Azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix07.04.2018
ölçüsü0,66 Mb.
#36425
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

25 

 

İnkişaf  etmiş  ölkələrin  təcrübəsi  göstərir  ki,  müasir  dövrdə  hər  hansı  bir  ölkədə 



dayanıqlı  sosial-iqtisadi  inkişafın  təmin  edilməsinin  əsasında  elmin  inkişafı, 

rəqabətə davamlı innovasiya məhsulunun istehsalı və ixracı dayanır.  İnnovasiyalar 

həm texnika və texnologiyaya, həm də istehsalın və idarəetmənin təşkili formalarına 

aid  edilə  bilər.XXI  əsrin  sivilizasiyası  elmi-texniki  tərəqqi  və  ən  yeni  biliklərə 

əsaslanan  bir  cəmiyyətdir  və  bu  danılmaz  faktdır.  Bu  o  deməkdir  ki,  istənilən 

fəaliyyət  növünün özəyində  elmi-texniki nailiyyətlər, fundamental və  tətbiqi, elmi-

tədqiqat  və  innovasiya  prosesinin  inkişaf  nəticələri  durur.  Ancaq  biliklərin 

artırılması özündə investisiya və innovasiyanı – yeni təkmil maşın və avadanlıqları, 

enerji  mənbələrini  və  s.  təcəssüm  etməsə  iqtisadi  və  ya  digər  effektin  əldə 

olunmasına  gətirb  çıxarmayacaq.  Ona  görə  də  onlar  bütün  mərhələləri  -  elmi 

ideyanın  yaranmasından,  ixtiraların  rəsmiləşdirilməsindən  emi-texniki  və  texnoloji 

modifikasiya əsasında texnoloji inkişaf və innovasiyaya qədər olan mərhələni əhatə 

etməlidir. 

Bildiyimiz  kimi  ETT  ayrı-ayrı  sahələrdə,  regionlarda,  ölkələrdə  müxtəlif    elmi-

texniki  istiqamətlərdə  qeyri-bərabər  olaraq  həyata  keçirilir.  Bunlardan  bəziləri 

texnoloji  inkişaf  lokomotivində  liderliyi  ələ  keçirir,  bəziləri  isə  əksinə  olaraq 

“kölgə” altında qalaraq öz mövqelərini əldən verirlər.Liderliyin dəyişilməsi əsasən 

texnoloji  inqilablar  dövründə  texnoloji  inkişafın  xüsusiyyətləri  ilə  müəyyən 

olunur.Bu barədə XX əsrin ikinci yarısı və XXI əsrin birinci yarısına olan texnoloji 

inkişaf göstəricilərinə nəzər salmaq yerinə düşərdi. (Cədvəl 1) 

Göründüyü kimi texnoloji inkişafın IV mərhələsi 1929-1933 il maliyyə böhranından 

sonra  yaranmağa  başlayıb.  İlk  əvvələr  bu  hərbi  xarakter  daşısa  da  sonralar,  50-ci 

illərdən başlayaraq dinc yolla - EHM-lərin tərtibi, atom enerjisindən istifadə, “Yaşıl 

İnqilab” , kosmosun tətqiqi ilə davam edib.70-ci illərin ortalarında baş verən dərin 

enerji  və  texnologiya  böhranı  texnoloji  inkişafın  Vmərhələsi  üçün  böyük  bir  təkan 

vermiş oldu. Bunun əsasında mikroelektronika, personal kompyuter, biotexnologiya, 

gen mühəndisliyi, internet şəbəkəsi dayanırdı. Həmin dövrün lider ölkələrinə ABŞ, 



26 

 

Yaponiya,  Q.Avropa  və  keçmiş  SSRİ  daxil  idi.Lakin  XXI  əsrin  əvvələrində  artıq 



Vmərhələnin  başa  çatdığı  aydın  görünməyə  başladı.  Belə  ki  2001-2002-ci  illər 

böhranı ilk dünya informasiya böhranı sayılırdı. Və bununla da VI texnoloji inkişaf 

mərhələsinə keçidin əsası qoyuldu. Bir qrup mütəxəssislərin fikrincə bu period  XXI 

əsrin 20-50-ci illərini əhatə edəcək. Eyni zamanda istehsalın postindustrial texnoloji 

üsulu  humasit  xarakter  daşıyaraq  yaxın  200  ildə  bütün  planetin  texnoloji  simasını 

dəyişəcəkdir. 



Cədvəl 1. Elmi texnoloji inkişafın mərhələli təsnifatı (1950-2050). 

Elmi  texnoloji  inkişafın  VI  mərhələsinin  başlıca  elmi-texniki  istiqamətlərini 

nanotexnologiya,  bitki  və  heyvanların  biotexnoloji  əsaslarla  gen  mühəndisliyi, 

Texnoloji 

inkişaf                                     

mərhələləri 

             IV 

          V 

         VI 



Əhatə 

dövrü 

     1935-1980 

      1981-2020 

      2021-2060 



Əsas 

texniki 

istiqamətlə

EHM, atom enerjisi

raket mühərrikləri, 

kosmik tədqiqatlar, neft-

kimya sənayesi  

Mikroelektronika, 

biotexnologiya,informatik

a, neft-qaz sənayesi, 

kosmik texnologiya. 

Nanotexnologiya, gen 

mühəndisliyi, qlobal 

informasiya şəbəkəsi, 

alternativ enerji 

mənbələri. 



Aparıcı 

sahələr 

Cihazqayırma, atom 

maşınqayırması, 

radioelektronika, 

kima,telekommunikasiy

a. 


İnformasiya və 

telekommunikasiya 

texnologiyası, neft-qaz və 

kimya sənayesi. 

Nanomaterial 

istehsalı,biotexnologiy

a, alternativ nəqliyyat 

və hidrogen yanacağı 



Liderlik 

edən 

ölkələr 

ABŞ, Yaponiya, SSRİ, 

Q.Avropa. 

ABŞ, Q.Avropa, 

Yaponiya və yeni sənaye 

ölkələri. 

ABŞ, Q.Avropa,  Çin, 

Yaponiya, Hindistan

Braziliya, Rusiya. 



27 

 

qlobal  informasiya  şəbəkəsi,  ekoloji  təhlükəsizlik,  hidrogen  və  sair  yanacaq 



növlərinin kəşfi, alternativ nəqliyyat növlərinin(elektron nəqliyyat) yaranması təşkil 

edir.  Bu  mərhələdə  lider  ölkələrə  ABŞ,  Q.Avropa,  Yaponiya  aid  edilir.Çin, 

Hindistan,  Braziliya    və    Rusiya      kimi    ölkələr    isə    ikinci    qrup    ölkələr    hesab  

edilir. 


Son  illər  ölkəmizdə  aparılan  uğurlu  islahatlar,  quruculuq  işləri,  iqtisadiyyatda  baş 

verən irəliləyişlər, qeyri-neft sektorunun inkişafı müsbət nəticələrə gətirib çıxarmış, 

regionların  sosial-iqtisadi  inkişafı,  əhalinin  sosial  vəziyyətinin  yaxşılaşdırılması 

istiqamətində  mühüm  tədbirlər  həyata  keçirilmişdir.  Dövlət  innovasiya  siyasətinin 

əsas istiqamətlərindən biri elm və təhsil sahəsinə göstərilən qayğının ardıcıl davam 

etdirilməsi,  elmi-texniki  potensialın  qorunub  saxlanılması,  elm  və  təhsil  sahəsində 

yüksəkixtisaslı  kadrların  hazırlanması,  onlara  qayğı  göstərilməsi,  cəmiyyətdə  elmi 

işçilərin nüfuzunun artırılması sahəsində  bir sıra mühüm qərarların qəbul edilməsi 

olmuşdur.  

Dünyanın  tanınmış  görkəmli  iqtisadçı  alimləri  üçüncü  minilliyə  qədəm  qoyarkən 

cəmiyyətin  inkişafında  ən  böyük  amil  kimi  kosmosun  tətbiqi,  informasiya 

texnologiyaları,  genetika,  nüvə  energetikası  deyil  ümumiləşdirici  xarakter  daşıyan 

innovasiya  proseslərinin  olduğunu  qəbul  etmiş  və  buna  uyğun  olaraq  hər  bir 

dövlətin  iqtisadi  qüdrətinin  artması,  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  məhz 

milli innovasiya sisteminin yaradılması hesab edilmişdir. 

Elmi  müəssisələr  əsasən  dövlət  büdcəsi  hesabına  maliyyələşdirilir.  Elmi-texniki 

fəaliyyətin 

səmərəliliyinin 

artması  ilə  əlaqədar  2008-ci  ildə  elmin 

maliyyələşdirilməsinə  ayrılan  vəsaitin  həcmi  xeyli  artmışdır.  Belə  ki,  2005-ci  illə 

müqayisədə 2008-ci ildə dövlət büdcəsində elmə çəkilən xərclər artaraq 28,8 milyon 

manatdan 64,0 milyon manata çatmışdır. 

Azərbaycanda elmin inkişaf istiqamətlərini aşağıdakı kimi ifadə etmək olar: 

-Respublikanın  digər  elmi  tədqiqat  müəssisələrində  və  ali  məktəblərində  aparılan 

fundamental  tədqiqatların  səmərəliliyinin  artırılması,  onların  nəticələrinin  sosial-

iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi; 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə