Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix22.07.2018
ölçüsü1,22 Mb.
#57839
1   2   3   4   5   6   7   8   9   ...   24

16 

 

boşluğunu dolduraraq, Şimal-Cənub və Şərq-Qərb istiqamətlərini birləşdirəcək. 



Bolqarıstan,  Rumıniya,  Macarıstan,  Slovakiya  və  Balkan  ölkələrinin  qaz 

infrastrukturunun  təkmilləşdirilməsini  nəzərdə  tutan  Eastring  (Şərq  halqası) 

layihəsi  Slovakiyanın  qaz  boru  kəmərinin  operatoru  “Eustream”  tərəfindən 

təklif olunur. Bu kəmərin 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur və bu 

layihə  Rusiyanın  “Türk  Axını”-nın  uzadılması  və  keçmiş  “Cənub  Axını”-nın 

qurudakı seqmentinin inşası ilə bağlı planlarına rəqib ola bilər. Eastring layihəsi 

üçün  qaz  mənbəyi  Azərbaycan  (birləşdirici  kəmərlər  vasitəsilə)  və  Rusiyadır 

("Türk Axını''-nın uzadılması). 

Türk  axını  layihəsi  Qara  dəniz  vasitəsilə  Rusiya  təbii  qazının  Türkiyə  və 

Yunanıstana  çatdırılmasını  nəzərdə  tutur.  Ötən  ilin  sonunda  Rusiyanın  əvvəl 

təklif etdiyi “Cənub Axını” layihəsini ləğv etdiyini bildirmiş və bu layihəni ona 

alternativ  kimi  təklif  etmişdir.  Rusiyanın  “Qazprom”  şirkəti  ilə  Türkiyənin 

“Botaş”  şirkətləri  arasında  qaz  kəmərinin  tikintisiylə  bağlı  memorandum 

imzalanıb. Layihə çərçivəsində il ərzində 63 mlrd. kubmetr. təbii qaz daşınacaq 

ki, bunun 14 mlrd. kubmetri Türkiyə üçün, 49 mlrd. kubmetri isə Avropa bazarı 

üçün nəzərdə tululur. Layihənin 2020-ci ildə yekunlaşacağı gözlənilir. 



 

 

 

 

 

 

 

 


17 

 

1.3. İqtisadi səmərəlilik, onun müəyyənləşdirmə və artırılma üsulları 

 

Səmərəli  layihələrin  həyata  keçirilməsi  cəmiyyətin  sərəncamına  gələn 



ÜMM-i  artırır.  Daha  sonra  bu  ÜMM  layihədə  iştirak  edən  subyektlər  arasında 

bölünür (şirkətlər, səhmdarlar, banklar və s.). Bu subyektlərin gəlir və xərcləriylə 

layihələrin müxtəlif növ səmərəliliyi müəyyən olunur: 

-

 



Layihənin ümumi səmərəliliyi 

-

 



Layihədə iştirak səmərəliliyi 

Layihənin ümumi səmərəliliyi layihənin mümkün iştirakçıları üçün potensial 

cəlbediciliyini  müəyyənləşdirmək  və  maliyyələşdirmə  mənbələrinin  axtarışı 

məqsədilə qiymətləndirilir. Özünə aşağıdakıları daxil edir: 

- Layihənin ictimai (sosial – iqtisadi) səmərəliliyi. 

- Layihənin kommersiya səmərəliliyi  

İctimai  effektivliyin  göstəriciləri  layihənin  reallaşdırılmasının  ümumilikdə 

cəmiyyət  üçün  sosial-iqtisadi  nəticələrini,  o  cümlədən,  həm  layihənin  birbaşa 

nəticə  və  xərclərini,  həm  də  kənar  xərclərini:  iqtisadiyyatın  əlaqədar  sahələrində 

nəticə və xərcləri, ekoloji, sosial və digər qeyri-iqtisadi effektləri hesaba alır. 

Layihənin  kommersiya  səmərəliliyinin  göstəriciləri  layihıni  reallaşdıran  bir 

iştirakçı  üçün  onun  həyata  keçirilməsinin  maliyyə  nəticələrini  hesaba  alır.  Fərz 

olunur ki, o layihənin reallaşdırılması üçün bütün lazımi xərcləri qarşılayır və onun 

bütün nəticələrindən istifadə edir. 

Layihədə  iştirak  səmərəliliyi  layihənin  reallaşdırıla  bilməsini  yoxlamaq  və 

bütün iştirakçıların onda maraqlı olmasını yoxlamaq məqsədilə müəyyənləşdirilir. 



Layihədə iştirak səmərəliliyi özünə aşağıdakıları daxil edir: 


18 

 

- müəssisə-iştirakçı üçün səmərəlilik 



-  səhmdarlar  üçün  səmərəlilik  (müəssisənin  səhmlərinə  investisiya  yatırımının 

səmərəliliyi) 

-  Layihədə  müəssisə-iştirakçılara  nisbətdə  daha  yüksək  strukturun  iştirakı,  o 

cümlədən: 

- regional səmərəlilik – ayrı-ayrı regionlar üçün 

-    sahəvi  səmərəlilik  –  ayrı-ayrı  maliyyə-sənaye  qrupları,  müəssisə  birlikləri  və 

holding strukturları üçün 

- büdcə səmərəliliyi – layihədə dövlətin iştirakının səmərəliliyi  

Layihələrin  səmərəliliyinin  qiymətləndirilməsinin  təməlinə  aşağıdakı  əsas 

prinsiplər qoyulub: 

- layihəyə bütün həyat tsikli boyu baxılması (hesablama dövrü) 

-  hesablama  dövrü  ərzində  layihənin  həyata  keçirilməsiylə  bağlı  olan  pul 

axınlarının  bütün  qolları  və  çıxışları  da  daxil  olmaqla,    pul  axınlarının 

modelləşdirilməsi 

müxtəlif  layihələrin  (layihənin  variantlarının)  müqayisə  şərtlərinin 



qarşılaşdırılması 

-  pozitivlik  prinsipi  və  maksimum  effekt.  Layihənin  investor  nöqteyi  nəzərindən 

səmərəli  kimi  qəbul  edilməsi  üçün  layihənin  reallaşdırılması  təsiri  müsbət 

olmalıdır.  Alternativ layihələrin  müqayisəsi  zamanı  daha  çox  təsiri olan  layihəyə 

üstünlük verilməlidir. 

-  vaxt  amilinin  nəzərə  alınması.  Layihənin  səmərəliliyinin  qiymətləndirilməsi 

zamanı vaxt amilinin müxtəlif aspektləri nəzərə alınmalıdır. O cümlədən, layihənin 



19 

 

parametrlərinin dinamikliyi və iqtisadi mühiti, istehsalla resursların çatdırılmasının 



və  onların  ödənilməsinin  arasındakı  vaxt  kəsikləri,  müxətlif  vaxtlı  xərc  və/və  ya 

nəticələrin uyğunsuzluğu. 

-  yalnız  gələcək  xərc  və  gəlirlərin  nəzərə  alınması.  Səmərəlilik  göstəricilərinin 

hesablanması  zamanı  yalnız  layihənin  həyata  keçirilməsi  ilə    gələcək  xərc  və 

gəlirlər nəzərə  alınmalıdı.  Bura  həmçinin  əvvəl  yaradılmış  istehsalat  fondalarının 

cəlbi  ilə  bağlı  xərclər,  həmçinin  layihənin  aparılmasıyla  bağlı  gələcək  itkilər  də 

daxil  edilməlidir.  Layihədə  istifadə  olunun  əvvəl  yaradılmış  resurslar  onların 

yaradılmasına  çəkilmiş  xərclərlə  deyil,  itirilmiş  qazancın  ən  yaxşı  alternativ 

istifadədə  mümkün  olan  maksimal  dəyərini  əks  etdirən  alternativ  dəyərləriylə 

qiymətləndirilirlər.  Keçmiş,  artıq  həyata  keçirilmiş,  perspektiv  olaraq  alternativ 

gəlirlərin əldə olunması imkanlarını təmin etməyən xərclər pul axınlarında nəzərə 

alınmır və səmərəlilik göstəricilərinin dəyərinə heç bir təsir göstərmir.  

-  layihənin  daha  əhəmiyyətli  nəticələrinin  nəzərə  alınması.  Layihənin 

səmərəliliyinin nəzərə alınması zamanı onun reallaşdırılmasının bütün nəticələri də 

nəzərə alınmalıdır. Həm iqtisadi, həm də qeyri-iqtisadi. 

-  layihənin  müxtəlif  iştirakçılarının  mövcudluğunu  nəzərə  almaq,  onların 

maraqlarının  uyğun  gəlməməsi  və  kapitalın  dəyərinin  qiymətləndirilməsindəki 

müxtəliflik. 

- qiymətləndirmənin çoxpilləliyi. Layhinənin hazırlığının və həyata keçirilməsinin 

müxtəlif mərhələlərində onun səmərəliliyi yenidən müəyyən olunur.  

-  inflyasiyanın  nəzərə  alınması  (layihənin  reallaşdırılması  dövründə  müxtəlif 

məhsul və resursların qiymətlərindəki dəyişikliklərin nəzərə alınması) 

-  layihənin  reallaşdırılması  zamanı  qeyri-müəyyənlik  və  risklərin  təsirinin  nəzərə 

alınması 




Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə