Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


Tədqiqatın  praktik  əhəmiyyəti



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix22.07.2018
ölçüsü1,22 Mb.
#57839
1   2   3   4   5   6   7   8   9   ...   24

 

Tədqiqatın  praktik  əhəmiyyəti  –  Azərbaycanın  regionda  və  dünyada  artan 

nüfuzunu  nəzərə  aldıqda  bu  mövzunun  araşdırılması,  təhlili,  Azərbaycanın 

müxtəlif  istiqamətli  transregional  layihələrin  xüsusi  mərkəzlərindən  birinə 

çevrilməsi  perspektivləri  gələcəkdə  elmi  konfranslarda  iştirak  üçün,  həmçinin  bu 

sahənin öyrənilməsi və təkmilləşdirilməsində istifadə oluna bilər.  



İşin strukturu – Dissertasiya işinin birinci fəslində əsasən nəzəri mövzular haqda 

məlumat  verilmişdir.  Bu  fəsildə  dünyada  baş  verən  inteqrasiya  prosesləri, 

qloballaşma  və  onun  tərkib  hissələri,  transregional  əlaqələrin  qurulması  haqda 

məlumat verilmiş, iqtisadi səmərəlilik detallı izah olunmuşdur. Dissertasiya işinin 

ikinci fəslində Azərbaycanın region və dünyadakı yeri, ölkəmizdə həyata keçirilən 

transregional  layihələr,  onların  mövcud  vəziyyəti,  bu  istiqamətdə  aparılan  işlər, 

reallaşdırılması  planlaşdırılan  layihələr,  onların  həyata  keçirilməsində  yaranan 

problemlər  araşdırılmışdır.  Dissertasiya  işinin  üçüncü  fəslində,  həyata  keçirilən 

transregional layihələrin səmərəliliyi, xarici və daxili investisiyaların bu layihələrin 

reallaşdırılmasında  rolu,  ölkədə  fərqli  sahələr  üzrə  transregional  layihə 

perspektivlərinin təhlili aparılmışdır. Ümumilikdə dissertasiya işi mündəricat, giriş, 

3  fəsildə  9  sualdan,  nəticə  və  təkliflər,  istifadə  olunmuş  ədəbiyyat,  əlavələr  və 

dissertasiya işinin referatından ibarətdir. 

 

 



 

 

 

 

 

 

 

 

 


 

 



I Fəsil 

Regional inteqrasiya, transregional münasibətlərin nəzəri əsasları 

1.1. Qloballaşma şəraitində regional iqtisadi inteqrasiyanın mahiyyəti, onun 

formalaşmasının əsasları və formaları 

 

İnteqrasiya (latın dilindən inteqer – tam) termini altında iqtisadi subyektlərin 



birləşməsi,  onlar  arasındakı  qarşılıqlı  əlaqələrin  dərinləşməsi  nəzərdə  tutulur. 

İqtisadi  inteqrasiya  yalnız  ayrı-ayrı  şirkətlər,  korporasiyalar  arasında  deyil, 

həmçinin  bütövlükdə  ölkələrin  milli  təsərrüfatları  səviyyəsində  yer  alır.  İqtisadi-

coğrafi yaxınlğı olan dövlətlər arasındakı inteqrasiyası xüsusilə məqsədəuyğundur. 

İqtisadi  inteqrasiya  istehsal-texnoloji  əlaqələrin  genişlənməsi,  ortaq  resurslardan 

istifadə,  kapitalların  birləşməsi  və  iqtisadi  fəaliyyətin  aparılması  üçün  bir-birinə 

əlverişli mühitin yaradılması, qarşılıqlı maneələrin götürülməsində büruzə verir.  

Beynəlxalq  iqtisadi  inteqrasiya  prosesdə  iştirakçı  dövlətlərin  bir-biriylə 

yaxınlaşmasına, mexanizmlərinin uygunlaşmasına gətirib çıxarır. Regional iqtisadi 

inteqrasiya proseslərinin beynəlxalq iqtisadi münasibətlər sistemində rolu vacibdir. 

Son  illər  ərzində  dünyada  qloballaşma  prosesləri  sürətlə  artmaqdadır.  Belə  bir 

şəraitdə ölkə iqtisadiyyatlarının, regionların bir-birinə daha da yaxınlaşması prosesi 

dərinləşməkdədir. Bu proseslərin həyata keçirilməsində iqtisadi regionalizmin rolu 

böyükdür.  İqtisadi  regionalizm  inteqrasiya  proseslərində  iştirak  edən  dövlətlərin 

hər birinin milli maraqlarının təmin olunması şəraitində formalaşır və özünü daha 

çox inteqrasiya bloklarının yaradılmasında göstərir. 

Regional  inteqrasiya  rəqabətli  bazar  şəraitində  ölkələrə  iqtisadi  cəhətdən 

qarşılıqlı qüvvələrini birləşdirərək bir çox əlavə xərclərdən azad olmaq və birlikdə 

rəqabətə    girmək  imkanı  verir.  Bu  yolla  ölkələrin  ayrı-ayrılıqda  milli    maraqları 

regional  maraqlara  transformasiya  olunur  və  dünya  təsərrüfatındakı  qloballaşma 

prosesi regionlaşma prosesi ilə tamamlanmış olur.  



 

19-cu  əsrin  sonlarından  formalaşan  qloballaşma  prosesi  ölkələr  arasındakı 



maneələrin  ortadan  qalxması  nəticəsində  bir

‐birilərinə yaxınlaşması, bütünləşməsi 

deməkdir.  “Qloballaşma”  termini  ümumi  mənada  yalnız  bəzi  proseslərini  təsviri 

üçün  istifadəyə  uyğundur.  Əslində  təcrübədə  “qloballaşma”  anlayışı  altında 

transregionallaşma,  transmilliləşmə  və  beynəlmilliləşmə  kimi  proseslər  gizlənir. 

Transregionlaşma  dedikdə,  ölkənin  regionlarının  başqa  xarici  dövlətlərlə 

inteqrasiyası başa düşülür.    

Regional  iqtisadi  inteqrasiya  üzrə  dünya  təcrübəsi  göstərir  ki,  inkişaf  etmiş 

regionlar  arasında  geniş  beynəlxalq  iqtisadi  əlaqələrin  qurulması  ümumilikdə 

tədricən  ölkələrin  iqtisadi  yaxınlaşmasına  gətirib  çıxarır.  Müştərək  transregional 

layihələrin formalaşması obyektiv olaraq birbaşa regionlararası iqtisadi əlaqələrdən 

asılıdır.  

Müasir  inteqrasiya  prosesləri  regionları  vahid  iqtisadi  sahədə  birləşdirən 

regionlarası  əlaqələrin  müxtəlifliyinə  əsaslanır.  Məsələn,  müasir  Avropada  daha 

çox  inkişaf,  maliyyə  və  intitutsional  dəstəyi  müxtəlif  ölkələrin  regionlararası 

inteqrasiyası əldə etmişdir. Bu baxımdan Almaniya, Fransa, İtaliya və İspaniyanın 

sənaye  cəhətdən  daha  çox  inkişaf  etmiş  regionları  arasında    əməkdaşlıqları 

əlamətdardır.  Baden  –  Vürtemburq  (Almaniya)  ,    Lombardiya  (İtaliya)  ,  Rona  – 

Alp  (Fransa)  və  Kataloniya  (İspaniya)  kimi  regionların  qeyri-formal  birliklərini 

buna nümunə olaraq göstərmək olar. Bu 4 aparıcı Avropa regionunun iş adamları 

və  dövlət  strukturu  nümayəndələrinin  təşəbbüsü  ilə  yaradılmış  transregional 

əməkdaşlıq    sözsüz  ki,  Avropa  Birliyinin  yeni  sənaye  siyasətinin  reallaşdırılması 

istiqamətində də səylərin birləşdirilməsində ciddi perspektivlərə malikdir. 

Bu  yolla,  beynəlxalq  iqtisadi  əlaqələrin  genişlənməsinin  ağırlıq  mərkəzi 

aktiv  olaraq  regionlar  səviyyəsinə  yerdəyişmə  edir.  Yerdəyişmənin  vacib 

şərtlərindən biri biznesin şəbəkə formasının inkişafına dəstək və regionlar arasında 

birbaşa  əlaqələrin  qurulmasıdır.  Bununla  bərabər,  beynəlxalq  birliklərin 

fəaliyyətinin əsas hissəsi kimi ümumi inteqrasiya infrastrukturunun qurulması çıxış 

edir.  Burada  ilk  öncə  bütün  növ  nəqliyyat  kommunikasiyalarının  inkişafı  nəzərdə 



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə