Azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix07.04.2018
ölçüsü0,66 Mb.
#36425
1   2   3   4   5   6   7   8   9   10   ...   27

19 

 

mənfəəti  təmin  edir.Bu    isə  effektiv  innovasiyanı  ilk  həyata  keçirənin  aldığı  əlavə 



gəlirdir.  Rəqabət      mühitində  innovasiya  yayıldıqca  mənfəətin  bu  növu  yoxa 

çıxır.Istehsalın effektivliyi və mənfəət maddi, əmək və maliyyə resurslarının istifadə 

səviyyəsindən  asılıdır.Yeni  texnologiyalar,  avadanlıq,  idarəetməmetodları  xeyli 

dərəcədə xərclərin aşağı salınmasına gətirib çıxarmağa qabildir. 



Intellektual  mülkiyyətin  qorunması.  Patent  sistemi  intellectual    mülkiyyətin 

qorunması  problemini  həll  etməyə  qadirdir.    Patent  ixtiraçıya  onun  fəaliyyət 

məhsuluna  mülkiyyət  hüququ  verir.Innovasiya  fəaliyyəti  intellektual  mülkiyyət 

obyektlərini  müdafiə  etmədən  mümkün  deyildir.  Iri  şirkətlər  innovasiya  faəliyyəti 

nəticələrinin  müdafiəsi  üzrəxüsusi  şöbələr  yaradırlar  ki,  bunlar  da  patent 

müdafiəsini həyata keçirirlər. 



Texnoloji amil.Müasir şəraitdə texnologiya və texnikanın optimaltəzələnmə dövrü 4-

5  ilə  qədər,  daha  inkişaf  etmiş  ölkələrdə  2-3  ilə  qədərazalmasıdır.Təzələnməyə 

tələbat,  hər  şeydən  əvvəl,  mənəvi  köhnəlmə  ilə  diqtəolunur.  “Peşəkarlıq 

səriştəliliyinin yarıtənəzzülünün müasir dövrü”, daha  doğrusu, peşəkarlıq biliyinin 

50% köhnəldiyi müddət mühəndislər üçün 5 il,  kimyaçılar, həkim və bioloqlar üçün 

4 ildən də az təşkil edir,  məhsuldar bazarına çıxış sürəti daim artır, lakin bu zaman 

məhsulunkeyfiyyəti yüksək, qiyməti isə mötədil qalmaqdadır.  

Sahibkarlıq  amili.Ixtiraçılıq  innovasiyanın  reallaşdırılması  yolundayalnız  birinci 

addımdır.  Ixtiraçıda meydana  çıxan  nəzəri  konsepsiya  müasir   istehsalın,  bazar  və 

rəqabətin  tələblərinə  cavab  verməlidir.  Ixtiraçının  sahibkar    köməyinə  ehtiyacı 

vardır.  Bəzən  ideyaların  həyata  keçirilməsi  bir  neçətəşkilatda  işləyən  şəxslər 

qrupunun qüvvəsini birləşdirməyi tələb edir. 

Bir  qayda  olaraq,  iqtisadçıların  əksəriyyəti  mənfəət  artımınıninnovasiyanın  əsas 

amili  sayır.  Həqiqətən  də  mənfəət  innovasiyalar  üçün  vacib    iqtisadi  stimuludur, 

lakin  bəzən  innovasiya  xeyli  pul  mənfəəti  gətirməyə  dəbilər,  lakin  xeyli  pozitiv 

sosial  effektə  malik  ola  bilər  ki,  bu  da  sosial-məsul    subyekti  kimi  istehsalçının 

imicini yüksəldəcəkdir.  




20 

 

Amerika 



tədqiqatçısı 

F.Yansen 

innovasiyanı 

“şirkətin 

daim 

artımını 



vəçiçəklənməsini  təmin  edən  magistral  yol  kimi”  səciyyələndirir.  O,  innovasiya 

trayektoriyası aşağıdakı kimi ifadə olunan TAMO modelini işləyib 

hazırlamışdır(Şəkil 1): 

 

Sxem 1. İnnovasiya traektoriyası 

Yeni 


texnologiyalar 

(T) 


 

Əmtəə və 

xidmətlərin 

yeni 


növləri(A) 

 

Yeni 


bazarların 

Formalaşması 

(M) 

 

Yeni təşkilat 

Formalarının 

tətbiqi(O) 



 

 

 

 

Bəzi  iqtisadçıların  fikrincə,  TAMO  modelinə  vacib  bir  elementi-insankapitalının 



inkişafına  yönəldilmiş  innovasiyanı(NR)  əlavə  etməkləgenişləndirmək  olar.  NR 

özündə  işçi  qüvvəsinin  intellectualkomponentinin  yüksəlməsini  ifadə  etməklə, 

fasiləsiz  təhsili,  ixtisasınyüksəlməsini,  təcrübənin  ötürülməsini,  yeni  iş  yerlərinin 

yaradılmasını, eləcə dəinsan qabiliyyətini aşkara çıxaran və yaradıcı əməyə kömək 

edən  fəaliyyətintəşkilini  nəzərdə  tutur.  Digər  iqtisadçıların  fikrincə  isə,  TAMO 

modelinə  socialinnovasiyaları  əlavə  etmək  və  yeni  yaradılan  yeni  model 

çərçivəsindəinnovasiya  prosesinin  inkişafı  üzrə  qeyri-xətti  mexanizmlərin 

gücləndirmə,məhdudlaşdırma,  bağlanma,  əks  əlaqə,  müvəqqəti  ləngimə 

mexanizmləri kimitəsnifləşdirilməsi daha məqsədəuyğun sayılır. 

İnnovasiya prosesində məqsədə çatmaq üçün hər şeydən əvvəl aşağıdakıların yerinə 

yetirilməsi vacidir: 

 



Yeni məhsulların mənimsənilməsi; 

 



Buraxılan məhsulun modernləşdirilməsi; 

• Yeni istehsal vasitələrinin istehsala cəlb edilməsi 

• Yeni texnologiya üsularından istifadə edilməsi. 

• İstehsalın təşkili və idarə olunmasının daha mütərəqqi formaları. 

 İnnovasiya prosesinin mərhələlərini sxem şəklində aşağıdakı  kimi göstərmək olar: 



21 

 

 



Fundamental tədqiqatlar  

Tətbiqi tədqiqatlar 

İşləmələr 

Layihələndirmə 

Yeni məlumat , 

texnologiyanın yaradılması 

Yeni məlumatın ugurla 

sinaqdan keçirilib 

mənimsənilməsi  

Praktiki,kütləvi,davamlı 

istehsal 

Marketinq 

Satış 

Satışdan sonrakı xidmət 



 

 

İnnovasiya  prosesinin  başlanğıcını  bir  qayda  olaraq  fundamental  və  axtarış 



xarakterli elmi tədqiqatların aparılması ilə əlaqələndirirlər.Alınan  nəticələr əsasında 

tətbiqi  xarakterli  elə  tədqiqatlar  və  işlər  qurulur  ki,  bunlar  toplu  halında  işləmələr 

adlanır.  Sonralar  ixtiralar  əsasında  layihə-  konstruktor  xarakterli  işlər  də  həyata 

keçirilir.Belə işlərin son nəticəsi ya  yeni texniki obyektin təcrübi nümunəsi, ya da 

yeni  texnoloji  proses  olur.Daha  sonra  tətbiqi  xarakterli  işləmələr  sırasına  yeni 

texnikanın kütləvi şəkildə mənimsənilməsi üzrə işlər də daxil edilir. İnnovasiyaların 

predmetinə  əsasən,  onların  texniki-texnoloji  innovasiyalar,  təşkilati  yeniliklər, 

idarəçilik  yenilikləri,  iqtisadi  innovasiyalar, sosial  yeniliklər, hüquqi  innovasiyalar, 

ekoloji yeniliklər və s. kimi növlərini fərqləndirirlər. 

Yeni məhsulun kommersiya qabiliyyətliliyinin yüksəldilməsi və kütləvi istehsalının 

təşkili innovasiya prosesində son məqsəddir. 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə