Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix22.07.2018
ölçüsü1,22 Mb.
#57839
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

42 

 

2.3. Reallaşdırılması planlaşdırılan transregional layihələr, onların həyata 



keçirilməsində yaranan problemlər 

 

Əsrin  müqaviləsinin  imzalanmasından  sonrakı  dövr  Azərbaycanın  Xəzər 

dənizindəki yataqlarının inkişafı və oradan çıxarılan neftin qərb bazarına daşınması 

üçün  Bakı  Tbilisi  Ceyhan  kimi  alternativ  marşrutların  tikintisi  ilə  səciyyəvidir. 

Daşınma  marşrutların  diversifikasiyası  Qərblə  əlaqədə  Rusiyadan  olan  aslılığın 

azaldılması  tərəfdən  də  əhəmiyyəti  böyük  idi.  Bu  istiqamətdə  Azərbaycanın 

Gürcüstan və Türkiyə ilə əməkdaşlıq əlaqələri genişləndirilmişdir.  Müstəqilliyinin 

möhkəmləndirilməsi  və  Qərbin  Cənubi  Qafqaz  və  Xəzərdə  böyük  iştirakı 

istiqamətində  geosiyasi  balansında  böyük  irəliləyiş  edilməsi  məqsədi  Azərbaycan 

kommersiya  tərəfindən  daha  çox,  qısa  müddətli  perspektivdə  böyük  siyasi  məna 

kəsb edən trans regional layihələrin reallaşdırılmasını həyata keçirdi. Bu baxımdan 

Bakı-Tbilisi-Ceyhan neft boru kəməri Xəzər neftinin Qərbə daşınma marşrutunun 

diversifikasiyası  istiqamətində  atılmış  ilk  addımdır.  Baxmayaraq  ki,  Azərbaycan 

Rusiya  ilə  yaxşı  diplomatik  münasibətləri  saxlamaqdadır,  dövlət  gələcəkdə 

Rusiyasının  Azərbaycanın  energetika  sahəsinə  girişi  olarsa  bundan  Azərbaycana 

qarşı  siyasi  alət  kimi  istifadə  edə  bilər  deyə,  Rusiyanın  enerji  şirkətləri  ilə  sıx 

əməkdaşlıqdan çəkinilir.  

Xəzər dənizində Şahdəniz, daha sonra isə Ümid və Abşeronda bir neçə qaz 

yatağının  tapılması regionda bəzi dəyişikliklərə səbəb olmuşdur.   Azərbaycanın 

artıq qaz istehsal edən bir ölkəyə çevrilməsi, buranın Avropa üçün alternativ qaz 

təklifi mənbəyi kimi əhəmiyyətini artırmışdır. Bakı-Tbilisi-Ceyhan Xəzər neftinin 

Avropa bazarına çıxarılması üçün yeganə alternativ nəqliyyat layihəsi idi. Marşrut 

Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə hər üç strateji tərəfdaşı birləşdirir, 

həmçinin  etibarsız  Rusiya  və  beynəlxalq  səfil    İrandan  yan  keçməyi  mümkün 

edirdi.  Xüsusilə,  Rusiya-Ukrayna  böhranı  zamanı  qaz  verilişinin  kəsilməsi  Şərqi 

Avropa dövlətləri üçün mənfi nəticələrə səbəb olmuş və Avropa Birliyi tərəfindən 

alternativ qaz istehsalı və təchizatı mənbələrinin axtarışını tezləşdirdi. Bu məqsədlə 



43 

 

Nabucco adlanan layihənin tikintisi planlaşdırıldı. Eyni zamanda çox qısa müddət 



ərzində  Xəzər  qaz  resurslarının  Avropa  bazarına  çatdırılması  üzrə  Nabuccoya  da 

alternativlər  yaranmağa  başladı,  sadəcə  Rusiya  ərazisindən  keçməklə.  Avropa 

Birliyinin  layihəsi  Cənub  dəhlizi  adlanır  və  öz  daxilində  Xəzərdən  Avropaya 

nəqlinin  müxtəlif  yollarını  əhatə  etmişdir.  Nabukko  layihəsinin  erkən 

mərhələlərində Azərbaycan istehsalçılar və tranzit ölkələr zəncirində ən sadiq tərəf 

oldu.Lakin  zamanla  üç  böyük  problem  ortaya  çıxdı:  maliyyələşdirmə  məsələsi, 

gələcək  boru  kəmərinin  doldurulacağı  qaz  həcminin  mənbəyi  və  layihədə 

Türkiyənin  rolu.  Nəqliyyat  marşrutlarıyla  əlaqəli  Azərbaycanın  mövqeyini 

xarakterizə  edərkən  dövlət  rəsmiləri  çox  açıq  şəkildə  bildirildi  ki,  bu  məsələylə 

bağlı  təkliflərə  yanaşmada  ölkə  milli  maraqları  rəhbər  tutacaq.      Həqiqətən, 

Nabucco layihəsinin Avropa birliyi tərəfindən güclü dəstəyinə baxmayaraq bir sıra 

çatışmazlıqlara  malikdir.  Bunlara  Avropa  Birliyi  üzv  dövlətlərinin  ziddiyətli 

maraqları, Xəzər hövzəsindəki geosiyasi problemlər bə layihəyə olan kommersiya 

məhdudiyyətləri aiddir.   

TANAP layihəsi Türkiyənin Gürcüstanla şərq sərhədindən başlayır və onun 

Avropa  ilə  qərb  sərhədinədək  uzanır.  Onun  davamı  kimi  planlaşdırılmış  TAP 

layihəsi isə əlavə kəmərlərlə Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çıxmağı 

nəzərdə tutur.  

2012-ci  il  iyununda  İstanbulda  imzalanmış  TANAP  layihəsinin  təxmini 

dəyəri  10  mlrd.  dollar  təşkil  edir.  Bu  layihə  Azərbaycan  da  daxil  olmaqla  Xəzər 

hövzəsi  və  Orta  Asiya  təbii  qazının  Türkiyə  üzərindən  Avropaya  nəqlini  həyata 

keçirəcək.  

Avropa ölkələri daha ambisiyalı Nabucco kəməri üçün resursları və dəstəyi 

cəlb  edə  bilmədikdə,  Türkiyə  və  Azərbaycan  həyata  keçirilməsi  daha  real  olan 

TANAP  layihəsinə  doğru  istiqamətləndilər.  İlkin  mərhələdə  TANAP-ın  illik 

ötürücülük  qabiliyyəti  16  mlrd.  kubmetr  olacaq,  lakin  bu  göstəricinin  30  mlrd. 

kubmetrədək artırılması imkanları da nəzərə alınıb. Belə ki, TANAP uzunmüddətli 

perspektivdə  yalnız  Azərbaycan  yataqlarından  çıxarılacaq  “ikinci  dalğa”  qazını 




44 

 

deyil, həm də Mərkəzi Asiya, habelə Yaxın Şərq və Şərqi Aralıq dənizi hövzəsində 



hasil  ediləcək  qaz  həcmlərini  tranzit  yolu  ilə  Cənub  qaz  dəhlizinə  ötürmək, 

Avropaya  daşımaq  potensialına  malik  olacaq.  SOCAR-ın  (58%)  operatorluğu  ilə 

BOTAŞ  (30%)  və  BP  (12%)  şirkətlərindən  ibarət  konsorsium  bu  ilin  martında 

kəmərin  tikintisinə  başlayıblar  və  tikintinin  2018-ci  ildə  yekunlaşacağı  nəzərdə 

tutulub.  

 

Şəkil 4. TANAP və TAP layihələri 

 

  

“Faza-1”  üzrə  hazırda  çıxarılan  9  mlrd.  kubmetr  qaza  minimum 



hesablamalara  əsasən,  daha  16  mlrd.  kubmetr  qaz  hasilatı  əlavə  olunacaq. 

Çıxarılacaq  əlavə  qaz  həcmlərinin  ildə  10  mlrd.  kubmetri  Avropa  ölkələrinə,  6 

mlrd. kubmetri isə Türkiyə üçün nəzərdə tutulub.  

TAP  kəməri  üçün  marşrut  seçimi  zamanı  ən  yaxşı  kommersiya  və  texniki 

imkanlarını təmin etmək və minimum sosial və ətraf mühitə təsir etmək üçün ciddi 

təhlükəsizlik, sıfır-zərər siyasəti seçilib.  

TAP  kəmərinin  təqribi  uzunluğu  870  km-dir.  Kəmərin  ən  aşağı  Adriatik 

dənizinin  altında  820  metr  dərinliyində,  ən  yüksək  keçdiyi  yer  isə  Albaniyada 

dağlarda  1800  metr  yüksəkliyində  olacaq.  Kəmərin  ilkin  buraxılış  həcmi  ildə  10 

mlrd.  kubmetrdir,  lakin  kəmərin  tikintisi  zamanı  iri  diametrli  borulardan  istifadə 

gələcəkdə bu həcmin 2 dəfəyədək artırılması imkanını verəcək. 



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə