Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə24/24
tarix22.07.2018
ölçüsü1,22 Mb.
#57839
1   ...   16   17   18   19   20   21   22   23   24

73 

 

üçün  114,09  dollar  olmuşdur.  Ümumilikdə  Azərbaycan  neftin  bir  barelinin  orta 



illik qiyməti 2013-cü il üçün 112,03 dollar olmuşdur. 2014-cü ildə  

 “Azəri-Çıraq-Günışli”  yatağının  tədqiqi,  inkişafı  və  istismarıyla  bağlı 

Azərbaycan və beynəlxalq neft şirkətləri arasında 1994-cü ildə “Əsrin müqaviləsi”-

in  imzalanması  xarici  tərəfdaşlarla  uğurlu  əməkdaşlıq  və  ölkəmizin  neft 

strategiyası  üçün  təməl  qoymuşdur.  Xarici  əməkdaşlarla  birgə  səylərin  nəticəsi 

olaraq  bu  strategiyanın  reallaşdırılması  çərçivəsində  aparılan  böyük  miqyaslı 

araşdırmalar bizə son illərdə neft və qazın nəqli üzrə diversifikasiya olunmuş boru 

kəmər  infrastrukturunun    yaradılmasına  imkan  verdi.  Bu  infrastrukturun  əsas 

elementləri  neft  və  qaz  resurslarının  nəqliylə  bağlı  həyata  keçirilən  müxtəlif 

transregional  layihələrdir.  Bütün  bu  nailiyyətlər  ölkənin  iqtisadiyyatının  təməlini 

qoydu  və  davamlı  iqtisadi  inkişafa  təkan  verdi.  İqtisadiyyatın  qeyri-neft 

sektorundakı  göstəricilər  də  çoxalıb,  onun  ÜDM-dəki  payı  da  artıb.  Bugün 

Azərbaycanın  enerji  strategiyası  uğurla  həyata  keçirilir  və  ölkənin  iqtisadi 

potensialının güclənməsinə, əhalinin rifah halının yaxşılaşmasına, bütün regionun 

makroiqtisadi göstəricilərinin artmasına əhəmiyyətli töhfə verir.   

Azərbaycanın  neft  sahəsi  güclü  inkişaf  etsə  də,  digər  sahələrdə  istifadə 

edilməmiş  böyük  potensial  vardır.  Bu  sahələrlə  bağlı  transregional  layihələrin 

həyata keçirilməsi və bu istiqamətdə investisiyaların yatırılması həm Azərbaycanın 

iqtisadi  cəhətdən  inkişafına,  həm  də  çoxtərəfli  beynəlxalq  əməkdaşlıq 

münasibətlərini inkişafına təkan verəcək.  

Təbii  qazın  nəqli  ilə  bağlı  həyata  keçirilən  transregional  layihələr  də 

Azərbaycanı  böyük  regional  təchizatçıya  çevirəcək.  Bu  proses  xüsusilə  2020-ci 

ildən  sonrakı  dövrdə  tədricən  azalacaq  neft  gəlirlərini  kompensasiya  edəcək.  Bu 

istiqamətdə Azərbaycanın Rusiya üçün rəqib qismində çıxış edəcəyi gözlənilsə də, 

SOCAR  rəsmilərinin  bildirdiklərinə  görə  Azərbaycan  qazının  Avropaya  ixrac 

olunan  həcmi  Rusiyayla  rəqabət  aparacaq  səviyyədə  olmayacaq.  Lakin  əvvəldə 

deyildiyi kimi Şərq istiqamətindən böyük həcmdə qazın bizim həyata keçirdiyimiz 



74 

 

layihələr  vasitəsilə  daşınması  Azərbaycanı  regionun  vacib  tranzit  ölkəsinə 



çevirməklə bərabər, böyük tranzit gəlirləri də gətirəcək.  

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


75 

 

NƏTİCƏ 

 

Göründüyü  kimi  transregional  səviyyədə  hər  hansı  bir  layihənin  həyata 



keçirilməsi heç də asan bir iş deyil. Böyük bir ərazini əhatə etməklə bərabər, böyük 

bazarlara çıxış imkanları vəd edən layihələr üstündə güclü siyasi və iqtisadi rəqabət 

mövcud olur.  

Layihələrdən  də  başa  düşüldü  ki,  uzunmüddətli  perspektivdə  yalnız  daxili 

resurslar hesabına layihələrin planlaşdırılması düzgün deyil. Bunun bir neçə səbəbi 

var.  Birincisi,  bildiyimiz  kimi  enerji  resursları  tükənməz  deyildir.  Hər  hansı  bir 

layihəyə  başlayarkən  adətən  gələcəkdə  layihənin  genişləndirilməsi  imkanları  da 

nəzərə alınır. Necəki qeyd olunan təbii qaz layihələri üzrə gələcəkdə Türkmənistan 

və İran qazlarının da layihəyə qoşulması nəzərdə tutulurdu. İkincisi, layihələrin heç 

də  hamısı  əvvəlcədən  planlaşdırılmış  müddətdə  və  vəsait  hesabına  başa  gəlmir. 

Müxtəlif amillərin nəticəsi olaraq müddət uzana, tələb olunan investisiya həcmi isə 

yüksələ  bilər. Üçüncüsü,  layihələr planlaşdırılarkən layihəyə  mümkün  qədər  daha 

çox investorların cəlbi onların gələcək layihələrdə də iştirakına əsas yarada bilər.  

Bu illərdə Azərbaycanın enerji resurslarının ixracı və onlardan gələn gəlirlər 

əsasən  artan  istiqamətdə  getmişdir.  Bundan  əlavə  müxtəlif  layihələr  çərçivəsində 

Azərbaycana  yönəldilən  xarici  investisiyaların  həcmi  də  artmışdır.  Yalnız  son 

dövrdə  dünyada  neftin  qiymətinin  düşməsi  neft  gəlirlərimizə  də  təsir  etmişdir. 

Lakin bu vəziyyətin tezliklə stabilləşməsi gözlənilir. 

2005-ci  ildən  sonra iqtisadiyyata  yönləndirilən ümumi  investisiyanın həcmi 

təqribən  3  dəfə,  xarici  investisiyaların  həcmi  isə  2  dəfədən  çox  artmışdır.  Bu 

müddətə  neft  sahəsində  çalışanların  orta  aylıq  nominal  əmək  haqqısı  həm  dövlət, 

dəm də qeyri-dövlət sektoru üzrə 5 dəfəyədək artmışdır. 




76 

 

2005-ci  ildən  bəri  həyata  keçirilən  layihələrə  olan  böyük  tələblə  əlaqəli 



ölkədə  neft  hasilatı  2  dəfə,  yeni  ehtiyyatların  kəşfi  və  Azərbaycanın  qaz 

ixracatçısına çevrilməsiylə bərabər qaz hasilatı da 5 dəfədən çox artmışdır. 

Azərbaycan iqtisadiyyatına fikrimcə ən çox təsir etmiş layihə kimi BTC üzrə 

apardığımız  reqressiyaların  nəticəsindən  aydın  şəkildə    layihənin  ÜDM  və  onun 

tərkib hissələrinə təsiri görülmüşdür. 

Həyata keçirilmiş əsas transregional layihələrdə Azərbaycanın Gürcüstan və 

Türkiyəylə  qurduğu  üçtərəfli  əməkdaşlıq  və  tərəfdaşlıq  münasibətləri  böyük  rol 

oynamışdır. Bütün layihələr hər üç tərəfin marağı nəzərə alınmaqla reallaşdırılmış 

və bütün tərəflər üçün qazanclı olmuşdur.  

Hazırda Azərbaycan üçün daha çox Avropa bazarına çıxış maraqlı olsa da, 

paralel olaraq Şərq istiqamətində də müxtəlif işlər görülür və Asiya dövlətləri ilə 

yeni əməkdaşlıqlar qurulur. 

Azərbaycanın  əsas  məqsədlərindən  biri  də  Avropa  bazarı  üçün  enerji 

təchizatçısı  rolundan  daha  çox,  Şərqdən  Qərbə  doğru  istiqamətlənmiş  böyük  bir 

sistemdə  tranzit  ölkə  rolu  oynamaqdır.  Əgər  əvvəllər  reallaşdırılan  layihələrdə 

Azərbaycan əsasən istehsalçı rolunu oynayırdısa, gələcək layihələrdə istehsalçı ilə 

yanaşı daha çox tranzit ölkə kimi gəlirlərin artırılması nəzərdə tutulub. 

Layihələrin əksəriyyətinin neft və qaz layihələriylə bağlı olması ölkənin bir 

istqamətdən  aslılığına  səbəb  olur.  Bu  səbəbdən  son  illərdə  neft  və  qaz 

layihələrindən  gələn  gəlirlərin  və  xarici  investisiyaların  qeyri-neft  sektorunun 

fərqli istiqamətlərinə yönləndirilməsinə xüsusi diqqət yetirilməlidi.  

Belə layihələrin həyata keçirilməsi Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrlə 

inteqrasiya  proseslərinin  daha  da  dərinləşməsinə  və  genişlənməsinə  imkan 

yaradacaq.  



 


77 

 

 



İstifadə olunmuş ədəbiyyat siyahısı 

 



 

Azərbaycanın dünya iqtisadiyyatının inteqrasiya yolları  - Ç.M.Abbasov. Elm 

nəşriyyatı. Bakı - 2005. 



 

Əli  Həsənov.  Müasir  beynəlxalq  münasibətlər  və  Azərbaycanın  xarici 

siyasəti. Bakı, 2005 



 

 “Beynəlxalq  münasibətlər  nəzəriyyəsi”  -  Ağalar  Abbasbəyli,  Etibar 

Nəcəfbəyli, Bakı - 2007 



 

“Azərbaycan  Respublikasının  müasir  dünya  siyasətində  yeri  və  rolu”  - 

Hikmət Babaoğlu, Bakı-2009 



 

Ливенцев Н.Н., Костюнина Г.М., «Международное движение капитала», 

М.: Экономист, 2004; 



 

Андрианов  В.Д.  Россия:  Экономический  и  инвестиционный  потенциал. 

М., 2002; 



 

Ковалев В.В. Методы оценки инвестиционных проектов. - М.: Финансы 

и статистика, 2003. 



 

 “Баку-Тбилиси-Джейхан: от видения к реальности”, Алиев Н. А., Баку - 

2001  




 

Исмаилов Э., Полухов Э. Противостояние «старых» и «новых» игроков 

на политической карте Кавказа // Центральная Азия и Кавказ, 2004 



 

Trans-Anatolian  gas  pipeline:  Challenges  and  Prospects  for  the  Black  Sea 

countries and the Balkans, 2012 



 

Azərbaycan  Respublikasının  dövlət  statistika  komitəsi  –  Azərbaycanın 

sənayesi – statistik məcmuası 2014 



 

Center for Economic and Social Development (CESD), Baku, April 07, 2015 

-Azerbaijani Oil Income in March 2015  




78 

 



 

Center  for  Economic  and  Social  Development  (CESD),    Policy  Paper  on 

Revenue Management in Azerbaijan, Oil and Gas Revenue Management in 

Azerbaijan, November 2013  



 

Prezident  kitabxanası  –  Azərbaycan  beynəlxalq  arenada-Musa  Qasımlı  və 

Elmira Hüseynovanın 

 



Dövlət Statistika Komitəsi - 

www.stat.gov.az

 



 



http://www.azerbaijan.az/portal/Economy/OilStrategy

 



 

Azərbaycan 

Respublikası 

İqtisadi 

İnkişaf 

Nazirliyi 

http://www.economy.gov.az/index.php?lang=az



 

 



www.bp.com

 



 

http://www.socar.az/socar/az/home/

 



 



Beynəlxalq Valyuta Fondu - 

imf.org


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



79 

 

Referat 

İnteqrasiya  proseslərinin  getmə  istiqamətləri  haqda  danışarkən  ölkələrarası 

əlaqələrin  əhəmiyyəti  xüsusilə  qeyd  olunmalıdır.  Bu  əlaqələr  özünü  müxtəlif 

səviyyələrdə biruzə verir ki, transregional layihələrin həyata keçirilməsi  əlaqələrin 

inkişafı və genişləndirilməsi məqsədilə bugün ən geniş istifadə olunan üsullardan 

biridir.  

Azərbaycanda  həyata  keçirilən  transregional  layihələrin  Azərbaycan  üçün 

əsas faydaları ölkənin regionda və ən əsası Avropada tanınmasına şərait yaradaraq 

ölkəmizə  etibarlı  bir  əməkdaş  reputasiyayı  formalaşdırmasıdır.  Bütün  bunlar 

gələcəkdə  daha  geniş  coğrafi  əraziləri  və  yeni  bazarları  əhatə  edən  transregional 

layihələrin reallaşdırılması üçün əsas yaratmışdır.  



 

Təkcə bunu qeyd etmək kifayətdir ki, Avropa bazarının böyük həcmdə təbii 

qaz ehtiyatlarına olan ehtiyacının qarşılanması üçün çoxlu sayda müxtəlif layihələr 

təklif olunmuşdur. Eyni bir hədəfə istiqamətlənmiş bir neçə layihə arasında seçim 

edərkən layihənin iqtisadi səmərəliliyi, siyasi və s. amillər nəzərə alınır. Layihə 

təklif olunarkən layihənin iştirakçılarının hər birinin maraqlarının maksimum 

dərəcədə hesaba alınması vacibdir. Daha qısa müddətdə, daha təhlükəsiz həyata 

keçirilməyə imkan verən layihələr üstünlüyə malikdir. 

Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  dünyada  və  regionda  gedən 

proseslərdə  aktiv  iştirak  etmiş,  xarici  iqtisadi  əlaqələrində  öz  strategiyasını 

yürütməyə  başlamışdır.  “Əsrin  müqaviləsi”  imzalandıqdan  sonra  bu  strategiya 

əsasən  neft  istiqamətində  yönlənmişdir.  Azərbaycan  artıq  bu  proseslərdə  iştirak 

etməklə qalmır, əhəmiyyətli transregional layihələrin təşkilatçısı kimi də çıxış edir.   

Azərbaycanın  enerji  resursları  ilə  bağlı  layihələri  Bakı-Supsa  və  Bakı-

Novorossiysklə başlamış, daha sonra Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-

Tbilisi-Qars dəmiryolu xətti kimi daha iri həcmli layihələrlə davam etdirilmişdir.  




80 

 

Avropa da Rusiyadan aslılığın azaldılması və enerji ehtiyyatlarının nəqlinin 



diversifikasiya  və  təhlükəsizliyinin  təmin  olunması  məqsədilə  Azərbaycanla 

əməkdaşlıqda  və  ortaq  layihələrin  həyata  keçirilməsində  maraqlıdılar.  Avropa 

Birliyi  müxtəlif  layihələr  çərçivəsində  (INOGATE,  TACIS  və  s.)  Azərbaycanda 

infrastrukturun  inkişafı,  enerji  təhlükəsizliyi,  resursların  nəqliylə  bağlı  tədbirlərə 

vəsait ayrılaraq dəstək verilməkdədir. 

Şahdəniz yatağının hasilata başlamasından sonra Azərbaycan dünyada yalnız 

neft  deyil,  həmçinin  qaz  ixracatçısı  kimi  də  tanınmışdır.  Bakı-Tbilisi-Ərzurumu 

qaz kəmərinin istismara verilməsiylə ölkəmiz özünü fərqli istiqamətdə də sınamış 

oldu. Bu sınaqdan uğurla keçdikdən sonra daha böyük bazarlara hədəflənmək üçün 

paralel olaraq yeni yataqların araşdırılması da aparılmışdır. Avropaya qaz nəqliylə 

bağlı  ilk  əvvəl  Nabucco  layihəsiylə  başlayan  danışıqlar,  sonra  daha  real  görünən 

TANAP,  TAP  və  daha  bir  neçə  layihələrlə  davam  etdirilmişdir.  Bu  kəmərlərin 

Avropada  artıq  mövcud  olan  sistemlə  əlaqələndirilməsi  nəticəsində  Azərbaycan 

demək olar ki, Avropa bazarının böyük bir hissəsinə çıxış əldə edə bilər. 

Azərbaycan inteqrasiyasını yalnız Qərb – Avropa istiqamətində deyil, Şərq – 

Asiya  istiqamətində  də  genişləndirmişdir.  Tarixi  İpək  yolunun  bərpası  və  başqa 

layihələr 

istiqamətində 

Asiya 

dövlətləri 



ilə 

də 


əməkdaşlıq  əlaqələri 

genişlənməkdədir.  

Azərbaycanda  belə  böyük  layihələrin  həyata  keçirilməsi  ölkənin    region  və 

dünyada  nüfuzunu  artırmaq  və  ölkənin  iqtisadi  rifah  səviyyəsinin  yüksəlməsi 

baxımından əhəmiyyətlidir. 

 

  



 

 



81 

 

Резюме 

Говоря  о  направлениях  интеграционных  процессов,  следует  особо 

отметить  важность  отношений  между  странами.  Эта  связь  проявляется  на 

разных уровнях. Сегодня реализация транс-региональных проектов является 

одним  из  наиболее  широко  используемых  методов  развития  и  расширения 

этих отношений. 

Главные преимущества трансрегиональных проектов,  осуществляемых 

в Азербайджане, это признание страны в регионе, а самое главное в Европе, и 

формирование  репутации  надежного  партнера.  Все  это  в  будущем  создаст 

основу  для  трансрегиональных  проектов,  охватывающих  широкие 

географические районы и новые рынки.  Достаточно 

сказать, 

что 


для 

удовлетворения  потребностей   европейского  рынка  в  крупных  объёмах 

природного газа , были предложены ряд различных проектов. 

 

При выборе между несколькими проектами, направленными на одну и 



ту же цель, принимается во внимание экономическая эффективность проекта, 

политические  и  другие  факторы.  При  предложении  проектов  важно 

максимально  принимать  во  внимание  интересы  всех  участников  проекта. 

Проекты,  которые  позволяют  реализовать  за  более  короткое  время  и  более 

безопасно, имеют преимущество.   

Азербайджан  после  обретения  независимости  приняла  активное 

участие  в  процессах,  идущих  в  мире  и  в  регионе,  осуществляя  свою 

стратегию  внешнеэкономических  связей.  После  подписания  "Контракта 

века»  эта  стратегия  в  основном  ориентирована  на  нефть.  Азербайджан 

выступает  не  только  участником  этих  процессов,  но  и  организатором 

крупных трансрегиональных проектов.    

Проекты,  связанные  с  энергетическими  ресурсами  Азербайджана 

начались  с   Баку-Супса  и  Баку-Новороссийск  ,  и  продолжаются 



82 

 

такими  крупно-масштабными проектами как Баку-Тбилиси-Джейхан и Баку-



Тбилиси-Карс. Европа заинтересована в сотрудничестве с Азербайджаном и 

в  реализации  совместных  проектов   с  целью  диверсификации  источников 

энергетических ресурсов, обеспечения безопасности и снижения зависимости 

от российских поставок. 

В рамках различных проектов Европейского союза (INOGATE, TACIS, 

и  т.д.)  вложены  инвестиции  в  поддержку  развития  инфраструктуры 

Азербайджана, энергетической безопасности, и транспортировки ресурсов.   

После начала добычи нефти с месторождения Шах-Дениз,  Азербайджан стал 

известен в мире не только как экспортер нефти, но также и газа. 

Постройкой 

газопровода 

Баку-Тбилиси-Эрзурум 

наша 

страна 


потвердила себя в другом направлении. После успешного испытания с целью 

выйти  в  более  крупные  рынки,  параллельно  были  проведены  исследования 

новых  месторождений.  В  начале  были  проведены  переговоры  по 

транспортировке  газа  в  Европу  начавшиеся  проектом  Nabucco,  далее 

продолжались более реалистичными TANAP, TAP и рядом других проектов. 

В результате связывания этих трубопроводов с уже существующими в 

Европе  системами,   можно  получить  доступ  к  значительной  части 

европейского рынка.  Азербайджан расширил свою интеграцию не только в 

направлении  Запада  -  Европы,  но  и  Востока  -  Азии.  Возрождение 

исторического  Шелкового  Пути  и  другие  проекты   направлены  на 

расширение сотрудничества с азиатскими странами. 

Реализация  таких  крупных  проектов  в  Азербайджане  важна  с  точки 

зрения  увеличения  влияния  страны  в  мире  и  в  регионе,  и  повышение 

экономического благосостояния. 

 



83 

 

Summary 

When  speaking  about  the  movement  directions  of  integration  process  the 

importance  of  relations  between  countries  was  emphasized.  This  relationship 

appears  in  different  levels  as  for  the  purpose  of  the  realization  of  trans-regional 

projects, development and expansion of relations which are one of the most widely 

used methods today. 

The main benefits of trans-regional projects carried out in Azerbaijan is the 

fact of positively recognition in the region and most importantly in Europe with the 

reputation of a reliable partner. All this factors have formed base for the realization 

of trans-regional projects in the future, covering a wider geographic areas and new 

markets. 

It  is vital to notify  that  a number  of different  projects have been  offered to 

meet the needs of large volumes of natural gas reserves of European market. When 

making  the  choice  between  several  projects  aimed  at  the  same  goal,  the  project's 

economic  efficiency,  political  factors  and  so  on.  are  taken  into  account.  When 

proposing the project it is important to maximize the interests of all participants in 

the project. 

After  Azerbaijan  gained  its  independence,  the  active  participation  in  the 

world  and  in  the  region  have  started  to  pursue  its  strategy  of  foreign  economic 

relations. After signing the "Contract of the Century" this strategy is focused on the 

oil. Azerbaijan not only acting part as a partner in this processes but olso plays its 

role as an organizer. 

Energy resources projects of Azerbaijan have started with, Baku-Supsa and 

Baku-Novorossiysk, then the Baku-Tbilisi-Ceyhan oil pipeline, and continued with 

such as large-scale projects like Baku-Tbilisi-Kars railway. 




84 

 

For  the  purpose  of  diversifying  energy  resources,  ensuring  the  safety  and 



reducing dependence on Russian supplies Europe is also interested in cooperation 

with  Azerbaijan  in  the  implementation  of  joint  projects.  Within  the  various 

projects, the European Union (INOGATE, TACIS, etc.) also supports Azerbaijan's 

infrastructure by financing acts of development, energy security, resources support 

events. 

After the start of Shah Deniz field project world recognized Azerbaijan not 

only as an oil producer but also as a main gas exporter. With the supply of the gas 

pipeline Baku-Tbilisi-Erzurum, country tried its hand in a different direction. After 

successfully  passing  this  test  investigation  of  to  the  new  fields  have  been  carried 

out  in  order  to  target  larger  markets.  Firstly,  the  talks  about  the  Nabucco  project 

related  to  gas  export  to  Europe,  then  a  more  realistic-looking  TANAP,  TAP  and 

several  other  projects  were  in  progress.  As  a  result  of  the  linking  system  of 

pipelines  with  the  one  already  existing  in  Europe,  Azerbaijan  can  almost  gain 

access to a large portion of the European market. 

Azerbaijan  extended  its  integration  not  only  into  the  Western  Europe 

direction, but also into the direction of Eastern Asia. Rebuilding of Historical Silk 

Road and other projects are aimed to expanding cooperation with Asian countries. 

Organization  of  such  a  large  scaled  projects  in  Azerbaijan  is  important  to 

enlarge the status of country within the region and in the world and increasin the 

country's economic well-being.  



 

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə