Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix22.07.2018
ölçüsü1,22 Mb.
#57839
1   2   3   4   5   6   7   8   9   ...   24

10 

 

TRASECA-nın məqsədi qeyd olunmuş dövlətlərin iqtisadi və siyasi  müstəqilliyini 



dəstəkləmək,  onların  alternativ  nəqliyyat  yolları  vasitəsilə  Avropa  və  dünya 

bazarlarına  çıxış  imkanlarını  artırmaq  və  iştirakçı  ölkələrin  öz  aralarında  gələcək 

regional  əməkdaşlığının  stimullaşdırılmasıdır.  Bununla  yanaşı  layihədən  iştirakçı 

dövlətlərə  investorlar  və  beynəlxalq  maliyyə  təşkilatlarının  cəlb  edilməsi  üçün 

istifadə  etmək  də  əsas  hədəflərdəndir.  Layihə  çərçivəsində  gələcəkdə  TRASECA 

nəqliyyat 

dəhlizinin 

Trans-Avropa 

şəbəkələri 

ilə 


inteqrasiyasısının 

optimallaşdırılması da nəzərdə tutulub. 



 

Şəkil 1. TRACECA layihəsi 

 

 

Bu  regional  inteqrasiya  layihəsi  yalnız  yeni  Avrasiya  nəqliyyat  dəhlizinin 

yaradılmasını  nəzərdə  tutmur,  həmçinin  dünyanın  ən  böyük  qitəsində  iqtisadi 

qarşılıqlı əlaqənin möhkəmləndirilməsi hədəfini daşıyır.  

TRASECA  layihəsi  digər  mövcud  marşrutlardan  daha  cəlbedicidir.  Təkcə 

bunu  qeyd  etmək  kifayətdir  ki,  Yokohamadan  (Yaponiya)  əsas  iri  Qərbi  Avropa 

limanlarınadək  (Rotterdam,  Hamburq,  Antverpen  və  s.)  olan  əsas  transokean 

marşrutu  üzrə  məsafə  TRASECA  marşrutuyla  müqayisədə  2  dəfə  uzundur.  Bu 

layihənin  inkişafı,  marşrutun  keçdiyi  ölkələrdə  tranzitin  inkişafı,  sözsüz  ki, 

gələcəkdə  istehsalın  artmasına  və  bu  regionlarda  əhalinin  məşğulluq  səviyyəsinin 

artmasına  da  səbəb  olacaq.  Hansı  tipli  iqtisadi  və  ya  siyasi  dəyişiklər  olsa  da 

TRASECA  dəhlizinin  öz  nəqliyyat  şəbəkəsi  ilə  mövcudluğu  əlverişli  investisiya 



11 

 

mühiti  yaradaraq,  həm  regional,  həm  də  transregional  inteqrasiya  proseslərinə 



müsbət təsir edən uzunmüddətli stabilləşdirici faktor olaraq qalacaq. 

21-ci  əsrdə  telekommunikasiya  və  informasiya  proseslərinin  sürətli 

inkişafıyla eyni zamanda ümumdünya internet şəbəkəsi üzərindən gedən elektron 

ticarətin  də  inkişafını  nəzərə  alaraq,  qeyd  etmək  lazımdır  ki,  bu  kontekstdə 

nəqliyyatın  rolu  daha  da  artır.  Elektron  satışların  satışındasa  əsas  məsələ  sifariş 

olunmuş  məhsul  və  yüklərinin  çatdırılması  sürətidir.Bununla  yanaşı,  çoxlu  sayda 

faktorları da analiz etmək lazımdır: yükərin çatdırılmasının sürət və təhlükəsizliyi, 

qətt  edilməli  olan  məsafə,  nəqliyyat  növü.  Bununla  bağlı  nəqliyyat  xidmətləri 

bazarında  birinci  plana  tranzitlik  aspekti  çıxır  ki,  yeni,  daha  qısa  marşrutlar, 

rəqabətədavamlı tariflər, tranzit daşınmanın uyğun xidmət səviyyəsi və s. – tranzit 

daşınmalarında  hamıya  məlum  olan  “kommersiya  üçbucağı”  (Vaxt  –  Xidmət  – 

Tarif). Eyni zamanda, dəniz nəqliyyatı transokean marşrutlarında öz pozisiyalarını 

qoruyub saxlayacaq.  

 

Geniş  nəqliyyat  şəbəkəsi  olan  istənilən  nəqliyyat  dəhlizinin  yaradılması  və 



inkişafı  yalnız  ayrı-arılıqda  dəhlizin  keçdiyi  ölkələrin  yük  daşınmalarının 

artacağını  nəzərdə  tutmur.  Çünki  beynəlxalq  nəqliyyat  dəhlizinin  tranzit 

yükdaşınmasının  hərəkəti  və  paylanması  transregional  və  çoxfaktorlu  koordinat 

sistemində təşkil olunur və fəaliyyət göstərir. 

TRASECA  nəqliyyat  dəhlizinin  rəqabətədavamlılığını  artırmaq  üçün  yeni 

yükdaşımaların  cəlb  edilməsi  məqsədilə  nəqliyyat  komplekslərinin  əhəmiyyətli 

modernizasiyası  tələb  olunacaq.  Mərhələli  modernləşdirmə  və  nəqliyyat 

infrastrukturunun  və  onun  komplekslərinin  inkişafı  üçün  TRASECA  layihəsi 

ölkələrinə  lazım  olan  ümumi  investisiyanın  təxmini  həcmi  50  mlrd.  dollardan 

çoxdur.  Müqayisə  üçün  Çin  son  illərdə  analoji  məsələlərin  həllinə  30  mlrd. 

dollardan çox vəsait xərcləmişdir. 

TRASECA  ölkələrinin  tarixinə  nəzər  yetirsək  görə  bilərik  ki,  yalnız  daxili 

maliyyə  resurslarının  və  Beynəlxalq  Maliyyə  İnstitutlarının  kreditlərinə  hesabına 

böyük  miqyasda  nəqliyyat  infrastrukturunun  yenilənməsi  olduqca  çətindir.    Özəl 

investorların  öz  investisiya    biznes-planlarının  reallaşdırılması  üçün  mühafizəkar 



12 

 

və  planlaşdırıla  bilən  şərtlərin  yaradılması  vacibdir.  Bu  investisiya  mühitinin 



cəlbediciliyi  səviyyəsinin  əsas  indikatorlarındandır.  Həmçinin,  özəl  investorların 

nəqliyyat  infrastrukturunun  inkişafı  və  modernləşdirilməsinə  yönləndirilmiş 

birləşdirici  regional  investisiya  biznes-planlarında  iştirakı  gələcəkdə  həlledici 

əhəmiyyət daşıyacaq.  

INOGATE (INterstate Oil and GAs Transportation to Europe) layihəsi 1995-ci 

ildə  Avropaya  neft  və  qazın  dövlətlərarası  ixracına  Avropa  Birliyinin  dəstək 

mexanizmi  kimi  reallaşdırılmağa  başlanılmışdır.  Layihə  çərçivəsində  Avropa 

birliyi  yeni  müstəqillik  əldə  etmiş  ölkələrə  maliyyə  dəstəyi  göstərmişdir. 

Azərbaycan da daxil olmaqla 15 ölkə 1999-cu ilin iyulunda dövlətlərarası Çərçivə 

Sazişi imzalanmışdır. 

Layihə 2006-cı ilədək TACIS proqramı tərəfindən, 2007-ci ildən isə Avropa 

Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) tərəfindən maliyyəlləşdirilməkdədir.  

Layihənin  əsas  hədəfləri  iştirakçı  ölkələrdə  şəffaf  enerji  bazarlarının 

yaradılması,  həmin  bazarların  Avropa  Birliyinin  enerji  bazarı  ilə  inteqrasiyasının 

gücləndirilməsi,  enerji  təchizatının  təhlükəsizliyinin  artırılması  və  investisiyaların 

cəlb  olunmasıdır.  Bundan  əlavə  mövcud  infrastrukturun  bərpa  edilməsi  və 

müasirləşdirilməsi,  ətraf  mühit  üçün  daha  zərərsiz  və  enerji  qənaətli  sistemlərə 

dəyişdirilməsi,  bütün  iştirakçılar  üçün  iqtisadi  və  ətraf  mühitin  qorunması 

baxımından  maraq  kəsb  edən  layihələrin  maliyyələşdirilməsinin  təşviq  edilməsi 

sahələrində  hüquqi  və  texniki  standartların  uyğunlaşdırılması  da  prioritet 

mövzulardandır. 

Çinin güclü və stabil iqtisadiyyatı hesabına Çin investorları qlobal səviyyədə 

aktiv  və  vacib  rol  oynayırlar.    Çinin  fərqli  sahələrdə  olan  böyük  potensialı  həm 

yerləşdiyi region, həm Avrasiya, həm də bütün dünya üçün olduqca vacibdir. Son 

illərdə  Orta  Asiyada  möhkəmlənməyə  başlayan  Çin  bu  istiqamətdə  tarixi  İpək 

yolunun  dirçəldilməsi  üzrə  mühüm  tədbirlər  həyata  keçirməkdədir.  Xüsusilə  Si 

Tszinpinin 2012-ci ildə rəhbərliyə gəlməsindən sonra bu mövzu yenidən gündəmə 

gəldi.  2013-cü  ildə  Tszinpin  yeni  “İpək  yolu  iqtisadi  kəməri”-nin  yaradılmasıyla 




Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə