Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix22.07.2018
ölçüsü1,22 Mb.
#57839
1   2   3   4   5   6   7   8   9   ...   24

 

tutulur.  İnteqrasiya  proseslərinin  inkişafında  lazımi  effekti  təmin  etmək  üçün  bu 



tələblərə cavab verilməsi vacibdir. 

İnteqrasiyanın problemləri texniki-hüquqidən daha çox sosial-iqtisadi səthdə 

yerləşir. Uğurlu iqtisadi inteqrasiyanın əsas tələblərindən biri bərabərlik və ölkələri 

birləşdirən yüksək səviyyədə sosial-iqtisadi inkişafdır.   

Regional iqtisadi inteqrasiyası özündə stabil iqtisadi əlaqələrin formalaşması 

və  milli  təsərüfatların  əmək  bölgüsü  proseslərini  əks  etdirir.  Bu  proseslər  xarici 

iqtisadi  mübadilə  və  istehsal  sahəsini  əhatə  edərək  milli  təsərüfatların  bir-biriylə 

yaxından birləşməsinə və regional miqyasda yeni vahid təsərrüfatın yaradılmasına 

gətirir. 

İqtisadi  inteqrasiya  prosesi  çox  çətin  və  ziddiyətlidir.  Baxmayaraq  ki,  əsas 

inteqrasiya səbəbi milli təsərrüfatların çərçivələrindən çıxmış yüksək inkişaf etmiş 

istehsalat  faktorlarına  olan  tələblərdir,  o  yalnız  iqtisadi  deyil,  həmçinin  siyasi 

səbəblərlə  də  şərtlənir.    Tarixən  bu  prosesdə  iqtisadi  və  siyasi  faktorların  nisbəti 

müxtəlif mərhələlərdə dəyişmişdir.  

Təcrübə  və  nəzəri  araşdırmalar  göstərir  ki,  bazarların  regional  inteqrasiya 

vasitəsilə  genişlənməsi  iştirakçı  ölkələr  üçün  istehsal  miqyasında  əhəmiyyətli 

dərəcədə qənaətə səbəb olur.   

İnteqrasiya  birliyi  çərçivəsində  konkret  qarşılıqlı  əlaqə  formaları  iştirakçı 

ölkələrin  təsərrüfatlarının 

inkişaf  səviyyələrindən  aslıdır.  Bu  ölkələrin 

xüsusiyyətləri  müvafiq  olaraq  regional  iqtisadi  inteqrasiya  proseslərinin  forma, 

xarakter və hərəkətverici qüvvələrinə təsir edir.  

Qloballaşma indi elə bir səviyyəyə çatıb ki, bu prosesdə  iştirak etmək artıq 

zəruri  hala  gəlib.  Xüsusilə də bizim  kimi  kiçik  ölkələr  üçün.  Qloballaşma 

sayəsində  beynəlxalq  kapital  bazarlarına  daxil  olaraq  ölkələr  ehtiyac  duyduqları 

kapitalı cəlb edərək daha yüksək investisiya səviyyəsinə və iqtisadi artıma nail ola 

bilərlər.  



 

Təbii  ki,  hər  bir  şeyin  olduğu  kimi  qloballaşmanın  da  müsbət  cəhətləriylə 



yanaşı,  mənfi  cəhətləri  də  mövcuddur.  Lakin  ölkə  düzgün  iqtisadi  alətlərdən 

istifadə  edərək,  düzgün  vaxtda  düzgün  seçimləri  edərək  qloballaşmanın  bütün 

təsirlərinin  müsbət  tərəfindən  yararlana  bilər.  Dövlətin  beynəlxalq  iqtisadi 

münasibətlərdə  fəal  iştirak  edərək  inteqrasiya  proseslərini  sürətləndirməsi, 

beynəlxalq  əmək  bölgüsünü  daha  da  dərinləşdirməsi  üçün  daxili  qanunvericiliyi 

dünya standartlarının tələbləri ilə maksimum dərəcədə uyğunlaşdırmalıdır. 

Dünya  dövlətləri  iqtisadi,  təbii  və  maddi  resursları  cəhətdən  bir-birindən 

müxtəlifliyinə  görə  seçilir.  Bu  fərqlərə  baxmayaraq  ölkələrin  coğrafi  yerləşməsi, 

mövqeyi,  əmək  ehtiyatlarına  və  s.  göstəricilərə  görə  çox  ortaq  cəhətləri  də  var. 

Ölkə  iqtisadiyyatları  nə  qədər  ayrılıqda  formalaşsalar  da,  dünya  iqtisadiyyatının 

subyekti  kimi  daim  qarşılıqlı  aslılıq    mövcuddur.  Beləliklə,  müasir  şəraitdə 

ölkələrarası münasibətlərdə beynəlxalq iqtisadi inteqrasiya mühüm rola malikdir.  

 

 

 



 

 

 



 

 

 



 

 



 

1.2. Transregional layihələrin dünya iqtisadiyyatında rolu 

 

 

Hazırda  dünya  iqtisadiyyatında  gərgin  rəqabət  şəraiti  hökm  sürür.  Belə  bir 



vəziyyətdə  qloballaşmada  iştirak  edən  hər  bir  dövlət  regional  və  beynəlxalq 

əlaqələrini genişləndirməyə çalışır. Bu məqsədlə müxtəlif transregional layihələrin 

həyata keçirilməsi çox effektiv bir alətdir. Bu səbəbdən ölkələr daha çox və daha 

faydalı  transregional  layihələrə  onların  da  daxil  edilməsi  marağındadırlar.  Bəzən 

müəyyən  bir  hədəf  üçün  bir  neçə  fərqli  alternativ  layihə  imkanları  olur.  Hər  bir 

layihənin  reallaşdırılmasında  müəyyən  ölkələrin  özünə  uyğun  mənafeləri  var  və 

layihələrin seçimi zamanı maksimum yararlana biləcəyi, iqtisadi və siyasi cəhətdən 

daha uyğun olan layihələrə üstünlük verilir.  

Azərbaycanın  iştirak  etdiyi  layihələrlə  yanaşı  həm  şərq,  həm  də  qərb 

istiqamətində  qonşu  və  region  dövlətləri  müxtəlif  transregional  layihələr  həyata 

keçirir. Bu layihələrdə hazırda ölkəmizin iştirakı nəzərdə tutulmasa da, gələcəkdə 

müxtəlif  nisbətən  kiçik  həcmli  başqa  dövlətlərin  layihələri  genişlənərək 

Azərbaycan  və  digər  dövlətləri  də  özünə  aid  edə  bilər.  Artıq  ayrı-ayrı  regionları 

əlaqələndirən müxtəlif transregional layihələr öz aralarında əlaqələndirilərək vahid 

transkontinental layihələrə çevrilə biləcəklər. Bu səbəbdən bütün qeyd olunanların 

reallaşması  mərhələsinə  çatanadək  mümkün  qədər  çox  və  geniş  transregional 

layihələrin həyata keçirilməsi vacibdir.  

Regional əməkdaşlığı genişləndirmək və iqtisadi sabitliyi möhkəmləndirmək 

üçün Avropa Birliyi müxtəlif layihələri dəstəkləyir. TACIS proqramı 1991-ci ildə, 

keçmiş  Sovetlər  Birliyinin  12  dövlətinə  və  Monqolustana  texniki  dəstəyi  təmin 

etmək üçün yaradılmışdır.  

TRASECA  layihəsi  (Avropa-Qafqaz-Asiya  nəqliyyat  dəhlizi)  1993-cü  ilin 

mayında  Brüsseldə  8  təsisçi  dövlətin  (5  Mərkəzi  Asiya  və  3  Cənubi  Qafqaz 

dövlətləri) ticarət və nəqliyyat nazirlərinin konferensiyasında əsası qoyulmuşdur.   




Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə