Azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix07.04.2018
ölçüsü0,66 Mb.
#36425
1   2   3   4   5   6   7   8   9   ...   27

16 

 

-  yüksək  mədəniyyətin  dirçəlişi;  mənəvi  təkrar  istehsalın  birinciliyi,  elm  tutumlu 



istehsalın artımı, intellektual məhsula tələb, əqli  əməklə  məşğul  olanların payının 

artması. 

Yuxarıda  qeyd    edilən      qlobal  meylləri ölkənin   və   onun    iqtisadiyyatının bütün 

sahələrinin  və  ilk  növbədə  elmi-texniki  və  innovasiya  sferalarının  gələcək  inkişaf 

ssenarilərinin  işlənməsində  mütləq  nəzərə  almaq  lazımdır.  Azərbaycanın  dünya 

iqtisadiyyatına    qoşula  bilməsinin  mütləq  şərtlərindən  biri  elmi-texniki  və 

innovasiya  fəaliyyətinin  aktivləşdirilməsi,  yüksək  texnologiyaya  malik  elmtutumlu  

istehsalın inkişafı əsasında iqtisadiyyatın struktur cəhətdən yenidən qurulması, daha 

yüksək texnologiyalı uklada keçid sayılır.  

Elmi(elmi-tədqiqat)  fəaliyyət-  elmi  biliklərin  alınmasına  və  tətbiqinəyönəldilmiş 

fəaliyyətdir.  Fundamental  elmi  tədqiqat-  insanın,  cəmiyyətin  onuəhatə  edən  təbii 

mühitin  formalaşması,  fəaliyyəti  və  inkişafının  əsasqanunauyğunluqları  haqqında 

yeni biliklərin alınmasına yönəldilmiş təcrübivə ya nəzəri fəaliyyətdir. Tətbiqi elmi-



tədqiqat-  təcrübi  məqsədlərə  nailolunması  və  konkret  vəzifələrin  həlli  üçün  üstün 

olaraq  yeni  biliklərin  tətbiqinəyönəldilmiş  tədqiqatıdır.Elmi-texnikifəaliyyət(ETF)- 

texnoloji,  mühəndis,  iqtisadi,  sosial,humanitar  və  digər  problemlərin  həlli,  elmin, 

texnika  və  istehsalın  vahid  sistem  kimi  fəaliyyətinin  təmin  olunması  üçün  yeni 

biliklərin  alınmasına,  tətbiqinəyönəldilmiş  fəaliyyətdir.Təcrübi  işləmələr  elmi 

tədqiqatların  aparılması  nəticəsində  və  ya  əməlitəcrübə  əsasında  əldə  edilmiş 

biliklərə  əsaslanan,  insanın  həyat  vəsağlamlığının  qorunmasına,  yeni  materialların, 

məhsulların,  proseslərin,  qurğuların,  xidmətlərin,  sistem  və  ya  metodların 

yaradılmasına  vəgələcəkdəonların  təkmilləşdirilməsinə  yönəldilən  fəaliyyətdir.ETF 

yalnız  nəticəsi  elmi  tədqiqat  və  təcrübi-konstruktorişləmələr(ETTKİ)  sayılan 

fəaliyyət  sferasını  deyil,  həm  də  layihə,  konstruktortəşkilatlarının,  istehsal 

aparatının,  təsərrüfat  və  sənaye  sahələrinin  bu  nəticələri      reallaşdırmaq 

qabiliyyətini, o cümlədən bunun üçün biliklərə malik olacaq   kadrların hazırlanması 

qabiliyyətini  özündə  birləşdirir.  ETF  kateqoriyasını    müəyyən  edilməsinə  bu  cür 




17 

 

yanaşma  elmi-texniki  tərəqqinin  idarə  olunması    üçün  metodoloji  cəhətdən  çox 



vacibdir. Ona görə ki, bu yanaşmaya yeni 

yexnika və texnologiyaların yaradılmasının, istehsalı və tətbiqinin bütün  mərhələ və 

formalarında  qarşılıqlı  əlaqədə  olmalıdırlar.  O,  “elmi-istehsal-istehlak”    tsikli 

haqqında təsəvvürü praktiki olaraq üzvi vəhdətdə istifadəetməyə imkan verir. Belə 

yanaşma  həm  də  ona  görə  məhsuldardır  ki,  o,  insan  fəaliyyətinin  bu  sferasının 

təşkili  formalarını  müxtəlif  tipli  və  səviyyəli  elmi-texniki    komplekslərin 

formalaşdırılması  zəruriliyinin  əsaslandırılmasına  qədər  izah  edir  və  şərtləndirir. 

Elmin  bilavasitə  məhsulu-  özündə  yeni  bilikləri  əks  etdirən  və  onunmütəxəssislər 

tərəfindən eyni başa düşülməsini və mənimsənilməsini təmin edən anlayışlar, nəzəri 

konstruksiyalar, modellər və digər informasiyalardır.  Bu məhsul əmtəəyə çevrilir və 

yenilik kimi çıxış edir. Elmin məhsulu və ya  intellektual məhsul iki yolla: bazar və 

qeyri-bazar reallaşdırılması yolu iləistifadə oluna bilər.  

Beləliklə, yuxarıda  qeyd  etdiklərimi  ümumiləşdirərək  belə  qənaətə  gələ  bilərəm  

ki,      innovasiya  dedikdə,  yeni  əmtəə,  xidmət,  texnologiyalar,  təşkilati  forma,  

idarəetmə  metodu  şəklində  öz  praktiki  təcəssümünü  və  tətbiqini  tapmış    ideyaların 

reallaşdırılması üzrə yaradıcılıq prosesi başa düşülməlidir. 

İnnovasiyanın  mənşəyini  izah  edən  iki  ehtimal:  “texnoloji  məkan”  və“tələbin 

çağırışı”  ehtimalları  mövcuddur.  “Texnoloji  məkan”  ehtimalı  Q.Menş  tərəfindən 

irəli  sürülmüşdür.  Bu  ehtimala  görə,  innovasiyanın  meydanaçıxması  mənbəyi  kimi 

istehsalın daxili qanunauyğunluqları çıxış edir. K.Frimenin tərəfdarı olduğu “tələbin 

çıxarışı”  ehtimalına  görə  isə  innovasiyanın  yaranmasında  müəyyənedici  amil 

tələbdir. Real həyatda innovasiyanın meydana çıxmasında bunlardan hansı birisinin 

ilkin səbəb kimi çıxış etdiyini müəyyən etmək çətindir.  

İnnovasiya  menecmentində  iki  əsas  istiqamət  ayrılır.  Birinci  istiqamətinmahiyyəti 

ondan ibarətdir ki, innovasiya öz inkişafında(həyat tsiklində)  ideyadan tətbiqə qədər 

hərəkət  etməklə  formasını  dəyişir.  İstənilən  digərproses  kimi  innovasiyanın  da 

formalaşması  amillər  çoxluğunun  mürəkkəbqarşılıqlı  təsiri  ilə  şərtlənir.  İkinci 

istiqamət  Azərbaycan  üçün  də  son  dərəcəaktual  olan  innovasiyadan  sahibkarlığa 




18 

 

hərəkətdir.  Bəzi  ədəbiyyatlarda  bunəzəriyyə  innovatikaadını  almışdır.  Burada  artıq 



innovatikanın  öz  daxilindəyeni  müstəqil  istiqamətlər  meydana  çıxır:  yeniliyin 

formalaşması,  yeniliklərəmüqavimət,  diffuziya(yeniliklərin  yayılması);  insanın 

yeniliklərə      vəonların  insan  tələbatına  uyğunlaşması;  innovasiya  təşkilatları; 

innovasiya  qərarlarının işlənib hazırlanması və s. 

İnnovasiyaların  yaranma  mənbələrini  və  amillərinisistemləşdirək.  Innovasiyanın 

meydana çıxma mənbələri dedikdə, innovasiyanın  yaradılmasının qeyri-mümkün və 

ya  çətin  olduğu  fundament    başa  düşülməlidir.  Belə  mənbələrin  iki  əsas  qrupunu 

ayırmaq olar: 

-artan tələbatla onların ödənilməsinin məhdud imkanları arasında  ziddiyyət

-elmi-intellektual da daxil olmaqla cəmiyyət tərəfindən toplanmış resurs potensialı. 

Innovasiyanın  meydana  çıxması  amilləri  isə  o  qüvvələrdir  ki,  onlarcəmiyyətin 

tələblə  yeni  yaradılmış  biliyin  hazır  nəticəyə  keçdiyinə  imkanverirlər.Həmin 

amilləri  iqtisadi,  texnoloji  və  sahibkarlıq  amilləri  kimiqruplaşdırmaq  olar.  Gəlin   

innovasiyanın yuxarıda qeyd etdiyimiz mənbə və amillərini  araşdıraq: 

Qlobal  və  makrosəviyyədə  innovasiyanın  universal  mənbəyi  çox  sürətləartan 

tələbatla  onların  ödənilməsi  imkanları  arasındakı  ziddiyyətdir.Məhdudresurslara 

malik  olan  cəmiyyət  öz  tələbatını  ödəməyin  bütün  yeni  və  daha  effektiv  üsullarını 

ixtira etməyə məcburdur. Insanların hər növbəti nəsli nail  olduğu səviyyədən imtina 

edir  və  daha  yüksək  tələblər  irəli  sürürlər.  Mikroiqtisadi  səviyyədə  bu  ziddiyyətin 

meydana  çıxmasının  konkret    ifadəsi  resursların  məhdudiyyəti  şəraitində  onların 

daha  effektiv  istifadəsi  üzrəalternativ  imkanlar  sayılır.    Rəqabət  iqtisadi  artımın 

tərkib  elementi  kimi  çıxış  edərək  innovasiya    üçün  stimullar  yaradır.  Y.  Şumpeter 

“...yeni  əmtəənin,  yeni  texnologiyanın,    xammalın,  yeni  mənbəyin,  təşkilin  yeni 

tipinin kəşfinə...” əsaslanan rəqabətəəhəmiyyət verirdi. Rəqabət istehsal artımını və 

xərclərin ixtisarını təmin edən güclü  mexanizmdir.  Rəqabət potensial təhlükə kimi 

də  kəsərlidir.“...demək  olar  ki,  o,  hələözünün  gəlişinə  qədər  qayda-qanun  öyrədir. 

Biznesmen  özünü,  hətta  öz    sahəsində tam  inhisarçı  sayıldığı  vaxtda  belə,  rəqabət 

mühitində  hiss    etməlidir...”Mənfəətin  artırılması  əslində  innovasiyalı  üstün 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə