyyən  edilən,  bir  sıra  texnoloji  və  fundamental 

ixtiralar və kəşflər, müasir informasiya texnologiyalarından istifadə edilməsi, mikro 

və  makroelektronika  sahələrindəki  alınmış  nəticələr,  habelə,  nanotexnologiyalar 




15 

 

elmtutumlu məhsulların yaranmasına səbəb olur. Belə məhsulların alınmasını təmin 

edən 

texnologiyalar 



elmtutumlu 

texnologiyalaradlandırılır. 

Elmtutumlu 

texnologiyalardan  istifadə  edilməsi  iqtisadi  inkişafın  yeni  bir  istiqamətinin 

İnnovasiya yönümlü iqtisadi inkişafın” yaranmasına səbəb olmuşdur. İnnovasiya 

yönümlü  iqtisadi  inkişaf  modeli  öz  yüksək  səmərəliliyini   dünyanın  inkişaf  etmiş 

ölkələrinin  timsalında  sübuta  yetirdi.  Odur  ki,  innovasiyanın  sürətləndirilməsi  son 

onilliklərdə  bir  sıra  yeni  xüsusiyyətlər  kəsb  etmişdir.  Bu  keyfiyyət  dəyişiklikləri 

özünü elm, texnika və istehsalın qarşılıqlı təsiri sferasında göstərir. Elmlə istehsalın 

qarşılıqlı təsiri bu  sahədə yeni rəqabət formasının meydana  gəlməsinə  səbəb  olur. 

Hal-hazırda yeni elmtutumlu texnologiyaları istehsalda mənimsəməyən müəssisələr 

dünya  bazarlarında  rəqabət  apara  bilməz.  Deməli,  müəssisələrin  inkişaf 

strategiyasının  işlənilməsində  nəzərə  alınacaq    ən  vacib  şərt  –elmi  yeniliklərin  və 

elmtutumlu texnologiyaların istehsala tətbiqi olmalıdır.  

Sənaye  sivilizasiyanın  daxilində  postsənaye  cəmiyyət  tərzini  təşkil  edən    yeni 

elementlər  cəmlənir və sürətlə özünə qüvvə toplayır.  Hesab edirik ki, onun başlıca 

əlamətləri aşağıdakılardır:  

-daha yüksək bilik səviyyəsinə malik insanın formalaşması, həmin biliyin   təbiətin 

və cəmiyyətin inkişaf qanunları haqqında yeni təsəvvürlərəuyğunluğu

-  istehsalın  mütərəqqiliyi,  təkrar  istehsal  strukturunun  köklü  olaraq      yenidən 

qurulması, 

insanın 


şəxsi 

tələbatına 

önəm 

verməklə 



hərbsizləşdirmə 

vəekologiyalaşdırma, daha yükəsk texnoloji quruluşa keçid; 

-  mülkiyyətin  müxtəlif  formalarını  və  istehsalın  təmərküzləşməsi    səviyyəsini  üzvi 

surətdə əlaqələndirən sosial-bazar iqtisadiyyatınınçoxukladlılığı; 

-  yumşaq  tənzimləmə  formalarına  və  inkişaf  etmiş  sosial  müdafiə  sistemli    sərt 

rəqabətə malik bazar təsərrüfatı; 

-  bərabərhüquqlu  millətlərin  könüllü  ittifaqlarının  formalaşması  iləəlaqədəmilli 

dirçəliş dövrünün başlanması; 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə