Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix22.07.2018
ölçüsü1,22 Mb.
#57839
1   2   3   4   5   6   7   8   9   10   ...   24

20 

 

İnvestisiya  layihələrinin  səmərəliliyinin  qiymətləndirilməsi  2  mərhələdə 



aparılır. 

Birinci mərhələdə layihənin ümumilikdə səmərəlilik göstəriciləri hesablanır. 

Bu  mərhələnin  məqsədi  layihə  həllərinin  məcmu  iqtisadi  qiymətləndirməsi  və 

investorların  axtarışı  üçün  lazımi  şəraitin  yaradılmasıdır.  Yerli  layihələr  üçün 

yalnız  onların  kommersiya  səmərəliliyi  qiymətləndirilir  və  əgər  o  məqbul  olarsa, 

qiymətləndirmənin  ikinci  mərhələsinə  keçmək  olar.  Əgər  maliyyələşmənin 

mənbəyi 

və 


şərtləri 

artıq 


məlumdursa, 

kommersiya 

səmərəliliyinin 

qiymətləndirməsini aparmamaq olar. 

İkinci  mərhələ,  maliyyələşmə  sxeminin  hazırlanmasından  sonra  həyata 

keçirilir.  Bu  mərhələdə iştirakçıların  sayı dəqiqləşdirilir  və  onların  hər birinin bu 

layihədə iştirakının səmərəliliyi və layihənin maliyyə cəhətdən reallaşdırıla bilməsi 

müəyyənləşdirilir. Yerli layihələr üçün bu mərhələdə layihədə ayrı-ayrı müəssisə-

iştirakçıların  iştirakının  səmərəliliyi,  Belə  səhmdar  müəssisələrin  səhmlərinə 

investisiya yatırımlarının səmərəliliyi müəyyənləşdirilir.  

İnvestisiya  layihələrinin  qiymətləndirilməsi  aşağıdakı  sırayla  həyata 

keçirilir: 

-  İnvestisiya  imkanlarının  axtarışı  (imkanların,  investisiya  təkliflərinin 

müəyyənləşdirilməsi) 

- Layihənin ön hazırlığı (ilkin seçim mərhələsi, investisiyaların əsaslandırılması) 

-  Layihənin  yekun  hazırlığı  (layihələndirmə  mərhələsi,  texniki-iqtisadi 

əsaslandırma) 

İnvestisiya  imkanlarının  axtarışı  və  layihənin  ön  hazırlığı  mərhələlərində 

adətən  layihənin  ümumi  səmərəliliyinin  qiymətləndirilməsi  ilə  kifayətlənirlər. 

Bununla  yanaşı  pul  axınlarının  hesablanması  cari  qiymətlər  üzrə  aparılır. 

Layihənin maliyyələşmə sxemi ən ümumi cizgilərdə planlaşdırıla bilər. 



21 

 

Layihənin  yekun  hazırlıq  mərhələsində  yuxarıda  qeyd  olunmuş  bütün  növ 



səmərəliliklər  qiymətləndirilir.  Bu  zaman  real  məlumatlar  istifadə  olunmalıdır. 

Hesablamalar isə cari və proqnozlaşdırılmış qiymətlərlə aparılmalıdır. 

Maliyyələşmə  sxeminin  müəyyənləşdirilməsinin  məqsədi  –  investisiya 

layihəsinin  maliyyə  reallaşdırının  təmin  edilməsidir.  Yəni  ki,  layihənin  pul  axını 

strukturunu  elə  təmin  etmək  lazımdır  ki,  hər  bir  hesabat  addımında  layihənin 

davamı üçün kifayət qədər pul olsun. 

Maliyyə  sxeminin  hazırlanması  zamanı  cəlb  olunan  vəsaitlərə  olan  tələb 

müəyyənləşdirilir.  Lazım  olduğu  təqdirdə  pul  axınının  müsbət  saldo  hissəsinin 

depozitə  və  ya  uzunmüddətli  qiymətli  kağızlara  yatırılması  mümkündür.  Belə 

yatırımlar əlavə fondlara yatırımlar adlanır. Əlavə fondlara amortizasiyadan və ya 

xalis gəlirdən vəsaitlər daxil edilə bilər. Əlavə fondlara vəsaitlərin daxil edilməsi 

məxaric  hesab  olunur.  Bu  vəsaitlərdən  gəlirlər  isə  investisiya  layihəsinin  qeyri-

əməliyyat gəlirlərinin hissəsi hesab olunur. 

İnvestisiya  layihələrinin  seçimi  zamanı  iqtisadi  qiymətləndirmə  

əsaslandırma və mümkün variantlar arasında seçim prosesində mərkəzi yeri tutur. 

Layihənin  bütün  əlverişli  xüsusiyyətlərinə  baxmayaraq,  əgər  aşağıda  qeyd 

olunanları təmin etmirsə, heç vaxt reallaşdırılmasına başlanılmayacaq: 

-  yatırılmış  vəsaitlərin  məhsul  və  xidmətlərin  satışından  gəlirlər  hesabına 

qaytarılması 

-  müəssisələr üçün investisiyaların  rentabelliyini  arzuolunandan  aşağı  olmamasını 

təmin edən gəlirlərin əldə olunması   

- müəssislələr üçün məqbul müddət çərçivəsində sərmayələrin qayıtması 

İnvestisiya  fəaliyyətinin  məhz  belə  nəticələrə  çatma  reallığının 

müəyyənləşdirilməsi  istənilən  layihəyə  vəsait  yatırılmasının  maliyyə-iqtisadi 

qiymətləndirilməsinin əsas vəzifəsidir.  



22 

 

Belə qiymətləndirmənin həyata keçirilməsi həmişə çətin tapşırıq olmuşdur, bu isə 



bir sıra amillərlə izah olunur: 

Birincisi,  investisiya  xərcləri  ya  bir  dəfə,  ya  da  uzun  zaman  dövrü  ərzində 

(bəzən bir neçə ilədək) dəfələrlə həyata keçirilə bilər. 

İkincisi,  investisiya  layihəsindən  nəticələrin  əldə  olunması  prosesi  də 

uzundur (istənilən halda bir ildən çox olur). 

Üçüncüsü,  uzun  əməliyyatların  aparılması  investisiyaların  bütün 

aspektlərinin qiymətləndirilməsində qeyri-müəyyənliyin artımına və səhvin olması 

riskinə gətirir. 

Məhz 

bu 


amillərin 

mövcudluğu 

investisiya 

layihələrinin 

qiymətləndirilməsinin  xüsusi  üsulların  yaradılmasının  vacibliyini  doğurdu.  Bu 

üsullar minimal mümkün xəta dərəcəsi ilə kifayət qədər əsaslandırılmış qərarların 

qəbuluna  imkan  yaradır  (amma  layihənin  qiymətləndirilməsi  zamanı  tamamilə 

etibarlı qərar əlbəttə ki, mümkün deyil). 



 

 

 

 

 

 

 

 

 


23 

 

II FƏSİL  



Azərbaycandakı reallaşdırılan transregional layihələr, onların əsas 

xarakteristikaları 

2.1. Azərbaycanın region, dünyada yeri və xarici siyasətdəki əsas 

istiqamətlər 

 

1991-ci  ildə  Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  xarici  iqtisadi 

əlaqələrində  öz  müstəqil  strategiyasını  yürütməyə  başlamışdır.  Bu  strategiyanın 

əsas  hədəfləri  bazar  iqtisadiyyatına  keçid  və  ölkə  iqtisadiyyatının  beynəlxalq 

iqtisadi münasibətlərə inteqrasiyası olmuşdur.  

Müstəqilliyin  ilk  illərində  müharibə  vəziyyəti  və  çətin  siyasi  şəraitə 

baxmayaraq  Azərbaycanın  sosial-iqtisadi  inkişafı  və  dünya  təsərrüfat  sisteminə 

inteqrasiyası  sahəsində  əhəmiyyətli  uğurlara  nail  olunub.  Beynəlxalq  maliyyə-

kredit  və  iqtisadi  qurumlarla  əlaqələrin  qurulması  bu  inteqrasiya  strategiyasının 

əsas  istiqamətlərindən  olub.  Qeyd  etmək  lazımdır  ki,  ötən  əsrin  sonlarında 

Azərbaycan demək olar bütün nüfuzlu beynəlxalq təşkilarlara üzv olmuşdur. 1992-

ci  ildə  Dünya  Bankına,  Beynəlxalq  Valyuta  Fonduna,  Avropa  Yenidənqurma  və 

İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə isə Asiya İnkişaf Bankına.  

Azərbaycan  1992-ci  il  martında  Beynəlxalq  Millətlər  Təşkilatının,  daha 

sonra  elə  həmin  ildə  ATƏT,  İKT  kimi  təşkilatların  da  üzvünə  çevrilmiş 

Azərbaycan,  2001-ci  ildə  Avropa  Şurasına  qəbul  olunmuş,  Avropa  Birliyi  və 

NATO kimi təşkilatlarlasa geniş əlaqələr yaratmışdır. 

Strategiya  çərçivəsində  Azərbaycan  inkişaf  etmiş  ölkələrin  qabaqcıl 

texnologiyalarını və maliyyə resurslarını cəlb etməyə çalışmış və onlarla qarşılıqlı 

faydalı  əməkdaşlıq  əlaqələri  daim  inkişaf  etdirilmişdir.  Bu  münasibətlərin 

qurulmasında  ölkənin  zəngin  iqtisadi  potensialı  və  əlverişli  geosiyasi  mövqeyi 

mühüm rol oynayıb.  




Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə