Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix22.07.2018
ölçüsü1,22 Mb.
#57839
1   2   3   4   5   6   7   8   9   ...   24

13 

 

bağlı  təklifi,  Çinin  həm  iqtisadi,  həm  də  siyasi  və  hərbi  baxımdan  Orta  Asiyada 



möhkəmlənməsinə  imkan  yaradacaq.  Bu  layihə  Çinin  Xəzər  dənizi  vasitəsilə 

Azərbaycana  və  oradan  da  Aralıq  dənizi  hövzəsinə  çıxış  əldə  etməsinə  imkan 

verəcək.  Bu  istiqamətdə  Bakı-Tbilisi-Qars  dəmir  yoluna  Çin  də  böyük  maraq 

göstərir.  BTQ   işə  düşdükdən  sonra  Çin  Orta  Asiya  ərazisindən  istifadə  etməklə 

ildə  milyonlarla  ton  Avropa  bazarına  əmtəə  göndərə  biləcək.  BTQ-in  fəaliyyətə 

başlaması  Çinin  “İpək  Yolu  İqtisadi  Kəməri”  layihəsinin  reallaşdırılmasına təkan 

verəcək.  Çin  hazırda  BTQ  dəmiryoluna  qoşula  bilmək  üçün  Orta  Asiyada  yeni 

dəmiryolları  inşa  etməkdədir.  Ümumi  uzunluğu  1100  kilometr  olacaq  yeni 

dəmiryolunu Çin  üçün  Avropaya  açılan  pəncərə  adlandıra  bilərik.  Layihənin 

reallaşdırılması  Çinin  Avropayla  münasibətlərinin  genişləndiirlməsi  və  ümumi 

ticarətin  həcminin  artmasına  təsir  edəcək.  Çin  rəhbərliyinin  layihə  ilə  bağlı 

məqsədlərinin  ciddiliyini  iqtisadi  kəmərin  tikintisi  Çin  Xalq  Respublikasının 

sistem müəyyənləşdirici siyasi sənədlərinə - 2015-ci il üçün sosial-iqtisadi inkişaf 

planı və hökümətin işi haqda hesabat daxil edilib. Orada qeyd olunub ki, İpək yolu 

iqtisadi  kəməri  Çinin  gələcəkdəki  beynəlxalq  əməkdaşlıqlarının  inkişafında  əsas 

alətlərdən  biri  olacaq  və  bu  inisiativin  həyata  keçirilməsi  Çinin  2015-ci  ildəki 

xarici  siyasi  fəaliyyətinin  əsas  nəzər  nöqtəsi  olacaq.  Bu  böyük  layihənin  hətta 

2016-cı  ildə  qəbul  olunacaq  “13-cü  beşillik”  planına  salınacağı  da  təsdiqlənib. 

TRASECA  layihəsindən  fərqli  olaraq  hələki  Rusiyanın  da  İpək  yoluna  qoşula 

biləcəyi  bildirilir.  TRASECA  layihəsinin  həyata  keçirilməsində  ABŞ-ın  da 

maraqları olduğundan, həmin layihəyə Rusiyanın da aid ediləcəyi gözlənilmirdi. 

İpək  yolunun  dirçəldilməsi  üzrə  layihələr  çərçivəsində  Qazaxıstan  da 

müəyəən  tədbirlər  həyata  keçirməyə  hazırlaşır.  Ölkənin  qərbindəki  Aktau  dəniz 

limanı  genişləndiriləcək  və  Aktobedə  yeni  logistika  mərkəzi  tikiləcək.  Bu 

obyektlər Qazaxıstanın Avropaya çıxışı üçün qərb darvazaları olacaq. Çin üçün də 

layihədə  Qazaxıstanın  iştirakı  vacibdir.  Çinlə  həmsərhəd  olan  üç  Mərkəzi  Asiya 

dövlətindən məhz Qazaxıstan daha cəlbedicidir. Birincisi, Qazaxıstanda likvid təbii 

resurslar  daha  çoxdur,  Qırğızıstanda  azdır,  Tacikistandasa  az  olmağıyla  yanaşı, 




14 

 

onları əldə etmək də daha çətindir.  İkincisi, Qazaxıstan Çinlə həmsərhəd olmayan 



Mərkəzi  Asiya  dövlətləri  –  Özbəkistan  və  Türkmənistanla  həmsərhəddir.  Deməli, 

onun  ərazisindən  həmin  dövlətlərin  bazarına  da  çıxış  əldə  etmək  olar.    Çinin 

Türkmənistan qazıyla bağlı da böyük planları var. Üçüncüsü isə, ərazisinin relyefi 

daha  çox  düzənlikdən  ibarət  olduğundan  dəmiryollarının  çəkilişi  daha  ucuz  başa 

gələcək.  Sonunda  isə,  Mərkəzi  Asiya  dövlətlərindən  iqtisadi  cəhətdən  Qazaxıstan 

daha güclü inkişaf etmiş struktura malikdir. 

“Böyük  İpək  Yolu”  layihəsinin  həyata  keçirilməsi  üçün  OPEK  fondu, 

Avropa  Yenidənqurma  və  İnkişaf  Bankı,  İslam  İnkişaf  Bankı  və  digər  xarici 

qurumlar   maliyyə  vəsaitləri  ayırmışdır.  “Böyük  İpək  Yolu”nun  503  km  –  lik 

hissəsi  Azərbaycan  ərazisindən  keçəcək  olan  Bakı  –  Ələt  –  Qazıməmməd 

magistralınn  tikintisi  yerli  şirkətlərlə  yanaşı,  Türkiyə  və  İtaliya  şirkətləri  həyata 

keçirir. 

Dünya  Bankı  da  “Böyük  İpək  Yolu”  layihəsinin  maliyyələşdirilməsi  üçün 

Azərbaycana  kredit  ayırıb.  Dünya  Bankının  maliyyələşdirdiyi  "Qafqaz  Magistral 

Yolları  Layihəsi"  çərçivəsində  Gəncə-Şəmkir  avtomobil  yolunun  bərpası  və 

yenidən qurulması işləri aparılıb. Bu yolun tikintisi üçün Dünya Bankı $7 milyon, 

Şəmkir – Qazax magistral yolunun tikintisi üçün isə $33 milyon kredit ayırmışdır.  

Son illərdə Çinin Qazaxıstanla neft, enerji və infrastruktur sahələrində birgə 

əməkdaşlıq  layihələri  artmaqdadır.  2006-cı  ildə  Qazaxıstan-Çin  neft  nəqliyyat 

layihəsinin  ikinci  sırası  olan  illik  10  mln.  ton  gücə  malik  Atasu-Alaşankou  neft 

boru  kəməri  istifadəyə  verilmişdir.  2013-cü  ildə  keçiricilik  qabiliyyəti  20  mln. 

tonadək artırılmışdır. Qazaxıstanda neft və qaz kondensatının hasilat həcmi 2013-

cü ildə 81, 73 mln. ton (3,2% artım), ixrac həcmi isə 72,08 mln. ton (2012-ci ildə 

68,6 mln. ton) olmuşdur.  

Qazaxıstan  yeni  “Beyney-Jezkazqan”  dəmir  yolunun,  habelə  Çindən  İran 

körfəzi  və  Qafqaz  istiqamətində  tranzit  imkanlarını  maksimum  cəlb  etmək  üçün 

Çinə  ikinci  keçidin  tikintisinə  böyük  vəsait  yatırıb.  Bu  iki  layihənin  həyata 



15 

 

keçirilməsi  və  Aktau  limanının  genişləndirilməsi  Qafqaz  istiqamətində  böyük 



nəqliyyat axını cəlb etməyə şərait yaradacaq. 

Bugün  Avropa  və  Çin  arasında  əmtəə  dövriyyəsi  təxminən  600  mlrd. 

dollardır. Bu yüklərin əsas hissəsi dəniz vasitəsilə nəql edilir. Əmtəələrin Mərkəzi 

Asiyadan və Cənubi Qafqazdan daşınmasını nəzərdə tutan İpək yolu, məhsulların 

nəqliyyatı  müddətini  2  dəfədən  daha  artıq  12-15  günə  qədər  azaltmaq  imkanı 

verəcək.  Əgər  bu  layihə  gələcəkdə  Avropa-Çin  əmtəə  dövriyyəsinin  heç  olmasa 

10%-i  özünə  çəkə  bilsə,  hər  bir  tranzit  ölkə  üçün  yaxşı  qazanc  olacaq.  Bununla 

yanaşı  Avropayla  Çin  arasındakı  əmtəə  dövriyyəsinin  də  sürətli  artım  tempini 

nəzərə almaq lazımdır.  

2013-cü  ildə  Rosneft  Kazmunayqaz  və  Kaztransoyl  şirkətləri  ilə 

Qazaxıstanın  əzasizindən  illik  7  mln.  ton  (10  mln.  tonadək  artırılma  imkanıyla) 

neftin nəqliyə bağlı müqavilə imzaladı. Çin özü də Qazaxıstandan keçən marşrutda 

maraqlıdır, çünki Çinin CNPC şirkəti Atasu-Alaşankou neft boru kəmərinin 50%-

in  sahibidir.  Bu  kəmər  isə  hazırda  tam  gücü  ilə  yüklənməyib  və  öz  bütün 

potensialından istifadə edilmir. 

Son illər ərzində Türkmənistan qazının tədarükü üçün İrana ikinci qaz xətti, 

Çinə isə üç beynəlxalq qaz kəməri inşa edilib. Hazırda boru kəmərinin dördüncü 

xəttinin  inşasına  hazırlıq  gedir.  Perspektivdə  beynəlxalq  və  regional  əhəmiyyətli 

“Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan”  (TAPI)  qaz  kəməri  layihəsinin 

tikintisi  də  planlaşdırılır.    Təbii  qaz  ehtiyatına  görə  ilk  4-lükdə  olan 

Türkmənistanda 2014-cü ildə 76 mlrd. kubmetr qaz hasil olunub ki, onun 45 mlrd. 

kubmetri  ixrac  edilmişdir.  Bundan  əlavə  Türkmənistanın  Çinə  65  mlrd.  kubmetr 

qaz nəqliylə bağlı layihəsi də var. Türkmənistan Qərb istiqamətində də təbii qazın 

nəqlinin  tərəfdarı  olduğunu  bildirsə  də,  TransXəzər  layihəsinin  gecikdirilməsi  və 

qeyd  olunan  layihələr  Türkmənistanın  hazırda  daha  çox  Şərqə  istiqamətləndiyini 

deməyə əsas verir. 

Avropada  da  yaxın  zamanlarda  yeni  transregional  layihənin  başlanılması 

nəzərdə  tutulub.  Yeni  layihə  Avropanın  çatışmayan  qaz  infrastrukturu 




Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə